Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1896/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ## ###### 2009-cu il tarixli *** saylı kredit müqaviləsi ilə İddiaçı ASC-nin borcalan Cavabdeh 180 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, kreditor Borcalana alınan yaşayış sahəsinin dəyərinin 100 % hissəsini ipoteka krediti hesabına ödənilməsi üçün 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat məbləğində kredit verir.
2. ## ###### 2009-cu il tarixli ***/* saylı ipoteka müqaviləsi ilə, həmin müqavilədə ## ###### 2009-cu il tarixdə İddiaçı ASC və Cavabdeh arasında bağlanmış *** saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən və Cavabdeh ayrılmış 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan mənzili ipoteka qoyulması nəzərdə tutulmuşdur.
3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK-nın sədri X1 «Icraçı», Cavabdeh «Alıcı» olmaqla aralarında bağlanmış ## ###### 2009-cu il tarixli ***/R nömrəli müqavilədən görünür ki, icraçının tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən biri tərəflərin razılaşdığı qiymətlə Alıcıya satmalı, Alıcı isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödəməlidir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən isə, Icraçı və Alıcı ilə tikintisinin razılaşdığı mənzil Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130cu məhəllədə 1-ci yaşayış binasının A blokunda 4 mərtəbəsində * saylı mənzilində yerləşməklə, ümumi sahəsi 109 kv.m olmaqla 2 otaqdan ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 1100 (min yüz) manat, cəmi 119.900 manat müəyyən edilir.
4. ## ###### 2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdeh Cavabdeh ## ###### 2009-cu il tarixli kredit müqaviləsinə əsasən ## ###### 2024-cü il tarixə 119.900 manat məbləğində əsas borc və 269.784 manat məbləğində faiz borcu vardır.
5. Azərbaycan Respublikası * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin **(**)****/**** saylı, ## #### 2016-cı il tarixli qərarı ilə, İddiaçı ASC məcburi ləğv edilərək, Əmanətlərin Sığortalanması Fondu ## #### 2016-cı il tarixindən etibarən İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktlar a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2009-cu il tarixli *** saylı kredit müqaviləsi üzrə cəmi 391.782,20 (üç yüz doxsan bir min yeddi yüz səksən iki manat, 20 qəpik) manat, bundan 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat əsas, 269.784 (iki yüz altmış doqquz min yeddi yüz səksən dörd) manat faiz və və AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.798,20 (bir min yeddi yüz doxsan səkkiz manat, 20 qəpik) manat faiz, 682 (altı yüz səksən iki) manat dövlət rüsumunun və 3,41 manat xidmət haqqının cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2009-cu il tarixli *** saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə 119.900 (bir yüz on doqquz min doqquz yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK ilə Cavabdeh arasında bağlanmış 128/R müqavilə əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda * saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda * saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında ##.##.2009-cu il tarixli 093/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, habelə **-*/*-H-**-****/**** saylı bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixə ##.##.2009-cu il tarixli *** saylı kredit müqaviləsi üzrə cəmi borcu 391.782,20 (üç yüz doxsan bir min yeddi yüz səksən iki manat, 20 qəpik) manat təşkil edir.
8. Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil2 iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, etirazda qeyd etmişdir ki, cavabdeh Cavabdeh bankdan pul götürməyib və bununla bağlı ona bank tərəfindən pulun ona verilməsini təsdiq edən kassa mədaxil orderi təqdim edilməyib.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim-Fərid Hətəmzadə).
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ilə İddiaçı ASC arasında imzalanmış ## ###### 2009-cu il tarixli *** saylı kredit müqaviləsi ilə kreditor İddiaçı ASC tərəfindən borc alan Cavabdeh 119.900 manat məbləğində kredit verilməsi öhdəliyi və Cavabdeh da aldığı həmin krediti faizi ilə birlikdə hissə-hissə qaytarmaq öhdəliyi ilə şərtləndirilərək, həmin öhdəliklərin icrası qarşılıqlı icra kimi nəzərdə tutulsa da, kreditor İddiaçı ASC öz öhdəliyini yerinə yetirməmiş, yəni Kredit müqaviləsi ilə nəzərdə tutulan 119.900 manat məbləğində pul vəsaitini borc alan Cavabdeh verməmişdir. Bu səbəbdən də, cavabdeh Cavabdeh da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.2-ci maddəsinə əsasən öz öhdəliyindən imtina etmişdir.
11. Tərərflər arasında 119.900 manat məbləğində kredit götürülməsinə dair müqavilə ## ###### 2009-cu il tarixli *** saylı kredit müqaviləsi imzalansa da, iddiaçı tərəfindən kredit müqaviləsinin predmeti olan 119.900 manat məbləğində pul vəsaitinin Cavabdeh təhvil verilməsi barədə kassa məxaric orderi və ya hər hansı bir rəsmi sənəd (mötəbər sübut) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı Müqavilədə nəzərdə tutulan kredit məbləğinin kreditor tərəfindən borcluya verilməsi öz təsdiqini tapmamışdır.
12. Məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh məlum kredit müqaviləsi üzrə nəzərdə tutulan krediti aldığı halda, həmin kredit müqaviləsi şərtlərinə əsasən kreditora qaytarmaq öhdəliyi daşıyır. Belə olan halda, cavabdeh kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini almadığı üçün, həmin pul vəsaitinin qaytarılması ilə bağlı öhdəlik daşımır.
13. Eyni zamanda iş materialları üzrə müəyyən edilmişdir ki, müqavilə üzrə heç bir ödəniş edilməmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 441.1, 441.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.4, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları və hüquqi normalar düzgün qiymətləndirilməmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etdikdə, cavabdehin kredit vəsait əldə etmək məqsədi ilə müqavilə bağlamaq niyyətində olduğu əsasını nəzərə almamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK ilə Cavabdeh arasında Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binanın A blokunda * saylı mənzilin Cavabdeh tərəfindən alınması məqsədilə ***/R nömrəli müqavilə imzalanmışdır. Cavabdeh Cavabdeh İddiaçı ASC-yə yazılı ərizə ilə müraciət edərək ona 15 il müddətinə 119900 manat məbləğində ipoteka krediti verilməsini xahiş etmişdir. Nəticə olaraq xxxx” MTK ilə Cavabdeh arasında 128/R il tarixli müqaviləyə uyğun olaraq ##.##.2009-cu il tarixdə Cavabdeh ilə İddiaçı ASC arasında *** saylı kredit müqaviləsi və ***/* saylı ipoteka müqaviləsi imzalanmışdır. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödənişin həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək, ilk öncə müqavilələri imzalamadığını irəli sürmüşdür, daha sonra isə vəkili tərəfindən bankdan kassa məxaric tələb edilmişdir. Cavabdeh tərəfindən ilk öncə müqavilənin imzalanmadığı bildirilsə də, cavabdeh iş materillarında olan notarial təsdiqli kredit müqaviləsinin götürülməsi barədə ərizədə imzanın ona məxsus olduğunu qəbul etmişdir. Sonradan krediti qohumları üçün götürdüyünü bildirmişdir və vəkil tərəfindən kassa məxaric tələb edilmiş tərəfindən sənədin saxlama müddəti keçdiyinə görə məhv edildiyi məhkəməyə bildirilərək bu barədə akt təqdim edilmişdir, kassa məxaric orderi mövcud olmuşdur, lakin saxlama müddəti keçdiyindən məhv edilmişdir. Bankın kassasından pul çıxmışdır. Bu səbəbdən tərəflərindən MPM-in 265.4-cü maddəsinə əsasən xüsusi qərardadın çıxarılması barədə vəsatətlə məhkəməyə müraciət edilmiş, lakin məhkəmə təmin etməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Günay Axundova sədrlik edən və məruzəçi, Məhəmməd Rüstəmli və Fərrux Qasıvov).
18. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır.
19. Sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı kredit müqaviləsi üzrə 119.900 manat pulun cavabdehə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.
20. Həmçinin cavabdeh də bildirmişdir ki, ona göstərilən məbləğdə pul verilməmiş və mənzilin harada yerləşməsindən belə məlumatı yoxdur.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kredit müqaviləsindən görünür ki, kredit ünvan 1 məhəllə ünvanda yerləşən 1-ci yaşayış binasının A blokunda * saylı mənzilin alınmasına verilir.
22. Məhkəmənin sorğusuna cavab olaraq əldə edilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan mənzil cavabdeh Cavabdeh adına qeydiyyatdan keçməmişdir. Həmin mənzilə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK tərəfindən təqdim edilmiş ilkin sənəd başqa şəxsin (Ruslan Isgəndərov) payçı olması barədə ## ###### 2015-ci il tarixli Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK üzvlərinin ümumi iclas protokolundan çıxarışdır. Hazırda isə mübahisə predmeti olan mənzil tamamilə başqa bir şəxsin mülkiyyətindədir.
23. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə predmeti olan kredit müqaviləsi 2009-cu il tarixdə bağlanılsa da bugünədək cavabdeh tərəfindən heç bir ödəniş də yoxdur. Göründüyü kimi, əgər cavabdehə müqavilə üzrə pul verilsə idi ən azı 15 il ərzində qismən ödəniş olunardı.
24. Bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən kredit müqaviləsi üzrə kreditor – iddiaçı kredit müqaviləsində nəzərdə tutulan məbləği Borc alan – cavabdehə verməsini təsdiq edən mötəbər sübut təqdim etmədiyindən kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsassızdır.
25. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 739.1, 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödənişin həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır. Cavabdeh tərəfindən *** saylı kredit müqaviləsi və 093/1 ipoteka müqaviləsi, həmin müqavilə vasitəsilə əldə edilən vəsait hesabına mənzilin alınması məqsədi ilə bağlanmışdır. Yekunda Bankın kassasından pul çıxmışdır. Bu səbəbdən tərəflərindən MPM-in 265.4-cü maddəsinə əsasən, xüsusi qərardadın çıxarılması barədə vəsatətlə məhkəməyə müraciət edilmiş, lakin məhkəmə tərəfindən həmin vəsatət təmin edilməmişdir. Məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi əsassızdır, işə baxan apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normaların tələblərini pozmuşdur. Qanunvericiliyin tələblərinə əsasən Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Məhkəmə tərəfindən Mülki Məcəllənin 324.1, 448.1, 448.1-ci, Mülki Prosessual qanunvericiliyin 88, 217,385-ci maddələrinin tələbləri ciddi şəkildə pozulmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işdə olan sübutlara və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.
42. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı kredit müqaviləsi üzrə 119.900 manat pulun cavabdehə verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdeh tərəfindən də həmin məbləğdə pulun qəbul olunması müəyyən olunmur. Digər tərəfdən mübahisə predmeti olan mənzil cavabdeh Cavabdeh adına qeydiyyatdan keçməmişdir. Həmin mənzilə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK tərəfindən təqdim edilmiş ilkin sənəd başqa şəxsin (Ruslan Isgəndərov) payçı olması barədə ## ###### 2015-ci il tarixli Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MTK üzvlərinin ümumi iclas protokolundan çıxarışdır. Hazırda isə mübahisə predmeti olan mənzil tamamilə başqa bir şəxsin mülkiyyətindədir. Mübahisə predmeti olan kredit müqaviləsi 2009-cu il tarixdə bağlanılsa da bugünədək cavabdeh tərəfindən heç bir ödəniş də yoxdur. Göründüyü kimi, əgər cavabdehə müqavilə üzrə pul verilsə idi ən azı 15 il ərzində qismən ödəniş olunardı.
43. Kassasiya şikayətinin dəlilləri işin hallarının düzgün müəyyən edilməməsi, sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.