Məhkəmə qərarları › İş №2(1-8)-2188/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-2188/2026

26.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2188/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı iddiaçı2 və iddiaçı1 cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: delikt nəticəsində vurulmuş maddi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş ## ### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçılar iddiaçı2 və X2 cavabdehlər cavabdeh1, iddiaçı1, «xxxx» MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ASC «xxxx» Bank, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi və Bakı şəhəri ** saylı Notariat Kontoru) «iddiaçı iddiaçı2 adından cavabdeh «xxxx» MMC ilə bağlanılmış ##.##.2020-ci il tarixli, AN-İ № ******* nömrəli və ##.##.2020-ci il tarixli, AN-İ № ******* nömrəli alğı-satqı müqavilələrinin, ##.##.2020-ci il tarixli, *Ə/*** nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair və ##.##.2020-ci il tarixdə ## ###### 2020-ci il tarixli, *Ə/*** nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair sazişlərin və iddiaçı2 adından cavabdeh cavabdeh1 ilə ##.##.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli və ##.##.2020-ci il tarixdə bağlanılmış AN-İ №******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, bu hərəkətlərdən irəli gələn hüquqi nəticələrinin ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 596,4 kv metr və 131,2 kv metr olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı iddiaçı2 aid edilmişdir.

2. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Istintaq idarəsində «xxxx» MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılır. Istintaq zamanı ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 131,2 kv metr olan və 596,4 kv metr olan qeyri-yaşayış sahələrinin cavabdeh1 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktı müəyyən olunmamış və cinayət işi üzrə yaranmış zərurət aradan qalxdığı üçün cavabdeh1 xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi və ya girov qoyulmasına görə müvəqqəti olaraq qoyulmuş məhdudiyyətin aradan qaldırılması üçün aidiyyatı qurumlara məktublar göndərilmişdir.

3. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Istintaq idarəsində «xxxx» MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası CM-nin 178.4, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılmışdır. Istintaq zamanı ünvan 7-ci məhəllədə yerləşən sahəsi 596,4 kv metr olan və 131,2 kv metr olan qeyri-yaşayış sahələrinin cavabdeh1 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktı müəyyən edilmədiyindən ## ######## 2023-cü il tarixli qərarla cinayət təqibinin başlanması rədd edilmişdir.

4. cavabdeh1 xüsusi mülkiyyətində olan və ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla adına rəsmiləşdirilmiş, ünvan 4-ci məhəllədə yerləşən sahəsi 596,4 kv metr olan qeyriyaşayış sahəsinin və ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmiş, ünvan 4-ci məhəllədə yerləşən sahəsi 131,2 kv metr olan qeyri-yaşayış sahəsinin cavabdeh1 tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi barədə «xxxx» MMC-nin direktoru X8 ##.##.2022-ci il tarixli şikayət ərizəsinə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Istintaq idarəsində baxılmış və cavabdeh1 əməllərində dələduzluq cinayətinin tərkib əlamətləri müəyyən edilmədiyindən barəsində ## ######## 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçılar iddiaçı2 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq 4846000 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı1 Bakı şəhəri və ətraf rayonlarda tikinti işləri ilə məşğul olan bir neçə şirkətin rəhbəridir, digər iddiaçı isə iddiaçı1 atasıdır. 2018-ci ilin əvvəllərində iddiaçı1 Xəqani adlı çox yaxın tanışı onu hazırkı iş üzrə cavabdeh cavabdeh1 ilə tanış edərək bildirmişdir ki, cavabdeh1 armatur işi ilə məşğuldur, onun dostudur, Bakı şəhərinin müxtəlif rayonlarında aparılan tikinti sahələrinə armatur verilməsini təmin edə bilər. Beləcə cavabdeh1lə görüşərək armatur alışını razılaşdırmışlar. Razılığa əsasən armatur sifarişinə uyğun olaraq etibarlı olsun deyə iddiaçı1 yeni tikilən binalarda olan mənzilləri girov qoyur, armaturun pulu ödənildikdən sonra mənzillər iddiaçı1 geri qaytarılır. Bu gedişlə iddiaçı1lə iş üzrə cavabdeh cavabdeh1 arasında iş birliyi yaranmışdır. Bir müddət sonra cavabdeh1 iddiaçı iddiaçı1 Masazır qəsəbəsində anasının adına, lakin özünə məxsus tikinti üçün uyğun torpaq sahəsi olduğunu bildirmiş, sənədləşmə-layihə işləri aparılandan sonra birlikdə tikintiyə başlamağı təklif etmişdir. Bilalın təklif etdiyi əraziyə baxış keçirilmiş, tikintiyə uyğun olduğu müəyyənləşdirilmişdir. Lakin maddi sıxıntılar səbəbindən tikintiyə başlamaq mümkün olmamışdır. Bu zaman cavabdeh1 bildirmişdir ki, “xxxx”la münasibətləri çox yaxşıdır, idarə heyətinin sədri onun bacanağıdır və aşağı faizlə kredit götürə bilər. Lakin götürüləcək kreditə görə əmlak girov qoyulmalıdır. Bilal həmçinin bildirmişdir ki, iddiaçı1 digər kreditləri üzrə gecikmələri olduğundan onun adına kredit verilməyəcək. Bu səbəbdən kredit başqa bir şirkət, yəni öz şirkətinin adına götürülməlidir. Danışığa əsasən banka girov qoyulacaq əmlak Bilala məxsus şirkətin adına keçirilməlidir və kreditin iddiaçı1 tərəfindən götürüldüyünü heç kim bilməməlidir. Şərtə görə kredit alınandan sonra cavabdeh1 anasına məxsus Masazır qəsəbəsində yeni bina inşa ediləcək, satışdan əldə edilən gəlirlə, həm kredit borcu ödəniləcək, həm də gəlir tərəflər arasında bölüşdürüləcəkdir. Maddi sıxıntılar və yarımçıq qalmış tikinti işlərinin yekunlaşdırılması məqsədilə iddiaçı1 məcburiyyət qarşısında qalaraq onunla razılaşmış, banka girov üçün Nobel prospektində tikintisi başa çatmamış binalardan əmlak təklif etmişdir, lakin müəyyən müddət keçdikdən sonra cavabdeh1 bankın razılaşmadığını bildirmişdir. Həmin dövrdə Bakı şəhəri Nizami rayon Mehdi Abbasov küçəsində 2538-ci məhəllədə inşa edilən binada tamamlama işləri getdiyindən və Bilalın deməsinə görə bank həmin binadan girov qəbul edə biləcəyindən, oradan girov qoymağı təklif etmişdir. Beləcə iddiaçı1 atası iddiaçı2 məxsus əmlakı girov qoymaqla kredit götürməyi qərarlaşdırmışdır. cavabdeh1 şərti yenə təkrar edərək, dəfələrlə bildirmişdir ki, kreditin iddiaçı1lə əlaqəli olduğunu heç kim bilməməlidir. Onun deməsinə görə “xxxx” tərəfindən məsələnin üstü açılsa, kredit verilməsindən imtina ediləcəkdir. Çünki iddiaçı1 gecikmədə olan kreditləri var, problemli müştəridir. Beləcə iddiaçı2 iddiaçı1 vermiş olduğu etibarnamə əsasında ##.##.2020-ci il tarixdə ortaq tanışları X3 6 ay müddətinə 2 etibarnamə verilmişdir. Həmin etibarnamələr üzrə iddiaçı2 DƏDRX-nin Ərazi Idarəsinin ##.##.2019-cu il tarixli (00901100254205301-****** reyestr nömrəli, qeydiyyat **********) və ##.##.2019-cu il tarixli (009011002542-05301-****** reyestr nömrəli, qeydiyyat **********) çıxarışlara əsasən özünə məxsus ünvan 5 ünvanda yerləşən qeydi-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış, forma 1 almağı, mülkiyyət üzrə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi Xəqani Əzimova etibar etmişdir. Danışığa əsasən sözügedən əmlak Bilala məxsus şirkətə satılmalı, yeni çıxarış alındıqdan sonra şirkət adından girov qoyulmalı, daha sonra bankdan götürülmüş kreditlə binaların inşasına başlanmalı idi. Bütün şərtlərin sənədləşdirilməsinin həyata keçirilməsi üçün Xəqaniyə etibarnamə verilmişdir. Baş tutacaq alqısatqı prosesində iddiaçı2 arvadı X2 razılıq ərizəsi tələb olunduğundan ##.##.2020-ci il tarixdə iddiaçı1 anası Tamara Əliyeva tərəfindən ona ##.##.2015-ci il tarixdə verilmiş etibarnamə əsasında ərizə yazaraq, iddiaçı2 mülkiyyətində olan Nizami rayon Mehdi Abbasov küçəsində 2538-ci ünvanda yerləşən 596,4 kv metr və 131,2 kv metr qeyri-yaşayış sahələrinin girov qoyulmasına, satılmasına etiraz etmədiyini, razı olduğunu bildirmişdir. Əmlakın bazar dəyərinin simvolik olaraq kv metr 1000 manat göstərilməsi razılaşdırılmış və ##.##.2020-ci il tarixdə sözügedən əmlaklara dair alqı-satqı müqaviləsi bağlanmış, «Alıcı» kimi cavabdeh1 faktiki rəhbər olduğu, bacısı oğlu X4 təmsil etdiyi «xxxx» MMC göstərilmişdir. «Satıcı» kimi müqavilə etibarnaməyə əsasən Xəqani Əzimov tərəfindən imzalanmışdır. iddiaçı1 əmlakın satılmasına razılıq ərizəsi verdikdən 3-4 gün sonra Xəqanidən işin nə yerdə olduğunu soruşmuş, o isə alğısatqı olduğunu, əmlakın şirkətin adına keçirilməsi ilə bağlı proses getdiyini bildirmişdir. Daşınmaz əmlaka dair şirkətin adına çıxarış alındıqdan sonra banka müraciət olunmalı, kredit götürülməli idi. Bir müddət keçdikdən sonra iddiaçı1, Xəqaniyə və cavabdeh1 zəng edərək işlərin nə yerdə olduğunu soruşmuş, onlar hər ikisi bildirmişdir ki, müəyyən işlər gedir, banka müraciət olunub, artıq sənədlər toplanılır, bank tərəfindən müəyyən monitorinq və qiymətləndirmə aparıldıqdan sonra kredit veriləcək. Onların danışıq şərtlərinə uyğun rəftarını görüb arxayın olduqdan sonra öz işləri ilə məşğul olmağa davam etmişdir. Hər dəfə məsələ ilə maraqlandıqda cavabdeh1 kreditin məbləğinə görə müəyyən ləngimə olduğunu, bu cür kreditlərin çox rahatlıqla həll olunmadığını, bankın rəhbərliyi ilə məsələnin razılaşdırıldığını bildirmiş, heç bir narahatçılıq olmayacağından əmin olmasını xahiş etmişdir. Xeyli müddət keçdikdən sonra iddiaçı1 Bilaldan kreditlə bağlı yenə maraqlandıqda cavabdeh1 ona bildirmişdir ki, kredit alınmır, kredit vermirlər. iddiaçı1 haqlı narazılığını, neçə müddətdir boşboşuna gözlədiyini irad kimi bildirərək əmlakı geri qaytarmağı tələb etmiş, cavabdeh1 isə əmlakı geri qaytarmaq müqabilində iddiaçı1 əsassız olaraq pul tələb etmişdir. Heç bir iş görülmədiyi, kredit həll olunmadığı halda nə əsasla pul istədiyini, nə əsasla əmlakı geri qaytarmadığını soruşduqda aralarında mübahisə baş vermişdir. iddiaçı1 daha sonra Xəqaniyə zəng vuraraq nə baş verdiyini, nəyə görə kreditin alınmadığını soruşduqda və Bilalın ona dediklərini Xəqaniyə bildirdikdə, Xəqani bu məsələyə görə Bilalın əziyyət çəkdiyini 5-10 min manat verəcəyi halda əmlakı əvvəlki vəziyyətə qaytaracağını bildirdi. Bir müddət sonra Xəqani Əzimov ürək tutmasından qəflətən vəfat etmişdir. Rəhmətə gedəndən sonra yoldaşların vasitəsiylə Bilaldan əmlakın geri qaytarılmasını tələb etmişdir. Bilal da cavab olaraq gah iddiaçı1 onu telefonda təhqir etməsini, gah da əmlaka görə Xəqaniyə 700000 manat verdiyini, iddiaçı1 tanımadığını, əmlakı Xəqanidən aldığını səbəb kimi gətirib məsələni yoluna qoymaqdan boyun qaçırmışdır. Heç bir nəticə olmadığını görüb Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət edilmiş, eyni zamanda notariat ofisinə sorğu verilmişdir. cavabdeh1 iddiaçı1 şikayət ərizəsi üzrə dindirilərkən Raufu tanımadığını, əmlakın Xəqaniyə məxsus olduğunu, Xəqaniyə 700000 manat verib əmlakı aldığını bildirmişdir. Ilkin ifadəsində iddiaçı1lə arasında olan armatur satışı və Masazırdakı torpaq sahəsində bina tikintisi ilə bağlı iş birliyini inkar etmiş, sonra izahatında iddiaçı1 ona armatura görə borcu olduğunu bildirmişdir. cavabdeh1 yalan ifadə verdiyini görüb, armatur işi ilə bağlı üzləşmə aktları sübut kimi prokurorluğa təqdim edilmiş, aktlara əsasən heç bir borc olmadığı məlum olmuşdur. Beləcə mülki mübahisə olduğundan cavabdeh1 barəsində cinayət işi başlanmamışdır. Daha sonra, yəni 2022-ci ilin noyabr ayında sözügedən qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin və digər sənədlərinin təqdim edilməsi ilə bağlı Bakı şəhəri ** saylı Dövlət Notariat Ofisinə vəkil sorğusu verilmiş, təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, cavabdeh1 tərəfindən razılıq şərtləri pozulmuş, əmlak şirkətə deyil cavabdeh1 özünə satılmışdır. Belə ki, notariat ofisindən əldə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçı2 ##.##.2013-cü il tarixdə 30 il müddətinə, X2 isə ##.##.2015-ci il tarixdə 50 il müddətinə iddiaçı1 etibarnamələr verərək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı və digər hərəkətləri etməyi etibar etmişlər. Həmin etibarnamələrdə verilmiş səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi qeyd edilmişdir. Hazırda etibarnamələr qüvvədədir. Bundan sonra iddiaçı2 adından etibarnamə üzrə çıxış edən iddiaçı1 ##.##.2020ci il tarixli, AN-İ № ******* nömrəli və ##.##.2020-ci il tarixdə bağlanılmış ANI № ******* nömrəli alğı-satqı müqavilələri bağlayaraq iddiaçı2 məxsus olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 131,2 kv metr olan və 596,4 kv metr olan qeyri-yaşayış sahələrini «xxxx» MMC-yə 131200 manat və 596400 manat qiymətinə satmışdır. Qeyri-yaşayış sahələri satılarkən iddiaçı1 X2 əvəzinə ##.##.2020-ci il tarixdə notariat ofisinə ərizələr ünvanlayaraq ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 596,4 kv metr və 131,2 kv metr olan qeyri-yaşayış sahələrinin satılmasına etiraz etmədiyini və razı olduğunu bildirmişdir. Eyni zamanda iddiaçı1 iddiaçı2 ona verdiyi etibarnamə üzrə səlahiyyətlərindən istifadə edərək iddiaçı2 adından ##.##.2020-ci il tarixdə 06 ay (##.##.2021-ci il tarixədək) müddətinə, X3 etibarnamə verərək DƏDRX-nin ərazi dairəsinin ##.##.2019-cu il tarixli çıxarışına əsasən iddiaçı2 məxsus olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi və bu tapşırıqların həyata keçirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etməyi etibar etmişdir. Bundan sonra iddiaçı2 adından etibarnamə üzrə çıxış edən X3 onun əvəzinə «xxxx» MMC ilə ##.##.2020-ci il tarixdə ##.##.2020-ci il tarixli, 4Ə/*** reyestr nömrəli və 4Ə/*** reyestr nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair sazişlər bağlamış və sazişlərə görə tərəflərin ümumi razılığına əsasən Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2020-ci il tarixli, 4Ə/*** reyestr nömrəli və 4Ə/*** reyestr nömrə ilə təsdiq olunmuş alğı-satqı müqavilələrinə xitam verilmiş, alğı-satqı müqavilələrinə əsasən satıcı iddiaçı2 alıcı «xxxx» MMC-dən ümumi aldığı satış qiymətləri olan pulu notariusun bankda açdığı depozit hesabı vasitəsilə geri qaytarmış, MMC isə qəbul etmişdir. Müqavilələr ləğv edilmiş, Bakı şəhəri ** saylı Notariat Ofisi Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə ##.##.2020-ci il tarixdə müraciətlər edərək ünvan 3 ünvanda yerləşən 131,20 kv metr və 597,40 kv metr olan qeyri-yaşayış sahələrinə dair iddiaçı2 verilmiş ##.##.2019-cu il tarixli çıxarışların bərpa edilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2020-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışlar ilə ünvan 3 ünvanda yerləşən 131,20 kv metr və 597,4 kv metr olan qeyri-yaşayış sahələrinin iddiaçı iddiaçı2 xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. Bundan sonra iddiaçı2 adından etibarnamə üzrə çıxış edən X3 Rəhim Nəsib oğlunun əvəzinə cavabdeh1 ilə ##.##.2020-ci il tarixdə AN-İ № ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələri bağlayaraq ünvan 7 ünvanda yerləşən ümumi sahəsi 131,2 kv metr olan və 596,4 kv metr olan qeyri-yaşayış sahələrini cavabdeh1 131200 manat və 596400 manat qiymətinə satmışdır. cavabdeh1 ərizələr verərək qeyri-yaşayış sahələrinin onun mülkiyyətinə qeydiyyata alınması ilə əlaqədar notariusa çıxarışa sorğu verilməsini xahiş etmiş və onun adına ünvan 2 ünvanda yerləşən 131,2 kv metr və 597,4 kv metr olan qeyri-yaşayış sahələrinə dair çıxarışlar verilmişdir. Iddiaçıların sözügedən qeyri-yaşayış sahələrinin «xxxx» MMC ilə bağlanmış alğısatqı müqaviləsinin ləğv edilməsindən, əmlakların cavabdeh1 satılmasından məlumatları olmamış, ##.##.2020-ci il tarixli alğı-satqı müqavilələri onların iradə ifadələrini əks etdirməmişdir. Göründüyü kimi, iddiaçı2 ilə «xxxx» MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli AN-İ № ******* nömrəli və ##.##.2020-ci il tarixli AN-İ № ******* nömrəli alğı-satqı müqavilələri yalan əqd olmuş, aralarında olan yeni binanın tikilməsi ilə bağlı biznes əməkdaşlığı müqaviləsini pərdələmək üçün bağlanmış əqd olmuşdur. ##.##.2020-ci il tarixli alğı-satqı müqavilələrinin yalan əqd olduğunu təsdiq edən digər xüsusat əmlakların satış dəyəri ilə bağlıdır. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, «xxxx» ASC ilə «xxxx» MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit xətti müqaviləsi üzrə MMC-yə 36 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmış, mübahisəli əmlakların - sahəsi 131,2 kv metr qeyri-yaşayış sahəsinın bazar qiyməti 262000 manat, 596,4 kv metr olan sahənin bazar qiyməti 1252000 manat müəyyən edilmişdir. Halbuki, ##.##.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqavilələrində əmlakın hər kv metr dəyəri 1000 manat müəyyən edilmiş, əmlaklar 131200 manata və 596400 manata alğı-satqı edilmişdir. Məlum məsələdir ki, banklar təminatlı kredit verərkən riskləri sığortalamaq üçün girov qoyulan əmlakı aşağı qiymətləndirir. Əgər kreditor borcu geri qaytarmaqda çətinlik çəkərsə, girovu satmaq məsələsi gündəmə gəlir və buna görə də bankların əmlakın real dəyərindən qat-qat aşağı qiymətə götürür ki, onu sonradan rahat sata bilsin. Bank tərəfindən girov götürülən zaman əmlakın qiyməti (real bazar dəyərini əks etdirməsə də) ##.##.2020-ci il tarixli alğı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətdən iki dəfə baha qiymətləndirilmişdir. Həmçinin qeyd edilməlidir ki, Qiymətləndirmə və Consulting Mərkəzinin ##.##.2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən ünvan 4 ünvanda ümumi sahəsi 596,4 kv metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 3907000 manat, eyni ünvanda sahəsi 131,2 kv metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 939000 manat təşkil edir. Bu hal da, tərəflər arasında əmlakın alğı-satqısına dair bağlanmış müqavilənin yalan olduğunu, alğı-satqı müqaviləsində əmlakın dəyərinin simvolik olaraq müəyyən edildiyini, niyyətin əmlak almaq və satmaq olmadığını, başqa bir razılaşmanı pərdələdiyini təsdiq edir. O da qeyd edilməlidir ki, cavabdeh cavabdeh1 alğı-satqı müqaviləsi ilə pərdələnmiş anasının mülkiyyətində olan torpaq sahəsində yeni binanın tikilməsi ilə bağlı biznes əməkdaşlığına dair razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bundan başqa, iddiaçı1 Xəqani Əzimova verdiyi ##.##.2020-ci il tarixli etibarnamədə iddiaçı1 Xəqani Əzimova reyestr xidməti tərəfindən verilmiş ##.##.2019-cu il tarixli (009011002542- 05301-****** reyestr nömrəli, qeydiyyat **********) çıxarışa əsasən iddiaçı2 məxsus olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi və bu tapşırıqların həyata keçirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etməyi etibar etmişdir. Lakin «xxxx» MMC ilə iddiaçı2 arasında bağlanmış ##.##.2020-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edildikdən sonra tərəflər əvvəlki vəziyyətə qayıtmış, iddiaçı2 adına ##.##.2020-ci ildə yeni çıxarış verilmişdir və ##.##.2019-cu il tarixli çıxarış artıq qüvvədə olmamışdır. ##.##.2020-ci ildə cavabdeh1lə alğı-satqı müqaviləsi bağlanarkən bu çıxarış qüvvəsini itirmiş, X6 Əliyevə məxsus həmin əmlaka dair müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Notariat işində olan X2 ##.##.2020-ci il tarixli ərizələrindən görünür ki, o, əri iddiaçı2 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən (##.##.2019-cu il tarixli 00901100254205301-****** reyestr nömrəli, qeydiyyat **********) 131,2 kv metr və (##.##.2019-cu il tarixli 00901100254205301-****** reyestr nömrəli, qeydiyyat **********) 596,4 kv metr qeyri-yaşayış sahələrinin satılmasına etiraz etməmiş, ərizələr etibarnamə əsasında iddiaçı1 tərəfindən imzalanmışdır. ##.##.2020-ci il tarixli alğı-satqı müqavilələri ##.##.2020-ci il tarixli sazişlə ləğv edilmiş, ##.##.2020-ci il tarixdə iddiaçı2 ilə cavabdeh1 arasında alğı-satqı satqı müqavilələri bağlanmış, Tamara Əliyevanın ##.##.2020-ci il tarixli razılıq ərizəsi digər notariat işindən çıxarılaraq həmin işə əlavə edilmiş, ondan yeni ərizə alınmamış və bununla da qanunsuzluğa yol verilmişdir. Belə ki, «xxxx » MMC ilə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsindən sonra, iddiaçı2 mülkiyyət hüquqi yeni qeydiyyat üzrə ##.##.2020-ci il tarixdə bərpa edilmiş, reyestr nömrəsi dəyişdirilmiş, Tamara Əliyevanın 2019-cu il tarixli reyestr üçün nəzərdə tutulmuş razılıq ərizəsi öz hüquqi qüvvəsini itirmişdir. Notariat ofisi Tamara Əliyevadan yeni razılıq ərizəsi almalı olduğu halda, bunu etməmiş, saxtakarlığa yol verərək köhnə ərizəni yeni işə əlavə etmişdir. Bu bir daha təsdiq edir ki, iddiaçıların, o cümlədən Tamara Əliyevanın ##.##.2020-ci il tarixli alğı-satqı müqaviləsindən məlumatları olmamış, əmlakın cavabdeh1 «satılması» onlardan gizlədilmişdir. Yuxarıda qeyd edilən sənədləşmə zamanı müəyyən pozuntulara yol verildiyi məhkəmə qərarı ilə təsbit olunmuşdur. Belə ki, iddiaçılar iddiaçı2 və X2 cavabdehlər cavabdeh1, iddiaçı1, «xxxx» MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ASC «xxxx» Bank, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi və Bakı şəhəri ** saylı Notariat Kontoru cəlb edilməklə «müqavilələrinin etibarsız hesab edilməsi, onlardan doğuran hüquqi nəticələrin ləğv edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş kəsici müddət buraxıldığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, apellyasiya məhkəməsi mübahisələndirilən əqdlərin rəsmiləşdirilməsi zamanı müəyyən pozuntulara yol verildiyini təsdiq etmiş, lakin kəsici müddət səbəbindən qətnaməni dəyişdirmədən saxlamışdır. Müqavilələrin etibarsızlığı ilə bağlı mülki işə baxılarkən X14 Orxan Xəqani oğlu şahid qismində ifadə verərək göstərmişdir ki, o tərəfləri atası vasitəsilə qiyabi tanıyır. Atasının tərəflərlə olan münasibətləri ilə bağlı çox da maraqlanmamış, atası dünyasını dəyişdikdən sonra bu qeyriyaşayış sahəsi ilə bağlı məsələ ortaya çıxmışdır. Düzü, atası bu münasibətləri, əlaqələri ilə də bağlı çox da danışmırdı. Qeyri-yaşayış sahəsinin hansı olduğunu bilməsə də onların evinə bununla bağlı hər hansı pul gəlib çatmamışdır. Onu Korrupsiyaya qarşı Mübarizə üzrə Baş Idarəsindən də çağırmış, ona həmin bu qeyri-yaşayış sahəsi ilə bağlı, belə bir obyektlərinin olub-olmaması, nə vaxt alınması tərzdə suallar vermişlər. O, orada da bu məsələ ilə bağlı ifadə vermişdir. Elə qeyri-yaşayış sahələri barədə də idarədən çağırıldığı zaman məlumatı olmuşdur. O, mübahisəli qeyri-yaşayış sahəsinin Nizami rayonunda bir binanın aşağı hissəsində yerləşdiyini bilir. Onların imkanları olmadığı üçün atası qeyd olunan obyekti ala bilməzdi. Atası vəfat etdikdən sonra da sıxıntıları davam etmişdir. Atasının daimi bir işi, müəyyən bir biznesi olmamışdır. Göründüyü kimi, cavabdeh1 mübahisəli əmlakları Xəqani Əzimovdan alması, əmlakın Xəqaniyə məxsus olması və müqavilələr bağlanan zaman heç bir pozuntuya yol verilməməsi ilə bağlı digər məhkəmə və prokurorluqda aparılan araşdırma zamanı bildirdikləri həqiqəti əks etdirmir və təqdim edilmiş sübutlarla yanaşı, Orxan Əzimovun ifadəsi ilə təkzib edilir. Görünən odur ki, Xəqani Əzimov «xxxx» MMC ilə digər əqdi pərdələmək üçün bağlanmış ##.##.2020-ci il tarixli alğı-satqı müqavilələrini 10 gün sonra ləğv edərək, cavabdeh1lə sövdələşmiş və onunla yeni müqavilə bağlamışdır. Yuxarıda qeyd edildiyi kimi, sözügedən MMC cavabdeh1 bacısı oğlu X4 məxsusdur. cavabdeh1lə bağlanacaq yeni müqavilədən iddiaçıların məlumatlarının olmaması üçün ilkin müqavilə üçün notariat ofisi tərəfindən alınmış ##.##.2020-ci il tarixli razılıq ərizələrindən istifadə edilmiş və bununla da aralarında olan sövdələşməni gizlətmişlər. Beləliklə, cavabdehlərin pis niyyətlə sövdələşməsi nəticəsində iddiaçı əmlakından məhrum olmuş, bu xüsusat qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsbit edilmiş, eyni məhkəmə aktları ilə əmlakın özünün mübahisələndirilməsi mümkün olmasa da, əmlakın dəyərindən ibarət vurulmuş zərərin tələb edilməsi hüququ qanunvericilikdə təsbit olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, ##.##.2020-ci il tarixli alğı-satqı müqaviləsi üzrə «mədaxil edilmiş» 727600 manat pulun 10 gün müddətində depozit hesabda qalması və sonradan geri dövr edilərək müqavilənin cavabdeh1lə eyni məbləğdə rəsmiləşdirilməsi də konkret olaraq pulun verilməsini istisna edir. Bundan başqa, prokurorluqda araşdırma zamanı dindirilmiş Kənan Cuvarov öz ifadəsində bildirmişdir ki, dayısı cavabdeh1 göstərişi ilə ##.##.2020- ci il tarixli alğı-satqı müqaviləsinə imza etmiş, bundan bir neçə gün sonra həmin müqavilə ləğv edilmişdir. Hesab edirik ki, cavabdehlər pis niyyətlə sövdələşərək iddiaçının hesabına əsassız olaraq varlandıqlarından əmlakın dəyərindən ibarət vurulmuş zərər cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməlidir.

7. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı1 qeyd etmişdir ki, həmin ərazidə obyektlərin 1 kv metrinin qiyməti 3500-4000 manatdır. Düzdür qiymətlər elə ola bilər. Amma onu qeyd etmişdir ki, problemli MTK-ların tikdiyi binalara heç kim yaxınlaşmaq istəmir. Həmin dövrdə bina problemli bina hesab edilirdi. Düzdür qeyriyaşayış sahəsi Bilala məxsus olmamışdır. Həmin qeyri-yaşayış sahəsi iddiaçı1 valideynlərinə məxsus olmuşdur. Həmin qeyri-yaşayış sahəsini Xəqani Raufun adından satmış və pulu aparıb Raufa verməli olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, bu alğı-satqı notariat ofisində baş tutmuşdur. Hal-hazırkı dövrdə notariuslara maliyyə monitorinq xidməti nəzarət edir. Onlar hər hansı daşınmaz əmlakın dəyərindən aşağı satılmasına razılıq verməzdi. Hesab etmişdir ki, tərəflər arasında aparılmış alğı-satqı tam qanuni və əsaslı olmuşdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

8. X5 göstərmişdir ki, bu məsələlər atası rəhmətə gedəndən sonra ortaya çıxmışdır. cavabdeh1 və iddiaçı1 arasında problem yarandı, sonra onu dəvət etdilər. Bilal demişdir ki, Xəqanidən yer alıb. Onların ümumiyyətlə elə bir yerləri olmamışdır. Obyekt almağa pulları olmamışdır. Heç vaxt obyekt satmamışlar. Onların evinə pul gəlməmişdir. Ümumiyyətlə belə bir hal baş verməmişdir. Bilal və Raufun arasında iş münasibəti olması barədə onun heç bir məlumatı yoxdur. Atası sağ olanda belə söz-söhbətlərin heç biri olmamışdır. Atası min manat da qazansa həmin pulu evə gətirirdi. Sualda qeyd edilən məbləğdə pul vəsaiti onların evinə daxil olmamışdır. Atası rəhmətə gedəndən sonra iddiaçı1 onlardan pul istəməmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, iddiaçılar hazırkı tələblərini iddia ərizəsində qeyd olunan müqavilələrə, eləcə də digər müqavilələrə hüquqi qiymət verilərək onların etibarsızlığına dair iddiaların əsassız olmasını təsdiq edən iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarının fonunda təqdim edirlər. Yəni, başqa sözlə, qanuniliyi mübahisələndirilmiş alqı-satqı müqavilələrin hazırda da qüvvədə olmasına, satılmış obyektin konkret şəxsin mülkiyyətində olmasına baxmayaraq onlara cavabdehlər tərəfindən maddi ziyan vurulması iddia edilir.

11. Hazırkı iş üzrə iddiaçı1 iddia qaldırmağa subyektiv hüquqa malik olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiada göstərilən sözügedən əmlak iddiaçı2 adına olmuşdur. Sonuncu, eləcə də həyat yoldaşı X2 verdiyi oğulları iddiaçı1 etibarnamə vermiş, iddiaçı1 də etibar olunmuşu başqasına etibar etmişdir. Iddianın məzmunundan iddiaçı2 adına olmuş ünvan 9 ünvanda qeyri-yaşayış sahəsinə münasibətdə etibarnamə əsasında çıxış edən iddiaçı1 cavabdeh1 və digər şəxslərlə işgüzar və digər niyyətlərlə olan münasibətləri əsasında yaranan hüquqi nəticələr əsasında maddi ziyan vurulması iddia edilsə də, məhkəmə hesab etmişdir ki, iddiaçı2 adına olmuş əmlakın özgəninkiləşdirilməsindən başlayaraq sonradan baş verməsi iddia edilən digər hallarla bağlı ziyan vurulması faktı olmuş olsa idi belə, bununla bağlı iddia qaldırmaq hüququ məhz mülkiyyətçi olaraq iddiaçı2 məxsus olmuş, iddiaçı1 mülkiyyətçinin adından çıxış etmişdir.

12. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəfin vaxtilə mübahisələndirdiyi əqdlər və onların hüquqi nəticələri hazırda qüvvədə olduğu, başqa sözlə onların qanuni əsaslarla bağlanması və verilməsi qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapdığı halda, hazırda digər əsaslardan çıxış edərək cavabdehlərə qarşı maddi ziyan vurulmasına dair irəli sürülən tələblərin qanuni əsasları olmamışdır. Iddiaçı tərəfin hazırkı iddiada sadaladığı hallar, yəni, konkret olaraq iddiaçının cavabdehlər tərəfindən aldadılması ilə əqdlərin bağlanması heç bir mötəbər sübutlarla öz təsdiqini tapmır.

