Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-375/2026 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, cərimə borcunun hesablanması, ekspert rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: Işin halları:
1. ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsi ilə Iddiaçı ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 17% ödəmək şərtilə 63.000 manat məbləğində kredit verilmişdir.
2. Iddiaçı ASC və Cavabdeh arasında ## #### 2019-cu il tarixdə bağlanmış ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsinə * №-li Əlavəyə əsasən bank tərəfindən Cavabdeh verilmiş kreditin faizi 19%, müddəti ## ###### 2021-ci il tarixinədək müəyyən edilmişdir.
3. Iddiaçı ASC tərəfindən verilmiş ## ##### 2023-cü il tarixli hesabdan çıxarışdan Cavabdeh məxsus 486020********** nömrəli kart hesabına əsasən ## #### 2015-## ##### 2023-cü il tarix aralığına 3875,50 ABŞ dolları mədaxil, 3897,17 ABŞ dolları məxaric əməliyyatı həyata keçirilməklə, balans 19,51 ABŞ dolları müəyyən edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı Iddiaçı ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən IK**** nömrəli kredit müqaviləsi üzrə 30365,16 manat əsas borc, 3927,58 manat faiz borcu, 56235,78 manat cərimə borcu olmaqla, cəmi 90528,52 manat borcun, *****USDFK********** nömrəli kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən cəmi 19,51 ABŞ dolları əsas borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 362 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında IK**** nömrəli, ## ###### 2016-cı il tarixli kredit müqaviləsi imzalanmış, bank tərəfindən borcalana ## ###### 2020-ci il tarixədək illik faiz dərəcəsi 17%, kreditin faktiki illik faiz dərəcəsi 17,8996%, güzəştsiz illik faiz dərəcəsi 27%, illik cərimə faizi 180% olmaqla, 63.000 manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik kredit verilmişdir. Daha sonra, ## ###### 2016-cı il tarixli IK**** nömrəli kredit müqaviləsinə ## #### 2019-cu il tarixli * saylı əlavə imzalanaraq kreditin müddəti ## ###### 2021-ci il tarixədək uzadılmış və illik güzəştsiz faiz dərəcəsi 19%-ə endirilmişdir. Lakin, borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1140 gün, kart hesabı üzrə 1867 gün təşkil edir. Eyni zamanda IK**** nömrəli, ## ###### 2016-cı il tarixli kredit müqaviləsinə əsasən kart üzrə texniki overdraft, yəni məzənnə fərqi, üçüncü tərəflərə gələcəkdə ödəniş edilməsi üçün kredit alan tərəfindən kart məlumatları daxil edildikdə, lakin ödəniş vaxtı hesabda vəsait olmadıqda və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Texniki overdraft nəticəsində yaranmış borcun (əsas, faiz, cərimə və s.) ödənilməsinə görə məsuliyyəti kredit alan daşıyır. Bank tərəfindən kredit alana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Kredit Müqaviləsinin 5-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank müştəriyə verilən krediti bir tərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər.
6. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2024-cü il tarixli rəyinə əsasən Cavabdeh ilə Iddiaçı ASC arasında bağlanmış ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu ## ###### 2021-ci il tarixə əsas borc üzrə 16488,33 manat, faiz borcu üzrə 1557,69 manat müəyyən edilmişdir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, borcalan tərəfindən kreditora ## ##### 2022-ci il tarixdə 10000 manat məbləğində ödəniş edilmişdir. Lakin, hazırkı ekspertiza tədqiqatı zamanı həmin məbləğ nəzərə alınmamışdır.
7. Iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli rəyinə əsasən Cavabdeh ilə Iddiaçı ASC arasında bağlanmış ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu ## ###### 2021-ci il tarixə əsas borc üzrə 16488,33 manat, faiz borcu üzrə 1557,69 manat müəyyən edilmişdir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, borcalan tərəfindən kreditora ## ##### 2022-ci il tarixdə 10000 manat məbləğində ödəniş edilmişdir. Lakin, hazırkı ekspertiza tədqiqatı zamanı həmin məbləğ nəzərə alınmamışdır. Bundan başqa qeyd edilmişdir ki, Cavabdeh ilə Iddiaçı ASC arasında bağlanmış ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsi üzrə cərimə hesabı və cərimə hesabından çıxarış olmadığından hazırkı tədqiqat zamanı Cavabdeh cərimə hesablanmamışdır. Iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş təkrar məhkəməmühasibatlıq
8. ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli rəyinə görə, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsinin və ## #### 2019-cu il tarixli * nömrəli Əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh ## ###### 2021-ci il tarixə banka olan əsas borc üzrə 16488,33 manat və faiz borcu üzrə 1557,69 manat olmaqla, ümumilikdə 18046,02 manat məbləğində müəyyən edilmişdir. Iddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən ## ###### 2021-ci il tarixdən sonra 10000 manat məbləğində kredit ödənilmişdir. Hazırkı tədqiqatla ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsi üzrə borc qalığı ## ###### 2021-ci il tarixədək hesablandığından bu tarixdən sonra ödənilən 10000 manat məbləğində kredit ödənişi hazırkı hesablamada nəzərə alınmamışdır. Bundan başqa, Iddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə Bank tərəfindən cərimə hesablanmamış və buna görə də hazırkı tədqiqatla cərimə müəyyən edilməmişdir.
9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi, vəkil vəkil1 izahat verərək bildirmişdir ki, ## #### 2025-ci il tarixli ekspertiza rəyində qeyd edilən məbləğ ilə razılaşaraq, iddia tələbinin bu həcmdə təmin edilməsini xahiş etmişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbi qismən təmin edilərək, cavabdeh Cavabdeh IK**** nömrəli, ## #### 2019-cu il tarixli kredit müqaviləsi üzrə 16488,33 manat əsas, 1557,69 manat faiz, 1000 manat cərimə borcu olmaqla, cəmi 19046,02 manat məbləğində pulun, habelə *****USDFK********** nömrəli kart hesabı üzrə 19,51 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 148 manat hissəsinin alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
12. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 16488,33 manat, faiz borcu 1557,69 manat təşkil edir.
13. Məhkəmə qeyd etmişdir ki, sözügedən kredit müqaviləsinin müddəti ## ###### 2021-ci il tarixdə bitmiş və faiz borcu da həmin dövrədək hesablanmışdır.
14. Həmçinin, ekspert rəylərindən göründüyü kimi IK**** nömrəli kredit müqaviləsi üzrə borc qalığı ## ###### 2021-ci il tarixədək hesablandığından bu tarixdən sonra ödənilən 10000 manat məbləğində kredit ödənişi hesablamada nəzərə alınmamışdır. Eyni zamanda, məhkəmə iclasında cavabdeh tərəf ödənilmiş 10000 manat pul məbləğini mübahisələndirməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyləri ilə cavabdehin kredit müqaviləsi üzrə müqavilə müddəti üçün əsas borcun 16488,33 manat, faiz borcunun 1557,69 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. Araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
16. Məhkəmə hesab etmişdir ki, iddia dəbbə pulu hissəsində qismən təmin edilərək, tələb edilən 56.235,78 manat məbləğində dəbbə pulu (cərimə) azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir.
17. Belə ki, kredit müqaviləsi üzrə cavabdehdən ödənilməsi tələb edilən 56.235,78 manat məbləğində dəbbə pulu əsas borc və faiz borcu müqabilində tənasübsüz surətdə yüksək məbləğ olmuşdur. Dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Hazırkı işdə iddiaçı tərəfindən ödənilməsi tələb edilən dəbbə pulu borc alanın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nöqteyi-nəzərindən tənasübsüz surətdə yüksəkdir.
18. Məhkəmə, iddia tələbinin “*****USDFK********** nömrəli kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən cəmi 19,51 ABŞ dolları əsas borc məbləğində borcun tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
19. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə “overdraft” anlayışı mövcuddur. Müqavilənin həmin bəndinə əsasən müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir.
20. Göründüyü kimi cavabdeh qeyd olunan borc məbləğini banka qaytarmamaqla, əsassız varlanmışdır.
21. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 19,51 ABŞ dolları borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385, 390, 425, 439, 442, 443, 448, 449.1 (köhnə redaksiya), 467, 739 (köhnə redaksiya), 1091, 1092, 1093, 1094-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Iddiaçı Iddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin IK**** nömrəli maliyyələşdirmə üçün ərizələr üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli rəyini məqbul hesab etmədikləri üçün etiraz təqdim edilmişdir. Belə ki, ekspert tərəfindən ödənişlərin silinməsi doğru yerinə yetirilməmişdir. Ekspertiza tədqiqatı zamanı bəzi ödənişlər üzrə silinmələr və müvafiq hesablamalar ekspert tərəfindən düzgün nəzərə alınmadığından, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti yaranmışdır. Ekspert rəyində qeyd edilmişdir ki, ümumilikdə ## #### 2021-ci il tarixədək 80776,95 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 80776,95 manat məbləğində pulun 46511,67 manat əsas borcun və 34265,28 manat isə faiz borcundan silinməsi müəyyən edilir. Ekspertin rəy verdiyi ## ###### 2021-ci il tarixədək müştəri tərəfindən edilmiş ödənişlərdən əsas borca 31142,84 manat, faiz borcuna 28574,01 manat, cərimə borcuna isə 24645,05 manat məbləğində silinmə olmuşdur. Ekspert müvafiq tarixədək həyata keçirilmiş ödənişlərin 46511,67 manat hissəsini əsas borca, 34265,28 manat hissəsini isə faiz borcuna silinmə etmişdir. Bu səbəbdən də, əsas borc üzrə 15368,83 manat fərq yaranmışdır. Əlavə olaraq əsas borcda yaranan fərq faiz borcunun hesablanmasına da təsir etmiş və bu səbəbdən iddiaçının ## ###### 2021-ci il tarixə olan məlumatı ilə ekspertin rəyi arasında 10,877.89 manat məbləğində fərq yaranmışdır. Hesabdan çıxarışı və ekspertin rəyindəki cədvəli nəzərdən keçirdikdə məlum olur ki, ekspert müvafiq tarixədək edilmiş cərimə ödənişlərinin 21060,10 manat hissəsini əsas və faiz borcuna yönləndirmişdir. Bank xidmətlərinin göstərilməsinə dair X1 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (penya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə istinad etməsinə baxmayaraq, müştəri tərəfindən həyata keçirilmiş bütün ödənişləri əsas və faiz borcunun silinməsinə yönləndirmişdir. Lakin, məhkəmə bütün bu qeydləri və faktiki halları nəzərə almamış, sübutları düzgün və ətraflı araşdırmamış ekspert rəyini əsas sübut kimi nəzərə almışdır. Cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Məhkəmə faiz məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, ## ###### 2023-cü il tarixə cavabdeh tərəfindən krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı K**** nömrəli maliyyələşdirmə üçün ərizə üzrə 1210 gündən çox olmuşdur. Müvafiq olaraq gecikmə günləri ilə əsas, faiz və cərimə borcu məbləğinin təmin edilən hissəsinin uyğun olaraq qət edilən əsas, faiz və cərimə məbləğinin həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən əsas, faiz və cərimə məbləği əsaslı hesab edilə bilməz. Belə ki, əsassız və düzgün hesablanmadan verilmiş qanunsuz ekspert rəyinin məhkəmə üçün sübut kimi qəbul edilməsi məcburi olmadığı üçün, əsas, faiz və cərimə borcu həmin rəyə əsasən də müəyyən edilməməli və iddia tələbi tam təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iş üzrə əlavə məhkəməmühasibatlıq
25. ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli rəyi ilə Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsinin və ## #### 2019cu il tarixli * nömrəli Əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh ## ###### 2021-ci il tarixə (müqavilənin bitmə tarixi) banka olan əsas və faiz borcu 18046,02 manat məbləğində müəyyən edilmişdir. O cümlədən: əsas borc üzrə 16488,33 manat, faiz borcu üzrə 1557,69 manat. Iddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən ## ###### 2021-ci il tarixdən (müqavilənin bitmə tarixi) sonra 10000,00 manat məbləğində kredit ödənilmişdir. Hazırkı tədqiqatla ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsi üzrə borc qalığı ## ###### 2021-ci il tarixədək (müqavilənin bitmə tarixi) hesablandığından bu tarixdən sonra ödənilən 10000,00 manat məbləğində kredit ödənişi hazırkı hesablamada nəzərə alınmamışdır. Bundan başqa, Iddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2016-cı il tarixli, IK**** nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə Bank tərəfindən cərimə hesablanmamış və buna görə də hazırkı tədqiqatla cərimə müəyyən edilməmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hazırkı borc məbləği tərəflər arasında bağlanmış kredit müqaviləsi və ## #### 2019-cu il tarixli, ** saylı əlavə üzrə cavabdeh Cavabdeh tərəfindən aparılmış bütün ödənişlər nəzərə alınmaqla və bu ödənişlər əvvəlcə xərclərin hesabına sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilməklə müəyyən edilmişdir.
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Qafari və A.Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin göstərilən ekspert rəylərini mövcud mübahisə üzrə mötəbər sübut kimi qiymətləndirməklə yuxarıda göstərilən nəticəyə gəlməsi əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəməmühasibatlıq
28. ekspertizasının rəyləri ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 16488,33 manat, faiz borcu 1557,69 manat təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti ## ###### 2021-ci il tarixdə bitmiş və faiz borcu da həmin dövrədək hesablanmışdır. IK**** nömrəli kredit müqaviləsi üzrə borc qalığı ## ###### 2021-ci il tarixədək hesablandığından, bu tarixdən sonra ödənilən 10000 manat məbləğində kredit ödənişi hesablamada nəzərə alınmamışdır.
29. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatına dair rəylər ilə cavabdehin kredit müqaviləsi üzrə müqavilə müddəti üçün əsas borcunun 16488,33 manat, faiz borcunun 1557,69 manat olması müəyyən edildiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və əsaslı hesab edilməlidir.
30. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq, bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.
31. Kollegiya qeyd etmişdir ki, verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə məbləğinin tələb edilməsi əsaslıdır. Lakin müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunduğundan, bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.
32. Apellyasiya məhkəməsi hesab etmişdir ki, 16488,33 manat məbləğində əsas borca münasibətdə 1000 manat məbləğində cərimənin tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385, 432, 442, 443, 448, 462, 467-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
34. Iddiaçı Iddiaçı ASC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən - IK**** nömrəli maliyyələşdirmə üçün ərizələr üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 432, 448.1, 467-ci, Mülki Prosessual Məcəllənin 88, 97, 153, 217.1, 220.1, 220.4-cü maddələrin tələbləri pozulmuşdur.
36. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi IK**** nömrəli maliyyələşdirmə üçün ərizə üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində əsassız və qanunsuzdur. Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli rəyində aparılmış hesablamalar maddi hüquq normalarına, müqavilə şərtlərinə və bank əməliyyatlarının hüquqi mahiyyətinə zidd şəkildə həyata keçirilmişdir. Belə ki, ekspertiza zamanı müştəri tərəfindən həyata keçirilmiş ödənişlərin hansı ardıcıllıqla və hansı borc növləri üzrə silinməli olduğu düzgün müəyyən edilməmiş, bu isə nəticə etibarı ilə əhəmiyyətli maliyyə fərqlərinin yaranmasına səbəb olmuşdur. Ekspert rəyindən görünür ki, müştəri tərəfindən ## ###### 2021-ci il tarixədək edilmiş ödənişlərdən əsas borca – 31142,84 manat, faiz borcuna – 28574,01 manat, cərimə borcuna – 24645,05 manat məbləğində silinmə aparıldığı halda, ekspert həmin tarixədək həyata keçirilmiş ödənişlərin 46511,67 manat hissəsini əsas borca, 34265,28 manat hissəsini isə faiz borcuna yönəltmişdir. Bu yanaşma Bank xidmətlərinin göstərilməsinə dair X1 4-cü bölümünün 3.8-ci bəndinin açıq tələblərinə ziddir. Həmin bəndə əsasən müştəri tərəfindən edilən hər bir ödəniş ardıcıllıqla əvvəlcə cərimə (penya) borcunun, sonra faiz borcunun və yalnız bundan sonra əsas borcun silinməsinə yönəldilməlidir. Ekspert isə bu imperativ ardıcıllığı pozaraq, cərimə borcu üzrə edilmiş 21060,10 manat məbləğində ödənişi əsas və faiz borcuna yönəltmişdir ki, bu da hesablamaların hüquqi etibarlılığını tamamilə aradan qaldırır. Ekspert rəyində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4cü maddəsinə istinad edilsə də, həmin norma tərəflər arasında mövcud olan müqavilə şərtlərini və bank xidmətlərinin xüsusi hüquqi rejimini istisna etmir. Əksinə, qeyd edilən maddə dispozitiv xarakter daşıyır və tərəflərin müqavilə ilə müəyyən etdiyi silinmə ardıcıllığına üstünlük verilməlidir. Bu baxımdan, ekspertin bütün ödənişləri əsas və faiz borcunun silinməsinə yönəltməsi həm müqavilə azadlığı prinsipinə, həm də Mülki Məcəllənin tətbiq mexanizminə ziddir. Ekspertin səhv silinmə metodologiyası nəticəsində əsas borc üzrə əhəmiyyətli fərq yaranmışdır. Bu fərq yalnız əsas borc göstəricilərinə deyil, eyni zamanda faizlərin hesablanmasına da birbaşa təsir etmiş, nəticədə Bankın ## ###### 2021-ci il tarixli rəsmi məlumatları ilə ekspert rəyində göstərilən göstəricilər arasında 10877,89 manat məbləğində uyğunsuzluq formalaşmışdır. Məhkəmə cərimə məbləğinin tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bu qənaətini hər hansı hüquqi norma, sübut və ya hesablamalarla əsaslandırmamış, cərimənin hansı meyarlar üzrə tənasübsüz hesab edildiyini qətnamədə göstərməmişdir.
37. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
38. Kassasiya şikayətinə etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
39. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
40. Kassasiya baxışının hədlərini müəyyən edərkən məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, cavabdeh qətnaməni iddianın təmin olunan hissəsini mübahisələndiməmişdir. Bu səbəbdən, apellyasiya baxışının hədlərini yalnız iddianın IK**** nömrəli maliyyələşdirmə üçün ərizələr üzrə əsas, faiz və cərimə borcunun təmin olunmayan hissəsi təşkil etmişdir.
41. Iddiaçı hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
45. Belə ki, iddiaçının həm apellyasiya, həm də kassasiya qaydasında mübahisələndirdiyi məsələ cavabdehin kredit müqaviləsi üzrə öhdəliyinin icra etməməsi nəticəsində cərimənin hesablanması və tutulması ilə bağlıdır. Belə ki, iddiaçı kassasiya şikayətində cavabdehin öhdəliklərini vaxtında icra etmədiyi üçün müqavilə şərtlərinə əsasən ona cərimə hesablanmasını, iddiaçının sonrakı ödənişlərinin bu cəriməyə silinməsini, lakin iş üzrə keçirilmiş ekspertiza rəylərində cərimə məbləği nəzərə alınmadığı üçün tələb olunan əsas və faiz məbləği ilə, ekspert rəyində müəyyən olunan əsas və faiz məbləği arasında kəskin fərqin olmasını göstərir.
46. Iş materiallarından müəyyən olunur ki, borc məbləği tərəflərlə mübahisələndirildiyi üçün birinci instansiya məhkəməsi tərəfindən 3 dəfə, apellyasiya məhkəməsi tərəfindən isə əlavə olaraq 1 dəfə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, lakin ekspertlər hər dəfə cəriməni hesablamadan, müqavilə müddəti bitdiyi tarixə əsas və faiz borcunu müəyyən etmişlər. Bu zaman ekspert rəyində kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə Bank tərəfindən cərimənin hesablanmamasına istinad olunmuşdur.
47. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, dəbbə pulu (cərimə, penya) öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri olmaqla, qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (Mülki Məcəllənin 460, 462-ci maddələri).
48. Müqavilənin şərtləri, o cümlədən dəbbə pulunun miqdarı müqavilə tərəfləri ilə müəyyənləşdirilir (Mülki Məcəllənin 390.1, 462.3-ci maddələri).
49. Hazırkı işin materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış ## ###### 2016-cı il tarixli kredit müqaviləsi ilə iddiaçı bank cavabdehə 63000 manat məbləğində kredit vermişdir. Müqavilənin 1.3-1.5-ci maddələrinə əsasən kreditin nominal faizi – 17%, illik güzəştsiz faizi – 27%, illik cərimə faizi 180% müəyyən olunmuşdur.
50. Müqavilənin 3.4.2-ci maddəsində kredit və faizləri müqavilənin 4-cü maddəsi ilə müəyyən olunan qaydada və şərtlərlə kredit verənə ödəmək kredit alanın vəzifələrinin biri kimi göstərilmişdir.
51. Müqavilənin 6.2-ci maddəsinə əsasən müqavilənin 4.9-cu bəndində göstərilən hal baş verdikdə və bu vəzifənin icra müddəti kredit alan tərəfindən gecikdirildiyi halda, o, kredit verənə kredit məbləğinin bu müqavilənin 1.5-ci bəndində göstərilən faiz həcmində illik cərimə ödəyir.
52. Tərəflər arasında imzalanmış ## #### 2019-cu il tarixli kredit müqaviləsinə Əlavə ilə verilmiş kreditin faizi 19%, müddəti ## ###### 2021-ci il tarixinədək müəyyən edilmişdir.
53. Kredit müqaviləsinə qoşma olan ## #### 2019-cu il tarixli ödəniş cədvəlinə əsasən kreditin qalıq məbləği 39801,32 manat müəyyən olunmuş, kredit alan həmin borcu birinci ay 525,16 manat, sonrakı aylar 1722,51 manat və sonuncu ay 1722,64 manat olmaqla, ## #### 2019-cu il tarixdən ## ###### 2021-ci ilədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
54. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsinin bütün mühüm şərtləri – kreditin məbləği, faizi, aylıq ödəniş tarixi və məbləği, habelə öhdəlik lazımi qaydada icra olunmadığı halda cərimənin hesablanması barədə qarşılıqlı razılığa gəlmişlər.
55. Belə olan halda, cavabdehin iddiaçı qarşısında olan borcun məbləğini, o cümlədən cərimənin məbləğini müəyyən edilməsi üçün onun aylıq ödənişləri ödəniş cədvəlinə uyğun edib-etməməsi, etmədiyi halda gecikmələrin hər ödəniş üzrə neçə gün təşkil etməsi araşdırılmalı, müqavilə şərtinə uyğun gecikmə gününə cərimənin məbləği hesablanmalı, müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə əsasən cavabdehin gecikmə ilə etdiyi ödənişlərin borcdan silinməklə, yekun borc məbləği müəyyən olunmalıdır.
56. Lakin, iş materiallarından müəyyən olunur ki, iş üzrə dəfələrlə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilərək keçirilsə də, ekspertlər yuxarıda qeyd olunaları, yəni cavabdehin kredit ödənişlərini gecikmə ilə ödəyib-ödəməməsini müəyyən etməmiş, bunun nəticəsi olaraq cərimə borcunun və cavabdehin yekun borcunun müəyyən edilməsini təmin etməmişlər.
57. Həmçinin qeyd olunmalıdır ki, ekspertlər rəylərində kredit müqaviləsi üzrə təqdim olunmuş hesabdan çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamasını qeyd etsələr də, iş materiallarında olan hesabdan çıxarışa əsasən hesab üzrə edilən ödənişlər “Loan Rayment IK2434”, “Interest Payment of the Loan IK2434%”, “X2 of the Loan IK2434 %”, “X2 of the Loan IK2434 180.00%” təyinatları kimi silinmişdir.
58. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə keçirilmiş ekspertiza rəylərini mötəbər sübut kimi qəbul etsə də, həmin rəyləri işdə olan digər sübutlarla yanaşı qiymətləndirməmişdir.
59. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103.1-ci maddələrinin tələbləri pozulmuşdur.
60. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
61. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
62. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
63. Işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının, o cümlədən Mülki Məcəllənin 465.2 və 467-ci maddələrinin düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.