Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1176/2025 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X4 oğlunun katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər cavabdeh1 və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızının nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızının nümayəndəsi və vəkili vəkil2 Teyyub oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı, Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan ərazi idarəsinə qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdehlər cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı, Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı, Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan ərazi idarəsinə qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı İddiaçı ilə X1, X5, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı arasında bağlanmış ## ####### 2002-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, X1, X5, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızının adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 608013061238, qeydiyyat nömrəsi 1722009476, qeydiyyat tarixi ##.##.2022-ci il olan çıxarışın ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və 400 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınıb iddiaçı İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı İddiaçı ilə X1, X5, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı arasında bağlanmış ## ####### 2002-ci il tarixli müqaviləyə əsasən cavabdehlər cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı və onların mərhum valideynləri X1 və X5 JN-415 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus 3,68 ha torpaq sahəsini 2000000 (iki milyon) manata iddiaçı İddiaçı satmışlar. Bu barədə tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir. Həmin vaxtdan etibarən, yəni 2002-ci ildən iddiaçı mübahisəsiz qaydada qeyd edilən torpaq sahəsindən istifadə etməyə başlamışdır. Adı çəkilən torpaq sahəsi iddiaçıya satılmasına və ona təhvil verilməsinə baxmayaraq sonradan həmin torpaq sahəsinə dair cavabdehlər cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı və onların mərhum valideynləri X1 və X5 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 608013061238, qeydiyyat nömrəsi 1722009476, qeydiyyat tarixi ##.##.2022-ci il olan çıxarış alınmışdır. X1 ##.##.2024-cü il tarixdə, X5 isə ##.##.2021-ci il tarixdə vəfat etmişlər. Iş üzrə cavabdeh cavabdeh1 çıxarış əldə etdikdən sonra iddiaçı İddiaçı torpaq sahəsindən çıxmağı tələb etməyə başlamışdır. Halbuki torpaq sahəsi 2002-ci ildə iddiaçıya satılmış, hazırda həmin torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. Iddiaçı üzərinə düşən bütün hərəkətləri yerinə yetirmişdir. Lakin qarşı tərəf üzərilərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddia tələbi ilə razı deyildir və iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Onlar iddiada göstərilən torpaq sahəsini iddiaçıya satmamışlar. Həmin torpaq sahəsini iddiaçının icarəsinə vermişlər və pay torpaq sahələri paylandığı vaxtdan iddiaçının istifadəsində olmuşdur. Doğrudur, iddiaçıdan onlar tərəfindən pul alınmışdır. Lakin alınan həmin pullar icarə haqqı kimi iddiaçıdan alınmışdır. Torpağın satılmasına dair tərtib olunmuş akt sonradan tərtib olunmuşdur. Torpaqla bağlı iddiaçı ilə aralarında heç bir vaxt söz-söhbət olmamışdır. Atası vəfat etdikdən sonra iddiaçı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər cavabdeh Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı da eyni məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işdə olan və məhkəmə iclasında elan edilmiş torpağa mülkiyyət hüququna dair JN415 kod ******** nömrəli dövlət aktının surətindən görünür ki, Ağcabədi şəhər ərazisində yerləşən 3,68 ha torpaq sahəsi X1, X6 Səxavət Ismayıl qızı, X9 və X10 mülkiyyətindədir. Işdə olan və məhkəmə iclasında elan edilmiş ## ####### 2002-ci il tarixli aktdan görünür ki, X1, X5, cavabdeh1, X12 və X10 *** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus 3,68 ha torpaq sahəsini 2000000 manata İddiaçı satılması ilə əlaqədar olaraq İddiaçı ilə X1, X5, cavabdeh1, X12 və X10 arasında bağlanmışdır. Işdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin surətindən görünür ki, X1, X7, X8 və X9 adlarına Ağcabədi şəhəri ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 3,68 ha torpaq sahəsi ilə əlaqədar ##.##.1998-ci il tarixli, ** saylı qərarı ilə JN-*** saylı kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının mərhum X5, cavabdeh1 və cavabdeh3 məxsus olması faktı müəyyən edilmişdir. Işdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin reyestr nömrəsi 608013061238, qeydiyyat nömrəsi 1722009476, qeydiyyat tarixi ##.##.2022-ci il olan çıxarışın surətindən görünür ki, Ağcabədi şəhəri ərazisində yerləşən 3,6775 ha torpaq sahəsi X1, X2, cavabdeh1, cavabdeh3 və cavabdeh2 mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydiyyata alınmışdır. Işdə olan və məhkəmə iclasında elan edilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, X5 ##.##.2021-ci il tarixdə ölmüşdür. Işdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi rayon Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, X1 ##.##.2024-cü il tarixdə Rusiya Federasiyasında ölmüşdür. Işdə olan və məhkəmə iclasında elan edilmiş AZ-İ ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ##.##.2007-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ona “Behbudova” soyadı verilmişdir. Işdə olan və məhkəmə iclasında elan edilmiş AZ-İ ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ##.##.2006-cı il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra ona “Rzayeva” soyadı verilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat: Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (Hakim: Etibar Quliyev) iddia təmin edilmiş, iddiaçı İddiaçı ilə X1, X5, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı arasında sadə yazılı formada bağlanmış ## ####### 2002-ci il tarixli alğı-satqı müqaviləsinin etibarlı və bağlanmış hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi 608013061238, qeydiyyat nömrəsi 1722009476, qeydiyyat tarixi ##.##.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 400 (dörd yüz) manat xidmət haqqının cavabdehlər cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızından müştərək qaydada alınıb iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər cavabdeh1 və Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı apellyasiya şikayətləri verərək bildirmişlər ki, torpaq sahəsi İddiaçı torpaq satılmamışdır, iddiaçı tərəfindən məqsədli şəkildə köhnə tarixə akt tərtib edilmişdir. Akta göstərilən şəxslərin bəziləri yetkinlik yaşına çatmamış şəxslərdir, imzaların bəziləri eyni şəxs tərəfindən çəkildiyindən eynilik təşkil edir. Hazırda akta adına imza çəkilmiş şəxslər həmin aktın saxta olduğunu, elə bir akta imza çəkmədiklərini bildirirlər. Bunun imzaların saxtalaşdırılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət edilmişdir. Güman edirlər ki, iddiaçı tərəfindən həmin akt məhkəmə iclasları başlanarkən yazılmış, məqsədli şəkildə köhnə tarix qeyd edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətlərinə etiraz etdiyini bildirdi, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər cavabdeh1 və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızının nümayəndəsi və vəkili vəkil1 və cavabdeh Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızının nümayəndəsi və vəkili vəkil2 Teyyub oğlu məhkəmə iclasında apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirdilər, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını xahiş etdilər. Digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Beyləqan ərazi idarəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəb bildirmədən nümayəndəsi məhkəmə iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, məhkəmə kollegiyası Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin bütövlükdə yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 335.2-ci maddəsinə əsasən (# ###### 2005-ci il tarixədək qüvvədə olmuşdur). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər cavabdeh1 və Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı apellyasiya şikayətlərində iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ## ####### 2002-ci il tarixli sadə yazılı formada bağlanmış müqavilə ilə X1, X5, cavabdeh1, Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı və Rzayeva (Qasımova) Rəqsanə Ismayıl qızı JN-415 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən paylarına düşən 3,68 ha torpaq sahəsini 2000000 manata İddiaçı satmışlar. Həmin vaxtdan da İddiaçı maneəsiz olaraq göstərilən torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edir. Bu hal iddiaçı İddiaçı torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Belə olan halda tərəflər arasında mübahisəli torpaqla bağlı mövcud razılaşmanın onların iradəsi ilə əhatə edildiyini tam sübut edir. Kollegiya iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # #### 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi cavabdehlərin ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarxli qərarında aşağdakılar qeyd edilir; Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Konstitusiya Məhkəməsinin Plenumu B.Qasımovun şikayəti üzrə ##.##.2019-cu il tarixli qərarında göstərmişdir ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Nəzərə alınmalıdır ki, mübahisəli sahənin iddiaçıya satılmasından müqaviləni imzalamamış mülkiyyətçi(lər)in məlumatlı olduqları, özlərinin davranışları ilə əqdi bəyənmələri müəyyən edildiyindən, hazırkı iddianın irəli sürülməsinə, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqdan sui-istifadə baxımından hüquqi qiymət verilməlidir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır . Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir . Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan suiistifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Apellyasiya icraatı zamanı alınmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan ## ####### 2002-ci il tarixli Aktın 1-ci səhifənin sonunda "İ.Qasımov" adının sol tərəfindəki imzadan, aktın 2-ci səhifəsinin yuxarı hissəsindəki "Z.Qasımova", "cavabdeh1” adlarının qarşısındakı imzalardan və səhifənin sonunda "Z.Qasımova", "cavabdeh1", "İ.Qasımov" adlarının qarşısındakı imzalar - X5 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və cavabdeh tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Yenidən ekspertiza keçirilməsinə zərurət yoxdur. Göründüyü kimi, ekspert rəyi ilə də təsdiq edilir ki, X3 torpağın birgə mülkiyyətçilərindən biri olmaqla akta imza etmişdir. Akt birgə mülkiyyətçilərdən biri tərəfindən imzalanmış olsa da kollegiya qeyd etməyi lazım bilir ki, cavabdehlər mübahisəli torpaq sahəsini 2002-ci il tarixdən bu günə kimi istifadə etmirlər, onu əkib becərmirlər. Yəni torpaq sahəsi 2002-ci il tarixdən iddiaçı tərəfin istifadəsindədir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan digər ümumi mülkiyyət sahiblərinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alan kollegiya hesab edir ki, apelyatorun özünün və ailə üzvlərinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin başqasına satılmasından xəbərdar olmamaları, habelə sakini olduqları kənddə 20 ilə yaxın həmin sahəni başqasının istifadə etməsini görməmələrinin mümkünlüyü (inandırıcılığı) əsaslandırılmamışdır. Bu da onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi etibarlı müqavilə olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, iddianı düzgün olaraq təmin etmişdir. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya həmçinin diqqətə çatdırır ki, cavabdeh tərəf ## ####### 2002-ci il tarixli aktda saxtakarlıq edilməsini göstərib tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Kollegiya hesab edir ki, cinayət əlamətlərinin olması müəyyən edilmədiyindən xüsusi qərardad qəbul edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər cavabdeh1 və Behbudova (Qasımova) Zülfiyyə Ismayıl qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədiqiqatının dəyəri olan 200 manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1176/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1176/2025
08.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver