Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2(1-8)-354/2026 14.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əşyaların mənzildən çıxarılması, əldən çıxmış faydanın ödənilməsi, şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyası, hakimlәr: Hәsәnov Rәşad Mәhәmmәd oğlu (mәruzәçi), Nurmәmmәdov Əhmәd Gülәhmәd oğlu vә Abbasov Aqil Əzizağa oğlundan ibarәt tәrkibdә, Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrәli qәtnamәsindәn iddiaçı tәrәfindәn verilmiş kassasiya şikayәtinә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qәrarı qәbul etdi. Işin halları
1. Qanuni qüvvәsini almış Suraxanı Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı ##.##.2017-ci il tarixli qәtnamәsi ilә müәyyәn edilmişdir ki, İddiaçı (bundan sonra – “iddiaçı”) özünә mәxsus Suraxanı rayonu, Suraxanı qәsәbәsi, A.Rzayev küçәsi, ev 75, ** saylı mәnzili Cavabdeh (bundan sonra – “cavabdeh”) satmış, sonuncu mәnzili adına rәsmilәşdirmәdәn, iddiaçı cavabdehin mәnzildәn çıxarılması barәdә iddia ilә mәhkәmәyә müraciәt etmiş vә mәhkәmә qәtnamәsi ilә cavabdeh vә onun ailә üzvlәri mәnzildәn çıxarılmışdır. Hәmçinin mәhkәmә qәtnamәsi ilә cavabdehin mәnzilә görә ödәnilmiş pulun vә çәkilmiş xәrcin әvәzinin geri qaytarılması barәdә qarşılıqlı iddiası qismәn tәmin edilәrәk, iddiaçıdan 24 000 ABŞ dolları mәblәğindә mübahisәli mәnzil üçün ödәnilmiş pul vәsaiti vә 6 107 manat mübahisәli mәnzilin tәmiri üçün sәrf edilmiş pul vәsaitinin tutularaq cavabdehә ödәnilmәsi qәt edilmişdir.
2. Işin mübahisәsiz halına әsasәn hazırda cavabdeh mübahisәli mәnzildәn çıxarılmışdır. Lakin qeyd edilәn qәtnamә ilә onun xeyrinә tutulmuş pul vәsaitlәrini isә o hәlә dә almamışdır.
3. Suraxanı Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qәtnamәsi ilә iddia qismәn tәmin edilәrәk, cavabdehdәn (hazırkı iş üzrә iddiaçıdan) iddiaçıya (hazırkı iş üzrә cavabdeh) mәxsus olan әmlaklara vurulmuş maddi zәrәrin әvәzi olaraq cәmi 270 manat tutularaq hazırkı iş üzrә cavabdehә ödәnilmәsi, iddianın qalan hissәdә tәmin edilmәmәsi qәt edilmişdir. Hәmçinin Suraxanı Rayon Mәhkәmәsinin *(***)-****/**** saylı iş üzrә araşdırılması zamanı müәyyәn edilmişdir ki, Suraxanı rayonu, Suraxanı qәsәbәsi, A.Rzayev küçәsi, ev 75, ** saylı mәnzil bağışlanma müqavilәsinә әsasәn hazırkı iş üzrә iddiaçı 2017-ci ildә anası X2 bağışlamışdır.
4. Pravda. az xәbәr portalında ##.##.2020-ci il tarixdә yerlәşdirilmiş “Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi X4 Aynur Arif qızı tәrәfindәn şikayәt ünvanlanıb” başlıqlı mәqalәdә aşağıdakılar qeyd edilmişdir: Pravda.az-ın xәbәrinә görә şikayәtçi İddiaçı adlı xanımın saxta әlillik sәnәdi aldığını iddia edib. “Cәnab Nazir, hәr kәsә mәlumdur ki, rüşvәt yolu ilә sağlam adamların Sosial müavinәt, tәqaüd alması halları baş alıb gedir vә hәqiqi әlilliyi olanlar, yoxsulluq içindә zülm çәkib, balasına çörәk almağa imkanı olmayanlar öz haqlı imtiyazlarından istifadә edә bilmirlәr. Belә hallardan biri dә, illәrdir ki, mәhkәmә davasında olduğum Nәrimanov rayonu X1 34 mәnzil 26-da yaşayan İddiaçıdır. Mәnzilә görә ödәdiyim 25 min dollar vә 6700 manat tәmir xәrci 2017ci ildәn icraata verilsә dә, bu dәlәduz qadın qanunun heç bir tәlәbinә әhәmiyyәt vermir. Çünki әlindә hansısa yolla әldә etdiyi Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında Dövlәt Tibbi Sosial vә Reabilitasiya Xidmәtinin * saylı Tibbi Sosial vә Reabilitasiya Xidmәtinin * saylı Tibbi Əlillik kağızı var. Bu qadın sәlәmi ilә pul verdiyi adamları şәrlәyib, cinayәt mәsuliyyәtinә cәlb edәrәk aylarla şou yaradır sonunda isә qarşı tәrәf öz günahsızlığını, bunun günahkar olduğunu sübut etdikdә isә 2-ci qrup әlil olduğunu әsas gәtirib mәsuliyyәtdәn boyun qaçırır. Necә olur ki, bir neçә mülki, “Lexus” markalı maşını olan (mәhkәmә dövründә hamısı anasının adına keçirilib) tam sağlam vücudu olduğu halda bütün günü fitnes vә üzgüçülüklә mәşğul olan bu dәlәduz qadın 2-ci qrup әlillik kağızı әldә edәrәk neçә illәrdir ki, dövlәtdәn pul alır?! İddiaçı ilә münasibәtlәrimiz yaxşı olduğu zaman etibarlı adamları olduğunu, yüksәk tәqaüdlә ömürlük müavinәt kәsdirmәk tәklifini mәnә dә etmişdir. Söylәnilәn yüksәk mәblәğ mәnә mümkünsüz görünsә dә bir neçә tanışıma bu işdә “yardımçı” olmuşdu. Cәnab Nazir! Çox xahiş edirәm ki, İddiaçı әlindә bütün dәlәduzluq oyunlarında yaşıl işıq olan, az qala “Green card”a çevrilmiş bu saxta әlillik sәnәdinin araşdırılmasına sәrәncam verәsiniz. Bәlkә dә bu yolla saxta әlillik sәnәdi verәn cinayәtkar şәbәkәni ifşa edilә vә haqlı olanların haqqının dәlәduzların, saxtakarların sahiblәnmәsinin qarşısı alına”. Bizimyol.info
5. Eyni mәzmunlu mәqalә todays.az saytında da dәrc edilmişdir.
6. Bizimyol.info saytına müraciәt edәn aynurarifqizi adlı şәxsin mәqalәsi yerlәşdirilmiş vә mәqalәyә şәrh yazan digәr izlәyicilәrә cavablar verilmişdir. Hәmin cavablardan birindә qeyd edilir: @_gulya_66_ Əslindә hәmin vaxtı Xırdalanda “Gәnclәr şәhәrciyindә” bundan daha ucuz vә sәrfәli ev danışdıq. Buna qardaşımın dostu guya evlәnmişdi. Elә onda anlamalıydım ki, öncә dostluq edib sonra qәsdlә oyun düzәldib özündәn 18 yaş kiçik, üç uşaq atası ilә yatağa girib, guya kimsә xәbәr verib vә yoldaşı qәfildәn evinә gәlib, bunları öz yatağında tutub bununla da oğlanla evlәnmәsindәn şübhәlәnmәli idi. Neçә illәr Bacı, bacı oynadıq. “Mәnim övladım yoxdur, Hüseyn mәnim oğlumdur. O, evimi pul ilә almısız, bu evimi dә mәn Hüseyn oğluma verәcәm” deyirdi. 3 il “bacı” olduq, sonra öyrәndim ki, övladı olub vә әxlaqsızlığına görә “Analıqdan mәhrum” edilib. Başıma gәlmәyәn müsibәt qalmadı. Amma inanın ki, yenә dә adamlara inanıram. Bu yad biri idi, ay sizә qurban. Ən böyük müsibәt Nәnә, Bibi adını daşıya mәxluqlardır ki, oğul ölәndәn sonra onun uşaqlarına qalmış yeganә mülkә sahib çıxırlar. Bu yaddır. Bundan nә görsәm dә tәccüblәnmәdim.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk ##.##.2018-ci ildәn Bakı şәhәri Suraxanı rayon Icra vә Probasiya Şöbәsi tәrәfindәn tәrtib olunmuş akta әsasәn ona tәhvil verilmiş cavabdehin әşyalarının (altı ildәn artıq müddәtdә iddiaçının mәnzilindә saxlanıldığını nәzәrә alaraq) onun cavabdehliyindәn çıxarılması, sahibsiz әmlakın daşınmasına vә әldәn çıxmış fayda olaraq ##.##.2018-ci il tarixdәn әşyalar daşınan günә qәdәr hәr ay üçün 300 manat mәblәğinin әşyaları üzündәn mәnzildәn istifadә edә bilmәdiklәri üçün cavabdehdәn tutularaq ona ödәnilmәsini, iddiaçını sosial mediada tәhqir edib böhtan atdığı üçün cavabdehin cәzalanmasını vә mәnәvi zәrәr olaraq 30 000 manat ödәmәsini, cavabdeh vә oğlu H.Qәnbәrovun mәnzilindә heç bir hüquqi sәnәd olmadan daxil olaraq 12 gün mәnzildә yaşayıb enerji, qaz vә sudan istifadә edib mәnzilin döşәmәlәrini tualet kimi istifadә edib mәnzili bәrbad etdiklәri üçün vurduqları maddi vә mәnәvi zәrәrin qarşılığı olaraq 10 000 manat ödәmәlәrini, cavabdeh vә oğlu H.Qәnbәrovun maddi ziyan tәlәbi ilә mәhkәmәyә müraciәt edәrәk 60 000 manatın ekspertiza vә araşdırma nәticәsindә sübut olunmadığı üçün böhtan olaraq qәbul edilib sonuncuların şәr atdıqları üçün mәnәvi zәrәr olaraq hәmin mәblәği, 60 000 manatı cavabdehdәn tutularaq ona ödәnilmәsi barәdә qәtnamә qәbul edilmәsini mәhkәmәdәn xahiş etmişdir.
8. Iddia tәlәbi işin faktiki hallarına istinadla belә әsaslandırılmışdır ki, Suraxanı Rayon Mәhkәmәsinin ##.##.2017-ci il tarixli qәtnamәsinin icrası zamanı cavabdeh uzun müddәt әşyalarını tәhvil almamışdır. Sonradan cavabdeh vә yaxınları qanunsuz olaraq mәnzilә daxil olmuş, әmlaka zәrәr vurmuş vә mәnzili yararsız hala salmışlar. Bundan әlavә, cavabdeh tәrәfindәn iddiaçı barәsindә böhtan xarakterli mәlumatlar yayılmış, bunun nәticәsindә iddiaçının sәhhәti pislәşmişdir.
9. Cavabdeh iddia tәlәbinә qarşı etirazında qeyd etmişdir ki, iddiaçı faktiki halları tәhrif etmiş vә mövcud olmayan hallara istinad edәrәk tәlәblәrini әsaslandırmağa çalışmışdır. Mübahisәli mәnzil ona hissә-hissә ödәnişlә satılmış, lakin ödәniş tam hәyata keçirildikdәn sonra iddiaçı mәnzilin onun adına rәsmilәşdirilmәsindәn imtina etmiş vә mübahisә bu sәbәbdәn yaranmışdır. Mәnzildәn çıxarılma vә pul ödәnişi eyni vaxtda icra olunmalı olduğu halda, pul ödәnilmәdәn mәnzil iddiaçının istifadәsinә verilmiş, әşyalarının götürülmәsinә imkan yaradılmamış vә sonradan onların bir hissәsi itmiş, qalan hissәsi yararsız hala düşmüşdür. Iddiaçı mәnzili üçüncü şәxslәrә verәrәk ondan faydalanmış, onun әmlakını saxlamış vә bununla ona maddi zәrәr vurmuşdur.
10. Nәrimanov Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrәli qәtnamәsi ilә iddia qismәn tәmin edilәrәk Pravda.az xәbәr portalında ##.##.2020-ci il tarixdә yerlәşdirilmiş “Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi X4 Aynur Arif qızı tәrәfindәn şikayәt ünvanlanıb” başlıqlı mәqalәdә (bax: bu qәrarın §4) vә Bizimyol.info saytına müraciәt edәn aynurarifqizi adlı şәxsin yerlәşdirilmiş mәqalәsinә yazılan şәrhәCavabdeh tәrәfindәn verilәn cavabda qeyd edilәnlәr (bax: bu qәrarın §6) hәqiqәtә uyğun olmayan mәlumatlar olmaqla iddiaçının şәrәf vә lәyaqәtini lәkәlәyәn ifadәlәr kimi tanınması, cavabdehdәn 200 manat mәnәvi zәrәrә görә pulun tutularaq iddiaçıya ödәnilmәsi vә iddia tәlәblәrinin qalan hissәdә tәmin edilmәmәsi qәt edilmişdir (hakim – S.Ədilova).
11. Mәhkәmә işin mübahisәsiz hallarına istinadla qeyd etmişdir ki, iddiaçının özünә mәxsus olduğunu iddia etdiyi Bakı şәhәri, Suraxanı rayonu, Suraxanı qәsәbәsi, A.Rzayev küçәsi, ev 75, ** saylı mәnzilin ona mәxsus olmasına dair hәr hansı sübutu mәhkәmәyә tәqdim etmәmiş, bunun әksinә müәyyәn edilmişdir ki, o, әvvәllәr özünә mәxsus olmuş hәmin mәnzili anasına bağışlamışdır. Hazırda isә “Azemis” Elektron Mәhkәmә Informasiya sistemindәn iddiaçının әmlak mәlumatlarından müәyyәn edilmişdir ki, onun adına qeydiyyata keçmiş hәr hansı daşınmaz әmlak yoxdur.
12. Bu baxımdan, iddiaçı özünә mәxsus olmayan mәnzildәn әşyaların cavabdeh tәrәfindәn çıxarılmasını vә mәnzilә dәymiş maddi ziyanı, nәticәdә özünә dәymiş mәnәvi ziyanı tәlәb etmәklә iddia tәlәbinin qanuni әsasının dispozisiya şәrtlәrinә uyğun olmayan iddia ilә mәhkәmәyә müraciәt etmişdir.
13. Bundan başqa, “cavabdeh vә oğlu H.Qәnbәrovun mәnzilindә heç bir hüquqi sәnәd olmadan daxil olaraq 12 gün mәnzildә yaşayıb enerji, qaz vә sudan istifadә edib mәnzilin döşәmәlәrini tualet kimi istifadә edib mәnzili bәrbad etdiklәri üçün vurduqları maddi vә mәnәvi zәrәrin qarşılığı olaraq 10 000 manat ödәmәlәri” barәdә iddia tәlәblәrini irәli sürmәyә subyektiv hüququ olsaydı belә, iddiaçının hәmin tәlәblәrini sübuta yetirәn mötәbәr dәlillәr mәhkәmәyә tәqdim edilmәmişdir.
14. Mәhkәmә iddiaçının “cavabdeh vә oğlu H.Qәnbәrovun maddi ziyan tәlәbi ilә mәhkәmәyә müraciәt edәrәk 60 000 manatın ekspertiza vә araşdırma nәticәsindә sübut olunmadığı üçün böhtan olaraq qәbul edilib sonuncuların şәr atdıqları üçün mәnәvi zәrәr olaraq hәmin mәblәği, 60 000 manatın cavabdehdәn tutularaq ona ödәnilmәsi” barәdә tәlәbinә münasibәtdә qeyd etmişdir ki, iddiaçı mövcud tәlәbini Suraxanı Rayon Mәhkәmәsinin *(***)- ****/**** saylı iş üzrә cavabdeh vә oğlu tәrәfindәn ona qarşı qaldırılmış әsassız iddia ilә bağlı olaraq ona mәnәvi zәrәr dәydiyini bildirmişdir.
15. Mәhkәmә ilk növbәdә vurğulamışdır ki, cavabdeh tәrәfindәn iddiaçıya qarşı qaldırılmış iddianın qiymәti sonradan azaldılaraq 28 000 manat olmuşdur. Hәmçinin hәmin iddia tәlәblәri mәhkәmә tәrәfindәn qismәn tәmin edilmişdir. Belә ki, iddianın qismәn tәmin edilmәsi onu demәyә әsas verir ki, cavabdeh tәrәfindәn iddiaçıya qarşı verilmiş iddia tәlәblәri vicdansızcasına әsassız olmamışdır. Bundan başqa işin faktiki halları ondan ibarәtdir ki, tәrәflәr arasında bir-birinә qarşı çoxsaylı mәhkәmә çәkişmәlәri olmuşdur. Eyni zamanda işin bir digәr halı ondan ibarәtdir ki, iddiaçı uzun müddәtdir ki, qanuni qüvvәsini almış mәhkәmә qәtnamәsinin icrasından yayınır, adına olan mәnzili bağışlama müqavilәsi әsasında özgәninkilәşdirir vә s. Bütün bu hallar onu göstәrir ki, cavabdeh tәrәfindәn ona qarşı irәli sürülәn iddia tәlәblәri mәhz bu sәbәbdәn icra sәnәdinin icra edilmәmәsindәn irәli gәlir. Bu baxımdan da mәhkәmә hesab etmişdir ki, iddiaçının göstәrilәn iddia tәlәblәri dә öz tәsdiqini tapmadığından tәmin edilmәmәlidir.
16. Mәhkәmә iddianın “cavabdehin iddiaçını sosial mediada tәhqir edib böhtan atdığı üçün cәzalanması vә mәnәvi zәrәr olaraq 30 000 manatın cavabdehdәn tutularaq ona ödәnilmәsi” barәdә iddia tәlәblәrinә münasibәtdә qeyd etmişdir ki, iddiaçı barәdә cavabdeh tәrәfindәn yayılmış ifadәlәr kütlәvi informasiya vasitәlәrindә yayılmışdır.
17. Mәhkәmә cavabdeh tәrәfindәn iddiaçı barәdә yayılmış “saxta әlillik barәdә sәnәd düzәltmәsi”nә dair mәlumatların doğruluğunun müәyyәn edilmәsi üçün Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi Tabeliyindә Dövlәt Sosial Müdafiә Fonduna sorğu ilә müraciәt etmiş, sorğuya verilmiş ##.##.2025-ci il tarixli mәktubla bildirilmişdir ki, Nazirliyin Mәrkәzlәşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindә olan mәlumata әsasәn iddiaçıya ##.##.2013-cü il tarixindәn ümumi xәstәlik sәbәbi ilә II dәrәcә (orqanizmin funksiyalarının 61-80 faiz pozulması) әlilliyә görә әmәk pensiyası tәyin edilib. Pensiyasının ödәnişi әlillik müddәtinin bitmәsi sәbәbindәn ##.##.2021-ci il tarixindәn dayandırılıb.
18. Hәmçinin cavabdehin iddiaçı barәdә mediada şәrh verәrәk bildirdiyi mәlumatlar mәhkәmә araşdırılması zamanı iddiaçının özündәn 18 yaş kiçik bir şәxslә evlәnmәsi halı müәyyәn edilmәmiş, iddiaçı, ümumiyyәtlә, heç zaman ana olmamasına dair Qeydiyyat şöbәsindәn müvafiq cavabı mәhkәmәyә tәqdim etmişdir.
19. Göründüyü kimi iddiaçı barәdә yayılmış ifadәlәr hәqiqәtә uyğun olmamaqla, onun şәrәf vә lәyaqәtini lәkәlәyәn ifadәlәrdir vә hәmin ifadәlәr kütlәvi informasiya vasitәlәrindә, çoxsaylı şәxslәr dairәsinә yayılmışdır.
20. Mәnәvi zәrәrin mәblәği ilә bağlı mәhkәmә qeyd etmişdir ki, mәnәvi zәrәrin müqabilindә tәlәb edilәn 30 000 manatın iddiaçının xeyrinә tutulması, onun pozulmuş hüquqlarının әdalәtli şәkildә bәrpasından çox zәnginlәşmәsinә xidmәt edәcәkdir ki, bu da mәnәvi zәrәr institutunun mәqsәdlәrinә ziddir. Mәhkәmә mәnәvi zәrәr hәddinin iddiaçıya 200 manat mәblәğindә müәyyәn edilmәsini işin hallarına uyğun vә ağlabatan hesab etmişdir.
21. Mәhkәmә öz mövqeyini Azәrbaycan Respublikası Konstitusiyasının 46, Mülki Mәcәllәnin 23.1, 23.4, 23.6, Mülki Prosessual Mәcәllәnin 14.2, 88, 217.4 vә 218.1-ci maddәlәrinә, “Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 21 vә 23-cü maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2002ci il tarixli Qәrarına, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin “Şәrәf vә lәyaqәtin müdafiәsi barәdә qanunvericiliyin mәhkәmәlәr tәrәfindәn tәtbiq edilmәsi tәcrübәsi haqqında” ##.##.1999-cu il tarixli Qәrarının 3-cü bәndinә istinadla әsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
22. Iddiaçı qәtnamәdәn apellyasiya şikayәti verәrәk birinci instansiya mәhkәmәsinin qәtnamәsinin qismәn, iddianın tәmin olunmayan hissәsindә lәğv vә iddianın tam tәmin edilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayәti iddia әrizәsinin mәzmununa uyğun әsaslandırılmış vә әlavә olaraq qeyd edilmişdir ki, mәhkәmә “iddiaçı barәdә yayılmış ifadәlәr hәqiqәtә uyğun olmamaqla, onun şәrәf vә lәyaqәtini lәkәlәyәn ifadәlәrdir vә hәmin ifadәlәr kütlәvi informasiya vasitәlәrindә, çoxsaylı şәxslәr dairәsinә yayılmışdır” nәticәsinә gәlsә dә, mәnәvi zәrәrin hәddinin 200 manat mәblәğindә müәyyәn etmәklә әdalәtsiz, işin faktiki hallarına uyğun olmayan qәrar çıxartmışdır. Subyektiv hüququnun olmaması ilә bağlı mәhkәmәnin mövqeyinә münasibәtdә qeyd etmişdir ki, iddiaçı hәmin әşyaları anasının adında olan mәnzildә saxlasa da, bu ona müәyyәn xәrclәrә başa gәlir. Eyni zamanda anası 2022-ci ildә vәfat etmişdir, onun yeganә vәrәsәsi iddiaçıdır. Belәliklә, mәhkәmә tәrәfindәn maddi vә prosessual hüquq normaları pozularaq, iddia tәlәbi tam tәmin edilmәmişdir.
24. Cavabdeh apellyasiya şikayәtinә qarşı etirazında qeyd etmişdir ki, apellyasiya şikayәtindә qeyd olunanlar yanlış mülahizәlәrә әsaslanmış, heç bir qanuni dәlillә tәsdiq olunmamışdır. Cavabdehin iddiaçıya qarşı şәxsi qәrәzi olmamış, tәlәbi yalnız mәhkәmә aktlarının icrasının tәmin edilmәsi ilә bağlı olmuşdur. Hәmçinin iddiaçının hәrәkәtlәri icradan yayınmağa yönәlmiş, hazırkı şikayәt isә icranın qarşısını almaq mәqsәdi daşımışdır.
25. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrәli qәtnamәsi ilә apellyasiya şikayәti tәmin edilmәyәrәk birinci instansiya mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn saxlanılmışdır (hakimlәr: S.Sәlimova – sәdrlik edәn vә mәruzәçi, A.Isgәndәrov vә M.Rüstәmli).
26. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslandırıcı vә nәticә hissәsi ilә razılaşmış, cavabdehdәn ona dәymiş mәnәvi zәrәrә görә 30 000 manat kompensasiya tәlәb ilә bağlı dәlillәrinә münasibәtdә isә qeyd etmişdir ki, hәmin mәblәğin açıqaşkar iddiaçının mәruz qaldığı sarsıntıya vә iztirablara mütәnasib olmaması vә bu tәlәb üzrә cavabdehdәn iddiaçının xeyrinә 200 manat tutulmasına dair birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә doğrudur. Bu mәblәğ müәyyәn edilәrkәn yayılmış mәlumatların xarakteri, yayılma dairәsi, bu mәsәlәdә cavabdehin tәqsiri vә onun әmlak vәziyyәti düzgün nәzәrә alınmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
27. Iddiaçı kassasiya şikayәti verәrәk apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsinin qismәn, yәni iddia tәlәbinin tәmin olunmayan hissәdә lәğv edilmәsi vә iddia tәlәbinin tam tәmin edilmәsi barәdә qәrar qәbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayәti iddia әrizәsi vә apellyasiya şikayәti ilә eyni mәzmunda әsaslandırılmış vә әlavә olaraq qeyd edilmişdir ki, işә baxan mәhkәmәlәr “iddiaçı barәdә yayılmış ifadәlәr hәqiqәtә uyğun olmamaqla, onun şәrәf vә lәyaqәtini lәkәlәyәn ifadәlәrdir vә hәmin ifadәlәr kütlәvi informasiya vasitәlәrindә, çoxsaylı şәxslәr dairәsinә yayılmışdır” nәticәsinә gәlsә dә, mәnәvi zәrәrin hәddinin 200 manat mәblәğindә müәyyәn etmәklә әdalәtsiz, işin faktiki hallarına uyğun olmayan qәrar çıxarmışdır. Hәmçinin mübahisә predmeti olmuş, şәrәf vә lәyaqәtini lәkәlәyәn, hәqiqәtә uyğun olmayan mәlumatlar cavabdeh tәrәfindәn bu günәdәk internet resurslarından silinmәmişdir. Bu hal göstәrir ki, hüquq pozuntusu faktiki olaraq davam edir vә hәr gün yeni auditoriya tәrәfindәn qәbul olunur. Qeyd edilәn davranış cavabdehin hüquqazidd hәrәkәtlәrә münasibәtdә laqeyd mövqedә olduğunu vә mәnәvi zәrәrin artmasına sәbәb olan vәziyyәti şüurlu şәkildә davam etdirdiyini nümayiş etdirir.
b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azәrbaycan Respublikasının Konstitusiyası
30. Maddә 46. Şәrәf vә lәyaqәtin müdafiәsi hüququ I. Hәr kәsin öz şәrәf vә lәyaqәtini müdafiә etmәk hüququ vardır. II. Şәxsiyyәtin lәyaqәti dövlәt tәrәfindәn qorunur. Heç bir hal şәxsiyyәtin lәyaqәtinin alçaldılmasına әsas verә bilmәz.
Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi
31. Maddә 21.1. Hüququ pozulmuş şәxs ona vurulmuş zәrәrin әvәzinin tam ödәnilmәsini tәlәb edә bilәr, bu şәrtlә ki, qanunda vә ya müqavilәdә zәrәrin әvәzinin daha az miqdarda ödәnilmәsi nәzәrdә tutulmasın.
32. Maddә 21.2. Zәrәr dedikdә, hüququ pozulmuş şәxsin pozulmuş hüququnu bәrpa etmәk üçün çәkdiyi vә ya çәkmәli olduğu xәrclәr, әmlakından mәhrum olması vә ya әmlakının zәdәlәnmәsi (real zәrәr), habelә hüququ pozulmasaydı, hәmin şәxsin adi mülki dövriyyә şәraitindә әldә edәcәyi gәlirlәr (әldәn çıxmış fayda) başa düşülür.
33. Maddә 23.1. Fiziki şәxs onun şәrәfini, lәyaqәtini vә ya işgüzar nüfuzunu lәkәlәyәn, şәxsi vә ailә hәyatının sirrini vә ya şәxsi toxunulmazlığını pozan mәlumatların mәhkәmә qaydasında tәkzib olunmasını tәlәb edә bilәr, bu şәrtlә ki, hәmin mәlumatları yaymış şәxs onların hәqiqәtә uyğun olduğunu sübuta yetirmәsin.
34. Maddә 23.2. Əgәr fiziki şәxsin şәrәfini, lәyaqәtini, işgüzar nüfuzunu lәkәlәyәn vә ya şәxsi vә ailә hәyatının sirrinә qәsd edәn mәlumatlar mediada yayılmışdırsa, hәmin mediada da tәkzib edilmәlidir. Əgәr göstәrilәn mәlumatlar rәsmi sәnәdә daxil edilmişdirsә, hәmin sәnәd dәyişdirilmәli vә bu barәdә marağı olan şәxslәrә mәlumat verilmәlidir. Digәr hallarda tәkzib qaydasını mәhkәmә müәyyәnlәşdirir.
35. Maddә 23.4. Şәrәfini, lәyaqәtini vә ya işgüzar nüfuzunu lәkәlәyәn mәlumatlar yayılmış fiziki şәxsin hәmin mәlumatların tәkzibi ilә yanaşı, onların yayılması nәticәsindә vurulmuş zәrәrin әvәzinin ödәnilmәsini tәlәb etmәk hüququ vardır.
36. Maddә 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla vә ya qanunla müdafiә edilәn başqa şәxsә (zәrәrçәkәnә) birbaşa ziyan vә ya zәrәr vurulmasına gәtirib çıxaran tәqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) әmәldir (hәrәkәt vә ya hәrәkәtsizlikdir).
37. Maddә 1097.1. Mülki hüquq pozuntusu (delikt) nәticәsindә fiziki şәxsin şәxsiyyәtinә vә ya әmlakına vurulmuş zәrәrin, habelә hüquqi şәxsin әmlakına vә işgüzar nüfuzuna vurulmuş zәrәrin әvәzi zәrәrvuran tәrәfindәn tam hәcmdә ödәnilmәlidir. Qanunla zәrәrin әvәzini ödәmәk vәzifәsi zәrәri vurmayan şәxsin öhdәsinә qoyula bilәr.
Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi
38. Maddә 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.
39. Maddә 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir.
40. Maddә 407.2. Kassasiya şikayәtindә işin hallarının sübut olunmamasına, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmamasına vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmamasına istinad etmәyә yol verilmir.
41. Maddә 416.1. Kassasiya instansiyası mәhkәmәsi işә şikayәt hәddindә baxır vә kassasiya şikayәtindә irәli sürülmüş dәlillәr üzrә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Maddә 416.2. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn bu Mәcәllәnin 418.4cü maddәsindә
42. nәzәrdә tutulmuş prosessual hüquq pozuntusu hesab edilәn hallara yol verilmәsi şikayәtin hәdlәrindәn vә dәlillәrindәn asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
43. Qanunun tәlәbinә görә kassasiya instansiyası mәhkәmәsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq olunub-olunmamasını yoxlamaq zәrurәtindәn irәli gәlәrәk iş materiallarında olan, aşağı instansiya mәhkәmәlәri tәrәfindәn qәbul edilәrәk işә әlavә olunmuş, araşdırılmış vә (vә ya) müәyyәn edilmiş sübutlara vә hüquqi faktlara istinad edilmәsi kassasiya instansiyası mәhkәmәsinin faktiki halları araşdırması kimi qiymәtlәndirilmәmәlidir.
44. Hazırkı kassasiya şikayәtindә qәtnamә bütövlükdә mübahisәlәndirildiyindәn apellyasiya instansiyası mәhkәmәsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Mәhkәmә kollegiyası hesab edir ki, kassasiya şikayәtinin tәmin edilmәsi üçün әsaslar mövcud deyildir. Belә ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn MPM-in 418.4-cü maddәsindә göstәrilәn prosessual hüquq normalarının kobud şәkildә pozulmasına yol verilmәmişdir.
46. Kassasiya şikayәtindә qeyd edilәn dәlillәr isә әsaslı hesab edilә bilmәz. Belә ki, mәhkәmә kollegiyası kassasiya şikayәtinin hәmin dәlillәrini apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsinin lәğvi üçün әsas hesab etmir vә bildirir ki, apellyasiya instansiyası mәhkәmәsinin qiymәtlәndirmәsi şikayәtin dәlillәrindә göstәrilәn hüquqi mәsәlәlәrә tam cavab verir. Kollegiya hәmin hüquqi qiymәtlәndirmә ilә razılaşır, eyni qiymәtlәndirmәnin tәkrarlanmasına zәrurәt görmür.
47. Kassasiya şikayәtindә pozuntuların nәdәn ibarәt olmasına dair aydın şәkildә izah verilmәmiş, maddi vә prosessual hüquq normalarının pozulması işdә olan sübutların vә işin hallarının düzgün qiymәtlәndirilmәmәsi ilә әlaqәlәndirilmişdir.
48. Halbuki MPM-in 407.2 vә 416.1-ci maddәlәrinin birgә tәfsirinә görә kassasiya şikayәtindә işin hallarının sübut olunmaması, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmaması vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmaması ilә bağlı dәlillәrә istinad edilә, kassasiya instansiyası mәhkәmәsi isә belә dәlillәri yoxlaya bilmәz.
49. Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 420-ci maddәsinin şәrh edilmәsinә dair” 2012-ci il ## ###### tarixli Qәrarında da qeyd edilmişdir ki, ...kassasiya mәhkәmәsi sübut vә faktlara yenidәn qiymәt vermәdәn işin hallarını müәyyәn olunmuş kimi qәbul edәrәk, apellyasiya mәhkәmәsinin qәrarının mahiyyәti üzrә düzgün olub-olmamasını yoxlamır, onu yalnız mәhkәmә tәrәfindәn qanunun tәlәblәrinә riayәt olunub-olunmaması maraqlandırır, çünki hәmin mәhkәmәnin fәaliyyәtinin fundamental prinsipinә görә, “kassasiya mәhkәmәsi işi deyil, qәrarı mühakimә edir”. Mәhkәmә aktı o zaman qanuni hesab olunur ki, mübahisәyә prosessual qanunla müәyyәn olunmuş qaydalara uyğun olaraq baxılmış vә qәrar qәbul olunmuş, mübahisәlәndirilәn münasibәtlәr isә onlara dair maddi hüquq normaları ilә müәyyәn edilmiş qaydalarla tәnzimlәnmişdir. Konstitusiya Mәhkәmәsi Plenumunun müxtәlif qәrarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya mәhkәmәsi apellyasiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Kassasiya mәhkәmәsinin vәzifәsinin mәhz bundan ibarәt olması MPM-in 407.1.4, 408.1.5 vә 416-cı maddәlәrindәn aydın görünür. Hәmin Mәcәllәnin 407.2-ci maddәsinә görә kassasiya şikayәtindә işin hallarının sübut olunmamasına, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmamasına vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmamasına istinad etmәyә yol verilmir. Bu hal kassasiya icraatını faktların müәyyәn edilmәsi mәsәlәsinә, o cümlәdәn işin mahiyyәtinә toxunmadan yalnız mәsәlәnin hüquqi tәrәfi ilә, yәni şikayәt edilәn qәtnamәdә qanun pozuntularının mövcudluğu vә ya onun olmamasına dair şikayәtdә qoyulmuş mәsәlәlәrә cavab verilmәsi ilә mәhdudlaşır (Konstitusiya Mәhkәmәsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayәti üzrә 2004-cü il ## ##### tarixli Qәrarı).
50. Mәhkәmә kollegiyası qeyd edir ki, işin faktiki hallarının vә sübutların qiymәtlәndirilmәsi ilә bağlı mәsәlә işә mahiyyәti üzrә baxan birinci vә apellyasiya instansiyaları mәhkәmәlәrinin sәlahiyyәtinә aiddir. Kassasiya instansiyası mәhkәmәsi isә işin faktiki hallarının, habelә sübutların düzgün vә sәhv qiymәtlәndirilmәsini deyil, sübutların prosessual qanunvericiliyә uyğun qaydada tәqdim edilmәsi vә toplanması, onların tәdqiq edilmәsi, tәqdim edilmiş sübutlara qiymәt verilib-verilmәmәsi vә s. bununla bağlı prosessual qaydalara riayәt edilib-edilmәmәsini yoxlayır.
51. Apellyasiya instansiyası mәhkәmәsi dә öz sәlahiyyәtlәri daxilindә sübutları vә işin hallarını qiymәtlәndirmiş vә müәyyәn etdiyi hallara әsasәn kassasiya şikayәtindә qeyd edilәn maddi vә prosessual hüquq normalarının pozulmasına yol vermәmişdir.
52. Qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması halları müәyyәn edilmir. Ona görә dә iş üzrә qәbul edilmiş qәtnamә dәyişdirilmәdәn saxlanılmalı, kassasiya şikayәti isә tәmin edilmәmәlidir.
53. MPM-in 417-419-cu maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası
Qərara aldı:
Kassasiya şikayәti tәmin edilmәsin. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrәli qәtnamәsi dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәbul edildiyi andan qüvvәyә minir.