Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1791/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1, habelə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qarşı “yaşayış evinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlakda edilmiş yaxşılaşdırmalara çəkilmiş xərcin ödənilməsi, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Ünvanndə yerləşən 0,2730 ha torpaq sahəsi və üzərində tikilmiş ümumi sahəsi 85,5 kv.m olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə cavabdeh2, X2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətindədir.
2. Iddiaçı və cavabdeh1 (cavabdeh2 oğlu) 2004-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuşlar.
3. Iddiaçı sifarişi əsasında hazırlanmış “xxxx” MMC-nin ## ###### 2024-cü il tarixli rəyi ilə Ünvanndə yerləşən fərdi yaşayış evində aparılmış tikinti-təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 40692,9 manat məbləğində müəyyən edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ünvanndə yerləşən mübahisəli fərdi yaşayış evinə çəkilmiş xərclərin əvəzi olaraq 21243,05 məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153,8 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh1 ilə 2004-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuş, faktiki nikahlarından 2 övladları doğulmuşdur. Faktiki nikaha daxil olduqdan sonra Ünvanndə cavabdeh cavabdeh1 atası olan cavabdeh cavabdeh2 məxsus 0,10 ha torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamışlar. Ilkin olaraq qardaşları ona 3000 ABŞ dolları məbləğində pul vermişlər ki, o, özünə ev tikdirsin. O, həmin pulu cavabdeh1 vermiş, digər cavabdeh və qardaşlarının köməyi ilə bünövrə töküb, ev tikib və damını vurdurmuşlar. Bundan sonra iddiaçının cavabdeh1 ilə münasibətləri pozulmuş və cavabdeh1 Rusiya Federasiyasına getmişdir. O isə yarımçıq qalmış tikilini təmir etdirib, həmin evdə yaşamağa başlamışdır. Evin 2 otağını, dəhlizi, mətbəx və hamamını təmir etdirmişdir. Həyətyanı torpaq sahəsində yardımçı tikili tikdirmiş, həyətyanı sahəni şeben ilə düzəltdirmiş, qaz, işıq, su çəkdirmiş və dəmir altıqlı plastmas çən qurdurmuşdur. Lakin, cavabdeh cavabdeh2 hazırda ona qarşı evdən çıxarılma tələbinə dair iddia qaldırmış və ona kompensasiya kimi 10000 manat pul təklif etmişdir. Halbuki, dəhlizin təmirinə 2207,1 manat, mətbəxin təmirinə 1087,05 manat, sahəsi 21,75 kv.m olan otağın təmirinə 3475,5 manat, sahəsi 34,8 kv.m olan otağın təmirinə 9373,4 manat, hamamın təmirinə 1967 manat, həyətin hasarlanması və çınqılın alınması və yayılmasına 1500 manat xərc çəkmişdir. Əvvəlcədən verilən 3000 ABŞ dolları ilə birlikdə yaşayış evinə cəmi 21243,05 manat xərc çəkmişdir. Buna görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qismən etiraf edərək göstərmişdir ki, cavabdeh2 onun atası, cavabdeh1 isə qardaşıdır. Qardaşı cavabdeh1 iddiaçı ilə 2004-cü il tarixdə faktiki nikah münasibətlərinə daxil olmuşlar. Onların faktiki nikahlarından 2 övladları doğulmuşdur. Qardaşı hazırda Rusiya Federasiyasında yaşayır. Iddiaçı hazırda uşaqları ilə birlikdə onun atasına məxsus evdə yaşayırlar. Mübahisəli ev onun atası tərəfindən tikilib və təmir olunmuşdur. Iddiaçının həmin evin təmirinə sonradan çəkdiyi xərc ən çoxu 2000-3000 manat cuvarında olar. Əvvəlki ekspert rəyində göstərilənlər hamısı onun tərəfindən təmir edilməmiş və məbləğ yüksək hesablanmışdır. Iddiaçı iddiasında göstərilən və ya ekspert rəyində göstərilən təmir işlərini onun tərəfindən görüldüyünü heç bir əsasla sübuta yetirə bilməmişdir. Ona görə də, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdeh cavabdeh1 nümayəndəsi, vəkil vəkil2 cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndəsi bacısı Nümayəndə izahatına uyğun çıxış edərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinə təqdim olunmuş “xxxx” MMC tərəfindən verilmiş ## #### 2025-ci il tarixli rəyə əsasən Ünvanndə yerləşən fərdi yaşayış evində iddiaçı Iddiaçı tərəfindən aparılmış tikinti-təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 8000 manat məbləğində müəyyən edilmişdir.
9. Ağcabədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim S.Ləzimov) iddia qismən təmin edilərək, cavabdeh2 və cavabdeh1 əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin əvəzi qismində 8000 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada alınıb Iddiaçı verilməsi, Iddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Iddiaçı məhkəməyə iddia verməmişdən əvvəl özü tərəfindən aldığı məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2024-cü il tarixli rəyinə əsasən Ünvanndə yerləşən fərdi yaşayış evdə aparılmış tikinti-təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 40692,9 manat məbləğində müəyyən edilsə də, həmin məbləğ ağlabatan olmadığı üçün məhkəmə tərəfindən sübut kimi qəbul edilməmiş, həmçinin tərəflərin şifahi vəsatəti əsasında ## ### 2025-ci il tarixdə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, “xxxx” MMC-nin məhkəmə tikinti-texniki ekspertizasının ## #### 2025-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Ünvanndə yerləşən fərdi yaşayış evinin təmirinə bütövlükdə 8000 manat məbləğində pul vəsaiti xərclənmişdir.
11. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Iddiaçı həmin əmlaka dair 8000 manat dəyərində ayrıla bilməyən yaxşılaşdırmalar aparmışdır. Bununla da cavabdehlər yaxşılaşdırmalar üzrə 8000 manat məbləğində əsassız varlanmışlar. Qeyd olunan xüsusat tərəflərin və onları təmsil edən şəxslərin izahatları ilə yanaşı “xxxx” MMC-nin ## #### 2025-ci il tarixli ***/E nömrəli ekspert rəyi ilə təsbit edilmişdir. Iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı 21243,05 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 153,8 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı əmlakın yaxşılaşdırılması ilə əlaqədar 8000 manat məbləğində pul vəsaiti sərf etməsi “xxxx” MMC-nin məhkəmə tikinti-texniki ekspertizasının ## #### 2025-ci il tarixli rəyinə əsasən təsdiq etsə də, iddia tələbini digər hissədə sübuta yetirməmiş, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
12. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, Iddiaçı iddia tələbi əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin əvəzi qismində 8000 manat məbləğində pul vəsaiti tələbinə dair hissədə əsaslı olsa da, qalan hissədə əsassızdır.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 386, 501, 1091, 1092-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bu evin tikintisini sıfırdan başlamışdır. Əvvəlcə torpaq sahəsi boş vəziyyətdə idi. Onun vəsaiti hesabına bünövrə töküldü, divarlar qaldırıldı, dam örtüyü vuruldu, elektrik və su xətləri çəkildi, pəncərələr və qapılar qoyuldu, evin içi tam təmir olundu. Yəni faktiki olaraq yeni ev tikilib istifadəyə yararlı hala salınmışdır. Bu işlərin hər biri böyük xərc tələb etmişdir. O, həm materiallara, həm ustalara, həm də əlavə abadlaşdırma işlərinə ümumilikdə 21243,05 manat xərcləmişdir. Məhkəmə isə əsassız olaraq bu məbləğin yalnız 8000 manatını nəzərə almışdır. O, bu işləri ailəsinin yaşayışı üçün etmişdir. Çünki başqa çıxış yolu olmamışdır. Illərlə yığdığı qəpik-quruşu bu evə sərf etmişdir. Bütün həyatını və əziyyətini bu evə qoymuşdur. Indi isə çəkdiyi zəhmət gözardı edilir. O, tək qadındır, ailə başçısıdır, arxasında heç kim yoxdur. Övladını da özü oxutdurur. Evin təməli qoyulandan damına qədər hər işin məsuliyyətini öz üzərinə götürmüşdür. Borc almış, əlində-ovcunda olan bütün əşyalarını satmış, gündəlik ehtiyaclarına qənaət etmişdir ki, bu ev başa çatsın. Birinci instansiya məhkəməsi onun təqdim etdiyi sənədləri və faktiki çəkilən xərcləri tam nəzərə almamışdır. Halbuki, onun sübutları bütün məbləğin - 21243,05 manatın çəkildiyini təsdiq etmişdir.
16. Həmçinin cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
17. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mülki işə baxılarkən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, işə səthi və qeyri-obyektiv mövqedən yanaşılmış, düzgün qərar qəbul edilməmişdir. Beləliklə də, maddi hüquq normalarının və prosessual hüquq normalarının tələbləri, nəticədə isə onun və azyaşlı övladının qanunla qorunan hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Iddiaçının evin təmirinə çəkdiyi xərclər məhkəmədə sübut olunmamışdır. Bundan başqa, iddiaçının evin təmirinə 8000 manat xərc çəkməsi sübut olunmamışdır. Həmçinin, məhkəmə mülki iş üzrə verilmiş şifahi vəsatəti təmin etməmişdir.
18. Apellyasiya baxışı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş, “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli ekspert rəyinə əsasən cavabdeh2 məxsus olan Ünvanndə yerləşən fərdi yaşayış evində və həyətyanı sahədə aparılmış təmirtikinti işlərinə çəkilmiş xərclərin bazar dəyəri 6910 manat məbləğində müəyyən edilmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər T.Heydərov və A.Novruzova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin mahiyyəti iddiaçı tərəfindən ona məxsus olmayan daşınmaz əmlaka çəkilmiş xərclərin hüquqi taleyi və həmin xərclərin əvəzinin ödənilibödənilməməsi ilə bağlıdır.
22. Iş materiallarından müəyyən olunur ki, iddiaçı nikah münasibətində olduğu cavabdeh cavabdeh1 ilə birlikdə yaşadığı müddətdə mübahisəli fərdi yaşayış evində məskunlaşmış, sonradan tərəflər arasında münasibətlər pozulmuş və cavabdeh Rusiya Federasiyasına getmişdir. Bundan sonra iddiaçı faktiki olaraq həmin evdə yaşayaraq, öz vəsaiti hesabına tikinti və təmir işləri aparmış, əmlakı yaxşılaşdırmışdır.
23. Eyni zamanda, birinci instansiya məhkəməsi iclasında cavabdeh tərəfin nümayəndəsi Nümayəndə izahatından görünür ki, tərəflər arasında həmin fərdi yaşayış evindən iddiaçının çıxarılması ilə bağlı ayrıca məhkəmə mübahisəsi olmuş və nəticədə iddiaçı həmin evdən çıxarılmışdır. Beləliklə, iddiaçı bir vaxtlar daimi yaşayacağını güman etdiyi və faktiki olaraq istifadə etdiyi əmlaka öz vəsaiti hesabına yaxşılaşdırmalar aparmış, lakin sonradan həmin əmlakdan məhrum edilmişdir. Bu halda çəkilmiş xərclərin ona qaytarılmaması cavabdehlərin əsassız olaraq varlanmasına, iddiaçının isə əmlak itkilərinə məruz qalmasına səbəb olardı.
24. Iş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən aparılmış tikinti və təmir işləri daşınmaz əmlakın ayrılmaz tərkib hissəsinə çevrildiyindən, onların naturada geri qaytarılması mümkün deyildir.
25. Beləliklə, məhkəmə tərkibi belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə məxsus əmlaka çəkilmiş və ayrılması mümkün olmayan yaxşılaşdırmalar nəticəsində cavabdehlər əmlakın dəyərinin artması formasında əmlak əldə etmiş, iddiaçı isə həmin həcmdə əmlakdan məhrum olmuşdur. Bu isə qanunvericiliyin tələblərinə görə əsassız varlanma kimi dəyərləndirilməklə həmin varlanma aradan qaldırılmalıdır.
26. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh cavabdeh2 apellyasiya şikayətində iddiaçı tərəfindən evin təmirinə çəkildiyi iddia olunan xərclərin, o cümlədən 8000 manat məbləğin belə sübut olunmadığını göstərmişdir. Lakin, cavabdeh tərəfin (nümayəndəsi Nümayəndə) məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olmuşdur ki, iddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evinə müəyyən xərclərin çəkilməsi faktı mübahisələndirilmir, yalnız həmin xərclərin məbləği ilə bağlı etiraz edilir. Iddiaçı isə əksinə, evə çəkilmiş xərclərin 8000 manatdan xeyli artıq olduğunu bildirərək, iddia tələbini tam müdafiə edir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisənin predmeti iddiaçı tərəfindən aparılmış tikinti və təmir işlərinə çəkilmiş xərclərin real bazar dəyərinin müəyyən edilməsindən ibarətdir. Iş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2024-cü il tarixli tikinti-texniki ekspertiza rəyinə əsasən mübahisəli fərdi yaşayış evində aparılmış tikinti və təmir işlərinin ümumi dəyəri mövcud bazar qiymətləri ilə təqribən 40692,09 manat məbləğində müəyyən edilmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş “xxxx” MMC-nin ## #### 2025-ci il tarixli ekspert rəyinə əsasən isə həmin xərclərin dəyəri təqribən 8000 manat məbləğində qiymətləndirilmişdir.
28. Apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəfin öz təşəbbüsü ilə əldə etdiyi ekspert rəyi sübut kimi qəbul edilsə də, həmin rəyin məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə müqayisədə üstün hüquqi qüvvəyə malik hesab edilməsi düzgün deyildir. Lakin eyni zamanda, qeyd olunan iki ekspert rəyi arasında mövcud olan kəskin və əsaslı fərqin aradan qaldırılması, iş üçün mühüm əhəmiyyət kəsb edən halların tam və obyektiv müəyyən edilməsi zərurətini yaradır. Odur ki, hazırkı mərhələdə məhkəmə kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə müstəqil qiymətləndirici dəvət edilmişdir. ## ###### 2026-cı il tarixli qiymətləndirmə rəyinə əsasən mübahisəli fərdi yaşayış evində və həyətyanı sahədə aparılmış tikinti və təmir işlərinə çəkilmiş xərclərin bazar dəyəri 6910 manat məbləğində müəyyən edilmişdir.
29. Göründüyü kimi apellyasiya instansiyası mərhələsində əldə edilmiş ## ###### 2026cı il tarixli qiymətləndirmə rəyində müəyyən olunmuş 6910 manat məbləğ, birinci instansiya məhkəməsi tərəfindən əsas götürülmüş ## #### 2025-ci il tarixli ekspert rəyində göstərilən 8000 manat məbləğinə yaxın olmaqla, həmin rəyin nəticələrini mahiyyət etibarilə təsdiqləyir. Bu hal onu göstərir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyi real bazar dəyərinə uyğun olmaqla obyektiv və etibarlı sübut kimi çıxış edir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş və xeyli yüksək məbləğ göstərilən ekspert rəyi qeyd olunan iki rəy ilə uzlaşmadığından, onun nəticələri sübutların məcmu qiymətləndirilməsi zamanı üstün mövqe tuta bilməz.
30. Beləliklə, məhkəmə tərkibi hesab etmişdir ki, apellyasiya mərhələsində əldə edilmiş rəy ilə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyi arasında mövcud uyğunluq, məhz birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş rəyin düzgünlüyünü və əsaslılığını təsdiq edir və bu səbəbdən iş üzrə hüquqi qiymətləndirmə həmin rəy əsasında aparılmalıdır.
31. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları və tətbiq edilən hüquq normalarını məcmu şəkildə qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir.
32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənaətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir
33. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər.
34. Məhkəmə tərkibinin qənaətinə görə iddianın tamamilə rədd edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır.
35. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 157, 386, 1091, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
36. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 25, 26-cı, Ailə Məcəlləsinin 37-ci, Mülki Prosessual Məcəlləsinin 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, mülki işlə bağlı hər iki məhkəmədə ekspertiza keçirilmiş və ortada 3 fərqli ekspert rəyi iş materiallarına əlavə olunmuşdur. Həmin ekspert rəylərində demək olar ki, fərqli rəqəmlər qeyd olunmuşdur. Apellyasiya mərhələsində əldə edilmiş rəy ilə birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş ekspert rəyi arasında mövcud uyğunsuzluq vardır. Hakim qətnamədə qeyd etmişdir ki, məhz birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş rəyin düzgünlüyünü və əsaslılığını təsdiq edir və bu səbəbdən iş üzrə hüquqi qiymətləndirmə həmin rəy əsasında aparılmalıdır. Bu hissədə işi hakim yenə düzgün araşdırmamışdır. Ona görə ki, əgər işdə iş materiallarında 40692,09 manat evin qiymətləndirməsi üçün verilmiş rəy birdənbirə həmin
38. qiymətləndirmədən çox-çox aşağı 8000 manat, həmçinin 6910 manat qiymətləndirmə reallığı əks etdirmir. Sonuncu rəyə əlavə olunmuş şəkillərdən də görünmüşdür ki, bu təmir 8000 manat dəyərində olan təmir deyil. Həmçinin, bu evin tok xətlərinin çəkilməsinə qoyulmuş xərclər düzgün hesablanmamışdır. Bu kvadratda evlərə çəkiləcək tok xətti və tokun çəkilməsi üçün usta ilə birlikdə 1000 manatdan çox xərc qoyulmuş, lakin rəydə ekspert onu 820 qeyd etmişdir. Qapı pəncərəni 100 manat yazmışdır. Hakim də bu rəyə düzgün qiymət verməyərək, qərar qəbul etmişdir. Həmçinin, evin ancaq təmirinə xərclənmiş pul hesablanıb, lakin evin özünün ilk başdan tikilməsinə çəkilmiş xərclə bağlı ekspertiza keçirilməyib və tikintisinə sərf olunmuş xərclər hesablanmayıb.
39. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
40. Cavabdeh cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
41. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxılarkən iş üçün əhəmiyyəti olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmış və düzgün qətnamə qəbul etmişdir. Iddiaçının evin təmirinə çəkdiyi xərclər, yəni iddia etdiyi xərclər, məhkəmədə sübut olunmamışdır.
Kassasiya baxışının hədləri:
42. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
43. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, hazırkı kassasiya baxışının predmetini iddiaçının kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin iddianın təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həm cavabdehin, həm də iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparmış, o cümlədən iş üzrə təkrar qiymətləndirmə ekspertizası keçirmiş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara müfəssəl hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə tam razılaşır.
48. Bununla belə, kassasiya şikayətinin dəlilləri üzrə qeyd olunmalıdır ki, şikayətin əsas dəlili məhkəmələrin istinad etdikləri ekspert rəylərinin əsassız olması ilə bağlıdır.
49. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
50. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, kassasiya şikayətinin ekspert rəyinin əsassızlığı ilə bağlı dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
51. Hazırda iddiaçı belə hallara istinad etmədiyindən, apellyasiya instansiyası məhkəməsi cavabdehin mülkiyyətindəki fərdi yaşayış evinə çəkilmiş təmir xərcinin hazırkı dəyərini alınmış rəylər əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
52. Iddiaçının kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının araşdırılmaması ilə bağlıdır.
53. Halbuki, ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.