Məhkəmə qərarları › İş №2(1-8)-641/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-641/2026

21.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-641/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə ## ##### 2026-cı tarxidə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Işin halları:

1. ünvan 2 saylı evin ** saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **** saylı nömrəli reyestr kitabının ****** nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Cavabdeh ünvan 1 ünvanda yerləşən ** nömrəli mənzildən çıxarılması qət edilmişdir.

3. Cavabdeh yazdığı ##.##.2024-cü il tarixli ərizə-iltizama əsasən o, icra sənədində göstərilən mənzildən ##.##.2024-cü il tarixdə saat 11.00-da çıxacağına və əşyalarını həmin mənzildən çıxaracağına söz vermişdir.

4. ##.##.2024-cü il tarixli akta əsasən icra sənədi ##.##.2024-cü il tarixdə icra edilmiş və mənzil mülkiyyətçi İddiaçı təhvil verilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış fayda olaraq vurulmuş maddi ziyana görə kirayə pulundan 9.600 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 116 manatın cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh”) onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ** nömrəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Iddiaçı həmin mənzili 2021-ci ilin iyul ayından cavabdehə və ailəsinə aylıq kommunal xərclər daxil 700 manata kirayəyə vermişdir. Iddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ** nömrəli mənzildən çıxarılması, ## ######## 2022-ci il tarixdən mənzildən çıxan günə qədər hər ay 700 manat məbləğində kirayə haqqının cavabdehdən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia üzrə işin halları belə olmuşdur ki, cavabdeh 2022-ci ilin sentyabr ayından nə kirayə haqqı ödəyir, nə də mənzildən çıxmır. ## ######## 2022-ci il cavabdehin iddiaçıya 6.300 manat borcu yaranmışdı. Sonra iddiaçı həmin iddianın həcmini azaltmış, cavabdehin ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan mənzildən çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdehin mənzilindən çıxarılması qət edilmişdir. Cavabdeh tərəfindən Nəsimi rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərardadı ilə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavadeh Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzrlü sayılaraq bərpa edilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərardadı ilə müddətin bərpa edilməsindən imtina edilmişdir. Cavadeh Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərardadından şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Nəsimi rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh şikayət verdiyi müddət ərzində iddiaçının mənzildə yaşamağa davam etmiş və hər hansı məbləğdə kirayə haqqı verilməmişdir. Cavabdeh ## ###### 2024-cü il tarixdə Nəsimi rayon Icra Şöbəsinin əməkdaşı tərəfindən mənzildən çıxarılmış və mənzil həmin gün iddiaçıya təhvil verilmişdir. Beləliklə, ## ###### 2023-cü ildən yəni, Nəsimi Rayon Məhkəməsinin “mənzildən çıxarılma” barədə iddia tələbi təmin edildikdən 2024-cü ilin avqust ayının 8-dək olan müddət ərzində cavabdeh iddiaçının mənzilində qalmaqda davam etməklə, onun həmin mənzili kirayə verəcəyi təqdirdə iddiaçını 8 aylıq kirayə müqaviləsindən əldə edəcəyi gəlirdən məhrum etmişdir. Mənzilin yerləşdiyi ərazini nəzərə alaraq mənzilin kirayə bazar qiyməti 1.200 manat təşkil edir. Beləliklə, iddiaçıya məxsus mənzilin ##.##.2023##.##.2024-cü illər ərzində kirayə verilməsi ilə əlaqədar əldə ediləcək 9.600 manat gəlir cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmışdır.

7. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X1 (VÖEN 1600842092) tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli mütəxəssis rəyinə görə mənzilin parametrləri, tam əşyalı və təmirli olması qeyd edilməklə, Bakı şəhəri Nəsimi rayonu Imran Qasımov küçəsi ** saylı evin ** saylı mənzilinin 2023-cü ilin noyabr ayından 2024-cü ilin avqust ayınadək olan kirayə qiyməti əmlak bazarında 1.200-1.300 manat təşkil edir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən 9.600 manat pul vəsaiti və ödənilmiş 116 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Vüsalə Musayeva)

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh 2023-cü ilin noyabr ayından 2024-cü ilin avqust ayınadək (Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi icra edilənədək) mənzili tərk etməmiş, həmin mənzildə yaşamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktından göründüyü kimi, iddiaçı öncələr həmin mənzili kirayəyə verməklə gəlir əldə etmişdir. Cavabdeh həmin mənzili vaxtında tərk etsə idi, iddiaçı mənzili başqa şəxslərə kirayə verərək, gəlir əldə edərdi. Bununla da, həmin mənzili yuxarıda qeyd edilən dövr ərzində kirayəyə verərək gəlir əldə edə bilməməsi nəticəsində iddiaçıya 9.600 manat əldən çıxmış fayda şəklində maddi ziyan dəymişdir. Iddia tələbi və iddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis arayışı cavabdeh tərəfindən daha mötəbər sübutla təkzib edilmədiyindən iddia tələbi əsaslandığı faktiki hallara və təqdim edilmiş sübutlara görə əsaslı hesab edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 386.1, 425.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin halları hərtərəfli araşdırılmamış, kirayə haqqı üçün müəyyənləşdirilmiş məbləğ iddiaçı tərəfindən irəli sürülən hallarla əlaqələndirilməklə, qətnamə çıxarılmışdır. Halbuki qeyd olunan dəyər real kirayə qiymətləri və tərəflər arasında bağlanmış şifahi müqavilədə nəzərə alınmadığından, tələbin hüquqi əsası olmamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi iddiaçını mülkiyyətində olan mənzilin 2023-2024cü illəri əhatə edən dövr üzrə hər il üçün orta aylıq kirayə haqqının müəyyən edilməsi məqsədilə qitmətləndircinin rəyini almağı zəruri bilmişdir.

14. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **** saylı hesabatına əsasən ünvan 2 nömrəli ünvanında yerləşən, ümumi sahəsi 146.4 kv.m olan ** nömrəli mənzilin 2023-2024-cü illər üçün orta aylıq kirayə qiyməti 2023-cü il üçün – 1150 manat, 2024-cü il üçün – 1214 manat təşkil etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi dəyişdirilərək cavabdehdən maddi zərər qismində 9.550 (doqquz min beş yüz əlli) manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını qət etmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Abdıyev)

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını düzgün seçsə də, işin faktiki hallarını tam dəyərləndirməmiş və iddiaçının xeyrinə tutulmalı olan məbləği doğru müəyyənləşdirməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin mübahisəsiz hallarına görə ünvan 3 ünvanda yerləşən ** nömrəli mənzil iddiaçının mülkiyyətində olmaqla, tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən aylıq müəyyən edilmiş haqq qarşılığında cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən həmin mənzildən istifadəyə görə iddiaçıya müəyyənləşdirilmiş haqq ödənilmədiyindən, iddiaçı məhkəməyə müraciət etmiş və cavabdehin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilmişdir.

18. Cavabdeh mənzili 2023-cü ilin noyabr ayından 2024-cü ilin avqust ayınadək (Nəsimi rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi icra edilənədək) tərk etməmiş, həmin mənzildə yaşamışdır. Bu da özlüyündə iddiaçıya həmin dövrdə mənzildən istifadəsinin məhdudlaşdırılması ilə bağlı ona dəymiş zərərin maddi formada kompensasiyasını tələb etməyə əsas verir.

19. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, o, qətnamənin bütövlükdə ləğv edilməsi tələbi ilə çıxış etsə də, mahiyyət etibarilə birinci instansiya tərəfindən müəyyənləşdirilmiş kirayə üzrə aylıq haqdan narazıdır.

20. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə münasibətdə vurğulamışdır ki, birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən iddiaçının hazırki tələblə çıxış etmə hüququnu tanısa da, dəymiş zərərin məbləği ilə bağlı ayrıca araşdırma aparmamış, iddiaçının təqdim etdiyi rəylə kifayətlənmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, cavabdehin məhkəmə tərəfindən iş üzrə istinad edilmiş mütəxəssis rəyinə olan mövqeyi aydınlaşdırılmamış, həmçinin real iqtisadi bazar dəyərlərini, analoji kirayə münasibətlərində olan haqların müqayisəsi təşkil olunmadan verilmiş mütəxəssis rəyinə istinadla əldən çıxmış faydanı 9.600 manat məbləğində müəyyənləşdirmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC-nin hesabatına istinadən göstərmişdir ki, işin faktiki hallarına əsasən iddia tələbində aylıq 1200 manat kirayə haqqı məbləği hesablanmaqla 8 ay müddətinə dəymiş zərərin hesablanması xahiş olunmuşdur. Bu isə o deməkdir ki, hər nə qədər ekspert rəyi ilə 2024-cü il üçün orta aylıq kirayə qiyməti 1214 manat təsbit olunsa da, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki iş üzrə belə bir müstəsnalıq müəyyən olunmadığından, 2024-cü ilin 7 ayı üçün iddia tələbi həddində 1200 manat, 2023-cü ilin 1 ayı üçün isə 1150 manat, ümumilikdə 9550 manat məbləğində aylıq kirayə haqqı məbləğinin ödənilməsi daha məqsədəmüvafiqdir.

22. Beləliklə, qpellyasiya instansiyası məhkəməsi iş üzrə mövcud olan bütün sübutları məcmu halında qiymətləndirirərək hesab etmişdir ki, hazırda iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən ** nömrəli mənzildən istifadə ilə əldən çıxmış fayda qismində müəyyənləşdirilən zərərin məbləği dəyişdirilərək, ümumilikdə 9.550 manat məbləğində müəyyən edilməlidir

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 386.1, 425.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi, işin araşdırılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini demək olar ki araşdırmadan, mənzilin kirayə haqqının tərəflər arasında razılaşmaya əsasən 700 manat olmasını nəzərə almadan o qənaətə gəlmişdir ki, 2024cü ilin 7 ayı üçün iddia tələbi həddində 1200 manat, 2023-cü ilin 1 ayı üçün isə 1150 manat, ümumilikdə 9550 manat məbləğində aylıq kirayə haqqı məbləğinin ödənilməsni daha məqsədəmüvafiqdir. Lakin apellyasiya instansiyasının bu qənaəti işin tərəfləri arasında mövcud olmuş hallara uyğun deyil. Belə ki, mülki prosessual qanunvericinin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

b) Kassasiya şikayətinin və ona etirazın dəlilləri

27. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1091.1. Varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edilib. Bu baxımdan, qətnamə tam yoxlanılır.

30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşır.

34. Belə ki, işdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını, o cümlədən iddia tələbi, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə bağlı xüsusatları, sübutları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından əsaslandırmışdır.

35. Bu baxımdan hazırda qiymət verilməli məsələ kassasiya şikayətinin dəlilləridir.

36. Məhkəmə kollegiyası icarə haqqının 700 manat razılaşdırılması barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, həmin məbləğə razılaşma cavabdehin birinci dəfə mənzildən çıxarılması barədə iddia verilən vaxta qədər kirayədə qaldığı müddət üçün razılaşmış məbləğ olmuşdur. Lakin işdən görünür ki, cavabdeh məhkəmə qətnaməsi ilə qət edilməsinə baxmayaraq, kirayə haqqını 700 manata razılaşdırdığı mənzili 8 ay ərzində tərk etməmiş, mənzildə yaşamaqda davam etmişdir. Müqavilə müddəti bitəndən sonra 8 ay ərzində kirayə bazarındakı qiymətlərə uyğun kirayə haqqı ödəməməsi nəticəsində cavabdehin həmin haqq dəyərində xərclərə qənaət etməklə əsassız varlanması nəzərə alınarsa, iddiaçının həmin dövr üçün kirayə bazarındakı qiymətlərə uyğun kirayə haqqını tələb etməsi də düzgün olmuşdur.

37. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar