Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-634/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Təhsildə Keyfiyyət Təminat Agentliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): deliktdən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Təhsildə Keyfiyyət Təminat Agentliyi və xxxx QSCnin Milli Aviasiya Akademiyası mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxslər qismində cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. İddiaçı Dövlət Attestasiya Komissiyasının qərarı ilə Moskva Dövlət Sosial Universitetinin sosial pedaqoq müəllim psixoloq ixtisasını ## ### 2002-ci il tarixdə bitirərək ## #### 2002-ci il tarixdə MBC seriyalı, ******* saylı diplom almışdır.
2. ##.##.2021-ci il tarixdə Təhsildə Keyfiyyət Təminat Agentliyi NA******** saylı qərarla İddiaçı xarici dövlətlərin ali təhsil ixtisasının tanınmasından və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsindən imtina barədə qərar vermişdir. Qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli ** nömrəli “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarının” 3.6 və 3.7-ci bəndlərinə istinad edilərək diplomun tanımasından imtina edilmişdir.
3. İddiaçı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qanuni qüvvəyə minmiş ## ######## 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Moskva Dövlət Sosial Universiteti tərəfindən İddiaçı verilmiş IVS № ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması öhdəliyinin xxxxnə həvalə edilməsi qərara alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh “xxxx” PHŞ-in qanunsuz aktı nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 41000 manat məbləğində pulun digər cavabdeh Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli məktubu ilə “xxxx” PHŞ-ə müraciət edilərək qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmasının tələb edilməsinə baxmayaraq, məhkəmə qərarı 2 aydan sonra icra olunmuşdur. “xxxx” PHŞ-in qanunsuz aktı qəbul etməsi nəticəsində iddiaçı faktiki olaraq 41 ay diplomu tanınmayaraq işsiz qalmışdır və bunun nəticəsində ona (41 ay x 1000 manat =) 41000 manat məbləğində maddi zərər dəymişdir. Iddiaçı məcburiyyət qarşısında qalaraq # ######## 2003-cü il tarixdən # ####### 2021-ci il tarixədək Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasında aeronaviqasiya kafedrasında laborant vəzifəsində çalışmışdır.
6. Daha sonra iddiaçının vəkili (nümayəndəsi) ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” PHŞ-in iş üzrə cavabdehlərin sırasından çıxarılaraq işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.
7. Məhkəmə “xxxx” PHŞ və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasını mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb etmişdir.
8. Iş üzrə üçüncü şəxs “xxxx” PHŞ iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya Idarəsinə müraciət etmişdir. Iddiaçının müraciətinə baxılaraq tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün müvafiq sənədin verilməsindən imtina edilmişdir. Inzibati aktın qəbul edilməsindən sonra iddiaçı ## ######## 2021-ci il tarixdə tanınma üzrə inzibati icraatın nəticələrindən məhkəmə qaydasında Bakı Inzibati Məhkəməsinə şikayət etmiş, Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli, *** nömrəli Fərmanına əsasən, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya Idarəsinin əsasında çevrilmə yolu ilə yenidən təşkil edilmiş Təhsil Nazirliyinin tabeliyində X1 statusu olan “xxxx” cavabdeh qismində iddia tələbi üzrə məhkəmə icraatına cəlb olunmuşdur. Bakı Inzibati Məhkəməsində baxılan iş ilə bağlı ##.##.2022-ci il tarixli, 2-1(112)- ****/**** nömrəli qərar qəbul edilmiş, iddiaçının iddiası təmin edilmiş, Moskva Dövlət Sosial Universiteti tərəfindən iddiaçıya verilmiş MBC seriyalı, ******* saylı ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifıkasiya) olunması öhdəliyi “xxxx” PHŞ-ə həvalə edilmişdir. Həmin qərar son nəticədə Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati kollegiyası ##.##.2024-cü il tarixli, *-*(***)****/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin ##.##.2024-cü il tarixli, *-*(***)****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın layihəsində yer alan tanınmaya dair tələblər nəzərə alınmaqla məhkəmə qərarı icra olunaraq iddiaçıya tanınma haqqında şəhadətnamə təqdim olunmuşdur. Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin oxşar hallarla bağlı verdiyi hüquqi təfsir və formalaşmış məhkəmə təcrübəsindən də göründüyü kimi, müvafiq qanunvericiliklə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulmamazlıqlardan başqa digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır. Bu hallar üzrə də yalnız real zərərin mövcud olduğu hallarda əvəzin ödənilməsini nəzərdə tutur ki, hazırkı iş üzrə iddiaçının vəziyyətinə nisbətdə onun xarici dövlətdə əldə etdiyi ali təhsilə aid kvalifikasiyanın tanınması icraatının nəticələri ilə bağlı bu hallar müəyyən edilməmişdir. Bununla yanaşı iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Oxşar işlərlə bağlı Ali Məhkəmənin Inzibati Kollegiyasının ##.##.2023-cü il tarixli 2- *(***)-****/**** nömrəli ən son qərarının 42 və 43-cü bəndlərində qeyd olunmuşdur ki, iddiaçının tələbi ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi olsa da, işin müəyyən edilən hallarından görünür ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən iddiaçı ona cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı maddi və ya mənəvi ziyan vurulduğunu sübut edə bilməmişdir. Odur ki, iddia əsaslı sayıla bilməz.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia rədd edilmişdir.
10. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı, “xxxx” PHŞin hərəkət və ya hərəkətsizliyində ona birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdə olan Milli Aviasiya Akademiyasının ##.##.2021-ci il tarixli ***/k nömrəli əmrindən görünür ki, hazırkı iş üzrə iddiaçının “Əmək müqaviləsinə” onun öz yazılı ərizəsi əsasında # ####### 2021-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Göründüyü kimi, iddiaçının işsiz qalması nəticəsində ona maddi ziyan vurulması ilə dövlət orqanının hərəkəti (hərəkətsizliyi) arasında səbəbli əlaqənin olması müəyyən edilmir ki, bu da Mülki Məcəllənin 1101-ci maddəsinin dispozisiya şərtinin ödənilmədiyi qənaətinə gəlməyə əsas verir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
12. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, iddia tam əsaslı olduğu halda maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Günel Abbasova və Fuad Talışınski) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış və iddia rədd edmilmişdir.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı Inzibati Məhkəməsinin ## ######## 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Moskva Dövlət Sosial Universiteti tərəfindən İddiaçı verilmiş IVS № ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması öhdəliyi xxxxnə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyası # ###### 2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh xxxx tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi və Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ######## 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda iddiaçı cavabdeh Maliyyə Nazirliyinə qarşı diplomunun vaxtında tanınmaması ilə bağlı ona vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbi irəli sürmüşdür. Iddiaçı “xxxx” PHŞ tərəfindən hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini Maliyyə Nazirliyindən tələb edir. Lakin “xxxx” dövlət orqanı deyil, X1. Odur ki, iddiaçının cavabdeh Maliyyə Nazirliyinə qarşı tələbi Mülki Məcəllənin 1100-cü maddəsinin dispozisiya şərtlərinə uyğun deyildir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaya cavab verməli şəxs olmadığı müəyyən edildiyindən irəli sürülən digər dəlillərin araşdırılması əhəmiyyətsizdir.
15. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı düzgün olmayan əsasla rədd etdiyindən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Qətnamə ləğv edildiyindən, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı sayılır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək BakıApellyasiya Məhkəməsi Mülki kollegiyası # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanunsuz olduğu üçün tam ləğv olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti işin halları, iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmundan əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
27. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. Iddiaçı İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
32. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
33. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli 2(103)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.