Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1866/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X4 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 (vəkil vəkil1 İntiqam qızı) tərəfindən verilmiş kassasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində istifadədə olan 0,0251 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 93,19 kv.m. yaşayış, 248.09 kv.m. köməkçi sahədən ibarət *** nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində ##.##.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Bakı şəhər * saylı dövlət notariat kontoru tərəfindən ## #### 2007-ci il tarixdə verilmiş ƏN-İ seriyalı ****** nömrəli etibarnaməyə əsasən, cavabdeh2 DƏDRX-nin ##.##.2007-ci il tarixli, ********* nömrəli çıxarışına əsasən ona məxsus olan Bakı şəhəri, Nardaran qəsəbəsi, *** saylı bağ evi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi cavabdeh1 etibar etmiş, etibarnamənin ##.##.2027-ci il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur.
3. Bakı şəhər * saylı dövlət notariat kontoru tərəfindən ## #### 2008-ci il tarixdə verilmiş ƏN-İ seriyalı ****** nömrəli etibarnaməyə əsasən, cavabdeh2 DƏDRX-nin ##.##.2007-ci il tarixli, ********* nömrəli çıxarışına əsasən ona məxsus olan Bakı şəhəri, Nardaran qəsəbəsi, *** saylı bağ evi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X6 etibar etmiş, etibarnamənin ##.##.2027-ci il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur. Etibarnaməni cavabdeh2 adından cavabdeh1 ona verilmiş ##.##.2008-ci il tarixli 7E/***** reyestr nömrəli etibarnaməyə əsasən imzalamışdır.
4. Bakı şəhər * saylı dövlət notariat kontoru tərəfindən # ####### 2008-ci il tarixdə verilmiş ƏN-İ seriyalı ****** nömrəli etibarnaməyə əsasən, cavabdeh2 DƏDRX-nin ##.##.2007ci il tarixli, ********* nömrəli çıxarışına əsasən ona məxsus olan Bakı şəhəri, Nardaran qəsəbəsi, *** saylı bağ evi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı etibar etmiş, etibarnamənin ##.##.2027-ci il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur. Etibarnaməni cavabdeh2 adından X6 ona verilmiş ##.##.2008-ci il tarixli 7E/***** reyestr nömrəli etibarnaməyə əsasən imzalamışdır.
5. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 137 (yeni qaydalarla: AZ 1097, ünvan 1) ünvanında yerləşən 0,021384 ha torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 163,72 kv.m. olan fərdi yaşayış evi dövlət reyestr xidmətində 1124004905 qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixdə mülkiyyət hüququ üzrə cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır.
6. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarına əsasən, iddiaçı cavabdeh2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər: X2, X3 və X8) “çıxarışın verilməsi tələbinə dair” iddiası təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində ayrılmış 1.128 kv.m. olan ölçüdə *** saylı bağ sahəsinin üzərində iddiaçı cavabdeh2 mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər cavabdeh1 və cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 2008-ci ilin iyun ayında verdiyi 60.000 ABŞ dolları və ötən 16 il üçün həmin pula illik 5% hesablanaraq dəymiş zərər (əldən çıxmış fayda) kimi 48.000 ABŞ dolları olmaqla, cəmi 108.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatı məzənnəsi ilə onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını, habelə cavabdehlərin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün onların barəsində xüsusi qərardad çıxarılıb aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilməsini xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.2008-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı bağ evini (bağ sahəsini) iş üzrə cavabdeh cavabdeh1 60.000 ABŞ dolları məbləğində pul ödəməklə əldə etmişdir. Həmin vaxtdan etibarən bağ evi iddiaçıya təhvil verilmiş və bu günə qədər də iddiaçının istifadəsindədir. Cavabdeh cavabdeh1 özünü iş üzrə digər cavabdeh cavabdeh2 yaxın qohumu kimi təqdim etmiş və bağ sahəsinin müvafiq sənədlərini, habelə bağın sənədləşdirilməsi üçün etibarnaməni * saylı Notariat Kontorunda ilkin olaraq ##.##.2008-ci il tarixdə iddiaçının yaxın qohumu X6, qohumu da Azərbaycan Respublikasından kənarda işlədiyi üçün öz növbəsində ##.##.2008-ci il tarixdə iddiaçının adına vəkalətnamə və evin qeydiyyat vəsiqəsini vermişdir. İddiaçı həmin vəkalətnamə əsasında müvafiq sənədləri toplayıb sözügedən bağ sahəsinə (torpaq sahəsinə) dair çıxarış əldə etmək istəyərkən məlum olmuşdur ki, iş üzrə cavabdeh cavabdeh2 aidiyyəti üzrə ƏMDX-nin Bakı * saylı Ərazi İdarəsinə ##.##.2024-cü il tarixdə müraciət edərək, Nardaran qəsəbəsi, *** nömrəli bağ evinə aid çıxarışı itirdiyini bəhanə etmiş və ona çıxarışın dublikatının verilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh bağ evinə ##.##.2024-cü il tarixdə çıxarış əldə etmişdir. Hazırda isə cavabdeh bağ evinin yerləşdiyi torpaq sahəsinə dair çıxarış əldə etmək üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. İddiaçı bütün bu məlumatları əldə etdikdən sonra cavabdeh cavabdeh1 bununla bağlı dəfələrlə zəng etməsinə baxmayaraq, cavabdeh cavabdeh1 iddiaçının telefonlarına cavab verməmiş və beləliklə, cavabdehlər bağ evinin dolayı yolla təkrar çıxarışını əldə etməklə həmin bağ evini iddiaçının əlindən almaq istəyini nümayiş etdirmişlər. Hesab edir ki, cavabdehlər bağ evini iddiaçıya satdıqlarına baxmayaraq, birtərəfli qaydada əqdin şərtini pozmaqla iddiaçıya külli miqdarda ziyan vurmuşlar. Bu səbəbdən iddiaçının xeyrinə cavabdehlərdən müştərək qaydada 2008-ci ilin iyun ayında verilmiş 60.000 ABŞ dolları məbləğində pul, üstəlik ötən 16 il üçün həmin pula illik 5% hesablanmaqla dəymiş zərərin əvəzi kimi 48.000 ABŞ dolları, cəmi 108.000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə manat məzənnəsi ilə tutulmalıdır. Həmçinin hesab edirlər ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 əməlində cinayət tərkibi vardır və hazırkı tələb ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Cavabdeh cavabdeh2 pul verildiyi üçün iddiaçıya ya pul, ya da bağ evi verilməlidir. Sözügedən evin texniki pasportu və digər sənədlər iddiaçıya verilmişdir. 16 il müddətində iddiaçı sözügedən evdən istifadə etmişdir. Cavabdeh cavabdeh2 iddiaçı tərəfindən digər cavabdeh cavabdeh1 verilmiş 60.000 ABŞ dolları məbləğində pulu aldığını etiraf etmişdir, belə ki, qeyd edilən məbləğdə pul cavabdeh cavabdeh2 həyat yoldaşına verilmişdir. Evin qeydiyyat vəsiqəsi cavabdeh cavabdeh2 adınadır. Qeyd edir ki, cavabdeh1 ilə yanaşı cavabdeh2 da cavabdeh qismində cəlb etsələr də, mülki münasibətlər iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 arasında yaranmışdır və iddiaçı tərəfindən birbaşa cavabdeh2 pul verilməmişdir. Bağ evinin xeyli müddət iddiaçının istifadəsində olmasını iddiaçının pul verdiyi şəxs də etiraf etmişdir. Əlavə olaraq qeyd edir ki, hüquqi savadsızlıqdan irəli gələrək iddiaçı 15 il ərzində hazırkı mübahisə ilə bağlı iddia qaldırmamışdır. Sənədləşdirmə ilə əlaqədar müvafiq orqana müraciət edilənə kimi, yəni 2024-cü ilə qədər iddiaçı İddiaçı bağa sahiblik etmiş və bağın darvazasında qıfıl olmuşdur. Tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmalı olsa da, səhlənkarlıq ucbatından iddiaçı İddiaçı etibarnamə verilmişdir. Halbuki, bu işdə pul bağ evinin alğı-satqısı üçün verilmişdir. Tərəflər arasında öhdəlik münasibətləri mövcud olmuş, bununla yanaşı əsassız varlanma ilə bağlı yaranmış münasibətlər də mövcuddur. Onlar tərəfindən 2 illik iddia müddəti ötürülməmişdir. İddiaçı İddiaçı sözügedən evin texniki pasportu və digər sənədləri verilsə də, iddiaçı həmin sənədləri itirmişdir. Hazırda cavabdeh cavabdeh2 bağ evinə faktiki sahiblik edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə cavabdeh2 cavabdeh1 etibarnamə versələr də, qarşı tərəf bu faktı danmışdır. Qeyd edir ki, bağ evi əvvəllər cavabdeh2 məxsus olmamışdır. Onlara əvvəldən məlum olmamışdır ki, cavabdeh1 və cavabdeh2 əlbir deyildir. Məhz bu səbəbdən bağ sahəsi mübahisəli olduğu üçün hər iki şəxsi - cavabdeh1 və cavabdeh2 cavabdeh kimi cəlb etmişlər. Bağ sahəsi ilə bağlı cavabdeh1 etibarnaməsi olduğuna görə pul ona verilmişdir. İddiaçının indiyədək bağ evinə gedib-gəlməyə heç bir maneçiliyi olmamışdır. Sözügedən bağ sahəsi ilə bağlı qarşı tərəfin etibarnaməsinin olması iddiaçı tərəfindən pul verilməsi faktını təsdiq edir. Hesab edirlər ki, hazırkı tələblə bağlı məhkəməyə müraciət etmək üçün tərəflərindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında cavabdeh cavabdeh1 izahat verərək bildirmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh cavabdeh2 həyat yoldaşıdır. Belə ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sözügedən bağ evini 2008-ci ildə notarial qaydada 60.000 ABŞ dolları məbləğində pul müqabilində ona satmış, bağ sahəsi həmin vaxt cavabdeh2 adına olmuşdur. O, da öz növbəsində bağ sahəsini iddiaçı İddiaçı satmışdır. İddiaçı İddiaçı bağ evini aldığı zaman o, vasitəçilik etmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağ evinin satılmasına razılığı olmuşdur. O, iddiaçını 2008-ci ildən tanıyır. İddiaçı İddiaçıadan 60.000 ABŞ dolları məbləğində pul vəsaitini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs almışdır. * saylı Notariat Kontorunda ona etibarnamə verilmiş, onunla birlikdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdeh2 da sözügedən kontorda olmuşlar. İndi bağ evində İddiaçı yaşayır və həmin evdən istifadə edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hazırda sağdır, cavabdeh cavabdeh2 isə yataq xəstəsidir. O, iddiaçının bağ evi ilə bağlı pul verdiyini təsdiq edir. Elə zənn etmişdir ki, iddiaçı bağ sahəsini artıq öz adına keçirmişdir. Qeyd edir ki, əgər bu məsələdə dələduzluq olsa idi, etibarnamə verilməzdi. İddiaçı yay aylarında sözügedən bağ sahəsində qalmış, o da həmin evi 60.000 ABŞ dolları məbləğində pul müqabilində iddiaçıya satmışdır. Vaxtilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs onun iş yoldaşı ilə bir yerdə işləmişdir. İddiaçı 60.000 ABŞ dolları məbləğində pulu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bağ evinin qabağında vermiş, həmin yerdə o, İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmuş, cavabdeh2 isə orada olmamışdır. Sözügedən evin çıxarışını Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona, o da iddiaçıya vermişdir. İddiaçı bağ evi üçün pulu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verdiyini vaxtilə ona bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ev ilə bağlı sənədləri ona vermiş, həyat yoldaşı cavabdeh2 isə notariat orqanına gəlmişdir.
10. Məhkəmə iclasında cavabdeh cavabdeh2 vəkili-nümayəndəsi vəkil3 iddia ərizəsinə etirazında və izahatında bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı ünvanda yerləşən bağ evi cavabdeh2 faktiki istifadəsində və mülkiyyətindədir. Həmin bağ sahəsini cavabdeh həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə birgə nikah dövründə əldə etmişdir. cavabdeh2 nə İddiaçı, nə də cavabdeh1, ümumiyyətlə, tanımamışdır. Cavabdehin həyat yoldaşı 2007-ci ildə onların qonşuları Mehman adlı şəxsə torpaq sahəsini satmaq istədiyini bildirmiş və sonuncu da onlardan torpaq almaq istəyən şəxsləri bağa gətirib baxması və zərurət yaranacağı halda ilkin sənədləşdirmə işinin aparılması üçün onun adına etibarnamə verilməsini xahiş etmişdir. Onlar Mehmanın adına etibarnamə verilməsi ilə bağlı razılığa gəlmiş və Mehman onları * saylı notariat ofisinin qarşısına gətirərək etibarnaməyə qol çəkdirmişdir. Mehman həmçinin bildirmişdir ki, onsuz da həmin bağ sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə birgə nikah dövründə əldə olunduğu üçün gələcəkdə alğı-satqı müqaviləsi bağlanacağı halda cavabdeh2 verdiyi etibarnamə kifayət etməyəcəkdir. Bu səbəbdən də cavabdeh2 həmin etibarnaməyə xüsusi fikir verməmiş və onu oxumamışdır. Sonradan Mehman həmin bağ sahəsini sata bilməmiş, cavabdeh2 və həyat yoldaşı artıq bağı satmaq fikrindən daşınmışlar. Təqribən bir neçə il əvvəl onlar həmin bağ sahəsinə torpaq üçün də çıxarış almaq fikrinə düşmüş və bunu həyata keçirmək üçün sənədləşdirmə işləri aparmışlar. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 137 (yeni qaydalarla: AZ 1097, ünvan 1) ünvanında yerləşən bağ evi, ərizədə iddia olunanın əksinə, bu gün də cavabdeh2 və onun ailə üzvlərinin faktiki mülkiyyətində və istifadəsindədir. Onlar bu iddiadan sonra gedib orada şəkillər çəkmişlər. Əgər həqiqətən də ərizəçi İddiaçı həmin bağ sahəsini 2008-ci ildə almışdırsa, bu günə qədər nə üçün müqavilə bağlayıb onu öz mülkiyyətinə keçirməyə çalışmamış, eyni zamanda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs razılığını almaqda maraqlı olmamışdır? Hazırkı iddianı əsaslandıran sübutlar mövcud deyildir və iddia həm müqavilə üzrə, həm də ümumi iddia müddətləri ötürülüb verilməklə tamamilə əsassızdır. Qeyd edir ki, Mahir adlı şəxs vasitəsilə cavabdeh cavabdeh2 aldadılmışdır. Belə ki, cavabdeh1 adına etibarnamə verilmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs dediyinə görə Mahir adlı şəxs 30.000 ABŞ dolları müqabilində bu evin satılacağını bildirmişdir. Bağ evinin açarı hazırda onlardadır və evin həyətyanı sahəsi alaq otları ilə əhatə olunmuşdur. İddiaçı bağ evi ilə bağlı hər hansı sənəd almaq üçün müvafiq orqana müraciət etmiş, lakin ev barədə onda rəsmi sənəd olmamışdır. Cavabdeh cavabdeh2 bağ sahəsinin qapısında kilid olduğunu və həmin kilidi qırıb tulladığını etiraf etmişdir. Daha sonra iddiaçı həmin evin qapısına qıfıl asmışdır. İddiaçı bağdan istifadə etməmiş və orada yaşayış üçün şərait olmamışdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Məhkəmə tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
12. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahat verərək bildirmişdir ki, Mehman adlı şəxs vaxtilə onların bağ qonşusu olmuş, daha sonra isə vəfat etmişdir. O, 1989-cu ildə bağ sahəsini almış və orada ev tikdirmişdir. Bağ sahəsi həmişə onların sahibliyində olmuşdur. 2007-ci ildə o, bağ evini satmaq istəyərək bu barədə bağ qonşusu Mehmanla danışmış, Mehman evi almaq istədiyini bildirmiş, onlar 30.000 ABŞ dolları məbləğində pula razılaşmış, 1.000 ABŞ dolları məbləğində pulu isə Mehman ona beh vermişdir. Mehman ona notariusa getməyi bildirmiş, ## #### 2007-ci il tarixdə onunla həyat yoldaşı cavabdeh2 və Mehman notariusa getmişlər. Mehman onların şəxsiyyət vəsiqələrini almış, cavabdeh2 da bilmədən etibarnaməyə qol çəkmişdir. Onlar Mehmana inanmış və bir il müddətinə etibarnamə veriləcəyi ilə bağlı razılaşmışlar. Onlar güman etmişlər ki, etibarnamə bir ilə verilib, bir ildən sonra da qüvvədən düşəcəkdir. O, iddiaçıdan 60.000 ABŞ dolları almamış, həmçinin bağın satılması ilə bağlı cavabdeh1 razılıq verməmişdir. Qeyd edir ki, sözügedən bağ evində qaz, su və işıq xətləri yoxdur və həmin evdə yaşamağa şərait olmamışdır. Sözügedən bağ evində yaşayış yoxdur. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 tərəfindən deyil, Ülvi adlı şəxs tərəfindən etibarnamə verilmiş və ona 60.000 ABŞ dolları məbləğində pul verilməmişdir. İstifadədə olan torpaq sahəsi 12 sot olsa da, torpaq sahəsi çıxarışda ondan daha az qeyd edilmişdir. 18 il müddətində iddiaçı tərəfindən hazırkı iddia tələbi barədə məhkəməyə müraciət edilməməsinin səbəbi ona aydın deyildir. İddiaçı iddia ərizəsində cavabdeh2 cavabdeh1 qohumu kimi qeyd etsə də, əslində bu, doğru deyildir. Etibarnamə ilkin sənəddir və yekun sənəd deyildir. cavabdeh1 dedikləri həqiqət deyildir, belə ki, daşınmaz əmlak cavabdeh2 mülkiyyətindədir.
13. Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e- *(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbinin rədd edilməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmədə sübutların tədqiqatı zamanı iddianın təmin edilməsinə əsas verən sübutlar müəyyən olunmamış, yalnız izahatlara istinad olunmuş, lakin istər iddiaçının, istərsə də cavabdehlərdən olan cavabdeh1 izahatları digər sübutlarla təsdiqini tapmadığından məhkəmə həmin izahatlara tənqidi yanaşmışdır. İş üzrə cavabdeh cavabdeh2 vəkili-nümayəndəsi vəkil3 isə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək, həmin əsasla da iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Lakin hazırkı halda iddianın təmin edilməsi ilə bağlı mötəbər sübutlar müəyyən edilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizənin də tətbiq edilməsinə zərurət aradan qalxmışdır.
15. Habelə, iddia rədd edildiyindən məhkəmə hesab etmişdir ki, cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasına da əsas yaranmamışdır.
16. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 647, 1091.1, 1091.2, 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, məhkəmə qətnaməsini bir cümlə ilə əsaslandırmağa çalışmışdır ki: “Lakin məhkəmədə sübutların tədqiqatı zamanı iddianın təmin edilməsinə əsas verən sübutlar müəyyən olunmamış, yalnız izahatlara istinad olunmuşdur, halbuki Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd edildiyi kimi, istər iddiaçının, istərsə də cavabdehlərdən olan cavabdeh1 izahatı digər sübutlarla təsdiqini tapmadığından məhkəmə həmin izahatlara tənqidi yanaşmışdır”... Məhkəmənin bu dəlilləri ilə razılaşmaq mümkün deyil. Belə ki, iddiaçının vəkili-nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı İddiaçı ##.##.2008-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, *** saylı bağ evini (bağ sahəsini) iş üzrə cavabdeh cavabdeh1 60.000 ABŞ dolları məbləğində pul ödəməklə əldə etmişdir. Həmin vaxtdan etibarən bağ evi iddiaçıya təhvil verilmiş və son günlərə qədər də iddiaçının istifadəsində olmuşdur. Mübahisəli bağ evinə dair cavabdeh cavabdeh2 adından cavabdeh cavabdeh1 verilmiş etibarnamə olmuşdur. Məhz cavabdeh2 tərəfindən cavabdeh1 adına belə bir etibarnamə verildiyi üçün heç bir şübhəsi olmadan iddiaçı onunla bağ evinə pulun ödənilməsini reallaşdırmışdır. Cavabdeh cavabdeh1 bundan sonra bağ evinə dair sənədi iddiaçıya vermişdir. Əvvəlcə etibarnamə * saylı Notariat Kontorunda ##.##.2008-ci il tarixdə iddiaçının yaxın qohumu X6, qohumu isə Azərbaycan Respublikasından kənarda işlədiyi üçün ##.##.2008-ci il tarixdə iddiaçının adına vəkalətnamə və evin qeydiyyat vəsiqəsini vermişdir. Bütün bu illər ərzində sözügedən bağ evinin onun istifadəsində olmağına baxmayaraq, onu öz adına sənədləşdirməsi ilə bağlı vaxtının olmaması və bu işlə bağlı heç bir şübhəsinin olmadığına əsaslanaraq səhlənkarlıq etmişdir. Lakin iddiaçı həmin vəkalətnamə əsasında müvafiq sənədləri toplayıb sözügedən bağ sahəsinə (torpaq sahəsinə) dair çıxarış əldə etmək istəyərkən ona məlum olmuşdur ki, iş üzrə cavabdeh cavabdeh2 aidiyyəti üzrə ƏMDX-nin 1saylı Bakı Ərazi İdarəsinə ##.##.2024-cü il tarixdə müraciət etmiş, Nardaran qəsəbəsi, *** nömrəli bağ evinə aid çıxarışı itirdiyini bəhanə etmiş və ona çıxarışın dublikatının verilməsini xahiş etmişdir. Cavabdeh bağ evinə dair çıxarışın dublikatını ##.##.2024-cü il tarixdə əldə etmişdir. Hazırda isə cavabdeh bağ evinin yerləşdiyi torpaq sahəsinə dair çıxarış əldə etmək üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Bütün bu məlumatları öyrəndikdən sonra iddiaçı pulu ödədiyi şəxsə, yəni cavabdeh cavabdeh1 bununla bağlı dəfələrlə zəng etməsinə baxmayaraq, cavabdeh cavabdeh1 iddiaçının telefon zənglərinə cavab verməmiş və beləliklə, cavabdehlər bağ evinin dolayı yolla təkrar çıxarışını əldə etməklə bağ evini iddiaçının əlindən almaq istəyini nümayiş etdirmişlər. Hesab edirlər ki, cavabdehlər bağ evini iddiaçıya satdıqlarına baxmayaraq, birtərəfli qaydada əqdin şərtini pozmaqla iddiaçıya külli miqdarda ziyan vurmuşlar. Bu səbəbdən cavabdehlərdən müştərək qaydada 2008-ci ilin iyun ayında iddiaçı tərəfindən ödənilmiş 60.000 ABŞ dolları məbləğində pul, eləcə də 16 il müddətində həmin pul məbləğinin AR Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hər il üçün 5%-i olmaqla 48.000 ABŞ dolları, cəmi 108.000 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun şəkildə tutulmalıdır. Hesab edirlər ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 əməlində cinayət tərkibi vardır. Həmçinin cavabdehin cavabdeh2 etibarnamə əsasında nümayəndəsi olmuş cavabdeh1 pul verildiyi üçün iddiaçıya ya pul, ya da bağ evi verilməlidir. Sözügedən bağ evinə dair sənəd iddiaçıya verilmişdir. 16 il müddətində iddiaçı sözügedən evdən istifadə etmişdir. Cavabdeh cavabdeh1 iddiaçı tərəfindən pulun ona verilməsini etiraf etmiş və həmin 60.000 ABŞ dolları məbləğində pulu cavabdeh cavabdeh2 həyat yoldaşına verdiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh cavabdeh1 cavabdeh X11 əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs çoxdan tanıdığını, vaxtilə hər ikisinin polis orqanında işləməsini, işlədikləri zaman onların hər ikisini tanıyan şəxsin həmin faktı təsdiq edə biləcəyini qeyd etmişdir. Lakin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qəsdən cavabdeh cavabdeh1 tanımadığını və yalnız indi məhkəmədə gördüyünü bildirmişdir. Qeyd edilməlidir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əvvəlcə hətta cavabdeh cavabdeh1 adına cavabdeh Minaxanım tərəfindən etibarnamə verilmədiyini söyləsə də, sonradan həmin etibarnaməni verərkən diqqətsizlik etdiyini, etibarnaməni oxumadığını, etibarnamənin cavabdeh cavabdeh1 adına verilməsini görmədiyini və həmin etibarnaməni guya hazırda vəfat etmiş şəxsin adına verdiyini bildirmişdir. Göründüyü kimi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ifadəsinin yalan olduğu və verdiyi ifadəsində yalan danışdığı açıqaşkardır. Çünki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ali təhsilli şəxsdir və X1 İdarəsinin əməkdaşı olmuşdur. Bu günki gündə də hər şeyi dəqiqliklə söylədiyi üçün onun iştirakı ilə arvadının etibarnamə verərkən kimin adına etibarnamənin verilməsinə diqqət etməməsi absurddur. Bağ evinə dair çıxarış cavabdeh cavabdeh2 adına olsa da, məhkəmə qeyd edir ki, cavabdeh1 ilə yanaşı cavabdeh2 da cavabdeh qismində cəlb etsələr də, mülki münasibətlər iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 arasında yaranmışdır və iddiaçı tərəfindən birbaşa cavabdeh2 pul verilməmişdir. Bağ evinin xeyli müddət iddiaçının istifadəsində olmasını iddiaçının pul verdiyi şəxs də etiraf etmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hüquqi savadsızlıqdan irəli gələrək 15 il ərzində iddiaçı hazırkı mübahisə ilə bağlı iddia qaldırmamışdır. Qeyd edir ki, iddiaçının bağa dair sənədi itirməsi olmasaydı, sənədlə əlaqədar müvafiq orqana müraciət etməsəydi, cavabdeh tərəfindən belə bir hərəkətin edilməsindən xəbəri belə olmayacaqdı. Çünki, 2024-cü ilə qədər iddiaçı İddiaçı bağa sahiblik etmiş və bağın darvazasında qıfıl olmuşdur. Tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmalı olsa da, səhlənkarlıq ucbatından iddiaçı İddiaçı adına etibarnamə verilmişdir. Halbuki, bu işdə pul bağ evinin alğı-satqısı üçün verilmişdir. Tərəflər arasında öhdəlik münasibətləri mövcud olmuş, bununla yanaşı əsassız varlanma ilə bağlı yaranmış münasibətlər də mövcuddur. Onlar tərəfindən 2 illik iddia müddəti ötürülməmişdir. İddiaçı İddiaçı sözügedən evin texniki pasportu və digər sənədləri verilsə də, iddiaçı həmin sənədləri itirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə cavabdeh2 cavabdeh1 etibarnamə versələr də, qarşı tərəf bu faktı danmışdır. İddiaçı əvvəlcə baş vermiş hadisədə cavabdeh1 ilə cavabdeh2 əlbir olduğunu güman etmişdir. Məhz bu səbəbdən bağ sahəsi mübahisəli olduğu üçün hər iki şəxsi - cavabdeh1 və cavabdeh2 cavabdeh kimi qeyd etmişdir. İddiaçının indiyədək bağ evinə gedib-gəlməyə heç bir maneçiliyi olmamışdır. Sözügedən bağ sahəsi ilə bağlı qarşı tərəfin etibarnaməsinin olması iddiaçı tərəfindən pul verilməsi faktını təsdiq edir. Hesab edirlər ki, hazırkı tələb ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etsə də, məhkəmə nədənsə əsaslı iddianı təmin etməmişdir. Hesab edir ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.
19. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 iddianı qəbul etdiyini və 2008-ci ildə iddiaçı tərəfindən cavabdeh cavabdeh2 məxsus bağ evini almaq üçün ona 60.000 ABŞ dolları məbləğində pul verilməsini etiraf etdiyini, öz növbəsində həmin pulu cavabdeh cavabdeh2 əri Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verdiyini, cavabdeh2 tərəfindən bağ evinin satılması üçün 2008-ci ildə ona notariusda etibarnamə və bağ evinin sənədlərinin verildiyini, o, da həmin etibarnamə əsasında cavabdeh2 mülkiyyəti olan bağ evini iddiaçıya satdığını və evin sənədlərini də sonuncuya verdiyini, iddiaçının mübahisəli bağa sahiblik etməsinin və orada müəyyən işlər görməsinin şəxsən şahidi olduğunu, iddiaçını öz tələbində haqlı hesab etdiyini, cavabdeh cavabdeh2 ya bağ evini, ya da aldığı pulu iddiaçıya qaytarmasının zəruri olduğunu, apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs birinci instansiya məhkəməsində vermiş olduğu izahatlarına uyğun izahat verərək bildirmişdir ki, o, 1989-cu ildə sözügedən bağ sahəsini almış və həyat yoldaşı cavabdeh2 adına sənədləşdirmiş, orada bir neçə il ərzində bir ev də tikdirmişdir. O, bağ sahəsini alanda Mehman adlı bağ qonşusu olmuş, sonralar vəfat etmişdir. Bağa gələrkən cavabdeh cavabdeh1 Mehmanın yanında tez-tez görürdü və Qəmbərlə tanış olanda özü kimi polis orqanında işlədiyini bilmişdi. 2007-ci ildə o, bağ evini satmaq niyyəti barədə bağ qonşusu Mehmanla danışmış, Mehman evi özü almaq istədiyini bildirmiş, onlar 30.000 ABŞ dolları məbləğində pula razılaşmışlar və Mehman ona 1.000 ABŞ dolları məbləğində beh vermişdir. Sonra Mehman ona notariusa getməyi bildirmiş, ## #### 2007-ci il tarixdə onunla həyat yoldaşı cavabdeh2 və Mehman notariusa getmişlər. Notariusda cavabdeh2 adından etibarnamə tərtib olunmuş və Minaxanım tərəfindən imzalanmışdır. Onlar etibarnamənin kimin adına verilməsinə əhəmiyyət verməmişlər, sonradan bilmişlər ki, Mehman hansı səbəbdənsə etibarnaməni öz adına deyil, cavabdeh1 adına almışdır. Sonralar Mehman bağa görə razılaşdıqları məbləği verə bilməmiş və alğı-satqı baş tutmamışdır. O, Mehmanı vicdanlı insan kimi tanıdığından söhbətin bitdiyini fikirləşmiş və etibarnaməni ləğv etdirməyə də zərurət görməmişdir. O, bağın satılması ilə bağlı cavabdeh1 razılıq verməmiş, iddiaçını isə ümumiyyətlə tanımamış, nə də cavabdeh1 60.000 ABŞ dolları pul almamışdır; bu barədə cavabdeh1 dedikləri yalan və böhtandır. Onlar bağ sahəsinə reyestr çıxarışı alandan sonra cavabdeh1 bunu bilib adına etibarnamə olmasından istifadə edərək ondan “şirinlik” adı ilə pul tələb etməyə başlamış, rədd cavabı alanda isə hazırkı məhkəmə ssenarisini qurmuşlar. Ona görə də iddia tələbini tamamilə əsassız hesab edir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Mirbahəddin Hüseynov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Zahid Məmmədov) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi qismən – cavabdeh cavabdeh1 aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, cavabdeh cavabdeh1 60.000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan məzənnə üzrə Azərbaycan manatı ilə tutularaq iddiaçı İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Apellyasiya baxışı zamanı cavabdeh cavabdeh1 izahatında mübahisəli bağ sahəsini iddiaçı İddiaçı 60.000 ABŞ dolları məbləğində pula özünün satdığını, pulu da iddiaçıdan özünün aldığını, iddiaçının istəyi ilə onun qohumu Ülvi Baxşalıyevin adına notarial qaydada etibarnamə və evin sənədini verdiyini, iddiaçıdan aldığı 60.000 ABŞ dolları məbləğində pulu isə aparıb Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verdiyini bildirmişdir.
23. Cavabdeh cavabdeh1 həmçinin məhkəmə kollegiyasına iddianı etiraf etməsinə və mübahisəli bağ sahəsinə görə iddiaçı İddiaçı 60.000 ABŞ dolları məbləğində pul almasını təsdiqləməsinə dair yazılı ərizə təqdim etmişdir.
24. Apellyasiya baxışı iclasında cavabdeh cavabdeh1 iddianı etiraf etməsinin hüquqi nəticələrinin izah olunmasına rəğmən o, israrlı şəkildə öz mövqeyində qalaraq, mübahisəli bağ sahəsinə görə iddiaçı İddiaçı 60.000 ABŞ dolları məbləğində pul alması faktını və bununla bağlı irəli sürülmüş iddia tələbini etiraf etmişdir.
25. Məhkəmə kollegiyası cavabdeh cavabdeh1 etirafını qəbul etməməyə əsas görməmiş və qeyd etmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən iddianın etirafı qanuna zidd deyil, nə də hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
26. Cavabdeh cavabdeh1 iddiaçı İddiaçı aldığı 60.000 ABŞ dolları məbləğində pulu sonradan digər cavabdeh cavabdeh2 həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin iddiaçı İddiaçı eyni tələbi müştərək qaydada həm cavabdeh cavabdeh1, həm də digər cavabdeh cavabdeh2 qarşı irəli sürmüş olsa da, lakin cavabdeh cavabdeh1 verilmiş 60.000 ABŞ dolları məbləğində pulun sonradan sonuncu tərəfindən digər cavabdeh cavabdeh2 və ya həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verilməsini təsdiqləyən heç bir sübuta istinad etməmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən iddianın etirafı qəbul edilməli və ona münasibətdə iddia tələbi qismən - 60.000 ABŞ dolları məbləğində təmin edilməlidir.
28. Məhkəmə kollegiyası iddiaçının ona dəymiş zərərin əvəzi qismində 48.000 ABŞ dolları məbləğində pul tələbini isə əsassız hesab etmişdir.
29. Belə ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 arasında bağ sahəsinin alğı-satqısı ilə bağlı sövdələşmə əslində etibarsız əqd olmuşdur. Qanunvericiliyin tələbinə görə daşınmaz əmlak barəsində əqdlər, o cümlədən alğısatqı 30. müqaviləsi notarial qaydada bağlanmalıdır və bu qaydaya əməl olunmaması mübahisə halında əqdin etibarsızlığına səbəb olur. İddiaçı İddiaçı ilə cavabdeh cavabdeh1 arasında bağ sahəsinin alğı-satqısı ilə bağlı əqd də lazımi qaydada bağlanmadığından etibarsız əqddir və bu əqd üzrə tərəflərdən hər biri aldıqlarını geri qaytarmalıdır. Bununla belə, etibarsız əqdin bağlanmasında hər iki tərəfin təqsiri (o cümlədən iddiaçının səhlənkarlığı və laqeydliyi) olduğundan onların bir-birindən zərər əvəzi tələb etməsi istisna olunur. Ona görə də iddiaçının ona dəymiş zərərin əvəzi qismində 48.000 ABŞ dolları məbləğində pul tələbi əsassız olmaqla təmin edilməməlidir.
31. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.5, 394-cü və Mülki Prosessual Məcəllənin 52.2, 52.5, 106.3, 106.4, 191.1, 191.2, 191.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
32. Qətnamədən cavabdeh cavabdeh1 (vəkil vəkil1 İntiqam qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan faktiki hallar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdeh cavabdeh1 məhkəmədə verdiyi izahatlarda açıq şəkildə bildirmişdir ki, sözügedən pul vəsaitini (60.000 USD) şəxsən o deyil, bağ evinin faktiki sahibi və digər cavabdehin həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs almışdır.
34. Məhkəmə prosesində sübut olunmuşdur ki, o, sadəcə vasitəçilik etmiş və bağ evi iddiaçının 16 illik istifadəsində olmuşdur. İddiaçı 2024-cü ilə qədər heç bir iddia irəli sürməyərək öz hüquqlarından sui-istifadə etmişdir. Apellyasiya instansiyası iddia müddətinin keçməsi faktına hüquqi qiymət verməmiş, bu isə MPM-nin 418.1-ci maddəsinə əsasən qərarın ləğvi üçün mütləq əsasdır.
35. İş materiallarına əlavə edilmiş etibarnamə əsasında tərəflər arasında olan münasibətlər məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. cavabdeh2 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ona notarial qaydada etibarnamə verilmişdir. Bu, tərəflər arasında razılığın olduğunu və onun hərəkətlərinin qanuni səlahiyyətlər daxilində olduğunu sübut edir. Lakin məhkəmə onun pulu mənimsəmədiyi barədə arqumentlərini nəzərə almamışdır.
36. Belə bir halda sual olunur əgər digər cavabdeh pulu almamışdırsa bəs hansı səbəbdən onlar tərəfindən belə bir notarial təsdiqli etibarnamə təqdim edilib?! Bu hal özlüyündə digər cavabddehin pulu aldığının ən bariz nümunəsidir.
37. Daşınmaz əmlakın alğı-satqısı notarial qaydada təsdiq edilməli və dövlət reyestrində qeydiyyata alınmalıdır. İş üzrə tərəflər arasında yalnız etibarnamə münasibətləri olmuşdur. Məhkəmə tərəflər arasındakı "etibarnamə"ni alğı-satqı müqaviləsi kimi tövsif edərək maddi hüquq normasını səhv təfsir etmişdir. Etibarnamə əmlakın mülkiyyətə keçməsini təsdiq edən sənəd deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
39. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
40. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
41. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
43. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
44. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan normalarının məzmunundan göründüyü kimi, fiziki və hüquqi şəxslər azad surətdə bağlamış olduğu və məzmununu müəyyənləşdirdikləri müqavilələr bu Məcəllədə nəzərdə tutulmamış olmasa belə, ona zidd olmamalıdır.
45. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyət və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 52.5. İddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
53. Maddə 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
54. Maddə 191.1. Cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu cavabdeh imzalayır. Cavabdehin iddianı etiraf etməsi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə də ifadə oluna bilər.
55. Maddə 191.2, Hakim cavabdehin iddianı etiraf etməsini təsdiq edənə qədər ona müvafiq prosessual hərəkətin nəticələrini izah edir.
56. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
57. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
58. Maddə 272.5. İşdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər.
59. 272.6. Hərəkət və ya mülahizələr mübahisəyə aid olmadıqda məhkəmə onları protokola qeyd etməkdən imtina edə bilər. Bu məsələ ilə əlaqədar məhkəmənin qərarı barəsində mübahisə edilə bilməz, o, protokola qeyd edilməlidir.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh1 tərəfindən ona aid hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
68. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyasının da qeyd etdiyi kimi, apellyasiya baxışı zamanı cavabdeh cavabdeh1 izahatında mübahisəli bağ sahəsini iddiaçı İddiaçı 60.000 ABŞ dolları məbləğində pula özünün satdığını, pulu da iddiaçıdan özünün aldığını, iddiaçının istəyi ilə onun qohumu Ülvi Baxşalıyevin adına notarial qaydada etibarnamə və evin sənədini verdiyini, iddiaçıdan aldığı 60.000 ABŞ dolları məbləğində pulu isə aparıb Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verdiyini bildirmişdir. Cavabdeh cavabdeh1 həmçinin məhkəmə kollegiyasına iddianı etiraf etməsinə və mübahisəli bağ sahəsinə görə iddiaçı İddiaçı 60.000 ABŞ dolları məbləğində pul almasını təsdiqləməsinə dair yazılı ərizə təqdim etmişdir. Apellyasiya baxışı iclasında cavabdeh cavabdeh1 iddianı etiraf etməsinin hüquqi nəticələrinin izah olunmasına rəğmən o, israrlı şəkildə öz mövqeyində qalaraq, mübahisəli bağ sahəsinə görə iddiaçı İddiaçı 60.000 ABŞ dolları məbləğində pul alması faktını və bununla bağlı irəli sürülmüş iddia tələbini etiraf etmişdir.
69. Apellyasiya məhkəməsi cavabdeh cavabdeh1 etirafını qəbul etməməyə əsas görməmiş və qeyd etmişdir ki, cavabdeh cavabdeh1 tərəfindən iddianın etirafı qanuna zidd deyil, nə də hər hansı başqa bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
70. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
71. Məhkəmə kollegiyası eyni zamanda kassasiya şikayətinin, cavabdeh cavabdeh1 məhkəmədə verdiyi izahatlarda pul vəsaitini (60.000 USD) şəxsən o deyil, bağ evinin faktiki sahibi və digər cavabdehin həyat yoldaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs almasını bildirməsi barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, həm birinci instansiya məhkəməsində, həmdə apellyasiya instansiyası məhkəməsində cavabdeh cavabdeh1 verdiyi izahatlarında, pul vəsaitini (60.000 USD) şəxsən iddiaçıdan aldığını, bağın qarşısında sayıb Vəzirin özünə verdiyini, həmin vaxt Tapdığın da maşında olduğunu, yanında başqa adamın olmadığını bildirmiş, məhkəmə iclası protokollarında bu məzmunda əksini tapmış, lakin nə cavabdeh cavabdeh1, nə də onun nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclası protokollarına hər hansı qeyd verilməmişdir.
72. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
73. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
75. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
77. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
78. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
80. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.