Məhkəmə qərarları › İş №2(1-8)-212/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-212/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-212/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcun tutulması, kredit müqaviləsi üzrə faizlər, dəbbə pulu, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı BOKT ASC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ## ####### 2022-ci il tarixli, ****/*****-** saylı istehlak kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC cavabdeh1 24 ay müddətinə, illik 30 % ilə 11000 manat məbləğində kredit vermişdir. ünvan 2 ünvanında yerləşən və cavabdeh2 tam mülkiyyətində olan mənzil ## ####### 2022-ci il tarixli, ****/*****-** saylı istehlak kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayan İddiaçı BOKT ASC-nin xeyrinə ## ####### 2022-ci il tarixli, ****/*****-** saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir.

2. ## ####### 2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında bağlanmış ## ####### 2022-ci il tarixli, ****/*****-** saylı müqaviləyə əsasən cavabdeh1 İddiaçı BOKT ASC-yə 5432.42 manat əsas, 1188.41 manat faiz və 1000 manat cərimə borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki, İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə banka olan borcunun qaytarılması, qaytarmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı BOKT ASC cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli, 2022/00219-** №-li kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh cavabdeh1 kreditin əsas borcu üzrə 8432,42 manat məbləğində qalıq, ona hesablanmış 1188.41 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 10620,83 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 122 manat məbləğində pulun tutulması, tələbin cavabdeh cavabdeh2 mülkiyyətində olan ünvan 1 №-li mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 94.000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 8432,42 manat məbləğində qalıq, ona hesablanmış 1188,41 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 10620,83 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 122 manat məbləğində pulun iddiaçı İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı BOKT ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tariхli, 2022/00278-** №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 11000 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq cavabdeh cavabdeh2 mülkiyyətində olan ünvan 1 №-li mənzilini ipoteka predmeti kimi İddiaçı BOKT ASCyə təqdim etmiş və bu barədə ##.##.2022-ci il tariхli 2022/000219-**IP №-li Ipoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi ##.##.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Ipoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 94000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehlər sözügedən məktubu qəbul etmişlər. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Iddianın qiyməti ## ####### 2023-cü il tarixinə kreditin əsas borcu üzrə 8432.42 manat məbləğində qalıq, ona hesablanmış 1188.41 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 10620.83 manat məbləğində borc yaranmışdır.

5. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, təşkilatla əvvəl müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə ödənişlər edilmişdir. Sonradan təşkilat onları aldadaraq, yeni müqavilə imzalatmışdır. Ekspert rəyi ilə razılaşmır. Iddiaçı müqavilə üzrə verdiyi məbləğin iki mislini tələb edir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdeh cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, ekspert rəyi ilə razılaşmır. Hazırda mənzilin dəyəri qiymətləndirilən kimi deyil. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, tərəflər arasında imzalanmış ## ####### 2022-ci il tarixli, ****/*****-** nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh1 İddiaçı BOKT ASC-yə ##.##.2023-cü il tarixə olan borcu 8432.42 manat əsas, 1312.45 faiz borcu müəyyən edilmişdir.

8. “xxxx” MMC-nin ## ###### 2024-cü tarixli G-**/**-*** saylı mənzilin dəyərini müəyyən etmək üçün keçirilmiş qiymətləndirmə hesabatının nəticəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin ## ###### 2024-cü il tarixinə bazar qiyməti 162000 manat, likvid qiyməti 152000 manat müəyyən edilmişdir.

9. Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı BOKT ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddianın “ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması” hissəsində xitam verilməsi qərara alınmışdır.

10. Masalı Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 ## ####### 2022-ci il tarixli, ****/*****-** saylı istehlak kredit müqaviləsi üzrə 8432.42 manat əsas, 1188.41 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 9670.83 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun 116.72 manat hissəsinin İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 152000 manat (likvid dəyər) müəyyən edilməsi, tələbin ünvan 1 saylı ünvanda yerləşən mənzilə yönəldilməklə əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş pul hesabına qeyd olunan borc məbləğlərinin İddiaçı BOKT ASC-yə ödənilməsi, cavabdeh cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 50 manat və 400 manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Zeynalov).

11. Məhkəmə qeyd etmişdir ki, təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə ## ####### 2022-ci il tarixli, ****/*****-** nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh1 İddiaçı BOKT ASC-yə ##.##.2023-cü il tarixə olan borcu 8432.42 manat əsas, 1312.45 faiz borcu müəyyən edilmişdir. Odur ki, iddia tələbində 8432.42 manat əsas, 1188.41 manat məbləğində faiz borc tələb edildiyindən, həmin hissədə iddia əsaslıdır və təmin edilməlidir.

12. Məhkəmə daha sonra qeyd etmişdir ki, ## ####### 2022-ci il tarixli, ****/*****-** saylı istehlak krediti müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 50 manat məbləğində saxlanılmalıdır.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Kredit müqaviləsi üzrə ödəniş müddətləri ötməsinə baxmayaraq, cavabdeh öhdəliklərini layiqincə icra etməmişdir. Belə olan halda iddiaçı tərəfin borc məbləğlərini tələb etməklə, tələbin ipoteka ilə yüklü olunmuş əmlaka yönəldilməsini və hərracda satılmasını tələb etmək hüququ yaranmışdır.

14. Kredit borcunun ləğv edilməsi tələbinə münasibətdə məhkəmə Mülki Məcəllənin 399.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, tərəflər arasında ## ####### 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsi 24 ay müddətinə bağlanmaqla müqavilənin son müddəti ## ####### 2024-cü il müəyyən edilmiş və hazırkı tarixə həmin müqavilənin müddəti başa çatdığından iddia tələbi həmin hissədə təmin edilə bilməz.

15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 269, 317, 319, 385, 386, 442, 445, 448, 739-cu, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 39, 41, 59-cu, Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Qətnamədən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin ləğv еdərək, iş üzrə ədalətli qətnamə çıхarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi еvə dаir “xxxx” MMC-nin mütəхəssis rəyini tədqiq etmədən qəbul etməklə prоsеssual hüquq nоrmalarını pоzmuşdur ki, bu da düzgün оlmayan qətnamə qəbul еdilməsi ilə nəticələnmişdir. Bеlə ki, sözügеdən mütəхəssis rəyinə görə ipоtеkа prеdmеti оlаn mənzilin bаzаr dəyəri 162000 mаnаt, likvid dəyəri 152000 mаnаtdır. Hаlbuki, mənzlin yеrləşdiyi yеr şəhərdə çох əlvеrişli yеr оlmаqlа, əhаlinin sıх məskunlаşdığı yеrdir və mənzil əlа təmirlidir. Bütün bunlаr isə mənzilin qiymətinə təsir göstərən аmillərdir. Məhz bu аmillərə görə mənzilin qiyməti mütəхəssis rəyində göstəriləndən dаhа yüksəkdir. Birinci instаnsiyа məhkəməsi də həmin хüsusаtа diqqət yеtirməmiş, yаrımçıq mütəхəssis rəyinə istinаd еdərək düzgün оlmаyаn qətnаmə qəbul еtmişdir. Bundаn bаşqа iş üzrə mühаsibаtlıq еkspеrtizаsı təyin еdilməsinə bахmаyаrаq, еkspеrtizа qаrşısındа qоyulmuş suаllаrа tаm cаvаb аlınmаdаn vеrilmiş rəylə kifаyətlənilmiş, tаm оlmаyаn ziddiyyətli rəy əsаsındа düzgün оlmаyаn qətnаmə qəbul еdilmişdir. Bеlə ki, qətnаmənin 3-cü səhifəsinin 8-ci аbzаsındа еkspеrt rəyinə istinаd еdilərək həmin rəydə əsаs bоrcun ##.##.2023-cü il tаriхə 8432,42 mаnаt, fаiz bоrcunun 1312,45 mаnаt оlmаsı qеyd еdilmiş, cərimə ilə bаğlı hеç nə göstərilməmişdir. Lаkin rəyə istinаd еdən hаkim cərimə kimi ona 50 mаnаt hеsаblаmışdır. Bundаn bаşqа qеyd оlunаn qətnаmənin 3-cü səhifəsinin 6-cı аbzаsındа iddiаçının mаliyyə аrаyışınа istinаd еdərək ##.##.2023-cü il tаriхli mаliyyə аrаyışınа əsаsən 5432,42 mаnаt əsаs bоrcunun оlmаsı göstərilmişdir. Ekspеrt rəyinə görə bundаn cəmi 6 gün sоnrаyа, yəni ##.##.2023-cü il tаriхə əsаs bоrc 8432,42 mаnаt göstərilmişdir. 6 gün ərzində əsаs bоrc nеcə 3000 mаnаt аrtа bilər?.

18. Kollegiyanın iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətini qismən müdafiə etmişdir. Belə ki, o, göstərmişdir ki, “xxxx” MMC tərəfindən ipоtеkа prеdmеti оlаn mənzilin bаzаr dəyəri 162000 mаnаt, likvid dəyərinin isə 152000 mаnаt olan qiymətləndirilməsi ilə razıdır. Ipоtеkа prеdmеti оlаn mənzilin bаzаr və likvid dəyərinin yenidən qiymətləndirilməsini istəmir. Hesab edir ki, ipоtеkа prеdmеti оlаn mənzilin likvid dəyərinin daha yüksək olması ilə bağlı fikirlər apellyasiya şikayətində texniki səhv olaraq yazılmışdır. Həmin fikirləri hazırda müdafiə etmir və mənzilin yenidən qiymətləndirilməsini tələb etmir. “xxxx” MMCnin mənzilin likvid dəyərinin 152000 mаnаt olan qiymətləndirilməsi ilə razıdır. Lakin qeyd etmişdir ki, kredit müqaviləsi üzrə qalıq borcu səhv hesablanmışdır. Buna görə də kredit müqaviləsi üzrə qalıq borcunun müəyyən edilməsi üçün iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında keçirilən mühasibatlıq ekspertizasının rəyi ilə razılaşmış və rəyə hər hansı etirazının olmamasını qeyd etmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ######## 2025-ci il tarixli, */**** saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2022-ci il tarixli, ****/*****-** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh1 ## ###### 2023-cü il tarixinə (xəbərdarlıq bildirişi tarixinə) İddiaçı BOKT ASC olan borcu 9.316.20 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 8432.32 manat, faiz borcu üzrə 883.88 manat. Qeyd edilmişdir ki, ##.##.2022-ci il tarixli, ****/*****-** saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cavabdeh1 cərimə borcu hesablanmamışdır.

20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Masallı rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi cavabdeh cavabdeh1 ## ####### 2022-ci il tarixli, ****/*****-** saylı istehlak kredit müqaviləsi üzrə tutulmalı olan əsas və faiz borcu hissədə dəyişdirilərək, cavabdeh cavabdeh1 ## ####### 2022-ci il tarixli, ****/*****-** saylı istehlak kredit müqaviləsi üzrə tutulmalı olan borc məbləğinin - 8432,32 manat əsas, 883.88 manat faiz və 50 manat cərimə olmaqla cəmi, 9366.20 manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, cavabdeh cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manatın tutulması qət edilmişdir (hakimlər - C.Imanov (məruzəçi), T.Kərimov və Q.Əliyev).

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilərkən yanlış olaraq ##.##.2023-cü il tarixinədək olan əsas və faiz borcunun müəyyən edilməsi xahiş edilmiş, ekspert də rəyində həmin tarixə olan əsas və faiz borcunu müəyyən etmişdir. Lakin işdən müəyyən edilir ki, iddiaçı İddiaçı BOKT ASC ## ###### 2023-cü il tarixdə cavabdehə xəbərdarlıq bildirişi göndərməklə cavabdehlə aralarında olan kredit müqaviləsinə həmin tarixdən xitam verilməsini istəmişdir. Buna görə də iddiaçı kredit müqaviləsi üzrə həmin tarixədək olan dövrdə yaranmış borc məbləğini tələb etməli idi. Belə ki, xəbərdarlıq bildirişinin özünə belə əsas borc 8432.42 manat, faiz borcu 893.15 manat olması göstərilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 269, 317, 319, 385, 386, 442, 445, 448, 739-cu, “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 39, 41, 59-cu, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh cavabdeh1 (vəkil Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə mühаsibаtlıq еkspеrtizаsı təyin еdilməsinə bахmаyаrаq, еkspеrtizа qаrşısındа qоyulmuş suаllаrа tаm cаvаb аlmаdаn vеrilmiş rəylə kifаyətlənmiş, tаm оlmаyаn ziddiyyətli rəy əsаsındа düzgün оlmаyаn qətnаmə qəbul еtmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

27. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

28. Maddə 269.4. Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

29. Maddə 314.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir.

30. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

31. Maddə 317.2. Satış “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

32. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

37. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

38. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

39. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

40. Maddə 34.1. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

41. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. Ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

42. Maddə 41.1. Ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

43. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

44. Maddə 59.3. Ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradılmış və onların dəlillərinə hüquqi qiymət verilmişdir, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

56. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar