Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-572/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun qaytarılması öhdəliyinin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı ASC tərəfindən ##.##.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsinə əsasən X2 şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 9000 (doqquz min) manat məbləğində kredit vеrilmişdir;
3. X2 ##.##.2021-ci il tarixdə vəfat etmişdir;
4. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən X2 banka 7394.04 (yeddi min üç yüz doxsan dörd manat dörd qəpik) manat əsas, 145.51 (bir yüz qırx beş manat əlli bir qəpik) manat faiz borcu vardır;
5. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətinə əsasən cavabdehlər cavabdeh1 və cavabdeh2 miras qoyan X1 vərəsələridir və onlar miras əmlakından müvafiq hissədə pay almışlar. Miras əmlakı ünvan 2 ünvanında yerləşən 120,5 kv.m. sahəsi olan mənzil və “BMW X5 Xdrive 40i” minik markalı avtomobil təşkil edir;
6. İddiaçı ASC tərəfindən X2 vərəsələri cavabdeh1 və cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 7539.55 ( yeddi min beş yüz otuz doqquz manat əlli beş qəpik) manat əsas və ona hеsаblаnmış fаiz bоrcunun tutulması barədə qətnamə çıхarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, X2 şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 9000 (doqquz min) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında ##.##.2020-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, X2 ##.##.2025-ci il tarixinə əsas borcu 7394.04 (yeddi min üç yüz doxsan dörd manat dörd qəpik) manat, faiz borcu 145.51 (bir yüz qırx beş manat əlli bir qəpik) manat təşkil edir. AZ- II №****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ##.##.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə edilən məlumata əsasən X2 vəfatından sonra * saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın ##.##.2024-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, ##.##.2021-ci il tarixində vərəsəlik işi açılmışdır və X2 vərəsələri- ünvan 1 ünvanında qeydiyyata olan cavabdeh2 və ünvan 1 ünvanında qeydiyyata olan cavabdeh1dur. Bоrcun ödənilməsi tələbi ilə cavabdehin vərəsələrinə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, X2 vərəsələri bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişlər. Miras qoyanın vərəsələrinə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. ##.##.2020-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin vərəsələrindən Kredit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin «Аzər-Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 7539.55 ( yeddi min beş yüz otuz doqquz manat əlli beş qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehin vərəsələri tərəfindən ödənilməsi təmin еdilməlidir.
9. Cavabdehlər iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişlər.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** nömrəli rəyinə əsasən müəyyən edilir ki, X2 İddiaçı ASC-yə ##.##.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən ##.##.2024-cü il tarixə 7286,70 manat əsas, 292,28 manat faiz borcu müəyyən edilir. Tədqiqat dəyəri 150 manat təşkil edir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 7286,70 (yeddi min iki yüz səksən altı manat yetmiş qəpik) manat əsas borc, 145,51 (yüz qırx beş manat əlli bir qəpik) manat faiz borcu olmaqla ümumilikdə 7432,21 (yeddi min dörd yüz otuz iki manat iyirmi bir qəpik) manat pulun və ödənilmiş 95,80 (doxsan beş manat səksən qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ASCnin xeyrinə ödənilməsi, aparılmış ekspertiza üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərcinin cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutulması qət edilmişdir (hakim Fariz Əlizadə).
12. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə “Borcalan” X2 vəfat etdiyindən “Borcverən” İddiaçı ASC qarşısında öhdəliklərini yerinə yetirilməməklə müqavilə şərtləri pozulmuşdur. Kredit müqaviləsi üzrə borc qaldığından müəyyən edilmişdir ki, cavabdehlər cavabdeh1 və cavabdeh2 miras qoyan X2 vərəsəsidir. Onlar miras əmlakından müvafiq hissədə pay almışlar. Miras əmlakı ünvan 2 ünvanında yerləşən 120,5 kv.m. sahəsi olan mənzil və “BMW X5 Xdrive 40i” minik markalı avtomobil təşkil edir.
13. Məhkəmə borcun məbləğinin hesablanması ilə bağlı xüsusi biliklərə malik olan ekspert tərəfindən tərtib edilmiş rəyi əsas götürmüşdür. Belə ki, müvafiq ekspert rəyi üzrə müəyyən edilmiş məbləğ əsaslıdır. Sözügedən rəy iddiaçı bank tərəfindən tərtib edilmiş maliyyə arayışı üzrə hesablanmış borc məbləğinə münasibətdə daha mötəbər sübutdur.
14. Məhkəmə hesab etmişdir ki, hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, borcalanın vəfat etməsi öhdəliyin xitamına səbəb olmur, miras passivi kimi vərəsələrə keçməsinə və universal hüquq varisliyi qaydasında miras aktivini qəbul etmiş vərəsələrin borclunu əvəz etməsinə, hüquqi baxımdan borclunun yerini almasına səbəb olur. Tələb üzrə 3 illik iddia müddətinin axımı ##.##.2022-ci il tarixdən başlamış və iddia tələbi irəli sürülənədək bitməmişdir. Bundan əlavə, iddiaçı vəfat etmiş borcalanın vərəsələri barədə məlumatı müvafiq notariat ofisindən ##.##.2024-cü il tarixli məktub əsasında əldə etmiş və dərhal müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hüququn pozulduğunu bildiyi andan, vərəsələr barədə məlumat əldə etdikdən sonra məhkəməyə müraciət etməkdə haqlı olmuş, hər hansı hüquqi intizamsızlığa yol verməmişdir.
15. Cavabdeh tərəfin müdafiə arqumentinə əsasən, tərəflər arasında bağlanmış müqavilə üzrə 2-ci fəsildə qeyd edilənlərə əsasən “Xidmət Müqaviləsi”nin vaxtından əvvəl ləğv edilməsi və nəticələri 2.1. «Xidmət Müqaviləsi»nə aşağıdakı hallarda və qaydada vaxtından əvvəl xitam verilə bilər: 2.1.1. Tərəflərin qarşılıqlı razılığı əsasında; 2.1.2. Müştəri tərəfindən– yazılı ərizə ilə müraciəti əsasında, bir şərtlə ki, Müştərinin Bank qarşısında hazırki «Xidmət Müqaviləsi» üzrə təqdim olunan xidmətlər üzrə heç bir öhdəlik olmasın; 2.1.3. Bank tərəfindən– «Xidmət Müqaviləsi» üzrə təqdim olunan xidmətlərdən 1 (bir) il ərzində istifadə etmədiyi halda; məhkəmə qərarı əsasında; Müştəri vəfat etdikdə. Bu səbəbdən, müqavilə borcalan vəfat etdiyi andan xitam verilmiş hesab edilməlidir.
16. Sözügedən arqumentə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin sözügedən standart şərtlərinə əsasən, borcalanın ölməsinin müqavilənin xitamına səbəb olması imperativ deyil, dispozitiv şərtdir. Belə ki, müqavilədə “xitam verilir” deyil, “xitam verilə bilər” qeyd edilmişdir, yəni, bu imperativ qayda deyildir. Lakin, müqavilə borcalan vəfat etdiyi tarixə xitam verilmiş olsa belə öhdəliyin həcmində dəyişiklik olmayacaqdır, belə ki, tələb əsas borcdan və cüzi hissədə faiz borcundan ibarətdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
18. Apellyasiya və apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, iddia tələbi üzrə iddia müddəti ötürüldüyündən cavabdehlər ərizə verərək məhkəmədən iddia müddətini tətbiq edərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. Lakin məhkəmə MM-nin 373.2ci, 375-ci, 377-ci və digər normalarını pozaraq həmin ərizəni təmin etməmişdir. Tərəflər arasında bağlanmış olan ##.##.2020-ci il tarixli müqavilə mərhum X2 ##.##.2021-ci il tarixində vəfat etməsi tarixində xitam olunub. Müqavilənin ##.##.2021-ci il tarixində xitam olunması isə artıq 3 illik iddia müddətinin ötməsi səbəbinə əsas yaradır. Qeyd edilənlər əsasında iddiaçının iddia tələbi əsassız və qanunsuz olmaqla həm də iddia müddəti də ötürülmüşdür. Belə ki, X2 vəfat etməsi ilə iddiaçı ilə onun arasında bağlanmış Kredit müqaviləsinə, həmin Müqavilə, bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə Bank xidmətinin göstərilməsi üzrə Xidmət müqavilələrinin Standart Şərtləri”, Mülki Məcəllənin tələbləri əsasında xitam verilir və həmin Müqavilə üzrə borc tələb edilə bilən hala, başqa bir ifadə ilə vədəsi gəlir. Müqavilə üzrə 3 illik iddia müddəti mərhum X2 vəfat etdiyi ##.##.2021-ci il tarixindən işləməyə başlayır və ##.##.2024-cü il tarixində sona çatır. İddiaçı isə Məhkəməyə ##.##.2025-ci il tarixində, yəni 3 illik iddia müddətini ötürəndən sonra iddia ərizəsi ilə müraciət edib. Mülki Məcəllənin 373.2, 375.2 və 377-ci maddələrinə əsasən iddia müddətinin keçməsi iddianın rədd olunması üçün əsasdır.
19. Cavabdehlərin nümayəndəsi və vəkili apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, məhkəmədən mərhumun vəfat etdiyi ##.##.2021-ci il tarixə əsas borc, faiz və cərimə məbləğinin düzgün müəyyən edilməsi üçün əlavə ekspertiza təyin olunmasını və Mərkəzi Bankın araşdırmaya cəlb edilməsini xahiş etsə də, bu vəsatətlər təmin edilməmişdir. İş üzrə alınmış ekspert rəyi bankın təqdim etdiyi məlumatlar əsasında formal şəkildə hazırlanmış, cavabdeh tərəfin sualları nəzərə alınmamışdır. Mərhum sağlığında ödənişlərini vaxtında və artıq şəkildə etmiş, gecikməsi olmamışdır. Buna baxmayaraq, bank onun vəfatından sonra ##.##.2021–##.##.2021-ci illər dövrü üçün 145,51 manat faiz və cərimə hesablamışdır ki, bu da qanunsuz sayılır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, borcalanın vəfat etməsi öhdəliyin xitamına səbəb olmur, miras passivi kimi vərəsələrə keçməsinə və universal hüquq varisliyi qaydasında miras aktivini qəbul etmiş vərəsələrin borclunu əvəz etməsinə, hüquqi baxımdan borclunun yerini almasına səbəb olur. Tələb üzrə 3 illik iddia müddətinin axımı ##.##.2022-ci il tarixdən başlamış və iddia tələbi irəli sürülənədək bitməmişdir. Bununla bağlı cavabdeh tərəfin əks arqumentləri əsaslı hesab edilmir. Bundan əlavə, iddiaçı vəfat etmiş borcalanın vərəsələri barədə məlumatı müvafiq notariat ofisindən ##.##.2024-cü il tarixli məktub əsasında əldə etmiş və dərhal müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hüququn pozulduğunu bildiyi andan, vərəsələr barədə məlumat əldə etdikdən sonra məhkəməyə müraciət etməkdə haqlı olmuş, hər hansı hüquqi intizamsızlığa yol verməmişdir.
23. Həmçinin tərəflər arasında bağlanmış müqavilə üzrə 2-ci fəsildə qeyd edilənlərə əsasən “Xidmət Müqaviləsi”nin vaxtından əvvəl ləğv edilməsi və nəticələri 2.1. «Xidmət Müqaviləsi»nə aşağıdakı hallarda və qaydada vaxtından əvvəl xitam verilə bilər: 2.1.1. Tərəflərin qarşılıqlı razılığı əsasında; 2.1.2. Müştəri tərəfindən– yazılı ərizə ilə müraciəti əsasında, bir şərtlə ki, Müştərinin Bank qarşısında hazırki «Xidmət Müqaviləsi» üzrə təqdim olunan xidmətlər üzrə heç bir öhdəlik olmasın; 2.1.3. Bank tərəfindən– «Xidmət Müqaviləsi» üzrə təqdim olunan xidmətlərdən 1 (bir) il ərzində istifadə etmədiyi halda; məhkəmə qərarı əsasında; Müştəri vəfat etdikdə. Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin sözügedən standart şərtlərinə əsasən, borcalanın ölməsinin müqavilənin xitamına səbəb olması imperativ deyil, dispozitiv şərtdir. Belə ki, müqavilədə “xitam verilir” deyil, “xitam verilə bilər” qeyd edilmişdir, yəni, bu imperativ qayda deyildir. Lakin, müqavilə borcalan vəfat etdiyi tarixə xitam verilmiş olsa belə öhdəliyin həcmində dəyişiklik olmayacaqdır, belə ki, tələb əsas borcdan və cüzi hissədə faiz borcundan ibarətdir. Beləliklə kollegiya qeyd edir ki, iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsi əsaslı deyil və şikayətin təmin edilməsinə əsas mövcud deyil.
24. Apellyasiya şikayətinə əlavənin ekspertiza keçirilməsi dəlilinə münasibətdə bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsi nəzərə alınmaqla cavabdehlər (vərəsə) miras əmlakının dəyərinin kredit müqaviləsi üzrə müvafiq öhdəlikdən aşağı həddə təşkil etməsi ilə bağlı üzərinə düşən sübutetmə yükünü həyata keçirməmiş, hazırki iş üzrə istinad edilən rəyi təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, miras aktivinin həcmi öhdəliyin həcmindən dəfələrlə yüksəkdir.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdehlər (nümayəndə və vəkil Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi və ya işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
29. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
30. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
31. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
32. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
33. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
34. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
35. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
36. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
37. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
38. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
39. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iş üzrə iddia müddəti ötürülməmişdir. Eyni zamanda borcalanın ölümü müqavilədən irəli gələn öhdəliyi aradan qaldırmamışdır, borc miras passivi kimi vərəsələrə keçmiş və iddiaçı vərəsələr barədə məlumat alan kimi vaxtında məhkəməyə müraciət etmişdir.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehlərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.