Məhkəmə qərarları › İş №2(102)-374/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-374/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-374/2023 16.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya şikayətinin forması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlə t Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışların, müqavilənin etibarsiz hesab edilməsi və mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2252/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 16 yanvar 2023-ci il tarixli yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqi sələfi- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (5 saylı Ərazi İdarəsi) tərəfindən verilmiş və X1 adına rəsmiləşdirilmiş xx.xx.2014cü il tarixli, RX seriyalı, ******* nömrəli, **********77 reyestr nömrəli çıxarışın və Cavabdeh2 adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli, RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, X2 və Cavabdeh2 arasında bağlanılmış 23 aprel 2014-cü il tarixli daşınmaz əmlakın AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 və qayını Cavabdeh2 tərəfindən iddiaçının Quba rayonu, Alpan kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və zəbt olunmuş 0.02 ha torpaq sahəsini iddiaçıya qaytarılması, daşınmaz əmlakın dövlət reyestrinin məlumat bazasına 2014-cü ildə daxil edilmiş sahənin koordinatları bir necə dəfə dəyişdirilmiş, cavabdeh Xanlarovun adına olan **********77 nömrəli çıxarışın koordinatları əsasında iddiaçıya verilmiş **********64 və **********55 nömrəli çıxarışlarda göstərilmiş koordinatlar faktiki hasara alınmış sahənin və tikilmiş anbarın yerləşdiyi koordinatlarına uyğun dəyişdirilməsi, cavabdeh tərəfindən 1.74 ha əkin sahəsi üzərində tikilmiş iki mərtəbəli villa, sauna, yay kafesinin qanunsuz tikililər kimi hesab olunması barədə v ə torpaqdan məqsədli təyinatına istifadə edilmədiyinə görə 1.74 ha torpaq sahəsi üzərində cavabdehin hüquqlarına xitam verilməsi, iddiaçıya məxsus olan və cavabdehlər tərəfindən 14 il ərzində zəbt olunmuş 0.02 ha sahəsinin qanunsuz istifadəsi nəticəsində vurulmuş ziyana görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçıya 5000 manat kompensasiya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e2(027)-1859/2022 nömrəli iş üzrə 1 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur.

3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını və iddia ərizəsini icr aata qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1777/2022 nömrəli iş üzrə 01 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) apellyasiya qeyri-mümkün hesab edilmişdir.

5. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)4977/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Vüqar Həsənov, Əhməd Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, qərardadın ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin 19.10 2022-ci il ta rixli qərardadı ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev və İlqar Dəmirov) Quba Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət yenidən qeyri-mümkün hesab edilmişdir.

8. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti verilərkən şikayətin forma məzmununa riayət edilməli olmasının ilkin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsi olsa da, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş apellyasiya şikayətini baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının və birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması barədə yeni qərar qəbul olunmasını etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı birinci instansiya məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərardadı barəsindəki şikayətini elektron kabinet vasitəsi ilə təqdim etmişdir və həmin şikayət 8 iyul 2022-ci il tarixində elektron qaydada verilmiş sənəd kimi qeydiyyata alınmışdır. Qeyd edilən faktı Azərbaycan Respu blikası Ali Məhkəməsinin Mülki Kollegiyası 13 sentyabr 2022-ci il tarixli qərarı ilə də təsdiqləmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “iddiaçı tərəfindən verilmiş şikayətin elektron kabinet vasitəsi ilə verilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğun deyil. Həmin şikayət xx.xx.2022-ci il tarixdə elektron qaydada verilmiş sənəd kimi qeydiyyata alınmışdır”. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra – MPM)

13. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir...

14. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsi nin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

15. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

16. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya baxışının hədləri

17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Apellyasiya instansiya məhkəməsinin qərardadı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməsi qaydası müəyyən edilmişdir. Qeyd olunan forma m əhz MPM-in tərkib hissəsi olan 2 saylı Əlavədə (apellyasiya şikayətinin forması) əks olunmuşdur. Məcəllənin 363.1.11-ci maddəsində isə birbaşa müəyyən edilmişdir ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

21. Lakin iddiaçının apellyasiya şikayəti MPM-in tərkib hissəsi olan 2 saylı Əlavəyə uyğun tərtib olunmamışdır. Qeyd olunan hal şikayət üzrə apellyasiyanın mümkünlüyünü istisna etdiyindən Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür.

22. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı d əyişdirilmədən saxlanılmalıdır.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2252/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar