Məhkəmə qərarları › İş №2(1-8)-551/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-551/2026

09.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan‒Respublikası‒adından Qərar Bakı‒şəhəri İş‒№‒2(1-8)-551/2026 09.04.2026 ALI‒MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı LPO iddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh cavabdeh2 (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar‒sözlər:‒kredit‒müqaviləsi,‒kredit‒borcunun‒tutulması) ‒‒‒‒‒‒‒Azərbaycan‒Respublikası‒Ali‒Məhkəməsinin‒Mülki‒kollegiyası,‒hakimlər‒Həsənov‒ Vüqar‒Təvəkgül‒oğlu‒(məruzəçi),‒Şəfiyev‒Ispəndiyar‒Əsəd‒oğlu‒və‒Əhmədov‒Əhməd‒ Abbas‒oğlundan‒ibarət‒tərkibdə, iddiaçı LPO iddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh cavabdeh2 qarşı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “pul və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı LPO iddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul‒etdi. Işin halları

1. LPO iddiaçı2 ASC (borc verən) iddiasında göstərir ki, cavabdeh2 (borc alan) arasında ##.##.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, Bank cavabdehə 180 ay müddətinə illik 15 faiz olmaqla 75.460 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə və qaydada onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. ##.##.2009-cu kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminatı kimi tərəflərlə “xxxx” MTK arasında ipoteka müqaviləsi bağlanılmış, ünvan 2 ünvanında yaşayış binasının 1-ci blokunda yerləşən ** saylı mənzil bankın xeyrinə‒ipoteka‒ilə‒yüklü‒edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı LPO iddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 248.535,85 (iki yüz qırx səkkiz min beş yüz otuz beş manat, 85 qəpik) manat, bundan 75.460 (yetmiş beş min dörd yüz altmış manat, 71 qəpik) manat əsas, 172.300,33 (bir yüz yetmiş iki min üç yüz manat, 33 qəpik) manat faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 775,52 (yeddi yüz yetmiş beş manat, 52 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 539 (beş yüz otuz doqquz) manat dövlət rüsumunun cavabdeh2 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, cavabdeh2 sərəncamında olan ünvan 2 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m ümumi sahəsən ibarət 1 otaqlı, ** saylı mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq,‒alıcıya‒təhvil‒verilməsinə‒dair‒qətnamə‒çıxarılmasını‒xahiş‒etmişdir.

3. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2009-cu il tarixli, *** saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə, illik 15 (on beş) faiz dərəcəsi ilə 75.460 (yetmiş beş min dörd yüz altmış) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi “xxxx” firması ilə cavabdeh2 arasında bağlanmış ##.##.2009-cu il tarixli müqavilə əsasında cavabdeh2 sərəncamında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m ümumi sahəsən ibarət 1 otaqlı, ** saylı mənzil ipotekaya qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m ümumi sahəsən ibarət 1 otaqlı, ** saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə cavabdeh2 arasında ##.##.2009-cu il tarixli, ***/* saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin‒pul‒vəsaitindən‒istifadə‒edərək‒mənfəət‒götürə‒bilərdi.

4. Birinci‒instansiya‒məhkəməsində‒cavabdeh‒iddiaya‒etiraz‒verməmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Günay Abidova) *(***)-***/** nömrəli, ## #### 2025-ci‒il‒tarixli‒qətnaməsi‒ilə‒iddia‒tələbi‒rədd‒edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin borcunun olmasını yalnız məhkəməyə təqdim edilmiş müqavilələr, hesabdan çıxarış və maliyyə arayışına istinadla əsaslandırmışdır. Cavabdeh isə müqavilələrdəki imzanın ona məxsus olduğunu danmır, lakin iş üzrə toplanmış bütün sübutlarla və üçüncü şəxsin nümayəndəsinin də izahatında göstərdikləri ilə məcmu şəkildə qiymətləndirildikdə ağlabatan hesab edilmiş “ona heç bir pul verilməməsi, sadəcə “müqaviləni imzala, sənə mənzil verəcəyik” deyilməsi, sonradan isə mənzilin də başqasına satılması və ona verilməyəcəyi barədə məlumat verilməsi” kimi dəlilləri irəli sürür. Qeyd olunanlara əsasən, məhkəmə yalnızca tərəflərin imzalaması mübahisəsiz olan müqavilələrə əsaslanaraq cavabdehə pul verilməsi faktının təsdiq edildiyini müəyyən etməmişdir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan, məhkəmə tərəfindən həmin sənədlər öhdəliyin yaranması faktını təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilməmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) *-*(***)-***/**** nömrəli, ##.##.2023- cü il tarixli qərarı). Beləliklə, göründüyü kimi, cavabdehlə aralarında bağlanmış müqavilə əsasında ona kreditin verilməsi faktını sübutetmə vəzifəsini daşıyan iddiaçı LPO bank (və ləğvedicisi) buna dair mötəbər sübut olan kassa məxaric orderini məhkəməyə təqdim etməmiş, bununla da,‒iş‒üzrə‒öz‒sübutetmə‒vəzifəsini‒yerinə‒yetirməmişdir.

7. Məhkəmə həmçinin qeyd etmişdir ki, pul öhdəlikləri ilə bağlı münasibətlərdə kredit verilməsi halı kredit müqaviləsi, məxaric qəbzi, yazılı sənədlər və digər sübutlarla müəyyən edildiyi halda, müqavilə üzrə pulun borcalana verilməsi qanuni prezumpsiyaya əsaslanır. Bunun əksini, habelə pulun tam və ya qismən qaytarılmasını isə borcalan sübut etməlidir. Bu qaydanın hazırkı işə tətbiqi nəticəsində isə məhkəmə hesab etmişdir ki, aralarında bağlanmış müqavilə üzrə cavabdehin ona borcu olduğunu iddia edən bank ilk öncə həmin öhdəliyin yarandığını sübut etməlidir. Lakin bu məsələ ilə bağlı sübutetmə vəzifəsini daşıyan bank tərəfindən mülki qanunvericilikdə mülki hüquqların, vəzifələrin və öhdəliyin yaranmasının əsasları kimi göstərilmiş hallardan birinin tərəflər arasında olmasına dair mötəbər sübut olan kassa məxaric orderini məhkəməyə‒verməmişdir.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2, 337.3, 340.1, 386.1, 460.3, 739 və 741-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli ** №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”na; “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2006-cı‒il‒tarixli‒qərarına‒istinadla‒əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Iddiaçı LPO iddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin‒edilməsini‒xahiş‒etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” firması ilə cavabdeh2 arasında bağlanmış ##.##.2009-cu il tarixli müqavilə əsasında cavabdeh2 sərəncamında olan 75.460 manat məbləğdə ünvan 3 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m. ümumi sahəsən ibarət 1 otaqlı, ** saylı mənzil mənzil ipotekaya qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində istifadədə olan 68.6 kv.m. ümumi sahədən ibarət 1 otaqlı, ** saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə cavabdeh2 oğl uarasında ##.##.2009-cu il tarixli, ***/* saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin 75.460 manat qiymətində mənzilin alınması məqsədilə iddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2009-cu il tarixli, *** saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə, illik 15 (on beş) faiz dərəcəsi ilə 75.460 (yetmiş beş min dörd yüz altmış) manat ipoteka krediti verilməsini xahiş etmişdir (cavabdeh2 öz imzası ilə təsdiq etdiyi kredit verilməsi barədə yazılı ərizə və kredit sifarişi barədə məlumat vərəqi qoşmada təqdim olunur). Cavabdeh məhkəmə zamanı öz çıxışında da bildirmişdir ki, kredit vəsaiti onun tərəfindən götürülmüşdür, yəni bankın kassasından pul çıxmışdır. Nəticə olaraq “xxxx” firması ilə cavabdeh2 arasında bağlanmış ##.##.2009-cu il tarixli müqavilə ilə eyni tarixdə cavabdeh2 ilə iddiaçı2 ASC arasında *** saylı kredit müqaviləsi və ***/* saylı ipoteka müqaviləsi imzalanmışdır. Cavabdehin kredit vəsaiti əldə etmək və həmin vəsait hesabına mənzil üçün ödənişin həyata keçirilməsi niyyəti ilə müqavilələri imzaladığı aydındır. Cavabdeh tərəfindən *** saylı kredit müqaviləsi və 086/1 ipoteka müqaviləsi, həmin müqavilə vasitəsilə əldə edilən vəsait hesabına mənzilin alınması məqsədi ilə bağlanmışdır. Hesab edir ki, məhkəmə tərəfindən mötəbər sübutun olmaması səbəbindən iddia tələbinin rədd edilməsi əsassızdır. Cavabdeh cavabdeh2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin‒müqavilə‒üzrə‒öhdəliklərə‒görə‒məsuliyyət‒daşıyır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3336/2025 nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının‒təyin‒edilməsi‒qərara‒alınmışdır.

12. “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli ***/** saylı auditor rəyinə əsasən LPO iddiaçı2 ASC ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2009cu il tarixli, *** saylı kredit müqaviləsinə əsasən cavabdehə verilməli 75460,0 (yetmiş beş min dörd yüz altmış) manat məbləğində vəsait istinad olunan dövrdə (iddia ərizəsində qeyd olunan-2009-cu ilin iyun iyul aylarında) LPO iddiaçı2 ASC-nin maliyyə dövriyyəsində olmuşdur. Mülki işin materialları və LPO iddiaçı2 ASC tərəfindən ekspertizaya təqdim edilmiş, LPO iddiaçı2 ASC-nin baş ofisinin xəzinəsinin və cavabdeh2 bank hesabının ##.##.2009-cu il tarixinə olan bank çıxarışlarına əsasən müəyyən edilir ki, 75460,0 (yetmiş beş min dörd yüz altmış) manat məbləğində vəsait cavabdeh2‒adına‒nağd‒qaydada‒xəzinə‒məxaric‒orderi‒vasitəsi‒ilə‒məxaric‒edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), F.Babayev və F.Abdıyev) 2(103)-3336/2025 nömrəli mülki iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli‒qətnaməsi‒dəyişdirilmədən‒saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş üzrə müəyyən edilməli olan əsas məsələ kredit müqaviləsi üzrə pulun cavabdehə faktiki olaraq verilibverilməməsidir.

14. Bu baxımdan, iddiaçının apellyasiya şikayətində istinad etdiyi dəlillərin araşdırılması və iş üzrə mövcud sübutların məcmu şəkildə qiymətləndirilməsi həlledici əhəmiyyət‒kəsb‒edir.

15. Iddiaçının təqdim etdiyi hesabdan çıxarışa münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hesabdan çıxarış bankın daxili sistemində pul vəsaitlərinin hərəkətini əks etdirən, bank tərəfindən birtərəfli qaydada tərtib edilən sənəd olmaqla, pulun borcalanın faktiki sərəncamına verildiyini və ya onun göstərişi ilə üçüncü şəxsin hesabına köçürüldüyünü özlüyündə sübut etmir. Pulun borcalan tərəfindən faktiki olaraq sərəncamına verildiyini təsdiq edən digər kifayət qədər yetərli və inandırıcı sübutlar (kassa məxaric orderi və s.) məhkəməyə təqdim edilmədiyi halda, təkcə hesabdan çıxarışın mövcudluğu məhkəmə tərəfindən borc münasibətlərinin‒yarandığını‒təsdiq‒edən‒sübut‒kimi‒nəzərə‒alına‒bilməz.

16. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, kredit müqaviləsinin bağlanmasında əsas məqsəd kimi göstərilən ünvan 2 ünvanında yaşayış binasının 1ci blokunda yerləşən ** saylı mənzilin cavabdeh tərəfindən alınması baş tutmamış, pulun MTK-nın hesabına köçürüldüyünü və cavabdeh tərəfindən ipoteka predmeti olan mənzilin‒sahibliyinə‒keçirilməsi‒ilə‒nəticələndiyi‒müəyyən‒edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iş üzrə əldə edilmiş auditor rəyinə əsasən, LPO iddiaçı2 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ##.##.2009-cu il tarixli, *** saylı kredit müqaviləsinə uyğun olaraq cavabdehə verilməli olan 75.460 manat məbləğində vəsaitin kredit müqaviləsi bağlandığı tarixdə iddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin maliyyə dövriyyəsində olduğu müəyyən edilmişdir. Lakin auditor rəyindən həmin məbləğdə pul vəsaitinin cavabdeh cavabdeh2 adına açılmış bank hesabından konkret olaraq kimin tərəfindən məxaric edildiyini müəyyən etməyə imkan verən məlumatların olmadığı müəyyən‒edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilən xüsusat olduqca önəmlidir, çünki borc öhdəliyinin yaranması üçün pul vəsaitinin məhz borcalanın faktiki sərəncamına verilməsi faktı etibarlı sübutlarla öz təsdiqini tapmalıdır. Göründüyü kimi, iddianın əsaslı olmasının təsdiqi baxımdan vacib əhəmiyyət daşıyan bu və digər halların (kreditin məqsədinin (mənzilin alınmasının) reallaşmasının, ipoteka predmetinin cavabdehin sahibliyinə keçməsinin, bu proseslərin kredit vəsaiti hesabına baş‒verməsinin‒və‒s.)‒müəyyən‒edilməsi‒mümkün‒olmamışdır.

19. Bundan başqa əsas borc öhdəliyinin yarandığı halı öz təsdiqini tapmadığı üçün məhkəmə kollegiyası aksessor xarakter daşıyan digər tələblərə münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi‒sistemindən‒irəli‒gələn‒prosessual‒qənaət‒prinsipi‒ilə‒əsaslandırmışdır.

20. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 21.2, 269.4, 269.5, 380.1, 324.1, 337.1, 337.2, 385.1, 386.1, 421.2, 421.3, 425, 442, 443.1, 443.2, 445.2.1, 448.1, 448.2, 739-cu maddələrinə, “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.2, 47.3, 47.4, 47.5-ci‒maddələrinə‒istinad‒edərək‒əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Iddiaçı LPO iddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini‒xahiş‒etmişdir.‒

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etdikdə, cavabdehin kredit vəsait əldə etmək məqsədi‒ilə‒müqavilə‒bağlamaq‒niyyətində‒olduğu‒əsasını‒nəzərə‒almamışdır.

23. Bakı Apellyasiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət‒bildirərkən‒prosessual‒baxımdan‒da‒səhvə‒yol‒vermişdir.

24. Məhkəmə tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Lakin apellyasiya instansiyası‒məhkəməsi‒buna‒əhəmiyyət‒verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya‒şikayətinə‒qarşı‒etiraz‒daxil‒olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan‒Respublikasının‒Mülki‒Məcəlləsi

26. Maddə 21. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi‒mülki‒dövriyyə‒şəraitində‒əldə‒edəcəyi‒gəlirlər‒(əldən‒çıxmış‒fayda)‒başa‒düşülür.‒

27. Maddə 269.4 və 269.5.Ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin‒icrasının‒təmin‒edilməsi‒üçün‒əlavə‒(aksessor)‒əşya‒hüququdur.

28. Maddə 380.1.Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.‒

29. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. Maddə 337.1 və 337.2.Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz‒əqdlər‒ola‒bilər.

31. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan‒vəzifəsinin‒icrasını‒tələb‒etmək‒hüququ‒vardır.

32. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,‒öhdəliyin‒əmələ‒gəlməsi‒üçün‒onun‒iştirakçıları‒arasında‒müqavilə‒olmalıdır.

33. Maddə 421.2.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli‒dərəcədə‒məhrum‒olur.

34. Maddə 421.3.Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə‒müqavilə‒müvafiq‒surətdə‒ləğv‒edilmiş‒və‒ya‒dəyişdirilmiş‒sayılır.

35. Maddə 425.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə‒məruz‒qoya‒biləcək‒hər‒cür‒hərəkətlərdən‒çəkinməlidirlər.

36. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi)‒başa‒düşülür.

37. Maddə 443.1 və 443.2.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində‒nəzərdə‒tutulan‒qaydalara‒uyğun‒müəyyənləşdirilir.

38. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi‒borclunun‒icranı‒gecikdirməsi‒sayılır.

39. Maddə 448.1 və 448.2.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ‒Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

40. Maddə 739.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,‒o,‒kredit‒müqaviləsi‒adlandırılır.

“Ipoteka‒haqqında”‒Azərbaycan‒Respublikasının‒Qanununu

41. Maddə 47.2.Ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “Icra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra‒ödənişinin‒ödənilməsinə.

42. Maddə 47.3.Birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq‒bölüşdürülür.

43. Maddə 47.4.Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi‒ipoteka‒qoyana‒qaytarılır.

44. Maddə 47.5.Ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa,‒artıq‒məbləğ‒ipoteka‒qoyana‒qaytarılmalıdır.

Azərbaycan‒Respublikasının‒Mülki‒Prosessual‒Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və‒onlardan‒istifadə‒etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi‒halları‒sübut‒etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə‒217.1.‒Məhkəmənin‒qətnaməsi‒qanuni‒və‒əsaslı‒olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə‒uyğun‒əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq‒olunmuş‒sübutlarla‒əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki‒hallarına‒uyğun‒olmamasına‒istinad‒etməyə‒yol‒verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini‒yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki‒halları‒araşdırması‒kimi‒qiymətləndirilməməlidir.‒

55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən‒apellyasiya‒instansiyası‒məhkəməsinin‒aktı‒tam‒yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və‒ya‒dəyişdirilməsi‒üçün‒əsas‒yoxdur.

57. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları‒Məhkəməsinin‒“Məzahir‒Cəfərov‒Azərbaycana‒qarşı”‒işi‒üzrə).

58. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri‒təkrarlamağa‒lüzum‒qalmır.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.‒‒

60. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən‒edilmiş‒hallara‒hüququn‒düzgün‒tətbiq‒edilib-edilmədiyini‒yoxlayır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün‒əsas‒təşkil‒etmir.‒

62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu‒maddələrini‒rəhbər‒tutaraq,

Qərara aldı:

Kassasiya‒şikayəti‒təmin‒edilməsin. Bakı‒Apellyasiya‒Məhkəməsinin‒Mülki‒kollegiyasının‒*(***)-****/****‒nömrəli, # ###### 2025-ci‒il‒tarixli‒qətnaməsi‒dəyişdirilmədən‒saxlanılsın. Qərar‒qəbul‒edildiyi‒andan‒qüvvəyə‒minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar