Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1798/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: pul tələbi, əsassız varlanma, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X4 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # #### 2026cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanındakı yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil fonduna daxildir və ## ##### 2023-cü il tarixli *** nömrəli kirayə müqaviləsi ilə bu mənzil Nazirlikdə xidmət müddətində Abudova İlhamə Ələkbər qızına verilmişdir. Xidmətdən buraxıldıqda, işdən azad olunduqda və ya xidməti yerini dəyişdikdə mənzili qeyd şərtsiz Hissəyə təqdim edilməsi barədə o, eyni tarixdə iltizam vermişdir.
2. Hazırda bu mənzildə İddiaçı yaşayır. Bunun üçün isə o, məhkəməyə hər hansı mötəbər sənəd (müqavilə, arayış, icazə və s.) təqdim etməmişdir, yəni o, mübahisəli mənzildə qanunsuz əsaslarla yaşamağa davam edir. Bu əsasla da, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin Rayon Mənzil İstismar Hissəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Z.Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanında qeyri-qanuni yaşayan İddiaçı mənzildən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur.
3. Sumqayıt Hərbi Prokurorluğunun ##.##.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, İddiaçı Cavabdeh onun 13.500 manatının ələ keçirilməsi ilə bağlı etdiyi müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bu araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh Müdafiə Nazirliyinin Sumqayıt şəhərinin Hacı Zeynabdin qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin Aerodrom-istismar bölüyünün təmir taqımının təmir manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - R hərbi rütbəsində xidmətdə olan zaman 2022-ci il tarixdə hərbi hissənin balansında olan ünvan 1 ünvanında yerləşən mənzili ailə üzvləri ilə birlikdə yaşaması üçün təhvil almış, bundan sonra evi təmir etdirərək içərisinə əşyalar alaraq yaşamağa başlamışdır. 2024-cü ilin əvvəllərində mənzilin ailə üzvlərinin yaşaması üçün əlverişsiz olması, daha böyük mənzilə köçməsi barədə qərara gəldikdən sonra yaşadığı mənzilə çəkdiyi xərcin ödənilməsi müqabilində mənzili hansısa bir şəxsə təhvil vermək barədə hərbi hissədə xidmət yoldaşlarına müraciət etmiş, həmin vaxt N nömrəli hərbi hissədə xadimə işləyən vətəndaş Abudova İlhamə Ələkbər qızı bu barədə xəbər tutduqdan sonra onu qohumu vətəndaş İddiaçı ilə tanış edərək sonuncunun həmin mənzilə köçmək istəməsini bildirmiş və bu işdə köməklik etməsini xahiş etmişdir. Bundan sonra vətəndaş İddiaçı Cavabdeh ilə görüşüb söhbət edən zaman sonuncu İddiaçı həmin mənzilin təmirinə və içərisində olan əşyalara 16.000 manat pul xərclədiyini, 13.500 manat pul müqabilində həmin mənzili, içərisində olan əşyaları ilə birlikdə ona təhvil verə biləcəyini, lakin mənzilin hərbi hissənin balansında olmasını, hərbi qulluqçu olmadığı üçün gələcəkdə mənzildən çıxarıla biləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ona cavab olaraq həmin mənzili N nömrəli hərbi hissədə işləyən qohumu İlhamə Abudovanın adına sənədləşdirəcəyini, gələcəkdə yoldaşının və ya digər hansısa bir qohumunun N nömrəli hərbi hissədə işə qəbul olunacağını, bundan sonra sənədləşməni İlhamə Abudovanın adından dəyişdiriləcəyini demiş və qarşılıqlı razılaşmaya əsasən İddiaçı # ###### 2023-cü il tarixdən ailəsi ilə birlikdə həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. 2024-cü ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin Mənzil İstismar Sahəsinin əməkdaşları İddiaçı dəvət edərək yaşadığı mənzilin hərbi hissənin balansında olduğunu, həmin mənzildə qanunsuz yaşadığını bildirərək mənzildən çıxmasını tələb etdikdən sonra bu barədə Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzinə müraciət etmiş, həmçinin Cavabdeh zəng edərək vermiş olduğu 13.500 manat pulu geri qaytarmasını tələb etmişdir. Yuxarıda qeyd olunanlar Cavabdeh, Abudova İlhamə Ələkbər qızının, X2 izahatları, raportlar və digər sənədlərlə təsdiq olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13.500 manat pulun və ödənilmiş 131 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ###### 2022-ci il tarixdə özünə şəxsi ev almaq istəyən zaman Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xadimə işləyən Abudova İlhamə Ələkbər qızı onun işlədiyi hərbi hissədə hərbiçilərə aid binada evlərin olduğunu, orada hərbi qulluqçu və yaxud hərbi hissənin əməkdaşlarının adına sənədləşdirilərək mənzil götürə biləcəyini bildirdiyi üçün onunla birlikdə İlhamənin işlədiyi hərbi hissədə yerləşən mənzillərə baxmağa getmişdir. İlhamə Abudova onu Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kərim Kərimov küçəsi ** nömrəli binada yerləşən ** nömrəli mənzildə yaşayan Cavabdeh ilə tanış edərək həmin şəxsin yaşadığı mənzili hərbi hissəyə təhvil verdiyini bildirmişdir. Bundan sonra o, həmin mənzilə gedərək mənzilə baxıb, onu bəyənmişdir. Mənzilin sahibi Cavabdeh mənzili ona 13.500 manat pul müqabilində təhvil verəcəyini bildirmişdir. Bundan sonra qayınatası X5, qohumu Günel adlı şəxsin və öz adına “xxxx” ASC və “xxxx” ASCdən 13.500 manat kredit götürmüşdür. Həmin pulu 2023-cü ilin yanvar ayının sonlarında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Əliağa Vahid küçəsində qohumu X1 yanında Cavabdeh ev üçün vermiş, lakin bu zaman hər hansı bir sənədləşmə aparılmamışdır. Həmin günün sabahı Cavabdeh mənzilin açarını vermiş və bildirmişdir ki, mənzilin sənədini Hacı Zeynalabdin qəsəbəsinin Mənzil İstismar Sahəsinə təhvil vermişdir. Sənədləri oradan götürəcək və ona təqdim edəcək. # ###### 2023-cü il tarixdə o, ailəsi ilə birlikdə həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. 2024-cü ilin dekabr ayının əvvələrində Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsinin Mənzil İstismar Sahəsinin əməkdaşları onu İdarəyə dəvət edərək yaşadığı mənzilin hərbi hissənin balansında olduğunu, orada qanunsuz əsaslarla yaşadığını bildirmişlər. Həmin əməkdaşlara cavab olaraq 2 il həmin evdə yaşamasını, mənzilin hərbi hissədə işləyən qohumu Abudova İlhamə Ələkbər qızının adına sənədləşdirildiyini, mənzil üçün aylıq kommunal pulun onun tərəfindən ödənildiyini bildirmişdir. Bundan sonra, ## ###### 2025-ci il tarixdə Hacı Zeynalabdin qəsəbəsinin Mənzil İstismar Sahəsinin bir neçə nümayəndəsi yaşadığı ünvana gələrək mənzilin boşaldılmasını tələb etmişlər. Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin Rayon Mənzil İstismar Hissəsi ona qarşı qeyri-qanuni yaşadığı mənzilin boşaldılması tələbi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırmışdır. Dəfələrlə Cavabdeh 13.500 manat pulu tələb etsə də nəticəsi olmamışdır. Cavabdeh yalandan bildirir ki, guya həmin pulu mənzilin təmiri və içərisində olan avadanlıqlar üçün vermişdir.
6. Məhkəmə iclasında cavabdeh, həmçinin onun nümayəndəsi və vəkili nümayəndə1 iddianı qəbul etməmişlər və onun rədd olunmasını xahiş etmişlər.
7. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia təmin edilərək, cavabdehdən 13.500 manat pul və ödənilmiş 131 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanındakı yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil fonduna daxildir və ## ##### 2023-cü il tarixli *** nömrəli kirayə müqaviləsi ilə bu mənzil Nazirlikdə xidmət müddətində Abudova İlhamə Ələkbər qızına verilmişdir. Xidmətdən buraxıldıqda, işdən azad olunduqda və ya xidməti yerini dəyişdikdə mənzili qeyd şərtsiz Hissəyə təqdim edilməsi barədə o, eyni tarixdə iltizam vermişdir. Hazırda bu mənzildə İddiaçı yaşayır. Bunun üçün isə o, məhkəməyə hər hansı mötəbər sənəd (müqavilə, arayış, icazə və s.) təqdim etməmişdir, yəni o, mübahisəli mənzildə qanunsuz əsaslarla yaşamağa davam edir. Bu əsasla da, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin Rayon Mənzil İstismar Hissəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Z.Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanında qeyri-qanuni yaşayan İddiaçı mənzildən istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. İddiaçı bildirir ki, mübahisəli mənzili Cavabdeh 13.500 manat pul verməklə ələd etmişdir. Sonradan o, Cavabdeh onun 13.500 manatını ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə prokurorluq orqanlarına müraciət etmiş, Sumqayıt Hərbi Prokurorluğunun ##.##.2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh Müdafiə Nazirliyinin Sumqayıt şəhərinin Hacı Zeynabdin qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin Aerodrom-istismar bölüyünün təmir taqımının təmir manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - R hərbi rütbəsində xidmətdə olan zaman 2022-ci il tarixdə hərbi hissənin balansında olan, ünvan 1 ünvanında yerləşən mənzili ailə üzvləri ilə birlikdə yaşaması üçün təhvil almış, bundan sonra evi təmir etdirərək içərisinə əşyalar alaraq yaşamağa başlamışdır. 2024-cü ilin əvvəllərində mənzilin ailə üzvlərinin yaşaması üçün əlverişsiz olması, daha böyük mənzilə köçməsi barədə qərara gəldikdən sonra yaşadığı mənzilə çəkdiyi xərcin ödənilməsi müqabilində mənzili hansısa bir şəxsə təhvil vermək barədə hərbi hissədə xidmət yoldaşlarına müraciət etmiş, həmin vaxt N nömrəli hərbi hissədə xadimə işləyən Abudova İlhamə Ələkbər qızı bu barədə xəbər tutduqdan sonra onu qohumu İddiaçı ilə tanış edərək sonuncunun həmin mənzilə köçmək istəməsini bildirmiş və bu işdə köməklik etməsini xahiş etmişdir. Bundan sonra İddiaçı Cavabdeh ilə görüşüb söhbət edən zaman sonuncu İddiaçı həmin mənzilin təmirinə və içərisində olan əşyalara 16.000 manat pul xərclədiyini, 13.500 manat pul müqabilində həmin mənzili, içərisində olan əşyaları ilə birlikdə ona təhvil verə biləcəyini, lakin mənzilin hərbi hissənin balansında olmasını, hərbi qulluqçu olmadığı üçün gələcəkdə mənzildən çıxarıla biləcəyi barədə xəbərdarlıq etmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, mənzilə görə iddiaçıdan 13.500 manat pulu almasını cavabdeh etiraf etmişdir. Tərəflər arasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil fonduna daxil olan Tağıyev-2 hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsi, ev 21, mənzil 58 ünvanındakı yaşayış sahəsinə dair alğı-satqı münasibətləri (şifahi) yaranmışdır, bununla belə qüvvədə olan qanunvericiliyə görə bu cür xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri alğı-satqı müqavilələrinin predmeti ola bilməz.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, qeyd edildiyi kimi, mənzillə bağlı tərəflər arasındakı şifahi razılaşma (müqavilə) etibarsız hesab edilməlidir. İşdən görünür ki, cavabdeh bu şifahi əqd əsasında iddiaçıdan 13.500 manat aldığını etiraf etmişdir və əqd etibarsız hesab edildiyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Pulun mənzilə görə deyil, onun təmiri və avadanlığı üçün alınması barədə cavabdehin dəlili əsassızdır, çünki o, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 337.1 və 337.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1, 217.4 və 238.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında cavabdehə xidmətdə olduğu hərbi hissə tərəfindən yaşamaq üçün müvəqqəti verilmiş mənzilin təmirinə cavabdeh tərəfindən çəkilmiş xərcin və həmin mənzilə gündəlik yaşayış üçün alınmış əşyaların dəyərinin qarşılıqlı razılıq əsasında ödənilməsindən ibarət olmuşdur. Yəni iddiaçı və cavabdeh arasında mənzilin alğı-satqısına dair hər hansı razılaşma olmamış, ola da bilməzdi. Çünki həmin mənzil Müdafiə Nazirliyinin balansında olan mənzildir. Tərəflər arasında baş verən proseslərin də təhlili onu göstərir ki, ödənilən vəsait yalnız təmir xərclərinə və mənzildə olan əşyalara görə baş vermişdir. Belə ki, iddiaçı və cavabdehi əlaqələndirən şəxs Abudova İlhamə Ələkbər qızı öz Sumqayıt Hərbi Prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, iddiaçı ondan işlədiyi hərbi hissənin balansında olan mənzillərdən hər hansının hərbi hissəyə təhvil verilib- verilməyəcəyini öyrənməsini xahiş etmiş, o, da kömək məqsədilə bunu etmiş, lakin iddiaçının hərbi qulluqçu olmaması səbəbiylə mənzilin kirayə müqaviləsi əsasında onun adına rəsmiləşdirilə bilməyəcəyini bildirmiş və gələcəkdə onun həmin evdən çıxarıla biləcəyi barədə onu xəbərdar etmişdir. Həmçinin cavabdeh tərəfindən də iddiaçı qeyd edilən hal barədə xəbərdar edilmiş, lakin iddiaçı bildirmişdir ki, mənzili hələ ki İlhamə Abudovanın adına rəsmiləşdirir, gələcəkdə isə arvadını və ya başqa hansısa qohumunu hərbi hissədə işə düzəldərək mənzilin sənədlərini onun adına rəsmiləşdirəcək. Bütün bu hallar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş vəsait mənzilin alğı-satqısına görə yox, təmir və əşyalar müqabilində verilmiş vəsaitdir. Bu hal Sumqayıt Hərbi Prokurorluğunun ##.##.2025ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarında da öz əksini tapmışdır. Sumqayıt şəhər Məhkəməsi isə bütün müəyyən edilmiş və predusiyal xarakter daşıyan halları nəzərə almayaraq tərəflər arasında guya şifahi alğı-satqı müqaviləsinin mövcud olmasını və həmin mənzilin cavabdeh tərəfindən satıla bilməyəcəyi qənaətinə gələrək etibarsız əqdin mövcudluğu nəticəsinə gəlmişdir. Halbuki hər bir orta təhsilli vətəndaş bilir və bilməlidir ki, mənzil alğı-satqısı notarial qaydada rəsmiləşdirilir və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış verilir. İşin hallarından da görünür ki, iddiaçı bundan kifayət qədər məlumatlı olmuş, hətta mənzilin xüsusi təyinatlı olduğunu bilmiş, bu səbəbdən də onun sənədlərini müvəqqəti olaraq qohumu İlhamə Abudovanın adına rəsmiləşdirmiş və gələcəkdə arvadının və ya digər qohumunun adına rəsmiləşdirəcəyini bildirmişdir. Yəni iddiaçı əgər mənzili alğı-satqı edirdisə, nə üçün mənzili digər şəxsin adına rəsmiləşdirirdi?! Bəli, ortada bir əqd var, o da şifahi razılaşma əsasında mənzilə çəkilmiş xərcin və əşyaların dəyərinin ödənilməsi ilə bağlıdır və bunun üçün də hər hansı forma şərti tələb edilmir və tərəflərin etibarlı şifahi iradə ifadəsi kifayət edir. Belə olan halda məhkəmə hansı əqdi etibarsız saymışdır?! Yəni tərəflər arasında daşınmaz əmlakın alğı-satqısı ilə bağlı bir müqavilə münasibəti olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə tərəflər arasında müqavilə ilə əlaqədar mübahisələrə baxılarkən tərəflər arasında müqaviləyə qədərki yazışmalar, danışıqlar, tərəflərin müqavilə bağlamaqdakı məqsədləri araşdırılmalıdır. Sumqayıt şəhər Məhkəməsi qeyd edilən məqamları ümumiyyətlə araşdırmamış, halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilən məqamlar öz əksini tapmışdır. Məhkəmə bunların heç birini nəzərə almamış və qiymət verməmişdir. Qeyd edilən maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Sumqayıt şəhər Məhkəməsi öz qətnaməsini əsaslandırarkən qeyd edilən maddənin tələblərinin pozulduğu qənaətinə gələrək hesab etmişdir ki, verilmiş pulun qarşılığında “satılmış” mənzil alğı-satqının predmeti ola bilməz. Həmçinin “alğı-satqı” müqaviləsi şifahi bağlandığından etibarsız hesab edilməlidir. Halbuki iddiaçı və cavabdeh arasında mənzilin alğı-satqısına dair hər hansı razılaşma olmamış, ola da bilməzdi. Çünki həmin mənzil Müdafiə Nazirliyinin balansında olan mənzildir. Tərəflər arasında baş verən proseslərin də təhlili onu göstərir ki, ödənilən vəsait yalnız təmir xərclərinə və mənzildə olan əşyalara görə baş vermişdir. Belə ki, iddiaçı və cavabdehi əlaqələndirən şəxs Abudova İlhamə Ələkbər qızı öz Sumqayıt Hərbi Prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, iddiaçı ondan işlədiyi hərbi hissənin balansında olan mənzillərdən hər hansının hərbi hissəyə təhvil verilib-verilməyəcəyini öyrənməsini xahiş etmiş, o da kömək məqsədilə bunu etmiş, lakin iddiaçının hərbi qulluqçu olmaması səbəbiylə mənzilin kirayə müqaviləsi əsasında onun adına rəsmiləşdirilə bilməyəcəyini bildirmiş və gələcəkdə onun həmin evdən çıxarıla biləcəyi barədə onu xəbərdar etmişdir. Həmçinin cavabdeh tərəfindən də iddiaçı qeyd edilən hal barədə xəbərdar edilmiş, lakin iddiaçı bildirmişdir ki, mənzili hələ ki İlhamə Abudovanın adına rəsmiləşdirir, gələcəkdə isə arvadı və ya başqa hansısa qohumunu hərbi hissədə işə düzəldərək mənzilin sənədlərini onun adına rəsmiləşdirəcək. Bütün bu hallar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş vəsait mənzilin alğı-satqısına görə yox təmir və əşyalar müqabilində verilmiş vəsaitdir. İddiaçı tərəf ondan alınmış 13.500 manat vəsaitin daşınmaz əmlakın alğı-satqısı niyyəti ilə alındığını sübut edə bilməmişdir. Çünki iddiaçı tərəf əvvəlcədən mənzilin İlhamə Abudovanın adına qeydə alınmasını planlaşdırmış və 1 ildən çox müddətdə isə onun adına olan kommunal ödənişləri ödəməklə həmin mənzildə yaşamışdır. Hətta gələcəkdə arvadı və ya digər qohumunun hərbi qulluqçu statusu alması halında mənzili onların adına keçirəcəyini də planlaşdırmışdır. Daha sonra ondan orada qeyriqanuni yaşadığına görə mənzili boşaltma tələb olunduqda guya aldadılaraq evin ona satılması barədə prokurorluğa şikayət etmişdir və şikayətdə qeyd etdiyi faktlar isə sübuta yetməmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək, cavabdehdən 13.500 manat və ödənilmiş 131 manat dövlət rüsumunun əvəzi, cəmi 13.631 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi nəticə etibarı ilə düzgün nəticəyə gəlsə də mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol vermiş, eləcə də, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
16. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində etibarsız əqdə dair maddi normalara istinad etsə də, işin mübahisəsiz hallarından aydın olur ki, cavabdehlə iddiaçı arasında bağlanmış hər hansı müqavilə mövcud deyildir.
17. Cavabdeh şikayətində iddiaçının verdiyi pulu təmir və əşyalara görə verilmiş vəsait kimi göstərsə də, həmin dəlili təsdiq edən mötəbər və təkzibolunmaz sübut təqdim edə bilməmişdir.
18. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, nə qədər ki, məhkəmə araşdırması zamanı pulun verilməsinə dair hər hansı müqavilənin mövcudluğu mübahisəsiz qaydada müəyyən olunmadığından, hazırki mülki işə əsassız varlanmaya dair maddi normalar tədbiq olunmalıdır.
19. Əsassız varlanmadan əmələ gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədənkənar öhdəlik hesab olunur. Əsassız varlanan şəxs (varlanmış şəxs) dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Yəni əsassız varlanma anlayışına uyğun olaraq hadisə, predmet və proses hazırkı iş üzrə tam əhatə olunur.
20. Məhkəmə kollegiyası izah etmişdir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli, 2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
21. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 14.2, 14.2.7, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1093.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən cavabdeh (vəkil nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, nə qədər ki, məhkəmə araşdırması zamanı pulun verilməsinə dair hər hansı müqavilənin mövcudluğu mübahisəsiz qaydada müəyyən olunmadığından, hazırki mülki işə əsassız varlanmaya da maddi normalar tədbiq olunmalıdır. Məhkəmə burada tərəflər arasında pulun alınması üçün nə qanuni, nə müqavilə əsasının olmaması ilə bağlı yanlış nəticəyə gəlməklə tərəflər arasında şifahi müqaviləni və işin mübahisəsiz faktiki hallarını nəzərə almamışdır. Belə ki, işin faktiki halı iddiaçı və cavabdeh arasında cavabdehə xidmətdə olduğu hərbi hissə tərəfindən yaşamaq üçün müvəqqəti verilmiş mənzilin təmirinə cavabdeh tərəfindən çəkilmiş xərcin və həmin mənzilə gündəlik yaşayış üçün alınmış əşyaların dəyərinin qarşılıqlı razılıq əsasında ödənilməsindən ibarət olmuşdur. Yəni iddiaçı və cavabdeh arasında mənzilin alğı-satqısına dair hər hansı razılaşma olmamış, ola da bilməzdi. Çünki həmin mənzil Müdafiə Nazirliyinin balansında olan mənzildir. Tərəflər arasında baş verən proseslərin də təhlili onu göstərir ki, ödənilən vəsait yalnız təmir xərclərinə və mənzildə olan əşyalara görə baş vermişdir. Belə ki, iddiaçı və cavabdehi əlaqələndirən şəxs Abudova İlhamə Ələkbər qızı öz Sumqayıt Hərbi Prokurorluğuna verdiyi izahatda göstərmişdir ki, iddiaçı ondan işlədiyi hərbi hissənin balansında olan mənzillərdən hər hansının hərbi hissəyə təhvil verilib-verilməyəcəyini öyrənməsini xahiş etmiş, o da kömək məqsədilə bunu etmiş, lakin iddiaçının hərbi qulluqçu olmaması səbəbiylə mənzilin kirayə müqaviləsi əsasında onun adına rəsmiləşdirilə bilməyəcəyini bildirmiş və gələcəkdə onun həmin evdən çıxarıla biləcəyi barədə ona xəbərdarlıq etmişdir. Həmçinin cavabdeh tərəfindən də iddiaçı qeyd edilən hal barədə xəbərdar edilmiş, lakin iddiaçı bildirmişdir ki, mənzili hələ ki İlhamə Abudovanın adına rəsmiləşdirir, gələcəkdə isə arvadı və ya başqa hansısa qohumunu hərbi hissədə işə düzəldərək mənzilin sənədlərini onun adına rəsmiləşdirəcək. Bütün bu hallar onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş vəsait mənzilin alğı-satqısına görə yox təmir və əşyalar müqabilində verilmiş vəsaitdir. Bu hal Sumqayıt Hərbi Prokurorluğunun ##.##.2025-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi qərarında da öz əksini tapmışdır. İşin hallarından da görünür ki, iddiaçı bundan kifayət qədər məlumatlı olmuş, hətta mənzilin xüsusi təyinatlı olduğunu bilmiş, bu səbəbdən də onun sənədlərini müvəqqəti olaraq qohumu İlhamə Abudovanın adına rəsmiləşdirmiş və gələcəkdə arvadı və ya digər qohumunun adına rəsmiləşdirəcəyini bildirmişdir. Yəni iddiaçı əgər mənzili alğı-satqı edirdisə nə üçün mənzili digər şəxin adına rəsmiləşdirirdi?! Bəli ortada bir əqd var o da şifahi razılaşma əsasında mənzilə çəkilmiş xərcin və əşyaların dəyərinin ödənilməsi ilə bağlıdır və bunun üçün də hər hansı forma şərti tələb edilmir və tərəflərin etibarlı şifahi iradə ifadəsi kifayət edir.
24. Bundan əlavə məhkəmə hesab etmişdir ki, cavabdeh təmir və mənzildə olan əşyalara görə pulun alınması ilə bağlı hər-hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki cavabdeh tərəfindən birinci instansiya məhkəməsində flashcard-da video və audio materiallar məhkəməyə təqdim edilmişdir. Nə birinci nə apellyasiya instansiyası məhkəməsi bu materiallara baxış keçirməmiş və bu sübuta qiymət verməmişdir.
25. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. ##.##.2025-ci il tarixli qərarda açıq-aşkar qeyd edilir ki, “Cavabdeh İddiaçı almış olduğu 13.500 manat məbləğində pul isə mənzildə aparılan təmir işlərinə və mənzildə olan əşyalara çəkilmiş xərcin əvəzi kimi alınmışdır ki, bu da əvvəlcədən aralarında olmuş razılıq əsasında baş vermişdir”. Nə birinci instansiya, nə apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddənin tələblərinə məhəl qoymadan iş üçün preyudisiyal xarakter daşıyan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla müəyyənləşdirilən halı nəzərə almamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
33. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
51. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
52. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
54. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.