Məhkəmə qərarları › İş №2(1-8)-608/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-608/2026

30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̆Respublikası̆adından Qərar Bakı̆şəhəri İş̆№̆2(1-8)-608/2026 30.04.2026 ALĬMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ ̆̆ Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəc̆i hakim), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ********* nömrəli, ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə̆19.100̆ABŞ̆dolları̆məbləğində̆kredit̆verilmişdir.

2. cavabdeh1 kredit verilərkən cavabdeh3 və cavabdeh2 ilə bank arasında ZM*********̆nömrəli, ##.##.2015-cĭil̆tarixlĭzaminlik̆müqaviləsĭbağlanmışdır.

3. ##.##.2015-ci il tarixli əlavə sazişə əsasən borcalanın restrukturizasiya edilmiş kredit borcu 18 349.79 ABŞ dolları müəyyən edilmiş və müddəti 66 ay uzadılaraq ##.##.2020-ci ilədək̆artırılmışdır.̆

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 59 553.61 ABŞ dolları, bundan 17 019.68 ABŞ dolları əsas, 23 944.08 ABŞ dolları faiz, 16 074.09 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2515.76 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 391.24 manat dövlət rüsumunun cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan “xxxx”̆ASC-yə̆ödənilməsĭbarədə̆qətnamə̆çıxarılmasını̆xahiş̆etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ********* nömrəli, ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün illik 26% dərəcəsi ilə, 36 ay müddətinə 19100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh1 kredit verilərkən cavabdeh3 və cavabdeh2 ilə Bank arasında ZM********* nömrəli, ##.##.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış * saylı ##.##.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 18 349.79 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti 66 ay -##.##.2020-ci il tarixədək uzadılmışdır. ##.##.2023-cü il tarixə cavabdeh1 cəmi borcu 59 553.61 ABŞ dolları təşkil edir. Bundan 17 019.68 ABŞ dolları əsas, 23 944.08 ABŞ dolları faiz, 16 074.09 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2 515.76 ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin̆tam̆təmin̆edilməsinĭməhkəmədən̆xahiş̆etmişdir.

6. Iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak edən cavabdeh cavabdeh1 bildirmişdir ki, həqiqətən də bankdan kredit götürmüş və aralarında bağlanmış kredit müqaviləsini imzalamışdır. Lakin müqaviləyə əlavə sazişə onun tərəfindən imza edilməmişdir. Hətta ilkin zaminlik müqaviləsi də zaminlər tərəfindən imzalanmamışdır. Belə ki, ilk növbədə manatla kredit verilməsi üçün banka müraciət etmişlər, lakin bank tərəfindən verilən kredit məbləği ABŞ dolları̆ilə̆verilən̆zaman̆zaminlər̆iştirak̆etməmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */*** saylı ekspert rəyinə əsasən, “xxxx” ASC-nin ##.##.2015-ci il tarixli ********* saylı kredit və zaminlik müqavilələri üzrə ##.##.2015-ci il tarixli * nömrəli əlavə sazişdə borcalan cavabdeh1 aid imza həmin şəxs tərəfindən icra olunmuşdur, lakin zaminlər cavabdeh3 və cavabdeh2 aid imzalar onların özləri tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** saylı ekspert rəyinə əsasən, İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə ##.##.2018-ci il tarixinə əsas borc 17 019,71 manat, faiz borcu 9 120,14 manat, ##.##.2020-ci il tarixinə isə əlavə saziş üzrə əsas borc̆17̆019,71̆manat,̆faiz̆borcŭ21̆387,57̆manat̆təşkil̆etmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** saylı ekspert rəyinə əsasən, hesabdan çıxarış məlumatları, maliyyə arayışı və tərəflər arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi və ona edilən ##.##.2015-ci il tarixli saziş nəzərə alınmaqla, cavabdeh1 “xxxx” ASC-yə olan borcu ##.##.2018-ci il tarixinə əsas borc üzrə 17 041,90 ABŞ dolları, faiz borcu üzrə 9 132,46 ABŞ dolları, ##.##.2020-ci il tarixinə isə əsas borc üzrə 17 041,90 ABŞ dolları və faiz borcu üzrə 21 415,88̆ABŞ̆dolları̆təşkil̆etmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyinə əsasən, hesabdan çıxarış və maliyyə arayışı məlumatları, eləcə də tərəflər arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi və ##.##.2015-ci il tarixli saziş nəzərə alınmaqla, cavabdeh1 “xxxx” ASC-yə borcu ##.##.2018-ci il tarixinə əsas borc üzrə 17 041,90 ABŞ dolları, faiz borcu üzrə 9 132,46 ABŞ dolları, ##.##.2020-ci il tarixinə isə əsas borc üzrə 17 041,90 ABŞ dolları və faiz borcu üzrə 21 415,88 ABŞ dolları təşkil etmişdir; eyni zamanda ekspert rəyində göstərilir ki, ödəniş qrafiki üzrə faizlərin tam həcmdə tətbiqi yalnız ödənişlərin həmin qrafikə uyğun icra edildiyi halda qüvvədə olur, lakin cavabdeh tərəfindən aparılmış ödənişlər qrafikə uyğun aparılmadığından faktiki hesablamănəticələrĭfərqlĭolmuşdur.

11. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X1 17 019,68 ABŞ dolları əsas, 21415,88 ABŞ dolları faiz, 1 700 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2515,76 ABŞ dolları faiz borcu, ümumilikdə 42 651,32 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə) borc və ödənilmiş 307,52 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı LPO “xxxx” ASC-nə ödənilməsi, ödənilmiş 83,72 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 515 manatın cavabdeh X1 tutularaq X4 müxbir hesabına köçürülməsi, iddia tələbinin qalan̆hissədə̆rədd̆edilməsĭqət̆edilmişdir.̆(hakim̆E.Kazımov).

12. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh X1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir.̆

13. Məhkəmə qeyd etmişdir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən̆edilmişdir̆və̆tərəflərin̆qarşılıqlı̆mənafeyinə̆uyğun̆gəlmir.

14. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, */*** saylı ekspert rəyinə əsasən, “xxxx” ASCnin ##.##.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə ##.##.2015-ci il tarixli * nömrəli əlavə sazişdə zaminlər cavabdeh3 və cavabdeh2 adından edilmiş imzalar onların özləri tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur və bu hal əsas borclu tərəfindən də təsdiq edilmişdir, bu səbəbdən həmin zaminlik müqaviləsi və ona dair əlavə saziş etibarsız hesab edilməlidir.

15. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 391,24 manat dövlət rüsumunun 307,52 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 83,72 manat iddiaçının̆özünə̆aid̆edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1, 425.1, 445.7, 470.1, 472.1, 472.2, 739.1, 739.2-cĭmaddələrinə̆istinadlăəsaslandırmışdır.

