Məhkəmə qərarları › İş №2(1-8)-480/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-480/2026

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-480/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma qaydasında pul tələbi, sübutların mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı “əsassız varlanma qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı qızı ilə cavabdeh cavabdeh1 ##.##.2018-ci il tarixdə nikah bağlamış, ##.##.2022-ci il tarixli qətnamə əsasında nikahları pozulmuşdur. Cavabdeh cavabdeh2 cavabdeh1 atası olmuşdur.

2. Iddiaçı qızı ilə nikahda olduğu müddətdə cavabdeh1 biznes qurması üçün 2020-ci ilin yanvar ayında 200000 ABŞ dolları və 100.000 ABŞ dolları olmaqla hissə-hissə pul verdiyini iddia etmişdir.

3. Iddiaçının cavabdehlər barəsində şikayət ərizəsi üzrə Bakı şəhər BPI-nin Istintaq və Təhqiqat Idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsi tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair ##.##.2023-cü il tarixdə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin olmasına dəlalət edən kifayət qədər sübutlar məcmusu olmadığına görə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Iddiaçının məhkəmə nəzarəti qaydasında verdiyi şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə təmin edilmiş, ##.##.2023-cü il tarixli qərar qanunsuz hesab olunaraq ləğv edilmişdir. Bakı şəhər BPI-nin Istintaq və Təhqiqat Idarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2024-cü il tarixli, habelə ##.##.2025-ci il tarixli qərarları ilə yenidən AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqdibinin başlanması rədd edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 300.000 ABŞ dolları məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər 300.000 ABŞ dolları məbləğində pulu 2020-2021-ci illərdə hissə-hissə ondan almış, lakin hazırki vaxtadək qaytarmamışlar. O, cavabdehləri 2018-ci ildən tanıyır. Belə ki, cavabdeh cavabdeh1 həmin il onun qızı ilə ailə həyatı qurmuşdur. Lakin, sonradan ailə münasibətləri pozulduğundan 2022-ci ildə məhkəmə qaydasında onların nikahı pozulmuşdur. Cavabdehlər 2019-cu ildə ona bildirmişlər ki, Çin Xalq Respublikasından məişət xidməti üçün istifadə olunan əşyaları istehsal edən dəzgahlar alaraq ölkəyə gətirmək istəyirlər. Həmçinin bildirmişlər ki, məişət əşyalarına böyük tələbat olduğundan bu işdən yüksək qazanc əldə edəcəklər. O, 2020-ci ilin yanvar ayında hissə-hissə olmaqla cavabdehlərə 200.000 ABŞ dolları məbləğində pul vermişdir. Sonradan cavabdehlərin həmin iş üçün əlavə olaraq daha 100.000 ABŞ dolları məbləğində pul vəsaitinə ehtiyacları olduğunu bildirəndən sonra, 2021-ci ilin yanvar ayında o, həmin pul vəsaitini də cavabdehlərə vermişdir. Sonradan, yəni 2021-ci ilin sonundan etibarən o, cavabdehlərə verdiyi 300.000 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılmasını dəfələrlə xahiş etsə də, cavabdehlər həmin pul vəsaitini qaytarmamışlar. Pulun qaytarılacağını cavabdehin açıq etiraf etməsinə dair audio yazılar mövcuddur və hüquq mühafizə orqanlarına müraciət edildiyi zaman, təyin edilmiş ekspertiza rəyi ilə həmin səslərin cavabdeh cavabdeh2 və onun yoldaşına məxsus olduğu müəyyən edilmişdir. Həmçinin, pulun cavabdehlərə verilməsini təsdiq edən şahidlər də məhkəməyə təqdim ediləcəkdir. Cavabdehlər ona pulu iş görülməsi məqsədilə borc kimi verilməsini xahiş etsələr də, əslində heç bir iş görülmədiyindən, sonuncuların niyyəti onu aldatmaqla, ona məxsus külli miqdarda olan pul vəsaitinin ələ keçirilməsi olmuşdur.

6. Cavabdeh cavabdeh2 iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, sübut kimi təqdim edilmiş səs yazılarında olan dialoqlarda mübahisəli və şübhəli məqamlar vardır. Belə ki, danışıqlar şikayət olunan şəxslə deyil, səs yazıları onun valideynləri ilə, üçüncü şəxslərlə aparılır. Dialoqlarda danışıqların əsas məzmunu nəticə etibarı ilə “əgər oğlumuz pul alıbsa qaytarılacaq” ifadələri üzərində qurulur. Digər mötəbər sübutlar yoxdur. Həmçinin İddiaçı əgər cavabdeh1 300.000 ABŞ dolları məbləğində pulu borc kimi vermişdirsə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2.-ci maddəsinə görə, bu borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çox olduğuna görə borc müqaviləsi yazılı formada bağlanmalı idi, lakin bağlanmamışdır. Ibtidai araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, 2020-ci ilin yanvar ayının əvvəlində özünəməxsus ünvan 2 ünvanında yerləşən ofisində təklikdə cavabdeh1 100.000 ABŞ dolları pul vermişdir. Bundan təxminən 10 gün sonra həmin ay oğlu Fərid Dadayev ona verdiyi 50.000 ABŞ dollarını cavabdeh1 yaşadığı Yasamal rayonu Qutqaşınlı küçəsində yerləşən “Altes Plaza” binasında ona vermişdir. Həmin ayın sonunda isə qızı Səbinə Dadayevə keçmiş ərinə verməsi üçün ona verdiyi 50.000 ABŞ dollarını yaşadıqları evdə cavabdeh1 vermişdir. 2020-ci ilin yanvar ayında ümumilikdə cavabdeh1 200.000 ABŞ dolları pul vermişdir. Bir müddət keçmiş və cavabdeh1 ona demişdir ki, Çin Xalq Respublikasından lazım olan avadanlıqları ölkəyə gətirib, qısa müddət sonra istehsala başlayacaq, lakin 200.000 ABŞ dolları kifayət etmədiyi üçün əlavə pul lazım olduğunu bildirib ondan 150.000 ABŞ dolları verməyini istəmişdir. Səbuhiyə 100.000 ABŞ dolları verə biləcəyini demiş, razılaşmışdır. 2021-ci ilin yanvar ayında 10 gün ərzində Səbuhi ona məxsus ünvan 1 ünvanında yerləşən ofisə gəlmiş, iki dəfəyə, hərəsində 50.000 ABŞ dolları olmaqla ümumilikdə ona 100.000 ABŞ dolları pul vermişdir. İddiaçı izahatından göründüyü kimi o, birinci dəfə 200.000 ABŞ dollarını 2020-ci ilin yanvar ayında və ikinci dəfə isə 100.000 ABŞ dollarını 2021ci ilin yanvar ayında vermişdir. ##.##.2023-cü il tarixli hesab üzrə Çıxarışdan göründüyü kimi, “xxxx” MMC-in hesabında ##.##.2019-cu il tarixində dövrün sonuna olan balans 221.000 manat təşkil edir. “xxxx” MMC isə cavabdeh1 məxsusdur. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli, RBA**-********* nömrəli arayışının məzmunundan göründüyü kimi, cavabdeh2 ##.##.2018-ci il tarixdə “xxxx” ASC-dən 55.000 manat, ##.##.2019-cu il tarixdə 70.000 manat, ##.##.2020ci il tarixdə isə 150.000 manat pul kredit götürmüşdür. Bu da onu təsdiq edir ki, cavabdeh1 ##.##.2020-ci il tarixli, AFGW*M*** nömrəli Müqaviləyə əsasən Əlavə № *-də göstərilən ümumilikdə 80.900 ABŞ dolları (137.530 manat) avadanlıqları onun maliyyə dəstəyi ilə almışdır. ##.##.2020-ci il tarixli, AFGW*M*** nömrəli müqaviləyə əsasən Əlavə № *-də göstərilən avadanlıqların ümumi dəyəri 80.900 ABŞ dolları (137.530 AZN) və gömrük ödənişi isə 30.151 manat, ümumilikdə isə 167.681 manat təşkil etdiyi halda, İddiaçı cavabdeh1 300.000 ABŞ dolları (510.000 AZN) pul verməsini deməsi yalandır və şər-böhtandan başqa bir şey deyildir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)***/**** saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X3).

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisə üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və o, 300.000 ABŞ dollarını cavabdehlərə verdiyini sübuta yetirməlidir. Iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və iddiasının əsaslı olması baxımından yetərli və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə səs yazılarının sübut qismində qəbul edilməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tələbini həm cavabdeh2, həm də cavabdeh1 qarşı yönəltmiş olsa da, həm özünün, həm də oğlu Fərid Dadayevin və qızı Səbinə Dadayevanın BPI-də verdiyi izahatdan, eyni zamanda səs yazılarından birmənalı şəkildə müəyyən edilir ki, pul məbləğinin məhz cavabdeh1 verilməsi barədə fikirlər səsləndirilir, cavabdeh2 isə oğlunun arxasında duracağı, onun böyüyü olması, ona “zamin” durması nöqteyi-nəzərindən danışıqlar onunla aparılır, ondan evini və ya bağını sataraq pul məbləğini ödəməsi gözlənilir. Həmin fikirlər məsələn, “X1” səs yazısında X4 Dadayevaya atasının pulu kimə verdiyini soruşur, D.Səbinə isə cavabında pulun cavabdeh1 verildiyini, lakin onun böyüyü olduğunu bildirir. Eyni zamanda “Imdad record full 01” səs yazısında cavabdeh2 ona pul verilmədiyini bildirir, Dadayev isə nə fərqi var, oğluna vermişəm cavabını verir. cavabdeh2 hər hansı pul məbləğinin verilməməsi halı izahatlarda da öz əksini tapır. Digər tərəfdən təqdim edilmiş flaşkartda cavabdeh1 məxsus hər hansı səs yazısı mövcud deyil. Danışıqlar İddiaçılə cavabdeh2 arasında və Rüstəmova Inna, Mustafayeva Təranə və Dadayeva Səbinə arasında aparılır. Səs yazılarında cavabdeh2 tərəfindən “oğlum götürüb, qaytarılacaq, narahat olma.. sən oğluma borcunu qaytar, o da qaytarar...nə mən, nə oğlum səndən pul istəməyib.. otur oğlumla danış məsələni həll et” kimi ifadələri səsləndirməsi digər cavabdeh cavabdeh1 tərəfindən pulun götrülməini təsdiq edən yetərli və mötəbər sübut kimi nəzərdən keçirilə bilməz. Belə ki, səs yazılarında cavabdeh2 İddiaçılə olan dialoqunda, Mustafayeva Təranə isə Dadayeva Səbinə və Rüstəmova Inna ilə olan dialoqunda oğlunun pulu qaytaracağı barədə fikirlər səsləndirsə də, onlardan heç biri məbləğin 300.000 ABŞ dolları olduğunu təsdiqləməmişdirlər. Digər tərəfdən, iddiaçının özünün izahatı ilə pulun verilməsi prosesində nə cavabdeh2, nə də Mustafayeva Təranənin iştirakçı olduqları görünmür. Belə olan halda onların pulun alınması faktını təsdiq etmələri də yetərli deyil. Belə ki, onlar hadisələrin iştirakçısı, bilavasitə şahidi olmamışdırlar.

10. Məhkəmə səs yazıları ilə bağlı onu da qeyd etmişdir ki, mülki işin materiallarında olan ekspert rəyindən görünür ki, mübahisəli fonoqramlar redaktə proqramı vasitəsi ilə emal olunmuş, təkrar kodlaşdırılmış, əvvəl yazılmış ayrı-ayrı fonoqramın hissələridir. Məhkəməyə başqa səs yazıları təqdim edilməmiş, məhkəmə ekspertizasının keçirilməsi barədə vəsatət verilməmişdir. Eyni zamanda iddia ərizəsində şahidlərin məhkəməyə təqdim ediləcəyi bildirilsə də, həmin məzmunda da vəsatət verilməmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 329.1, 386.1, 389-390-cı, 739, 1091-1092-ci, 1096-1097-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76-77-ci, 107, 119.1, 217-218-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə aid 739.1 və 739.2-ci maddələrini, əsassız varlanmaya aid 1091-ci maddəsini və Mülki hüquq pozuntusuna (delikt) aid 1096 və 1097-ci maddələrini qətnamədə göstərən birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə hansı maddi hüquq normasının tətbiq edilməli olduğunu müəyyən edə bilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı mübahisənin hansı mülki hüquq münasibətlərini ehtiva etdiyini aydınlaşdıra bilmədiyindən, bu mübahisəyə konkret olaraq maddi hüquq norması tətbiq etməmişdir. Hazırki mübahisə üzrə iddiaçının tələbinin bilavasitə sübutetmə yükü ilə əlaqədar olduğunu bəyan edən birinci instansiya məhkəməsi iddiaçının polis orqanlarında və məhkəmədə vermiş olduğu izahatları açıq-aşkar təhrif etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Nərimanov Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, iddiaçı cavabdehlərlə münasibətlərinin məhz qohum olduqdan sonra yarandığını, cavabdehlərin onun etibarından sui-istifadə edərək, ondan 2020-ci ilin yanvar ayında 200.000 ABŞ dolları, 2021-ci illin yanvar ayında isə 100.000 ABŞ dolları, ümumilikdə 2020-2021-ci illər ərzində 300.000 ABŞ dolları məbləğində pulu borc aldıqlarını, lakin bugünədək qaytarmadıqlarını bildirir və pulun cavabdehlərdən tutulmasını tələb edir. Bundan əvvəl iddiaçının bu məsələ ilə bağlı şikayətləri bir neçə dəfə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Baş polis Idarəsinin Istintaq və Təhqiqat Idarəsində araşdırılmış və nəticədə onun müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibinin olmasına dəlalət edən kifayət qədər sübutlar məcmusu olmadığına görə Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə cavabdehlərin hər hansı biri arasında yazılı borc müqaviləsinin bağlanması müəyyən edilmir. Halbuki, iddiaçının istinad etdiyi 2020-2021-ci illərdə qüvvədə olan və bu qəbildən olan münasibətləri tənzimləyən Mülki Məcəllənin 740-cı maddəsi predmeti iddia edilən məbləğdə olan borc müqaviləsinin yazılı formada bağlanmasını zəruri şərt kimi təsbit etmişdir. Bu səbəbdən mövcud vəziyyətdə cavabdehlərin (onların hər hansı birinin) iddiaçıdan ona məxsus olan pul vəsaitini götürübgötürmədikləri və bu yolla ona məxsus olan vəsait hesabına əsassız olaraq varlanıbvarlanmadıqları müəyyən edilməlidir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

18. Iddiaçı keçmiş kürəkəni və qudası olan cavabdehlərə hissə-hissə, yəni 2020-ci ilin yanvar ayında 200.000 ABŞ dolları, 2021-ci ilin yanvar ayında 100.000 ABŞ dolları məbləğində pulu borc verməsini sübut etməli idi. Iddiaçı da öz mövqeyinin (iddiasının) təsdiqi olaraq 2-ci cavabdehlə onun, habelə 2-ci cavabdehin (Təranə Rüstəmova), onun (Anna Rüstəmova) arvadları və qızı X2 arasında baş vermiş danışığın səs yazılarını təqdim edir, eyni zamanda, onun müraciəti əsasında hüquq mühafizə orqanları tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq qəbul edilmiş qərarlara istinad edir və həm səs yazılarında, həm izahatlarda ondan ümumilikdə 300.000 ABŞ dolları məbləğində pulun götürüldüyünün və qaytarılmadığının etiraf edildiyini bildirir.

19. Məhkəmə kollegiyası ilk öncə iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarına münasibətdə qeyd etmişdir ki, iddiaçının şikayəti üzrə cavabdehlər barəsində Bakı şəhər Baş Polis Idarəsinin Istintaq və Təhqiqat Idarəsində aparılmış icraat çərçivəsində keçirilmiş məhkəmə-fonoskopik ekspertizanın nəticələrinə dair ekspert rəyində mübahisəli fonoqramlarda möntaj əlamətlərin müəyyən edilmədiyi, fonoqramların redaktə proqramı vasitəsi ilə emal olunduğu, təkrar kodlaşdırıldığı, əvvəl yazılmış ayrı-ayrı fonoqramın hissələri olduğu qeyd edilmişdir. Rəyə əsasən fonoqramlarda olan diktorların səsi və nitqi müvafiq olaraq iddiaçıya, 2-ci cavabdehə, habelə onların arvadlarına və iddiaçıya məxsusdur. Iddiaçı həmin səs yazılarından mahiyyəti üzrə, iddiasına əsasən əldə etmək istədiyi nəticəyə (məqsədinə) uyğun istifadə edir. Bu səbəbdən məhkəmə kollegiyası həmin səs yazılarının mötəbər sübut kimi qəbul edilməməsi üçün hər hansı əsas görmür. Lakin iddiaçı öz tələbini hər iki cavabdehə qarşı irəli sürsə də, həm onun özünün izahatı, həm də təqdim etdiyi sübutlar onun 2-ci cavabdehə hər hansı məbləğdə pulun verilməsini istisna edir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinə ünvanladığı şikayətində hissə-hissə 1-ci cavabdehə 300.000 ABŞ dolları məbləğində pul verdiyini şəxsən göstərir. Onun tərəfindən təqdim edilmiş və onunla 2-ci cavabdeh arasında baş tutmuş danışığın səs yazısından da iddiaçı tərəfindən 2-ci cavabdehə hər hansı məbləğdə pulun verilmədiyi müəyyən edilir. Əksinə danışıq zamanı iddiaçı özü bildirir ki, “əvvəlcə gəldi 200.000 apardı, sonra gəldi hələm 150 dedi, üstündə də 100.000 verdim ona. 300.000 dollar vermişəm ona” (2-ci cavabdehə pulun onun oğluna, yəni 1-ci cavabdehə verdiyini deyir). Həmçinin, söhbət əsnasında 2-ci cavabdeh “Mənə pul vermisən məndən pul istəyirsən?” sualını verəndə iddiaçı ona “Əşi oğlun götürüb, fərqi nədir sən oğluna göndərmisən” cavabını verir. Ümumiyyətlə onların arasında olan söhbətlərdə iddiaçı 2-ci cavabdehdən 1-ci cavabdehin ondan aldığı pulun qaytarılmasını tələb edir. Hüquq mühafizə orqanlarında aparılan araşdırma zamanı izahat vermiş iddiaçının qızı X2 da (1-ci cavabdehin keçmiş arvadı) atasının pulu 1-ci cavabdehə verdiyini bildirmiş, iddiaçının oğlu Dadayev Fərid və arvadı Rüstəmova Inna da öz izahatlarında eyni mövqedən çıxış etmişdilər.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bununla belə, iddiaçı 2-ci cavabdehə hər hansı məbləğdə pul verməsini sübuta yetirə bilmir. Tərəfindən verilmiş izahat və işin materialları ilə isə əksinə, iddiaçı tərəfindən ona hər hansı məbləğdə pulun verilmədiyi müəyyən edilir. 2-ci cavabdehin köməklik istəməsini və oğluna pul verilməsi ilə bağlı müraciət etməsini, pul verərkən məhz ona qüvvənməsini isə yalnız iddiaçı bildirir və bu barədə izahatını təsdiq edən hər hansı sübutu təqdim edə bilmir. 2-ci cavabdehin 1-ci cavabdehin atası olması, habelə iddiaçının onunla danışıqlar aparması, o cümlədən ona 1-ci cavabdehin böyüyü, dayağı kimi yanaşması (iddiaçının ailə üzvləri də hər hansı başqa mövqedən çıxış etmir) 2-ci cavabdehdən ona verilməmiş pulun (pulun hər hansı hissəsinin) tutulması üçün əsas ola bilməz. Iddiaçının həqiqətən də 2-ci cavabdehlə “Araz” kafesində görüşməsi və pulun verilməsi barədə onunla söhbət etməsi də pulun verilməsi qənaətinə gəlmək üçün kifayət deyil. Hər bir halda, iddiaçı özü qeyd edir ki, 2-ci cavabdeh oğlunun razı olmaması səbəbindən onunla görüşüb iddiaçının köməyindən istifadə edilməsini ona başa salacağını söz vermişdir. 2-ci cavabdeh də belə bir söhbətin olduğunu və qeyd edilən vədin onun tərəfindən verildiyini inkar etmir. Sadəcə olaraq nəticədə oğlunu razı sala bilmədiyini göstərir. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə düzgün hüquqi qiymət vermiş və öz mövqeyində haqlı olmuşdur. Qeyd edilən öz növbəsində iddia tələbinin və bundan irəli gələrək apellyasiya şikayətinin dəlillərinin həmin hissədə əsassız olduğunu təsdiq edir.

21. Məhkəmə kollegiyası iddia tələbinin 1-ci cavabdehə aid olan hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi səs yazılarından hər hansı birində onun səsi əks olunmamış, nə iddiaçı, nə də ki, onun yuxarıda qeyd edilən ailə üzvlərinin bu məsələ ilə bağlı onunla danışıqlar apardığı müəyyən edilmir. Halbuki, bu məbləğin bir başa ona verildiyi iddia edilir. Iddiaçının müraciətinə əsasən Bakı şəhər Baş Polis Idarəsinin Istintaq və Təhqiqat Idarəsində aparılan araşdırma zamanı 1-ci cavabdeh iddiaçıdan hər hansı məbləğdə pul almadığını, Çin Xalq Respublikasından gətirilən dəzgahların dəyərinin 80-90 faizinin atası tərəfindən ödənildiyini, keçmiş arvadı vasitəsi ilə iddiaçı ona bu məsələdə maddi dəstək olmağı təklif etsə də, həmin vaxt arvadı ilə münasibətlərinin soyuq olması və bundan sonra onların ailəsi tərəfindən üstələnməsindən ehtiyatlanaraq, təklifi qəbul etmədiyini, iddiaçının onun atası vasitəsi ilə də eyni təklif göndərməsinə baxmayaraq, iddiaçıdan pul götürmək istəmədiyini atasına da izah etdiyini və atasının onula razılaşdığını, iddiaçı ilə üzləşmək istədiyini, lakin valideynlərinin onları bir araya gətirə bilmədiklərini, iddiaçının onunla görüşdən yayındığını bildirmişdir. Iddiaçı ilə 2-ci cavabdeh arasında baş vermiş danışıqlarda iddiaçı 1-ci cavabdehin ondan 200.000 ABŞ dolları və 100.000 ABŞ dolları məbləğində pul götürdüyünü bildirir və həmin pulun qaytarılmasını tələb edir.

22. Məhkəmə kollegiyası iddiaçı tərəfindən istinad edilən Bakı şəhər Baş Polis Idarəsinin Istintaq və Təhqiqat Idarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarının hazırki işə hər hansı preyudisial əhəmiyyətə malik olmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, həmin qərarda cavabdehlərin iş qurmaq adı ilə iddiaçıdan 300.000 ABŞ dolları məbləğində pulu borc almasının tam olaraq öz təsdiqini tapmasının qeyd edilməsi hazırki iddianın hər hansı formada təmin edilməsini şərtləndirmir.

23. Məhkəmə kollegiyası iddia edilən pul vəsaitinin dəzgahların alınması məqsədi ilə verilməsi barədə iddiaçının və bu dəzgahların alınması üçün xərclənən pul vəsaitinin mənbəyi barədə cavabdehlərin mövqeyi ilə bağlı qeyd etmişdir ki, həmin avadanlıqla bağlı müqavilə ##.##.2020-ci il tarixdə bağlanmış, həmin avadanlıq üçün gömrük ödənişi ilə birlikdə ödənilməli olan ümumi məbləğ 167.681 manat təşkil etmişdir. Eyni zamanda, “xxxx” ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən 2-ci cavabdehə bu bank tərəfindən bir neçə dəfə, o cümlədən ##.##.2020-ci il tarixdə 150.000 manat məbləğində kreditin verildiyi müyyən edilir. Həmin kredit həm müddət, həm də məbləğ etibarı ilə ##.##.2020-ci il tarixli müqavilədən irəli gələn məbləğin və bununla bağlı xərclərin qarşılanmasını mümkün edir. Lakin xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı 1-ci cavabdehə pul verməsini sübuta yetirə bilmir. Belə olan halda, qeyd edilən dəzgahların 2-ci cavabdehin vəsaiti hesabına alınıb-alınmamasının araşdırılması zərurəti aradan qalxmış olur. Başqa sözlə, mövcud vəziyyətdə dəzgahların 1-ci cavabdeh tərəfindən hansı vəsait hesabına alınması araşdırma predmeti ola bilməz. Göstərilənlər öz növbəsində apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və şikayətin rədd edilməsini şərtləndirir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

25. Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 740, 1091-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə ümumiyyətlə maddi-hüquq norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsinə aid 739.1-ci və 739.2-ci maddələrini, əsassız varlanmaya aid 1091-ci maddəsini qətnamədə göstərən apellyasiya instansiya məhkəməsi hazırkı mübahisə üzrə məhz hansı maddi hüquq normasının tətbiq edilməli olduğunu müəyyən edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin hüquqi mahiyyətini müəyyən etməmiş, nəticədə isə tətbiq edilməli olan heç bir maddi hüquq normasını tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə əsasən, məhkəmə bir tərəfdən iddiaçının pul vəsaitinin verilməsini sübuta yetirə bilmədiyini bildirir, digər tərəfdən isə tərəflər arasında pulun qaytarılması ilə bağlı danışıqların aparıldığını, cavabdeh tərəfindən qaytarma vədlərinin verildiyini və bu vədlərin səs yazılarında əks olunduğunu faktiki olaraq qəbul edir. Lakin, apellyasiya instansiyası məhkəməsi bu halların mövcudluğuna baxmayaraq: münasibətləri borc öhdəliyi kimi, əsassız varlanma kimi, yaxud hər hansı digər maddi hüquq institutu çərçivəsində qiymətləndirməmişdir. Bu vəzifənin yerinə yetirilməməsi məhkəmənin maddi hüquq normasını tətbiq etməkdən faktiki olaraq imtina etməsi deməkdir ki, bu da kassasiya instansiyasında məhkəmə aktının ləğvi üçün müstəqil əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 386 və 418.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qətnaməsi yalnız o halda qanuni hesab edilə bilər ki, məhkəmə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etsin. Hazırkı işdə isə bu tələb yerinə yetirilməmişdir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci, 88-ci, 220.4-cü maddələrinin tələbləri pozulmuşdur. Hazırki mübahisə üzrə iddiaçının tələbinin bilavasitə sübutetmə yükü ilə əlaqədar olduğunu bəyan edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mövqeyini olduğu kimi təkrar etmişdir. Məhkəmə, iddiaçının polis orqanlarında vermiş olduğu izahatlarını da olduğu kimi qətnaməsində göstərməyərək, açıqaşkar cavabdehlərin maraqlarından çıxış etmişdir. Bununla da, işə birtərəfli yanaşmışdır. Məhkəmə nəzərə almamışdır ki, ##.##.2023-cü il tarixdə Bakı şəhər Baş Polis Idarəsində vermiş olduğu ilk izahatında iddiaçı İddiaçı göstərmişdir ki, hər iki cavabdeh, cavabdeh2 və cavabdeh1 xaricdən dəzgahlar gətirmək üçün ondan pul istəmişlər və sonuncu da onlara, xüsusən cavabdeh2 inanaraq, 300.000 ABŞ dolları məbləğində pul vəsaitini hissə-hissə onlara vermişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iş materiallarını və səs yazılarını tam tədqiq etməmiş, nədənsə iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qətnamədə heç bir münasibət bildirməmişdir. Halbuki, həmin sübutlar məhkəmə tərəfindən qiymətləndirilməli və həmin sübutların qəbul edilməməsi məhkəmə tərəfindən əsaslandırılmalı idi.

28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2005-ci il tarixli, * №-li Qərarının 6.2 və 6.3-cü bəndlərinə əsasən- “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.” Qətnamənin əsaslandırıcı hissəsində bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini izah etməli olan apellyasiya instansiyası məhkəməsi, aşkar etirafedici səs yazılarının mövcudluğunu, həmin səslərin cavabdehə və onun həyat yoldaşına məxsus olduğunu qəbul etsə də, onlara sübut növü kimi heç bir qiymət verməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdehlər cavabdeh2 və cavabdeh1 kassasiya şikayətinə qarşı etiraz və etiraza əlavə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

35. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 10.10. Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur.

37. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

43. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

44. Kollegiya kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normasının düzgün tətbiq edilməməsi barədə dəlillərini əsassız hesab edir. Tərəflər arasında yazılı borc müqaviləsi bağlandığı təsdiq edilmədiyindən məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia tələbinin qanuniliyi və əsaslılığı əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normalar əsasında yoxlanılmalıdır.

45. Kassasiya şikayətinin sübutlara düzgün qiymət verilməməsi ilə bağlı dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, sübutların qiymətləndirilməsi işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətinə aid olduğundan MPM-nin 407.2-ci maddəsinə əsasən bu dəlillər kassasiya baxışının predmeti ola bilməz. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, işdə iddiaçı ilə ondan pul aldığı iddia edilən cavabdeh1 arasında bu faktı təsdiq edən hər hansı yazılı sübut və ya cavabdeh1 səs yazısı yoxdur.

46. Sübutların qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən prosessual pozuntulara yol verilib-verilmədiyini yoxlayaraq kollegiya qeyd edir ki, MPM-nin 10.10-cu və 76.3-cü maddələrinə əsasən işdə tərəf olmayan şəxslərin şəxsi xarakterli, onların məlumatı omadan gizli əldə edilmiş səs yazıları mülki mübahisənin həllində sübut kimi istifadə edilə bilməz.

47. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. Insanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

48. MPM-nin 10.10-cu, 76.3-cü maddələrinə və Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarındakı hüquqi mövqeyə görə işdə tərəf olmayan şəxslərə aid səs yazılarının mülki prosesdə həmin şəxslərin razılığı olmadan açıqlanması və məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi pozuntudur.

49. Kollegiya hesab edir ki, digər səs yazıları istisna olmaqla iddiaçı ilə cavabdeh cavabdeh2 arasındakı səs yazısının sübut kimi qəbul edilməsi prosessual normaların tələblərinə uyğun olmuş, məhkəmə həmin sübutla bağlı tərəflərin iştirakı ilə tam və hərtərəfli araşdırma aparmış, qətnamədə səs yazısının məzmununu tam qeyd etməklə bu sübutun hansı səbəbdən cavabdeh2 və oğlu olan digər cavabdehdən əsassız varlanma qaydasında pul tutulması üçün mötəbər sübut kimi qəbul edilmədiyinə dair qənaətini kifayət qədər ətraflı əsaslandırmışdır.

50. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar