Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-262/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. ünvan 5) ünvanda yerləşən, 943,8 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli dövlət reyestrdən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan 943,8 kv.m ibarət olan daşınmaz əmlakın Xəqani küçəsi, 93 ünvanda yerləşən “C” tikilisinin 200 kv.m sahəsi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin (“xxxx” İctimai Birliyi) qanunsuz istifadəsində olmuşdur. Cavabdeh həmin sahədən 2017-ci ildən ovçuluq məhsullarının satışı üçün istifadə etmişdir;
3. Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin (“xxxx” İctimai Birliyi) iddiaçı İddiaçı İsmayıl oğluna məxsus həmin 200 kv.metr sahədən çıxarılması qət edilmişdir;
4. Həmin qətnamə ##.##.2024-cü il tarixdə icra olunmuş və cavabdeh iddiaçıya məxsus 200 kv.m qeyri-yaşayış sahəsindən çıxarılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı İsmayıl oğlu iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyindən (“xxxx” İctimai Birliyi) 108.000 manat vurulmuş ziyanın, 2022-ci ildə 437,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, “xxxx” MMC-yə ödənilmiş 300 manat qiymətləndirmə xərcinin, 31 manat sifarişli poçt xərcinin, ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun, “xxxx” MMC-yə ödənilmiş 300 manat və “xxxx” MMC-yə ödənilmiş 400 manat, ümumilikdə 109.868,66 manat pulun alınaraq, iddiaçı İddiaçı İsmayıl oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 5) ünvanda yerləşən, 943,8 kv.m sahədən ibarət əmlak kompleksi kimi müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli dövlət reyestrdən çıxarışa əsasən onun mülkiyyətindədir. Mülkiyyətində olan, 943,8 kv.m ibarət olan daşınmaz əmlakın Xəqani küçəsi, 93 ünvanda yerləşən “C” tikilisinin 200 kv.m sahəsi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin (“xxxx” İctimai Birliyi) qanunsuz istifadəsində olmuşdur. Cavabdeh həmin sahədən 2017-ci ildən ovçuluq məhsullarının satışı üçün istifadə etmişdir. ## ###### 2019-cu il tarixdə və ## ### 2022-ci il tarixdə cavabdehə yazılı surətdə müraciət edərək, mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmiş, lakin müraciətlərinə cavab verilməmişdir. Cavabdehin qanunsuz hərəkətindən və mülkiyyətində olan sahənin boşaldılması və vurulmuş ziyanın ödənilməsinə dair ## #### 2022-ci ildə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bu iddia üçün 437,66 manat dövlət rüsumu ödəmişdir. Səbail Rayon Məhkəməsinin ##.##.2022ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi (“xxxx” İctimai Birliyi) iddiaçı İddiaçı İsmayıl oğluna məxsus olan sahədən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsi ##.##.2022-ci il tarixində qüvvəyə minmiş və ##.##.2022-ci il tarixində icra vərəqəsi verilmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələrlə icra hərəkətindən yayınmış, Səbail rayon icra şöbəsinin icra məmuru ilə icra hərəkətlərini icra etmək üçün getdikdə obyekti bağlamış və icradan yayınmışdır. Bunu həmin gün tərtib edilmiş aktlar, fotoşəkillər və video görüntülər təsdiq edir. Dəfələrlə Birliyin sədri Füzuli Əşrəfova, onun vəkili və nümayəndəsi ilə görüşmüşdür. Mülkiyyətindən qanunsuz istifadəyə son qoymasını, obyektdən istifadəyə görə icarə haqqı ödəməyi, yaxud obyekti boşaltmağı tələb etmişdir. Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin icrasını əngəlləmək məqsədi ilə cavabdeh ona və icra məmuruna qarşı müxtəlif əsassız iddia ərizələri verməklə mülkiyyətindəki sahəni boşaltmamışdır. ## ##### 2024-cü ilə kimi cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “C” tikilisinin 200 kv.m sahəsindən qanunsuz şəkildə istifadə etmiş və gəlir götürmüşdür. Mülkiyyətindəki qeyri yaşayış sahəsinə dair iddiaçı ilə hər hansı müqaviləsi yoxdur və ümumiyyətlə olmamışdır. Halbuki, başqasının mülkiyyətindəki olan sahədən istifadə edilməsi üçün mütləq şəkildə icarə müqaviləsi olmalıdır və icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Bakı şəhərinin Xəqani küçəsi ticarət və xidmət fəaliyyəti üçün ən gəlirli yerlərindən hesab edilir. Bu ərazidə 1-ci mərtəbədə yerləşən obyektlərinin 1 kv.m icarə qiymətləri 30-50 manat arasında dəyişir. Onun mülkiyyətində olan və cavabdeh tərəfindən istifadə edilən qeyri-yaşayış sahəsinin 1 kv.m sahənin icarə qiymətinin müəyyənləşdirilməsi üçün tərəfindən Azərbaycanda tanınmış qiymətləndirmə şirkəti olan “xxxx” MMC-yə müraciət etmişdir. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ƏEM/M **-***/** nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən hüquqi ünvanı ünvan 7 olan qeyri-yaşayış binasının ünvan 3 ünvanında yerləşən “C” tikilisinin 200,0 kv.metr sahəsinin 1 kv.metr üzrə orta aylıq icarə haqqı ## #### 2024-cü il tarixinə 30,0 (otuz) manat/1 kv.metr (vergi və digər xərclər xaric) təşkil edir. Beləliklə də, cavabdeh hər ay ona ən azı 6000 (altı min) manat ziyan vurmuşdur. Belə olan halda, ## ####### 2022-ci il tarixindən ## ##### 2024-cü il tarixinə qədər olan müddət 18 ay təşkil edir və riyazi hesablamalara əsasən ona 108.000 manat (18 ay x 6.000 manat (hər ay üçün icarə haqqı) məbləğində maddi zərər vurulmuşdur. Bundan əlavə 2022-ci ildə Səbail Rayon Məhkəməsinə cavabdehin qanunsuz sahibliyində olan daşınmaz əmlakdan çıxarılması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia verilən zaman 438 manat dövlət rüsumu ödəmişdir. Bir neçə dəfə poçt vasitəsi ilə sifarişli xəbərdarlıqlar göndərmişdir. Mülkiyyətində olan daşınmaz əmlaka cavabdehin qanunsuz sahibliyi nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Tərəfindən ## #### 2024-cü tarixdə cavabdehə vurulmuş zərərin könüllü surətdə odənilməsinə dair pretenziya məktubu göndərilsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehin qanunsuz hərəkətindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, qeyd edir ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və adına VÖEN yoxdur. Bu səbəbdən də mübahisə kommersiya mübahisəsi hesab edilmir.
7. Cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Haqverdiyev Ramiz İsmayıl oğlunun “xxxx” İB-nə qarşı iddia ərizəsi üzrə tələbi cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 109.168,66 manat məbləğin, o cümlədən 108.000 manat icarə haqqı borcunun, 2022-ci ildə 437,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 300 manat ekspert xərcinin, 31 manat sifarişli poçt xərcinin və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun tutulmasıdır. İddia tələbinin əsası kimi ona istinad edir ki, ünvan 2 üvanında yerləşən 200 kv.m. qeyri-yaşayış sahəsi 2017-ci ildən onun mülkiyyətindədir və cavabdeh tərəfindən qanunsuz istifadə edilmişdir. Cavabdehin mülkiyyətçi ilə müqaviləsi olmadığından, sahəndən istifadə etməsi ilə cavabdeh tərəfindən dilek törədildiyini hesab edir. Həmin sahənin aylıq icarə haqqı 6.000 manat hesabı ilə 18 ay qanunsuz istifadə müddəti üçün 108.000 manat təşkil edir. Cavabdehin həmin sahədən çıxarılması barədə iddia qaldırmışdır və həmin iddia üçün 437,66 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsində tələbin əsasları kimi qeyd olunan dəlilləri və eyni tələblə bağlı tərəflər arasında mübahisəyə dair mövcud qətnamə ilə müəyyən edilmiş hallar baxımından hazırkı iddia əsassızdır və təmin edilə bilməz. 1. İlkindən qeyd olunmalıdır ki, hazırkı mübahisə ilə bağlı delik mövcud olması üçün cavabdeh tərəfindən iddiaçıya bir başa və ya dolayısı ilə zərər vurulması ilə nəticələnən mülki hüquq pozuntusuna yol verilməlidir. Yəni cavabdeh qeyd olunan sahəni qanunsuz zəbt etməli, özbaşına sahibliyinə almalı kimi hərəkətləri ilə bağlı hallar mövcud olmalıdır. Lakin cavabdeh həmin sahəni icarə əsasları ilə istifadəsinə almış və bu hal iddiaçıya məlumdur. Lakin adı çəkilən mövcud icarə müqaviləsi indiyə kimi mübahisələndirilməmişdir. 2. Cavabdeh həmin sahəni istifadəsinə özbaşına zəbt etməmiş, əmlak kompleksinin mülkiyyətçisi olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən yerləşdirilmişdir və bununla bağlı tərəflər arasında ##.##.2015-ci il tarixdə bağlanmış icarə müqaviləsi mövcuddur. İcarə müqaviləsinə əsasən verilən sahə Xəqani küçəsi tərəfdə yerləşir və icarədə olan sahə 200 kv.m. yox, 120 kv.m. təşkil edir. “xxxx” İBnin istifadəsinə tərəflər arasında mövcud ##.##.2015-ci il tarixli icarə müqaviləsi əsasında ##.##.2016-cı il tarixdə verilmişdir. 3. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə “xxxx” İB-nin arasında icarə müqaviləsinin bağlanması və sahənin onun istifadəsinə verilməsinə əsas İB-nə məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 29 ünvanda yerləşən torpaq sahəsinidə hündür mərtəbəli bina kompleksinin tikintisinin aparılması və bunun üçün sakinlərin köçürülməsinin birgə təmin edilməsi ilə bağlı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə “A3 Sənaye Tikinti İnvestiyas Korporasiyası” MMC arasında ##.##.2015-ci il tarixdə bağlanmış müqavilə olmuşdur. 4. Göründüyü kimi, iddia ərizəsində adı çəkilən qeyri-yaşayış sahəsinə iddiaçı mülkiyyət hüququ əldə etməmişdən bir il əvvəl “xxxx” İB-nin istifadəsinə verilmişdir. Ona görə də, mübahisəli sahənin iddiaçının mülkiyyətində və istifadəsində olduğu zaman “xxxx” İB tərəfindən zəbt edilməsinə dair iddiaçının göstərdikləri həqiqətə uyğun deyildir. 5. Adı keçən sahənin 2017-ci ildən əvvəl Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə məxsus olduğu mübahisələndirilmir. Lakin həmin sahənin 2017-ci ildən sonra iddiaçıya təhvil verildiyi müəyyən edilmir. Belə bir təhvil vermə mümkün də deyildir. Çünki “xxxx” İB-nin həmin sahədən çıxarılması, onunla Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC arasında mövcud müqaviləyə xitam verilməli və ya başqa yerlə təmin edilməli məsələsi öncədən həll edilməli idi. Hər bir halda təhvil-təslimdə sahənin faktiki istifadəsində olan “xxxx” İB iştirak etməli idi. 6. Nəticə etibarı ilə mübahisəli sahə ilə bağlı müəyyən edilən hallar ardıcıllığına görə, iddiaçı mülkiyyət hüququnu əldə etmiş olsa da, sahəni təhvil götürməmişdir. Bu məsələni də cavabdeh “xxxx” İB ilə deyil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə həll etməli idi. 7. Lakin iddiaçı özü də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin səhmdarlarından biri olduğundan məsələni dolayısı ilə məhkəmə yolu ilə həll edilməsinə üstünlük vermişdir. 8. Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” İB adı çəkilən qeyri-yaşayş sahədən çıxarılması qət edilmişdir. Etirazın yuxarıdakı bəndlərində qeyd edilənlər tam şəkildə həmin qətnamədə müəyyən edilmişdir. 9. Məhkəmə qətnaməsinin icrası ilə bağlı “xxxx” İB mövcud icarə müqaviləsinin tələbinə uyğun olaraq Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-dən onu başqa ünvanda yerləşdirilməsini və ya yerləşdirilməsinə çəkiləcək xərclərin ödənilməsini tələb etmişdir. Lakin məsələ həll edilmədiyindən məhkəməyə müraciət etmişdir. 10. Bakı Kommersiya Məhkəməsinin e-2- *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddia Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCnə nisbətdə qismən təmin edilmişdir. Bundan sonra da Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən “xxxx” İB başqa ünvanda yerləşdirilməsi ilə bağlı məsələni həll etmiş və hazırkı iddiada adı çəkilən qeyri-yaşayış sahəsini boşaldılmış, tərəflər arasında mövcud icarə müqaviləsinə xitam verilmişdir. 11. Qeyd olunan qeyri-yaşayış sahəsi ilə bağlı baş vermiş hadisələrin ardıcıllığından göründüyü kimi “xxxx” İB həmin sahəni qanuni əsaslarla istifadəsinə almış, mübahisədən sonra da məhkəmə müdafiə hüququ təmin edilməklə, icarəni davam etmiş, qanunun tələbinə uyğun olaraq icarə sahəsini boşaldıb, icarəverənə təhvil vermişdir. 12. Əlavə olaraq xatırlatması vacibdir ki, iddia ərizəsində qeyd olunan Səbail rayon məhkəməsinin 2(009)- ****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinin aid olduğu iş üzrə iddiaçı olan İddiaçı İsmayıl oğlu cavabdeh “xxxx” İB-nə qarşı iddiasında cavabdehin daşınmaz əmlakdan çıxarılması və dəymiş maddi zərərin ödənilməsi tələbi ilə çıxış etmişdir. 13. Tələbi: - “ünvan 1) ünvanında yerləşən 943,8 kv.m. sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “C” tikilisinin 200 kv.m. qeyri-yaşayış sahəsindən cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin məcburi qaydada çıxarılması, 2017-ci ilin iyun ayından başlayaraq 2022-ci ilin 6 ayı üçün ona vurulmuş 147.000 manat zərərin (əldən çıxmış fayda şəklində) cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 14. Həmin iddia üzrə Səbail rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022ci il tarixli qətnaməsinə əsasən cavabdehin daşınmaz əmlakdan çıxarılması təmin edilmiş, 147.000 manat dəymiş maddi zərərin ödənilməsi hissəsində isə təmin edilməmişdir. 15. Hazırkı iddia ilə iddiaçı eyni şəxsə qarşı, eyni tələb və eyni əsasla maddi ziyanı ##.##.2022ci ildən sonrakı 18 ay müddət üçün tələb etmişdir. 16. Səbail rayon məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsində dəymiş maddi zərərin ödənilməsi ilə bağlı müəyyən etmişdir ki, “.... Məhkəmə iddia tələbinin 2017-ci ilin iyun ayından başlayaraq 2022ci ilin 6 ayı üçün ona vurulmuş 147.000 manat zərərin (əldən çıxmış fayda şəklində) tutulması tələbi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir...” 17. Səbail rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı razılaşmış və ondan apellyasiya şikayəti verməmişdir. 18. Nəzərə alınmalıdır ki, cavabdeh “xxxx” İB adı çəkilən qeyri-yaşayış sahəsi ilə bağlı mövcud icarə münasibəti 2016-cı ildən başlayaraq, (2017-ci ilin iyun ayından 2022-ci ilin 6 ayı və ##.##.2022-ci ildən sonrakı 18 ay müddətləri də daxil olmaqla) qeyri-yaşayış sahəsini boşaltdığı günədək müddətlər ərizndə dəyişməmiş, eyni qayda ilə davam etmişdir. Bu baxımdan hazırkı iddia tələbi təmin edilə bilməz. 19. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
8. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, ƏEM/M **-***/** nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə aparılmış hesablamalar və təhlillərə əsasən hüquqi ünvanı ünvan 7 olan qeyri-yaşayış binasının ünvan 3 ünvanında yerləşən C tikilisinin 200,0 kv.metr sahəsinin metr üzrə orta aylıq icarə haqqı ## #### 2024-cü il tarixinə: 30,0 (otuz) manat/1 kv.metr (vergi və digər xərclər xaric) təşkil etdiyi müəyyən edilmişdir.
9. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ***-***/**** nömrəli ekspert rəyinə əsasən aparılmış hesablamalar nəticəsində ünvan 7, yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasının Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, 93 ünvanında 1 kv.m icarə dəyəri -2022-ci il üçün 27 AZN, 2023-cü il üçün 29 AZN, 2024-cü il üçün 31 AZN müəyyən edilmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən 99000 (doxsan doqquz min) manat, məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı “xxxx” MMC-nin hesabına ödənilmiş 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 387 (üç yüz səksən yeddi) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı İsmayıl oğluna ödənilməsi qət edilmişdir (hakim Aydan Oruclu).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin iddiaçı İddiaçı İsmayıl oğlunun mülkiyyətində olan ünvan 7 (Yeni qaydalarla: ünvan 6) ünvanında yerləşən 943,8 kv.m. sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “C” tikilisinin 200 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılmasının qət edilməsinə, həmin qətnamənin ## ####### 2022-ci il tarixdə qanuni qüvvəyə minməsinə və icra sənədinin ## ####### 2022-ci il tarixdə verilməsinə baxmayaraq, cavabdeh yalnız ## #### 2024-cü il tarixdə həmin qeyri-yaşayış sahəsini boşaldaraq tərk etmişdir. Belə olan halda, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan qanunsuz olaraq iddiaçıya məxsus əmlakdan istifadə edilməsinə görə iddiaçının hüququ pozulmuş və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur.
12. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin 1 kv.m icarə dəyəri 2022-ci il üçün 27 manat, 2023-cü il üçün 29 manat, 2024-cü il üçün 31 manat müəyyən edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin 2022-ci ilin oktyabr ayından qanuni qüvvəyə minməsini və cavabdehin ## #### 2024-cü il tarixdə həmin qeyri-yaşayış sahəsini boşaldaraq tərk etməsini nəzərə alsaq, 2022-ci ilin noyabr və dekabr ayları üçün 10800 manat (200 kv.m*27 manat*2 ay), 2023-cü il üzrə (200 kv.m*29 manat*12 ay) 69.600 manat, 2024-cü ilin yanvar, fevral, mart ayları üçün 18600 manat (200 kv.m*31 manat*3 ay) olmaqla, cavabdeh tərəfindən iddiaçıya cəmi 99000 manat məbləğində maddi zərər vurulmuşdur
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 (İ), 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.2, 1096 və 1097.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 82.3, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bir halı diqqətdən qaçırmışdır ki, ünvan 2 ünvan və orada yerləşən tikililər müxtəlif ölçülərdə ola bilər. O cümlədən, adı çəkilən “C” tikilisi 200 kv.m. ola bilər. Cavabdehin həmin ünvandan və ya C tikilisindən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi, həmin ünvanda və ya C tikilisinin mövcud olduğu bütün sahələrin cavabdehin istifadəsində olması anlamına gəlmir. Məhkəmədə müəyyən edilən və tərəflərin mübahisə etmədiyi hallara görə cavabdehin istifadəsinə verilmiş və onun faktiki istifadəsində olan sahə tikilinin 1-ci mərtəbəsində yerləşir. C tikilisinin isə faktiki olaraq 2-ci mərtəbəsi də vardır və ora giriş tikilinin arxa tərəfindəndir. Bundan başqa “xxxx” İB adı keçən mübahisəli sahəni özbaşına zəbt etməmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə bağlanmış ##.##.2015-ci il tarixli icarə müqaviləsi əsasında, qanuni əsaslarla həmin ünvanda cəmi 120 kv.m. sahəni istifadəsinə almışdır. İddiaçının təqdim etdiyi mülkiyyət sənədi, Daşınmaz Əmlakın Reyestrindən Çıxarış onun adına ##.##.2017-ci il tarixdə verilmişdir. Yəni, mülkiyyət sənədi onun adına verildiyindən iki il əvvəl həmin sahə cavabdehin icarəsinə verilmişdir. İcarədə olan 120 kv.m. və eləcə də iddiaçının adına olan çıxarışda qeyd edilmiş 943,8 kv.m., həmçinin həmin ərazidə mövcud digər tikili kompleksləri bütövlükdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin mülkiyyətində olduğu işin mübahisə olunmayan haldır. İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin 97 səhmdarlardan biridir. O, ASC-nin 100.530 ədəd səhmin sahibi olmaqla, ümumi səhmlərə nisbətdə 18,8501% malikdir. İddiaçı iddia qaldırılanda, iddiaya məhkəmədə baxılanda və qətnamə qəbul edilən tarixdə səhmdarların sırasında olmaqda davam etmişdir. Həm ASC-nin səhmlərinin 18,8501% səhmdarı olmaqla, həmdə eyni faizdə əmlakın onun mülkiyyətində olduğu əsasdan, cavabdehə qarşı tələblər irəli sürə bilməz. Bundan başqa Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2015-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehin icarə sahəsindən çıxarıldığı təqdirdə, ona başqa sahə verilməsi ASC üçün öhdəlik kimi şərtləndirilmişdir. İddia ərizəsində tələbin əhatə etdiyi müddətlər ərzində tərəflər arasında mövcud icarə müqaviləsi qüvvədə olmuş və ona xitam verilməmişdir. Məhz bu baxımdan “xxxx” İB-in ASC-nə qarşı iddiası təmin edilmişdir və bununla bağlı Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli,e2- *(***)-***/**** nömrəli qətnaməsindən sonra ASC tərəfindən “xxxx” İB başqa ünvanda yerləşdirilməsi təmin edilmişdir. Ona görə də ASC tərəfindən “xxxx” İB başqa ünvanda yerləşdirilənə kimi, mübahisəli icarə sahəsinin qanunsuz zəbt edilməklə, yaralayıb onun üzərinə öhdəlik qoyula bilməz. Adı çəkilən icarə sahəsi ilə bağlı iddiaçı məsələsini ASC ilə həll etməli idi. Bununla bağlı nəzərə alınmalıdır ki, iddiaçı adı çəkilən əmlakın istifadəsi ilə bağlı ona ziyan vurulması tələbini həmin əmlakın əvvəlki mülkiyyətçisi ASC tərəfindən ona təhvil verildiyi və istifadəsinə aldığı gündən irəli sürə bilər. Həmin əmlakın ASC tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixdə təhvil verildiyi iş üzrə mübahisə olunmayan haldır. Ona görə də həmin tarixə kimi onun cavabdeh “xxxx” İB-nə qarşı adıçəkilən sahə ilə bağlı ziyan vurma ilə bağlı tələbi əsassızdır. Digər tərəfdən, nəzərə alınmalı idi ki, vurulmuş ziyana görə mülki məsuliyyətin yaranması üçün mülki delikt və ortada real ziyan olmalıdır. Hazırkı iddiada cavabdeh “xxxx” İB tərəfindən törədilmiş deliktdən söz gedə bilməz. Çünki adı çəkilən icarə sahəsi ona icarə müqaviləsi əsasdan təhvil verilmişdir. İcarə ilə bağlı müqavilənin şərtinə görə də İcarədar tərəfindən başqa ünvanda yerləşdiyi gün icarə sahəsini boşaldıb, icarəyə verənə təhvil vermişdir.
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Səadət Səlimova və Azad İmanov) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız və formal xarakterlidir. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləninin 21.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməsinin əsası kimi hər iki instansiya məhkəməsi ona istinad etmişdir ki, ünvan 2 ünvanda yerləşən 200 kv.m. qeyri yaşayış sahəsi cavabdehin mülkiyyətindədir. Həmin sahədən cavabdehin çıxarılması barədə Səbail rayon Məhkəməsinin qətnaməsinin icrası cavabdeh tərəfindən könüllü olaraq vaxtında deyil, 18 aydan sonra təmin edilmişdir. Qətnamələrin əsası kimi istinad edilən hallar, məhkəmədə müəyyən edilmiş hallara uyğun olmadığından həqiqəti əks etdirmir. Həmçinin adı çəkilən qeyri-yaşayış sahəsinə görə mülkiyyət hüququnun mənsubluğu, icarəsi, icarəyə verənlə iddiaçı arasında hüquqi bağlılığı və icarə müqaviləsindən irəli gələn öhdəliklər, bununla bağlı tələb üzrə məhkəmənin qanuni qüvvəsində olan qətnamənin mövcudluğu baxımından, şikayət olunan qətnamə hüquqi baxımdan əsaslı deyil.
22. Belə ki, məhkəmələrdə iş üzrə müəyyən edilmiş hallara əsasən, “xxxx” İB adı keçən mübahisəli sahəni özbaşına zəbt etməmiş, həmin sahənin mülkiyyətçisi olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə bağlanmış ##.##.2015-ci il tarixli icarə müqaviləsinin şərtləri əsasında, həmin ünvanda 200 kv.m. deyil, cəmi 120 kv.m. sahəni istifadəsinə almış, ov silah və sursatların saxlanılması anbarı kimi istifadə edilmişdir.
23. İddiaçının öz adına təqdim etdiyi mülkiyyət sənədi, Daşınmaz Əmlakın Reyestrindən Çıxarış ##.##.2017-ci il tarixdə verilmişdir. Yəni mülkiyyət sənədi onun adına verildiyindən iki il əvvəl həmin sahə cavabdehin icarəsinə verilmişdir.
24. “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2015-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC cavabdehi başqa sahədə yerləşdirilməklə, icarə sahəsindən çıxara bilər.
25. “xxxx”İB-indən sahənin boşaldılması tələb ediləndə, məhz müqavilə şərtinə görə başqa yerdə yerləşdirilməsini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsASC-dən tələb etmiş, daha sonra da məhkəməyə müraciət etmişdir.
26. xxxx” İB-in Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nə qarşı iddiası təmin edilmişdir və bununla bağlı Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*-*(***)-***/**** nömrəli qətnaməsindən sonra ASC tərəfindən “xxxx” İB başqa ünvanda yerləşdirilməsi təmin edilməklə, mübahisəli qeyri-yaşayış sahəsi boşaldılmışdır.
27. Ona görə də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən “xxxx” İB başqa ünvanda yerləşdirilənə kimi, mübahisəli icarə sahəsinin qanunsuz zəbt edilməklə, yaraqlayıb onun üzərinə öhdəlik qoyula bilməz. Adıçəkilən icarə sahəsi ilə bağlı iddiaçı məsələsini səhmdarlardan biri olduğu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə öz aralarında həll etməli idi.
28. Bununla bağlı nəzərə alınmalıdır ki, iddiaçı adı çəkilən əmlakın istifadəsi ilə bağlı ona ziyan vurulması tələbini həmin əmlakın əvvəlki mülkiyyətçisi ASC tərəfindən ona təhvil verildiyi və əməli istifadəsinə aldığı gündən irəli sürə bilər. Həmin əmlakın ASC tərəfindən iddiaçıya ##.##.2024-cü il tarixdə təhvil verildiyi iş üzrə mübahisə olunmayan haldır.
29. Göründüyü kimi cavabdehin 200 kv.m.qeyri-yaşayış sahəsindən çıxarılması barədə Səbail rayon Məhkəməsinin qətnaməsi olsa da, iddia ərizəsində tələbin əhatə etdiyi müddətlər ərzində tərəflər arasında mövcud icarə müqaviləsi qüvvədə olmuş və ona xitam verilməmişdir. Yalnız Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən sonra ##.##.2024cü il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən cavabdeh başqa ünvanda yerləşdirməklə, sahə boşaldılmış və icarə müqaviləsinə xitam verilmişdir. Ona görə də həmin tarixə kimi onun cavabdeh “xxxx” İB-nə qarşı adı çəkilən sahə ilə bağlı ziyan vurma ilə bağlı tələbin hüquqi əsassızdır. Çünki “xxxx” İB tərəfindən törədilmiş delikt yoxdur.
30. Ona görə də iddiaçı cavabdehlə icarə müqaviləsi bağlamış və müqavilə öhdəliyi daşıyan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin həm səhmlərinin 18,8501%-nə malik səhmdarı olması və eyni zamanda həmin faizdə əmlakın onun mülkiyyətində olduğu əsasdan, cavabdehə qarşı tələb irəli sürə bilməzdi.
31. Bu məsələ rayon məhkəməsində ortaya çıxsa da, aydınlaşdırılmamışdır. Lakin apellyasiya instansiyasında bunun yol verilməzliyi baxımından, həqiqətən də belə bir halın mövcudluğunun aydınlaşdırılması istiqamətində apellyasiya kollegiyası sorğular etmişdir.
32. Sorğulara alınmış cavablardan məlum olmuşdur ki, iddiaçı İddiaçıyev həqiqətən də həmin sahənin icarəyə verilməsi ilə bağlı cavabdehlə icarə müqaviləsi bağlamış və müqavilə öhdəliyi daşıyan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin 18,8501% səhmlərinə malik səhmdarıdır. Lakin bu məsələnin üzərindən apellyasiya kollegiyası görməməzlikdən keçmişdir. Əslində bu mübahisə ilə bağlı məsələni kökündən həll edən hüquqi məsələdir və iddiaçının Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin səhmdarı olduğu baxımından, hazırkı vəziyyətdə cavabdehə qarşı sərbəst öz adından və öz xeyrinə tələb irəli sürə bilməzdi.
33. Bunu yalnız Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin idarə heyətindən tələb edilməklə, onun vasitəsi ilə məhkəməyə müraciət edilə bilərdi və ya mübahisəli sahənin icarəsi üçün bağlanmış icarə müqaviləsinin nəticəsində cəmiyyətə və ya səhmdarlara ziyan vurulduğunu hesab edirdisə, onda dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma, yalnız özünün maddi çıxarışları üçün deyil, səhmdar cəmiyyəti və onun bütün səhmdarları nəzərə alınmaqla müraciət etmək hüququna malik idi.
34. Məhkəmələr mübahisəyə baxarkən iddiaçının Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-də malik olduğu 18,8501% səhmlərə uyğun əmlakı əldə etmiş və əldə etdiyi əmlaka mübahisəli sahə də daxil olmasına baxmayaraq, səhmdarların sırasında çıxmayıb, 18,8501% səhmlə cəmiyyətin səhmdarı olmaqda davam etdiyi nəzərə alınmaqla, məsələni bu baxımından həll edilməli idi.
35. Lakin apellyasiya kollegiyası şikayət olunan qətnaməni qəbul edərkən, qeyd olunan məsələni nəzərə almamış, iş üzrə müəyyən olunan hallar baxımından qeyd olunan maddi hüquq normanın tələblərinə riayət etməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı elektron kabinet vasitəsi ilə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayəti formal əsaslarla verildiyindən təmin edilməməsini birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
41. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
42. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı, mülkiyyətində olan sahədə onun iradəsinə zidd şəkildə qanunsuz sahiblik edən cavabdehdən mülki hüquq pozuntusuna görə dəymiş zərərin əvəzini tələb etməkdə haqlıdır. Zərərin həcmi ekspertiza rəyi əsasında müəyyən edilmiş, sübutlar qiymətləndirilməklə yuxarıdakı nəticəyə gəlinmişdir. Belə olan halda iddianın göstərilən həcmdə təmin edilməsi yuxarıda sadalanan maddi hüquq normalarına (§ 37-42) uyğun və əsaslı olmuşdur. Cavabdehin göstərdiyi dəlillər isə qeyd olunan zərərin ondan tutulmasını istisna etmir.
52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
53. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.