Məhkəmə qərarları › İş №2(1-8)-673/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-673/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-673/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Məcidov Vüqar Abdurrəhim oğluna, İsmayılov Elşən Fikrət oğluna, İsmayılova Gülşən Əli qızına, İsmayılova Turanə Eldəniz qızına, İsmayılov Eldəniz İmamqulu oğluna, X1, X2 və X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş, həmçinin müəyyən məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilmədikdə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Məcidov Vüqar Abdurrəhim oğluna, İsmayılov Elşən Fikrət oğluna, İsmayılova Gülşən Əli qızına, İsmayılova Turanə Eldəniz qızına, İsmayılov Eldəniz İmamqulu oğluna, X1, X2 və X3 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadından cavabdeh Məcidov Vüqar Abdurrəhim oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # ##### 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Məcidov Vüqar Abdurrəhim oğluna, İsmayılov Elşən Fikrət oğluna, İsmayılova Gülşən Əli qızına, İsmayılova Turanə Eldəniz qızına, İsmayılov Eldəniz İmamqulu oğluna, X1, X2 və X3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Məcidov Vüqar Abdurrəhim oğlundan, İsmayılov Elşən Fikrət oğlundan və İsmayılova Gülşən Əli qızından müştərək qaydada iddiaçının хеyrinə ***R********** saylı krеdit razılaşması üzrə 30473,14 manat məbləğində krеdit bоrcu, 10134,63 manat məbləğində faiz bоrcu və 26773,61 manat məbləğində cərimə borcu olmaqla, cəmi 67381,38 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, tələbin Məcidov Vüqar Abdurrəhim oğlunun mülkiyyətində olan Ucar rayonu, Qazyan kəndində xüsusi mülkiyyətdə olan 0,65 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə və İsmayılova Gülşən Əli qızının mülkiyyətində olan Yevlax şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan ** nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahələrinin və fərdi yaşayış evlərinin hərracdan satılması və cəmi 67381.38 manat məbləğində bоrcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Məcidov Vüqar Abdurrəhim oğlundan, İsmayılova Gülşən Əli qızından, İsmayılov Elşən Fikrət oğlundan müştərək qaydada tutulması, Məcidov Vüqar Abdurrəhim oğlunun mülkiyyətində olan Ucar rayonu, Qazyan kəndində xüsusi mülkiyyətdə olan 0,65 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə və İsmayılova Gülşən Əli qızının mülkiyyətində olan Yevlax şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0.0594 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan ** nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evlərinə müvafiq olaraq Məcidov Vüqar Abdurrəhim oğlunun, X3, X2, X1, İsmayılova Gülşən Əli qızının, İsmayılov Eldəniz İmamqulu oğlunun, İsmayılova Turanə Eldəniz qızının, İsmayılova Nuranə Eldəniz qızının istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia tələbi qismən təmin edilmişdir. Cavabdehlər Məcidov Vüqar Abdurrəhim oğlundan, İsmayılov Elşən Fikrət oğlundan və İsmayılova Gülşən Əli qızından müştərək qaydada ***R********** saylı krеdit razılaşması üzrə əsas borca görə 29472,49 manat, faiz borcuna görə 10134,63 manat, dəbbə puluna görə 700 manat, cəmi 40307,12 manat, habelə iş üzrə ödənilmiş dövlət rüsumuna görə 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına görə 20 manat və xidmət haqqına görə 60 manat, cəmi 110 manat məbləğində pul tutularaq iddiaçı “xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb ipoteka predmetləri olan Məcidov Vüqar Abdurrəhim oğlunun mülkiyyətində olan Ucar rayonu, Qazyan kəndində xüsusi mülkiyyətdə olan 0,65 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə və İsmayılova Gülşən Əli qızının mülkiyyətində olan Yevlax şəhəri, Məhsəti küçəsində xüsusi mülkiyyətdə olan 0,0594 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan ** nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 56000 manat və 12000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində fərdi yaşayış evləri və onların yerləşdiyi torpaq sahələrinin boşaldılması, satışdan əldə edilən məbləğlər iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin tələbindən artıq olarsa, artıq məbləğlər cavabdehlər Məcidov Vüqar Abdurrəhim oğluna və İsmayılova Gülşən Əli qızına qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh Məcidov Vüqar Abdurrəhim oğlu qətnamədən apellyasiya şikayəti verərək, Ucar Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-*/**** nömrəli qətnaməsinin əsas və faiz borcunun tutulması hissəsində ləğv edərək, yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə cavabdeh Məcidov Vüqar Abdurrəhim oğlu tərəfindən verilmiş həmin apellyasiya şikayəti qismən təmin edilmişdir. Ucar Rayon Məhkəməsinin ## ###### 2024cü il tarixli, *(***)-*/**** nömrəli qətnaməsi “..., ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 56000 manat və 12000 manat məbləğində müəyyən edilməklə ...” hissəsində dəyişdirilərək, həmin ipoteka predmetlərinin ilkin satış qiyməti müvafiq olaraq 101000 manat (Ucar rayonu Qazyan kəndində cavabdeh Məcidov Vüqar Abdurrəhim oğlunun xüsusi mülkiyyətində olan 0,65 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin likvid dəyəri) və 22000 manat (Yevlax şəhərinin Məhsəti Gəncəvi küçəsində cavabdeh İsmayılova Gülşən Əli qızının xüsusi mülkiyyətində olan 0,0594 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ** nömrəli fərdi yaşayış evinin likvid dəyəri) məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Cavabdeh Məcidov X6 Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ##.##.2026-cı il tarixində kassasiya şikayəti verilmişdir.

6. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə cavabdeh Məcidov Vüqar Abdurrəhim oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsinin qətnaməsi tərəfə rəsmi qaydada verildikdən sonra 2 (iki) ay müddətində kassasiya şikayəti verilməli olmasına baxmayaraq, # ###### 2025-ci il tarixdə rəsmi qaydada təqdim olunmuş qətnamədən kassasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə ##.##.2026-cı ildə, saat 23.33-də təqdim edilmişdir. Həmçinin kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsinə baxmayaraq, şikayətçi tərəfindən Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayəti ilə birlikdə məhkəməyə “buraxılmış prosessual müddətin üzrlü hesab olunaraq bərpa edilməsi” üçün müvafiq vəsatət verilməmiş və buraxılan müddətin üzrlü olmasını təsdiq edən sübutlar (sənədlər) məhkəməyə təqdim edilməmişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Məcidov Vüqar Abdurrəhim oğlunun adından verilmiş hazırkı kassasiya şikayəti geri qaytarılmalıdır.

8. Bundan əlavə, məhkəməyə təqdim olunan kassasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi ilə əlaqədar qeydin aparıldığı” bölməsində (qrafasında) cavabdeh Məcidov Vüqar Abdurrəhim oğlunun adından kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun – həmin cavabdehin adından deyil, # ###### 2026-cı ildə, saat 22.55-də nümayəndə Nümayəndə adından ödənildiyi qeyd olunmuşdur.

9. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 130.3, 408.1.3 və 408.1.4-cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 4.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi, kassasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin sağlamlıq durumu, onun həyatda qalma mübarizə ilə yanaşı, iddiaçı tərəfindən yaradılmış maddi tələblərə qarşı ədalət axtarışı məhkəməyə sonsuz inamı ilə bağlı idi. Humanizm axtardığı məhkəmə tərəfindən onun # ###### 2026 tarixdə yox, # ###### 2026 tarixdə kassasiya şikayətini verməsi, həmçinin kassasiya şikayəti üçün dövlət rüsumunun vəkil-nümayəndə tərəfindən ABB proqram təminatı ilə ödənilməsi əsası ilə kassasiya şikayətinin geri qaytarılması cavabdehdə məyusluq və ümidsizlik yaratmışdır. Belə ki, o əvvəlki vəkili ilə çoxdan əlaqəsini kəsmişdir. Məhkəmə qətnaməsinin elektron kabinetə nə zaman yerləşdirilməsindən məlumatsız olmuşdur. Bundan başqa, dövlət rüsumunun qədəri və ödəmə vasitəsindən məlumatsız olan cavabdehdən (5 ci dərəcə böyrək çatışmazlığı xəstəliyindən, mütəmadi hümodializ proseduru ilə vaxtını keçirməyə məhkum olan şəxsdən) dövlət rüsumunun mütləq şəkildə özünün ödəməli olmasının tələb edilməsi onun üçün mümkünsüz tələbdir. Həmçinin cavabdehin yeganə yaşayış yeri olan ünvanına apellyasiya məhkəməsi tərəfindən qətnamə göndərilmiş, həmin qətnamənin çatdırılması barədə zərfdə ## ###### 2025 ci il qeyd edilsə də, zərf cavabdehə 1# ###### 2025 ci il tarixdə təqdim edilmişdir. Məhz bu da cavabdeh tərəfindən kassasiya şikayətinin 11 (14) fevral 2026-cı ilə qədər vermək hüququnun olması barədə təəssürat yaratmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

13. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

14. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə geri qaytarılır.

15. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır.

16. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun

18. Maddə 2.0.1. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üçün dövlət rüsumu tutulur.

19. Maddə 4.6. Dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur.

20. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir.

Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh Vüqar Məcidov # ###### 2025-ci il tarixdə ona rəsmi qaydada təqdim olunmuş qətnamədən 2 (iki) ay müddətində kassasiya şikayəti verməli olduğu halda, kassasiya şikayətini prosessual müddət keçdikdən sonra Şəki Apellyasiya Məhkəməsinə ##.##.2026-cı ildə, saat 23.33-də təqdim etmiş, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün vəsatət verilməmişdir. Həmçinin kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu onun tərəfindən ödənilməmişdir. Belə olan halda kassasiya şikayəti geri qaytarmaqda məhkəmə haqlı olmuşdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülmüş dəlillər, yəni əvvəlki vəkili ilə əlaqəni kəsməsi, qətnamənin elektron kabinetə nə zaman yerləşdirilməsindən məlumatsız olması, dövlət rüsumunun qədəri və ödənilməsi qaydasından məlumatsız olması, xəstəliyi ilə bağlı dövlət rüsumunun şəxsən ödəyə bilməməsinin nəzərə alınmaması hallar apellyasiya məhkəməsinin qərardadının ləğvi üçün əsas ola bilməz.

26. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh Məcidov Vüqar Abdurrəhim oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar