Məhkəmə qərarları › İş №2(1-8)-306/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-306/2026

02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-306/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı “xxxx“ Bank Olmayan Kredit X5 Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil X2) tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. “xxxx” BOKT MMC ilə borcalan Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ***/SM-** saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 20% ilə 10.000 manat məbləğində kredit verilmişdir.

2. “xxxx” BOKT MMC-nin ##.##.2024-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh ##.##.2023-cü il tarixli ***/SM-** saylı kredit müqaviləsi üzrə ##.##.2024-cü il tarixinə 6.565,68 manat məbləğində əsas borc, 482,64 manat faiz borcu və 1.600 manat dəbbə pulu olmaqla, ümumilikdə 8.648,32 manat məbləğində kredit borcu yaranmışdır.

3. “xxxx” BOKT MMC-nin ##.##.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdeh Cavabdeh 7.513,48 manat borc məbləğini 10 gün müddətində Banka ödənilməsi tələb edilmişdir. Əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, tərəflərindən pul tələblərinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir.

4. “xxxx” BOKT MMC-nin ##.##.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdeh Cavabdeh 6.699,65 manat borc məbləğinin 10 gün müddətində Banka ödənilməsi tələb edilmişdir. Əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, tərəflərindən pul tələblərinin ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir.

5. “xxxx” BOKT MMC-nin ##.##.2023-ci il tarixli ***/SM-** saylı kredit müqaviləsinə əlavə 01 abunə müqaviləsindən görünür ki, Cavabdeh (AA serialı ******* nömrəli 20-08-2022-ci il tarixdə ASAN 4 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsi) 07-03-2023-ci il tarixli ***/SM-** saylı kredit müqaviləsin 4.5 bəndində dəyişiklik olunaraq kreditin bitmə tarixi ##.##.2026-cı il tarixinə dəyişdirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı “xxxx“ Bank Olmayan Kredit X5 Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud Kredit Təşkilatı) cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Kredit Təşkilatı ilə cavabdeh arasında bağlanmış # #### 2023-cü il tarixli ***/SM-** saylı kredit müqaviləsinə əsasən əsas borc 6.565,68 manat, faiz borcu üzrə 125,51 manat, hesablanmış dəbbə borcu isə 1.600 manat olmaqla, ümumilikdə 8.291,19 manat kredit borcu həmçinin, ödənilmiş 102,92 manat məbləğində dövlət rüsumunun cəmi 8.394,11 manat məbləğin cavabdehdən iddiaçı Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Kredit Təşkilatı ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ***/SM-** saylı kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə Kredit Təşkilatına ##.##.2023-cü il tarixli ***/SM-** saylı kredit müqaviləsinə əsasən əsas borc 6.565,68 manat, faiz borcu 125,51 manat, hesablanmış dəbbə borcu isə 1.600 manat olmaqla, ümumilikdə 8.291,19 manat kredit borcu yaranmışdır. Cavabdehə Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, iddiaçı Kredit Təşkilatı qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. İddiaçı Kredit Təşkilatı ilə cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ***/SM-** saylı müqavilə üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 20 faizlə hesablanır.

8. Cavabdeh iddia tələbinə qarşı məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəf ilə arasında bağlanan # #### 2023-cü il tarixli, ***/SM-** saylı kredit müqaviləsini, həmin müqaviləyə əsasən tərtib olunmuş ödəniş qrafikini, ## ##### 2024-cü il tarixli və ## ###### 2024-cü il tarixli “Kredit borcunun ödənilməsi” barədə bildirişləri, həmçinin ## ######## 2024cü il tarixinə tərtib olunmuş maliyyə arayışını iddia ərizəsinə əlavə etmişdir. Təqdim olunan sənədlərlə bağlı qeyd olunur ki, iddiaçı tərəf Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294-cü (sübutların saxtalaşdırılması) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinin tələblərini pozmuşdur. Belə ki, o, vəzifəli şəxs olaraq rəsmi sənədlərdə tamah məqsədi ilə onların həqiqi məzmununu təhrif edib öz mənafeyinə uyğun sübutları saxtalaşdıraraq iddia ərizəsi tərtib etmiş və həmin sənədləri iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim etmişdir. Həmin pozuntuları Məhkəmənin diqqətinə çatdırır: 1. Cavabdehlə iddiaçı Kredit Təşkilatı arasında bağlanmış # #### 2023-cü il tarixli, ***/SM-** saylı kredit müqaviləsinin 19.1-ci bəndində qeyd olunmuşdur ki, tərəflərin qarşılıqlı razılığı əsasında Müqavilə şəklində bu Müqaviləyə dəyişikliklər və əlavələr oluna bilər. Müqavilələr imzalandığı gündən bu Müqavilənin tərkib hissəsi hesab edilir. Həmin bəndə uyğun olaraq Tərəflər arasında ## ###### 2023-cü il tarixli, ***/SM-** saylı kredit müqaviləsinə ** №-li Əlavə imzalanmışdır. Göründüyü kimi qarşı tərəf vəzifə saxtakarlığına yol verərək, bilə-bilə qəsdən sübutları saxtalaşdırmaqla həmin əlavəni məhkəməyə təqdim etməyərək, Məhkəmənin saxta sənədlər əsasında Qərar qəbul etməsinə zəmin yaratmış. (##.##.2023-cü il tarixli Müqaviləyə Əlavə etiraza əlavə olunmuşdur) 2. Həmin Əlavəyə əsasən, # #### 2023-cü il tarixli ***/SM-** saylı kredit müqaviləsinin 4.5-ci bəndində dəyişiklik olunaraq kreditin bitmə tarixi ## ###### 2026-cı il tarixinə dəyişdirilmiş və bunun əsasında yeni ödəniş cədvəli tərtib olunmuşdur. Göründüyü kimi qarşı tərəf təkrarən vəzifə saxtakarlığına yol verərək, bilə-bilə qəsdən sübutları saxtalaşdırmaqla X3ni məhkəməyə təqdim etməyərək, Məhkəmənin saxta sənədlər əsasında Qərar qəbul etməsinə zəmin yaratmış. (yeni ödəniş cədvəli etiraza əlavə olunmuşdur) X3 üzrə ## ###### 2023-cü il tarixdən başlayaraq ## ###### 2026-cı il tarixədək hər ay 292,07 manat ümumi məbləğin ödənilməsi müəyyən olunmuşdur və cavabdeh həmin tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi günə kimi hər ay ödəniş etmişdir. 3. İş materiallarına əlavə olunan ## ##### 2024-cü il tarixli “kredit borcunun ödənilməsi” barədə bildirişdən görünür ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***/SM-** saylı kredit müqaviləsi üzrə öhdəlik icra olunmadığı üçün onun 7.513,48 manat məbləğində borcu yaranmış, borcu 10 gün ərzində könüllü olaraq ödəməyəcəyi halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunacaqdır. Həmçinin ## ###### 2024-cü il tarixli “kredit borcunun ödənilməsi” barədə bildirişdən görünür ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***/SM-** saylı kredit müqaviləsi üzrə öhdəlik icra olunmadığı üçün cavabdehin 6.699,65 manat məbləğində borcu yaranmış, borcu 10 gün ərzində könüllü olaraq ödəməyəcəyi halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət olunacaqdır. Göründüyü kimi qarşı tərəf təkrarən vəzifə saxtakarlığına yol verərək, bilə-bilə qəsdən sübutları saxtalaşdırmaqla tərəflər arasında bağlanmış əlavə müqaviləni və yeni ödəniş cədvəlini gizlədərək hər iki bildirişdə qeyd olunanları nəzərə almadan, saxta bildirişlər hazırlayaraq mənim ünvanıma göndərmiş və həmin bildirişləri sübut kimi məhkəməyə təqdim edərək, Məhkəmənin saxta sənədlər əsasında Qərar qəbul etməsinə zəmin yaratmış. 4. İş materiallarına əlavə olunan maliyyə arayışına əsasən, # #### 2023-cü il tarixli, ***/SM-** nömrəli “Kredit Müqaviləsi” üzrə onun Kredit Təşkilatı qarşısında ## ######## 2024-cü il tarixinə kredit borcunun qalıq hissəsi 6.565,68 manat, qrafik üzrə hesablanmış 125,51 manat faiz borcu və 1.600 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 8291,19 manat borcu mövcuddur. Göründüyü kimi qarşı tərəf təkrarən vəzifə saxtakarlığına yol verərək, bilə-bilə qəsdən sübutları saxtalaşdırmaqla tərəflər arasında bağlanmış əlavə müqaviləni və yeni ödəniş cədvəlini gizlədərək, saxta maliyyə arayışı tərtib edib, sübut kimi məhkəməyə təqdim edərək, Məhkəmənin saxta sənədlər əsasında Qərar qəbul etməsinə zəmin yaratmışdır. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını və iddiaçı tərəfin əməllərində cinayətin əlamətləri aşkara olunduğu üçün bu barədə xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini məhkəmədən xahiş etmişdir.

9. ##.##.2024-cü il tarixdə iddiaçı Kredit Təşkilatının nümayəndəsi Nümayəndə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq iddiaçı Kredit Təşkilatı ilə cavabdeh arasında bağlanmış # #### 2023-cü il tarixli ***/SM-** saylı kredit müqaviləsinə əsasən əsas borc 6.565,68 manat, faiz borcu isə 482,64 manat, hesablanmış dəbbə borcu isə 1.600 manat olmaqla ümumilikdə 8.648,32 manat kredit borcu həmçinin, ödənilmiş 102.92 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8.751,24 manat məbləğin cavabdehdən tutularaq Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Məhkəmə ntərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Мəhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, № */*** nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ##.##.2023-cü il tarixli ***/SM-** saylı kredit müqaviləsinin və ##.##.2023-ci il tarixli ***/SM-** saylı kredit müqaviləsinə əlavə 01-in şərtləri nəzərə alınmaqla Cavabdeh ##.##.2024-cü il tarixə İddiaçı MMC-yə olan əsas borcu 7.426,67 manat, faiz borcu 70,16 manat, ##.##.2024-cü il tarixə banka olan əsas borcu 6.583,12 manat, faiz borcu üzrə 76,80 manat və ##.##.2025-ci il tarixə əsas borc üzrə 6.583,12 manat və faiz borcu 833,86 manat təşkil edir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin olunmuş, əsas borc kimi 6.565,68 manat, faiz borcu kimi 70,16 manat, dəbbə pulu kimi 450 manat cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən cavabdehin iddiaçıya olan borcunu əks etdirən sübutları, habelə mötəbər sübut olan ekspertin rəyini əsas götürüb, hesab etmişdir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan, iddia həmin hissədə təmin edilməlidir.

13. Məhkəmə qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli iddiaçı tərəfindən cavabdehə göndərilmiş kredit borcunun ödənilməsi barədə bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən həmin müddətə mövcud olan gecikmiş borcun ödənilməsini, habelə banka olan bütün borcun 10 gün müddətində ödənilməsini xahiş edir. Belə olan halda məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı öhdəlik münasibətlərinə ##.##.2024-cü il (bildirişdə qeyd olunan) tarixdən birtərəfli qaydada xitam verilmişdir. Çünki iddiaçı cavabdehə qeyd olunan tarixədək bütün borcun ödənilməsini təklif etmiş, lakin məlum olduğu kimi həmin tarixdə borc cavabdeh tərəfindən ödənilməmiş, beləliklə də onlar arasındakı öhdəlik münasibətlərinə xitam verilmişdir.

14. Belə olan halda məhkəmə ekspertin rəyində cavabdehin ##.##.2024-cü il tarixə olan faiz borcunu əsas götürüb hesab etmişdir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən əsaslıdır və cavabdehdən kredit müqaviləsi üzrə faiz borcuna görə yaranmış 70,16 manat pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

15. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 467, 739.2, MPM-nin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2023-ci il tarixli ***/SM-** saylı kredit müqaviləsinə * nömrəli əlavənin şərtlərinə uyğun olaraq hər ay vaxtlı-vaxtında ödənişləri etmişdir. Qarşı tərəfin ona ünvanladığı bildirişdən sonra o, dərhal onlarla əlaqə saxlamış və hansı səbəbə kredit borcunun (faiz və dəbbə ilə birlikdə) ##.##.2023-cü il tarixli ***/SM** saylı kredit müqaviləsinə uyğun hesablandığını soruşmuşdur. Lakin qarşı tərəf onu dinləmədən borcunu tam şəkildə qaytarmağını tələb etdi. Bundan sonra o, gördü ki, ##.##.2023-ci il tarixli ***/SM-** saylı kredit müqaviləsinə * nömrəli əlavənin ödəniş qrafiki üzrə borcu ödəyəcəyi halda, onların həmin vəsaiti ##.##.2023-cü il tarixli ***/SM-** saylı kredit müqaviləsinə uyğun qrafik üzrə dəbbə, cərimə və əsas borcdan çıxacaqlar, dərhal ödəniş etməyi dayandırdı. Buda o, deməkdir ki, pozuntu onun cavabdeh olmadığı halda, iddiaçının özünün məsuliyyətsizliyi halında baş vermişdir. Göründüyü kimi onun tərəfindən öhdəliyin icra edilməməsinə yol verilməmişdir. Sadəcə olaraq ödəyəcəyi vəsaitin qüvvədə olmayan müqavilə üzrə dəbbə, faiz və əsas borca çıxılaraq, hüquqlarının kobud şəkildə pozulmasının qarşısı alınmışdır.

19. İddiaçı qüvvədə olmayan ##.##.2023-cü il tarixli ***/SM-** saylı kredit müqaviləsinə uyğun olaraq dəbbə pulu, cərimə hesablayaraq ona bildiriş göndərmiş, o, həmin müqavilənin qüvvədə olmamasını, yeni ##.##.2023-ci il tarixli ***/SM-** saylı kredit müqaviləsinə əlavə 01in ödəniş qrafiki üzrə borcunu ödəməyini, gecikdirmə etməməyini iddiaçının nümayəndəsinə bildirmiş, lakin o, onun fikrini nəzərə almayaraq qüvvədə olmayan kredit müqaviləsinə uyğun şəkildə borcu tam şəkildə qaytarmağını tələb etmişdir. Hətta bildirişlə kifayətlənməyərək qüvvədə olmayan saxta sənədləri məhkəməyə də, təqdim etməkdən çəkinməmişlər. Yalnız o, bir neçə iclasdan sonra məhkəmə işindən xəbərdar olub, buna dair etirazını bildirdikdən sonra qarşı tərəf tələbində dəqiqləşmə aparıb, saxta sənədlərin işdən xaric edilərək, ##.##.2023-ci il tarixli ***/SM-** saylı kredit müqaviləsinə əlavə 01-in ödəniş qrafiki uyğun şəkildə borcun tutulmasını tələb etmişlər. Buda onu sübut edir ki, o, dediklərində haqlıdır. Ona qarşı qüvvədə olmayan müqavilə üzrə dəbbə və faiz borcu tələb olunduğu üçün o, qüvvədə olan müqavilə üzrə borcunu ödəməyi saxlamışdır. Buda o, deməkdir ki, pozuntu onun cavabdeh olmadığı halda, iddiaçının özünün məsuliyyətsizliyi halında baş vermişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və İkram Şirinov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir, iddiaçı dəbbə borcu kimi 1.600 manat tələb etsə də, həmin məbləğ tənasübsüz surətdə yüksək olduğundan birinci instansiya məhkəməsi tərəfindən azaldılaraq 450 manat müəyyən edilib. Belə nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin göstərişinə uyğundur.

22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianın təmin edilməsinə aid hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilməyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 425, 427, 439 və 743-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən köhnə kredit müqaviləsinə əsaslanmışdır. Lakin məhkəmələr nəzərə almamışdır ki, tərəflər arasında ##.##.2023-cü il tarixdə 129\SM-** saylı ##.##.2023-cü il tarixli müqaviləyə * saylı Əlavə imzalanmışdır. Həmin Əlavə ilə müqavilənin müddəti, ödəniş qrafiki və bitmə tarixi dəyişdirlimişdir. Nəticədə məhkəmələr səhv qənaətə gəlmişlər. Məhkəmə hesab etmişdir ki, məhkəmə - mühasibat ekspertizasının rəyi ##.##.2025ci il tarixində

26. verilib və tələb edilən borc ##.##.2024-cü il tarixinə aiddir. Lakin məhkəmə ##.##.2024-cü il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinin pozulubpozulmamasını araşdırmamışdır. Beləliklə, məhkəmə mübahisə dövrünü düzgün qiymətləndirməmişdir. Məhkəmə iddia verildiyi tarixə olan gecikməni qiymətləndirməli idi. İddia verildiyi tarixdə gecikmə olmadığından, bankın tələbi əsassız hesab edilməli idi.

27. Beləliklə, məhkəmə qətnamə qəbul edərkən gecikmə məhkəmə dövründə yarandığından onun günahı ilə bağlı olmadığını nəzərə almamışdır. Mübahisənin mövcudluğu onun tərəfindən ödənişlərin dayandırılmasına səbəb olmuşdur və bu hal onun günahı kimi qiymətləndirilə bilməz. O, ödənişləri özbaşına yox, mübahisəli vəziyyət yarandığı üçün dayandırmışdır. Bu, hüquqda mübahisə predmeti üzrə qeyri-müəyyənlik kimi qiymətləndirilə bilər. Bu hal vicdansız davranış sayılmamalı və zərərin onun günahından yaranması kimi qiymətləndirilməməlidir.

28. Məhkəmənin gəldiyi digər səhv nəticə isə ondan ibarətdir ki, məhkəmə iddia qaldırlan zaman iddiaçının hansı əsasla köhnə kredit müqaviləsinə istinad etməyini araşdırmamışdır. Halbuki, tərəfindən dəfələrlə məhkəmə iclaslarında şifahi və yazılı qaydada bildirilmişdir ki, iddiaçı məhkəməyə saxtalaşdırılmış sənədlər təqdim edərək ondan əsassız olaraq müqaviləyə xitam verilməsi və borcun birdəfəlik tam olaraq tutulmasına nail olmağa çalışmışdır. İddiaçının vəzifəli şəxsləri tərəfindən bilərəkdən və arzu edilərək saxtalaşdırılmaya və məhkəməyə yanlış məlumatlar verilməsinə çalışılmışdır. O, bu halları məhkəməyə bildirdikdə və həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə nail olmağa çalışdıqda həmin şəxslər tərəfindən iddia tələblərinə bəzi düzəlişlər edilmişdir. Belə ki, iddiaçı tərəfində Müqaviləyə * saylı Əlavə məhz bundan sonra təqdim edilmişdir. Əgər o, birinci instansiya məhkəməsində hər-hansı səbəbdən iştirak etməsə idi onda məhkəməyə təqdim edilmiş yanlış məlumatlar və sənədlər əsasında məhkəmə qərar qəbul etmək məcburiyyətində qalacaqdı. Bu hallar apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Məhkəmə tərəfindən Ekspertiza sualları düzgün tərtib edilməmiş və apellyasiya məhkəməsi də bu halı nəzərə almamışdır. Belə ki, məhkəmələr ekspertiza rəyində qeyd edilən iddia verilən tarixə qədər olan dövrü deyil, hazırkı tarixi hesablayaraq nəticə çıxarmışdır ki, bu da obyektiv deyil. Halbuki məhkəmə iddia qaldırlan dövrdə onun müqavilə öhdəliyinin pozub-pozmadığını, həmin tarixə gecikmənin olub-olmadığını aydınlaşdırmalı idi. Lakin qeyd olunduğu kimi məhkəmələr bu halları nəzərə almamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

31. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

32. Maaddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

34. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür..

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

38. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

40. Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

41. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər.

42. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

43. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

46. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

52. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

59. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

61. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

62. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar