Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-400/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “Içərişəhər X1 Qoruğu Idarəsi”nə və cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ 2(1-8)-400/2026 (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər Içərişəhər X1 Qoruğu Idarəsi və cavabdeh2 MMC-yə qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Içərişəhər X1 Qoruğu Idarəsi tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. ## ###### 2017-ci il tarixli İddiaçı ilə “Içərişəhər” DTMQ Idarəsi Mənzil-kommunal və təmir xidməti arasında bağlanmış müqaviləyə əsasən İddiaçı (mülkiyyətçi) ünvan 1 ünvanında yerləşən * nömrəli mənzildə aparılacaq təmir-bərpa və möhkəmləndirmə işləri ilə əlaqədar mənzili şəxsi əşyaları və digər əmlakı ilə birlikdə boşaldaraq Xidmətə təhvil verməyi, Xidmət isə təmirbərpa işlərini görüb mənzili mülkiyyətçiyə təhvil vermək öhdəliyini üzərlərinə götürmüşlər. Bundan sonra iddiaçı mənzili cavabdehə təhvil verib, tərk etmişdir.
2. Daha sonra iddiaçı Qoruq Idarəsinin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbindən məhkəməyə müraciət etmiş və məhkəmənin gedişində tərəflər arasında barışıq sazişi imzalanmışdır. Sazişə əsasən “Içərişəhər” DTMQ Idarəsi öhdəsinə götürmüşdür ki, ünvan 1 ünvanında yerləşən * nömrəli mənzildə binanın bərpa-gücləndirmə işləri zamanı iddiaçıya məxsus mənzilə heç bir ziyan dəyməyəcək və cavabdeh “Içərişəhər” DTMQ Idarəsi 10 ay müddətində təmirbərpa işlərini standartlara cavab verən formatda yekunlaşdırıb iddiaçıya təhvil verəcəkdir. Iddiaçı cavabdehin barışıq sazişinin şərtlərinə əməl etmədiyini görüb həmin saziş üzrə icraata xitam verilməsi barədə icra məmurunun ##.##.2021-ci il tarixli qərarının ləğv edilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmənin ##.##.2022-ci il tarixli qərardadı ilə sözügedən qərar ləğv edilmişdir. Məhkəmə belə nəticəyə gələrkən qeyd etmişdir ki, borclu tərəfindən barışıq sazişi icra edilməmişdir.
3. Cavabdeh “Içərişəhər” DTMQ Idarəsinin müqavilə şərtlərinə əməl etmədiyini görən iddiaçı dəfələrlə bununla əlaqədar Qoruq Idarəsinə müraciət etməsinə baxmayaraq müraciətləri nəticəsiz qalmışdır. Bundan sonra iddiaçı cavabdeh “Içərişəhər” DTMQ Idarəsinin sifarişi əsasında görülən işlər nəticəsində ona məxsus əmlaka dəymiş zərərin aradan qaldırılması və nəhayət evinə köçüb yaşaya bilməsi üçün öz təşəbbüsü ilə başqa bir tikinti şirkəti ilə müqavilə bağlayaraq evində təmir-bərpa işləri aparmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdehlər “Içərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsi” və cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36235,55 manat məbləğində maddi zərərin, 10000 manat məbləğində mənəvi zərərin, 520 manat vəkil xərcinin və 230 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.
6. Cavabdeh “Içərişəhər” DTMQ Idarəsi etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli *** nömrəli Qərarına əsasən Böyük Qala küçəsi, * saylı yaşayış evi (inventar № ****) yerli əhəmiyyətli tarix və memarlıq abidələri siyahısına daxil edilmişdir. Böyük Qala küçəsi ev 5 və * saylı ünvandakı yaşayış binaları qəzalı vəziyyətə düşməsi müəyyən edilmişdir. Bu səbəbdən də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin verdiyi müvafiq rəyə əsasən Böyük Qala küçəsi ev 5 ünvanında regenerasiya, ev 3 ünvanında isə bərpa-gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir (qəzalı evlər). Bu məqsədlə dövlət vəsaiti ayrılmış, layihə-smeta sənədləri hazırlanaraq təsdiqlənmişdir. “Dövlət satınalma haqqında” qanuna əsasən tender keçirilib və qalib “xxxx” MMC ilə A-** saylı, ##.##.2018-ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Böyük Qala küçəsi, ev 3 və * saylı yaşayış binalarında regenerasiya bərpa-gücləndirmə işləri satınalma müqaviləsinə əsasən podratçı təşkilat “xxxx” MMC tərəfindən aparılmışdır. Məlumat üçün bildirilir ki, Böyük Qala küçəsi, ev 5 ünvanında regenerasiya və ev * saylı ünvanda yerləşən binanın bərpa-gücləndirmə işlərinə başlanılmasının əsas səbəblərindən biri də sakinlər tərəfindən abidələrdə qanunsuz (özbaşına) tikililər aparılaraq əlavə yükləmələri olmuşdur. Böyük Qala küçəsi ev 5 ünvanında regenerasiya işləri bitdikdən sonra oradakı mənzillərin təmir edilərək sakinlərə təhvil verilməsi nəzərdə tutulmuşdur. Böyük Qala küçəsi ev * saylı ünvanındakı binada bərpa-gücləndirmə işləri aparılmış və oradakı mənzillərin (vətəndaş İddiaçı mənzili daxil olmaqla) təmir işlərinin aparılması nəzərdə tutulmamışdır. Böyük Qala küçəsi, ev 3 və * saylı ünvanlarda yerləşən hər iki yaşayış binasında görülməsi nəzərdə tutulmuş işlər barədə vətəndaşlar məlumatlandırılmışlar. Buna baxmayaraq Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə birgə baxış zamanı 3 və 5 ünvanlarında bütün ailələrin köçdüyünü, həmin dövrdə yalnız onun yeganə sakin olaraq İddiaçı köçməyinə dair razılıq olmadığını bildirmişdir. Vətəndaş İddiaçı ilə “Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi ##.##.2019-cu il tarixdə (bir ildən sonra) ##.##.2019-cu il tarixli Məhkəmə qərarı əsasında barışıq sazişini bağlanmışdır. Barışıq sazişinə əsasən Idarə binanın bərpa-gücləndirmə işləri tam yekunlaşacaq vaxta qədər İddiaçı hər ay 1000 manat kirayə haqqı ödənilməsini öz öhdəliyinə götürmüşdür. Vətəndaş tərəfindən 1 ildən çox törədilən maneələr səbəbindən, 2019-2020-ci illərdə Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar bərpa-gücləndirmə işlərinin nəzərdə tutulmuş zamanda başlanması mümkün olmamışdır. Böyük Qala küçəsi, ev 3 və * saylı yaşayış binalarında regenerasiya bərpa- gücləndirmə işləri satınalma müqaviləsinə əsasən podratçı təşkilat “xxxx” MMC tərəfindən aparılmışdır. Iddiaçı İddiaçı heç bir səbəb olmadan onun şərəf və ləyaqətinin təhqir edilməsini iddia edir. Belə ki, * saylı ##.##.2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Əlavə olaraq, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları 10000 manat məbləğində formada qiymətləndirməsi reallığa uyğun olmamışdır. Iddiaçı iddiasında hüquqi əsası olmadan “Içərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsi tərəfindən dəymiş zərər barədə tərəfindən imzalanmış müqaviləyə istinad edib. Belə ki təqdim olunan ##.##.2017- ci il tarixli Böyük Qala küçəsi, 3 ünvanındakı qəzalı vəziyyətdə olan binada təmir-bərpa və möhkəmləndirmə işləri ilə bağlı sakinlərin əşyaları ilə birlikdə mənzilin boşadılması və təhvil verilməsi haqqında müqavilədə “Içərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsinin Mənzil-kommunal və təmir xidməti “Xidmət” tərəfindən imzalanmayıb . Bununla da, qeyd olunan müqaviləni bildirməsi heç bir rəsmi sübutlara istinad edilmir. Iddiaçının göstərdiyi 46985,55 manat dəymiş zərərin ödənilməsi əsassız və reallığa uyğun deyildir. Belə ki, cavabdeh2 MMC gördüyü işləri zamanı damın üstündən sement məhlulun evə tökülməsi olub.
7. Iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən * saylı mənzildə müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 27504 manat məbləğində müəyyən olunmuşdur. Video müşahidə sistemlərinin dəyərini müəyyən etmək məsələsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid olmadığından həmin hissə üzrə tədqiqat aparılmamışdır.
8. Məhkəmə tərəfindən video müşahidə sistemlərinin dəyərini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası “xxxx” MMC-nin # ##### 2025-ci il tarixli rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən * saylı mənzildə quraşdırılmış video müşahidə sistemlərinin dəyəri 3554 manat təşkil etmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ilkin Rüstəmli) iddianın qismən təmin edilməsi, 31058 manat məbləğində maddi zərərin əvəzinin və hüquqi yardım göstərilməsi üçün ödənilmiş pul vəsaitinin 250 manat hissəsinin “Içərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsi”ndən tutulub İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 120 manat hissəsinin “Içərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsi”ndən tutulub İddiaçı ödənilməsi, “xxxx” MMC-nin hesabına İddiaçı tərəfindən köçürülmüş 300 manat vəsaitin 150 manat hissəsinin “Içərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsi”ndən tutulub İddiaçı ödənilməsi, ##.##.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsinin İddiaçı, 50 manat hissəsinin isə “Içərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsi”ndən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEMVÖEN 1700326621 X3 VÖEN 1401555071 Kod: 210005 Müxbir hesabı 41nABZ01360100000000003944, hesab AZ34CTRE00000000000002088501,S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasına münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə yalnız “Içərişəhər” DTMQ Idarəsinə münasibətdə əsaslıdır. Belə ki, iddiaçı mənzilini təmir üçün məhz “Içərişəhər” DTMQ Idarəsinə təhvil verib, məhz ondan təhvil almağı razılaşdırmışdır. Bundan sonra isə Qoruq Idarəsi tender keçirilməsi yolu ilə Icraçı ilə müqavilə bağlayaraq işin görülməsini cavabdeh2 MMC-yə tapşırmışdır. Işin keyfiyyətli görülməsində cavabdeh2 MMC Qoruq Idarəsinin qarşısında məsuliyyət daşımışdır. Belə ki, Qoruq Idarəsi ilə cavabdeh2 MMC arasında bağlanmış müqavilənin 18.3-cü bəndindən də görünür ki, tərəflər razılaşırlar ki, icraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və icraçıya ödəniləcək məbləğdən çıxır. Yəni, tikinti şirkəti müqavilə öhdəlikləri üzrə məhz Qoruq Idarəsi qarşısında məsuliyyət daşıyır. Belə olan halda iddiaçıya dəymiş maddi zərərin əvəzi “Içərişəhər” DTMQ Idarəsindən tutulmalıdır.
11. Məhkəmə ##.##.2025-ci il tarixli ekspert rəyinin əsaslılığını və birtərəfliliyini əsas götürərək, ümumilikdə 31058 (27504+3554) manat məbləğinə zərərin əvəzinin cavabdeh “Içərişəhər” DTMQ Idarəsindən tutulmalı olması qənaətinə gəlmişdir.
12. Məhkəmə iddiaçının mənəvi ziyana görə 10000 manat pul tələb etməsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarına iddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki iztirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 385.1, 442, 443.1, 1096 və 1097.1ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 115.0.6, 119.1 və 121.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh “Içərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsi” apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı zərərin cavabdeh2 MMC tərəfindən vurulduğunu iddia edir və məhkəmə də qətnamədə zərərin delikt səbəbilə vurulduğunu müəyyən edir. Lakin məhkəmə iclas protokollarından da aydındır ki, delikti törədən cavabdeh2 MMC heç bir məhkəmə iclasında təmsil olunmamışdır və məhkəmə tərəfindən də bununla bağlı heç bir tədbir görülməmiş, işə əsas cavabdehin iştirakı olmadan, bütün faktları qiymətləndirmədən baxmış və qətnamədə bu məsələyə ümumiyyətlə münasibət bildirməmişdir. Işin faktiki hallarından da göründüyü kimi məhkəmə dəymiş ziyanın miqdarını müəyyənləşdirərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən sözügedən ünvanda “xxxx” MMC-nin gördüyü təmir işlərinin dəyərinin müəyyən olunması üçün aparılan tikinti-texniki ekspertizası üzrə ekspert rəyinə əsaslanmışdır. Lakin bu sübut hərtərəfli və tam qiymətləndirilməmişdir. Belə ki, ekspert rəyində göstərilən təmir işlərinin həqiqətən də cavabdeh2 MMC tərəfindən vurulmuş zərərə görə aparılıb-aparılmadığı müəyyən olunmamış və bununla bağlı hər hansı sübut təqdim və tədqiq olunmadan qərar verilmişdir. Həmçinin Mülki Məcəllənin 1096.1-ci maddəsində tələb olunan səbəb-nəticə əlaqəsi sübut yetirilməmişdir. Içərişəhər Dövlət Tarix- Memarlıq Qoruğu Idarəsinin Mənzil-kommunal və təmir Xidməti ilə iddiaçı arasında bağlanmış ## ###### 2017-ci il tarixli müqavilədən və Idarə ilə cavabdeh2 MMC arasında bağlanmış ## ##### 2018-ci il tarixli müqavilədən də göründüyü kimi sözügedən təmir işləri memarlıq abidəsi olan və qəzalı vəziyyətdə binanın bərpası və möhkəmləndirilməsi məqsədilə aparılmışdır. Məhkəmənin qət etdiyi zərərin məbləği isə məhkəmə tikinti-texniki ekspertizasının və məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticələri əsasında müəyyən olunmuşdur. Bu ekspertiza isə “xxxx” MMC tərəfindən görülmüş təmir işlərinin məbləğini müəyyən etmişdir. Lakin binanın təmirdən əvvəl qəzalı vəziyyətdə olduğunu nəzərə alaraq sözügedən mənzilin cavabdeh2 MMC tərəfindən aparılan bərpa və möhkəmləndirmə işlərindən əvvəl hansı vəziyyətdə olduğu, zərərə məhz cavabdeh2 MMC tərəfindən aparılan işlərin səbəb olduğu və əgər səbəb olmuşdursa hansı həcmdə səbəb olduğu aydınlaşdırılmamışdır. Beləliklə, məhkəmə tərəfindən baş vermiş zərərlə ona səbəb olduğu iddia edilən cavabdeh2 MMC tərəfindən aparılan bərpa və möhkəmləndirmə işləri arasındakı səbəb-nəticə əlaqəsi aydınlaşdırılmamış və əsassız olaraq iddiaçının özünün sifarişi əsasında “xxxx” MMC tərəfindən görülmüş təmir işləri əsasında ekspertiza rəyinə uyğun olaraq zərər məbləği müəyyən olunmuşdur. Məhkəmə zərərin əvəzinin ödənilməsi öhdəliyini iddia olunan delikti törədən cavabdeh2 MMC-nin deyil, Içərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin üzərinə qoymuşdur. Məhkəmə hazırkı iş üzrə məhz hansı qanunda müəyyən olunan konkret hala istinad etdiyini bildirməmiş və iddia olunan delikti törətmiş cavabdeh2 MMC-ni ümumiyyətlə işə cəlb etməmişdir. Hazırkı halda Idarə ilə iddiaçı yalnız müqavilə münasibətlərində olmuşlar və nə Idarə, nə də onun əməkdaşları tərəfindən hər hansı delikt törədilməmişdir. Həmçinin belə bir deliktin törədilməsi də sübuta yetirilməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad Imanov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən, təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırmış, əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
18. Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin yalnız “Içərişəhər” DTMQ Idarəsinə münasibətdə təmin edilməsi əsaslıdır. Iddiaçı mənzilini təmir üçün məhz “Içərişəhər” DTMQ Idarəsinə təhvil verib, məhz ondan təhvil almağı razılaşdırmışdır. Bundan sonra isə Qoruq Idarəsi tender keçirilməsi yolu ilə Icraçı ilə müqavilə bağlayaraq işin görülməsini cavabdeh2 MMC-yə tapşırmışdır. Işin keyfiyyətli görülməsində cavabdeh2 MMC Qoruq Idarəsinin qarşısında məsuliyyət daşımışdır. Belə ki, iş materiallarında olan Qoruq Idarəsi ilə cavabdeh2 MMC arasında bağlanmış müqavilənin 18.3-cü bəndindən də görünür ki, tərəflər razılaşırlar ki, Icraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, Sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və Icraçıya ödəniləcək məbləğdən çıxır. Yəni tikinti şirkəti müqavilə öhdəlikləri üzrə məhz Qoruq Idarəsi qarşısında məsuliyyət daşıyır. Belə olan halda iddiaçıya dəymiş maddi zərərin əvəzi “Içərişəhər” DTMQ Idarəsindən tutulmalıdır.
19. Apellyasiya məhkəməsi zərərin əvəzi kimi ödənilməli olan məbləğə münasibətdə ekspert rəyinin əsaslılığını və bitərəfliliyini əsas götürərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi ümumilikdə 31058 (27504+3554) manat məbləğin zərərin əvəzinin cavabdeh “Içərişəhər” DTMQ Idarəsindən tutulmalı olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında bunun əksini təsdiq edən sübut müəyyən edilməmişdir.
20. Məhkəmə apellyasiya şikayətinin digər cavabdeh cavabdeh2 MMC-nin məhkəmə iclasında izahatının alınmamasına münasibətdə qeyd etmişdir ki, qeyd edilən cavabdeh tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəfindən proses iştirakçılarını məlumatlandırma vəzifəsi yerinə yetirilmişdir. Bununla belə bu hal cavabdeh “Içərişəhər” DTMQ Idarəsinin hazırkı iş üzrə sübut edilmiş hal olan - dəymiş maddi zərərin əvəzinin ondan tutulmasını istisna etmir.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh Içərişəhər X1 Qoruğu Idarəsi (vəkil vəkil1 Tanrı oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində
33. müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
34. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
40. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 329.2, 385.1, 442, 443.1, 1096.1 və 1097.1-ci maddələrinə istinad etməklə iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia buna cavab verməli şəxs olan “Içərişəhər” DTMQ Idarəsinə qarşı verilmiş, “Içərişəhər” DTMQ idarəsi tərəfindən podratçı kimi işlərin görülməsinə cəlb olunmuş cavabdeh2 MMC hazırkı iddiaya cavab verməli şəxs deyildir. Iddiaçıya vurulmuş maddi zərərə görə “Içərişəhər” DTMQ idarəsi təqsirlidir, iş üzrə təyin edilmiş ekspert rəylərinə əsasən iddiaçıya məxsus mənzildə aparılmış müxtəlif növ təmir-tikinti və quraşdırma işlərinin təqribi dəyəri 27504 manat, mənzildə quraşdırılmış videomüşahidə sistemlərinin dəyəri 3554 manat, cəmi vurulmuş maddi zərər 31058 manat olmuşdur ki bu məbləğ təqsirkar “Içərişəhər” DTMQ Idarəsindən alınıb iddiaçıya verilməlidir.
45. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəylərinə düzgün hüquqi qiymət verməmiş, cavabdehin apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi isə bu nöqsanları diqqətdən qaçırmış, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir.
46. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli *** nömrəli Qərarına əsasən iddiaçıya məxsus mənzilin yerləşdiyi Bakı şəhəri, Böyük Qala küçəsi, 3 və * nömrəli yaşayış evləri yerli əhəmiyyətli tarix və memarlıq abidələri siyahısına daxil edilmişdir. Həmin binaların qəzalı vəziyyətə düşməsi müəyyən edilmiş, bu səbəbdən də Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin verdiyi müvafiq rəyə əsasən yaşayış binalarının regenerasiyası, iddiaçının mənzilinin olduğu * nömrəli yaşayış binasının isə bərpa-gücləndirmə işlərinin aparılmasının zəruri olduğu müəyyən edilmişdir. Bu məqsədlə dövlət vəsaiti ayrılmış, layihə-smeta sənədləri hazırlanaraq təsdiqlənmişdir. “Dövlət satınalma haqqında” qanuna əsasən tender keçirilmiş və qalib “xxxx” MMC ilə A-** saylı, ##.##.2018-ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Böyük Qala küçəsi, 3 və * saylı yaşayış binalarında regenerasiya, bərpagücləndirmə işlərini satınalma müqaviləsinə əsasən podratçı təşkilat “xxxx” MMC tərəfindən aparılmışdır.
47. Işdə olan Cari təmir işlərinin aparılmasına ## ### 2016-cı il tarixlə ** nömrəli Razılığın (## ###### 2016-cı il tarixə kimi etibarlıdır və iddiaçı İddiaçı tərəfindən imzalanmamışdır), “Içərişəhər” DTMQ Idarəsinin Mənzil-kommunal və təmir xidməti ilə İddiaçı arasında bağlanmış Böyük Qala küçəsi 3 ünvandakı qəzalı vəziyyətdə olan binada təmir-bərpa və möhkəmləndirmə işləri ilə bağlı sakinlərin əşyaları ilə birlikdə mənzilin boşaldılması və təhvil verilməsi haqqında” ## ###### 2017-ci il tarixli Müqavilənin (müqavilə “Içərişəhər” DTMQ Idarəsi tərəfindən imzalanmamış və təsdiqlənməmişdir) və tərəflər arasında ## ####### 2019-cu il tarixdə bağlanmış, məhkəmə tərəfindən təsdiq edilmiş və ##.##.2022-ci il tarixli qərardadla məhkəmə tərəfindən ləğv edilmiş Barışıq sazişinin şərtlərinə əsasən iddiaçıya məxsus Böyük Qala küçəsi-3/3 ünvanda yerləşən və ümumi sahəsi 166,1 kv metr olan mənzil, binada bərpagücləndirmə işlərinin aparıldığına görə “Içərişəhər” DTMQ Idarəsinə təhvil verilir, “Içərişəhər” DTMQ Idarəsi öhdəsinə götürür ki, binanın bərpa-gücləndirmə işləri aparılan zaman iddiaçının mənzilinə heç bir ziyan dəyməyəcək, əgər binanın gücləndirmə işləri zamanı mənzildə hər hansı zədənin təsirindən çat və konstruktiv dəyişiklik baş verərsə mənzili yenidən tam və əsaslı təmir ediləcəkdir.
48. Iddiaçı İddiaçı “Içərişəhər” DTMQ Idarəsinin podratçı təşkilatı cavabdeh2 MMC tərəfindən Böyük Qala küçəsi ev-3 ünvandakı yaşayış binasında bərpa-gücləndirmə işlərinin keyfiyyətsiz və yarıtmaz aparması, bunun nəticəsində ona məxsus mənzilə ciddi ziyan dəyməsi, “xxxx” MMC ilə bağladığı ## ##### 2023-cü il tarixli müqavilə əsasında öz vəsaiti hesabına mənzili təmir etdirdiyini və 36235,55 manat vəsait xərclədiyini göstərərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
49. Iddianı qismən təmin olunması birinci instansiya məhkəməsi və bununla razılaşan apellyasiya məhkəməsi əsasən iddiaçının izahatına və iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəylərinə əsaslanmışdır. Lakin bu zaman məhkəmə nəzərə almamışdır ki, məhkəmə tikinti-texniki ekspertizası rəyi “xxxx” MMC tərəfindən aparılmış təmir işləri, buna sərf olunmuş vəsait barədə olmuş, həmin rəydə mənzilin əvvəlki vəziyyəti, “Içərişəhər” DTMQ Idarəsinin podratçı təşkilatı olan cavabdeh2 MMC tərəfindən Böyük Qala küçəsi ev-3 ünvandakı yaşayış binasında bərpa-gücləndirmə işlərinin keyfiyyətsiz və yarıtmaz aparmasının nədən ibarət olması, iddiaçının mənzilinin zədələnməsi və bunun nəticəsində mənzilə hansı məbləğdə ziyan dəyməsi, mənzilin yenidən və tamamilə təmir olunmasının zəruriliyi müəyyən edilməmişdir.
50. Həm ekspertizanın keçirilməsi, həm də məhkəmə araşdırmaları zamanı mənzilin əvvəlki vəziyyətinə dair və cavabdeh tərəfindən aparılmış bərpa-gücləndirmə işləri nəticəsində mənzilin zədələnməsi barədə iddiaçı tərəfindən sübutlar təqdim olunmamış, ekspert qarşısında qoyulmuş suallar, müvafiq olaraq ekspert rəyi natamam olmuşdur. Məhkəmə binanın bərpagücləndirmə işləri aparılan zaman iddiaçının mənzilində hansı zədələrin əmələ gəlməsi, bu zədələrin cavabdehin apardığı işlərlə səbəbli əlaqəsi, həmin zədələrin təsirindən çat və konstruktiv dəyişiklik baş verib-verməməsi hallarını müəyyən etmədən iddiaçı tərəfindən mənzilin yenidən tam və əsaslı təmir olunmasının cavabdeh müəssisənin təqsiri ucbatından olması qənaətinə gəlməkdə səhvə yol vermişdir.
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının mənzilində videomüşahidə sistemlərinin quraşdırılmasının və buna görə çəkilmiş 3554 manat vəsaitin cavabdeh idarəyə aidiyyatı, həmin məbləğin cavabdehdən tutulmalı olması isə aşağı instansiya məhkəmələri tərəfindən ümumiyyətlə əsaslandırılmamışdır.
52. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, bundan sonra toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Içərişəhər X1 Qoruğu Idarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin . Qərar qəbul edildiyi andan qüvvəyə minir.