Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-562/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pulun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. ##.##.2023-cü il tarixli arayışa əsasən İddiaçı tərəfindən 13.430 manat məbləğində borc məbləği 2023-cü ilin mart ayından avqust ayınadək ödənilmişdir.
2. ***** nömrəli qəbzə əsasən İddiaçı tərəfindən 6.000 manat məbləğ Cavabdeh göndərilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 27.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 171 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdehla dostu vasitəsilə tanış olmuşdur. Cavabdeh ona ”Araz” market açmaq istədiyini bildirmiş və gəlirin 70%-nin ona çatacağını vəd etməklə ondan evini girov qoymağını istəmişdir. Qeyd etdi ki, özünün ticarətdən anlayışı yoxdur, market üçün lazımi işləri Tərlan etmişdir. Arvadı birinci dərəcə əlil olduğuna görə işdən çıxıb ona baxmaq məcburiyyətində qaldığına görə gəlir əldə etmək ehtiyacından Tərlanla ortaq olmuşdur. Tərlan market üçün avadanlıqlara 27.000 manat lazım olduğunu, özündə 10.000 manat olduğunu demiş, qalan 17.000 manatı isə ondan istəmişdir. ##.##.2022-ci il tarixdə “xxxx” MMC ilə Cavabdeh arasında “biznes sisteminin istifadəsi və gəlirlərin bölüşdürülməsi” müqaviləsi, “xxxx” MMC ilə özü arasında isə ##.##.2022, ##.##.2022 (##.##.2022-ci il tarixli müqavilə ilə ləğv olunmuşdur), ##.##.2022-ci il tarixli (##.##.2022-ci il tarixli müqavilə ilə ləğv olunmuşdur) ipoteka müqavilələri bağlanmışdır. ##.##.2022-ci il tarixdən mağaza Bakıxanov rayon ərazisində fəaliyyətə başlamış, lakin qazanc əldə oluna bilmədiyinə görə ##.##.2022-ci il tarixindən marketin fəaliyyəti dayandırılmalı olmuşdur. Bu zaman Tərlan ona narahat olmamağı, “xxxx” MMC-nin onlara pul ödəyəcəyini və bununla ziyanlarını qarşılayacağını demişdir. Lakin bir müddət sonra Tərlan zənglərə cavab verməmiş, evində tapılmamışdır. Bir müddət sonra “xxxx” MMC ona zəng vuraraq Tərlanın MMC-yə 13.430 manat, daha sonra isə kəsirin 15.520 manat olduğunu, əgər indi ödənilərsə 13.430 manatla borcun bağlanacağı deyilmişdir. 2023-cü ilin mart ayından avqust ayınadək o həmin borcu ödəmiş və “xxxx” MMC ona həmin borcun ödənməsi ilə bağlı arayış vermişdir. Ümumilikdə Tərlanın ona 27.000 borcu var. Əlavə olaraq qeyd etmişdir ki, Tərlan ona qazancın 50%-nin icarə haqqı, 20% özünə, 30% isə ona verəcəyini vəd etmişdi. Marketdə olan avadanlıqlardan soyuducunu və monitoru 3.300 manata satmışdır.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Əkrəm Qəhrəmanov)## ###### 2024cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh İddiaçı xeyrinə 19.430 manat məbləğində pul vəsaiti və ödənilmiş 171 manat məbləğində dövlət rüsumu tutulmuşdur.
6. Məhkəmə mövqeyini onununla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh 6.000 manat məbləğində ödəniş edilmişdir. Eyni zamanda, Cavabdeh “xxxx” MMC tərəfindən hesablanmış kəsir borcunun 13.430 manat hissəsi İddiaçı tərəfindən ödənilmişdir. Belə ki, İddiaçı cavabdeh Cavabdeh 27.000 manat məbləğində borcun tutulmasını tələb etsə də, borcun yalnız 13.430 manat və 6.000 manat hissəsini sübut etmişdir. Məhkəmə yalnız ona təqdim edilmiş sübutları araşdırmağa haqlıdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı xeyrinə cavabdeh Cavabdeh 19.430 manat məbləğində borc tutulmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1-ci, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 185.5, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iddia tələbini tam araşdırmamışdır. Belə ki, iddiaçı özü aralarında olan sahibkarlıq münasibətinin nəticəsində həmin borcun yaranmasını iddia etmişdir. Daha sonra isə verdiyi izahatında bildirmişdir ki, həmin market 5 ay ərzində fəaliyyətdə olmuş və qazanc əldə edilmişdir. Yəni müqavilə öhdəliklərinə uyğun davranaraq həmin market işlədiyi dövr ərzində əldə etdikləri qazancı aralarında bölmüşlər. Bundan əlavə qeyd edilən marketin təmir işlərinə, onun yararlı vəziyyətə gətirilməsinə xərclər çəkmişdir. Iddiaçı isə öz iddiasında buna münasibət bildirməmişdir. Belə ki, razılaşmaya əsasən marketin fəaliyyətə başlaması üçün lazım olan təmir və digər xərclərə 13.000 manat ödədiyini qeyd etmişdir. Bundan əlavə işdə olan iddiaçının izahatına uyğun olaraq 9.500 manat dəyərində soyuducu almışlar. Daha sonra isə kondisioner almışlar və onun dəyəri də 500 manat təşkil etmişdir. Digər tərəfdən, iddiaçı özü izahatında bildirmişdir ki, o, onlara məxsus soyuducu və monitoru 3.300 manata satmışdır. Halbuki, həmin əşyaların bu gün bazar dəyəri 7.000 manat təşkil edir.
10. Həmçinin qeyd etmişdir ki, marketin işləməməsinə səbəb market ətrafında aparılan yol bərpa işləridir. Belə ki, iddiaçının özünün də bildirdiyi kimi 5 ay ərzində heç bir problem olmadan market işləmiş və müqavilə onunla bağlandığı üçün həmin müddət ərzində işçilərin əmək haqqlarını cavabdeh ödəmişdir. Yəni aralarında olan razılaşmaya əsasən həmçinin xərclər ödənmişdir. Ancaq qarşı tərəf özünün də etiraf etdiyi kimi aralarında olan razılaşmada ancaq gəlir üzrə ortaq olduğunu düşünür. Onu da qeyd edir ki, hazırda həmin fəaliyyətləri ilə bağlı 17000 manat dəyərində vergi borcu da yaranmışdır. Cavabdehin razılığı olmadan iddiaçı o olmadığı zaman marketi işlətmiş və işçilərin ödənişlərini etməmişdir. Bununla bağlı da ödənişləri cavabdeh etmək məcburiyyətində qalmışdır. Bu məbləğ 3000 manat məbləğin üzərində təşkil edir. Bütün bunları nəzərə aldıqda əslində iddiaçının cavabdehə borclu olduğu ortaya çıxır. Ancaq iddiaçı onu məhkəməyə verib əsassız qətnamə qəbul edilməsinə nail olmuşdur. Qətnamədən də göründüyü kimi iddiaçı etiraf edir ki, cavabdehlə onun arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı şifahi əqd mövcud olmuşdur. Belə ki, Araz Marketin fəaliyyətindən əldə edəcəkləri gəlirin 50 faizini icarə haqqı, 30 faizinin iddiaçıya verilməsi və 20 faizinin ona qalması şəklində iradə ifadəsi etmişdirlər. Bu baxımdan iddiaçının belə bunu etiraf etməsinə baxmayaraq məhkəmənin aralarında olan münasibətləri bəsit borc münasibətləri və dəymiş zərər kimi qiymətləndirməsi əsassızdır.
11. Məhkəmə aralarında olan münasibəti sahibkarlıq fəaliyyətindən irəli gələn fəaliyyət kimi dəyərləndirməli və iş üzrə araşdırmanı dərinləşdirməli idi. Ancaq məhkəmə heç bir ətraflı araşdırma aparmadan, iddianı təmin etmişdir. Bu da özlüyündə hüququn həyata keçirilməsini istisna etmişdir. Iddiaçı məhkəmədə ifadəsində bildirir ki, aralarında olan razılaşmaya əsasən qazancdan iddiaçıya 30 faiz və ona 20 faiz olmaqla ödəniş edilməli idi. Iddiaçı bunu bildirdiyi halda niyəsə xərc hissəsində bunu nəzərə almır. Iddiaçının özünün dediyi kimi market 5 ay ərzində işləmiş və daha sonra yaranan çətinliklə bağlı fəaliyyətini dayandırmışdır. Bütün bu zaman kəsiyində sahibkarlıq fəaliyyətinin təbii axarının nəticəsi olaraq gəlir və xərcləri olmuşdur. Sahibkarlıq fəaliyyətinin subyekti kimi müqavilə cavabdehlə bağlanmış və bütün fəaliyyətlər onun tərəfindən rəsmiləşdirilmişdir. Bütün fəaliyyət dövründə marketdə işləyən işçilərin əmək haqqlarının verilməsi, vergi öhdəliklərindən doğan ödənişlərin edilməsi və s. fəaliyyətlər onun tərəfindən həyata keçirilmişdir. Nəticə etibarı ilə yuxarıda qeyd etdiyi kimi marketin borcu yaranmışdır. Bir ortaq kimi qarşılıqlı öhdəlik müqabilində iddiaçının bu məbləği ödəməsi təbii haldır. Fəaliyyətləri ilə bağlı necə ki, cavabdeh tərəfindən işçilərə ödəniş edilib, vergi ödənişləri həyata keçirilib və bu nə qədər təbiidirsə, eynilə ortaq fəaliyyəti nəticəsində yaranmış borcun iddiaçı tərəfindən ödənilməsi də o qədər təbiidir. Nəticə etibarı ilə məhkəmə bunları diqqətə almalı, fəaliyyətləri əsasında yaranmış xərc gəlir fərqini hesablamalı və ədalətli qərar qəbul etməli idi. Məhkəmə isə iddiaçının onların sahibkarlıq fəaliyyəti nəticəsində bu borcun yaranmasını etiraf etmiş olmasını belə nəzərə almamış, sanki, yalnız iddiaçının bütün xərcləri qarşıladığı qənaətinə gəlib əsassız qətnamə qəbul etmişdir. Bu da işin faktiki hallarını ətraflı araşdırılmamasıdır.
12. Daha sonra cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, məhkəmə işi hərtərəfli araşdırmamışdır. Belə ki, məhkəmə ilkin olaraq şəxsin iddiası ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olubolmaması barədə məsələni araşdırmalı idi. Məhkəmə bunu araşdırmamış və birbaşa qərar qəbul etmişdir. Işdə mövcud olan ipoteka müqaviləsinə əsasən X2, cavabdeh və “xxxx” MMC arasında ipoteka müqaviləsi bağlanmışdır. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən biznes fəaliyyətinin nəticəsi kimi qalmış kəsiri ödəyərək həmin ipotekada olan əmlakı ipotekadan çıxarmağa çalışdığını qeyd edir. Həmin müqavilənin ləğvi üçün Cavabdeh da iştirak etməli olduğunu, ancaq onu tapa bilməməsi səbəbi ilə bunun mümkün olmadığını bildirir. Qeyd edilən ifadədən o anlaşılır ki, təmin edilmiş iddia tələbinin 13.430 manatlıq hissəsi həmin əmlakın ipotekadan çıxarılması üçün edilən ödənişdir. Həmin ödənişin tələb edilməsi üçtərəfli müqavilədə tərəf olan X3 hüququdur. Yəni “xxxx” MMC-dən iddiaçı İddiaçı tərəfindən 13430 manat ödənişin ödənildiyinə dair arayış verilmiş olsa da həmin ödəniş əmlakla bağlıdır və orada müqavilənin tərəfi olan Kərimova Təranə iddiaçı ola bilərdi. Ancaq məhkəmə buna aydınlıq gətirməmiş və iddia tələbini həmin hissədə təmin etmişdir. Bundan başqa məhkəmə işə baxarkən tərəflər arasında olan münasibətləri müəyyən etməmişdir. Belə ki, iddiaçı tələbin dəymiş zərərin ödənilməsi ilə bağlı tələb kimi irəli sürsə də daha sonra öhdəliklərlə əlaqələndirmişdir.Məhkəmə tərəflər arasında yaranmış pul münasibətlərinin hansı əsasla yarandığını müəyyən etməmişdir. Iddiaçının iddia ərizəsində göstərdiyi kimi tərəflər arasında münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlər müzakirə mövzusu olarsa burada tərəflərin risk daşıma nüansı da önəmlidir. Belə ki, tərəflər qazanc əldə etməyi düşündükləri zaman qoyduqları əmlakla risk daşıyırlar. Yəni bu sahibkarlıq fəaliyyətindən qazanc əldə edə biləcəkləri kimi zərərə də düşə bilərlər. Bunu tərəflərin ehtimal etməsinə real inam var. Bu baxımdan qazanc əldə etmək kimi ziyanla da qarşılaşmanı ehtimal edirlər. Nəticə etibarı ilə tərəflər yalnız qazancda deyil, ziyanda da ortaq olurlar. Iddiaçının özünün də dediyi kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirib marketi açmışdır. 5 aydan sonra təmir işləri əlaqədar satış dayanmışdır və nəticədə ziyan olmuşdur. Iddiaçı tələbini AR MM-nin 21-ci maddəsi ilə əsaslandırmışdır. Onun yanaşmasına əsasən Tərlanla olan iş birliyinə görə ona zərər dəymişdir. Qanunvericiliyin tələblərinə əsasən dəymiş zərərlə bağlı zərər vurmuş şəxsin hərəkətləri ilə dəymiş zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Iddiaçı tələbini zərərlə əlaqələndirsə də, nə iddia ərizəsində cavabdehin hansı əməlinin ona zərər vurmasına dair bir açıqlama var, nə də məhkəmə öz qətnaməsində buna dair bir mövqe qoymuşdur. Sırf cavabdehin əlində olmayan səbəblərdən, yəni yol təmir işləri səbəbindən marketin normal iş rejimi dayanmış və nəticədə biznes fəaliyyəti baş tutmamışdır. Nəticə etibarı ilə cavabdehin zərər vurmada heç bir təqsiri olmadığı halda onun iddiaçıya zərər vurması düşüncəsi absurd yanaşmadır. Məhkəmə işə baxarkən 19.430 manat məbləğə dair sübutların olduğunu və bu hissədə iddianın təmin edilməsinin mümkünlüyünü bildirir. Ancaq məhkəmə qətnamədə mövcud olan iddiaçı tərəfindən cavabdehə məxsus əmlakların satılması ilə bağlı əldə etdiyi 3300 manat ödənişə dair məlumata belə münasibət bildirməyib. Halbuki, iddia təmin edilsə belə həmin məbləğ ümumi məbləğdən çıxılmalı idi. Iddiaçı iddia tələbində “xxxx” MMC, cavabdeh və özü arasında ipoteka müqaviləsi bağlandığını iddia etsə də əslində həmin müqavilə üzrə O, yalnız təmsilçi olmuşdur. O, həmin müqavilənin tərəfi olmamışdır. Bundan başqa qeyd edilən biznes fəaliyyətinin obyektiv səbəblərdən davam etməməsi səbəbindən cavabdehin indi də 13.537,06 manat borcu yaranmışdır. Birgə biznes fəaliyyəti ilə bağlı görülən işlər üçün yaranan vergi borcu da birlikdə ödənməlidir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Azad Imanov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Fuad Talışinski) cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilərək, cavabdeh Cavabdeh 16.230 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
14. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş borcun 13.430 manat hissəsi ilə razılaşmaqla qətnaməni həmin hissədə qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh “xxxx” MMC tərəfindən hesablanmış kəsir borcunun 13.430 manat hissəsi İddiaçı tərəfindən ödənilmişdir.
15. Məhkəmə kollegiyası digər borc məbləğinə 6.000 manata münasibətdə hesab etmişdir ki, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatından müəyyən edilir ki, soyuducunun mühərrikinin pulundan, yəni 6000 manatdan 3200 manat məbləğində pul mühərrik qaytarıldıqda ona verilmişdir. Göstərilən hal iddiaçı tərəfindən etiraf edildiyindən və sübuta yetirildiyindən işin mübahisəsiz halıdır. Belə olan halda qətnamə bu hissədə dəyişdirilməli və cavabdehdən 2.800 manat pul tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasındakı münasibətlərin borc münasibəti deyil, sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olması və iddiaçının subyektiv hüququ olmaması dəlillərinə münasibətdə hesab etmişdir ki, iş materialları ilə İddiaçı tərəfindən Cavabdeh 6.000 manat məbləğində ödəniş edilmiş, daha sonra 3.200 manat məbləğində pul mühərrik qaytarıldıqda iddiaçıya verilmişdir. Cavabdeh tərəfindən bu hissədə 2.800 manat borc ödənilməmiş hesab edilir. Eyni zamanda, Cavabdeh “xxxx” MMC tərəfindən hesablanmış kəsir borcunun 13.430 manat hissəsi İddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi qeyd olunan məbləğlər borc qismində verilmişdir. Cavabdeh bunun sahibkarlıq fəaliyyətini olduğunu qeyd etsə də, pulun verilməsi qarşılığında nəzərdə tutulan fəaliyyətin nəticəsi əldə edilməmişdir.
17. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 21.1, 385.1ci və MPM-in 14.2, 77.1, 372.6, 384.0.3-cü maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı etiraf edir ki, cavabdehlə onun arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı şifahi əqd mövcud olmuşdur. Belə ki, onlar Araz Marketin fəaliyyətindən əldə edəcəkləri gəlirin 50%-ni icarə haqqı, 30%-nin iddiaçıya verilməsi və 20%-nin cavabdehə qalması şəklində iradə ifadəsi etmişdir. Bu baxımdan iddiaçının belə bunu etiraf etməsinə baxmayaraq məhkəmənin cavabdehlə aralarında olan münasibətləri bəsit borc münasibətləri və dəymiş zərər kimi qiymətləndirməsi əsassızdır. Məhkəmə aralarında olan münasibəti sahibkarlıq fəaliyyətindən irəli gələn fəaliyyət kimi dəyərləndirməli və iş üzrə araşdırmanı dərinləşdirməli idi. Ancaq məhkəmə heç bir ətraflı araşdırma aparmadan, iddianı təmin etmişdir. Bu da özlüyündə hüququn həyata keçirilməsini istisna etmişdir. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən də yenidən məhkəmə bu nüanslara diqqət ayırmamışdır. Iddiaçı özü etiraf edir ki, bu biznes fəaliyyətidir. Həmin fəaliyyət həyata keçirilib. Ancaq məhkəmə işin baş tutmadığını irəli sürür. Buna dair isə heç bir əsas irəli sürmür. Bu baxımdan tərəflər arasındakı münasibət borc deyil, ortaqlıq münasibətləridir və xərc və gəlirlər onların razılaşdıqları şəkildə bölünməli idi.
20. Iddiaçı məhkəmədə ifadəsində bildirmişdir ki, onlar aralarında olan razılaşmaya əsasən qazancdan iddiaçıya 30 faiz və mənə 20 faiz olmaqla ödəniş edilməli idi. Iddiaçı bunu bildirdiyi halda nədənsə xərc hissəsində bunu nəzərə almır. Iddiaçının özünün dediyi kimi market 5 ay ərzində işləmiş və daha sonra yaranan çətinliklə bağlı fəaliyyətini dayandırmışdır. Bütün bu zaman kəsiyində sahibkarlıq fəaliyyətinin təbii axarının nəticəsi olaraq gəlir və xərclər olmuşdur. Sahibkarlıq fəaliyyətinin subyekti kimi “Araz” Marketlə müqavilə cavabdehlə bağlanmış və bütün fəaliyyətlər onun tərəfindən rəsmiləşdirilmişdir. Bütün fəaliyyət dövründə marketdə işləyən işçilərin əmək haqlarının verilməsi, vergi öhdəliklərindən doğan ödənişlərin edilməsi və s. fəaliyyətlər cavabdeh tərəfindən həyata keçirilmişdir. Nəticə etibarı ilə yuxarıda qeyd etdiyi kimi marketin borcu yaranmışdır. Bir ortaq kimi cavabdehlə qarşılıqlı öhdəlikləri müqavilində iddiaçının bu məbləği ödəməsi təbii haldır.
21. Məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, iddiaçı apellyasiya məhkəməsində işə baxılarkən 6000 ödəyərək aldıqları soyuducunu götürdüyünü qeyd etmişdir. Onu sataraq 3200 manat pul əldə etdiyini bildirmişdir. Ancaq nədənsə köhnəlməyə görə itirilmiş 2800 manat məbləğ yenə də cavabdehin öhdəliyi kimi qəbul edilmişdir. Belə ki, iddiaçı özü də 5 ay ərzində marketin işlədiyini bildirmişdir. Nəticə etibarı ilə həmin müddət ərzində soyuducunun köhnələrək dəyər itirməsi təbii haldır. Bu halda niyə cavabdeh qalan ödənişi etməlidir. Köhnəlmə ilə əlaqədar itirilmiş məbləğ cavabdehə aid edilməməli idi. Çünki, iddiaçı soyuducu aldığını məhkəmə iclasında bildirir. Daha sonra isə soyuducunu götürdüyünü etiraf edir. Bu baxımdan 2800 manat köhnəlmə xərci borc kimi hesablana bilməz. Odur ki, məhkəmə sübutlara düzgün qiymət verməli və ən azından bu hissədə iddia tələbini rədd etməli idi.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
23. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
26. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
27. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
40. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini
42. yoxlayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.