Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-389/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, X2, Hüseynova (Kazımova) Həlimə Feyti qızı, Hüseynova (Imamverdiyeva) Xalidə Ivan qızı və X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsi, kompensasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, X2, Hüseynova (Kazımova) Həlimə Feyti qızı, Hüseynova (Imamverdiyeva) Xalidə Ivan qızı və X1 qarşı “torpağın icarəyə götürülməsi ilə bağlı müvafiq kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-*/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ######## 2003-cü il tarixli ** nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 1,04 ha torpaq sahəsi verilmişdir.
2. Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ######## 2003-cü il tarixli ** nömrəli qərarı ilə X2 və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0,74 ha torpaq sahəsi verilmişdir.
3. Sənaye və Energetika Nazirliyi ilə “X3 Kəməri” şirkəti arasında bağlanmış ## ###### 2007-ci il tarixli icarə müqaviləsi üzrə Tovuz rayonu, Əyyublu kəndində yerləşən 0,22217 ha torpaq sahəsi X1, X11, X6 və X2 tərəfindən “X3 Kəməri” şirkətinin xeyrinə ## ###### 2015-ci il tarixdən ## ###### 2066-cı il tarixədək yüklü edilmişdir (icarəyə verilmişdir).
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 çəkilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası adından çıxış edən cavabdeh2 tərəfindən qanunsuz olaraq zəbt edilmiş onun və ailə üzvlərinin mülkiyyətində olan torpağa mülkiyyət hüququna dair JN-**** nömrəli dövlət aktında göstərilmiş torpaq sahəsi üçün qanunla müəyyən edilmiş qaydada və miqdarda kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X7 çəkilməsi ilə əlaqədar olaraq JN-**** nömrəli Torpağa mülkiyyət hüququ barədə şəhadətnamədə göstərilən torpaq sahəsinə dair ödənilməli olan kompensasiyanın cavabdehlər cavabdeh2, cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, X2, Hüseynova (Kazımova) Həlimə Feyti qızı, Hüseynova (Imamverdiyeva) Xalidə Ivan qızı və X1 alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Həmçinin iddiaçı İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehlərdən torpaq sahəsi üçün 16700 manat və bir illik gəlirin əvəzi olaraq 9000 manat kompensasiya olmaqla cəmi 25700 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz Rayon Aqrar Islahat Komissiyasının ## ######## 2003-cü il tarixli ** saylı qərarı ilə ona və ailə üzvlərinə Tovuz rayonu Əyyublu kəndi ərazisindən 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpağa mülkiyyət hüququna dair JN-**** saylı dövlət aktı tərtib edilmiş və həmin torpaq sahəsi onun və ailə üzvlərinin adına dövlət qeydiyyatına alınmışdır. Dövlət əhəmiyyətli X3 Kəmərinin çəkilişi və istismarı ilə bağlı Azərbaycan Respublikası adından çıxış edən yerli icra hakimiyyəti orqanları ilə həmin boru kəmərinin keçdiyi torpaq sahələrinin mülkiyyətçiləri arasında müvafiq icarə müqavilələri bağlanaraq, müvafiq kompensasiyalar verilməklə həmin torpaq sahələrinin uzun müddətə icarəyə verilməsi həyata keçirilir. Həmin boru kəməri eyni zamanda ona məxsus torpaq sahəsindən keçir və həmin torpaq sahəsində artıq müvafiq boru kəmər çəkilişi işləri aparılır, lakin bir mülkiyyətçi olaraq bu günədək nə ona və ailə üzvlərinə bu barədə məlumat verilmiş, nə onunla icarə müqaviləsi bağlanmış, nə də ona qanunla müəyyən edilmiş müvafiq kompensasiya verilmişdir. Hesab edir ki, həmin torpaq sahəsi üzərində onun qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2017-ci il tarixli ***** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və Yerqurluşu Layihə Tədqiqat Mərkəzinin ** saylı Tovuz Layihə Tədqiqat Idarəsinin mühəndisi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ######## 2003-cü il tarixli ** nömrəli qərarına əsasən İddiaçı Mehti oğluna və onun ailə üzvlərinə Tovuz rayonu, Əyyublu kəndi ərazisindən verilmiş 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1647 kv.m hissəsinin X3 kəmərinin çəkilişi ilə əlaqədar olaraq tikinti zonasında yerləşdiyi müəyyən edilmişdir.
9. Tovuz Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər X2, X6, X4 və X1 müştərək qaydada 11493 manatın alınıb iddiaçı İddiaçı Mehti oğluna ödənilməsi; iddia tələbinin qalan hissələrdə təmin edilməməsi; iş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdehlər X2, X6, X4 və X1 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim N.Mustafayev).
10. Məhkəmə qeyd etmişdir ki, Tovuz Rayon Aqrar Islahat Komissiyasının ## ######## 2003-cü il tarixli ** saylı qərarı ilə İddiaçı Mehti oğluna və ailə üzvlərinə Tovuz rayonu Əyyublu kəndi ərazisindən verilmiş 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1647 kv.metr hissəsinin X3 kəmərinin çəkilişi ilə əlaqədar olaraq tikinti zonasında yerləşir. Həmin torpaq sahəsinə dair 11493 manat məbləğində kompensasiya X2 və ailə üzvlərinə ödənilmişdir. “xxxx” şirkəti qanunvericiliyin tələbinə uyğun olaraq torpaq sahəsi üçün nəzərdə tutulmuş müvafiq kompensasiyanı ödədiyindən, cavabdehlər X2 və ailə üzvləri həmin kompensasiyanı qəbul etdiyindən həmin şirkətin iş üzrə cavabdehliyi yoxdur. cavabdeh2 isə ümumiyyətlə iş üzrə cavabdehliyi yoxdur. İddiaçı Mehti oğlu ona 16700 manat məbləğində kompensasiya verilməli olması və kompensasiyanın başqa şəxsə verilməsi nəticəsində ona 9000 manat məbləğində maddi zərər dəyməsini bildirsə də, məhkəmədə buna dair heç bir sübut növü təqdim edə bilməmişdir.
11. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 246-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70, 73-cü və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 35, 47, 54-cü maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Həmçinin qətnamədən narazı qalan cavabdeh cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X2, X6, X4 və X1 müştərək qaydada 11493 manat alınıb iddiaçı İddiaçı Mehti oğluna ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən, cavabdeh cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinin tam təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın iddiaçı İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakimlər - R.Muradov sədrlik edən və məruzəçi, Ş.Əliyeva və Ə.Məmmədov).
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı məxsus JN **** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsindən X3 Kəmərinin keçməsi öz təsdiqini tapmır.
16. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 238-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2020-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli *(***)- ***/**** saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (hakimlər Ə.Əhmədov (məruzəçi), İ.Dəmirov və V.Həsənov).
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 1.04 ha torpaq sahəsi ilə Ivan Hüseynovun və ailə üzvlərinin mülkiyyətində olan 0.74 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini araşdırmadan, iddiaçının və ailə üzvlərinin özbaşına zəbt etdikləri 0.40 ha torpaq sahəsinin koordinatlarını yerində müəyyən etmədən, bunun üçün öz təşəbbüsü ilə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan və ən əsası iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 1.04 ha torpaq sahəsinin 1647 kv.metr hissəsinin X3 Kəmərinin altına düşməsinə dair ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb onlara obyektiv hüquqi qiymət vermədən, cavabdeh tərəfindən çəkilən X3 Kəmərinin məhz Ivan Hüseynova və ailə üzvlərinə məxsus olan 0.74 ha torpaq sahəsinin ərazisindən keçməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 29, Mülki Məcəlləsinin 203, Mülki Prosessual Məcəlləsinin 77, 97, 102-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, cavabdeh2 və cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin qanuna zidd hərəkətlərinə münasibət bildirilməmişdir.
23. Cavabdeh cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Torpağa mülkiyyət hüququna dair JN-**** nömrəli Dövlət Aktına əsasən Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ######## 2003-cü il tarixli ** nömrəli qərarı ilə 0,74 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X2 və onun ailə üzvləri Kazımova (Hüseynova) Həlimə Feyti qızı, X4 və X1 mülkiyyətlərinə verilmişdir. Genişləndirmə layihəsinə görə torpaqların tikinti məqsədləri üçün ayrılması mərhələsində aparılan inventarlaşdırma işləri zamanı boru kəmərinin tikinti dəhlizinin X2 və onun ailə üzvlərinə JN-**** nömrəli Dövlət Aktı əsasında verilmiş torpaq sahəsinin müəyyən hissəsi ilə kəsişəcəyi müəyyən olunmuşdur. Həmin torpaq sahəsinə dair hüquqların genişləndirmə layihəsi ilə bağlı boru kəməri şirkətinin xeyrinə əldə edilməsi məqsədilə X2 və onun ailə üzvləri ilə Azərbaycan Respublikasının adından cavabdeh2 arasında icarə müqaviləsi bağlanmışdır. Həmçinin müqavilə əsasında X2 və onun ailə üzvlərinə müvafiq kompensasiya ödənilmişdir. X2 və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq qeyd olunan torpaq sahəsinə görə boru kəməri şirkətinin xeyrinə icarə hüququnun yüklü edilməsinə dair RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Iddiaçı İddiaçı cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə müraciət edərək, onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin genişləndirmə layihəsinin təsirinə məruz qalmasını iddia etmiş, lakin araşdırma zamanı bu öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh1 şirkətinin təşəbbüsü ilə həmin şirkətin əməkdaşları və yerli inzibati qurumun nümayəndələrindən ibarət işçi qrupu yaradılmış, sözügedən torpaq sahəsinin koordinatları naturada müəyyənləşdirilmiş, həmin koordinatlar Genişləndirmə layihəsinin tikinti dəhlizi ilə müqayisə edilmiş və müəyyən olunmuşdur ki, İddiaçı iddia etdiyi torpaq sahəsi başqa mülkiyyətçilərə (X2 və onun ailə üzvlərinə) məxsusdur, həmin mülkiyyətçilərlə sözügedən torpaq sahəsinə münasibətdə icarə müqaviləsi bağlanmış və JN-**** nömrəli Dövlət Aktı əsasında İddiaçı məxsus torpaq sahəsi genişləndirmə layihəsinin tikinti dəhlizindən kənardadır. Ekspert rəyi isə prosessual normalara zidd olaraq verilmişdir. Belə ki, cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və digər cavabdehlərin iştirakı olmadan torpaq sahəsinə baxış keçirilmiş, həmçinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ixtisaslı mütəxəssisləri cəlb edilmədən və ölçmə vasitəsinin səlahiyyətli qurum tərəfindən yoxlanılıb - yoxlanılmaması, sertifikatlaşdırılıb - sertifikatlaşdırılmaması müəyyən edilməmişdir.
24. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə3 iddiaçının apellyasiya şikayətinə etiraz edərək və cavabdeh cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin apellyasiya şikayətini müdafiə edərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2022-ci il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, 1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Tovuz Ərazi Idarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı və ailə üzvlərinin JN-**** nömrəli Dövlət Aktı ilə istifadələri kimi təqdim edilən torpaq sahəsinin koordinatları GPS ölçmə aləti vasitəsilə götürüldü və 1.33 hektardır. 2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Tovuz Ərazi Idarəsinin mütəxəssis rəyinə əsasən X2 və ailə üzvlərinin JN-**** nömrəli Dövlət Aktı ilə istifadələri kimi təqdim edilən torpaq sahəsinin koordinatları GPS ölçmə aləti vasitəsilə götürüldü və 1.05 hektardır. 3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Tovuz Ərazi Idarəsinin mütəxəssis rəyinə əsasən mülki işə hüquqmüəyyənedici sənəd olan RX seriyalı ******* nömrəli çıxarış və koordinatlarını özündə əks etdirən plan ölçü sənədi müraciətə əlavə edilmədiyindən və ** saylı Tovuz Ərazi Idarəsinin arxiv materiallarında RX seriyalı ******* nömrəli çıxarışa dair hər hansı məlumat olmadığından sualın cavablandırılması mümkün olmadı. 4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Tovuz Ərazi Idarəsinin mütəxəssis rəyinə əsasən X3 Kəməri Layihəsinin mübahisələndirilən ərazidən keçən hissəsinin 658 kv.m-ə qədər hissəsi Əyyublu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı və ailə üzvlərinə verilmiş JN-**** nömrəli Dövlət Aktında olan torpaq sahəsi ilə üst-üstə düşür.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, 1. İddiaçı və ailə üzvlərinin JN-**** nömrəli Dövlət Aktı ilə istifadələri kimi təqdim edilən torpaq sahəsinin koordinatları GPS ölçmə aləti vasitəsilə götürüldü və 1.28 hektardır. 2. X2 və ailə üzvlərinin JN-**** nömrəli Dövlət Aktı ilə istifadələri kimi təqdim edilən torpaq sahəsinin koordinatları GPS ölçmə aləti vasitəsi ilə götürüldü və 1.10 hektardır. 3. 3-cü və 4-cü suallar üzrə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən cavablandırılmadığından bu sual üzrə tədqiqat aparılmadı. 4. X3 Kəmərinin mübahisələndirilən ərazidən keçən hissəsinin 658 kv.m-ə qədər hissəsi Əyyublu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı və ailə üzvlərinə verilmiş JN-**** nömrəli Dövlət Aktında olan torpaq sahəsi ilə üst-üstə düşür. Lakin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUIS) məlumatlarına, yəni faktiki vəziyyətinə uyğun olaraq hazırlanmış xəritəyə əsasən” X3 Kəməri layihəsi ilə üst-üstə düşmə halı yoxdur.
27. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən hazırlanmış ##.##.2025-ci il tarixli *- **-*-**/*-****/**** saylı məktuba əlavə edilmiş rəydə göstərilir ki, 1. Mülki işə hüquqmüəyyənedici sənəd olan RX seriyalı ******* nömrəli çıxarış və koordinatlarını özündə əks etdirən plan ölçü sənədi müraciətə əlavə edilmədiyindən və ** saylı Tovuz Ərazi Idarəsinin arxiv materiallarında RX seriyalı ******* nömrəli çıxarışa dair koordinatları özündə əks etdirən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü) barədə hər hansı məlumat olmadığından 0.22217 ha torpaq sahəsinin hüdudlarını müəyyən etmək mümkün olmamışdır. 2. ** saylı Tovuz Ərazi Idarəsinin arxiv materiallarında RX seriyalı ******* nömrəli çıxarışa dair koordinatları özündə əks etdirən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü) barədə hər hansı məlumat olmadığından 0.22217 ha torpaq sahəsinin JN-2585 kod ******** nömrəli Dövlət Aktı ilə İddiaçı və onun ailə üzvlərinə məxsus 1.04 ha torpaq sahəsi, Tovuz rayon Aqrar Islahat Komissiyasının ## ######## 2003-cü il tarixli ** nömrəli qərarı ilə verilmiş JN-2583 KOD ******** nömrəli Dövlət Aktı ilə X2 və onun ailə üzvlərinə məxsus kənd təsərrüfatı məhsulları istehsalı üçün Tovuz rayonu, Aşağı Ayıblı kəndində yerləşən 0.74 ha torpaq sahəsi və DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışla üst-üstə düşmə halını müəyyən etmək mümkün olmamışdır. 3. X3 Kəməri layihəsinin mübahisələndirilən ərazidən keçən hissəsinin 658 kv.m-ə qədər hissəsi Əyyublu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən İddiaçı və ailə üzvlərinə verilmiş JN**** nömrəli Dövlət Aktında olan torpaq sahəsi ilə üst-üstə düşür.
28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-*/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin qismən - cavabdeh cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayətinin tam təmin edilməsi, Tovuz Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 300 manatın və 30 manat dövlət rüsumunun iddiaçıdan tutulması qət edilmişdir (hakimlər Ş.Rzaquliyev (məruzəçi), G.Cavadova və R.Məcidov).
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həmin boru kəmərinin onlara məxsus olan torpaq sahəsindən keçməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı əldə olunmuş rəylərlə iddiaçıya ailə üzvləri ilə birlikdə məxsus olan torpaq sahəsinin TEKUIS proqramı məlumatlarına əsasən X3 Kəmərinin təsir dairəsinə düşmədiyi müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 238-ci, Torpaq Məcəlləsinin 70-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
31. Iddiaçı (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci i il tarixli *(***)-*/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qeyd olunan ekspert rəylərini nəzərə almamış, müqayisəli təhlil aparmamışdır. Bütün ekspert rəyləri ilə həmin boru kəmərinin onun mülkiyyətində olan torpaq sahəsindən keçdiyini sübut edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh cavabdeh1 Şirkətinin nümayəndəsi və vəkili nümayəndə2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsini, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-*/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
34. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
35. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
“Insan hüquqları haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi
36. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
38. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.
39. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
40. Maddə 70. Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu
41. Maddə 5: 5.1. Istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
50. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar apellyasiya baxışı zamanı mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında yer almış göstərişlər nəzərə alınmış, bununla da, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə riayət olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
53. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
54. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
55. Məhkəmə kollegiyası ekspert rəylərinin apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmaması və müqayisəli təhlil aparmaması, bütün ekspert rəyləri ilə həmin boru kəmərinin onun mülkiyyətində olan torpaq sahəsindən keçdiyini sübut edilməsi barədə iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı işdə ekspert və mütəxəssis rəylərində torpaq sahələrinin konfiqurasiyası ilə bağlı fərqli məlumatlar olsa da, apellyasiya instansiyası məhkəməsi yuxarıdakı nəticəyə gələrkən, düzgün olaraq “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUIS) məlumatlarına istinad etmişdir. Qeyd edilən məlumatlardan isə mübahisəli torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.
56. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarı).
57. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-*/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.