Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-543/2026 27.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı oğlunun Cavabdeh qarşı ("xxxx" Mənzil Tikinti Kooperativi və X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 29 oktyabr tarixli 2(103)4600/2025 nömrəli qətnaməsindən üçüncü şəxs X2 tərəfind ən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi iş üzrə tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər kassasiya şikayəti o halda verilə bilər ki, onların tələbləri təmin olunmamış olsun, o cümlədən onlara qarşı iddia tələbi təmin edilmiş olsun. Bu baxımdan işin halları tə hlil edildikdə müəyyən olunur ki, İddiaçı oğlu (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 127.500 manat (75.000 ABŞ dolları) məbləğində vəsaitin və 418 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Rayon məhkəməsi tərəfindən X2 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il 28 noyabr tarixli e-2(004)4576/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 14 fevral tarixli 2(103)1235/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birin ci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 23 iyun tarixli 2(102)-1831/2025 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 29 oktyabr tarixli 2(103)-4600/2025 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən üçüncü şəxs Mehriban Musayeva kassasiya şikayəti verərək, onun ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməs ini xahiş etmişdir. Göründüyü kimi apellyasiya məhkəməsinin qətnaməsi ilə üçüncü şəxsin iddia tələbi olmamış və ya üçüncü şəxsə qarşı hər hansı bir iddia tələbi təmin edilməmişdir. Başqa sözlə, onun apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermə hüququnu müəyyən edən şərtlər mövcud deyil. Bu hal üçüncü şəxsin həmin qətnamədən kassasiya şikayəti vermək hüququnu istisna edir. MPM-in 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2 -ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 29 oktyabr tarixli 2(103)4600/2025 nömrəli qətnaməsindən üçüncü şəxs X2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya M əhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(1-8)-543/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-543/2026
27.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver