Məhkəmə qərarları › İş №2(1-8)-1790/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1790/2026

02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1790/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı, Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlaka dair (torpağa) mülkiyyət hüquqlarının müdafiəsi; əqd münasibətlərinin mövcudluğunun (alğı-satqı müqaviləsinin) mübahisələndirilməsi; müqavilələr üzrə tərəflərin öhdəlikləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı, Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan ərazi idarəsinə qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdehlər cavabdeh1, Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı və Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. ## ####### 2002-ci il tarixli müqavilə ilə X1, X6, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı JN-415 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus Ağcabədi şəhəri ərazisində yerləşən 3,68 ha torpaq sahəsini 2000000 manata İddiaçı satmışlar.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin reyestr nömrəsi 608013061238, qeydiyyat nömrəsi 1722009476, qeydiyyat tarixi ##.##.2022-ci il olan çıxarışa əsasən Ağcabədi şəhəri ərazisində yerləşən 3,6775 ha torpaq sahəsi X1, X4, cavabdeh1, cavabdeh3 və cavabdeh2 mülkiyyətində olmaqla Daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. X6 ##.##.2021-ci il tarixdə, X1 isə ##.##.2024-cü il tarixdə Rusiya Federasiyasında ölmüşdür. X12 ##.##.2007-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ona “Behbudova” soyadı, X8 isə ##.##.2006-cı il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ona “Rzayeva” soyadı verilmişdir.

4. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən X1, X7, X9 və X10 adlarına Ağcabədi şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 3,68 ha torpaq sahəsi ilə əlaqədar ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə JN-*** saylı kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının mərhum X6, cavabdeh1 və cavabdeh3 məxsus olması faktı müəyyən edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı, Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan ərazi idarəsinə qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı İddiaçı ilə X1, X6, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı arasında bağlanmış ## ####### 2002-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, X1, X6, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızının adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 608013061238, qeydiyyat nömrəsi 1722009476, qeydiyyat tarixi ##.##.2022-ci il olan çıxarışın ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və 400 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə X1, X6, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı arasında bağlanmış ## ####### 2002-ci il tarixli müqaviləyə əsasən cavabdehlər cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı və onların mərhum valideynləri X1 və X6 JN-415 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus 3,68 ha torpaq sahəsini 2000000 (iki milyon) manata iddiaçı İddiaçı satmışlar. Bu barədə tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir. Həmin vaxtdan etibarən, yəni 2002-ci ildən iddiaçı mübahisəsiz qaydada qeyd edilən torpaq sahəsindən istifadə etməyə başlamışdır. Adı çəkilən torpaq sahəsi iddiaçıya satılmasına və ona təhvil verilməsinə baxmayaraq sonradan həmin torpaq sahəsinə dair cavabdehlər cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı və onların mərhum valideynləri X1 və X6 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 608013061238, qeydiyyat nömrəsi 1722009476, qeydiyyat tarixi ##.##.2022ci il olan çıxarış alınmışdır. X1 ##.##.2024-cü il tarixdə, X6 isə ##.##.2021-ci il tarixdə vəfat etmişlər. Iş üzrə cavabdeh cavabdeh1 çıxarış əldə etdikdən sonra iddiaçı İddiaçı torpaq sahəsindən çıxmağı tələb etməyə başlamışdır. Halbuki, torpaq sahəsi 2002-ci ildə iddiaçıya satılmış, hazırda həmin torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Iddiaçı üzərinə düşən bütün hərəkətləri yerinə yetirmişdir. Lakin qarşı tərəf üzərilərinə düşən öhdəliyi yerinə yetirməmişlər.

7. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddianı qəbul etməyərək və izahatında göstərmişdir ki, iddia tələbi ilə razı deyildir və iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Onlar iddiada göstərilən torpaq sahəsini iddiaçıya satmamışlar. Həmin torpaq sahəsini iddiaçının icarəsinə vermişlər və pay torpaq sahələri paylandığı vaxtdan iddiaçının istifadəsində olmuşdur. Doğrudur, iddiaçıdan onlar tərəfindən pul alınmışdır. Lakin alınan həmin pullar icarə haqqı kimi iddiaçıdan alınmışdır. Torpağın satılmasına dair tərtib olunmuş akt sonradan tərtib olunmuşdur. Torpaqla bağlı iddiaçı ilə aralarında heç bir vaxt söz-söhbət olmamışdır. Atası vəfat etdikdən sonra iddiaçı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Ağcabədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı mülki iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı ilə X1, X6, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı arasında sadə yazılı formada bağlanmış ## ####### 2002-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlı və bağlanmış hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 608013061238, qeydiyyat nömrəsi 1722009476, qeydiyyat tarixi ##.##.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun və 400 (dörd yüz) manat xidmət haqqının cavabdehlər cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızından müştərək qaydada alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir (Hakim- Etibar Quliyev).

9. Mübahisə ilə bağlı məhkəmə ilk növbədə müəyyən etmişdir ki, ## ####### 2002-ci il tarixli sadə yazılı formada bağlanmış müqavilə ilə X1, X6, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı JN-415 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən paylarına düşən 3,68 ha torpaq sahəsini 2000000 manata İddiaçı satmışlar. Həmin vaxtdan da İddiaçı maneəsiz olaraq göstərilən torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edir. Bu hal iddiaçı İddiaçı torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Belə olan halda tərəflər arasında mübahisəli torpaqla bağlı mövcud razılaşmanın onların iradəsi ilə əhatə edildiyini tam sübut edir.

10. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Ağcabədi şəhəri ərazisində yerləşən 3,68 ha torpaq sahəsi 2002-ci ildən iddiaçı İddiaçı faktiki sahibliyində və istifadəsindədir, iddiaçı İddiaçı həmin torpaq sahəsində qeyd edilən dövrdən etibarən etirazsız şəkildə istifadə edir. ## ####### 2002-ci il tarixli sadə yazılı formada bağlanmış müqaviləyə əsasən iddiaçı İddiaçı həmin tarixdən sahibliyinə keçmiş və hazırkı vaxta kimi istifadəsində olan mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malikdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı ilə X1, X6, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı arasında Ağcabədi şəhəri ərazisində yerləşən torpaq sahəsinin alğısatqısına dair ## ####### 2002-ci ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə X1, X6, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı JN-415 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus 3,68 ha torpaq sahəsini 2000000 manata İddiaçı satmışlar. Iddiaçı razılaşdırılmış məbləği qarşı tərəfə vermiş və onlar da həmin torpaq sahəsini iddiaçının faktiki sahibliyinə və istifadəsinə təhvil vermişlər. Hazırda da cavabdehlərin alğı-satqı müqaviləsi bağlamaqdan yayınması mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. Iddiaçı cavabdehlərlə alğı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür.

12. Qeyd olunanlarla bağlı məhkəmə hesab etmişdir ki, göstərilən torpaq sahəsinin alğısatqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehlərin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir.

13. Bundan başqa, iddia tələbinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 608013061238, qeydiyyat nömrəsi 1722009476 olan ##.##.2022-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, iddiaçı İddiaçı ilə X1, X6, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı arasında sadə yazılı formada bağlanmış ## ####### 2002ci il tarixli alğı-satqı müqaviləsi etibarlı və bağlanmış hesab edildiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 608013061238, qeydiyyat nömrəsi 1722009476 olan ##.##.2022-ci il tarixli çıxarış ləğv edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.2, 16.1, 335.2, 357, 358, 360.2, 404.1, 404.2, 425.1, 560.1, 560.2-ci; “Torpaq Islahatı haqqında” Azərbaycan Respublikasının qanunun 17-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarına, “B.Qasımovun şikayəti üzrə” ## ###### 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarına, “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # #### 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2006-cı il tarixli qərarına, istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdehlər cavabdeh1, Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı və Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, torpaq sahəsi İddiaçı torpaq satılmamışdır, iddiaçı tərəfindən məqsədli şəkildə köhnə tarixə akt tərtib edilmişdir. Akta göstərilən şəxslərin bəziləri yetkinlik yaşına çatmamış şəxslərdir, imzaların bəziləri eyni şəxs tərəfindən çəkildiyindən eynilik təşkil edir. Hazırda akta adına imza çəkilmiş şəxslər həmin aktın saxta olduğunu, elə bir akta imza çəkmədiklərini bildirirlər. Bunun imzaların saxtalaşdırılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət edilmişdir. Güman edirlər ki, iddiaçı tərəfindən həmin akt məhkəmə iclasları başlanarkən yazılmış, məqsədli şəkildə köhnə tarix qeyd edilmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətlərinə etiraz etdiyini bildirdi, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

18. Apellyasiya icraatı zamanı alınmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, */**** saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan ## ####### 2002-ci il tarixli Aktın 1-ci səhifənin sonunda "İ.Qasımov" adının sol tərəfindəki imzadan, aktın 2-ci səhifəsinin yuxarı hissəsindəki "Z.Qasımova", "cavabdeh1” adlarının qarşısındakı imzalardan və səhifənin sonunda "Z.Qasımova", "cavabdeh1", "İ.Qasımov" adlarının qarşısındakı imzalar - X6 tərəfindən icra olunmuşdur.

19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər- X13 (sədrlik edən, məruzəçi), X2 və X3 ibarət məhkəmə tərkibində).

20. Mübahisəyə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə tam olaraq razılaşan apellyasiya instansiyası məhkəməsi, öz mövqeyinə həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə işin halları ilə bağlı qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

21. Kollegiya daha sonra qeyd etmişdir ki, baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi cavabdehlərin ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.

22. Kollegiya həmçinin qeyd etmişdir ki, bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

23. Kollegiya əlavə olaraq qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, mübahisəli sahənin iddiaçıya satılmasından müqaviləni imzalamamış mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən edildiyindən, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir.

24. Daha sonra kollegiya bildirmişdir ki, ekspert rəyi ilə də təsdiq edilir ki, X5 torpağın birgə mülkiyyətçilərindən biri olmaqla akta imza etmişdir. Akt birgə mülkiyyətçilərdən biri tərəfindən imzalanmış olsa da kollegiya qeyd etməyi lazım bilir ki, cavabdehlər mübahisəli torpaq sahəsini 2002-ci il tarixdən bu günə kimi istifadə etmirlər, onu əkib becərmirlər. Yəni torpaq sahəsi 2002-ci il tarixdən iddiaçı tərəfin istifadəsindədir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan digər ümumi mülkiyyət sahiblərinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

25. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alan kollegiya sonda hesab etmişdir ki, apelyatorun özünün və ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə sakini olduqları kənddə 20 ilə yaxın həmin sahəni başqasının istifadə etməsini görməmələrinin mümkünlüyü (inandırıcılığı) əsaslandırılmamışdır. Bu da onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi etibarlı müqavilə olmuşdur.

26. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu; Mülki Məcəlləsinin 139-1.1.3, 144.1, 222, 324.1, 335.2, 355, 357, 358, 560.1, 560.2, 567, 646.1, 646.2-ci; Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 88, 103.1, 217, 265, 372 və 384-cü maddələrinə həmçinin “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # #### 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2006-cı il tarixli qərarına, F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021- ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarxli qərarına, istinad etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdehlər cavabdeh1, Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı və Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri verilmişdir.

28. Cavabdeh Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı (vəkil-vəkil1) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı İddiaçı iddia tələbinin tamamilə təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, müvafiq olaraq, Apellyasiya məhkəməsi də birinci insansiya məhkəməsinin doğru olmayan mövqeyini əsaslandıraraq, əqdin etibarlı hesab edilməsini MM-nin 2005-ci ilə qədər qüvvədə olmuş 335.2- ci maddəsinin mahiyyətinə görə əqdin icra edilməsinin notariat təsdiqlənməsi qaydasına əks tərəfin təqsiri ucbatından riayət edilməməsinin baş verməsi, yayınması səbəbi kimi çox absurd, sübuta ehtiyacı olan, lakin heç bir konkret faktlarla əsaslanmamış, təsdiqini tapmamış, cavabdehlərin valideynlərinin artıq həyatda olmamalarından sui-istifadə edilərək, onların belə bir hərəkət etmiş olduqları barədə iddia tərəfinin söylədiyi dəlillərə istinad edərək, onların maraqlarına xidmət edən şəkildə təqdim etməklə, iddiaçıya guya qanuni yolla satılmış bir sahəyə sonradan Çıxarış verilməsi faktını təəccrüb doğuran, rəsmiləşdirilməməli olan bir sənəd hesab edərək, iddia tərəfinin tələbi ilə əqdi etibarlı saymağa məhkəmənin ixtiyarı olduğunu, iddiaçıya cavabdeh tərəfindən torpaq sahəsindən bu müddət ərzində maneəsiz istifadəyə şərait yaradılmasını qanuni sahibliyin ən əhəmiyyətli, sübuta ehtiyacı olmayan göstəricisi kimi təqdim etməklə əsassız bir nəticəyə gələrək, həmin Aktı hüquqi cəhətdən tam etibarlı və hüquqi bir sənəd olaraq tanımış, bununla da birgə mülkiyyətçilər olan cavabdehləri mülkiyyət hüququndan məhrum edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2005-ci ilədək qüvvədə olan 335.2-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Maddi üstünlük, qazanc əldə etmək məqsədilə icarəyə verilən hər hansı bir sahənin, obyektin icarəyə götürən tərəfindən fasiləsiz, davamlı istifadəsinə şərait yaratması hər bir icarəyə verənin maraq dairəsində olan sadə məntiqə əsalanan bir yanaşmadır. Daşınmaz əmlakın alqı- satqısı zamanımülki qanunvericiliyin Xüsusi normaları tətbiq edilir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən Çıxarış sənədinin olmaması halında hər hansı alqı-satqı əməliyyatıNotarial qaydada təsdiqlənə bilməz. Lakin, tərəflər arasında AKT tərtib olunan zaman cavabdehlərin mülkiyyət hüquqlarının olduğunu təsdiq edən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktımövcud olmuş olsa da iddiaçı tərəf özü müfaviq sənədin (əqdin) notarial qaydada rəsmiləşdirilməsindən yayınmışdır. Yəni iddiaçı torpaq sahəsini həqiqətən birgə mülkiyyətçilərdən satın almışdırsa onun notarial qaydada alqı-satqısında maraqlı olmalı idi. Bu isə onun sənədin rəsmi qaydada notarial təsdiqlənməsində maraqlı olmadığını sübut edir. Bundan başqa qeyd etmək olar ki, hər iki məhkəmə instansiyalarındakı icraat zamanı sözü gedən torpaq sahəsinin 2002-ci ildə alqısatqısının həmin ərazi üzrə həqiqətən 2 (iki) milyon manat pul qarşılığında satıla bilməsi ehtimalının doğruluğu ilə bağlı olan bir məqama da aydınlıq gətirilməmişdir. Belə ki, ## ###### 2006-cı ildən Azərbaycan Respublikasında milli valyutanın (manatın) denominasiyası həyata keçirildikdən sonra 1 yeni manatın 5000 köhnə manata bərabər tutulduğunu nəzərə alsaq, həmin vaxtdan 2 (iki) milyon manat pulun 400 manat ekvivalent dəyərinə bərabər olduğunu, 3,68 ha olan torpaq sahəsinin 400 manat dəyərində cavabdehlər tərəfindən ticarət edilməsi, satılması, iddia tərəfinin iddiasının isə vicdanlılıq prinsiplərinə nə qədər əməl etməsi ilə bağlı, da kifayət qədər şübhəyə əsas verən müəmmalı bir məqam da diqqəti cəlb edir ki, bu da öz növbəsində, iddiaçının əsassız varlanmasına imkan, şərait yaratmış olur. Onu da qeyd edirik ki, əqdin tələb olunan formasına riayət edilməməsi həmin əqdin bağlandığı andan etibarsız olmasına dəlalət edir. Beləliklə, məhkəmə qətnamə qəbul edərkən MM-nin 144-cü, Torpaq Məcəlləsinin 86-cı maddəsinin tələblərini pozmuşdur. Işin faktiki hallarından da göründüyü kimi, iddiaçı cavabdehlərlə müqavilə bağladığını qeyd etsə də, müqaviləni onların mərhum analarını aldadaraq, faktiki olaraq, yalnız onunla bağlamış, digər mülkiyyətçilərin belə bir müqaviləyə iradə ifadələrinin olmadığını bildiyinə görə torpaq sahəsinə dair verilmiş JN-415 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktını rəsmiləşdirə bilməmişdir. Nədənsə cavabdehlərin də torpaq sahəsinə dair çıxarış almalarını bilə-bilə bu barədə heç bir hüquqi tədbir görməmiş, cavabdehlərin valideynləri vəfat etdikdən sonra isə təcili olaraq hərəkətə keçərək, aldatdıqları insanların fiziki cəhətdən həyatda olmamalarından sui - istifadə edərək qanunsuz əməllərini qanuniləşdirməyə çalışmışdır. Çünki mərhum valideynlər həyatda olmuş olsaydılar onun dedikləri öz təsdiqini tapmayacaq, bununla da saxta yollarla əldə etdiyi yeganə sübutu da əldən çıxmış olacaqdı. Məhkəmələr işə baxarkən vəfat etmiş birgə mülkiyyətçilərin hüquqlarını da müdafiə etməli idi. Lakin, məhkəmə birtərəfli mövqe sərgiləyərək qətnamə çıxararkən MM-nin 153-cü maddəsinin tələbini pozmuşdur. Cavabdehlər torpaq sahəsinin həmin akt əsasında satılmadığını , paylanıldığı vaxtdan icarəyə verildiyini , aktın isə ##.##.2002-ci ildə deyil, sonradan tərtib olunmuş olduğunu bildirmişlər. Hazırkı mübahisə üzrə əqd kimi təqdim olunmuş Akt tərtib olunduğu andan etibarsız əqddir. Bütün bunlardan başqa qeyd edilməlidir ki, məlum aktdakı imzaların da hamısı cavabdenlərin valideynləri anaları tərəfindən çəkilmişdir. Belə ki, Apellyasiya icraatı zamanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, 4/2084saylı təqdim edilmiş rəyindən ##.##.2002-ci il tarixli Aktdakı imzaların cavabdehlərin anaları X6 məxsus olması faktı da müəyyən olunmuş, lakin məhkəmə rəydəki məlumatların həqiqiliyinə təminatın kifayət qədər yüksək olduğunu qeyd etsə də cavabdehlər tərəfindən ekspert rəyini şübhə altına alan sübutların məhkəməyə təqdim olunmaması halı kimi təqdim etməklə birgə mülkiyyətçilərin imzalarının hamısının anaları tərəfindən icra olunduğuna, tərtib edilmiş əqdin etibarsızlığı faktına kifayət qədər dəlalət edə biləcək belə bir ciddi məqama da birmənalı olmayan o qədər də əhəmiyyət kəsb etməyən bir məsələ kimi münasibət bildirərək, torpaq sahəsinin həmin müddət ərzində iddiaçı tərəfindən əkilib, becərildiyini, əqdin bağlanmasına zahirən razılığı olmayan mülkiyyətçilərin bu əqddən xəbərdar olduqlarını vurğulayaraq, cavabdehlərin imzalarının olmamasına görə bununla razı olmayacaqları təqdirdə mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd ola biləcək nəticə kimi dəyərləndirmişdir. Iddiaçi İddiaçı 2002-ci ildən 2025-ci ilə qədər olan müddət ərzində cavabdehlərə verdiyi 2 (iki) milyon manat pulun qarşılığında, özünü həmin torpaq sahəsinin əsl sahibi və mülkiyyətçisi bildiyi və bilməli olduğu halda faktiki olaraq birgə mülkiyyətçilərin imzalarının saxtalaşdırılması yolu ilə tərtib edilməsinə nail olduğu, heç bir hüquqi qüvvəsi, nəticəsi, notarial təsdiqi olmayan bir aktın Daşınmaz Əmlakın Dövlət Reestr Xidməti tərəfindən təsdiqlənməyəcəyinə tam əmin olduğu üçün, bu müddət ərzində uyğun əlverişli bir zaman gözləyərək cavabdehlərin valideynlərinin vəfatından sonra buna ancaq məhkəmə yolu ilə müvəffəq ola biləcəyinə ümid etmişdir. Məhkəmələr də öz növbəsində iddiaçı tərəfindən torpağın fasiləsiz, istifadə edilməsi, əkilib becərilməsi faktına (bunlar əslində iddiaçının öz şəxsi biznes və maddi maraqları çərçivəsində olan, təəccüb doğurmayan bir yanaşma tərzidir) hər şeydən üstün olan bir mövqe kimi yanaşaraq, buna haqq qazandırmış və bununla da bugün çıxarışın adlarına rəsmiləşdirilmiş şəxslərin (cavabdehlərin) Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin II və III hissələrində nəzərdə tutulmuş mülkiyyət hüquqlarını qorumamış, qanunun aliliyi prinsiplərin pozmuşlar. Cavabdehlərin məhkəmədə məlum akta əsasən torpağın satılması ilə bağlı dediklərinin həqiqət olduğunu təsdiq edən fakt isə aktdakı imzaların özləri tərəfindən deyil mərhum anaları tərəfindən onların imza hüquqlarından istifadə edərək, buna o qədər də əhəmiyyətli olmayan bir şey kimi yanaşmaqla onları əsla məlumatlandırmaması olmuşdur ki, bu da cavabdehləri mülkiyyətçisi olduqları torpaq sahəsinin alqı-satqısında iştirak etmədiklərini, mövcud razılaşmanın onların iradəsi ilə əhatə olunmadığını bir daha sübut kimi ortaya qoymuş olur. Torpaq sahəsinin birgə mülkiyyətçiləri olduğunu nəzərə alsaq cavabdehlərin analarının birgə mülkiyyətin tam səlahiyyətli şəxs olmadığı üçün onların imza hüquqlarından istifadə etməsi qanunsuzdur və bunun cavabdehlər tərəfindən bəyənilməsini təsdiq edən heç bir sənəd mövcud deyildir ki, bu da əqdin pərdələnmiş olduğunu, sağlamlığının şübhəli olduğunu, etibarlı olmadığını, hüquqi nəticələr deyil yalnız görüntü niyyəti ilə tərtib edildiyini təsdiq edir. Məhkəmə iddiaçının əqdlə bağlı səlahiyyəti olmayan şəxsin sərəncam vermək hüququnu səlahiyyətli şəxslərin qabaqcadan verilmiş razılığı, bəyənməsi ilə keçirilmiş olduğu ehtimalı ilə bağlı bir nəticə olaraq etibarlı əqd kimi qiymətləndirmişdir. Hansı ki, belə faktın mövcudluğu barədə heç bir sübut əhəmiyyətli fakt mövcud olmamışdır. Bundan da iddiaçı tərəfindən dürüstlük qaydasına zidd şəkildə məharətlə istifadə olunmuşdur. Göründüyü kimi tərtib olunmuş AKT-ın etibarlılığına əsas verə biləcək heç bir hal və məqamın mövcudluğu müşahidə olunmur. Məhkəmə qətanmə çıxararkən MM-nin 337-ci maddəsinin tələblərini kobud formada pozmuşdur. Ilk öncə qeyd edilməlidir ki, əgər müqavilə tərəflərin həqiqətən də iradə sərbəstliyini ifadə edirdisə, İddiaçı güya ki, tərəflərdən satın almış olduğu torpaq sahəsinin həqiqətən də onun mülkiyyəti olduğunu bildiyi və bilməli olduğu halda bu müddət ərzində sözü gedən torpaq sahəsinin mülkiyyət sənədini niyə öz adına rəsmiləşdirməmiş, hətta cavabdehlər həmin sahəyə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən öz adlarına qanuni şəkildə Çıxarışı rəsmiləşdirdirib aldıqdan sonra da buna heç bir cəhd göstərməmiş, yalnız cavabdehlərin valideynləri, yəni aldadaraq müqavilə bağladığı şəxslər vəfat etdikdən sonra belə bir iddia qaldırmışdır. Cavabdehlər isə belə bir alqı- satqımüqaviləsindən ümumiyyətlə xəbərləri olmadığını, iddiaçıdan alınmış pulların icarə haqqı olduğunu, aktın sonradan tərtib olunduğunu bildirmişlər ki, bu hal da məhkəmənin təyin etdiyi ekspertiza əsasında təqdim edilmiş ekspert rəyində öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə cavabdehlərin müqaviləni guya bəyəndiklərini və iddiaçının torpaqdan daimi və fasiləsiz istifadəsinə mane olmadıqlarını əsas gətirməklə kobud pozuntuya yol vermişdir. Belə ki, cavabdehlərin onlara məxsus torpaq sahəsini icarəyə verdikləri halda həmin torpaq sahəsindən iddiaçının sərbəst istifadəsinə maneə yaratmaları anlaqlılığı istisna edən, heç bir məntiqlə uzlaşmayan, vicdanlılıq prinsiplərinin isə tam pozulması halı olmuş olardı. Məhkəmə qətnamə çıxararkən MM-nin 425-ci maddəsinin tələblərini pozmuşdur. Hazırkı mübahisə üzrə iddia tələbinin faktiki və hüquqi əsasını ilkin olaraq sübut etmək iddiaçının üzərinə düşür. Iddiaçının iddia tələbinin hüquqi əsası Mülki Məcəllənin 2005-ci ilədək qüvvədə olmuş 335-ci maddəsinin şərtləridir. Həmin şərtlərə görə 335-ci maddənin tətbiqi cavabdehlərin əqdin bağlanmasından boyun qaçırması və yayınması ilə müşaiyət olunmalı idi. Bu hüquqi tələbə uyğun faktiki hallar da mövcud olmalı idi. Yəni cavabdehlər əqdin notarial rəsmiləşməsindən, iddiaçının tələblərinə baxmayaraq imtina etməli, yayınmalı idilər. Əslində belə bir hal baş verməyib, iddiaçı da belə bir halın baş verməsini sübuta yetirə bilməmiş, ümumiyyətlə bununla bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Əksinə sübuta yetən odur ki, iddiaçı özü notarial rəsmiləşməyə heç bir maraq göstərməmişdir. Məhkəmə bu xüsusatlara MPM-nin 77.1- ci maddəsinin tələblıri baxımından düzgün hüquqi qiymət verməmiş, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır.

30. Vəkil vəkil1 tərəfindən tərtib edilmiş digər cavabdehlərə (kassastorlara) aid kassasiya şikayətlərinin tələb və məzmun hissəsi cavabdeh Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızının kassasiya şikayəti ilə eynilik təşkil etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

36. Maddə 42. Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.

37. Maddə 43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

38. Maddə 139-1.1.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.

39. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

40. Maddə 228. Alğı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

41. Maddə 230. Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alğı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır (24).

42. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

43. Maddə 335.2 (# ###### 2005-ci il tarixədək qüvvədə olmuşdur). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

44. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

45. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

46. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

47. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

48. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

49. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

50. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

51. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

52. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

57. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

63. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

64. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

65. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

66. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı da tam olaraq yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Işə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

69. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin kassasiya şikayətində göstərdikləri dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Həmçinin irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

70. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

71. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

72. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

73. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

75. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

77. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,

qərara aldı:

Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ##### 2026ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar