Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-638/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Tərəflər arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 13.000 ABŞ dolları məbləğində kredit verilmişdir;
3. ##.##.2017-ci il tarixli kredit müqaviləsinə * saylı ödəniş cədvəlində qeyd olunmuşdur ki, Cavabdeh 11.072,19 ABŞ dolları məbləğində krediti 48 ay müddətində, hər ay 142 ABŞ dolları ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür;
4. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş ##.##.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixinə yaranmış borcu aşağıdakı kimidir: cəmi borcu 20.495,41 ABŞ dolları – bundan 10.559,83 ABŞ dolları əsas, 3.169,77 ABŞ dolları faiz, 5.259,06 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 1.506,75 ABŞ dolları.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı məhkəməyə müraciət edərək, 10.559,83 ABŞ dollar əsas, 3.169,77 ABŞ dolları faiz, 5.259,06 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.506,75 ABŞ dolları faiz borcu olmaqla, cəmi 20.495,41 ABŞ dolları borcun və 194,53 AZN məhkəmə xərcinin cavabdeh Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia ərizəsi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. ##.##.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 20.495,41 ABŞ dolları təşkil edir. Bundan 10.559,83 ABŞ dolları əsas, 3.169,77 (üç min bir yüz altmış doqquz ABŞ dolları 77 sent) ABŞ dolları faiz, 5.259,06 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.506,75 ABŞ dolları faiz borcu təşkil edir.
7. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək bildirmişdir ki, müqavilə tələbləri ilə bağlı iddia müddəti 3 il olsa da, iddiaçı müddəti 5 il ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədə o da qeyd olunmuşdur ki, borc məbləği süni surətdə şişirdilmişdir. Tərəfindən ödənişlər vaxtında edilsə də İddiaçı ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilmişdir. Bundan sonra o, banka hər hansı ödəniş etmək imkanından məhrum olmuşdur. Belə ki, dəfələrlə banka getsə də ödənişi ondan qəbul edən olmamış, bankın ləğv edildiyi bildirilmişdir. Odur ki, iddiaçının guya ona dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar etmələri barədə gətirdikləri dəlillər əsassızdır və həqiqəti əks etdirmir. ## ###### 2017-ci il tarixində bankın ləğvini bilsə də ona verilmiş kredit barədə LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nəzərdə tutulan tədbirləri görməməklə kobud pozuntulara yol vermişdir. Borc məbləğinin faiz və cərimə də daxil olmaqla düzgünlüyünün yoxlanması üçün müvafiq ekspertiza təyin edilməlidir.
8. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyi ilə cavabdehin borcu aşağıdakı kimi müəyyən edilmişdir: 1) müqavilə müddətinin bitdiyi tarixə yəni ##.##.2021-ci il tarixə: əsas borc üzrə 10415.88 ABŞ dollar, faiz borcu üzrə 2685.37 ABŞ dolları. 2) pretenziya məktubunun göndərildiyi tarixə yəni ##.##.2024-cü il tarixə illik 5% hesablamaqla: əsas borc üzrə 10415.88 ABŞ dolları, faiz borcu üzrə 2685.37 ABŞ dolları, faiz borcu 5% ilə 1413.38 ABŞ dolları. 3) maliyyə arayışında qeyd edilən tarixə yəni ##.##.2024-cü il tarixə illik 5% hesablamaqla: əsas borc üzrə 10415.88 ABŞ dolları, faiz borcu üzrə 2685.37 ABŞ dolları, faiz borcu 5 faiz ilə 1445.21 ABŞ dolları.
9. Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən oğlundan 10.415,88 ABŞ dolları əsas, 2.685,37 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.413,38 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14.714,63 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pul vəsaitinin və 165.04 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, məhkəmə və ekspertiza xərcləri bölüşdürülmüşdür (hakim: G.Aslanova) 10.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında münasibət kredit müqaviləsindən irəli gələn öhdəlik olmaqla, onlar arasında bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının öhdəliklərin icrası ilə bağlı iddia irəli sürmək barədə subyektiv hüququnun mövcud olması aşkardır. 11.Məhkəmə ilk növbədə qeyd etmişdir ki, restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2021-ci il tarixədək təşkil etmişdir. Iddia tələbi ##.##.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən 3 illik iddia müddəti (##.##.2021- ##.##.2024-ci il) ötürülməmişdir. 12.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ASC müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirsə də, borcalan tərəfindən müqavilədən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. 13.Bank tərəfindən təqdim edilmiş maliyyə arayışnda cavabdehin ##.##.2024-cü il tarixinə yaranmış borcu aşağıdakı kimi göstərilmişdir: - cəmi borcu 20495.41 ABŞ dollarıbundan 10559.83 ABŞ dolları əsas, 3169.77 ABŞ dolları faiz, 5259.06 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanana illik faiz dərəcəsi 1.506.75 ABŞ dolları. Borclu həmin məbləği mübahisələndirdiyi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Məhkəmə ekspert rəylərini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək qeyd etmişdir ki, iddia tələbi əsas borc 10.415.88 ABŞ dolları, faiz borcu 2.685.37 ABŞ dolları və kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu (illik 5 %) 1.413.38 ABŞ dolları hesab edilməlidir. 14.Iddia tələbinin borca görə hesablanmış cərimə (5259.06 ABŞ dolları) ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmışdır. Lakin, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə görə hesab etmişdir ki, cərimə borcunun məbləği (5259.06 ABŞ dolları) ədalətli olmamaqla iddia tələbi cərimə borcunun tutulması hissəsində 200 ABŞ dolları həddində olmaqla qismən təmin edilməlidir. 15.Məhkəmə mövqeyini Mülki Məcəllənin 372.1, 373.2, 375.1, 375.2, 377.1, 377.2, 424.2, 424.3, 432.4, 442, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448, 462.1, 465.2, 467-ci maddələrinə, həmin Məcəllənin 739.1, 739.2, 741, 743.1-ci maddələrinin əvvəlki redaksiyalarına, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2024-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şikayət belə əsaslandırılmışdır ki, kreditin restrukturizasiya edilməsi ilə bağlı sazişdə 1 ABŞ dollarının 1.4 azn olmaqla hesablanmalı olduğu göstərilsə də, məhkəmə borcun cari məzənnə ilə - 1.7 azn ödənilməli olduğu qənaətinə gəlmişdir ki, həmin nəticə qanunsuz və əsassızdır. Qətnamənin məzmununda cavabdeh qismində işə aidiyyəti olmayan şəxsin adı cavabdeh qismində qeyd olunmuş, cavabdeh və nümayəndəsi isə işdə iştirak etsə də qətnamədə iştirakları olmadan işə baxıldığı göstərilmişdir. Kredit müqaviləsinə əlavə sazişdə cavabdehin kredit öhdəlikləri konkret müəyyən olunsa da, işə baxan məhkəmə müqavilədə nəzərdə tutulmamış illik 5% borc hesablamaqla qanunsuz nəticəyə gəlmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: S.Səlimova – məruzəçi, A.Isgəndərov,A.Imanov).
19. Aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, mövcud məzənnənin aşağı düşməsi, yəni məzənnənin azalması pul vəsaitinin alıcılıq qabiliyyətinin azalması deməkdir. Tərəflər arasında imzalanan sazişə əsasən, “ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsinin qeyd olunan məzənnədən aşağı düşərsə borcalan tərəfindən ödənişlərin həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənməsi” şərti müəyyən edildiyindən cavabdehin iddiaçı tərəfindən tələb olunan borcun 1 ABŞ dollarının 1,4 AZN olmaqla hesablanmalı olmasına dair dəlili əsassızdır. Belə ki, cavabdeh sazişi imzalamaqla ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə ABŞ dolları üzrə Mərkəzi Bankın mövcud məzənnəsinin sazişdə qeyd olunan məzənnədən aşağı düşəcəyi halda ödənişlərin həmin tarixə, yəni ödəniş tarixinə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödəyəcəyi öhdəliyini üzərinə götürmüşdür.
20. Apellyasiya şikayətinin kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz tələbinə dair dəlili üzrə kollegiya qeyd etmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
21. Kollegiya apellyasiya şikayətinin qətnamənin təsviri hissəsində işə aidiyyatı olmayan şəxslərin adlarının qeyd edilməsi dəlili üzrə qeyd etmişdir ki, qətnamədə yol verilmiş yanlışlıqlar onların aradanan qaldırılmasına dair müraciət etmək üçün prosessual əsas ola bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək (vəkil: vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin borcun ödənilməli olduğu məzənnəyə dair və illik 5% gecikdirmə borcuna dair dəlilləri ilə eyni olmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 445.4. Icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Icraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.
27. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
28. Maddə 462.1 və 467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
37. Kassasiya şikayəti əsasında apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, İddiaçı ASC müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirsə də, borcalan tərəfindən müqavilədən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Belə olan halda iddianın qismən təmin edilməsi yuxarıda qeyd edilən maddi hüquq normalarına uyğun olmuşdur.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apellyasiya şikayətində də irəli sürülmüş və onlara apellyasiya məhkəməsi tərəfindən müvafiq qiymət verilmişdir. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
44. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.