Məhkəmə qərarları › İş №2(1-8)-247/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-247/2026

21.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-247/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı "müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı Iddiaçı kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Iddiaçı (bundan sonra- iddiaçı) ilə Cavabdeh Mənzil Tikinti Kooperativi (bundan sonracavabdeh) arasında bağlanmış ## ##### 2024-cü il tarixli, A */** saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh, ünvan 1i ** saylı binanın 3 otaqlı, ümumi sahəsi 121,3 kv.metr olan ** saylı mənzilini tikib iddiaçının mülkiyyətinə verməyi, sonuncu isə öz növbəsində mənzili mülkiyyətinə qəbul edib dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər.

2. Həmin Müqavilənin şərtlərinə görə, mənzilin ümumi sahəsinin 1 kv.metrinin qiyməti 2.600 manat, cəmi qiyməti isə bütün vergilər də daxil olmaqla 315.380 manat təşkil etmiş və iddiaçı mənzilin dəyəri olan 315.380 manat pul vəsaitini cavabdehin Bank hesabına köçürməyi öhdəsinə götürmüşdür.

3. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında, Dövlət Vergi Xidməti, Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ## ### 2024-cü il tarixli Qərarından görünür ki, iddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmiş və ## ##### 2024-cü il tarixli elektron ərizəsinə alqı-satqı müqaviləsini, ödəniş və digər sənədləri əlavə etmişdir. Həmin sənədlərin araşdırılması zamanı mənzilin tam dəyərinin (cəmi-315.380 manat) nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim olunmadığı müəyyən edilmiş və sənədlərdə çatışmamazlıqla bağlı ## ### 2024-cü il tarixli bildirişlə iddiaçının portalda yaratdığı elektron kabinetə göndərilmişdir. Lakin, iddiaçı tərəfindən bildirişin alındığı tarixdən 10 iş günü müddətində çatışmamazlıqlar aradan qaldırılmamışdır. Belə olan halda bildirişdə qeyd olunan çatışmamazlıqlar müəyyən edilmiş müddətdə iddiaçı tərəfindən aradan qaldırılmadığı üçün “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası”nın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. “Inzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara əsasən iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənləri nəzərə alaraq və “Inzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara alınmışdır ki, iddiaçının ## ##### 2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin qaytarılması təmin edilməsin, qərarın surəti iddiaçıya göndərilməklə ondan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və (və ya) məhkəməyə şikayət vermək hüququ izah edilmişdir.

4. ## ##### 2024-cü il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” ASC tərəfindən iddiaçıya sözügedən mənzilin satın alınması üçün 252 ay müddətinə, illik 8 faiz dərəcəsi ilə 150.000 manat məbləğində kredit verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən əldən çıxmış fayda növündə zərərin əvəzi kimi 14423,65 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş Idarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə ## ##### 2024-cü il tarixdə alqısatqı 7.müqaviləsi bağlayaraq, mənzilə mülkiyyət hüququ əldə etmiş, lakin alqı-satqı prosesi zamanı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalmış (əldən çıxmış fayda növündə), nəticədə əmlak vəziyyəti kəskin şəkildə ağırlaşmışdır. Belə ki, həmin müqaviləyə əsasən, cavabdeh ünvan 1i ** saylı binanın ** saylı mənzilini tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul edib onun dəyəri olan 315.380 manatı müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin mənzil satın almaq üçün iddiaçının yetərli vəsaiti olmadığından ipoteka saxlayan qismində “xxxx” ASC ilə ## ##### 2024-cü il tarixdə ipoeka, kredit müqaviləsi bağlayaraq 150000 manat vəsaiti 252 ay müddətinə, illik 8% dərəcəsi ilə kreditə götürmüşdür. Müqavilənin mülki qanunvericiliyin tələblərinə uyğun formada notarial qaydada təsdiq edilməsi üçün müqavilənin təsdiqi və mənzilin dəyərinin ödənilməsi ilə bağlı hesablaşma Bakı şəhəri, ** saylı notariat ofisi vasitəsilə aparılmışdır. Cavabdeh hesablaşma mərhələsində öhdəliyini qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə zidd icra etdiyindən, iddiaçı əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi olan 14.432,65 manatı əldə etməkdən məhrum olmuş və nəticədə onun əmlak vəziyyəti kəskin formada ağırlaşmışdır. Belə ki, cavabdehin qanuni təmsilçisi X3 hesablaşma mərhələsində hesablaşmanın nağd qaydada ödənilməsində israr etmiş, nəticədə həm aralarında olan müqavilənin, həm də qanunvericiliyin tələblərinə zidd formada hesablaşma nağd qaydada aparılmışdır. Çox güman ki, cavabdeh bu yolla vergidən yayınmağa çalışmışdır. Bakı şəhəri, ** saylı Notariat Ofisi tərəfindən “xxxx” ASC Sənaye filialına ünvanlanmış ## ##### 2024-cü il tarixli məktubda alqı-satqı və ipoteka müqaviləsi üzrə ödənilməli olan 315.000 manat pulun cavabdehin adından X4 ödənilməsi üçün bankda olan depozit hesaba ödənilməsi xahiş olunmuşdur. Işə əlavə edilmiş Bakı Şəhəri, ** saylı Notariat Ofisinin sorğuya cavab məktubu da iddianın əsaslı olduğunu təsdiq edir. Belə ki, iddiaçı tərəfindən Bakı Şəhəri, ** saylı notariat ofisinə müqavilə üzrə hesablaşmanın hansı formada aparılması və bu barədə iradə ifadəsinin kim tərəfindən nümayiş etdirilməsi haqqında məlumat verilməsi barədə sorğu ünvanlanmış və sonuncunun ## #### 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ## ##### 2024-cü il tarixdə təsdiq edilmiş alqı-satqı və ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş, alqı-satqı məbləği alıcı tərəfindən notariusun depozit hesabına mədaxil olunmuş və satıcının istəyinə əsasən ona çek verilərək məxaric olunmuşdur. Notariusun cavab məktubu qanunvericiliyin və müqavilənin tələblərinə zidd formada hesablaşmanın nağd qaydada aparılması üçün iradə ifadəsinin satıcı tərəfindən bəyan edildiyini, bu da sonda dəymiş zərərlə satıcının (cavabdehin) təqsirli və hüquqazidd (nağd qaydada hesablaşma həyata keçirilməsi qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil edir) əməli arasında səbəbli əlaqənin mövcud olduğunu göstərir. Daha sonra iddiaçı əlavə dəyər vergisinin bir hissəsini geri almaq üçün Dövlət Vergi Xidmətinə portaldan ərizə ilə müraciət etsə də, hesablaşmanın nağd qaydada aparılmasına görə bunun mümkünsüz olması bildirilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Bakı Şəhəri Lokal Gəlirlər Baş Idarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ## ### 2024-cü il tarixli Qərarının məzmunundan da aydın olur ki, imtinanın əsası qismində mənzilin tam dəyərinin nağdsız qaydada ödənilməsini təsdiq edən sənədlərin təqdim olunmaması təşkil etmişdir ki, bu da cavabdeh tərəfindən hesablaşmanın nağd formada həyata keçirilməsi ilə bağlı olmuşdur. Bundan sonra iddiaçı tərəfindən cavabdehə iki dəfə əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılmasının təmin edilməsi üçün hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı müraciət olunmuş və müraciətinə cavab olaraq elektron qaiməfaktura göndərilmişdir. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV geri qaytarılmasına dair ## ##### 2024-cü il tarixli elektron qaimə-fakturadan görünür ki, iddiaçının müraciətlərindən sonra cavabdeh 48.108,82 manat əlavə dəyər vergisini ödəmişdir ki, qaytarılacaq ƏDV-nin məbləği 14.432,65 manat təşkil etmişdir. Lakin müqavilə üzrə ödənişin cavabdehin qanunsuz hərəkətləri səbəbindən nağd qaydada edilməsi iddiaçını həmin məbləği geri almaqdan məhrum etmişdir. Cavabdehin göndərdiyi elektron qaimə-faktura sadəcə formal xarakter daşımış və iddiaçı əlavə dəyər vergisinin bir hissəsini geri almaq üçün portaldan müraciət etsə də, hesablaşmanın nağd qaydada aparılması əsas tutularaq bundan imtina edilmişdir.

8. Daha sonra, iddiaçı “iddia tələbinin hüquqi əsasının dəyişdirilməsi barədə” məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində tələbinin hüquqi əsası kimi deliktə istinad olunmuşdur. Lakin cavabadehlə aralarında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən “Alıcı” müqavilədə razılaşdırılmış vəsaiti “Satıcı”-nın bank hesabına köçürməyi öz öhdəsinə götürür. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.14-cü maddasinə əsasən, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər nağdsız qaydada həyata keçirilməlidir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda qeyd olunan normaların, müqavilə bəndinin və işin faktiki hallarının təhlili cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməməsi nəticəsində iddiaçıya maddi zərər dəydiyini təsdiq edir. Belə ki, müqavilənin 3.1-ci bəndində hesablaşmanın nağdsız qaydada aparılması nəzərdə tutulmuşdur ki, bu, yalnız alıcı tərəfindən ödənişin edilməsi öhdəliyini deyil, eyni zamanda satıcının həmin vəsaiti qəbul etmək öhdəliyini də ehtiva etməkdədir. Işin faktiki halları və təqdim edilən sübutlar satıcı tərəfindən notariusun depozit hesabına nağdsız qaydada köçürülən vəsaitin nağd formada məxaric olunduğunu, bununla nəinki müqavilədə nəzərdə tutulmuş şərtin, habelə “Nağdsız hesablaşmalaiar haqqında” Qanunun tələblərinin pozuntusuna yol verildiyini təsdiq edir. Əvvəlki iddia ərizəsində iddianın hüquqi əsası qismində cavabdeh tərəfindən delikt nəticəsində vurulmuş zərərə istinad edilirdisə, aralarında müqavilə münasibətləri mövcud olduğuna görə delikt məsuliyyəti istisna olunur.

9. Cavabdehin nümayəndəsi X4 elektron kabinet vasitəsi ilə iddiaya etiraz verərək, göstərmişdir ki, iddiaçı ilə alqı-satqı müqaviləsinə əsasən bütün öhdəliklər yerinə yetirilmiş və cavabdeh tərəfindən müqavilə öhdəlikləri qanunvericiliyə uyğun olaraq yerinə yetirildiyi üçün ona heç bir ziyan dəyməmişdir.

10. Bakı şəhəri, ** saylı saylı Notariat Ofisi tərəfindən “xxxx” ASC-nin Sənaye filialına ünvanlanmış ## ##### 2024-cü il tarixli məktubda iddiaçı ilə notariat qaydasında təsdiq ediləcək alqı-satqı və ipoteka müqaviləsi üzrə ödənilməli 315.000 manat pulun müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra həmin məbləğin cavabdehin qanuni təmsilçisi X4 ödənilməsi üçün bankda olan depozit hesabına qəbul olunması xahiş edilmişdir.

11. Bakı şəhəri, ** saylı Notariat Ofisi tərəfindən iddiaçıya ünvanlanan ## #### 2024-cü il tarixli sorğuya cavab məktubda ## ##### 2024-cü il tarixdə təsdiq edilmiş alqı-satqı və ipoteka müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməsi, alqı-satqı məbləğinin alıcı tərəfindən notariusun depozit hesabına mədaxil olunması və satıcının istəyinə əsasən ona çek verilərək məxaric olunması göstərilmişdir.

12. “xxxx” ASC tərəfindən ## ##### 2024-cü il tarixli ödəniş tapşırığına əsasən, “(iddiaçının adından) Bank “xxxx” ASC-nin Sənaye filialına X1 məxsus hesaba 315.000 manat pul köçürülmüşdür.

13. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” üçün ## ##### 2024-cü il tarixli elektron qaimə-fakturanın formasına əsasən, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan ƏDV-nin məbləği 14.432,65 manat nəzərdə tutulmuşdur. Əlavə olaraq, qeydlər hissəsində göstərilmişdir ki, ƏDV aşağıdakı hallarda qaytarılır: yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri (ƏDV daxil olmaqla) nağdsız qaydada (alıcının bank hesabından satıcının bank hesabına ödəmə tapşırığı əsasında köçürmə yolu ilə və ya alıcı tərəfindən birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə) satıcının bank hesabına ödənildikdə və ƏDV məbləği satıcının ƏDV-nin depozit hesabına ödənildikdə, alıcı eyni binadan sahəsi cəmi 1000 kv.metrdən (500 kv.metr yaşayış və 500 kv.metr qeyri-yaşayış sahəsindən) artıq olmayan yaşayış və qeyriyaşayış sahəsi olduqda. Alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 gün sonra ƏDV-nin qaytarılmasına yol verilmir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli, e-*(***)****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Ramin Xəlilov)

15. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisi satın alınan sahənin dəyəri nağdsız qaydada tam şəkildə ödənildikdən sonra 90 gün müddətində ƏDVnin qaytarılması üçün müraciət edildiyi halda qaytarıla bilər. Hazırkı işdə isə satın alınan yaşayış sahəsinin dəyəri satıcıya, yəni cavabdehə nağd şəkildə ödənildiyindən, iddiaçının əlavə dəyər vergisinin qaytarılması barədə hazırki iddia tələbini qaldırması əsassız olmuşdur.

16. Belə ki, işin hallarına görə iddiaçı tərəfindən alınan mənzilin dəyəri cavabdehə yox, notariusun bank hesabına köçürülmüş, bundan sonra həmin bank hesabından cavabdeh tərəfindən nağd şəkildə məxaric edilmişdir.

17. Göründüyü kimi pul vəsaiti nağdsız şəkildə yox, nağd şəkildə cavabdehə təqdim edilmişdir. Belə olan halda da qanunvericiliyin tələbinə əsasən, nağd şəkildə ödənilən pul vəsaiti üzrə ƏDV-nin qaytarılmasına yol verilmir. Hətta iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl əlavə dəyər vergisinin qaytarılması ilə bağlı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə müraciət etsə də, onun tərəfindən ödənişin nağdsız şəkildə həyata keçirilməsinə dair sənəd təqdim edilmədiyi üçün, əlavə olaraq verilən vaxt ərzində də iddiaçı tərəfindən çatışmazlıq aradan qaldırılmadığı üçün ## ### 2024-cü il tarixli qərarla yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul edilmişdir.

18. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı satın almış olduğu mənzilin dəyərini cavabdehin bank hesabına köçürülməsini rəsmiləşdirilməni həyata keçirən notariat orqanından tələb etməli və mənzilin dəyərini yalnız o, halda köçürəcəyini bəyan etməli idi (tərəflər arsında bağlanmış müqavilənin 3.1-ci bəndinə iddiaçı özü əməl etməmişdir). Lakin iddiaçı bunu etməmişdir. Bu halda cavabdeh tərəf vergidən yayınmamış, öz üzərinə düşən öhdəliyini icra etmişdir (icra etməmiş olsa da belə bu artıq müvafiq vergi orqanı ilə cavabdeh arasında mübahisəyə keçməlidir). Iddiaçının tələb etmiş olduğu ödənilmiş vergidən ona düşən hissənin alınması isə vergi orqanın iddiaçıya ödənilməsi nəzərdə tutulan vəsait olmaqla cavabdeh tərəfindən ödənilməsi demək deyildir. Burada iddiaçı yalnız ona dəymiş ziyan kimi iddia versə də (işin əsas mahiyyəti), burada cavabdeh tərəfindən pulun nağd formada çıxarılması onun hüququ olmuş və cavabdeh bu hüququndan istifadə etmişdir. Bu halda yalnız iddiaçı öz hüquqlarını notariat orqanından tələb etməli, pulun ödənilməsini yalnız nağdsız formada həyata keçirməli idi.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6, 6.2, 385.1, 386.1, 389.1, 425.1, 442, 448.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli **** nömrəli Fərmanı təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1, 5.3 və 6.1-ci bəndlərinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil etməklə əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilən işin halları düzgün qiymətləndirilməmiş, tam və hərtərəfli baxış prinsipləri pozulmuşdur. Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslandırma hissəsində müqavilə qiymətinin satıcıya, yəni cavabdehə nağd şəkildə ödənildiyini, iddiaçının əlavə dəyər vergisinin qaytarılması barədə hazırki iddia tələbini qaldırmasının əsassız olduğunu qeyd etmişdir. Məhkəmənin mövqeyinə görə, iddiaçı tərəfindən alınan mənzilin dəyəri cavabdehə yox, notariusun Bank hesabına köçürülmüş, bundan sonra həmin Bank hesabından cavabdeh tərəfindən nağd şəkildə məxaric edilmişdir. Göründüyü kimi, pul vəsaiti nağdsız şəkildə yox, nağd şəkildə cavabdehə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının notariusun depozit hesabına pul köçürməsini ödənişin nağd formada həyata keçirilməsi kimi qiymətləndirməsi tamamilə absurd olmuşdur. Alıcı kimi iddiaçı notariat fəaliyyəti haqqında qanunvericiliyin tələblərinə əməl etməklə pulu notariusun depozit hesabına köçürməli idi. Bu zaman qarşı tərəf müqavilənin tələblərinə riayət etməklə pulu nağdsız formada bank hesabına qəbul etsə idi, aralarındakı hesablaşma nağdsz formada həyata keçirilmiş olacaqdı. Birinci instansiya məhkəməsinin qeyd etdiyinin əksinə, hesablaşmanın nağd formada həyata keçirilməsinin səbəbi iddiaçı tərəfindən pulun notariusun depozit hesabına köçürülməsi deyil, cavabdehin pulu nağd şəkildə məxaric etməsi olmuşdur. Odur ki, burada iddiaçı tərəfindən ödənişin nağd formada həyata keçirilməsindən söhbət belə gedə bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verə bilməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- 22.saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya ***/**** məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, cavabdehdən 14.423,65 manatın və ödənilmiş dövlət rüsumuna görə 134 manatın tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən, məruzəçi), Namiq Cəfərov, Ikram Şirinov) Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlidyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında ## ##### 2024-cü il tarixli müqavilənin bağlanması, müqavilədə göstərilən mənzilin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, həmin mənzilin dəyəri kimi iddiaçının cavabdehə 315000 manat ödəməsi, bu məbləğin iddiaçı tərəfindən notariusun depozit hesabına mədaxil olunması, sonradan notariusun məktubu əsasında cavabdehin qanuni təmçilsinin həmin vəsaiti nağd formada məxaric etməsi, bu məbləğin vergi tutulan əməliyyatlardan ödənilmiş ƏDV məbləğinin 48.108,82 manat olması, qaytarılacaq ƏDVnin məbləğinin

23. isə 14.432,65 manat, yəni iddia tələbində göstərilən məbləğlə eyni olması, Dövlət Vergi Xidməti hesablaşmanın nağdsız qaydada həyata keçirilməməsinə görə ƏDV-nin qaytarılacaq hissəsinin qaytarılmasından imtina etməsi və həmin məbləğin iddiaçıya qaytarılmaması işin tam mübahisəsiz hallarıdır. Başqa sözlə bu halları tərəflər hər hansı bir formada mübahisələndirmirlər.

24. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətində iddiaçının notariusa pulu cavabdehin bank hesabına köçürməli olduğunu şifahi surətdə bildirmədiyini, cavabdeh tərəfindən pulun nağd qəbul edilməsinin onun hüququ olduğunu, pulun notariusun depozit hesabına köçürülməsi ilə müqavilə üzrə öhdəliklərin elə iddiaçı tərəfindən pozulduğunu göstərmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırkı iddia tələbinin qanuni əsası kimi müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini nəzərdə tutan Mülki Məcəllənin 443.1-ci maddəsi təşkil edə bilər. Çünki həm müqavilənin və qanunvericiliyin imperativ tələbinə əsasən alqı-satqı müqaviləsi üzrə hesablaşma satıcının bank hesabına köçürülməli idi. Buna görə də tərəflər müqavilənin (ödəmə şərtləri hissəsində) 3.1-ci bəndində razılığa gəliblər ki, alıcı, yəni iddiaçı müqavilə ilə razılaşdırılmış pul vəsaitini satıcının, yəni cavabdehin bank hesabına köçürməyi öhdəsinə götürür. Müqavilənin həmin şərti yalnız iddiaçı – alıcının öhdəliyi ilə əhatə olunmamış və məhdudlaşdırılmamışdır. Cavabdeh olan satıcının da notariusun depozit hesabına nağdsız ödənilmiş həmin vəsaiti öz bank hesabına yerləşdirmək kimi öhdəliyi olmuşdur. Əks halda, cavabdeh tərəfindən pulun nağdsız qaydada qəbul etməkdən yayınması iddiaçının öhdəliyinin icrasını da mümkünsüz etməklə müqavilə üzrə razılığın pozulmasına gətirib çıxara bilərdi.

26. Alqı-satqı müqaviləsinin notarial təsdiqi mərhələsində mənzilin dəyəri kimi razılaşdırılmış vəsait alıcı tərəfindən müqavilənin 3.1-ci bəndinin tələbinə əsasən satıcının bank hesabına köçürülməsi və sonuncunun da həmin vəsaiti nağdsız formada qəbul etməsi məqsədi ilə notariusun depozit hesabına köçürülmüşdü. Demək ki, iddiaçı tərəfindən pulun notariusun depozit hesabına köçürülməsi müqavilənin həmin şərtini poza bilməzdi, həm də bu qayda “Notariat haqqında” Qanunun 74-cü maddəsinin imperativ tələbindən irəli gəlirdi. Başqa sözlə, bu cür əməliyyatlar üzrə müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir.

27. Göründüyü kimi, iddiaçı həm müqavilənin 3.1-ci bəndindəki razılaşdırılmış şərtə, həm də “Notariat haqqında” Qanunun 74-cü maddəsinin imperativ tələbinə əsasən aldığı mənzilə görə ödədiyi vəsaitin cavabdehin bank hesabına köçürülməsi və həmin məbləğin hesaba çatması üçün bütün qaydalara riayət etməklə öhdəliyini tam və qüsursuz icra etmişdir.

28. Əksinə, cavabdeh olan satıcı həm müqavilənin qeyd olunan şərtini, həm də qanunvericiliyin imperativ tələbini pozaraq ödənilən vəsaitin özünün bank hesabına köçürülməsini əngəlləyərək notariusun depozit hesabından nağd formada məxaric etməklə müqavilədən və qanundan irəli gələn öhdəliyini pozmaqla iddiaçıya əldən çıxmış fayda formasında zərər vurmuş, yəni qaytarılacaq ƏDV-nin məbləğindən məhrum etmişdir. Halbuki, cavabdeh müqavilə üzrə razılığa uyğun hərəkət edərək müqavilənin 3.1-ci bəndinin tələbinə uyğun formada pulu nağdsız formada bank hesabına qəbul etsə idi, iddiaçı 14.432 manat əlavə dəyər vergisi hissəsini əldə edə biləcəkdi.

29. Birinci instansiya məhkəməsinin alıcının pul vəsaitini satıcının bank hesabına nağdsız qaydada köçürülməli olduğu halda notariusun depozit hesabına köçürməklə iddiaçının özü tərəfindən müqavilə üzrə öhdəliyinin pozduğunu, ona görə də zərərin əvəzini istəməkdə haqlı olmadığını vurğulaması açıq-aşkar yanlış və hüquqa uyğun olmayan bir yanaşma olmuşdur. Çünki müqavilənin həmin şərti tərəflərin iradə ifadəsinin həqiqi mənasına görə həm də cavabdehin öhdəliyini ehtiva edir. Ancaq cavabdeh müqavilənin həmin şərtində nəzərdə tutulan öhdəliyini icra etmədən notariusun depozit hesabından bank hesabına köçürülməli olan həmin vəsaiti nağdlaşdıraraq məxaric etmişdir. Bir daha vurğulanır ki, iddiaçı tərəfindən satıcının bank hesabına nağdsız qaydada köçürülməsi üçün vəsait notariusun depozit hesabına ödənilmişdir. Bu hal müqavilə üzrə öhdəliyin pozulması demək deyil. Məhkəmənin bu mövqeyi cavabdehin aşkar formada yayınaraq notariusun depozit hesabındakı pulu nağd formada məxaric etməklə müqavilə üzrə öhdəliyini kobud surətdə pozmasına haqq qazandırmışdır. Bu cür yanaşma isə ədaləti təmin etmir.

30. Bundan əlavə, müqavilə üzrə hesablaşmanın nağdsız qaydada həyata keçiriləcəyi barədə tələb sadəcə müqavilə öhdəliklərindən deyil, eyni zamanda qanunvericiliyin imperativ tələbindən irəli gəlir. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4 və 3.4.14cü maddəsinin tələbinə əsasən bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər və hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir. Yəni, qanunvericilik cavabdehə yaşayış və qeyri-yaşayış sahələrinin satışından irəli gələn münasibətlər üzrə hesablaşmanın nağd qaydada olması hüququnu tanımır.

31. Deməli qeyd olunan maddənin tələbinə görə hesablaşmanın yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulub, nağd formada hesablaşma isə istisna edilib. Ancaq birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməli olması barədə öz mövqeyini əsaslandırarkən həm də cavabdehin pulu nağd şəkildə məxaric etmək hüququnun olduğunu, bu hüququndan istifadə etdiyinə görə iddiaçıya hər hansı dəymiş zərərdən söhbət getmədiyini qeyd etmişdir.

32. Demək, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normasının tələbini pozub, yəni qanunla qadağan edilən hərəkətin (nağd qaydada hesablaşmanı həyata keçirməyin) cavabdehin hüququ olduğunu qeyd etmişdir. Cavabdeh sadəcə müqavilə üzrə razılaşmanın deyil, eyni zamanda qanunvericiliyin tələbini kobud surətdə pozmuş, lakin birinci instansiya məhkəməsi bu məqama diqqət yetirməyərək daha bir kobud pozuntuya yol vermişdir.

33. Birinci instansiya məhkəməsi özünün mövqeyini əsaslandırmağa çalışarkən iddiaçı tərəfindən notariat orqanına hesablaşma zamanı cavabdehin bank hesabına nağdsız formada köçürmə edilməsi barədə şifahi məlumatın verilmədiyini qeyd etmişdir. Həmçinin qətnamədə qeyd olunur ki: “iddiaçı almış olduğu əmlakın dəyərini cavabdehin bank hesabına köçürülməsini rəsmiləşdirilməni həyata keçirən notariat orqanından tələb etməli və pulu yalnız o halda köçürəcəyini bəyan etməli idi (tərəflər arsında bağlanmış müqavilənin 3.1-ci bəndinə iddiaçının özü riayət etməmişdir). Lakin iddiaçı bunu etməmişdir.”

34. Müqavilədə hesablaşmanın hansı formada həyata keçirilməli olduğu artıq müəyyənləşdirilmişdi. Ona görə də müqavilə bağlanarkən iddiaçının yenidən şifahi formada nəyisə bildirmək barədə öhdəliyinin mövcuduğundan söhbət gedə bilməz. Nə müqavilədə, nə də hansısa qüvvədə olan hüquq normasında belə bir öhdəliyinin mövcud olması göstərilməmişdir. Tərəflər arasındakı mövcud münasibətlər müqavilədən irəli gəldiyindən öhdəliklərinin yaranma əsası qismində məhz müqavilə çıxış etmişdir. Bu zaman iddiaçı tərəfindən müqavilə üzrə öhdəlikləri tam icra edilmiş, cavabdeh tərəfindən isə müqavilə üzrə hesablaşmanın nağdsız formada həyata keçirilməli olması barədə öhdəlik kobud surətdə pozulmuşdur. Təsadüfi deyildir ki, məhkəmə iddiaçını notariat orqanına hesablaşma barəsində əlavə şifahi nəyisə bildirməli olduğu barədə öhdəliyinin nədən qaynaqlandığı, bunun hüquqi əsasını qətnamədə qeyd etməmişdir.

35. Göstərilənlərdən başqa, birinci instansiya məhkəməsi qətnamədə müqavilə qiymətinin satıcıya, yəni cavabdehə nağd şəkildə ödənildiyini, iddiaçının əlavə dəyər vergisinin qaytarılması barədə hazırki iddia tələbini qaldırmasının əsassız olduğunu qeyd etmişdir. Məhkəmənin mövqeyinə görə, iddiaçı tərəfindən alınan mənzilin dəyəri cavabdehə yox, notariusun Bank hesabına köçürülmüş, bundan sonra həmin Bank hesabından cavabdeh tərəfindən nağd şəkildə məxaric edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının notariusun depozit hesabına pul köçürməyini ödənişin nağd formada həyata keçirilməsi kimi qiymətləndirməsi düzgün yanaşma olmamışdır. Alıcı kimi iddiaçı qanunvericiliyin tələblərinə əməl etməklə pulu depozit hesabına köçürməli idi. Bu zaman qarşı tərəf müqavilənin tələblərinə riayət etməklə pulu nağdsız formada bank hesabına qəbul etsə idi, aralarındakı hesablaşma nağdsz formada həyata keçirilmiş olacaqdı. Birinci instansiya məhkəməsinin qeyd etdiyinin əksinə, hesablaşmanın nağd formada həyata keçirilməsinin səbəbi iddiaçı tərəfindən pulun notariusun depozit hesabına köçürülməsi deyil, cavabdehin pulu nağd şəkildə məxaric etməsi olmuşdur. Odur ki, burada iddiaçı tərəfindən ödənişin nağd formada həyata keçirilməsindən söhbət belə gedə bilməz. Təsadüfü deyil ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanının 2 və 2.4-cü bəndində fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etməyi Azərbaycan Respublikasının Iqtisadiyyət Nazirliyinə tapşırmışdır. Fərmanın qeyd olunan bəndi həm də Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alınmasını təşviq etmək olmuşdur. Çünki bu qayda həm də bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin vergidən yayınma hallarının qarşısını almaq məqsədi daşıyır.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlar baxımından da iddianın əsaslı olması qənaətinə gəlmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 21.1, 21.2, 390.1, 404.1, 404.2, 425.1, 442, 443.1, 443.2, 448.1, 448.2, 560.1, 560.2, 560.3, 560.3.2, 560.3.3, 560.3.4.-cü, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4, 3.4.14-cü “Notariat haqqında” Qanunun 74-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 1.1, 1.2, 1.3, 1.4, 1.5 və 1.6-cı bəndlərinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

38. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

40. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - işin hallarına görə ## ##### 2024-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən iddiaçıya mənzil almaq üçün 252 ay müddətinə, illik 8 faizlə 150.000 manat kredit verilib. ## ##### 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh, ünvan 1i ** saylı evin ** saylı mənzilini 315.380 manata iddiaçıya satmağı, sonuncu isə həmin pul vəsaitini cavabdehin bank hesabına köçürməyi öhdəsinə götürüb. ## ##### 2024-cü il tarixli ödəniş tapşırığına əsasən, iddiaçının adına olan hesabdan “xxxx” ASC tərəfindən cavabdehin qanuni təmsilçisi X3 ödənilməsi üçün Bakı şəhəri, ** saylı Notariat ofisinin notariusu X1 “Bank “xxxx” ASC Sənaye filialında olan depozit hesabına 315.000 manat köçürülüb və notariusun ## #### 2024-cü il tarixli arayışına əsasən notariusun depozit hesabına mədaxil edilmiş vəsait cavabdehin istəyinə uyğun olaraq çek verilərək nağd qaydada məxaric olunub; - hazırda iddiaçı sözügedən mənzilin dəyərinin cavabdeh tərəfindən qanunsuz olaraq nağd qaydada məxaric edildiyi üçün 14.423,65 manat əlavə dəyər vergisinin ona geri qaytarlmadığını və nəticədə əldən çıxmış fayda növündə ona maddi zərər dəydiyini göstərib, cavabdehdən onun xeyrinə 14.423,65 manatın tutulmasını iddia edir. Cavabdeh isə iddiaçının özünün müqavilənin şərtini pozaraq mənzilin dəyərini onun bank hesabına deyil, notariusun depozit hesabına köçürdüyünü, mənzilin dəyərinin onun bank hesabına köçürülməklə müqavilənin rəsmiləşdirilməsini notariusdan tələb etmədiyini, vergidən yayınmadığını, öz üzərinə düşən öhdəliyini tam icra etdiyini, mənzilin dəyərinin notariusun depozit hesabından nağd qaydada çıxarmaq onun hüququ olduğu üçün bu hüququndan istifadə etdiyini göstərib, iddiaya etiraz edir; - əvvəla, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı sözügedən mənzili cavabdehdən ## ##### 2024-cü il tarixli, A */** saylı notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi ilə 315.380 manata satın aldığını, həmin müqavilə üzrə cavabdehin təqsiri üzündən ona 14.432,65 manat əlavə dəyər vergisinin geri qaytarılmadığını və nəticədə əldən çıxmış fayda növündə ona maddi ziyan dəydiyini iddia etsə də, işdən görünür ki, sözügedən alqısatqı müqaviləsi, ümumiyyətlə, notarial qaydada deyil, sadə yazılı formada bağlanıb; - digər tərəfdən, işə əlavə edilmiş Bakı şəhəri, ** saylı Notariat ofisinin ## #### 2024-cü il tarixli arayışından görünür ki, tərəflər arasında sözügedən mənzilə dair alqı-satqı və ipoteka müqaviləsi əslində ## ##### 2024-cü il tarixdə deyil, ## ##### 2024-cü il tarixdə *-Ə-***- nömrəli reyestrdə qeydə alınmaqla bağlanıb. Işdə isə qeyd olunan alqı-satqı və ipoteka müqaviləsinin surəti belə, yoxdur; - işə baxan məhkəmələr bu hala diqqət yetirməyib və qeyd olunan alqı-satqı, ipoteka müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etməyi işdə iştirak edən şəxslərə təklif etməyib. Halbuki, MPM-in 77.3-cü maddəsinin mənasına görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər; - daha sonra, tərəflər arasında bağlanmış sözügedən alqı-satqı müqaviləsinin 3.1-ci bəndindən görünür ki, iddiaçı mənzilin dəyərini təşkil edən 315.380 manat həcmində pul vəsaitini cavabdehin bank hesabına köçürməyi öhdəsinə götürməsinə baxmayaraq, həmin vəsaitdən 315.000 manatı notariusun bankda olan depozit hesabına köçürüb; - tərəflər arasında hazırkı mübahisə müqavilə üzrə öhdəliyin lazımınca icra edilməməsi nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı yarandığından, iddiaçının cavabdehə qarşı hazırkı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21.2, 443.1, 443.4-cü maddələrinin tələbləri nəzərdən keçirilə bilər. Məlum olduğu kimi Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı verilib və orada həm real zərərdən, həm də əldən çıxmış faydadan söhbət açılır; - normanın mənasına görə real zərərin tərkibinə də pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər və əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər daxildir; - əldən çıxmış fayda dedikdə – hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və ya qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur; - hər bir halda əldən çıxmış faydanın ödənilməsi tələbini irəli sürmüş tərəf, pozuntu ilə (öhdəliyin lazınca icra edilməməsi) ziyan arasında səbəbli əlaqəni və ziyanın məbləğini sübut etməlidir. Yəni öhdəliyini icra etməyən borclu bir qayda olaraq kreditora dəymiş zərərin əvəzini ödəməlidir; - belə ki, borclu öhləliyin icra edilməməsi onun qəsdən və ya ehtiyatsızlıqla etdiyi hərəkətlər nəticəsində baş verdiyi hallarda məsuliyyət daşıyır. Lakin öhdəlikdə bundan fərqli qayda da nəzərdə tutula bilər və ya onun mahiyyətindən başqa qayda da irəli gələ bilər; - eyni zamanda, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.14-cü maddəsində göstərilir ki, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər, hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir; - həmçinin, Azərbaycan Respublikası Prezidentinin ## ### 2022-ci il tarixli, **** saylı Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası”nın 1.3, 1.4-cü bəndlərində göstərilir ki, ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür; - əvvəla, apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 3.1-ci bəndinin tələblərini səhv təfsir edib, “Ödəmə şərtləri” adlanın həmin bəndin bilavasitə iddiaçının vəzifəsinə aid olduğunu, məhz onun alıcı olaraq müqavilənin həmin bəndində nəzərdə tutulan şərti pozaraq mənzilin dəyərini satıcının, yəni cavabdehin bank hesabına köçürməyi öhdəsinə götürməsini, lakin müqavilənin bu şərtini pozaraq mənzilin dəyərini cavabdehin bank hesabına deyil, notariusun bankada olan depozit hesabına köçürməsini nəzərə almadan, başqa sözlə cavabdehin öhdəliklərini lazınca icra edib-etmədiyini tam və hərtərəfli araşdırmadan, cavabdehin hərəkətləri ilə ziyan arasında hər hansı səbəbli əlaqənin olub-olmadığını müəyyən etmədən, yalnız iddiaçının irəli sürdüyü formal mülahizələrlə kifayətlənərək əlavə dəyər vergisinin iddiaçıya qaytarılmamasının məhz cavabdehin təqsiri üzündən baş verdiyi nəticəsinə gəlmişdir - digər tərəfdən, sözügedən “Qaydalar”ın 1.3 və 1.4-cü bəndlərinin mənasına görə, əlavə dəyər vergisi alıcıya o halda qaytarılır ki, yaşayış sahəsinin...dəyəri nağdsız qaydada satıcıya məhz tam şəkildə ödənilmiş olsun. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə mənzilin dəyəri 325.380 manat göstərildiyi halda, iddiaçı notariusun depozit hesabına cəmi 315.000 manat köçürüb; - apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə, bu məsələyə aydınlıq gətirməyib və iddiaçının sözügedən mənzilin dəyərini tam şəkildə ödəyib-ödəməməsini aydınlaşdırmayıb; - bundan başqa, əlavə dəyər vergisinin alıcıya qaytarılması hər bir halda alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir və alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, əlavə dəyər vergisinin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yarıdır; - işdə, qeyd olunanları təsdiq edən heç bir yazılı sübut yoxdur, əksinə işə əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı mənzilin dəyərini cavabdehin bank hesabına deyil, notariusun bankda olan depozit hesabına köçürüb, cavabdeh isə həmin vəsaiti nağd şəkildə məxaric edib, yəni pul vəsaiti nağdsız şəkildə yox, nağd şəkildə cavabdehə təqdim edilib. Belə olan halda qanunvericiliyin tələbinə görə, nağd şəkildə ödənilən pul vəsaiti üzrə əlavə dəyər vergisinin qaytarılmasına yol verilmir; - apellyasiya instansiyası məhkəməsi işə baxarkən qeyd olunan halları, habelə iddiaçının özünün təqsirli hərəkətlərini və onun mənzilin dəyərini nağdsız qaydada cavabdehə ödəməməsi faktını nəzərə almayıb; - eyni zamanda, işdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl əlavə dəyər vergisinin qaytarılması barədə vergi orqana müraciət edib, lakin ödənişin nağdsız qaydada həyata keçirilməsi barədə sənəd təqdim etmədiyi, əlavə verilən müddət ərzində isə çatışmamazlıqları aradan qaldırmadığı üçün ## ### 2024-cü il tarixli Qərarla iddiaçıya əlavə dəyər vergisinin qaytarılmasından imtina edilib. Bu qərar da qüvvədədir və məhkəmə qaydasında mübahisələndirilməyib; - bu baxımdan, işdə olan sübutlar təhlil edilmədən, onların mötəbərliyi yoxlanılmadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ####### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad Imanov, Məmməd Məmmədov)

42. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə çıxarılmışdır.

43. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən, iddiaçı mənzilin dəyərini təşkil edən 315380 manat həcmində pul vəsaitini cavabdehin bank hesabına köçürməyi öhdəsinə götürmüşdür. Lakin iş materialları ilə müəyyən edilir ki, həmin vəsaitdən 315000 manat notariusun bankda olan depozit hesabına köçürülmüşdür. Cavabdeh isə həmin vəsaiti notariusun bank hesabından nağd şəkildə çıxarmışdır. Qanunvericilyin tələblərinə görə ƏDV-nin qaytarılmasına o halda yol verilir ki, yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə nağdsız qaydada ödənmiş olsun. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq olaraq, iddiaçı yüksək məhkəmənin mövqeyini mübahisələndirilməsi səciyyəsində əsaslardan çıxış etmiş, lakin bu mövqedən fərqli əsaslar müəyyən edilməsi üçün əsaslı faktoloji və hüquqi dəlillər təqdim etməmişdir.

44. Əlavə araşdırma zamanı isə müəyyən edilmişdir ki, sözügedən alqı-satqı müqaviləsi, ümumiyyətlə, notarial qaydada bağlanmış və ipoteka müqaviləsi ilə birlikdə ## ##### 2024-cü il tarixdə *-Ə-***- nömrəli reyestrdə qeydə alınmışdır. Iddiaçı cavabdehin hesablaşma mərhələsində öhdəliyini qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə zidd icra etdiyini, hesablaşma mərhələsində hesablaşmanın nağd qaydada ödənilməsində israr etdiyini, nəticədə hesablaşmanın nağd qaydada aparıldığını qeyd etsə də, özünün bu qaydada ödənişin aparılmasına razılığın verilməsinə və nağdsız qaydada rəsmiləşdirmə aparılması üçün maneaələrin nədən ibarət olmasını əsaslandırmamışdır. Qanunvericilik isə əlavə dəyər vergisinin alıcıya qaytarılmasını hər bir halda alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirildiyini və alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, əlavə dəyər vergisinin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradılmalı olduğu halda, qeyd olunanları təsdiq edən heç bir yazılı sübut yoxdur, əksinə işə əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı mənzilin dəyərini cavabdehin bank hesabına deyil, notariusun bankda olan depozit hesabına köçürüb, cavabdeh isə həmin vəsaiti nağd şəkildə məxaric edib, yəni pul vəsaiti nağdsız şəkildə yox, nağd şəkildə cavabdehə təqdim edilib.

45. Eyni zamanda, işdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl əlavə dəyər vergisinin qaytarılması barədə vergi orqana müraciət edib, lakin ödənişin nağdsız qaydada həyata keçirilməsi barədə sənəd təqdim edilmədiyi və o, əlavə verilən müddət ərzində isə çatışmamazlıqları aradan qaldırmadığı üçün ## ### 2024-cü il tarixli Qərarla iddiaçıya əlavə dəyər vergisinin qaytarılmasından imtina edilib. Bu qərar da qüvvədədir və məhkəmə qaydasında mübahisələndirilməyib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

46. Iddiaçı (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Qeyd edilən halların heç birini borclu sübuta yetirə bilməmişdir. Öhdəliyini icra etməyən borclu bir qayda olaraq kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Iddiaçı mənzilin dəyərini qanunvericiliyin tələblərinə uyğun olaraq notariusun bankda olan depozit hesabına nağdsız qaydada köçürüb, cavabdeh isə notariusun icazəsi ilə həmin vəsaiti nağd şəkildə məxaric etməklə müqavilə şərtlərini pozaraq iddiaçıya ziyan vurub. Məhkəmə bir tərəfdən borclunun icranı gecikdirilməsini müəyyən edib, digər tərəfdən cavabdehin təqsirsizliyini sübut edən halları müəyyən edə bilməməklə onun təqsirsizliyi qənaətinə gəlmişdir.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları fərqli qiymətləndirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.14. daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər; “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 74. Daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Notarius belə müqavilələri pul məbləği bankda açılmış depozit hesabına ödənildikdə təsdiq edir. Daşınmaz əmlak barəsində sərəncam verilməsi ilə bağlı müqavilənin rəsmiləşdirilməsi və hüquqların dövlət qeydiyyatı ilə bağlı müqavilə üzrə tərəflərin qanunvericiliklə müəyyən edilən xərcləri notariusun ödəniş tapşırığında təyinatı göstərilməklə, bankda açdığı depozit hesabından eyni vaxtda ödənilir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanı təsdiq edilmiş «Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Bənd 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. Bənd 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. Bənd 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Bənd 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Bənd 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. Bənd 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

53. Apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarında şərh edilən və hazırki qərarın 40-cı bəndində qeyd edilən göstərişlərə tam əməl etməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin adı çəkilən qərarında iddiaçının sözügedən mənzili ## ##### 2024-cü il tarixli, A */** saylı alqı-satqı müqaviləsi ilə almasına istinad etməsinə baxmayaraq, Bakı şəhəri, ** saylı Notariat ofisinin ## #### 2024-cü il tarixli arayışına əsasən alqı-satqı və ipoteka müqaviləsinin əslində ## ##### 2024-cü il tarixdə deyil, ## ##### 2024-cü il tarixdə *-Ə-***- nömrəli reyestrdə qeydə alınmaqla bağlanması, lakin işdə isə qeyd olunan alqı-satqı və ipoteka müqaviləsinin surətinin belə olmaması qeyd edilmiş və bu hala aydınlıq gətirilməsi barədə göstəriş olmuşdur.

55. Apellyasiya instansiyası məhkəməsi bu göstərişə əməl etməmiş, istinad edilən müqavilənin işə əlavə edilməsi və mənzilin alqı-saqtı müqaviləsinin hansı tarixdə bağlanması ilə bağlı məsələlər üzrə hər hansı hərəkət etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halı kimi sözügedən alqısatqı 56. müqaviləsinin notarial qaydada bağlanması və ipoteka müqaviləsi ilə birlikdə ## ##### 2024-cü il tarixdə *-Ə-***- nömrəli reyestrdə qeydə alınmasını göstərsə də, qeyd edilən müqavilə işə əlavə edilmədiyi üçün bunun nəyə istinadən müəyyən edilməsi qətnamədən görünmür.

57. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır.

58. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi ona istinad edib ki, qanunvericilik əlavə dəyər vergisinin alıcıya qaytarılmasını hər bir halda alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirildiyini və alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, əlavə dəyər vergisinin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradılmalı olduğu halda, qeyd olunanları təsdiq edən heç bir yazılı sübut yoxdur, əksinə işə əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı mənzilin dəyərini cavabdehin bank hesabına deyil, notariusun bankda olan depozit hesabına köçürüb, cavabdeh isə həmin vəsaiti nağd şəkildə məxaric edib, yəni pul vəsaiti nağdsız şəkildə yox, nağd şəkildə cavabdehə təqdim edilib.

59. Qeyd edilməlidir ki, hazırkı işdə mübahisəli məsələ də iddiaçının notariusun depozit hesabına ödədiyi pulun sonradan satıcının nümayəndəsi vasitəsilə nağd şəkildə məxaric edilməsi iddiaçı tərəfindən müqavilə üzrə pulun nağd və nağdsız ödəməsi sayılmasıdır. Məhz buna aydınlıq gətirilməklə iddiaya qiymət verilməli idi.

60. Iddiaçının pulun notariusun depozit hesabına ödəməsi nağd olsa da, depozitdən pulun cavabdehin bank hesabına köçürülməsi və ya həmin pulun nağd qaydada çıxarılmasında iddiaçının qanunvericliyə görə daha nə kimi hərəkətlər etməli olması, ümumiyyətlə, oxşar hallarda, alıcının pulu nağd qaydada notariusun depozit hesabına keçirməkdən savayı, alternativ olaraq başqa bir qaydada da ödəniş etmək imkanının olub-olmamasına aydınlıq gətirilməmişdir.

61. Halbuki apellyasiya instansiyası məhkəməsi alqı-satqı əməliyyatını aparan notariat orqanı vasitəsilə də bunu aydınlaşdıra, notariat orqanları tərəfindən təcrübədə nağdsız ödənişlərin hansı qaydada aparılması prosedurunu, pulun depozitə nağd çəkildə ödənilməsindən sonra ödənişin nağdsız olması üçün alıcının daha hansı hərəkətləri etməli olmasını, eləcə məhz bu işdəki əməliyyat üzrə pulun satıcı tərəfindən hansı əsasla nağd və ya nağdsız şəkildə məxaric edilməli olmasını müəyyən edə bilərdi.

62. Müqavilənin “ödəmə şərtləri” adlanan 3.1-ci bəndinə görə alıcı, yəni iddiaçı müqavilə ilə razılaşdırılmış pul vəsaitini satıcının, yəni cavabdehin bank hesabına köçürməyi öhdəsinə götürmüşdür.

63. Qeyd edilən şərt alıcının pulu nağdsız şəkildə ödəməli olmasını göstərsə də, yuxarıda qeyd edilən hallar qeyri-müəyyən olduğu üçün bu şərtin iddiaçı (alıcı) tərəfindən hansı formada icra edilməli olmasının da qeyri-müəyyən qalmasına gətirib çıxarmışdır. Bu da gəlinən nəticənin əsaslı olmasını istisna edir.

64. “Notariat haqqında” Qanunun 74-cü maddəsinə görə daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir.

65. Buna görə də iddiaçı (alıcı) və cavabdehin (satıcının) alqı-satqı ilə bağlı hərəkətləri, işin digər halları, o cümlədən ödənişin nağd şəkildə aparılmasının kimin mənafeyinə uyğun olması ilə birgə “Notariat haqqında” Qanunun 74-cü maddəsi baxımından qiymətləndirmə tələb edirdi.

66. Həmçinin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.14-cü maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər, hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir.

67. Eyni zamanda cavabdehin nağd şəkildə pulu məxaric etməsinə aid sübutların iddiaçıda olmaması ehtimalı və onun belə sübutları təqdim etmək imkanının olmaması nəzərə alınarsa, həmçinin cavabdehlə digər alıcılar arasında olan oxşar müqavilərlə üzrə də ödənişnin hansı formada aparılmasına dair apellyasiya instansiyası məhkəməsi müvafiq sübutların təqdim edilməsini cavabdehə təklif etməmişdir. Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsini də tələb edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

68. Buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən hallara aydınlıq gətirilmədiyi üçün iddianın rədd olunması barədə gəlinən nəticənin əsaslı olmasına da qiymət vermək mümkün deyil.

69. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iş üzrə Ali Məhkəmənin qərarı müvafiq olaraq mübahisənin bu və ya digər formada həll edilməsi üçün formal əsas kimi götürülməməlidir. Bütün hallarda konkret iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə tam şəkildə əməl olunmalı, məhz bundan sonra mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.

70. Hazırki işdə isə apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu iş üzrə əvvəlki qərarında şərh edilən göstərişlərlə bağlı tam araşdırma aparmadan Ali Məhkəmənin qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməli olan hallar kimi qeyd etdiyi məsələləri müəyyən edilmiş hallar kimi göstərərək Ali Məhkəmənin həmin qərarını iddianı rədd etmək üçün formal əsas kimi qəbul etmişdir. Halbuki Ali Məhkəmənin qərarında göstərilən məsələlərin olub-olmamasını işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi özü müəyyən etməli idi.

71. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

72. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı Iddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- ****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar