Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-394/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT-un cavabdeh Nqızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması zərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və xxxxasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı QSC BOKT-un cavabdeh a qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: Işin halları
1. “xxxx” ASC ilə cavabdeh Cavabdeh arasında ##.##.2008-ci il tarixli *** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 17 faiz tətbiq edilməklə, 24 ay müddətinə 255000 manat məbləğində kredit verilmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/** nömrəli, ##.##.2010-cu il tarixli qətnaməsinə əsasən, “xxxx” ASC-nin borcun cavabdehdən tutulmasına dair iddia tələbi qismən təmin edilmiş, “xxxx” ASC-nin xeyrinə X5 347758 manat, X2 352758 manat, X1 271090 manat, Cavabdeh 332395 manat, ümumilikdə 1304001 manat borc məbləği və 19,3 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan nümayəndə1 məxsus Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi * saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv metr, yaşayış sahəsi 245,8 kv metr olan 17, 20, ** saylı 9 otaqlı mənzillərə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitindən həmin borc məbləğinin “xxxx” ASC-yə ödənilməsi, həmin mənzillər satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 119637,50 manat və ödənilmiş 480,72 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabhehin tərəf olduğu müqavilə üzrə kreditin verilmə müddəti bitmiş, əsas borcu və müqavilə müddəti üçün hesablanmış faiz borcu mövcud olmuşdur. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra hesablanmış borc məbləğinin ödəməsini gecikdirdiyindən, bankın, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ###### 2014-cü il tarixli Qərarına əsasən müəyyən edilmiş kreditin gecikdirildiyi vaxt üçün dəymiş zərərin ödənilməsini tələb etmək hüququ olmasına istinad edərək hazırki iddianı qaldırmışdır.
5. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanan ##.##.2015-ci il tarixli müqaviləvin 2.1 və 2.3 bəndlərinə əsasən “xxxx” ASC tərəfindən iddiaçıya əldən çıxmış gəlir tələbi hüququ verilməməsinə, iddiaçının heç bir maliyyə itkisi ilə üzləşmədiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən onlara qarşı iddia tələbi irəli sürə bilməməsinə istinad etmişdir. Belə ki, iddiaçının verdiyi kreditlərin bərpa edilməsi üçün çəkdiyi xəclər dövlət tərəfindən ödənildiyi üçün belə bir zərərdən söhbət gedə bilməz və onun belə bir tələb hüququ yaranmır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Rəna Qafarlı) iddia tələbi rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tələb hüququnun güzəşt edilməsinə dair ##.##.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş ## ####### 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli, *** saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir.
8. Məhkəmə qeyd etmişdir ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir.
9. Bundan başqa, pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir. Bu baxımdan, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə icra müddəti bitdikdən sonrakı (həmçinin qətnamədən sonrakı) gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 445.7-ci maddəsinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir.
10. Beləliklə, məhkəmə ümumiləşdirilmiş məhkəmə təcrübəsinə əsasən bu qənaətə gəlmişdir ki, qanuni qüvvəyə minmiş qətnamənin icra olunmasına, icra tədbirlərinin vaxtında həyata keçirilməsinə borclu (cavabdeh) tərəfindən süni surətdə, qərəzli olaraq maneçilik törətməsi müəyyən edilməmişdir.
11. Belə ki, cavabdehdən və digər borclulardan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/** nömrəli, ##.##.2010-cu il tarixli qətnaməsinə əsasən tutulmalı olan ümumilikdə 1304001 manat borcla bağlı tutma nümayəndə1 məxsus Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi * saylı evin 0.04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv metr, yaşayış sahəsi 245,8 kv metr olan 17, 20, ** saylı 9 otaqlı mənzillərə yönəldilməsi, həmin mənzillər açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitindən həmin borc məbləğinin “xxxx” ASC-yə ödənilməsi ilə həyata keçirilməlidir.
12. Icra işinin materiallarından görünür ki, tutma predmeti olan əmlak 1160000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 739500 manata alıcı “xxxx” ASC-yə satılmış və həmin protokol əsasında sözü gedən əmlakın “xxxx” ASC-yə satılmasına dair ##.##.2015-ci il alğı-satqı müqaviləsi bağlanmışdır.
13. Bundan sonra isə hərracın keçirilməsindən məlumatlı olmadığını bildirən hazırkı iddiaçı tərəfindən Səbail rayon Icra şöbəsinə ünvanlanmış ##.##.2021-ci il tarixli məktubla müraciət edilərək nümayəndə1 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Əfəndiyev küçəsi * saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv metr, yaşayış sahəsi 245,8 kv metr olan 17, 20, ** saylı 9 otaqlı mənzillərin alğı-satqısına dair nəzərdə tutulmuş sənədləşdirmə müvafiq qaydada tam olaraq başa çatdırılmadığına görə sözügedən mənzillərin qiymətləndirilərək hərrac sifarişi verilməsinə dair ##.##.2021-ci il tarixli məktuba əsasən davam edən icra tədbirlərinin, yəni sifariş verilmiş hərracın dayandırılmasını xahiş etmiş, bundan sonra isə Səbail Rayon Icra Şöbəsinə ünvanladığı ##.##.2025-ci il tarixli məktubla Bank tərəfindən Icra Şöbəsinə ünvanlanmış hərracın dayandırılması zərurəti ilə bağlı ünvanlanmış ##.##.2021-ci il tarixli məktubun etibarsız hesab edilməsini və sifariş verilmiş hərracın davam etdirilməsini xahiş edilmişdir.
14. Bundan başqa, ipoteka predmetinin mülkiyyətçisi nümayəndə1 cavabdeh “xxxx” MMC-yə və İddiaçı QSC BOKT-a qarşı “hərracın yekunları barədə ##.##.2015-ci il tarixli, **/** saylı protokolun və ##.##.2015-ci il tarixli alğı-satqı müqaviləsinin qanuniliyi mübahisələndirir və bununla bağlı iddia digər məhkəmənin icraatındadır.
15. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında olan öhdəliklərini ##.##.2024-cü il tarixədək icra etməməsi faktı öz təsdiqini tapmamışdır. Başqa sözlə, cavabdeh tərəfindən hər hansı süni əngəllərin, maneələrin törədilməsi, yəni icranın ləngiməsində cavabdehin hər hansı təqsirinin olub olmasına dair iddiaçı tərəf mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 445.7ci maddəsinin
16. istər münasibətlər yarandığı zamana görə qüvvədə olan və iddiaçının istinad etdiyi redaksiyasında, (istərsə də yeni redaksiyada) nəzərdə tutulmuş hüquqi əsaslar müəyyən olunmadığından iddia əsaslı sayıla və təmin edilə bilməz.
17. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 196 və 399.4-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli qərarına istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını pozmuş və nəticədə iddianın rədd edilməsi barədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad Imanov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin olunması qət edilmişdir.
21. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, təqdim olunmuş sübutların tədqiqi nəticəsində məhkəmənin müəyyən etdiyi yekun faktiki hallara aidiyyəti hüquq normalarının dispozisiya şərtlərinə uyğun şəkildə hüquqi qiymət verilməsi mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edirdi. Hazırkı işdə bu qaydaya əməl edilməmişdir.
22. Hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Qanunvericiliyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
23. Hazırkı iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 445.7-ci maddəsidir. Iddiaçı məhz həmin hüquqi əsasla iddia tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 445.7-ci maddəsinin istər köhnə redaksiyasında, istərsə də yeni redaksiyasında kreditorun illik beş faiz zərərin əvəzinin ödənilməsi tələbinin dispozitiv şərti borclunun pul məbləğinin ödənilməsini gecikdirməsi şərtidir. Pul məbləğinin ödənilməsinin borclu tərəfindən gecikdirilməsi isə işin aşkar halıdır. Cavabdeh icra sənədini könüllü müddət ərzində icra etmədiyi üçün məcburi icra tədbirləri nəticəsində onun əmlakına tutma yönəldilməsi proseduru həyata keçirilməklə pul məbləğinin ödənilməsi gecikməkdədir. Ipoteka predmetinə tutma yönəldilməsi borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməməsi anlamına gəlmir
24. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1 və 445.7-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəlləsinin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Iş materiallarından və birinci instansiya məhkəməsinin qətnaməsindən də müəyyən olunur ki, ödənişin gecikməsinə səbəb iddiaçının Nizami Rayon Məhkəməsinin 2(007)-648/10 sylı ##.##.2010-cu il tarixli qətnaməsinin icrası prosesində vaxtın uzadılması, prosesual qaydaların pozulması olmuşdur. Belə ki, həmin qətnaməyə əsasən tutulmalı olan ümumilikdə 1304001 manat borcla bağlı tutma nümayəndə1 məxsus Bakı şəhəri Səbail rayonu M.Əfəndiyev küçəsi * saylı evin 0,04 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 527,3 kv metr, yaşayış sahəsi 245,8 kv metr olan 17, 20, ** saylı 9 otaqlı mənzillərə yönəldilməsi, həmin mənzillər açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitindən həmin borc məbləğinin “xxxx” ASC-yə ödənilməsinin qət edilməsinə baxmayaraq bu proses uzanaraq girov qoyandan xəbərsiz tutma predmeti olan əmlak 1160000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, 739500 manata alıcı “xxxx” ASC-yə satılmış və həmin protokol əsasında sözü gedən əmlakın “xxxx” ASC-yə satılmasına dair **/** saylı protokol əsasında ## #### 2015ci il alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra borclularla kreditor arasında ##.##.2015-ci il tarixdə kreditin ödəniş müddətinin ##.##.2017-ci il tarixədək uzadılması haqda müqavilə imzalanmış, baxmayaraq ki, ##.##.2015-ci il tarixli müqavilə ilə bank tərəfindən hüquqları iddiaçıya ötürülmüşdür. Bu haqda cavabdehə məlumat verilməmişdir. Iddiaçının yazdığına görə kredit portfelinə dair sənədlər ona 2017-ci ilin oktyabr ayında “xxxx” ASC tərəfindən təhvil verilmişdir. Yenə də bu barədə cavabdehə qanunun tələbinə uyğun olaraq bildiriş göndərilməmişdir. Bildirişlər 2020-ci ilin oktyabr ayında borclulara göndərilmiş və yuxarıda qeyd edilən mənzillərin hərracda satışa çıxarılması üçün Səbail rayon icra şöbəsinə məktub göndərilmiş, 2021-ci ildə və 2023-cü ildə icra şöbəsi tərəfindən hərrac sifariş edilərək qiymətləndirmənin mübahisələndirilməsinə görə bu hərrac prosesləri 2025-ci ilin may ayınadək davam etdirilmişdir. Mənzillərin dəyəri tam borcların dəyərindən cox yüksək olduğundan cavabdeh hərracın nəticəsini gözləmişdir. Nizami Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsinə əsasən tutma ipoteka predmetinə yönəldilməli və əldə edilən vəsait banka olan borcların bağlanmasına yönəldilməli idi. Mülki Məcəllənin, “Icra haqqında” və “Ipoteka haqqında” qanunun tələblərinə uyğun olaraq həmin vəsait borcların bağlanmasına kifayət etmədiyi halda çatışmayan məbləğin borclulardan tutulmasını icra məmurları təmin etməli idi. Belə ki, borcun ödənilməməsi cavabdehin təqsiri üzündən baş verməmişdir. Məhkəmə isə bunu nəzərə almamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 445.7. Borcu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər digər əsaslarla çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (## #### 2023-cü il tarixədək olan redaksiyada). Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(Qüvvədə olan redaksiyada).
31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
33. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlilərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
43. Məhkəmə kollegiyası hazırkı iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 445.7-ci maddəsi olmaqla borclunun pul məbləğinin ödənilməsini gecikdirməsi, cavabdeh icra sənədini könüllü icra etmədiyi üçün məcburi icra tədbirləri nəticəsində ipoteka predmetinə tutma yönəldilməsi proseduru həyata keçirilməklə pul məbləğinin ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsinin borclu tərəfindən pulun ödənilməsinin gecikdirilməməsi anlamına gəlməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi qənaətlə razılaşsa da, hesab edir ki, məhkəmə gecikdirilmiş məbləğə ödənilməli olan illik beş faizin hesablanması dövrünün və məbləğinin müəyyən olunmasında səhvə yol vermişdir. 44.
45. ## #### 2016-cı il tarixli müqaviləyə əsasən iddiaçı İddiaçı QSC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə olunmasını həyata keçirən “X3 Edilməsi Agentliyi” MMC-nin Səbail rayon Icra şöbəsinə ünvanladığı ## #### 2022-ci il tarixli **** nömrəli və ## #### 2025-ci il tarixli *** nömrəli məktublarına görə (c.1 v.48 və v.142) ipoteka predmetinin alış dəyəri olan 739500 manat cavabdehin və daha 3 nəfərin ümumi borcundan mütənasib olaraq çıxılmış, cavabdeh Cavabdeh 147520 manat borcu qalmışdır. Cavabdehin nümayəndəsinin 255000 manat deyil, qalıq qalan gecikdirilmiş 147520 manata illik beş faiz hesablanmalı olması, bu barədə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətinin (s.v.126) olmasına baxmayaraq işə baxan apellyasiya məhkəməsi göstərilən sənədlərə diqqət yetirməmiş, vəsatəti müzakirə etməmiş və səhv nəticəyə gəlmişdir.
46. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ####### 2025-ci tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.