b) Apellyasiya instansiya məhkəməsindəki icraat

17. Cavabdeh cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025- ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin qismən təmin edilməsinə dair hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə də rədd edilməsinə dair yenĭqətnamə̆qəbul̆edilməsinĭməhkəmə̆kollegiyasından̆xahiş̆etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhdəliklərin mövcudluğu və həcmi qətnamə ilə düzgün müəyyən edilməmişdir. Belə ki, iş materiallarında da qeyd etdiyi kimi təkrar xətşünaslıq ekspertizasının keçirilməsi və imzanın mötəbərliyinin yoxlanması zəruri idi. Lakin cavabdeh1 məxsus imzanın həqiqiliyi təkrar yoxlanmamışdır. Həmçinin faiz məbləğinin hesablanması ilə bağlı ekspert rəyi də natamam olmuşdur. Belə ki, ekspert rəyində ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə və ona dair ##.##.2015-ci il tarixli sazişə istinadən hesablama aparılmışdır. Rəydə ##.##.2015-ci il tarixdən sonra cavabdeh tərəfindən 1 307,89 ABŞ dolları əsas borcun və 3 104,71 ABŞ dolları faiz borcunun ödənildiyi qeyd edilmişdir. Iş üzrə ##.##.2015-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin ##.##.2018-ci il tarixə kimi iddiaçıya ödəməli olduğu faiz borcunun maksimal məbləği 8 607,36 ABŞ dolları və kredit müqaviləsinə ##.##.2015-ci il tarixli ** nömrəli sazişin ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin ##.##.2020-ci il tarixə kimi iddiaçıya ödəməli olduğu faiz borcunun maksimal məbləği 16 313,71 ABŞ dolları olmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh cavabdeh1 tərəfindən faiz borcu üzrə 3 104,71 ABŞ dolları ödənildiyindən cavabdehin ##.##.2018-ci il tarixə 5 502,65 ABŞ dolları (8 607,36 – 3 104,71) və ##.##.2020-ci il tarixə 13 209,00 ABŞ dolları borcu qalmalı idi. Lakin ekspert tərəfindən yüksək məbləğlər müəyyən edilmişdir və rəydən ekspertin hesablamanı necə apardığını müəyyən etmək mümkün deyildir. Borcun həcmi və mövcudluğuna dair hüquqi əhəmiyyətli hallar tam araşdırılmadan iddia tələbi qismən təmin edilmişdir. Iddiaçı da həmin halları sübut edə bilməmişdir. Bu səbəbdən qətnaməni iddia tələbinin qismən təmin edilməsinə dair hissədə əsassız hesab edir. Məhkəmə iş materiallarında mövcud olan ziddiyyətlərə qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Borcun həcmini və imzanın həqiqiliyini araşdırmaq üçün hər hansı əlavə tədbir görməmiş və ekspertiza təyin etməmişdir. Cavabdeh cavabdeh1 tərəfindən təkrar xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, vəsatət təmin edilməmiş və müqavilənin hüquqi etibarlılığına birbaşa təsdiq edən faktmüqavilənin cavabdeh cavabdeh1 tərəfindən imzalanması faktı araşdırılmamışdır. Halbuki, cavabdeh cavabdeh1 dəfələrlə və təkidlə bildirmişdir ki, kredit müqaviləsinin müddətinin uzadılması və yeni şərtlərin müəyyən edilməsi barədə əlavə razılaşma/saziş onun tərəfindən imzalanmamışdır. Həmçinin, hesab edir ki, borc məbləğinə dair ekspert rəyləri natamam olmuşdur. Sadə riyazi üsulla qalıq faiz məbləğinin yanlış hesablandığı sübut edilsə də, məhkəmə hər hansı müstəqil ekspertiza mərkəzinin rəyini almadan əvvəlki rəyləri təkrarlayan formal̆mühasibatlıq̆rəyinĭəsas̆götürərək̆iddianı̆qismən̆təmin̆etmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilməməsi, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad və̆SüleymanovăAlmaz)

20. Məhkəmə işin mübahisəsiz halı ilə bağlı qeyd etmişdir ki, İddiaçı ASC LPO ilə cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 26% dərəcəsi ilə, 36 ay müddətinə 19 100 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış * saylı ##.##.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 17349.79 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş̆kreditin̆müddətĭ66̆ay̆uzadılaraq,̆##.##.2020-cĭil̆tarixədək̆uzadılmışdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin faiz məbləğinin ekspert tərəfindən yüksək məbləğlə müəyyən edilməsi barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, ekspert rəyi təqdim edilmiş məlumatlar əsasında aparılmış tədqiqat nəticəsində verilmişdir. Cavabdeh ekspert rəyinin̆düzgün̆hesablanmaması̆ilə̆bağlı̆məhkəməyə̆sübut̆təqdim̆etməmişdir.

23. Kollegiya həmçinin bildirmişdir ki, cavabdeh təkrar ekspertizanın keçirilməsini zəruri edən̆halları̆göstərməmişdir.̆Bŭbaxımdan̆şikayətin̆bŭdəlilinĭdə̆əsassız̆hesab̆edir.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq̆edilməsĭilə̆qəbul̆edilmişdir.

25. Kollegiya bildirmişdir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə̆ləğv̆edilə̆bilməz.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739, 385.1, 442 və 372.1, 372.7-ci maddələrinə, Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixlĭvə̆##.##.2011-cĭil̆qərarınăistinadlăəsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh cavabdeh1 oğlu kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar̆qəbul̆edilməsinĭxahiş̆etmişdir.

28. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi MM-nin 329-cu, 385-387-ci, 425ci, 445-447 və 739-cı maddələrinin, AR Mülki Prosessual Məcəlləsinin 9-cu, 14-cü, 77-ci, 88-ci və 217-ci maddələrinin pozuntusuna istinad edilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1 tərəfindən təkrar xətşünaslıq ekspertizasının keçirilməsi barədə birinci instansiya məhkəməsində vəsatət verilsə də, məhkəmə tərəfindən vəsatət təmin edilməmiş və müqavilənin hüquqi etibarlılığına birbaşa təsdiq edən fakt-müqavilənin cavabdeh cavabdeh1 tərəfindən imzalanması faktı araşdırılmamışdır. Eyni zamanda faiz borcunun hesablanmasına dair ekspert rəyi natamam olmuş, ##.##.2015-ci il tarixli kredit müqaviləsi və ##.##.2015-ci il tarixli saziş əsasında aparılan hesablamalarda cavabdehin ödədiyi məbləğlər (əsas borc üzrə 1 307,89 ABŞ dolları və faiz üzrə 3 104,71 ABŞ dolları) düzgün nəzərə alınmamış, nəticədə müqavilə üzrə maksimal faiz məbləğləri ilə müqayisədə borcun qalıq hissəsi (##.##.2018-ci il tarixinə 5 502,65 ABŞ dolları, ##.##.2020-ci il tarixinə 13 209,00 ABŞ dolları) düzgün müəyyən edilməmişdir. Həmçinin qeyd etmişdir ki, ekspert rəyində hesablamanın aparılma qaydası aydın göstərilməmiş və nəticələrin formalaşma mexanizmi izah olunmamışdır ki, bu da rəyin mötəbərliyini şübhə altına alır. Əlavə olaraq, cavabdeh tərəfindən müqavilə şərtlərinin, o cümlədən əlavə sazişin imzalanmadığı barədə irəli sürülən etirazlar üzrə təkrar ekspertiza vəsatəti təmin edilməmiş, imzanın həqiqiliyi araşdırılmadan müqavilənin etibarlılığı barədə nəticəyə gəlinmişdir. Bütün bu hallarda borcun məbləği və hüquqi əsasları tam, hərtərəfli və obyektiv araşdırılmadan iddia qismən təmin edilmiş, apellyasiya məhkəməsi isə bu ziddiyyətlərə natamam hüquqi qiymət vermiş, nəticədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir və bu səbəbdən qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün̆apellyasiyăinstansiyasınăqaytarılması̆zəruridir.̆

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiyăşikayətinə̆qarşı̆etiraz̆daxil̆olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi (Tərəflər arasında hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiya).

30. Maddə 739. kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə̆götürür.

31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin̆icrasını̆tələb̆etmək̆hüquqŭvardır.

33. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya)̆qanun və yămüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə̆borclŭdeyildir.

34. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq̆yazılı̆formadăbağlanmalıdır.

35. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş̆faiz̆ödəməyə̆borcludur.̆Faizdən̆faiz̆ödənilməsĭyolverilməzdir.

Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiyăinstansiyası̆məhkəməsinin̆faktikĭhalları̆araşdırması̆kimĭqiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kollegiyăqətnamənĭtam̆yoxlayır.

Kassasiya instansiyasının mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin̆ləğv̆edilməsĭüçün̆əsas̆olăbilməz.

39. Işdən görünür ki, apellyasiya instansiya məhkəməsinin baxış predmeti iddianın təmin edildiyi hissə olmuşdur. Məhkəmə tərəfindən cavabdehin hazırda kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə tam və ətraflı qiymət verilmiş, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün əsaslar olmadığından bu barədə vəsatət təmin edilməmiş, məhkəmə̆öz̆mövqeyinĭəsaslandırılmışdır.

40. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq kassasiya şikayətində̆qeyd̆edilmiş̆normaların̆pozuntusunŭmüəyyən̆etmir.̆

41. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə̆mübahisələndirilən̆hissədə̆dəyişdirilmədən̆saxlanılmalıdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin̆tələblərinĭrəhbər̆tutaraq̆kassasiyăinstansiyası̆məhkəməsi

Qərara aldı

Cavabdeh cavabdeh1̆tərəfindən̆verilmiş̆kassasiyăşikayətĭtəmin̆edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-cĭil̆tarixlĭqətnaməsĭdəyişdirilmədən̆saxlanılsın. Qərar̆qəbul̆edildiyĭandan̆qüvvəyə̆minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar