Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-216/2026 26.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: borcun ödənilməsi tələbi, əhəmiyyətsiz əqd, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-975/2025 nömrəli, 4 noyabr 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin h alları
1. İddiaçı Qaradağ RPİ-nin 10-cu Polis Şəbəsinə ərizə ilə müraciət edərək, işlədiyi Sədərək Ticarət Mərkəzində bir neçə şəxs, o cümlədən Cavabdeh borc pul verdiyini, lakin həmin şəxslərin pulu qaytarmadığını bildirmişdir. Onun ərizəsi əsasında araşdırma aparılmış və Qaradağ RPİ İŞ-nin müstəntiqi tərəfindən cinayət işi başlanmasının rədd olunması barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, həmin şəxslərin, o cümlədən Cavabdeh əməllərində dələduzluq cinayətinin tərkibi olmadığından cinayət təqibinin başlanması yolverilməzdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 12.490 manat borc, 3747 manat əldən çıx mış fayda, 2000 manat məbləğində mənəvi zərər, 250 manat hüquqi yardıma görə vəkilə ödənilən vəsait olmaqla, ümumilikdə 18.487 manat pulun, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 145.86 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında borc münasibətləri mövcuddur. Belə ki, hər ikisi Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində işləyir. Müxtəlif vaxtlarda bazarda işləyən şəxslərə borc vermişdir. Həmin şəxslərdən biri də hazırkı iş üzrə cavabdehdir. Ona olan borc məbləği 12.490 manat təşkil edir. Borc məbləği ödənilmədiyi üçün dəfələrlə borcu ödəməsini tələb etsə də cavabdeh heç bir əhəmiyyət verməmişdir. Nəticədə onun barəsində Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh polis orqanında izahat verərkən borc aldığını etiraf etsə də qalıq borcunun 11.000 manat olmasını, qısa müddətdə həmin borcu qaytaracağını bildirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və ona görə də tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
4. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsində bildirmişdir ki, iddia tələblərini qəbul etmir. İddiaçı ilə heç vaxt borc münasibətləri ilə bağlı rəsmi bağlanmış razılaşmalar, müqavilələr olmamış, müqavilələrdən irəli gələn öhdəliklər mövcud olmamışdır. Belə olduğu halda hesab edir ki, iddiaçı iddia etdiyi borc məbləği ni, əldən çıxmış faydanın əvəzini və mənəvi zərəri tələb etməkdə haqlı sayıla bilməz. Belə ki, həqiqətən də 2014-cü ildən Sədərək Bazarında mağazaların birində satıcı olaraq fəaliyyətə başlamışdır. 5 il müddətində satıcı işlədikdən sonra işlədiyi mağaza bağlandığından və işsiz qaldığından 2019-cu ildə Sədərək Ticarət Mərkəzin 2-ci sırasında yerləşən 28 saylı mağazanı ayda 600 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürüb işləməyə başlamışdır. Mağazaya malı öncədən tanıdığı köynəkçilərdən götürüb satırdı. 2020-ci ildə ölkə ərazisində pandemiya dövrü başlandığından və sərt karantin rejimi tətbiq edildiyindən bazarda mağazaların əksəriyyəti fəaliyyət göstərməmiş, bu səbəbdən də mağazadakı malları satmaqda və mağazanın icarə haqqını ödəməkdə çətinlik çəkirdi. Belə bir vəziyyətdə eyni baza rda işləyən Vaqif adlı şəxsin vasitəçiliyi ilə bazada hamıya faizə (sənəmə) pul verən şəxs kimi tanınan Mənsurə xanımla 2021-ci ildə tanış olub və ondan 2021-ci ilin əvvəlindən 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində 3 dəfəyə (5000-5000-2500) manat faizə (sələmə) pul götürüb. İddiaçı həmin pulu verərkən hər dəfə verdiyi pulun 12 faizini üstündən götürdükdən sonra cəmi 11450 manat pul vermiş və iddiaçıya həmin puldan pulu aldığı müddətdən bazardan çıxdığı müddətədək gündəlik və aylıq olmaqla 2392 manat şəxsən özünə, bazardan çıxdıqdan sonra isə 1450 manat pulu kart hesabına ödəyib (bu haqda ödəniş qəbzləri ərizəyə əlavə edilmişdir). Beləliklə iddiaçıya ondan faizə aldığı 12450 manat (əsas məbləğdən) geri qaytarılmış 2392-1450-1560 nəzərə almaqla qalıq borc 7048 manat olmuşdur. Po lis İdarəsində izahat verərkən də iddiaçıdan 11000 manat faizə borc pul götürdüyünü bildirmişdir. Bütün bunlara baxmayaraq hesab etmişdir ki, iddia tələbi eyni zamanda da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Göstərilənlərə əsasən verilmiş tələbə iddia müddəti tətbiq edilməklə rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-728/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim - E.Vəliyev).
6. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İsmayılova X1 Elçin Qurban oğlu ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində işləyir. İddiaçı müxtəlif vaxtlarda bazarda işləyən şəxslərə borc vermişdir. Həmin şəxslərdən biri də hazırkı iş üzrə cavabdehdir. Onunla olan borc məbləği 12490 manat təşkil etmişdir. Lakin borc məbləği ödənilmədiyi üçün dəfələrlə borcu ödəməsini tələb etsə də, cavabdeh heç bir əhəmiyyət verməmişdir. Nəticədə onun barəsində Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdeh polis orqanında izahat verərkən borc aldığını etiraf etsə də, qalıq borcunun 11000 manat olmasını, qısa müddətdə həmin borcu qaytaracağını bildirmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir və ona görə də tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
7. İddia ərizəsinin məzmunundan, tərəflərin məhkəmə iclasında verdiyi izahat lardan müəyyən olunmuşdur ki, iddia tələbi ilə bağlı müddət ötürülmüşdür. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərdən isə aydındır ki, cavabdeh ən sonuncu ödənişini xx.xx.2022-ci il tarixdə 150 manat olmaqla etmişdir. Həmin vaxtdan indiyədək isə 2 ildən artıq müddət keçmişdir. İddiaçı məhkəməyə borc tələbi ilə bağlı müraciət etməli olduğu vaxt xx.xx.2024-cü ildə bitdiyi halda o, iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən Cavabdeh da məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin müddətin keçməsi ilə bağlı rədd edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbay can Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 425.1, 442, 1091.1. 1091.2, 1093.1, 1095-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında mövcud olan münasibətlər borc münasibətləridir və öhdəliyin icrasının müddəti konkret qeyd edilməmişdir. Qanunvericiliyə əsasən müddətin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Tərəflər arasında olan münasibətlər borcla bağlıdır. Cavabdeh 12.490 manat borcu götürdüyünü, həmin borcdan bazarda işlədiyi zaman 2392 manatı əlbəəl gündəlik olaraq qaytardığını, daha sonra ayrı-ayrılıqda 1000 manat, 300 manat və 150 manat olmaqla cəmi 1450 manat borcundan qaytardığını, ən sonuncu ödənişini isə iddiaçıya xx.xx.2022ci il tarixdə 150 manat olmaqla etdiyini bildirmişdir. Onun ödədiyi 150 manatı sonuncu götürməsi kifayət qədər şübhə doğurur. Hansı ki, əlbəəl də ödəniş etdiyini həm iddiaçı həm də cavabdeh bildirdiyi halda məhkəmənin məhz xx.xx.2022-ci il tarixdə ödənilən 150 manatı sonuncu ödəniş kimi qəbul etməsi əsassızdır. Həmçinin Qaradağ RPİ-nin İŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarından görünür ki, Cavabdeh izahatında 2022-ci ildə maddi cəhətdən sıxıntıları yarandığını, İddiaçı borca pul verdiyini eşitdiyini, digər şəxslərə borcu olduğu üçün, həmçinin şəxslərin borcunu ondan tələb etdiyi üçün Mənsurə ilə əlaqə saxlayıb ondan borca hazırda yadında qalmayan məbləğdə pul aldığını, hazırda 11000 manat borcu qaldığını, həmin borcu yaxın günlərdə ödəyəcəyinə dair söz verdiyini bildirmişdir. İddiaçı pulu ala bilmədiyi üçün Qaradağ Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Polis İdarəsində şikayəti üzrə müəyyən araşdırmalar həyata keçirildikdən sonra həmin iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 20 may 2024-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı öz hüququnun pozulduğunu 20 may 2024-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdiyi vaxtdan bilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan təxminən 9 ay sonra məhkəməyə müraciət etmişdir. Bu halda müddət tətbiq edilməsi tamamilə əsassızdır.
11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-975/2025 nömrəli, 4 noyabr 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(075)-728/2025 saylı qətnaməsi qismən - iddianın rədd edilmiş 940 manat və 30 manat dövlət rüsumuna aid hissəsində ləğv edilmiş, cаvаbdеh Cavabdeh 940 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər - T. Musayev (sədrlik edən və məruzəçi), E. Mehdiyev və A. Abdullayeva).
12. Məhkəmə kol legiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, işin müəyyən olunmuş əsas halına görə, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat və xx.xx.2022-ci il tarixdə isə 1000 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh iddiaçıdan 5000-5000 manat və sonuncu dəfə 2500 manat məbləğində pul götürdüyünü qeyd etsə də, məhkəmə kollegiyasının iclasında iddiaçı həmin halı inkar etmiş və cavabdehə sonuncu dəfə 2500 manat deyil, 1000 manat məbləğində borc pul verdiyini və həmin məbləğdən cavabdeh tərəfindən cəmi 60 manat pul qaytarıldığını bildirmişdir.
13. Kollegiya qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan xx.xx.2022-ci il tarixdə verilmiş 5000 manat və xx.xx.2022-ci il tarixdə verilmiş 5000 manata münasibətdə tərəflər ar asında yaranan münasibətlər əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri olsa da, öyrənilən mülki işin təhlilindən belə aydın olmuşdur ki, cavabdeh əhəmiyyətsiz əqd üzrə iddiaçının hesabına əsassız varlanmış, əhəmiyyətsiz əqd üzrə əldə etdiyi vəsaitin iddiaçıya qaytarılmasını təmin etməmişdir.
14. Məhkəmə kollegiyası apellayasiya şikayətinin iddiaçının öz hüququnun pozulduğunu 20 may 2024-cü il tarixdə Qaradağ Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdiyi vaxtdan bilməsi, yəni borclu tərəfdən öz öhdəliyinin yerinə yetirilməsini tələb etməsi, borclu tərəf isə öz öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün iddiaçı verdiyi pulu cavabdehdən ala bilməyəcəyini görərək dərhal polisə müraciət etməsi, iddiaçının iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni hü ququnun pozulduğunu bildiyi vaxtdan təxminən 9 ay sonra məhkəməyə müraciət etməsi, bu halda müddət tətbiq edilməsi tamamilə əsassız olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edib ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
15. Məhkəmə kollegiyası Mülki Məcəllənin 337.1, 337.5 və 740.2-ci maddələrinə istinad edərək qeyd edib ki, iddiaçı tərəfindən cavabdehə sonuncu xx.xx.2022-ci il tarixdə verilmiş 1000 manat məbləğində pul vəsaiti istisna olunmaqla, yuxarıda qeyd olunan mübahisəli digər pul məbləğləri üç min manatdan çox olduğundan və tərəf lər arasında heç bir yazılı müqavilə bağlanmadığından, əhəmiyyətsizdir və mübahisə qeyd olunan hissələrdə borc münasibətlərindən irəli gələn mübahisə deyildir.
16. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
17. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı, şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.
18. Tərəflər arasında etibarlı borc müqaviləsi mövcud olmamaqla, İddiaçı əhəmiyyətsiz əqd üzrə Cavabdeh ondan aldığı, lakin qaytarılmamış pul vəsaitini tələb edir.
19. Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyəts iz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.
20. Əhəmiyyətsiz əqd üzrə yalnız əvəz edilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
21. Əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. İddiçının məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə isə 5000 manat məbləğində pul verilmiş, cavabdeh məhkə məyə ödəniş qəbzlərini təqdim edərək sonuncu ödənişini xx.xx.2022-ci il tarixdə 150 manat olmaqla etdiyini, iddiaçı isə cavabdehin sonuncu ödənişini 2023-cü ilin avqust ayında 1000 manat olmaqla etdiyini bildirmiş, həmin vaxtdan sonra cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır.
22. Kollegiya hesab edib ki, iddiaçı cavabdehlə şifahi qaydada razılaşdığı əhəmiyyətsiz əqd üzrə verdiyi pulun qaytarılması ilə bağlı ən azından özünün etiraf etdiyi 2023-ci ilin avqust ayından öz hüquqlarının pozulduğunu bilmiş və yaxud bilməli olmuşdur. Yəni şəxsin əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı ilə bağlı əldə etdiklərinin qaytarılması üçün iddia müddətinin axımı əhəmiyyətsiz əqdin icrasına başlanıldığı gündən ən azından 2023-cü ilin avqust ayından başlanmışdır.
23. Göründüyü kimi hazırki i ş üzrə iddia müddətinin axımı 2023-cü ilin avqust ayından başlanmaqla 2024-cü ilin avqust ayında başa çatmış, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür.
24. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir.
25. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Kons titusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı dey il. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsind ən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.
26. Qanunvericiliyin tələbindən göründüyü kimi, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı ilə bağlı əldə edilmişlərin geri qaytarılması tələblərindən irəli gələn iddia müddəti 1 il təşkil edir, iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş və qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının cavabdehə xx.xx.2022-ci il tarixdə verilmiş 1000 manatın qaytarılmamış 940 manatına aid hissəsində iddia tələbinin qanuni əsası olan maddi hüquq normalarına istinad etməməklə, buna uyğun hansı iddia müddətinin və hansı münasibətə tətbiq edilməli olmasını aydınlaşdırmamaqla səhvə yol vermişdir.
28. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
29. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
30. Göründüyü kimi qanunverici borc müqaviləsinin predmetinin məbləği üç min manatdan az olduğu təqdirdə müqavilənin şifahi formada da bağlanmasını nəzərdə tutmuşdur. Belə olan halda xx.xx.2022-ci il tarixdə verilmiş 1000 manata aid hissədə tərəflər arasında borc münasibətləri yarandığından və qeyd olunan məbləğin qaytarılmamış 940 manatına aid hissəsində iddia tələbinin qanuni əsasının düzgün müəyyən etmədiyindən iddia müddətini tətbiq edərək həmin hissədə iddianı rədd etməkdə səhvə yol vermişdir.
31. Belə ki, hazırkı iş üzrə iddia müddətinin axımı cavabdehin qeyd etdiyi xx.xx.2022ci il tarixdən hesablansa belə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir və həmin borc cavabdeh tərəfindən etiraf edilmiş, qeyd olunan borcun cavabdeh tərəfindən iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmiş, iddiaçı isə cavabdeh tərəfindən qeyd olunan məbləğdə n 60 manatının qaytarılmasını bildirmişdir. Belə olan təqdirdə iddiaçı cavabdehdən 940 manat məbləğində pul tələb etməkdə haqlı olmuşdur.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edib ki, iddiaçının cavabdeh tərəfindən ona mənəvi zərərin vurulmasını, eləcədə əldən çıxmış fayda olaraq 3747 manat məbləğində pulun cavabdehdən tələb edilməsi üçün əsas ola biləcək hər hansı bir sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissələrdə də əsassızdır.
33. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 354.1, 375.1, 375.2, 377.1, 386.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-c i il tarixli Qərarına, “L.İ. Binnətovanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 5 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına və MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 217.1, 372.1, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.3, 385.1.4, 386, 387.1, 389, 390, 402.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı X2 (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(107)-975/2025 saylı qətnaməsinin qismən - iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellya siya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti belə əsaslandırılıb ki, məhkəmə iclaslarında cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsinə uyğun izahat verərək ümumilikdə 12.490 manat faiz borcu götürdüyünü bildirib.
36. Qanunvericiliyə əsasən müddətin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Tərəflər arasında olan münasibətlər borcla bağlıdır. Cavabdeh 12490 manat borcu götürdüyünü, həmin borcdan bazarda işlədiyi zaman 2392 manatı əlbəəl gündəlik olaraq qaytardığını, daha sonra ayrı-ayrılıqda 1000 manat, 300 manat və 150 manat olmaqla cəmi 1450 manat borcundan qaytardığını, ən sonuncu ödənişini isə iddiaçıya xx.xx.2022-ci il tarixdə 150 manat olmaqla etdiyini bildirmişdir. Məhkəm ə onun ödədiyi 150 manatı sonuncu götürməsi əsassızdır. Çünki əlbəəl də ödəniş etdiyini həm iddiaçı, həm də cavabdeh bildirdiyi halda məhkəmələrdə hansı əminlik oldu ki, məhz xx.xx.2022-ci il tarixdə ödənilən 150 manatı sonuncu ödəniş kimi qəbul etdi.
37. İddiaçı pulunu ala bilmədiyi üçün Qaradağ Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Qaradağ rayon Polis İdarəsində şikayəti üzrə müəyyən araşdırmalar həyata keçirildikdən sonra həmin iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 20 may 2024-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı öz hüququnun pozulduğunu Qaradağ Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdiyi vaxtdan bilmişdir. Yəni borclu tərəfdən öz öhdəliyinin yerinə yetirilməsini tələb etmiş, borclu tərəf isə öz öhdəliyi ni yerinə yetirməkdən imtina etdiyi üçün iddiaçı verdiyi pulu cavabdehdən ala bilməyəcəyini görmüş və dərhal polisə müraciət etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan təxminən 9 ay sonra məhkəməyə müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
39. Maddə
60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
41. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla v ə ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
42. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
43. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
44. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
45. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əq ddir.
46. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
47. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
48. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
49. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xey rinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
50. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
51. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
52. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni ş ərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
53. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
54. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
55. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
56. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
57. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (Tərəflər arasında borc münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada)
58. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
59. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir.
60. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
63. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə gö rə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
72. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
73. Bununla yanaşı, məhkəmə ko llegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
74. Baxılan iş üzrə iddiaçı cavabdehdən onun xeyrinə 12.490 manat borc, 3747 manat əldən çıxmış fayda, 2000 manat məbləğində mənəvi zərər tutulmasını tələb edib və tələbini onunla əsaslandırıb ki, 12.490 manat pulu cavabdehə borc olaraq verib.
75. Buna görə də işə baxmış apelyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranan münasibətləri və müəyyən olunan işin faktik hallarını borc münasibətlərini tənzimləyən normalar əsasında təhlil edib və iddia tələbini qismən təmin edib. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə isə 5000 manat məbləğində pul verilmiş, lakin həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqavilə si predmetinin məbləği üç min manatdan çox olduqda yazılı bağlanmalı halda, qanunla müəyyən edilmiş bu formaya əməl olunmamışdır və həmin əqdlər əhəmiyyətsiz əqdlərdir.
76. Məhkəmənin bu mövqeyi qanuni və əsaslıdır. Çünki həqiqətən də xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə isə 5000 manat məbləğində pul verilərkən bu müqavilələr həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə görə yazılı bağlanmalı idi. Lakin tərəflər arasında belə bir müqavilə bağlanmamışdır.
77. Bu halda iddia tələbinin maddi-hüquqi əsaslarını təhlil edən məhkəmənin tərəflərin tələbindən asılı olmayaraq həmin müqavilələri əhəmiyyətsiz hesab etməsi yolveriləndir.
78. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmad ığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
79. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı id dia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
80. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zid d halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
81. Məhkəmə kollegiyasının iddia tələbini xx.xx.2022-ci il tarixdə verilən 5000 manat və xx.xx.2022-ci il tarixdə verilən 5000 manat məbləğdə pulun geri qaytarılmasına aid hissədə müddətə istinadən rədd etməsi də əsaslıdır.
82. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki: «Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.... Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci m addəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır.... Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il m üddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir».
83. Göründüyü kimi kassatorun iddia müddətləri ilə bağlı dəlilləri Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında ifadə olunan hüquqi mövqelərə ziddir.
84. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
85. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
86. Qeyd olunmalıdır ki, işin faktiki halları kassa siya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
88. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-975/2025 nömrəli, 4 noyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.