Məhkəmə qərarları › İş №2(1-8)-698/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-698/2026

23.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-698/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh na qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: reqress qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. ## ######## 2022-ci il tarixli “Tibbi xidmətlərin göstərilməsi haqqında” müqavilə ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (“sifarişçi”) cərrahi tibbi xidmətlərin göstərilməsini sifariş verib, “icraçı” həkim-cərrah Cavabdeh razılaşdırılmış xidmət haqqı ödəməyi, “icraçı” isə “sifarişçi”nin müəyyən etdiyi qaydada tibbi xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən “Icraçı” müqavilədə nəzərdə tutulan xidməti vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. Müqavilənin 6.2-ci bəndinə əsasən “Icraçı” göstərdiyi cərrahi tibbi xidmətlərin tam normativ qaydalara uyğun və keyfiyyətli icra edilməməsi üçün məsuliyyət daşıyır.

2. Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun ## ####### 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı ilə X6 Iddiaçı nda sünnət edilməsi ilə əlaqədar həkim cərrah Cavabdeh əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh qarşı iddiası qismən təmin edilərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı X3 xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 manat məbləğində pulun tutulması qət olunmuşdur. Həmin qətnamənin məzmunundan görünür ki, X6 Iddiaçı nda “sünnət” əməliyyatı zamanı həkim Cavabdeh tərəfindən əməliyyat qüsurlu icra olunmuş, bununla əlaqədar olaraq həkim Cavabdeh təqsirli bilinsə də, iddiaçının maddi tələbə (mənəvi ziyan ilə bağlı) daha tez əlçatanlığını təmin etmək, “xxxx” MMC-nin hüquqi şəxs olaraq maddi imkanlarının olması ehtimalının yüksək olması məhkəmə tərəfindən nəzərə alınaraq 10.000 manat məbləğində mənəvi zərərin cavabdeh “xxxx” MMC-dən tutulması qərara alınmış, bu halın gələcəkdə “xxxx” MMC-nin digər təqsirli cavabdehdən həmin pulun reqress qaydada tələb edilməsini də istisna etmədiyi qeyd olunmuşdur.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın maddi zərərin tutulması barədə hissəsinin rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılması, X2 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 26600 manat məbləğində pul vəsaitinin tutularaq X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin məzmununa əsasən X6 Iddiaçı nda “sünnət” əməliyyatı zamanı həkim Cavabdeh tərəfindən əməliyyatın qüsurlu icra olunması inkar edilməmiş, birinci instansiya məhkəməsinin zərərçəkmiş şəxsə dəymiş mənəvi ziyanın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasına hər hansı bir irad bildirilməmiş, bununla yanaşı zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmasına qərar verilmişdir.

5. “xxxx” MMC tərəfindən Nəsimi rayon Icra Şöbəsinin hesabına ümumilikdə 38.243.32 manat məbləğində pul ödənilmişdir.

6. Icraata xitam verilməsi haqqında qərara əsasən “xxxx” MMC tərəfindən mənəvi zərərin əvəzi kimi tələbkar X3 xeyrinə ödənilməli olan 10.000 manat və 26600 manat məbləğ borclu tərəfindən tam şəkildə təmin olunmuşdur.

7. ## ###### 2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən tərəflər arasında bağlanmış tibbi xidmətlərin göstərilməsi haqqında ## ######## 2022-ci il tarixli müqaviləsindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin qarşılıqlı razılaşma əldə olunmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış “Tibbi xidmətlərin göstərilməsi haqqında” ## ######## 2022-ci il tarixli müqavilənin cavabdeh tərəfindən lazımi qaydada icra olunmadığı üçün tərəfindən ödənilmiş 36600 manat pulun, işgüzar nüfuzuna dəymiş maddi zərərə görə 5000 manat pulun, hüquqi yardıma görə ödədiyi 500 manat pulun, cəmi 42100 manat pulun və ödənilmiş 217 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia onunla əsaslandırılmışdır ki, vətəndaş X2 cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 vurulmuş maddi zərərin əvəzi olaraq 49150 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat olmaqla, ümumilikdə 99150 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC-dən iddiaçı X3 xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 manat məbləğində pulun tutulması, iddia tələbinin maddi zərərin ödənilməsi və cavabdeh Cavabdeh qarşı münasibətdə təmin edilməməsi qət edilmişdir. Iddiaçı X3 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın maddi zərərin tutulması barədə hissəsinin rədd olunması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, maddi zərərin ödənilməsi tələbinə dair iddianın qismən təmin edilməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 26600 manat məbləğində pul vəsaitinin tutularaq X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Tibbi xidmətlərin göstərilməsi haqqında ## ######## 2022-ci il tarixli müqavilənin 6.1-ci bəndinə görə “Icraçı” müqavilədə nəzərdə tutulan xidməti vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən “Icraçı” göstərdiyi cərrahi tibbi xidmətlərin tam normativ qaydalara uyğun və keyfiyyətli icra edilməməsi üçün məsuliyyət daşıyır. Həmin müqavilənin 3.2.3-cü və 3.2.4-cü bəndlərinə əsasən xidmətin göstərilməsi ilə əlaqədar “Sifarişçi”yə məlumat vermək və xidməti vicdanla yerinə yetirib “Sifarişçiyə” təhvil vermək kimi vəzifələri göstərilmişdir. Cavabdehə yazılı qaydada pretenziya poçt vasitəsilə, eləcə də istifadəsində olan 050-XXX-50-50 mobil nömrənin vatsapına pretenziya məktubu əlavə edilmiş, məhkəmədən öncə həll olunması cavabdehə bildirilsə də, qarşılıqlı razılaşma əldə olunmamışdır. Cavabdehin hərəkətinə (hərəkətsizliyinə) görə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işgüzar nüfuzuna xələl dəymiş, cavabdeh klinika ilə imzaladığı xidməti müqavilənin şərtlərini kobud qaydada pozaraq əməliyyatı yetərincə yerinə yetirməmişdir. X2 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin adını müxtəlif dövlət orqanlarına ünvanlandığı şikayət ərizələri əsasında araşdırma aparılmış və Cəmiyyət hər yerdə bununla bağlı açıqlama vermiş, hətta Bakı şəhəri Nəsimi Rayon Prokurorluğu cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ####### 2023-cü il tarixli qərar qəbul etmişdir.

10. Şərur Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim A.Orucəliyev) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 36600 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə əsaslı sayılmadığından rədd edilməsi, iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 217 manat məbləğində dövlət rüsumunun 188,65 manat hissəsinin cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X6 Iddiaçı nda sünnət əməliyyatı zamanı həkim Cavabdeh tərəfindən əməliyyat qüsurlu icra olunmuş, nəticədə zərərçəkmiş şəxsə maddi və mənəvi zərər dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələri ilə ümumilikdə 36.600 manat (26.600 manat maddi və 10.000 manat mənəvi zərər) həkim Cavabdeh işlədiyi “xxxx” MMCdən zərərçəkmişin

11. xeyrinə tutulmuşdur. Həmin qətnamələrdə Cavabdeh təqsirli bilinsə də, iddiaçının maddi tələbə daha tez əlçatanlığını təmin etmək məqsədi ilə məhkəmələr tərəfindən zərərçəkmiş şəxsə ödəniləcək məbləğlərin “xxxx” MMC-dən tutulması qərara alınmış, bu halın gələcəkdə “xxxx” MMC-nin digər təqsirli cavabdehdən, yəni həkim Cavabdeh həmin pulun reqress qaydada tələb edilməsini də istisna etmədiyi qeyd olunmuşdur. Hazırkı iş üzrə cavabdeh həkim Cavabdeh həmin qətnamələri mübahisələndirməmiş, qətnamələr üzrə maddi və mənəvi ziyana görə müəyyən edilmiş məbləğlər onun işlədiyi “xxxx” MMC tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir.

12. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək (xidmət) müqaviləsi əsasında həkim-cərrah vəzifəsində çalışmış və X6 qarşı cərrahi əməliyyatı həmin əmək funksiyalarını icra edərkən həyata keçirmişdir. Bu baxımdan, vurulmuş zərər Mülki Məcəllənin 1114.1-ci maddəsinə uyğun olaraq işçinin qulluq vəzifələrinin icrası zamanı baş vermiş hesab olunur. Odur ki, işəgötürən olan “xxxx” MMC zərərin əvəzini ödədikdən sonra cavabdeh həkimə qarşı ödənilmiş məbləğ miqdarında reqress tələbi irəli sürmək hüququna malikdir.

13. Bu səbəbdən də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2024-cü il tarixli qətnamələri əsasında X4 xeyrinə ödənilmiş ümumilikdə 36600 manat məbləğində pul cavabdeh Cavabdeh alınaraq, “xxxx” MMC-yə ödənilməlidir.

14. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçı ərizəsində işgüzar nüfuzuna dəymiş maddi zərərə görə 5000 manat pulun, o cümlədən hüquqi yardıma görə ödədiyi 500 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edərkən bu tələblərini heç bir konkret sübutla (məsələn: müştərilərin kəskin azalması, gəlirlərdə konkret düşüş, reklam/reputasiya bərpası üçün çəkilmiş sənədləşdirilmiş xərclər, həmçinin iddiaçı tərəfindən vəkilə həqiqətən 500 manat ödənildiyini təsdiqləyən ödəniş qəbzi və ya vəkillə bağlanmış müqavilə və s.) əsaslandırmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1112, 1114.1-ci, Mülki Prosessual Məcəllənin 82.3cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2016cı il tarixli qərarına istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə qətnaməsini aldıqdan sonra, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında xidmət müqaviləsinin mövcudluğundan xəbərdar olmuşdur. Belə ki, ona SMS xəbərdarlıqla məhkəmə iclası barədə məlumat daxil olmasına baxmayaraq, iddia ərizəsi və əlavə edilmiş sənədlər ona təqdim edilməmişdir. Artıq uzun illərdir ki, o, Şərur rayonunda qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq orada yaşamır. Onun faktiki yaşayış yeri Bakı şəhəridir. Bununla əlaqədar, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən xəbəri olmayıb. Eyni zamanda, o, onkoloji xəstədir və xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhərində müayinə və müalicələri olur. Bununla bağlı məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Qətnamə ilə tanış olarkən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdə xidməti müqavilə olduğunun fərqinə varmışdır. Lakin, ümumiyyətlə onun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında heç bir zaman müqavilə (əmək və yaxud xidməti müqavilə) bağlanmamışdır. Iddiaçı tərəfin təqdim etdiyi ## ######## 2022-ci il tarixli müqavilədə olan imza ona aid deyil. Belə ki, şəxsiyyət vəsiqəsində olan imzanı o, vəsiqənin verildiyi tarixdə, yəni 2008-ci ildə çəkmişdir. Artıq 10 ildən çoxdur ki, onun imzası şəxsiyyət vəsiqəsindəki imza kimi deyil, tamam fərqli bir imza çəkir. Müqavilədəki imza isə şəxsiyyət vəsiqəsindəki imzasına oxşadılsa belə, professional bir şəkildə çəkilməyib və şəxsiyyət vəsiqəsində göstərilən imza ilə müqavilədə başqa bir şəxs tərəfindən, sanki ona məxsusmuş kimi çəkilən imza arasında kifayət qədər fərqlər var, həmin fərqlər vizual olaraq nəzərə çarpır. Eyni zamanda, istər Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun böyük müstəntiqi, R X1 icraatında olan material üzrə araşdırma zamanı, istərsə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olmuş mülki iş üzrə məhkəmə iclasları zamanı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən guya ki, onunla onlar arasında bağlanmış olan ## ######## 2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilə təqdim edilməmişdir. Iddiaçı saxta və etibarsız müqaviləni məhkəməyə təqdim edərək, reqress iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən tərəflər arasında bağlanmış kimi göstərilən əqdin, yəni xidmətlərin göstərilməsinə dair müqavilənin etibarlılıq şərtinin ödənilib-ödənilməməsini müəyyən etməli idi. Birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlar məhkəmə tərəfindən ətraflı və lazımi diqqətlilik göstərilməli olduğu halda, tam diqqətlə sübutları tədqiq etmədən məhkəmə qətnaməsi çıxarmış və bununla da yanlış nəticəyə gəlmişdir. Məhkəmənin tam səhih nəticəyə gəlməsi üçün təqdim olunmuş sübutlara baxış keçirməli, yuxarıda qeyd etdiyi şübhəli məqamları gözardı etməməli və xətşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad çıxarmalı, əqdin etibarlılıq şərtinin ödəyib-ödəməməsini müəyyənləşdirməli idi. Məhkəmə onu lazımi qaydada iddia ərizəsini göndərməklə məlumatlandırmalı və onun tərəfindən də sübutların məhkəməyə təqdim edilməsi üçün şərait yaratmalı idi.

18. Cavabdeh Cavabdeh apellyasiya instansiyası məhkəməsinə ## ###### 2025-ci tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət ərizəsi ünvanlayaraq, ərizəyə Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin rəyini əlavə etmiş, rəydə ## ######## 2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilədəki imzanın Cavabdeh məxsus olmadığı göstərilmişdir.

19. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim M.Allahverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Z.Əliyev və S.Qarayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsumuna dair hissədə dəyişdirilmiş və iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 217 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Elektron məhkəmə” informasiya sisteminin məlumatlarından aydın olmuşdur ki, cavabdehin ## ###### 2024-cü il tarixdən “Elektron Məhkəmə” informasiya sistemində aktiv elektron kabineti mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən ona ünvanlanan bütün sənədlər – o cümlədən iddia ərizəsi, əlavələr, məhkəmə bildirişləri və məktublar – sistemdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Iş materiallarında olan CMC qeydlərindən və SMS bildirişlərdən aydın olmuşdur ki, sistemə sənədlərin yerləşdirilməsi barədə cavabdehin elektron kabinetinə müvafiq sənədlər əlavə olunmuş, həmçinin məhkəmə iclaslarının vaxtı və yeri barədə onun mobil nömrəsinə SMS xəbərdarlıqlar göndərilmişdir. Belə olan halda, apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh işin icraata qəbul edilməsi və məhkəmə iclaslarının vaxtı barədə məlumatlandırılmış, həmçinin cavabdehin elektron kabinetinin olması iddia ərizəsi və digər sənədlərin də “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilməsi iddia edilən sənədlərdən onun xəbərsiz olmasını inandırıcı etmir. Xüsusən qeyd olunmuşdur ki, cavabdehin özü tərəfindən birinci instansiya məhkəməsinə iddia tələbinə qarşı etiraz ərizəsi ünvanlaması onun mübahisə və iddia tələbi barədə məlumatlı olduğunu birmənalı təsdiq edir. Çünki həmin ərizənin məzmunundan da bu aydın olur. Belə ki, əgər o, iddia ərizəsi ilə tanış olmasaydı, iddia tələbinin mahiyyəti barədə məlumatlı olmaz və etiraz ərizəsi təqdim etməsi mümkün olmazdı. Bu hal onun apellyasiya şikayətindəki ziddiyyətli izahlarını əsassız edir. Beləliklə, cavabdehin “iddia ərizəsi və sənədlər mənə təqdim edilməyib” iddiası iş materialları ilə təkzib olunur və inandırıcı hesab edilmir.

21. Cavabdehin apellyasiya şikayətinə Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin rəyini əlavə etməsinə münasibətdə kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Tədqiq olunmuş iş materiallarından aydın olmuşdur ki, cavabdeh bu rəyi birinci instansiya mərhələsində təqdim etməmiş və təqdim edə bilməməsinin ondan asılı olmayan üzrlü səbəbdən olmasına dair hər hansı sübut və ya əsas göstərməmişdir. Məhkəmə icraatı dövründə onun elektron kabineti aktiv olmuş, SMS xəbərdarlıqlar almış, etiraz ərizəsi göndərmək üçün işlə tanışlıq imkanı olmuşdur. Ekspertiza rəyinin birinci instansiyada təqdim edilməməsi cavabdehin öz prosessual davranışı ilə bağlıdır və apellyasiya mərhələsində həmin rəyin qəbul edilməsi üçün hüquqi əsaslar mövcud deyil.

22. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi “...məhkəmənin tam səhv nəticəyə gəlməsi üçün təqdim olunmuş sübutlara baxış keçirməli olduğuna, qeyd etdiyi şübhəli məqamları gözardı etməməli və bununla da xətşünaslıq ekspertizasının keçirilməsi barədə qərardad çıxarmalı olduğuna” dair dəlillərinə münasibətdə kollegiya qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı bu barədə heç bir vəsatət qaldırmamış, məhkəməyə ünvanladığı etiraz ərizəsində də bu barədə fikir irəli sürməmişdir. Məhkəmənin öz təşəbbüsü ilə ekspertiza təyin etməsi yalnız “sübutların natamam olduğu və tərəflərin təqdim etməsinin mümkün olmadığı hallar” üçün nəzərdə tutulur. Iddiaçı tərəfindən təqdim edilmiş müqavilə, ödəniş sənədləri və digər materiallar düzgün olaraq birinci instansiya tərəfindən qiymətləndirilmiş və hazırkı nəticəyə gəlmək üçün yetərli hesab edilmişdir. Cavabdehin iddiası yalnız öz izahına və saxtalaşdırma ehtimalına əsaslanır ki, bunu sübuta yetirən heç bir obyektiv sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Həmçinin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnamələrindən görünmüşdür ki, cavabdeh Cavabdeh sünnət əməliyyatını “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində etdiyini heç vaxt inkar etməmiş, əksinə baş vermiş hadisədə özünün təqsirini etiraf etmiş, bu klinika ilə arasında hər hansı müqavilənin olmadığını mübahisələndirməmişdir. Qüvvədə olan bu qətnamələrlə cavabdehin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində həkim kimi bu əməliyyatı icra etməsi, əməliyyatla bağlı xəstəlik tarixçələrinin burada açılması və saxlanılması, beləliklə tərəflər arasında xidmət münasibətlərinin mövcudluğu təsdiqini tapmışdır. Həmin proseslərdən Cavabdeh cavabdeh kimi kifayət qədər məlumatı olmuş, eyni zamanda vəkillə təmsil olunaraq peşəkar hüquqi yardım almış, lakin heç bir halda onun iddiaçı ilə arasında əmək münasibətlərinin olmasını mübahisələndirməmişdir.

23. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “...istər Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun icraatında olan ***-c-** nömrəli material üzrə araşdırma zamanı, istərsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş *(***)-****/**** nömrəli mülki iş üzrə məhkəmə iclasları zamanı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən guya ki, onlar arasında bağlanmış olan ## ######## 2022-ci il tarixli xidmətlərin göstərilməsinə dair müqavilənin təqdim edilmədiyinə, əgər həmin müqavilə mövcud olmuşdursa, nə üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş *(***)-****/**** nömrəli mülki işlə bağlı məhkəmə qətnaməsində təqdim edilmiş sübutlar sırasında göstərilməmişdir?” kimi qeyd etdiyi dəlilinə münasibətdə kollegiya apellyatorun diqqətinə çatdırmışdır ki, hər bir icraatın predmeti, sübutetmə həcmi və tərəflərin prosessual öhdəlikləri fərqlidir. Prokurorluq orqanında aparılan araşdırmanın predmeti həmin fakt üzrə cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsidir və bu araşdırmada tərəflərin mülki hüquqi münasibətlərinə dair bütün sənədlərin təqdim olunması mütləq tələb kimi müəyyən edilməmişdir. Bu səbəbdən Nəsimi Rayon Prokurorluğunun icraatında olan material üzrə araşdırma zamanı cavabdehin qeyd etdiyi müqavilənin təqdim edilməməsi həmin müqavilənin mövcud olmamasını deməyə əsas vermir və hazırkı mülki iş üzrə sübut kimi təqdim olunmasına mane olmur.

24. Iş üzrə iddiaçı tərəfindən bu müqavilə məhz birinci instansiya məhkəməsinə təqdim edilmiş, məhkəmə onu sübutlar sırasına daxil etmiş, tərəflərə iddia tələbinə və sübutlara dair etiraz hüquqlarını izah etmiş və bu sənədi qiymətləndirmə predmetinə çevirmişdir. Lakin cavabdeh tərəfindən həmin sübuta dair birinci instansiya məhkəməsinə hər hansı etiraz ünvanlanmamış və ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi, “...əgər müqavilə mövcud idisə, niyə digər işlərdə təqdim olunmamışdır” arqumenti hazırkı iş üzrə müqavilənin sübut kimi təqdim edilməsinə və onun qiymətləndirilməsinə təsir edən hüquqi əngəl deyildir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılmış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuşdur.

25. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsi tərəfindən dövlət rüsumu ilə bağlı hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmamış və bununla bağlı qeyd etmişdir ki, iş materiallarından və apellyasiya şikayətinə əlavə edilmiş sübutlardan müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək cavabdehdən 36600 manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, habelə iddia qaldırılarkən iddiaçı tərəfindən ödənilmiş 217 manat məbləğində dövlət rüsumunun 188,65 manat hissəsinin cavabdehdən tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Lakin iş materiallarında olan cavabdehə məxsus veteran vəsiqəsindən, habelə “Elektron məhkəmə” informasiya sistemində mövcud olan məlumatlardan aydın olmuşdur ki, cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş, bu əsasla ona müharibə veteranı statusu verilmiş və müharibə veteranları üçün nəzərdə tutulmuş müvafiq pensiya alır. Bu hal cavabdehin qanunvericiliklə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu təsdiq edir. Bu baxımdan, cavabdehin müharibə veteranı statusuna malik olması nəzərə alınaraq, onun üzərinə dövlət rüsumunun hər hansı hissəsinin tutulması qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi tərəfindən dövlət rüsumunun 188,65 manat hissəsinin cavabdehdən tutulması barədə qənaətə gəlməsi hüquqi əsaslardan məhrumdur və səhv nəticə hesab edilməlidir. Eyni zamanda, qeyd olunan hal iş üzrə qəbul edilmiş qətnamənin nəticə hissəsinin dəyişdirilməsini zəruri etmişdir. Belə ki, cavabdeh dövlət rüsumu ödəməkdən azad edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun üzərində saxlanılmalı, cavabdehdən tutulmamalıdır.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 2.3, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1114.1-ci, Əmək Məcəlləsinin 191.1, 192.1, 202.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2023-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

27. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 191.1-ci, Mülki Məcəllənin 1114.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrin tələbləri pozulmuşdur.

29. Belə ki, cavabdehlə iddiaçı arasında əmək müqaviləsinin mövcudluğunu araşdırmadan yekun qənaətə gəlmişdir. Məhkəmə ekspertiza rəyinin olmasını ekspertiza rəyi ilə müqavilədə çəkilmiş imzanın cavabdehə məxsus olmamasını ilkin olaraq müəyyən edib şübhəyə düşdükdə bununla əlaqədar olaraq ya xətşünaslıq ekspertizası təyin etməli, ya da ki, həmin sübutu sübut kimi qəbul edib sübuta münasibət bildirməli idi. Cavabdehin vəkili tərəfindən ## ###### 2025-ci il tarixində məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi, lakin, onlar tərəfindən sübutlar təqdim ediləcəyi və həmin sübutların nə üçün apellyasiya instansiyası məhkəməsində təqdim edilməsinin əsaslandırılması məqsədilə məhkəmə iclasının təxirə salınması istənilmişdir. Eyni zamanda, məhkəmə iclas protokolundan iddiaçının nümayəndəsi hakimin suallarına cavab olaraq bildirmişdir ki, guya ki, cavabdehə müqavilə üzrə qeyd olunan ödənişlər hər ay ödənilmişdir. Iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilərkən müqavilədə qeyd olunmuş imzanın ona məxsus olmamasına dair rəy təqdim etmişdir.

30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

31. Iddiaçı “xxxx” MMC kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

32. Etiraz belə əsaslandırılmışdır ki, cavabdehin səhv əməliyyat etməsinə görə vurulmuş zərər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçının zərərin yaranmasına səbəb olan şəxsə qarşı reqress qaydasında tələb irəli sürmək hüququ olmuşdur. Tərəflər arasında əmək münasibətləri deyil, mülki hüquq münasibətləri olmuşdur. Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır.

Kassasiya baxışının hədləri

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, cavabdehin iddiaçı qarşısında öhdəliyinin olmasını müəyyən etmişdir (bax bənd 20-25). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

39. Kassasiya şikayətinin dəlilləri açıq-aydın əsassızdır.

40. Belə ki, şikayətin dəlili iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarsızlığının yoxlanılmaması ilə bağlıdır.

41. Lakin, hazırkı halda belə müqavilənin mövcudluğu işin həlli üçün əhəmiyyət kəsb etmir. Bu səbəbdən ki, cavabdehin həkim olaraq cərrahi əməliyyat zamanı başqa şəxsin səhhətinə zərər vurması və həmin zərərin iddiaçı tərəfindən ödənilməsi işin mübahisə edilməyən halıdır. Belə olan halda, iddiaçının hazırkı tələbi Mülki Məcəllənin 431.3-cü maddəsinin ikinci cümləsi və 1114.1-ci maddəsinə əsasən əsaslıdır.

42. Cavabdehin Əmək Məcəlləsinin 191.1-ci maddəsinə istinadı da əsassızdır. Belə ki, işin hallarına görə tərəflər arasında əmək münasibətləri deyil, mülki hüquq (xidmət) müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır.

43. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar