Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-526/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh27 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh25 Məhdud Məsuliyyətli Cəmiyyətə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh16 Cavanşir oğluna, X1, X9, X10, XXXna, cavabdeh17 Əli oğluna, cavabdeh2 Kamil oğluna, X2, cavabdeh9 Abdin Ağa oğluna, cavabdeh18 Qadir oğluna, cavabdeh5, XXXna, X3, X14, cavabdeh15, X11, X4, X12, X7, X5, X6 (hüquqi varisi X8) və cavabdeh24 Məhdud Məsuliyyətli Cəmiyyətə (Sahibkarlığa Kömək Milli Fondu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kassasiyanın baxışdan çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)- */**** nömrəli qətnaməsi ilə (hakim R.Qafarova) iddiaçı Ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankının cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh27 Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh25 Məhdud Məsuliyyətli Cəmiyyətə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, cavabdeh16 Cavanşir oğluna, X1, X9, X10, XXXna, cavabdeh17 Əli oğluna, cavabdeh2 Kamil oğluna, X2, cavabdeh9 Abdin Ağa oğluna, cavabdeh18 Qadir oğluna, cavabdeh5, XXXna, X3, X14, cavabdeh15, X11, X4, X12, X7, X5, X6 (hüquqi varisi X8) və cavabdeh24 Məhdud Məsuliyyətli Cəmiyyətə (Sahibkarığa Kömək Milli Fondu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “kredit müqavilələri üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və X.Mərdanova) cavabdehlər “xxxx” MMC-nin, X11 və X9 apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Cavabdeh “xxxx” MMC Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası ## #### 2026-cı il tarixli məktubla Ali Məhkəməyə müraciət edərək, cavabdeh XXXnun tərəfindən kassasiya şikayəti verildiyini bildirməklə, həmin kassasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması və ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxılması üçün mülki işin göndərilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
6. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə baxılması apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid olduğu üçün qeyd olunan prosessual hərəkətlərinin icrası məqsədi ilə hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İşin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-ci il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Cavabdeh XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.