Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-626/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Oğuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** nömrəli qətnaməsinə əsasən, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “müqavilə üzrə pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və X1 15019,20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya, cəmi 18619,2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pul və 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı verilməsi, iddia tələbinin 84980,8 manat pul və 277,14 manat dövlət rüsumu hissəsində təmin edilməməsi qət edilmişdir.
2. Həmin qətnaməyə əsasən, iddiaçının verdiyi ##.##.2000-ci il tarixli, *-E-İ/** saylı etibarnaməyə əsasən hərəkət edən X1 (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış həmin müqaviləyə əsasən ünvan 2 saylı ünvanda 675 kv.m torpaq sahəsində yerləşən, vət. İddiaçı və X2 məxsus olan, 1974-cü ildə saman-kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 89,2 kv.m ümumi sahəsi, 59,3 kv.m yaşayış sahəsi, 29,9 kv.m köməkçi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evi 18000000 manata Cavabdeh satılmışdır.
3. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli 2(107)- ****/**** nömrəli qətnaməsinə əsasən, apellyasiya şikayətləri qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qismən, iddianın cavabdeh X1 qarşı yönəlmiş hissəsində və iddianın cavabdeh Cavabdeh qarşı rədd edilmiş 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul və 36,50 manat ödənilmiş dövlət rüsumuna aid hissələrdə ləğv edilmiş, həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdeh Cavabdeh 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun tutulması hissələrində də təmin edilmiş, cavabdeh Cavabdeh 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddiaçı İddiaçı cavabdeh X1 qarşı evə görə 100000 manat, 3600 manatın 21 ilə hesablanan illik faiz dərəcəsi 5 olan kompensasiya və 423 manat dövlət rüsumu tələbinə dair iddiasının təmin edilməməsini qət etmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən, cavabdeh Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi cavabdeh Cavabdeh 12170,16 manat kompensasiya, cəmi 12170,16 manat pul, 36,50 manat ödənilmiş dövlət rüsumunun da tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirimədən saxlanmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12170,16 manat pulun və ödədiyi dövlət rüsumu məbləğinin cavabdeh Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Ali Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarında ali instansiya məhkəməsinin iş üzrə nəticəsi ona əsaslanmışdır ki, apellyasiya instansiyası işi iddiaçının mübahisələndirmədiyi hissədə də yoxlamış, nəticədə iddia tələbindən kənara çıxaraq cavabdeh Cavabdeh 12170,16 manat kompensasiya və 36,50 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.” Ali instansiya məhkəməsi, cavabdeh Cavabdeh 12170,16 manat kompensasiyanın və 36,50 manat ödənilmiş dövlət rüsumunun tutulmamasını, onun bu barədə tələbinin olmaması ilə əlaqələndirmişdir. Lakin həmin iş üzrə məhkəmələrin müəyyən etdiyi faktdır ki, cavabdeh mülkiyyətinə keçirdiyi ona məxsus əmlaka görə ona ödəməli olduğu, lakin ödəmədiyi, əmlakın alğı-satqısına dair müqavilədə göstərilən məbləğin və həmin məbləğin vaxtında ödənilməməsi müddətə hesablanan kompensasiya məbləğinin aparılmış indeksasiyası olaraq: "##.##.2002-ci il tarixli, ****** saylı müqaviləyə əsasən cavabdeh Cavabdeh satılmış fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırkı dövrə indeksasiyası (3600x417,20%=)15019,20 manat, "indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləği də (15019,20x5%=)750,96 manat (hər il), 750,96x21=)15770,16 manat (21 il müddətinə) müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə qəbul etdiyi yekun ##.##.2025-ci il tarixli qərarına görə baxmayaraq ki, ona vurulan zərərin miqyası, ümumilikdə məhkəmənin müəyyən etdiyi fakta əsasən (15019,20 manat + 15770,16 manat) 30.790 (otuz min yeddi yüz doxsan) manat təşkil edib, iddia tələbinə əsaslanmaqla məhkəmənin müəyyən etdiyi həmin 30.790 manat pulun 12170,16 (on iki min yüz yetmiş manat on altı qəpik) manat hissəsinin cavabdehdən alınıb ona verilməsi təmin olunmamışdır. Məhz hazırkı iddiası ilə, yuxarıda istinad etdiyi, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş fakta, yəni cavabdehin ondan aldığı əmlakının satış dəyərini vaxtında ona ödəməməsi səbəbindən ona vurulmuş maddi zərərin əvəzi olan haqqı olan 30.790 (otuz min yeddi yüz doxsan) manatın qalığı olaraq 12170,16 (on iki min yüz yetmiş manat on altı qəpik) manatın cavabdehdən alınıb ona ödənilməsini tələb edir.
7. Birinci instansiya məhkəməsində cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı onun mərhum qardaşı Habil Mabudovun arvadı olmuşdur. X3 1996cı ildə Rusiyadan Azərbaycana gəlmiş və oğlu Samir üçün Oğuz şəhərində ev almışdır. Həmin vaxt Samirin hələ 18 yaşı tamam olmadığına görə evi qardaşı Habil Mabudovun adına rəsmiləşdirmişlər. Həmin ev ünvan 3 ünvanında yerləşən evdir. Ev Habilin adına rəsmiləşdirilsə də, qardaşına məxsus olmamışdır. Qardaşı ölmüşdür. Özünün razılığı ilə dayısı qardaşının arvadı Tünzaləyə Bakıdan ev almışdır. Tünzalə özünə məxsus olmayan evin pulunu istəyir. Eyni zamanda hesab edir ki, iş üzrə iddia müddəti keçirilmişdir. Ona görə də qanunvericiliyə uyğun olaraq tələb üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş edir.
8. Oğuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim E.Məmmədli) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 450,0 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 5,0 manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının verdiyi ##.##.2000-ci il tarixli, *-E-İ/** saylı etibarnaməyə əsasən hərəkət edən X1 (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış həmin müqaviləyə əsasən ünvan 2 saylı ünvanda 675 kv.m torpaq sahəsində yerləşən, vət. İddiaçı və X2 məxsus olan, 1974-cü ildə saman-kərpicdən tikilmiş, üstü şiferlə örtülmüş, 89,2 kv.m ümumi sahəsi, 59,3 kv.m yaşayış sahəsi, 29,9 kv.m köməkçi sahəsi olan üç otaqdan ibarət fərdi yaşayış evi 18000000 manata Cavabdeh satılmışdır. iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək evə görə 100000 manat, 3600 manat məbləğində kompensasiya və 423 manat dövlət rüsumunun ödənilməsini xahiş etmişdir. Işə məhkəmədə baxan zaman tələb olunan məbləğin hesablanmasının qanunauyğun olub-olmadığının müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ekspert rəyi ilə “##.##.2002-ci il tarixli, ****** saylı müqaviləyə əsasən cavabdeh Cavabdeh satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırkı dövrə indeksasiyası hansı məbləğdə müəyyən edilir?” sualına münasibətdə 3600x417,20%=15019,20 manat, “indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002- 2023) 5%-lə kompensasiya məbləği nə qədərdir?” sualına münasibətdə 15019,20x5%=750,96 manat (hər il), 750,96x21=15770,16 manat (21 il) müəyyən edildiyi bildirilmişdir. Iddiaçıya 15019,20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya, cəmi 18619,2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pul və 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun ödənilməsi qərara alınmışdır. Göstərilən hallar Oğuz Rayon Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, alqı-satqı müqaviləsi əsasında iddiaçıdan mənzil almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında mənzilin alqı-satqı dəyərini də iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan mənzili almasına dair hüququndan istifadə etmiş, həmin mənzilin dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı alqı-satqı predmeti olmuş mənzilin dəyərinin vaxtında ödənilməməsinə görə kompensasiya məbləğinin ödənilməsi tələb etməkdə haqlıdır.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
12. Lakin məhkəmə hesab etmişdir ki, cavabdehdən kompensasiya məbləğinin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, iddiaçı 12170,16 manat kompensasiya məbləğini tələb etsə də, ekspert rəyindən aydın olur ki, yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. Bu səbəbdən 18000000 manat 3600 manat kimi müəyyən olunur. 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləği 3600 manata münasibətdə deyil, indeksasiya olunmuş 15019,20 manata münasibətdə hesablanmışdır.
13. Kompensasiya məbləği 15019,20 manata deyil, evin alqı satqı dəyəri olan 18000000 manatın ekvivalenti olan 3600 manata münasibətdə hesablanmalıdır. Belə olan halda riyazi hesablamaya əsasən 3600 manatın illik 5 faizi 180 manat, bunun da 22 il 6 ay üçün (hazırkı iddia ilə məhkəməyə müraciət edildiyi vaxta) cəmi məbləği 4050 manat təşkil edir.
14. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hazırkı alqı-satqı müqaviləsi əsasında mənzilin dəyərinin ödənilməməsi ilə bağlı 3600 manat kompensasiya məbləği tutulduğundan hesab etmişdir ki, hazırda 1 il 6 ay üçün 4050 manatın qalan hissəsi, yəni 450 manat (4050-3600=450 manat) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi eyni zamanda, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə mülahizəsinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə hazırda iddia tələbini qismən təmin edərək iddiaçıya son 1 il 6 ay üçün kompensasiya ödənilməsini müəyyən etdiyindən hazırkı iş üzrə iddia müddəti keçməmişdir.
16. Məhkəmə həmçinin iddianın 142,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Iddia qismən təmin edildiyindən ödənilmiş 142,0 manat məbləğində dövlət rüsumunun 5,0 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 137,0 manat hissəsi iddiaçıya aid edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2, 385.1, 425.1, 442, 445.7, 448.1, 567, 598.3-cü, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 82.3, 88, 89.1, 107, 119.1, 121.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddiasının təmin edilməyən hissəsində ləğv edilməsi, iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin 2(054)- 19.№-li, ## #### 2025-ci il tarixli qətnaməsi, iddianın təmin olunmayan hissəsində, nə ***/**** tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab etmir, nədə ki, qətnaməyə həmin hissədə tətbiq olunmuş, istər maddi hüquq, istərsə də prosessual hüquq normalarını işin hallarına uyğun (odekvat) hesab etmir.
20. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2024-cü il tarixli */**** nömrəli rəyindən də görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən faizlərin hesablanmasının mümkünlüyü məhkəmə tərəfindən qəbul olunduğu təqdirdə istehlak qiymətləri indeksi (faiz) dərəcəsi nəzərə alınmaqla tələbkar İddiaçı xeyrinə hesablanmalı olan pul məbləğlərinin indeksasiyasının aparılması tələb olunan dövrlərdə hesablanmış cari dəyəri (ekvivalenti) "##.##.2002-ci il tarixli, ****** saylı müqaviləyə əsasən cavabdeh Cavabdeh satılmış fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırkı dövrə indeksasiyası hansı məbləğdə müəyyən edilir?” sualına münasibətdə 3600x417,20%=15019,20 manat, "indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləği nə qədərdir? ” sualına münasibətdə 15019,20x5%=750,96 manat (hər il), 750,96x21=15770,16 manat (21 il) müəyyən edilir.
21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, kompensasiya məbləği 15019,20 manata deyil, evin alğı-satqı dəyəri olan 18000000 manatın ekvivalenti olan 3600 manata münasibətdə hesablanmalıdır. Belə olan halda riyazi hesablamaya əsasən 3600 manatın illik 5 faizi 180 manat, bunun da 22 il 6 ay üçün (hazırkı iddia ilə məhkəməyə müraciət edildiyi vaxta) cəmi məbləği 4050 manat təşkil edir. Cavabdehdən iddiaçının xeyrinə əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hazırkı alqı-satqı müqaviləsi əsasında mənzilin dəyərinin ödənilməməsi ilə bağlı 3600 manat kompensasiya məbləği tutulduğundan məhkəmə hesab etmişdir ki, hazırda 1 il 6 ay üçün 4050 manatın qalan hissəsi, yəni 450 manat (4050-3600=450 manat) ödənilməlidir.
22. Qeyd etdiyi ekspertiza tədqiqatı ilə indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləğinin 15770,16 manat olması müəyyən edildiyi halda birinci instansiya məhkəməsi kompensasiya məbləğinin yanlış olaraq 3600 manata münasibətdə hesablanmalı olduğunu qənaətinə gəlmişdir. Belə ki, yuxarıda qeyd etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2024-cü il tarixli */**** nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil, bununla bağlı sübutlar təqdim edilməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir.
23. Cavabdeh onun iradə və istəyinə zidd olaraq qanunsuz hesab etdiyi yollarla atadan övladına, ona miras qalmış əmlakları (fərdi evi, yerləşdiyi torpaq sahəsini) mənimsəyib. Həmin əmlakların hazırda dəyəri 100000 (bir yüz min) manatdan artıqdır. Hətta nəzərə alsaq ki, cavabdeh əmlakları adına keçirdiyi zaman onların dəyərləri 18000000 manat olub, o halda da həmin məbləğin vaxtında ona verilməməsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə münasibətdə ona vurulmuş maddi zərər, əldə çıxmış fayda baxımından, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, necə 3600 manata münasibətdə hesablana bilər? Birinci instansiya məhkəməsi, cavabdehin onun əmlakını iradəsinə zidd olaraq, əyri yollarla əlinə keçirməsinə, əmlakı özündə qalsaydı bu gün satılacağı təqdirdə əldə edə biləcəklərinə (əldən çıxmış faydaya) düzgün hüquqi qiymətini verə bilməyib.
24. Fərdi evin satıldığı zamanla indiki zaman arasında olan dəyər fərqini onun əldən çıxmış, itirdiyi gəliri baxmayaraq ki, əvvəlki məhkəmə hətta ali instansiya məhkəməsi belə ekspertiza rəyini mübahisələndirməyib, birinci instansiya məhkəməsi düzgün qiymətləndirməyərək, kompensasiya məbləği 15019,20 manata deyil, evin alğı-satqı dəyəri olan 18000000 manatın ekvivalenti olan 3600 manata münasibətdə hesablayıb. 25. Birinci instansiya məhkəməsi fərdi evin satıldığı zaman real həqiqi bazar qiymətini müəyyən etmədən o dövrdə notariusda cavabdehin formal sözünə əsaslanmaqla yazılmış qiymətin ekspert tərəfindən indeksləşdirilməklə müəyyən olunan məbləğə belə deyil, tamamilə yanlış olaraq, cavabdehin formal sözünə əsaslanmaqla yazılmış qiymətin ekvivalentinə, yəni 3600 manata münasibətdə ona vurulmuş maddi zərəri müəyyən edib.
25. Birinci instansiya məhkəməsinin, cavabdehin ona vurduğu maddi zərərin miqdarını 3600 manat olaraq müəyyən etməsi, faktiki olaraq ona vurulmuş maddi zərərə, itirdiklərinə qətiyyən uyğun deyil.
26. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə 2025ci il ## ###### tarixli qətnaməsi ilə (hakimlər Taleh Musayev – sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Elman Isayev) apellyasiya şikayəti təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən evin cavabdeh Cavabdeh həmin dövrün məzənnəsi ilə 18000000 manata satılması barədə Oğuz rayon Notariat Ofisində qeydə alınmış ##.##.2002-ci il tarixli alqı-satqı müqaviləsi satıcı qismində iddiaçı İddiaçı adından onun verdiyi ##.##.2000-ci il tarixli etibarnamə əsasında cavabdeh X1 tərəfindən imzalanmışdır. Həmin müqavilənin etibarsızlığı 2022-ci ildə iddiaçı tərəfindən mübahisələndirilmiş, Oğuz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e- *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Oğuz Rayon Məhkəməsinin sözügedən qətnaməsi hal-hazırda qanuni qüvvədədir. Oğuz Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi satılarkən müqavilədə 18000000 manat məbləğin cavabdeh Kamal Yusifov tərəfindən alınması qeyd edilsə də, həmin məbləğ cavabdeh (alıcı) Cavabdeh tərəfindən iddiaçı (satıcı) İddiaçı verilməmişdir. Həmin işə məhkəmədə baxılan zaman tələb olunan məbləğin hesablanmasının qanunauyğun olub-olmadığının müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ekspert rəyi ilə “##.##.2002-ci il tarixli, ****** saylı müqaviləyə əsasən cavabdeh Cavabdeh satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırkı dövrə indeksasiyası hansı məbləğdə müəyyən edilir?” sualına münasibətdə 3600x417,20%=15019,20 manat, “indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002- 2023) 5%-lə kompensasiya məbləği nə qədərdir?” sualına münasibətdə 15019,20x5%=750,96 manat (hər il), 750,96x21=15770,16 manat (21 il) müəyyən edildiyi bildirilmişdir. Iddiaçıya 15019,20 manat indeksasiya məbləği və 3600 manat kompensasiya, cəmi 18619,2 (on səkkiz min altı yüz on doqquz manat iyirmi qəpik) manat pul və 145,86 (bir yüz qırx beş manat səksən altı qəpik) manat ödənilmiş dövlət rüsumunun ödənilməsi qərara alınmışdır. Göstərilən hallar Oğuz Rayon Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmişdir. Iddiaçı hazırda ekspert rəyi ilə hesablanmış, lakin özünün tələb etmədiyi qalan kompensasiya məbləği olan 12170,16 manat pulu və dövlət rüsumu məbləğini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etməmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertiza tədqiqatı ilə indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləğinin 15770,16 manat olması müəyyən edildiyi halda birinci instansiya məhkəməsi kompensasiya məbləğinin yanlış olaraq 3600 manata münasibətdə hesablanmalı olduğunu qənaətinə gəlməsi, ## ##### 2024-cü il tarixli */**** nömrəli rəyin mötəbərliliyini şübhə altına alan hər hansı halın mövcud olmamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçının tələbi ##.##.2002-ci il tarixli alqı-satqı müqaviləsi üzrə icra edilməyən öhdəliklərin icrası ilə bağlıdır. Iddiaçı 12170,16 manat kompensasiya məbləğini tələb etsə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, əvvəlki işlər üzrə keçirilmiş ekspert rəyindən görünür ki, yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. Bu səbəbdən 18000000 manat 3600 manat kimi müəyyən olunmuşdur.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, kompensasiya məbləği 15019,20 manata deyil, evin alqı-satqı dəyəri olan 18000000 manatın ekvivalenti olan 3600 manata münasibətdə hesablanmalıdır. Belə olan halda riyazi hesablamaya əsasən 3600 manatın illik 5 faizi 180 manat, bunun da 22 il 6 ay üçün (hazırkı iddia ilə məhkəməyə müraciət edildiyi vaxta) cəmi məbləği 4050 manat təşkil edir.
30. Kollegiya qeyd etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə əvvəlki qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hazırkı alqı-satqı müqaviləsi əsasında mənzilin dəyərinin ödənilməməsi ilə bağlı 3600 manat kompensasiya məbləği tutulduğundan birinci instansiya məhkəməsi tərəfindən hazırda 1 il 6 ay üçün 4050 manatın qalan hissəsi, yəni 450 manata (4050- 3600=450 manat) aid hissədə iddianı təmin etməkdə haqlı olmuşdur.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmayan hissəsində tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaması, tətbiq olunmuş maddi və prosessual hüquq normalarının işin hallarına uyğun olmamasına dair dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218ci maddələrinin tələblərinə riayət edilmişdir.
32. Məhkəmə kollegiyası ümumilkdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmamışdır.
33. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 14.2.1, 385.1, 425.1, 442, 445.7, 448.1, 567, 598.3-cü, Azərbaycan Respublikasının MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.2, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri
Kassasiya şikayətinin dəlilləri
34. Iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci, MPM-in 14, 88, 217.3 və 217.4-cü maddələrinə istinad edilməklə əsaslandırılmışdır ki, Aşağı instansiya məhkəmələrinin iş üzrə mövqeyi ilə razılaşmaq mümkün deyil ona görə ki,iddiasınıı əsaslandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ekspert rəyində məhkəmənin, “##.##.2002-ci il tarixli, ****** saylı müqaviləyə əsasən cavabdeh Cavabdeh satılmş fərdi yaşayış evinin müqavilə üzrə o zamankı dəyəri olan 18000000 manatın (köhnə) hazırkı dövrə indeksasiyası hansı məbləğdə müəyyən edilir?” birinci sualına münasibətdə, rəy olaraq ...3600x417,20%=15019,20 manat , məhkəmənin “indeksasiya olunan 18000000 manatın 21 il üçün (2002-2023) 5%-lə kompensasiya məbləği nə qədərdir?” ikinci sualına münasibətdə də 15019,20x5%=750,96 manat (hər il), 750,96x21=15770,16 manat (21 il) müəyyən edildiyi bildirilmişdir.
36. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbi belədir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Istisna, əgər gecikdirilən məbləğ və ya dəyən zərər faizlərdən çoxdursa, kreditor həmin məbləği (daha böyük zərəri) tələb edə bilər, yəni, bu halda 445.7-ci maddənin məhdudiyyəti aradan qalxır.
37. Aşağı instansiya məhkəmələri, o cümlədən də apellyasiya instansiyası məhkəməsi iddiaçıya ödənilməli olan kompensasiya məbləğini əmlakın dəyəri olan 18000000 (on səkkiz milyon) manatın ekvivalenti olan 3600 (üç min altı yüz) manata münasibətdə müəyyən etmişdir. Onun haqlı hesab etdiyi tələbi isə 18000000 manatın indeksasiya olunmuş hər ilə görə müəyyən olunan 750,96 (yeddi yüz əlli manat 96 qəpiyin 21 ilə hesablanan 15770,16 manatdır. (halbuki il baxımından yenə də azdır çünki hesablanma 21 ilə görə deyil 22 il altı aya görə aparılmalıdır). Çünki, hətta qəbul edilsə ki, əmlak satıldığı dövrdə 18000000 manata satılıb, həmin məbləğ ona vaxtında verilmədiyi üçün bu gün əmlakın dəyəri olaraq ən azından, o dövrdə notariat müqaviləsində qeyd edilən məbləğ indeksləşdirilməklə verilməklə yanaşı, cavabdehin iddiaçıya vurduğu zərərin miqyası qismən də olsa balanslaşması üçün indeksləşdirilmiş məbləğin ekvivalentini deyil, onun 21 ilə hesablanmış kompensasiyası (750,96 (yeddi yüz əlli manat 96 qəpik) x 21 il)=15770,16 manat ödənilməlidir ki, hazırkı iddia məhz həmin məbləğin tam olaraq ödənilməsini məhkəmədən xahiş edir və istinad etdiyi faktlara əsaslanaraq hesab edir ki, vurulan zərərin miqyasının 18000000 manatın ekvivalentinə ( 3600 manata) münasibətdə hesablanması ona qarşı aşkar ədalətsizlik, mülkiyyət hüquqlarına qeyri-obyektiv yanaşmadır.
38. Hesab edir ki, Səki Apellyasiya Məhkəməsinin MK-nın##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi iddiasının təmin edilməyən hissəsinə münasibətdə işin hallarına, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edilə bilməz.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
42. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
43. Maddə 445.7.Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
44. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
61. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
62. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.