13. Məhkəmə iş üzrə məhkəmədə dindirilmiş şahid- etibarnamə əsasında alqı-satqıda iştirak etmiş X3 oğlu - X1 ifadəsi ilə bağlı qeyd etmişdir ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Işin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Habelə məhkəmə qeyd etmişdir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Hazırkı iş üzrə şahid mərhum atası ilə digər şəxslər arasında olmuş hadisələri aydın və müfəssəl təsvir etməmiş, hadisələri məntiqi ardıcıllıqla əks edə bilməmişdir. Eyni zamanda şahid mübahisəli əmlaklarla bağlı tərəflər arasında yaranmış münasibətlərin də iştirakçısı olmamış, həmçinin hazırda onun verdiyi ifadə Bakı şəhəri Nizami Rayon Məhkəməsində verdiyi ifadələrə oxşar məzmunlu ifadələr olmuşdur. Iddiaçı tərəf hazırkı iddialarının əsası kimi iddia etdikləri hallar üzrə X3 onun iş üzrə tərəflərlə aralarında olan münasibətlərindən heç bir məlumatı olmayan oğlunun mötəbər olmayan ifadələrinə bir daha istinad etməyə cəhd etmişlər.

14. Məhkəmə şahidin Bakı şəhəri Nizami Rayon Məhkəməsində bu işlə bağlı verdiyi ifadəsi ilə hazırkı iş üzrə verdiyi oxşar məzmunlu ifadəsinə qiymət verməyə davam edərək hesab etmişdir ki, həm bu məzmunlu ifadəyə əvvəlki məhkəmə tərəfindən icraatda olan digər iddia ilə bağlı iş üzrə qiymət verildiyindən, həm hazırkı iş üzrə həmin şahidin ifadəsində verdiyi məlumatların şübhədən kənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığından, həm də şahidin mübahisəli əmlaklarla bağlı tərəflər arasında yaranmış münasibətlər üzrə iştirakçı olmadığından hazırkı ifadəsi iş üçün əhəmiyyət kəsb edən birbaşa sübut kimi qəbul edilmir və iddia tələbinin təmin olunması qənaətinə gəlinməsinə əsas vermir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçı tərəfin irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından və iddiaçı tərəf cavabdehlərə qarşı iddia tələbinin əsası kimi istinad etdikləri hallara (cavabdehlər tərəfindən onlara bu və ya digər şəkildə maddi zərər vurulmasına) dair mötəbər sübutlar təqdim etmədiklərindən iddia tələbləri əsaslı sayıla və təmin edilə bilməz.

15. Məhkəmə gəldiyi nəticəni “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MIÜMK-nın # ### 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Iddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğulları iddiaçı1 verdikləri etibarnamədən istifadə edilərək tanımadıqları şəxslər vasitəsi ilə əmlaklarının başqa şəxsə satılması yolverilməzdir. Bu məsələnin mövcudluğundan xəbər tutan kimi araşdırma aparmış və məlum məsələni aşkara çıxarmışlar. Həmin etibarnamədə və bu etibarnamə əsasında baş tutmuş hüquq münasibətində (ipoteka müqaviləsinin bağlanmasında) təmsil edilən şəxs kimi onların iradə və maraqları müəyyən şəkildə ifadə olunmamışdır. iddiaçı2 adına olmuş ünvan 9 ünvanda qeyri-yaşayış sahəsinə münasibətdə etibarnamə əsasında çıxış edən iddiaçı1 cavabdeh1 və digər şəxslərlə işgüzar və digər niyyətlərlə olan münasibətləri əsasında yaranan hüquqi nəticələr əsasında maddi ziyan vurulmuşdur. Məhkəmə yalnız əvvəlki məhkəmə qərarlarını sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Iddia tələbində bu faktlar kifayət qədər əsaslandırılmışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün ilk öncə təqdim olunmuş hər bir sübut iki cəhətdən yoxlanmalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə əsaslandırmışdır ki, “hazırkı iş üzrə şahid mərhum atası ilə digər şəxslər arasında olmuş hadisələri aydın və müfəssəl təsvir etməmiş, hadisələri məntiqi ardıcıllıqla əks edə bilməmişdir.” Halbuki, iddiaçı tərəf hazırkı iddialarının əsası kimi iddia etdikləri hallar üzrə X3 onun iş üzrə tərəflərlə aralarında olan münasibətlərindən məlumatı olan, məlum olduqları qədərə ifadə verən oğlunun mötəbər olan ifadələrinə istinad etmişdir. Məhkəmə tərəfindən işin halları tam, hərtərəfli araşdırılmamışdır, yalan ifadə verən şahidləri ifadəsini sübut kimi qəbul etmiş, mübahisə üzrə iddiaçının faktiki olaraq varlığından məlumatlı olmasına baxmayaraq, onun iştirakını təmin etməmiş, bu hala toxunmamışdır. Qətnamədə işə aid edilən və təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarını təhrif edir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılar tərəfindən digər əsaslardan çıxış edərək cavabdehlərə qarşı maddi ziyan vurulmasına dair irəli sürülən tələblərin qanuni əsaslarına diqqət yetilməmiş, iddiaçı tərəfin hazırkı iddiada sadaladığı hallar, yəni, konkret olaraq iddiaçının cavabdehlər tərəfindən aldadılması ilə əqdlərin bağlanması nəzərə alınmamışdır. Halbukı, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin ## ######## 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, cavabdeh1 şahid qismində ifadəsində göstərmişdir ki, 2018-ci ildə iddiaçı1lə tanış olmuş, söhbət zamanı iddiaçı1 tikinti işləri ilə məşğul olduğunu bildikdən sonra ona armatur satışı ilə məşğul olduğunu bildirmişdir. iddiaçı1 ona ünvan 10 2538 ünvanda və Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanda çoxmərtəbəli yaşayış binası tikdiyini bildirmiş və ona armatur razım olduğunu demişdir. Onunla belə razılaşmışdır ki, ona armatur satışını həyata keçirəcək, o isə bir müddətdən sonra pulunu geri qaytaracaq və ya tikdiyi binalarda mənzillər verəcək. O, iddiaçı1 2018-ci ilin əvvəllərindən başlayaraq bir neçə ay ərzində armatur satışını həyata keçirmişdir. ##.##.2018-ci il tarixdən 2019-cu ilin noyabr ayınadək iddiaçı1 1736282,38 manat dəyərində 1455,45 ton armatur satmışdır. iddiaçı1 satmış olduğu armaturun pulundan ona tərtib olunmuş aktlarla 1017424 manat məbləğində pul qaytarmışdır. Hazırda iddiaçı1 700000 manat borcu qalmışdır. O, Bakı şəhəri Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538-ci məhəllədə yerləşən sahəsi 596,4 kv metr olan qeyri-yaşayış sahəsini və həmin ünvanda yerləşən sahəsi 131,2 kv metr olan qeyri-yaşayış sahəsini X3 725000 manata almışdır. X3 həmin qeyri-yaşayış sahələrini ona satmaq istədiyini demiş və pul lazım olduğunu bildirmişdir. O, da razılaşmış, həmin qeyri yaşayış sahələri ilkin olaraq bacısı oğlu Kənanın təsisçisi olduğu “xxxx” MMC-yə satılmış, lakin əlavə dəyər vergisi çox yaranacağına görə həmin müqavilə ləğv edilmiş və onun adına keçirilmişdir. Belə ki, iddiaçı2 adından etibarnamə üzrə çıxış edən X3 onunla ##.##.2020-ci il tarixdə AN-İ № ******* nömrəli və ******* nömrəli alqı-satqı müqavilələri bağlayaraq ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 131,2 kv metr olan və 596,4 kv metr olan qeyri-yaşayış sahələrini ona 131200 manat və 596400 manata satmışdır. Xəzinə mədaxil orderləri ilə qeyd olunan vəsaitlərin tərəfindən ödənildiyi öz təsdiqini tapmışdır. Həmin pulu özü şəxsən bankın kassasına ödəmiş və qəbz almışdır. Sonradan ərizələr verərək qeyri-yaşayış sahələrinin mülkiyyətinə qeydiyyata alınması ilə əlaqədar notariusa çıxarışa sorğu verilməsini xahiş etmiş və ünvan 6 ünvanında yerləşən 131,20 kv metr və 597,4 kv metr olan qeyri yaşayış sahələrinə dair çıxarışlar verilmişdir. Xəqaninin həmin qeyriyaşayış sahələrini iddiaçı1 necə almasından, onların arasında hansı razılığın olubolmamasından məlumatı yoxdur. O, həmin qeyri - yaşayış sahələrini 2022-ci ilin noyabr ayında xxxxa girov qoyaraq 500000 ABŞ dolları kredit götürmüşdür. Həmçinin armaturu öz vəsaiti ilə “xxxx” MMC-nin adına gətirmiş, həmin armatur bacısı oğlu Cuvarov Kənana verilmiş etibarnamə əsasında gömrükdən qəbul edilmişdir, həmin armaturun 358606 manatlığı iddiaçı1 satılmış, qalan məbləğdə armatur isə bazarda başqa şəxslərə satılmışdır. Ifadəsində ilkin olaraq iddiaçı1 ona 700000 manat borcu olduğunu, daha sonra guya Xəqaniyə 700000 manat verməklə qeyri-yaşayış sahəsini aldığını bildirir. Lakin məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, onların ümumiyyətlə elə bir yerləri, obyekt almağa pulları olmamışdır. Heç vaxt obyekt satmamışlar. Onların evinə pul gəlməmişdir. Ümumiyyətlə belə bir hal baş verməmişdir. Göründüyü kimi cavabdehin mövqeyi ilə qeyd edilən xüsusatlar üstüstə düşmür. Bu da onu göstərir ki, Bilal Əliyevin məhkəmə iclasında olan mövqeyi ilə prokurorluqda verdiyi ifadə arasında ziddiyyət vardır, eləcədə sonuncu qeyd edilən məsələləri əvvəlcədən qurduğu ssenari üzrə davam etməkdədir. Lakin təəssüf ki, qeyd edilən bu hallar qətnamədə göstərilmiş işin nəticələrinə uyğun gəlmir.

18. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə edilmişdir. “xxxx” MMC tərəfindən məhkəmə təqdim edilmiş ## #### 2026-cı il tarixli rəyə əsasən aşağıdakılar müəyyən edilmişdir: Aparılmış məhkəmə-mühasibatlıq ekspertizası (auditi) zamanı təqdim edilmiş sənədlərin təhlili nəticəsində sənədləşmə prosesində aşağıdakı pozuntular aşkar edilmişdir: ##.##.2020-ci il tarixdə ##.##.2020-ci il tarixli, 4Ə/*** və *Ə/*** nömrəli alğı-satqı müqavilələrinin ləğvinə dair sazişin rəsmiləşdirilməsi zamanı Mülki Məcəllənin 421.1-ci maddəsinin və Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** nömrəli qərarının 42-ci bəndinin (“birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alır”) tələblərinə riayət edilməyərək, əmlak sahibi iddiaçı2 və onun həyat yoldaşı X2 müqavilənin ləğvinə dair xüsusi razılığı alınmamışdır. Həmçinin, notarius tərəfindən təqdim edilmiş sənədlərdə (3m/547 və *m/*** saylı işlər) ləğv prosesi üçün tələb olunan daşınmaz əmlakın dövlət reyestrindən arayış aşkar edilməmişdir. Iddiaçının adından çıxış edən nümayəndə X3 verilmiş ##.##.2020-ci il tarixli (Reyestr № *E-9835) etibarnamədə ona yalnız əmlakı satmaq və sərəncamverici hərəkətlər etmək hüququ verilmişdir. Lakin bağlanmış alğı-satqı müqavilələrini ləğv etmək (xitam vermək) səlahiyyəti xüsusi olaraq nəzərdə tutulmamışdır. Etibarnamədə birbaşa ləğvetmə səlahiyyəti olmadığı halda, notariat kontoru tərəfindən nümayəndənin səlahiyyət həddinin aşılması faktı nəzərə alınmadan ləğv sazişləri təsdiq edilərək rəsmiləşdirilmişdir. ##.##.2020-ci il tarixdə cavabdeh1 ilə bağlanılmış AN-İ № ******* və AN-İ № ******* nömrəli alğı-satqı müqavilələrinin sənədləşməsində iddiaçının verdiyi etibarnamə və X2 razılıq ərizəsi köhnə reyestr nömrələrinə (********** və **********) malik əmlaklara aid olduğu halda, alğı-satqı müqavilələri ##.##.2020-ci il tarixli yeni reyestr nömrələri (1120108055 və 1120108065) əsasında rəsmiləşdirilmişdir. Beləliklə, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 596,4 kv metr olan (##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli) və 131,2 kv metr olan (##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli) daşınmaz əmlaklara dair sərəncam verilməsi nəzərdə tutulsa da, ##.##.2020-ci il tarixdə bağlanılmış əqdlər faktiki mülkiyyət sahiblərinin həqiqi iradə ifadəsi tam nəzərə alınmadan və sənədləşmə qaydalarının pozulması ilə rəsmiləşdirilmişdir. ##.##.2020ci il tarixdə bağlanılmış alğı-satqı müqavilələri üzrə alğı-satqı əməliyyatına görə faktiki ödəniş edilməsini təsdiq edən hər hansı qəbz aşkar edilməmişdir. Habelə, həmin müqavilələrdə göstərilmiş məbləğ ləğv edilmiş ##.##.2020-ci il tarixli müqavilələr üzrə ödənilən qəbzdəki rəqəmlə eyni göstərilmişdir. "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 42-ci bəndinin sonuncu abzasında qeyd edilir ki, göstərilən müqavilələr pozularkən bu sənədləri təsdiq etməyə görə əvvəllər tutulmuş dövlət rüsumu və haqq tərəflərə qaytarılmır. Lakin bu sənədləşmə həmin qaydalara zidd olaraq həyata keçirilmiş və bununla da Təlimatın həmin bəndinin tələbləri pozulmuşdur. Ilkin bağlanmış ##.##.2020-ci il tarixli (AN-İ № ******* və AN-İ № ******* nömrəli) alğı-satqı müqavilələrində və sonradan eyni əmlaka münasibətdə bağlanmış ##.##.2020-ci il tarixli (AN-İ № ******* və AN-İ № ******* nömrəli) alğı-satqı müqavilələrində əmlakların qiymətinin real bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı göstərilməsi maliyyə pozuntusu olaraq müəyyən edilmişdir. Belə ki, əldə edilmiş qiymətləndirmə rəyinə əsasən, müqavilələrin rəsmiləşdirildiyi 2020-ci il üzrə ümumi sahəsi 596,4 kv metr olan qeyri-yaşayış sahəsinin orta bazar qiyməti 2365000 manat, ümumi sahəsi 131,2 kv metr olan qeyri-yaşayış sahəsinin isə orta bazar qiyməti 600000 manat təşkil etdiyi halda, hər iki mərhələdə rəsmiləşdirilən müqavilələrdə qeyd olunan qiymətlərin real bazar dəyərini əks etdirmədiyi və əhəmiyyətli dərəcədə azaldılaraq rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bu isə əməliyyatların real iqtisadi mahiyyətdən uzaq olduğunu təsdiq edən sənədləşmə pozuntusudur. (a və b bəndləri üzrə): Qeyd olunan məsələlər - əvvəlki məhkəmə icraatlarının hüdudlarının qiymətləndirilməsi, şəxslərin təqsirlilik dərəcəsinin müəyyən edilməsi və qanunsuz (əsassız) varlanma faktına hüquqi qiymət verilməsi birbaşa məhkəmənin və hüquqi araşdırmanın predmeti hesab olunur. Bu səbəbdən, həmin bəndlərdə qoyulan suallara hüquqi münasibət bildirmək və cavab vermək məhkəmə-mühasibatlıq ekspertizasının (auditin) səlahiyyətlərinə aid deyildir. c) Aparılmış audit tədqiqatı və əmlakın bazar dəyərinin müəyyən edilməsi məqsədilə "xxxx" MMC-dən əldə edilmiş rəyə əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən alğı-satqı müqavilələrində göstərilən rəqəmlər əmlakın real bazar dəyərini əks etdirmir və əməliyyatlar əmlakın həqiqi dəyərinə uyğun aparılmamışdır. Müqavilələrdə əmlakın qiymətinin real olmaması və əhəmiyyətli dərəcədə aşağı göstərilməsi pozuntu kimi qiymətləndirilir və bu fakt əldə edilmiş qiymətləndirmə rəyi ilə öz təsdiqini tapır. Iddiaçı iddiaçı2 ehtimal olunan dəymiş zərərin miqyası əmlakların hazırkı dövrə mütənasib bazar dəyəri əsas götürülməklə (qiymətləndiricinin verdiyi rəyə əsasən) aşağıdakı kimi müəyyən edilmişdir: Sahəsi 131,2 kv metr olan qeyri-yaşayış sahəsi üzrə hazırkı (2026-cı il) bazar dəyəri: 900000 (doqquz yüz min) manat. Sahəsi 596,4 kv metr olan qeyri-yaşayış sahəsi üzrə hazırkı (2026-cı il) bazar dəyəri: 3535000 (üç milyon beş yüz otuz beş min) manat. Cavabdeh cavabdeh1 tərəfindən təqdim edilmiş 596,4 kv metr və 131,2 kv metr olan qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi barədə mütəxəssis rəyi auditor əminliyi yaratmadı. Belə ki, cavabdeh1 tərəfindən təqdim edilmiş bazar dəyəri (qiymətləndiricinin verdiyi rəyə əsasən) aşağıdakı kimi müəyyən edilmişdir: Sahəsi 131,2 kv metr olan qeyri-yaşayış sahəsi üzrə hazırkı (2026-cı il) bazar dəyəri: 460000 manat. Sahəsi 596,4 kv metr olan qeyri-yaşayış sahəsi üzrə hazırkı (2026-cı il) bazar dəyəri: 1809000 manat.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov - sədrlik edən və məruzəçi, Günay Axundova və Xəyal Sarıyev) iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya məhkəməsi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbində qeyd olunmuşdur ki, iddiaçıların sözügedən qeyri-yaşayış sahələrinin «xxxx» MMC ilə bağlanmış alğı-satqı müqaviləsinin ləğv edilməsindən, əmlakların cavabdeh1 satılmasından məlumatları olmamış, ##.##.2020-ci il tarixli alğı-satqı müqavilələri onların iradə ifadələrini əks etdirməmişdir. Əqdin etibarlı olması üçün tələb olunan elementlər bunlardır - subyekt tərkibinə dair şərtlər (tərəflərin iştirak etmə qabiliyyətinin olması); -məzmununa dair şərtlər (məzmunun qanunvericiliyin tələblərinə cavab verməsi); - tərəflərin iradəsinə dair şərtlər (əqddə iradə sərbəstliyi, iradənin ifadə olunması və müvafiqliyi) və formaya dair şərtlər (əqdin hansı formada bağlanmalı olduğu) Müqaviləni fərqləndirən başlıca xüsusiyyət isə razılıqdır - onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Göründüyü kimi, iddiaçı2 ilə «xxxx» MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli AN-İ № ******* nömrəli və ##.##.2020-ci il tarixli AN-İ № ******* nömrəli alğı-satqı müqavilələri yalan əqd olmuş, aralarında olan yeni binanın tikilməsi ilə bağlı biznes əməkdaşlığı müqaviləsini pərdələmək üçün bağlanmış əqd olmuşdur. ##.##.2020-ci il tarixli alğı-satqı müqavilələrinin yalan əqd olduğunu təsdiq edən digər xüsusat əmlakların satış dəyəri ilə bağlıdır. Lakin qeyd olunan əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və qeyd olunan hallara həmin məhkəmə qərarlarında qiymət verilmişdir.

21. Məhkəmə qeyd etmişdir ki, tələbin əsaslandığı hallardan biri ondan ibarətdir ki, məhkəmələr tərəfindən əqdlər bağlanarkən qanunvericiliyin normalarının pozulması müəyyən olunsa da, kəsici müddətin ötürülməsi əsası ilə iddia rədd edilmişdir. Lakin bu xüsusat məhkəmə qərarlarının məzmunu ilə tamamilə təkzib olunur. Belə ki, əqdin etibarsızlığı ilə bağlı iddia həm müddətin keçməsinə, həm də əsassız olduğuna görə rədd edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2, 21.1, 21.2, 337.1, 339.1, 340.2, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü və MPM-nin 14.2, 77.1, 82.3, 82.4, 217.1, 217.3, 384.0.1 və 385.2-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

23. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsaslanmışdır. Ancaq istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin adıçəkilən qərarında belə bir yanaşma mövcud deyildir. Ali Məhkəmənin qərarında isə 16-19-cü paraqrafındakı apellyasiya məhkəməsinin qətnaməsinin mövqeyə istinad edilmişdir. Apellyasiya məhkəməsi qeyd edilən qətnamədə qeyd etmişdir ki, mübahisələndirilən əqdlərin rəsmiləşdirilməsi zamanı müəyyən pozuntulara yol verilmiş olsa da, iddiaçılar tərəfindən həmin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddət buraxıldığından bu pozuntular əsas götürülməklə onların iddiası təmin oluna bilməz. Apellyasiya instansiya məhkəməsi tərəfindən başqa hüquqi yanaşma olmamışdır. Ona görə də hesab edirəm ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən sadalananlara təhrif edilmiş formada istinad edildiyindən həmin əsaslandırma qanunsuz və əsassız olmuşdur. O da qeyd edilməlidir ki, məhkəmə qətnaməsində iddia müddətinə istinad edilərək iddia rədd edilərkən digər yanaşma yolverilməzdir. Bundan başqa apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, əqdlər bütün şərtlərinə, eləcə də tərəflərin sərbəst iradə ifadəsinə əsasən təyin edilmiş alğı-satqı qiymətlərinə münasibətdə qanuni qüvvəsini almış məhkəmə aktına əsasən etibarlı hesab olunduğundan, həmin müqavilələrin bağlanması nəticəsində iddiaçılara hər hansı maddi ziyanın vurulması da istisna olunur”. Cavabdehin iddiaçıya vurulmuş ziyanla bağlı səbəbli əlaqəsi olmamışdır. Halbuki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçı iddiaçı2 məxsus əmlaklara dair bağlanmış müqavilələr pozuntu ilə həyata keçirilmiş, evin dəyəri kifayət qədər aşağı müəyyən edilərək satılmışdır. Həm müqavilələrin qanun pozuntusu ilə bağlanması və həm də əmlakların qiymətlərinin kifayət qədər aşağı qiymətləndirilərək satılması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, cavabdeh1 bütün bu işlərin arxasında özü duraraq aldatma yolu ilə əmlakları özgəninkiləşdirilmişdir. Həmin əmlakları əldə etsə də mənim əlimə bir qəpikdə olsa belə pul dəyməmişdir. Cavabdeh cavabdeh1 mübahisəli əmlakları qərəzli və təmənnasız öz mülkiyyətinə keçirməsi onu göstərir ki, onun bir başa bu işdə marağı olmuşdur. Xəqani Əzimovdan alması, əmlakın Xəqaniyə məxsus olması və müqavilələr bağlanan zaman heç bir pozuntuya yol verilməməsi ilə bağlı digər məhkəmə və prokurorluqda aparılan araşdıma zamanı bildirdikləri həqiqəti əks etdirmir və təqdim edilmiş sübutlarla yanaşı, Orxan Əzimovun ifadəsi ilə təkzib edilir. Görünən odur ki, Xəqani Əzimov «xxxx» MMC ilə digər əqdi pərdələmək üçün bağlanmış ##.##.2020-ci il tarixli alğı-satqı müqavilələrini 10 gün sonra ləğv edərək, cavabdeh1lə sövdələşmiş və onunla yeni müqavilə bağlamışdır Müqavilələri qüvvədə olması göstərilsə də həmin müqavilələr əhəmiyyətsiz müqavilələrdir və onlar hüquqi nəticə yaratmır. ##.##.2020-ci i l tarixli alğı-satqı müqaviləsi üzrə «mədaxil edilmiş» 727.600 manat pulun10 gün müddətində depozit hesabda qalması və sonradan geri dövr edilərək müqavilənin cavabdeh1lə eyni məbləğdə rəsmiləşdirilməsi də konkret olaraq pulun verilməsini istisna edir. Beləliklə də bu prosessual pozuntuları görən apellyasiya instansiya məhkəməsi ##.##.2023cü il tarixli qətnaməsində bunu qeyd etmişdir. Ancaq kəsici müddətə görə tələbi rədd etmişdir. Belə olan halda dəymiş maddi ziyana görə məhz cavabdeh1 məsuliyyətli olması öz təsdiqini tapır. Hazırki mübahisəyə kəsici müddətin tətbiq olunmasına dair dəlillərə isə qeyd edilməlidir ki, hazırki tələb ziyanla bağlıdır. Hər hansı bir əqd mübahisələndirilmir. Hərgah ki, həmin tələblərlə bağlı iddia tələbi rədd edilsə də pozuntuların olduğu məhkəmə aktında öz təsdiqini tapmışdır. Qeyd olunan Mülki Məcəllənin 373-cü maddəsi iddia müddətinin tətbiq edildiyi sahələri əhatə etmişdir. Maddi ziyanla bağlı xüsusi iddia müddəti müəyyənləşdirilməmişdir. Belə olan hal da, maddi ziyanın ödənilməsi tələbinə ümumi iddia müddəti, yəni 10 illik iddia müddəti tətbiq olunmalıdır. Beləliklə də hesab edirik ki, apellyasiya instansiya məhkəməsi qətnamə qəbul edərkən işdə olan sübutları əlaqəli şəkildə şərh etməmiş, istinad etdiyi qanuni qüvvəsini almış məhkəmə aktlarını təhrif olunmuş formada qətnamədə əks etdirmiş, nə6cədə maddi hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə iş üçün əhəmiyyətli olan aşağıdakı məqamı da kollegiyanın diqqətinə çatdırılmasını hesab edirəm. Belə ki, müqavilələr etibarsız hesab edilməyərək, məhz cavabdeh cavabdeh1 hər hansı bir ödəniş etmədən əvəzsiz qaydada verilmiş etibarnamədən istifadə edərək, iddiaçıların nümayəndəsi iddiaçı1 aldadaraq həmin əmlakı ələ keçirmişdir. Belə ki, sonuncular arasında olan Whatsap proqramı vasitəsi ilə olan yazışmalardan görünür ki, mübahisəli əmlakları məhz aldatma yolu ilə keçirərək, iddiaçı1 inandırmaq üçün müvafiq ərazidə tikili tikmək vədi verərək, cavabdeh1 öz anasının adına olan ünvan 1 ünvanda yerləşən 51,8 ha torpaq sahəsini fotoşəkillərini, müvafiq çıxarışını və çertyoju göndərərək, məhz həmin əmlakın girov qoyulması müqabilində həmin müqavilənin bağlanmasına nail olmuş və nə6cədə iddiaçıları mülkiyyət hüququndan məhrum etmişdir. Lakin, apellyasiya instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə prosessual hüquq normaları düzgün tətbiq etməmişdir.

25. Cavabdeh cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz edərək qeyd etmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ######## 2025-ci il tarixli qərarı ilə (hakimlər V. Baxışova (məruzəçi), Z. Əliyev və Z. Babayev) iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

27. Ali Məhkəmə ilk növbədə qeyd etmişdir ki, apelyasiya baxışının hədləri düzgün müəyyən edilməmişdir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaçı1 hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığı müəyyən edilərək, onun tələbi bu əsasla rədd edilmiş, iddiaçı1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apelyasiya şikayəti digər iddiaçı iddiaçı2 tərəfindən verildiyindən apellyasiya baxışının predmeti olan hissə yalnız iddiaçı iddiaçı2 iddia tələbinin rədd edildiyi hissə olmuşdur. Belə olan halda qətnamə tam deyil, qismən iddiaçı2 iddia tələbinin rədd edildiyi hissədə yoxlanılmalı idi.

28. Kassasiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar cavabdehlərlə iddiaçı2 mülkiyyətində olmuş daşınmaz əmlakın alqı-satqısına dair müqavilələr bağlanarkən qanun pozuntularına yol verildiyini iddia edərək cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsini xahiş etmişlər. Apellyasiya məhkəməsi iddianın əsassız olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehlər tərəfindən hüquqazidd əməlin törədilməsi faktı öz təsdiqini tapmır, bununla bağlı cinayət təqibi orqanı cavabdeh barəsində cinayət işinə bəraətverici əsaslarla xitam vermişdir. Kollegiya bu mövqe ilə bağlı qeyd etmişdir ki, şəxs barəsində cinayət təqibinin başlanmasının rədd edilməsinə dair qərar həmin şəxsin hərəkətlərinin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas olan hərəkətlər olmadığını təsdiq edir. Lakin istintaq orqanı tərəfindən qəbul edilmiş bu qərar mülki mübahisəyə baxılarkən preyudusual xarakter daşımadığından (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2004-cü il tarixli qərarı) və həmin hərəkətlərin mülki hüquqi məsuliyyətə əsas verən hüquqazidd əməl (delikt) kimi qiymətləndirilməsinə əngəl olmadığından apelyasiya məhkəməsi tərəfindən iddiaçının apelyasiya şikayətinin dəlillərinə MPM-nin 82.4-cü maddəsinə və istintaq orqanının qərarına istinad edilməklə hüquqi qiymət verilməsi düzgün olmamışdır.

29. Apellyasiya məhkəməsi eyni zamanda MPM-nin 82.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, tərəflər arasında baxılmış mülki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçılar tərəfindən mübahisələndirilmiş müqavilələr etibarlı hesab edildiyindən həmin müqavilələrin bağlanması nəticəsində iddiaçılara hər hansı maddi ziyanın vurulması istisna olunur. Ali Məhkəmə bu əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, əqdin etibarsız hesab edilməsi və əmlakın əvvəlki mülkiyyətçiyə geri qaytarılması barədə iddia məhkəmə tərəfindən müxtəlif əsaslarla (əqdin etibarsız sayılması üçün qanunla nəzərdə tutulmuş müddətin keçməsi, iddia tələbinin əsaslı olduğuna dair kifayət qədər sübutların olmaması və ya sübutların qanunla müəyyən edilmiş mərhələdə məhkəməyə təqdim edilməməsi, alıcının və s.) rədd edilə bilər. Belə olan halda şəxsin qanunun tələbləri pozulmaqla rəsmiləşdirilmiş əqd nəticəsində pozulmuş hüquqlarının müdafiəsi üçün digər əsaslarla (delikt, əsassız varlanma) iddia qaldırmaq hüququ istisna olunmadığından məhkəmənin hazırda iddia ərizəsində irəli sürülmüş dəlillər üzrə araşdırma aparmaması prosessual qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclas protokollarında apellyasiya məhkəməsinin iddiaçının dəlilləri üzrə araşdırma aparması və tərəflərə həmin dəlillərlə bağlı suallar verilməsi öz əksini tapmamışdır.

30. Məhkəmə tərəfindən preyudisial xarakter daşıyan qətnamə kimi qiymətləndirilmiş Nizami Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iddiaçılar tərəfindən mübahisələndirilən əqdlərin rəsmiləşdirilməsi zamanı müəyyən pozuntulara yol verilmiş olsa da, MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət buraxıldığından bu pozuntular əsas götürülməklə iddia təmin oluna bilməz.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı MPM-nin 82.3-cü və 233.3-cü maddələrinin tələblərinə əsasən müqavilələrin rəsmiləşdirilməsi zamanı pozuntulara yol verildiyini hazırkı işdə yenidən sübut etmək vəzifəsindən azad olduğu halda məhkəmə tərəfindən prosessual qanunvericiliyin bu tələbi nəzərə alınmamış, əvvəlki mülki iş üzrə mübahisələndirilən müqavilələr rəsmiləşdirilərkən pozuntu kimi qiymətləndirilmiş hallar və bu hallar nəticəsində iddiaçıya maddi ziyan dəyməsi ilə bağlı dəlillər araşdırılmamış, nəticədə iddia tələbi üzrə hüquqi qiymətləndirmə düzgün aparılmamışdır.

32. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci və MPM-in 82.3, 88, 217.1, 217.3, 233.3-cü maddələrinə istinad etmişdir.

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), G.Abbasova və M.Məmmədov) apellyasiya baxışının predmeti olan hissədə iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- ****/**** saylı işi üzrə # ####### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarı). Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ###### tarixli Qərarı). Göründüyü kimi, qanunvericilik müddəaları yalnız etibarsızlığının nəticələri olaraq tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməsini nəzərdə tutmuş, iddia müddətinin tətbiqi isə hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi ehtiva etdiyindən, bu əsasla qəbul edilmiş qanuni qüvvəsi almış məhkəmə aktı preyudisiyal əhəmiyyətinə müvafiq etibarsızlığdan irəli gələn təmin edilməyən əmlak xarakterli tələbin hazırkı iş üzrə təmin edilməsini istisna edir. Əks yanaşma hüquq qaydalarının və mülki münasibətlərin sabitliyinin pozulmasına, habelə qeyrimüəyyənliyə və hüquqdan sui-istifadəyə xidmət etmiş olar.

35. Iddia ərizəsindən görünür ki, iddia tələbi yalnız iddiaçı iddiaçı1 ilə cavabdeh cavabdeh1 arasında olan mülki münasibətlərdən irəli gəlir. Cavabdehin kassasiya instansiyası məhkəməsinin qərarından sonrakı dəqiqləşdirdiyi hallar üzrə mövqeyi (iddianın əsası) 1. iddianın delikt və əsassız varlanma kimi qiymətləndirilməsi əsas götürülməsini; 2. əvvəlki məhkəmə aktları ilə müəyyən edilmiş “pozuntu faktlarını” (MPM 82.3) preyudisial fakt kimi qəbul edilməsini; 3. cavabdehlər tərəfindən ödəniş edilmədən və hüquqazidd yolla əmlakın ələ keçirilməsi nəticəsində iddiaçıya vurulmuş maddi zərərin (əmlakın real bazar dəyəri həcmində) cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi olmuşdur. Bunların heç biri mülki münasibətlərin səciyyəsi müstəvisində apellyasiya şikayəti verən iddiaçı iddiaçı2 münasibətdə öz təsdiqini tapmır (aidiyyəti yoxdur), bu əsaslar iddiaçı iddiaçı1 ilə cavabdeh cavabdeh1 ilə olan mülki münasibətlərdən yarana bilərdi ki, birinciyə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılmadığından bu halların araşdırılması və qiymət verilməsi prosessual cəhətdən yolverilməzdir. Bu mənada iddia tələbində qeyd edilənlərə diqqət yetirmək kifayətdir ki, orada qeyd edilir ki, iddiaçı1 Bakı şəhəri və ətraf rayonlarda tikinti işləri ilə məşğul olan bir neçə şirkətin rəhbəridir, digər iddiaçı isə iddiaçı1 atasıdır. 2018-ci ilin əvvəllərində iddiaçı1 Xəqani adlı çox yaxın tanışı onu hazırkı iş üzrə cavabdeh cavabdeh1 ilə tanış edərək bildirmişdir ki, cavabdeh1 armatur işi ilə məşğuldur, onun dostudur, Bakı şəhərinin müxtəlif rayonlarında aparılan tikinti sahələrinə armatur verilməsini təmin edə bilər. Beləcə cavabdeh1lə görüşərək armatur alışını razılaşdırmışlar. Razılığa əsasən armatur sifarişinə uyğun olaraq etibarlı olsun deyə iddiaçı1 yeni tikilən binalarda olan mənzilləri girov qoyur, armaturun pulu ödənildikdən sonra mənzillər iddiaçı1 geri qaytarılır. Bu gedişlə iddiaçı1lə iş üzrə cavabdeh cavabdeh1 arasında iş birliyi yaranmışdır. Bir müddət sonra cavabdeh1 iddiaçı iddiaçı1 Masazır qəsəbəsində anasının adına, lakin özünə məxsus tikinti üçün uyğun torpaq sahəsi olduğunu bildirmiş, sənədləşmə layihə işləri aparılandan sonra birlikdə tikintiyə başlamağı təklif etmişdir. Bilalın təklif etdiyi əraziyə baxış keçirilmiş, tikintiyə uyğun olduğu müəyyənləşdirilmişdir. Lakin maddi sıxıntılar səbəbindən tikintiyə başlamaq mümkün olmamışdır. Bu zaman cavabdeh1 bildirmişdir ki, xxxxla münasibətləri çox yaxşıdır, idarə heyətinin sədri onun bacanağıdır və aşağı faizlə kredit götürə bilər. Lakin götürüləcək kreditə görə əmlak girov qoyulmalıdır. Həmçinin Bilal bildirmişdir ki, iddiaçı1 digər kreditləri üzrə gecikmələri olduğundan onun adına kredit verilməyəcək. Bu səbəbdən kredit başqa bir şirkət, yəni öz şirkətinin adına götürülməlidir. Danışığa əsasən banka girov qoyulacaq əmlak Bilala məxsus şirkətin adına keçirilməlidir və kreditin iddiaçı1 tərəfindən götürüldüyünü heç kim bilməməlidir. Şərtə görə kredit alınandan sonra cavabdeh1 anasına məxsus Masazır qəsəbəsində yeni bina inşa ediləcək, satışdan əldə edilən gəlirlə həm kredit borcu ödəniləcək, həm də gəlir tərəflər arasında bölüşdürüləcəkdir. Maddi sıxıntılar və yarımçıq qalmış tikinti işlərinin yekunlaşdırılması məqsədilə iddiaçı1 məcburiyyət qarşısında qalaraq onunla razılaşmış, banka girov üçün Nobel prospektində tikintisi başa çatmamış binalardan əmlak təklif etmişdir, lakin müəyyən müddət keçdikdən sonra cavabdeh1 bankın razılaşmadığını bildirmişdir. Həmin dövrdə Bakı şəhəri, Nizami rayon Mehdi Abbasov küçəsində 2538-ci məhəllədə inşa edilən binada tamamlama işləri getdiyindən və Bilalın deməsinə görə bank həmin binadan girov qəbul edə biləcəyindən, oradan girov qoymağı təklif etmişdir. Beləcə, iddiaçı1 atası iddiaçı2 məxsus əmlakı girov qoymaqla kredit götürməyi qərarlaşdırmışdır. cavabdeh1 şərti yenə təkrar edərək, dəfələrlə bildirmişdir ki, kreditin iddiaçı1lə əlaqəli olduğunu heç kim bilməməlidir. Onun deməsinə görə “xxxx” tərəfindən məsələnin üstü açılsa, kredit verilməsindən imtina ediləcəkdir. Çünki iddiaçı1 gecikmədə olan kreditləri var, problemli müştəridir. Beləcə iddiaçı2 öz oğlu iddiaçı1 vermiş olduğu etibarnamə əsasında ##.##.2020-ci il tarixdə ortaq tanışları X3 6 ay müddətinə 2 etibarnamə verilmişdir. Həmin etibarnamələr üzrə iddiaçı2 DƏDRX-nin Ərazi Idarəsinin ##.##.2019-cu il tarixli və ##.##.2019-cu il tarixli çıxarışlara əsasən özünə məxsus ünvan 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış, forma 1 almağı, mülkiyyət üzrə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi Xəqani Əzimova etibar etmişdir. Danışığa əsasən sözügedən əmlak Bilala məxsus şirkətə satılmalı, yeni çıxarış alındıqdan sonra şirkət adından girov qoyulmalı, daha sonra bankdan götürülmüş kreditlə binaların inşasına başlanmalı idi. Bütün şərtlərin sənədləşdirilməsinin həyata keçirilməsi üçün Xəqaniyə etibarnamə verilmişdir. Baş tutacaq alğı-satqı prosesində iddiaçı2 arvadı X2 razılıq ərizəsi tələb olunduğundan ##.##.2020-ci il tarixdə iddiaçı1 anası Tamara Əliyeva tərəfindən ona ##.##.2015-ci il tarixdə verilmiş etibarnamə əsasında ərizə yazaraq, iddiaçı2 mülkiyyətində olan Nizami rayon Mehdi Abbasov küçəsində 2538-ci ünvanda yerləşən 596,4 kv metr və 131,2 kv metr qeyri-yaşayış sahələrinin girov qoyulmasına, satılmasına etiraz etmədiyini, razı olduğunu bildirmişdir. Əmlakın bazar dəyərinin simvolik olaraq kv metr 1000 manat göstərilməsi razılaşdırılmış və ##.##.2020-ci il tarixdə sözügedən əmlaklara dair alğısatqı müqaviləsi bağlanmış, «Alıcı» kimi cavabdeh1 faktiki rəhbər olduğu, bacısı oğlu X4 təmsil etdiyi «xxxx» MMC göstərilmişdir. «Satıcı» kimi müqavilə etibarnaməyə əsasən Xəqani Əzimov tərəfindən imzalanmışdır. iddiaçı1 əmlakın satılmasına razılıq ərizəsi verdikdən 3-4 gün sonra Xəqanidən işin nə yerdə olduğunu soruşmuş, o isə alğı-satqı olduğunu, əmlakın şirkətin adına keçirilməsi ilə bağlı proses getdiyini bildirmişdir. Daşınmaz əmlaka dair şirkətin adına çıxarış alındıqdan sonra banka müraciət olunmalı, kredit götürülməli idi. Bir müddət keçdikdən sonra iddiaçı1, Xəqaniyə və cavabdeh1 zəng edərək işlərin nə yerdə olduğunu soruşmuş, onlar hər ikisi bildirmiş ki, müəyyən işlər gedir, banka müraciət olunub, artıq sənədlər toplanılır, bank tərəfindən müəyyən monitorinq və qiymətləndirmə aparıldıqdan sonra kredit veriləcək. Onların danışıq şərtlərinə uyğun rəftarını görüb arxayın olduqdan sonra öz işləri ilə məşğul olmağa davam etmişdir. Hər dəfə məsələ ilə maraqlandıqda cavabdeh1, kreditin məbləğinə görə müəyyən ləngimə olduğunu, bu cür kreditlərin çox rahatlıqla həll olunmadığını, bankın rəhbərliyi ilə məsələnin razılaşdırıldığını bildirmiş, heç bir narahatçılıq olmayacağından əmin olmasını xahiş etmişdir. Xeyli müddət keçdikdən sonra iddiaçı1 Bilaldan kreditlə bağlı yenə maraqlandıqda Hacıyev ona bildirmişdir ki, kredit alınmır, kredit vermirlər. iddiaçı1 haqlı narazılığını, neçə müddətdir boş-boşuna gözlədiyini irad kimi bildirərək əmlakı geri qaytarmağı tələb etmiş, cavabdeh1 isə əmlakı geri qaytarmaq müqabilində iddiaçı1 əsassız olaraq pul tələb etmişdir. Heç bir iş görülmədiyi, kredit həll olunmadığı halda nə əsasla pul istədiyini, nə əsasla əmlakı geri qaytarmadığını soruşduqda aralarında mübahisə baş vermişdir. iddiaçı1 daha sonra Xəqaniyə zəng vuraraq nə baş verdiyini, nəyə görə kreditin alınmadığını soruşduqda və Bilalın ona dediklərini Xəqaniyə bildirdikdə, Xəqani bu məsələyə görə Bilalın əziyyət çəkdiyini 5-10 min manat verəcəyi halda əmlakı əvvəlki vəziyyətə qaytaracağını bildirdi. Bir müddət sonra Xəqani Əzimov ürək tutmasından qəflətən vəfat etmişdir. Rəhmətə gedəndən sonra yoldaşların vasitəsiylə Bilaldan əmlakın geri qaytarılmasını tələb etmişdir. Bilal da cavab olaraq gah iddiaçı1 onu telefonda təhqir etməsini, gah da əmlaka görə Xəqaniyə 700.000 manat verdiyini, iddiaçı1 tanımadığını, əmlakı Xəqanidən aldığını səbəb kimi gətirib məsələni yoluna qoymaqdan boyun qaçırmışdır. Heç bir nəticə olmadığını görüb Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət edilmiş, eyni zamanda notariat ofisinə sorğu verilmişdir.

36. Iddiaçı tərəfin vaxtı ilə mübahisələndirdiyi əqdlər və onların hüquqi nəticələri hazırda qüvvədə olduğu, başqa sözlə onların qanuni əsaslarla bağlanması və verilməsi qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapdığı halda, hazırda digər əsaslardan çıxış edərək cavabdehlərə qarşı maddi ziyan vurulmasına dair irəli sürülən tələblərin qanuni əsasları olmamışdır. Iddiaçı tərəfin iddiada sadaladığı hallar, yəni, konkret olaraq iddiaçının cavabdehlər tərəfindən aldadılması ilə əqdlərin bağlanması heç bir mötəbər sübutlarla öz təsdiqini tapmamışdır.

37. Kassasiya instansiya məhkəməsi tərəfindən istinad əsaslardan biri də ondan ibarət olmuşdur ki, “məhkəmə tərəfindən preyudisial xarakter daşıyan qətnamə kimi qiymətləndirilmiş Nizami Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iddiaçılar tərəfindən mübahisələndirilən əqdlərin rəsmiləşdirilməsi zamanı müəyyən pozuntulara yol verilmiş olsa da, MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddət buraxıldığından bu pozuntular əsas götürülməklə iddia təmin oluna bilməz.” Halbuki, qeyd edilən iş üzrə qəbul edilmiş kassasiya instansiya məhkəməsi fərqli olaraq müqavilələrin etibarsızlığının müəyyən edilməsi üçün heç bir əsasların olmadığını təsbit etmişdir. Bundan əlavə, istinad edilən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində ümumi ifadələr qeyd edilsə də, bunlar müəyyən edilmiş konkret pozuntuların nədən ibarət olmasını təsbit edən preyudisiya xarakteri daşımır və hazırki iş üzrə əhəmiyyətli (müəyyən edilən) hallar kimi qiymətləndirilə bilməz. Preyudisiya halı müqavilələrin etibarlılığıdır, digər mübahisələndirilən əsaslar bunların etibarsızlığına yönəlmişdir ki, prosessual qanunvericiliyin tələbləri baxımından bu hallar müzakirə edilə bilməz.

38. Hazırkı iş üzrə kassasiya instansiya məhkəməsinin mövqeyinə müvafiq əvvəlki iş üzrə kassasiya məhkəməsinin eyni tərəflər arasında əvvəl baxılmış mülki mübahisə üzrə iddiaçı tərəfindən mübahisələndirilən alğı-satqı müqavilələrinin pozuntulara yol verilməklə rəsmiləşdirildiyinə dair faktlar müəyyən edilsə də, qanunla müəyyən edilmiş bir illik müddət ötürüldüyündən iddianın təmin edilməsinin mümkün olmaması öz təsdiqini tapmır. Belə olan halda iddiaçı tərəfindən MPM-nin 82.3-cü və 233.3-cü maddələrinin tələblərinə əsasən müqavilələrin rəsmiləşdirilməsi zamanı pozuntulara yol verildiyi sübut edilmədiyindən, hazırkı işdə yenidən sübut etmək vəzifəsindən azad olduğu halda birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin bu tələbi nəzərə alınmış, əvvəlki mülki iş üzrə mübahisələndirilən müqavilələr rəsmiləşdirilərkən pozuntu kimi qiymətləndirilmiş hallar və bu hallar nəticəsində iddiaçıya maddi ziyan dəyməsi ilə bağlı dəlillər araşdırılmış, nəticədə iddia tələbi üzrə hüquqi qiymətləndirmə düzgün aparılmışdır.

39. Beləliklə, apellyasiya məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Baxış predmeti olan apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Bununla bərabər qeyd edilməlidir ki, baxılmış mülki işlər üzrə müəyyən edilmiş və iddia edilərək mübahisələndirilmiş hallar mülki münasibətlərin subyektiv tərkibi və tələbin əsasları baxımından iddiaçı iddiaçı1 cavabdeh cavabdeh1 ilə olan işgüzar münasibətlərdən irəli gələn mübahisələrə və ehtimal edilən pozuntulara aiddir ki, apellyasiya baxışının predmeti onlar arasında mübahisəyə aid olmadığından qiymət verilməsi mümkün deyil, lakin müqavilənin etibarsızlığından yox, fərqli əsaslardan (delikt və s.) çıxış edərək iddiaçı iddiaçı1 tərəfindən mülki iddia tələbi ilə və ya cinayət təqibi qaydasında araşdırma aparılması üçün müvafiq olaraq müraciət hüquqları vardır.

40. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.2, 1091.1, 1091.2, 1092.1, 1092.3, 1095, 1096.1, 1096.2, 1097.1-ci və MPM-in 14.2, 77.1, 82.3, 217.3, 217.4, 233.3, 385.2-ci maddələrinə istinad etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

41. Iddiaçı iddiaçı2 (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

42. Kassasiya şikayəti maddi hüquq normalarının pozulması onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi mülki hüquq doktrinasının təməl prinsiplərini və qeyd edilən maddi hüquq normalarını kobud şəkildə təhrif edərək, qətnamənin 32, 35 və 37-ci bəndlərində göstərmişdir ki, mübahisələndirilən əqdlər və onların hüquqi nəticələri məhkəmə tərəfindən etibarsız sayılmadığı üçün, qüvvədə olan müqavilələr çərçivəsində iddiaçılara hər hansı maddi ziyanın vurulması istisna olunur. Apellyasiya məhkəməsinin bu yanaşması hüquqi nonsens olmaqla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarında təsbit edilmiş imperativ göstərişlərlə ziddir. Ali Məhkəmə öz qərarında birmənalı olaraq vurğulamışdır ki, əqdin etibarsız hesab edilməsi barədə iddianın iddia müddətinin keçməsi səbəbindən rədd edilməsi, şəxsin delikt və ya əsassız varlanma əsasları ilə iddia qaldırmaq hüququnu istisna etmir. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin doktrinal şərhi sübut edir ki, “müqavilənin kağız üzərində qüvvədə qalması”, həmin müqavilə üzrə öhdəliklərin (ödənişin) icra edildiyi və ya mülki hüquq pozuntusunun baş vermədiyi anlamına gələ bilməz. Müqavilə etibarlı ola bilər, lakin alıcının pulu ödəmədən əmlakı mənimsəməsi birmənalı olaraq hüquqazidd hərəkət (delikt) və MM-in 1091-ci maddəsi tərkibində əsassız varlanmadır.

43. Apellyasiya məhkəməsi iş üzrə əldə edilmiş ən mötəbər sübutları, xüsusilə də məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrini qəsdən kənarda qoyaraq maddi hüququ yanlış tətbiq etmişdir. Işə cəlb edilmiş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli rəyində aydın şəkildə təsbit edilmişdir ki, iddiaçı iddiaçı2 əmlaklarına dair ##.##.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* və AN-1 № ******* nömrəli alğı-satqı müqavilələri üzrə faktiki ödəniş edilməsini təsdiq edən hər hansı qəbz aşkar edilməmişdir. Bununla yanaşı, ilkin bağlanmış ##.##.2020-ci il tarixli müqavilələr üzrə guya "mədaxil edilmiş" 727.600 manat pul cəmi 10 gün müddətində notariusun depozit hesabında qalmış və sonradan geri dövr edilmişdir. Bu “pul dövriyyəsi” fırıldağı, əməliyyatın tamamilə fiktiv xarakter daşıdığını və iddiaçıya bir qəpik də olsun pul ödənilmədiyini, əmlakın isə əvəzsiz şəkildə ələ keçirildiyini sübut edir.

44. Audit və qiymətləndirmə rəyləri ilə sübut olunmuşdur ki, müqavilələrdə əmlakın qiyməti real bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı göstərilmişdir. Belə ki, 2020-ci il üzrə ümumi sahəsi 596,4 kv metr olan qeyri-yaşayış sahəsinin orta bazar qiyməti 2365000 manat, 131,2 kv metr olan qeyri-yaşayış sahəsinin orta bazar qiyməti isə 600000 manat təşkil etdiyi halda, müqavilələrdə bu rəqəmlər dəfələrlə kiçildilərək rəsmiləşdirilmişdir. Işin faktiki hallarından görünür ki, cavabdeh cavabdeh1 real ödəniş etmədən ələ keçirdiyi bu əmlakları dərhal - ##.##.2022-ci il tarixdə "xxxx" Bank ASC-yə girov qoyaraq 500000 ABŞ dolları məbləğində kredit xətti açdırmışdır. Bankın ipoteka müqaviləsi üzrə əmlaklara müəyyən etdiyi bazar qiyməti (262000 manat və 1252000 manat) belə, uydurma müqavilə qiymətindən iki dəfə yüksək olmuşdur.

45. Apellyasiya məhkəməsi qətnamənin 33, 34 və 38-ci bəndlərində hüquqi nonsensə yol verərək iddiaçı iddiaçı2 bu işdə iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığını, münasibətlərin guya iddiaçı1lə cavabdeh1 arasında yarandığını göstərmişdir. Məhkəmə mülki hüququn təməl prinsiplərini qəsdən inkar etmişdir. Iş materiallarından aydın görünür ki, iddiaçı1 öz adından deyil, məhz atası iddiaçı2 ona verdiyi ##.##.2013-cü il tarixli etibarnamə əsasında nümayəndə (təmsilçi) qismində çıxış etmişdir. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində 4846000 manat real dəyəri olan əmlak məhz iddiaçı2 mülkiyyətindən çıxmışdır. Zərərin obyekti iddiaçı2 əmlakıdır. Nümayəndənin əməliyyatlarda fiziki olaraq iştirak etməsi mülkiyyətçini zərər tələb etmək (subyektiv) hüququndan məhrum edə bilməz. Hakimin bu fərziyyəsi maddi hüququn məqsədyönlü şəkildə təhrif edilməsidir.

46. Ali Məhkəmə ##.##.2025-ci il tarixli qərarında açıq şəkildə göstərmişdir ki: 1) Müqavilə ləğv edilməsə də, delikt və əsassız varlanma tələbi qüvvədədir; 2) Əvvəlki işlər üzrə müqavilələrin pozuntularla rəsmiləşdirilməsi faktı sübut edilmiş və bu, MPM 82.3-ə görə preyudisial xarakter daşıyır. Lakin apellyasiya məhkəməsi qətnamənin 36 və 37-ci bəndlərində birbaşa qeyd etmişdir ki, Ali Məhkəmənin “preyudisiya xarakterli” yanaşması əsassızdır və əvvəlki proseslərdə pozuntu faktları müəyyən edilməyib. Apellyasiya instansiyası hakiminin kassasiya məhkəməsinin qəti nəticələrini “təftiş etmək”, onun göstərişlərini əsassız adlandırmaq və icrasından boyun qaçırmaq səlahiyyəti yoxdur. Bu, məhkəmə iyerarxiyasının və MPM-in təməl qaydalarının pozulmasıdır.

47. Apellyasiya məhkəməsi iş üzrə əldə edilmiş ən mühüm sübutları - audit və ekspertiza rəylərini tamamilə gözardı etmiş və onlara hüquqi qiymət verməkdən qəsdən yayınmışdır. Qətnamənin 11-ci bəndində məhkəmənin özü tərəfindən təyin edilmiş “xxxx” MMC-nin və xxxxnin rəyləri təsvir edilmişdir. Bu rəylərdə birmənalı olaraq faktiki ödəniş qəbzlərinin olmadığı, razılıq ərizələrinin saxtalaşdırıldığı və rəqəmlərin fiktiv (real bazardan 6-7 dəfə aşağı) olduğu vurğulanır. Lakin məhkəmə qətnamənin əsaslandırıcı hissəsində (22-40-cı bəndlər) bu sübutlara bircə cümlə ilə də olsa qiymət verməmişdir. Əgər məhkəmə “pul ödənilməyib” rəyini görürsə, lakin heç bir izah vermədən "iddiaçıya zərər dəyməyib" nəticəsinə gəlirsə, bu, ədalət mühakiməsindən imtina və sübutların obyektiv qiymətləndirilməsi qaydalarının kobud pozuntusudur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

49. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

50. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

51. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

52. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

53. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

54. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

61. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

65. Iddiaçı iddiaçı2 kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində, əvvəlki kassasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının # ######## 2025-ci il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

66. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

67. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar