Məhkəmə qərarları › İş №2(1-8)-639/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-639/2026

17.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-639/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Istehlak münasibətlərindən irəli gələn mübahisələr; təbii qazdan istifadə ilə bağlı mübahisələr; təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Hazırki iş üzrə iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh tərəfindən qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamaqla Birliyə vurulmuş ümumilikdə 9536,83 (doqquz min beş yüz otuz altı manat 71 qəpik) manat dəymiş zərəri tələb edir.

2. Birliyin əməkdaşları tərəfindən ##.##.2022-ci il, ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli “Təbii X1nın pozulması haqqında” aktlar tərtib edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı Istehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı İddiaçı IB-yə vurulmuş 8601,12 (səkkiz min altı yüz bir manat 12 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 935,71 (doqquz yüz otuz beş manat 71 qəpik) manat və 115,37 (bir yüz on beş manat 37 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 9652,20 (doqquz min altı yüz əlli iki manat 20 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Istehsalat Birliyi ilə abonent Cavabdeh arasında ##.##.2017-ci il tarixində **/***** nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı “Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı IB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı IB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən*************** nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Belə ki, İddiaçı IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı IB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının Istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş:- ##.##.2022-ci il tarixli ******* saylı akt əsasında 1036,80 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 4147,20 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 1831,68 manat;-##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; - ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 264,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt əsasında 613,44 manat, cəmi 8601,12 (səkkiz min altı yüz bir manat 12 qəpik) manat məbləğində İddiaçı IB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin ayları qalıq 488 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 614,35 manat sərfiyyat borcu və limitdən əlavə 8.40 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar ayı üzrə 24,96 manat sərfiyyat borcu, cəmi 1135,71 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin yanvar ayından 2024-cü ilin yanvar ayına qədər cavabdeh 200 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 935,71 (doqquz yüz otuz beş manat 71 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı IByə ödənilməli borc məbləği hazırda Abonentin saldo üzrə ümumi 9536,83 (doqquz min beş yüz otuz altı manat 71 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı IB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Keçirilmiş məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddianı qismən etiraf etsə də, daha sonra iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Iş üzrə mühəndis-texniki və mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin **/****-*/**** saylı ##.##.2025ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın 1-ci və 2-ci sualları üzrə kommunal xidmət (qaz, su, elektrik) xətlərinə hər hansı qanunsuz qoşulmaların olub-olmamasının müəyyən edilməsi xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Əvvəllər qanunsuz (sayğacdankənar) qoşulma hallarının mövcudluğunun müəyyən edilməsi istiqamətində ekspert tərəfindən hər hansı tədqiqat aparması metodiki baxımdan mümkün deyil. -Qərardadın 3-cü sualı üzrə-ARDNŞ “Neftqazelmitədqiqatlayihə” Institutu tərəfindən təsdiq edılmiş “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələr”in və ARDNŞ-nin Şurasının ## #### 2011-ci il tarixli ** nömrəli qərarına 2 N-li əlavə “Qaz işlədıcilərinin saatlıq qaz sərfi normaları haqqında Təlimat”ın tələblərinə əsasən müəyyən edilmişdir ki, PQ-4 tipli (duxovkalı) qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 m3/saat, dəmir sobanın saatlıq qaz sərfiyyatı 1,4 m3/saat, “Iran sobası”nın saatlıq qaz sərfiyyatı 1,5 m3/saat təşkil edir. -QSSQ 25 L—lik suqızdırıcısının saatlıq qaz sərfiyyatı ARDNŞ “Neftqazelmitədqiqatlayihə” Institutu tərəfindən təsdiq edilmiş “Sayğacla olçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələr”in və ARDNŞ-nin Şurasının ## #### 2011-ci il tarixli ** nömrəli qərarına 2 N-li əlavə “Qaz işlədicilərinin saatlıq qaz sərfi normaları haqqında Təlimat”da göstərilməmişdir. Həmin suqızdırıcısının saatlıq qaz sərfi texniki istismar pasportunda olan məlumatlardan müəyyən edilə bilər.

7. Daha sonra məhkəmə tərəfindən məhkəmə-trasoloji ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin */*** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, cavabdehə məxsus ünvanda tədqiq edilən qaz borularının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətərin çəkilməsi müşahidə edilmir.

8. Pirallahı Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli, e-*(***)-*/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh debitor borcuna görə yaranmış 935,71 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 965,71 manat alınaraq iddiaçı İddiaçı IBnın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Birlik tərəfindən təqdim edilmiş aktlar üzrə istehlakçının-cavabdehin qazın talanmasında təqsirli olmasına dair tələb edilən sübutlar (müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarları) məhkəməyə təqdim edilmədiyindən həmin aktlar əsasında hesablanmış zərərin tutulması barədə tələb təmin edilə bilməz.

10. Həmçinin məhkəmə qeyd etmişdir ki, işdə olan abonent saldosundan görünür ki, iddiaçı 935,71 manat dəyərində təbii qazdan istifadə etmiş, lakin ödəniş etməmişdir.

11. Iddianın debitor borc üzrə 935,71 manatın tutulması barədə hissəsi sübuta yetdiyi üçün məhkəmə hesab etmişdir ki, bu tələb təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.2.1, 448.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 3.1.7, 4.2, 4.8, 4.9, 5.2, 5.4, 5.5, 6.5 və 6.7-ci, “X1”na * nömrəli Əlavənin 2.1.6-cı bəndinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, məhkəmə işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gələrək iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Məmməd Məmmədov-sədrlik edən və məruzəçi, Fuad Talışinski və Kamran Əkbərov).

16. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, hesablanmış borcun əsaslı olmasını sübut etmə vəzifəsi Birliyin üzərinə düşür. Lakin Birlik tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı onun təqsirini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır.

17. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna Azərbaycan Respublikasının ##.##.2022-ci il tarixli, ***-VIQD nömrəli qanunu ilə əlavə edilmiş və ##.##.2022-ci il tarixdən qüvvəyə minmiş 13.8-1-ci maddənin tələbinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə, qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.

18. Göründüyü kimi, “Qaz təchizatı haqqında” Qanuna edilmiş əlavəyə əsasən hansı hallarda qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli olması dəqiq müəyyən edilmişdir. Bunun üçün istehlakçının qazın talanmasında təqsirli olmasına dair müvafiq orqanların və ya məhkəmənin qərarı olmalıdır.

19. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iddiaçı Birlik tərəfindən tərtib edilmiş aktlar “Qaz təchizatı haqqında” Qanuna qeyd edilən dəyişiklikdən sonra tərtib edilmişdir. Bu baxımdan, yuxarıda qeyd edilən aktlara həmin Qanuna edilən dəyişiklik kontekstində qiymət verməlidir.

20. Birlik tərəfindən “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsində qeyd edilən hərəkətlərin edilməsi, habelə istehlakçının – cavabdehin qazın talanmasında təqsirli olması barədə inzibati xəta və ya cinayət təqibi orqanlarının qərarının olması müəyyən olunmamışdır. Belə olan halda, qaz paylayıcısının – Birliyin vurulmuş zərərin ödənilməsini istehlakçıdan – cavabdehdən tələb etməsi üçün əsas yoxdur.

21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna Azərbaycan Respublikasının ##.##.2022-ci il tarixli, ***-VIQD nömrəli qanunu ilə əlavə edilmiş və ##.##.2022-ci il tarixdən qüvvəyə minmiş 13.8-1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissədə ləğv edilib, işə mübahisələndirilən hissədə yenidən baxılması üçün həmin məhkəmə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi debitor borc hissədə birinci instansiya məhkəməsi tərəfindən tam təmin edildiyi üçün hazırda debitor borc hissəsində mübahisə yoxdur. Cavabdeh tərəfindən təbii X1nın pozulması isə cəmi 7 aktla rəsmiləşdirilmişdir.Həmin aktlardan birincisi cavabdeh tərəfindən qaz sayğacının çıxış plastmas borusunun deşilməsi faktı, digər 6 ədəd akt isə cavabdehin qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq sayğacdan kənar şəkildə istifadə etməsi faktı təşkil etmişdir. Hazırda həmin 7 ədəd akt üzrə hesablanmış borc məbləğinin mübahisələndirilməsi davam edir.

24. Cavabdeh tərəfi birinci instansiya məhkəməsində təmsil edən nümayəndə keçirilmiş məhkəmə iclaslarında cavabdehin qazdan qanunsuz istifadə etməsi hissəsində iddia tələbini qismən etiraf etmiş, lakin məhkəmə həmin hissədə tam araşdırma aparmamış, daha sonra isə cavabdehin nümayəndəsi iddia tələbinin tam rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə qarşı irəli sürülmüş müvafiq tələbin hansı hissəsi ilə cavabdehin razı olubolmamasını, iddia tələbinin cavabdeh tərəfindən hansı hissədə qəbul edilib-edilməməsini məhkəmələr tam araşdırmamış, işə aid zəruri məsələlərə məhkəmələr tərəfindən aydınlıq gətirilməmiş, ziddiyətli məqamlar aradan qaldırılmamış, nəticə etibarı ilə cavabdehin qazdan qanunsuz istifadə etməsi hissəsində məhkəmələr tərəfindən araşdırılacaq mühüm arqumentlər cavabsız qalmışdır.

25. Cavabdeh tərəfin 01/2022-ci il tarixindən sonra qaz sayğacı vasitəsilə təbii qazdan istifadə etmədiyi müəyyən olunmuşdur. Cavabdeh barəsində iddiaçı Azəriqaz IB tərəfindən tərtib edilmiş 7 ədəd aktın hər birinin də məhz 01/2022-ci il tarixindən sonra tərtib edilmiş olması, heç də təsadüfü və qanunsuz olmamışdır. Abonent saldosundan o da dəqiq müəyyən olunur ki, aktların da tərtib edildiyi tarixlərdə, yəni ki 09/2022-ci il tarixindən 12/2023-cü il tarixinə kimi cavabdeh tərəf təbii qazdan qaz sayğacı vasitəsilə istifadə etməmiş və heç bir ödəniş əməliyyatı aparmamışdır.

26. Bundan başqa, məhkəmə iş materiallarına əlavə edilmiş sübutları əlaqəli şəkildə tam, obyektiv və hərtərəfli araşdırmamış, cavabdehin adına Azəriqaz IB-də qeydiyyata alınmış abonent saldosunun tədqiqini həyata keçirməmiş, abonent saldosuna istinad etməmiş, ona sübut qismində qiymət verməmiş, sübut qismində qəbul etməməsinin səbəbini qətnamədə izah etməmiş, cavabdeh tərəfindən qaz sayğacından istifadə üzrə ödənişlərin edilib-edilmədiyini müəyyən etməmiş, sadalanan hallar barədə ümumiyyətlə araşdırma aparmamış, yekunda qanuni və əsaslı olmayan məhkəmə aktı qəbul etmişdir.

27. Qeyd edilənlərdən başqa, ekspert rəyinə əlavə edilmiş cavabdehə məxsus fərdi yaşayış evinin çöl tərəfində çəkilmiş fotoların müqayisəli tədqiqatından müəyyən olunur ki, cavabdeh tərəfin qaz xəttinə qanunsuz qoşulduğu giriş nöqtəsi ətrafdakı ağac budaqları arasından gizlincə olmuş və həmin qanunsuz qoşulma xətti ekspert tədqiqatı zamanı da ağac budaqları arasından görünmüşdür. Işə baxmış məhkəmələr tərəfindən mülki iş materiallarına əlavə edilmiş, üzərində çəkilmə tarixləri və ünvan koordinatları təsvir edilmiş fotoşəkillərə istinad olunmamış, həmin fotoşəkillərin hansı ünvana aid olması, nə vaxt və kim tərəfindən çəkilməsi araşdırılmamış, iş üzrə həmin fotoşəkillərin sübut əhəmiyyətinə malik olub-olmamasına hüquqi qiymət verilməmiş, fotoşəkillərin hansı səbəbdən qəbul edilməməsi əsaslandırılmamış və yekun nəticədə məhkəmə tərəfindən qanuni və əsaslı olmayan məhkəmə aktı qəbul edilmişdir.

28. Bundan əlavə ən önəmlisi, məhkəmələr Azəriqaz IB tərəfindən cavabdehin ünvanında çəkilmiş fotoşəkillərdə qaz xəttinin yerüstü hissəsində müşahidə olunan qanunsuz qoşulma xətti ilə ekspert rəyinə əlavə edilmiş sağdakı fotoşəkil görüntüsünün müqayisəli tədqiqatını aparmamışdır.

29. Bununla belə, iş üzrə keçirilmiş məhkəmə trasoloji ekspertizası 2025-ci ilin may ayında, yəni cavabdehin ünvanında iddiaçı Azəriqaz IB tərəfindən sonuncu aktın tərtib edildiyi tarixdən 17 ay sonra aparılmışdır. Iş üzrə məhkəmə-trasoloji ekspertizasının 2025-ci ilin may ayında, yəni cavabdehin ünvanında sonuncu aktın tərtib edildiyi tarixdən 17 ay sonra aparılmış olması və 2025-ci ilin may ayı ərzində kənar qaz xəttinin mövcud olmamasına dair ekspert tərəfindən rəy verilməsi, aktlar tərtib olunan dövrlərdə də (09/2022-ci ildən 12/2023-cü ilə kimi) kənar qaz xəttinə qoşulmasının olmaması kimi sübut qismində qiymətləndirilə bilməz. Birinci instansiya və apellyasiya məhkəməsi iddiaçı tərəfindən cavabdehin barəsində tərtib edilmiş sonuncu aktdan 17 ay sonra verilmiş ekspert rəyini əsas götürərək iddiaçının tələbini və apellyasiya şikayətini təmin etməməklə Mülki Prosessual Məcəllənin 101.7 və 103.1-ci maddələrinin tələblərini pozmuşdur.

30. Kassator şikayətini Mülki Məcəllənin 386, 443.1, 448.2, 1096 və 1097-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76-77, 88, 217.3, 217.4 və 218.1-ci maddələrinə, Qaz təchizatı haqqında Qanunun 6.2 və 22-ci maddələrinə, X1nın 6.5-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır .

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Maddə 13 (hissə 8) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”

36. Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir.

37. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

38. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

39. Bənd 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.

40. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

41. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

42. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

43. Bənd 6.5 və 6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna Azərbaycan Respublikasının ##.##.2022-ci il tarixli, 486-VIQD nöməli qanunu ilə əlavə edilmiş və ##.##.2022-ci il tarixdən qüvvəyə minmiş Əlavə

44. Bənd 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə kassator tətəfindən mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

55. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini

57. yoxlayır.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025 ci il tarixli qətnməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar