Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-687/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” İddiaçıəhmdar Cəmiyyətinin cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı “xxxx” ASC-nin cavabdeh Bayramova (Təhməzova) Hökümə Rafiq qızına qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Quba Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş və ##.##.2015-ci il tarixli ***************/ip №-li Ipoteka müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına ##.##.2015-ci il tarixli *************** №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh ASC İddiaçı qarşısında 16 610,09 (on altı min altı yüz on ABŞ dolları 09 sent) ABŞ dollarıəsas borc, 2 922,35 (iki min doqquz yüz iyirmi iki ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, ##.##.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 219,49 (iki yüz on doqquz ABŞ dolları49 sent) ABŞ dolları məbləğində penya, cəmi 19 751,93 (on doqquz min yeddi yüz əlli bir ABŞ dolları 93 sent ) ABŞ dolları borcun tutulduğu anda Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ASC İddiaçı xeyrinə tutulması qət edilmişdir.
2. Quba rayon Icra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Quba rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh və X1 tərəfindən icra sənədi ilə müəyyən edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. Icra sənədi üzrə borcluların ASC İddiaçı qarşısında cari tarixə yerinə yetirilməmiş öhdəliyi qalmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2015-ci il tarixli *************** №-li Kredit müqaviləsi üzrə cavabdeh Bayramova (Təhməzova) Hökümə Rafiq qızının iddiaçı ASC İddiaçı qarşısında ##.##.2016-cı il tarixdən ##.##.2017-ci il tarixədək kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 1 201,65 (bir min iki yüz bir ABŞ dolları 65 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc, ##.##.2016-cı il tarixdən ##.##.2017-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1 218,07 (bir min iki yüz on səkkiz ABŞ dolları 07 sent) ABŞ dolları məbləğində penya və ##.##.2017-ci il tarixindən ##.##.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 4 979,46 (dörd min doqquz yüz yetmiş doqquz ABŞ dolları 46 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi,cəmi 7 399,18 (yeddi min üç yüz doxsan doqquz ABŞ dolları 18 sent) ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçı Bankının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, *************** №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz faiz) ödənilmək şərti ilə 18 500 (on səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir (Kredit müqaviləsiəlavə edilir). Kredit müqaviləsi üzrə borcalan H.R.Bayramovanın (Təhməzovanın) öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC İddiaçı ilə X1 arasında sonuncuya məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 273,4 kv.m ümumi, 125,6 kv.m yaşayış, 147,8 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə ##.##.2015-ci il tarixli ***************/ip №-li Ipoteka müqaviləsi bağlanmışdır. Borcalan H.R.Bayramova (Təhməzova) tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı ASC İddiaçı «Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında» iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli 2(027)***/**** №-li qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və ##.##.2015-ci il tarixli ***************/ip №-li Ipoteka müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına ##.##.2015-ci il tarixli *************** №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh ASC İddiaçı qarşısında 16 610,09 (on altı min altı yüz on ABŞ dolları 09 sent) ABŞ dolları əsas borc, 2 922,35 (iki min doqquz yüz iyirmi iki ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, ##.##.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 219,49 (iki yüz on doqquz ABŞ dolları 49 sent) ABŞ dolları məbləğində penya, cəmi 19 751,93 (on doqquz min yeddi yüz əlli bir ABŞ dolları 93 sent ) ABŞ dolları borcun tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ASC İddiaçı xeyrinə tutulması qət edilmişdir (“qət etdi” hissəsi ixtisarla qeyd edilib). ##.##.2017-ci il tarixli qətnamə qanuni qüvvəsini aldıqdan sonra borcalan H.Bayramova (Təhməzova) tərəfindən həmin qətnamə üzrə Bankın xeyrinə tutulması qət edilmiş borc məbləği (hissə-hissə ödənişlər icra edilməklə) tam şəkildə ##.##.2024-cü il tarixində ödənilmişdir. Buna baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcu qalmışdır. Belə ki, ##.##.2017-ci il tarixli qətnamə ilə qət edilmiş məbləğdən başqa, cavabdehin hazırda Banka ilkin iddia tələbləri üzrə məhkəməyə müraciət edilən tarixdən yəni ##.##.2016-cı il tarixdən ##.##.2017-ci il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 1 201,65 (bir min iki yüz bir ABŞ dolları 65 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə vaxtı keçmiş əsas borcun ödənilməsini gecikdirdiyinə görə Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir ki, ##.##.2016-cı il tarixdən ##.##.2017-ci il tarixinədək bu məbləğ 1 218,07 (bir min iki yüz on səkkiz ABŞ dolları 07 sent) ABŞ dolları təşkil edir. Bundan başqa, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.
5. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim Aydın Babayev).
6. Məhkəmə ilk öncə qeyd etmişdir ki, iddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə və həmin ipoteka predmetinin açıq hərracda satılmaqla satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsinə dair Quba rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2017-ci il tarixli icra sənədinin icrasına cavabdeh tərəfindən mane törədilməsi halı müəyyən olunmamışdır. Belə ki, icra sənədinin icrasını üzrə hərəkətlər müəyyən olunmuş vaxt ərzində icra edilməklə icra sənədinin icrasına nail oluna bilərdi. Belə olan halda, borclunun cavabdehin pul məbləğinin ödənilməsini gecikdirməkdə ifadə olunan hərəkətləri müəyyən olunmur.
8. Məhkəmə qeyd etmişdir ki, iddia ilə həmçinin ##.##.2016-cı il tarixdən ##.##.2017-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1218,07 (bir min iki yüz on səkkiz ABŞ dolları 07 sent) ABŞ dolları məbləğində penya məbləğinin tutulması xahiş olunmuşdur.
9. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
10. Məhkəmə hesab etmişdir ki, borc tam ödənilməklə kreditor icranı qəbul etdiyindən və icranı qəbul edərkən cərimə ilə bağlı qarşı tərəfə hər hansı tələb irəli sürülmədiyindən, hazırda cərimə cavabdehin güvəndiyi əvvəlki rəftara zidd hüquq həyata keçirilməklə tələb edildiyindən, iddia bu hissədə də təmin oluna bilməz.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445, 465.2, 560-cı maddəsinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli qərarlarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 216, 220ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Iddiaçı “xxxx” ASC apellyasiya şikayəti verərərk, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 63.87 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən tutulmasını xahiş etmişdir.
13. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli 2(027)- ***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan Kredit müqaviləsi üzrə 16 610,09 ABŞ dolları məbləğində əsas borcdan, 2 922,35 ABŞ dolları məbləğində adi faizlər üzrə borcdan, ##.##.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 219,49 ABŞ dolları məbləğində penyadan ibarət olan, cəmi 19 751,93 ABŞ dolları məbləğində borcun ödənilməsi, cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə Bank tərəfindən tələb edilən borc məbləği ##.##.2016-cı il tarixinədək (həmin mülki iş üzrə iddia ərizənin məhkəməyə təqdim edildiyi tarixədək) hesablanmış borc məbləğindən ibarət olmuşdur. Hazırki iddia tələbi isə kredit müqaviləsi üzrə həmin tarixdən, yəni ##.##.2026-cı il tarixindən ##.##.2017-ci il tarixinədək (adı çəkilən qətnamənin qəbul edildiyi tarix) kreditdən istifadəyə görə illik 19 % faiz dərəcəsi ilə hesablanmış 1 201,65 ABŞ dolları adi faizlər üzrə borcun, ##.##.2016-cı tarixdən ##.##.2017-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 1 218,07 ABŞ dolları məbləğində penyanın və##.##.2017-ci il tarixindən ##.##.2024-cü il tarixədək, yəni əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 4 979,46 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulması ilə bağlıdır. Belə olan təqdirdə, yəni iddia tələbinin qanuni əsasının olmaması barədə məhkəmənin gəldiyi nəticə yanlış olmuşdur. Məhkəmə tərəfindən Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri pozulmuşdur. Iş materiallarında mövcud olan ##.##.2015-ci il tarixli *************** №-li Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmçinin ##.##.2023-cü il tarixində qüvvəyə minmiş qanunla Mülki Məcəllənin kredit münasibətləri ilə bağlı müddəalarına əsaslı dəyişikliklər edilərək “Borc fəsli” yeni redaksiyada verilmişdir. Həmin dəyişikliklərin təhlili də təsdiq edir ki, kreditor kredit müqaviləsi üzrə öhdəliklərin faktiki olaraq tam şəkildə icra edildiyi tarixə qədər əsas borc məbləğinə müqavilə ilə müəyyən edilmiş faiz dərəcəsi ilə adi faizləri və penyanı hesablamaq hüququna malikdir. Belə ki, dəyişikliklərdən sonra MM-in 740.4-cü maddəsində faizlərin, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlərin və digər haqların yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanmalı olduğu qeyd edilmişdir. Oxşar mövqe Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cumaddəsinin bəzi müddəalarının şərh olunmasına dair” ## #### 2009-cu il tarixli qərarında da ifadə olunmuşdur (25-ci abzas). Həmin hüquqi mövqeyə görə «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur». Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmə qərarının çıxarılması tərəflər arasındakı müqavilə münasibətlərinə xitam vermir. Buna da uyğun olaraq iddiaçının kredit müqaviləsi öhdəliklərinin tam şəkildə icra edildiyi vaxtadək əsas borc məbləğinə kredit müqaviləsinə uyğun olaraq faiz hesablamaq hüququ var. Digər tərəfdən Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra ##.##.2014-cü il tarixli qərarında növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında da göstərilmişdir ki, “AzərbaycanRespublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir” (“qərara aldım” hissəsi, 5-ci bənd)
14. Bankın tələblərinin əldən çıxmış faydaya münasibətdə də təmin edilməməsi ilə bağlı gəlmiş olduğu yekun mövqey ilə razılaşmayaraq qeyd edilməlidir ki, ipoteka predmetinə tutmanın yönəldilməsində məqsəd pul öhdəliyi üzrə borcun qaytarılmasına nail olmaq olduğundan ipoteka predmeti müvafiq qaydada ipoteka saxlayan tərəfindən əldə olunanadək, yaxud ipoteka predmetinin başqa şəxslərə satışından daxil olan vəsait ipoteka ilə təmin olunmuş öhdəlik üzrə borcun ödənilməsi üçün kreditora verilənədək həmin borcun qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi artmaqda davam edir. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun “Ipoteka predmetinə tutmanın yönəldilməsi və ona xitam verilməsi” adlanan V fəslinin müddəalarından aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi ipoteka saxlayan tərəfindən ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilməsi (həmin Qanunun 36-cı maddəsi) ilə başlayır və məntiqi ardıcıllıqla davam edərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi ilə, o cümlədən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilməklə (həmin Qanunun 47-ci maddəsi) başa çatır. Bu baxımdan, borcverən bank ipoteka predmeti icra qaydasında satılanadək həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəniən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2,443.1, 443.2 və 445.7ci maddələrinə uyğun olaraq, tələb etməkdə haqlıdır. Çünki bankın əsas fəaliyyəti məhz ayrıayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə icraatı uzun müddət ərzində davametdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər şəxslərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Iddiaçı Bankın həm adi faizlər üzrə borc məbləğinin, həmçinin də əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulmasının tələb etməsinin qanuni əsasları vardır. Eyni zamanda iddiaçı Bankın ##.##.2016-cı il tarixindən ##.##.2017-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 1 218,07 ABŞ dolları məbləği təşkil edən penyanın tutulması ilə bağlı tələbi də MM-nin 462-ci maddəsindən və Kredit müqaviləsinin 6.2-cibəndindən irəli gəlir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən isə Borc alan əsas borcməbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora penya ödəməyi öz öhdəsinə götürmüşdür.
15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən – təmin edilməyən “əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 4 979,46 (dörd min doqquz yüz yetmiş doqquz ABŞ dolları 46 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilmiş, cavabdeh Bayramova (Təhməzova) Hökümə Rafiq qızından ##.##.2018-ci il tarixindən ##.##.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 4.979,46 (dörd min doqquz yüz yetmiş doqquz ABŞ dolları 46 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə iddiaçı ASC İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Lalə Rəhimlisədrlik edən və məruzəçi, Almaz Süleymanova və Fuad Məmmədov).
16. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kredit müqaviləsi üzrə borc münasibətləri olmuş, cavabdeh borcun ödənilməsini gecikdirilmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, illik 5 faiz hesablanmaqla, faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçı öhdəliyin cavabdeh tərəfindən vaxtında icra edilməməsi nəticəsində illik 5% həcmində gecikdirilmiş vaxt üçün faiz borcunu tələb etməkdə haqlıdır.
19. Məhkəmə kollegiyasının qənaətinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi baxımından gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində cavabdehdən tutulmalı, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinin qəbul olunduğu tarixdən yəni ##.##.2018-ci ildən başlayaraq icra sənədi üzrə borc ödənildiyi tarixədək, yəni ##.##.2024-cü ilədək illik 5% hesablanmaqla, yəni 4 979,46 (dörd min doqquz yüz yetmiş doqquz ABŞ dolları 46 sent) ABŞ dolları cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
20. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində digər mübahisələndirilən hissələrə dair göstərdiyi dəlilləri formal mülahizə kimi qiymətləndirirərək hesab etmişdir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğvi üçün əsas ola bilməz.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 399.3, 442,443.1, 445.7, 447.1, 448.1, 448.2-ci maddələrinə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il qərarlarına istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək, qətnaməsinin qismən, apellyasiya şikayətinin (iddianın) təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə, ipoteka predmetinin açıq hərracda satılmasına, əldə ediləcək pulun hesabına borcun ödənilməsinə onun tərəfindən heç bir maneə olmamışdır. Borclu tərəfindən öhdəliyin icrasının gecikdirilməsi zamanı bu vaxt üçün faiz tələb oluna bilər. Onun isə iddiaçının pulunun ödənilməsini gecikdirməkdə ifadə olunan hərəkəti müəyyən edilmir. Kreditorla arasında borcun tam ödənilməsi ilə bağlı razılaşma olmuş, tərəfindən borc tam ödənilmişdir. Icra işi üzrə icraata xitam verilmişdir. Bu hal Mülki Məcəllənin 445.9-cu maddəsində qeyd olunmuşdur. Hazırki iş üzrə gecikməyə görə illik faizin müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.
24. Hazırki iş üzrə tam aydın olur ki, kreditor icranı qəbul etmişdir, icranı qəbul edərkən cərimə tətbiqi barədə heç bir şərt olmamışdır. Borc məbləği bankın da mənafeyinə uyğun olmuşdur. Yalnız borc ödənildikdən sonra belə bir iddia ilə iddiaçının məhkəməyə müraciət etməsi, mülki hüquqların hüquqa uyğun həyata keçirilməməsi kimi qiymətləndirilməlidir.
25. Bundan başqa, hazırki iş üzrə qətnamə qəbul edilərkən işdə olan sübutlara düzgün qiymət verilməmişdir. Mübahisələndirilən pul məbləği ilə əlaəqdar iddiaçı bankla arasındakı razılaşmalara dair faktlar tam araşdırılmamışdır. Bunun nəticəsində qeyd olunan prosessual hüquq normasının tələbinə tam əməl olunmadığından iddia tələbinin təmin edilməsi barədə qənaətə gəlinmişdir.
26. Kassator şikayətini Mülki Məcəllnin 445, 445.7, 445.8, 445.9, 465.2-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; əvvəlki redaksiyada 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
32. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
33. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
34. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü il tarixli qərarı.
36. Icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il qərarı.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirilən hissədə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
47. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
49. Məhkəmə kollegiyası vurğulayır ki, kassatorun kassasiya şikayətində qeyd etdiyi “gecikməyə görə illik faizin müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir” dəlili əsassızdır, ona görə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi baxımından kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğini borcludan tələb edə bilər, çünki borc öhdəliyi lazımı müddətdə və həcmdə icrası təmin edilməmişdir.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
51. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.