Məhkəmə qərarları › İş №2(1-8)-706/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-706/2026

23.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2(1-8)-706/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi, işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi, indeksləşdirmə Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki kollegiyası, Ispәndiyar Əsәd oğlu Şәfiyev (mәruzәçi), Əhmәd Abbas oğlu Əhmәdov vә Vüqar Tәvәkgül oğlu Hәsәnovdan ibarәt tәrkibdә, iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yә qarşı “ziyan tәlәbinin artırılması vә indekslәşdirilmәsi, vә s.” tәlәbinә dair mülki iş üzrә Şәki Apellyasiya Mәhkәmәsi Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrәli qәtnamәsindәn cavabdeh tәrәfindәn verilmiş kassasiya şikayәtinә Ali Mәhkәmәnin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrarı qәbul etdi. Işin halları 1.

2. Dövlәt Sosial Müdafiә Fondunun Mingәçevir şәhәr Şöbәsinin *** №-li aktından çıxarışa görә İddiaçı әmәk qabiliyyәtinin 75% hissәsini, peşә qabiliyyәtinin 85 % hissәsini itirmiş vә 2-ci qrup әlil kimi qeydiyyata alınmışdır.

3. Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyi yanında X5 Xidmәti Mәrkәzi Aran Regional Şöbәsinin verdiyi ##.##.2025-ci il tarixli mәktubunda göstәrilir ki, İddiaçı istehsalat qәzası vә yaxud peşә xәstәliyi nәticәsindә sağlamlığın pozulmasına görә ödәnci ala bilmәmәk barәdә müraciәtinә baxılmış, “xxxx” ASC tәrәfindәn ##.##.2021ci il tarixdә özәllәşdirilmәsi başa çatdığı halda iddiaçıya ##.##.2006-cı il tarixdәn tәyin olunmuş aylıq ödәnc әvәzinә aylıq müavinәtin ödәnişi davam etdirilmiş, bu sәbәbdәn ona tәyin olunmuş aylıq ödәnc әvәzinә aylıq müavinәtin ödәnişi ##.##.2022-ci il tarixdәn dayandırılmış vә ##.##.2021-ci il tarixdәn ##.##.2022-ci il tarixinәdәk artıq ödәmә müәyyәn edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh “xxxx” ASCdәn sağlamlığa vurulan zәrәrin әvәzi olaraq hәr ay üçün ödәnilәn 240 manat pulun indekslәşdirilәrәk vә artırılıb 500 manat müәyyәn edilmәklә hәr ay 500 manat vәsaitin ##.##.2022-ci il tarixdәn başlamaqla alınıb ona ödәnilmәsi haqda qәtnamә çıxarılmasını xahiş etmişdir.

5. Iddia tәlәbi onunla әsaslandırılmışdır ki, iddiaçı 1973-cü il tarixdә әmәk xәsarәti aldığına görә ona 2-ci dәrәcәli әlillik tәyin olunmuşdur. Hәmin vaxt iddiaçıya müәssisә tәrәfindәn әvvәlcә birdәfәlik, daha sonra isә aylıq ödәnc tәyin olunmuşdur. ##.##.2022-ci il tarixәdәk iddiaçı 240 manat ödәnc almış, lakin sonradan hәmin ödәnclәr dayandırılmışdır.

6. Cavabdehin nümayәndәsi nümayәndә3 iddiaya qarşı etiraz tәqdim etmiş vә bildirmişdir ki, iddiaçının işlәdiyi sahәdә olan orta әmәk haqqı vә hәmin әmәk haqqına artımlar o halda nәzәrә alınır ki, tәqsirkar müәssisә tamamilә lәğv olunmuş olsun. Lakin tәqsirkar müәssisә “xxxx Beton Zavodu" yenidәn tәşkil edilәrәk hüquqi varisi hazırki iş üzrә cavabdeh olan “xxxx” ASC müәyyәn ediImişdir vә hal-hazırda fәaliyyәt göstәrir. Iddiaçının әvvәllәr işlәdiyi vәzifә üzrә aldığı aylıq әmәk haqqı 240 manatdan aşağı olmuşdur. Cavabdeh müәssisәdә iddiaçının vәzifәsi üzrә әmәk haqqında 2022-2025-ci illәr üzrә hәr hansı artım olmayıb. Bu baxımdan da iddiaçı ödәnclәrin mәblәğinin artırılmasını tәlәb etmәkdә haqlı deyil.

7. Bundan başqa, cavabdeh tәrәf bildirmişdir ki, iddiaçının iddia tәlәbi üzrә qanuni vә әsaslı qәrar qәbul etmәk üçün iddiaçının әlillik vәziyyәti yenidәn qiymәtlәndirilmәlidir. Çünki, cavabdehdә iddiaçının 1973-cü ildәn bu günәdәk әyani müayinәdәn keçmәmәsi onlarda şübhә yaradır ki, onun әmәk qabiliyyәti zәrәrin әvәzinin tәyin edildiyi mәqamdakına nisbәtәn artmışdır. Hesab edir ki, iddiaçının әlillik vәziyyәti yenidәn qiymәtlәndirilmәli, bu mәqsәdlә iş üzrә müvafiq ekspertiza tәyin olunmalıdır.

8. Iddiaçı iddia tәlәbinin dәqiqlәşdirilmәsi barәdә әrizә verәrәk, hәr ay ödәnilәn 240 manat pulun indekslәşdirilmәklә, ##.##.2022-ci il tarixdәn başlanılmaqla, 285 manat pulun ödәnilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.

9. Mingәçevir Şәhәr Mәhkәmәsinin (hakim E.V.Cәbrayılzadә) 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrәli qәtnamәsi ilә iddia tәlәbi tәmin edilmiş, cavabdeh “xxxx” ASC-dәn iddiaçı İddiaçı sağlamlığına vurulan zәrәrin әvәzi olaraq hәr ay üçün ödәnilәn 240 manat mәblәğindә pulun indekslәşdirilәrәk 285 manat müәyyәn edilmәsi vә ##.##.2022-ci il tarixindәn başlamaqla alınıb iddiaçıya ödәnilmәsi, ##.##.2022-ci il tarixdәn pulun ödәnilmәsinә başlanması qәt edilmişdir.

10. Birinci instansiya mәhkәmәsi müәyyәn etmişdir ki, ##.##.1973-cü il tarixindә “xxxx” ATSC-dә ekskavator-operator vәzifәsi üzrә çalışarkәn iş vaxtı istehsalat xәsarәti almış, әmәk qabiliyyәtinin 75%-ni itirmişdir. Buna görә dә müәssisә tәrәfindәn şәxsә zәrәrә görә aylıq ödәnclәr verilmişdir. Lakin “xxxx” ATSC-nin ##.##.2021-ci il tarixindә özәllәşdirilmәsi başa çatdığı halda, iddiaçıya ##.##.2006-cı il tarixindәn tәyin edilmiş aylıq ödәnc әvәzinә aylıq müavinәtin ödәnişi davam etdirilsә dә, ##.##.2022-ci il tarixindә ödәmә dayandırılmış vә ##.##.2021-ci il tarixindәn ##.##.2022-ci il tarixinәdәk artıq ödәmә edilmişdir. Iddiaçı İddiaçı hәmin tarixdәn sonra aylıq ödәncini ala bilmәmişdir. Buna görә dә sağlamlığına vurulan zәrәrin әvәzi olaraq hәr ay üçün ödәnilәn 240 manat mәblәğindә pul indekslәşdirilәrәk 285 manat müәyyәn edilmәsi vә ##.##.2022-ci il tarixindәn başlamaqla alınıb iddiaçıya ödәnilmәsi, ##.##.2022-ci il tarixdәn pulun ödәnilmәsinә başlanması zәruridir.

11. Mәhkәmә gәldiyi nәticәni Azәrbaycan Respublikasının Mülki Mәcәllәsinin 1118.1, 1118.2, 1118.3, 1124.1 vә 1124.2-ci maddәlәrinә, “Azәrbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azәrbaycan Respublikasının Qanununa, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2003-cü il, 9 yanvar tarixli 3 №li qәrarının 1, 2-ci hissәlәrinә, Azәrbaycan Respublikası MPM-nin 88-ci maddәlәrinә istinadla әsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qәtnamәdәn narazı qalan cavabdeh tәrәfindәn apellyasiya şikayәti verilmişdir.

13. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, iddiaçının işlәdiyi sahәdә olan orta әmәk haqqı vә hәmin әmәk haqqına artımlar, o halda nәzәrә alınır ki, tәqsirkar müәssisә tamamilә lәğv olunmuş olsun. Müәssisә lәğv olunduqda aylıq ödәnclәrin miqdarı müvafiq sahәlәrdәki müәssisәlәr üzrә müvafiq peşә (vәzifә) üzrә orta әmәk haqqındakı artımlar müәyyәn edilәrәk hesablanır. Lakin işdә olan sübutlardan vә iddiaçı tәrәfin izahatından da tәsdiq olunur ki, tәqsirkar müәssisә ”xxxx Beton Zavodu” yenidәn tәşkil edilәrәk hüquqi varisi hazırki iş üzrә cavabdeh olan “xxxx” ASC müәyyәn edilmişdir. “xxxx” FCC isә hal hazırda fәaliyyәt göstәrir. Belә olan halda iddiaçıya aldığı xәsarәtә görә aylıq ödәncin miqdarı onun işlәdiyi müәssisәdә (cavabdeh hәmin müәssisәnin hüquqi varisidir) xәsarәt almamışdan әvvәl işlәdiyi vәzifә üzrә tәyin olunan әmәk haqqına vә әmәk haqqıda baş vermiş artıma uyğun müәyyәn edilmәlidir.

14. Bundan başqa, cavabdeh tәrәf mәhkәmә-tibbi ekspertizasının tәyin olunması barәdә vәsatәt vermiş, lakin vәsatәtlәri mәhkәmә tәrәfindәn tәmin edilmәmişdir. Hesab edirlәr ki, iddiaçının iddia tәlәbi üzrә qanuni vә әsaslı qәrar qәbul etmәk üçün iddiaçının әlillik vәziyyәti yenidәn qiymәtlәndirilmәlidir. Əks halda, iddiaçı, cavabdeh “X2” ASC-nin hesabına әsassız varlanmış olacaqdır. Iddiaçı tәrәfindәn xәsarәt alınması ilә bağlı verilәn müavinәtin mәblәğinin artırılması ilә bağlı yeni әsaslar (әlavә tibb xәrclәri, xәsarәtin ağırlaşması, azalması vә sair kimi) mәhkәmәyә tәqdim edilmәmişdir.

15. Bundan әlavә bildirmişlәr ki, varis “xxxx” ASC-nin öhdәliklәri yalnız әvvәlki müәssisәnin müәyyәn olunmuş mәblәğdәki öhdәliklәrini әhatә edir. Əgәr әvvәlki müәssisә ilә iddiaçı arasında mәblәğ barәdә artıq razılaşma vә ya qüvvәdә olan mәhkәmә qәrarı olubsa (hazırki işdә mәhkәmә qәrarı) sonradan mәblәğin artırılması yeni öhdәliklәr yaradır, bu isә varislik prinsipindәn kәnara çıxır.

16. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının (hakimlәr – E.M.Mehdiyev (sәdrlik edәn vә mәruzәçi), E.B.Isayev vә T.V.Musayev) 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrәli qәtnamәsi ilә apellyasiya şikayәti tәmin edilmәmiş, birinci instansiyası mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn saxlanılması qәt edilmişdir.

17. Birinci instansiya mәhkәmәsinin hәm işin araşdırılması baxımından hәm dә hüquqi mövqe baxımından gәldiyi nәticә ilә razılaşan apellyasiya instansiyası mәhkәmәsi apellyasiya şikayәtinin dәlillәrinә ümumilikdә hüquqi qiymәt verәrәk hesab etmişdir ki, cavabdehin apellyasiya şikayәti әsassızdır, birinci instansiya mәhkәmәsi işә baxarkәn qanunvericiliyin yuxarıda istinad olunan tәlәblәrini nәzәrә alıb iş üzrә hәqiqәtә nail olmaq üçün tәqdim olunmuş sübutları tam, hәrtәrәfli araşdıraraq iddia tәlәblәrini tәmin etmәmәklә düzgün hüquqi nәticәyә gәlmiş, hazırkı işә baxılarkәn maddi vә prosessual hüquq normasının tәtbiqindә sәhvә yol verilmәmişdir.

18. Mәhkәmә kollegiyası mәhkәmә-tibbi ekspertizasının tәyin olunması barәdә vәsatәtin tәmin olunmamasına dair şikayәtin dәlillәrini әsaslı hesab etmәyәrәk qeyd edib ki, işә baxılarkәn xüsusi bilik tәlәb olunan sualları izah etmәk üçün mәhkәmә işdә iştirak edәn şәxsin yazılı qaydada verilәn әsaslandırılmış vәsatәti vә ya öz tәşәbbüsü ilә ekspertiza tәyin edә bilәr.

19. Mәhkәmә gәldiyi nәticәni Azәrbaycan Respublikasının Mülki Mәcәllәnin 56 vә 1126.1-ci, Əmәk Mәcәllәsinin 239-cu, MPM-in 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 385.2 vә 402.1-ci maddәlәrinә, Azәrbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli, *** nömrәli Fәrmanı ilә tәsdiq edilmiş “Özәllәşdirilәn vә idarәetmәyә verilәn dövlәt müәssisәlәrinin istehsalat qәzası vә yaxud peşә xәstәliyi nәticәsindә sağlamlığı pozulmuş işçisinә vә ya bu sәbәbdәn hәlak olmuş işçisinin ailә üzvlәrinә vә himayәsindә olan digәr şәxslәrә aylıq ödәnc üzrә borclarının tәnzimlәnmәsi” Qaydaları; Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin “Istehsalat qәzası vә yaxud peşә xәstәliyi nәticәsindә sağlamlığı pozulmuş işçiyә vә ya bu sәbәbdәn hәlak olmuş işçinin ailә üzvlәrinә vә himayәsindә olan digәr şәxslәrә ödәnclәrin verilmәsi qaydaları, şәrtlәri vә mәblәği haqqında” 2003- cü il 9 yanvar tarixli, * nömrәli Qәrarına istinadla әsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (vәkil vәkil1 Vәli oğlu) kassasiya şikayәti verәrәk, apellyasiya instansiyası mәhkәmәsinin qәtnamәsinin lәğv edilmәsi vә iddianın tәmin edilmәsi barәdә yeni qәrar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayәti iddia tәlәbinә etirazın vә apellyasiya şikayәtinin dәlillәrinә uyğun әsaslandırılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayәtinә qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

23. Maddә 239, 1-ci hissә. Istehsalatda baş vermiş bәdbәxt hadisәdә vә ya peşә xәstәliyindә tәqsirli (tam vә ya qismәn) olan işәgötürәn hәm işçiyә xәsarәt yetirilmәsi vә ya sağlamlığının başqa şәkildә korlanması nәticәsindә dәymiş zәrәrin, hәm müalicә olunması üçün çәkdiyi, hәm dә ona müavinәtlәr verilmәsi ilә әlaqәdar çәkilәn xәrclәrin elәcә dә Azәrbaycan Respublikasının Mülki Mәcәllәsi ilә müәyyәn edilmiş digәr әlavә xәrclәrin әvәzini bütövlükdә ödәmәlidir.

24. Maddә 239, 2-ci hissә. Işәgötürәnin tәqsiri üzündәn baş vermiş istehsalat qәzası vә yaxud peşә xәstәliyi nәticәsindә sağlamlığı pozulmuş işçilәrә, habelә bu sәbәbdәn hәlak olmuş işçilәrin ailә üzvlәrinә vә himayәsindә olan digәr şәxslәrә qanunvericiliklә müәyyәn edilmiş qaydada dәymiş zәrәrә görә müvafiq ödәnclәr ödәnilmәlidir.

25. Maddә 239, 3-cü hissә. Istehsalat qәzası vә yaxud peşә xәstәliyi nәticәsindә sağlamlığı pozulmuş işçiyә vә ya bu sәbәbdәn hәlak olmuş işçinin ailә üzvlәrinә ödәnclәrin verilmәsi qaydaları, şәrtlәri vә mәblәği müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq olunmuş qaydalarla müәyyәn edilir.

26. Maddә 239, 4-cü hissә. Istehsalat qәzaları vә yaxud peşә xәstәliyi nәticәsindә zәrәrçәkәn şәxslәrin zәrәrә görә verilәn ödәnclәrinin mәblәğlәri qanunvericiliklә müәyyәn edilmiş qaydada әmsallaşdırılmalıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddә 2.3. Ailә, әmәk münasibәtlәri, tәbii ehtiyatlardan istifadә, әtraf mühitin mühafizәsi, müәlliflik hüququ vә әlaqәdar hüquqlar ilә bağlı münasibәtlәr, әgәr ailә, әmәk, torpaq, tәbiәti mühafizә, müәlliflik vә digәr xüsusi qanunvericilikdә ayrı qayda nәzәrdә tutulmayıbsa, mülki qanunvericilik vә başqa hüquqi aktlar ilә tәnzimlәnir.

28. Maddә 1124.1. Dolanacaq xәrclәri artdıqda zәrәrçәkәnin hәyatına vә ya sağlamlığına vurulmuş zәrәrin әvәzinin ödәnilmәsi miqdarı qanunla müәyyәnlәşdirilmiş qaydada indekslәşdirilmәlidir.

29. 1126.1. Hәyata vә ya sağlamlığa zәrәr vurulması üçün mәsuliyyәti müәyyәnlәşdirilmiş qaydada tәsdiq edilәn hüquqi şәxsin yenidәn tәşkil edildiyi halda müvafiq ödәnişlәri icra etmәk vәzifәsini onun hüquq varisi daşıyır. Zәrәrin әvәzinin ödәnilmәsi tәlәblәri dә ona qarşı irәli sürülür.

30. 1126.2. Hәyata vә ya sağlamlığa vurulmuş zәrәr üçün mәsuliyyәti müәyyәnlәşdirilmiş qaydada tәsdiq edilәn hüquqi şәxsin lәğv olunduğu halda müvafiq ödәnişlәr zәrәrçәkәnә verilmәk üçün qanunvericiliklә müәyyәnlәşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklә ödәnişlәrin kapitallaşdırıla bildiyi başqa hallar da müәyyәnlәşdirilә bilәr.

31. Bәnd 1.1. Azәrbaycan Respublikasında işçilәrin sağlam vә tәhlükәsiz әmәk şәraiti Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsi ilә tәnzimlәnir.

32. Bu Qaydalar Azәrbaycan Respublikası Əmәk Mәcәllәsinә әsasәn istehsalat qәzası vә yaxud peşә xәstәliyi nәticәsindә sağlamlığı pozulmuş işçiyә vә ya bu sәbәbdәn hәlak olmuş işçinin ailә üzvlәrinә vә himayәsindә olan digәr şәxslәrә ödәnclәrin verilmә qaydalarını, şәrtlәrini vә mәblәğini müәyyәn edir.

33. Işçinin istehsalat qәzası vә yaxud peşә xәstәliyi nәticәsindә sağlamlığı pozulduqda vә ya bu sәbәbdәn hәlak olduqda (bundan sonra - istehsalda әmәk xәsarәti), bәdbәxt hadisәnin araşdırılması barәdә müvafiq akta әsasәn tәqsirkar müәssisә, idarә vә tәşkilatlar (bundan sonra – tәqsirkar işәgötürәn (tәqsirkar müәssisә) işçiyә dәyәn zәrәrә görә qanunvericiliyә uyğun olaraq maddi mәsuliyyәt daşıyır. Bu zәrәr tәqsirkar müәssisәlәrdә gәlir hesabına, büdcәdәn maliyyәlәşdirilәn müәssisәlәrdә isә büdcә vәsaiti, yaxud büdcәdәnkәnar vәsaitlәr hesabına “Nağdsız hesablaşmalar haqqında” Azәrbaycan Respublikasının Qanununa uyğun olaraq ödәnilir.

34. Zәrәrçәkәnә istehsalatda әmәk xәsarәti nәticәsindә onun itirdiyi peşә әmәk qabiliyyәtinin (peşә әmәk qabiliyyәti olmadıqda isә ümumi әmәk qabiliyyәtinin) dәrәcәsindәn asılı olaraq aylıq ödәnclәr, habelә sağlamlığının pozulması ilә bağlı әlavә çәkdiyi xәrclәr ödәnilir.

35. Bәnd 3.3. Zәrәrә görә aylıq ödәncin miqdarının hesablanmasında götürülәn orta әmәk haqqı zәrәrçәkәnin әmәk xәsarәti almamışdan vә ya peşә әmәk qabiliyyәtini itirmәmişdәn әvvәlki 12 tәqvim ayı üzrә hesablanır.

36. Zәrәrçәkәnin orta aylıq әmәk haqqı onun sağlamlığının pozulmasından әvvәlki on iki aylıq әmәk haqqının ümumi mәblәğinin on ikiyә bölünmәsi yolu ilә hesablanır. Zәrәr vurulanadәk zәrәrçәkәnin on iki aydan az işlәmiş olduğu halda, orta aylıq әmәk haqqı sağlamlığının pozulmasından әvvәlki faktiki işlәnmiş aylar üçün әmәk haqqının ümumi mәblәğinin hәmin ayların sayına bölünmәsi yolu ilә hesablanır. Zәrәrçәkәnin tam işlәmәdiyi aylar onun arzusu ilә tam işlәnilmiş әvvәlki aylarla әvәz edilir vә ya әvәz etmәk mümkün olmadıqda, hesabdan çıxarılır.

37. Zәrәrçәkәnә peşә xәstәliyinә tutulduqda, zәrәrә görә aylıq ödәncin miqdarının hesablanmasında götürülәn orta әmәk haqqı zәrәrçәkәnin işlәdiyi peşә (vәzifә) üzrә әmәk fәaliyyәtinin dayandırıldığı vә ya peşә xәstәliyinin tәsdiq edildiyindәn әvvәlki 12 tәqvim ayı üzrә hesablanır.

38. Bәnd 3.10. Zәrәr dәymәsindә tәqsirkar olan müәssisәnin yenidәn tәşkil edildiyi halda onun hüquqi varisi zәrәrçәkәnә zәrәrin әvәzini ödәyir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları

39. Bәnd 5.3. Bu Qaydaların 5.2-ci bәndindә göstәrilәn müәssisәlәrin istehsalat qәzası vә yaxud peşә xәstәliyi nәticәsindә sağlamlığı pozulmuş işçisinә vә ya bu sәbәbdәn hәlak olmuş işçisinin ailә üzvlәrinә vә himayәsindә olan digәr şәxslәrә aylıq müavinәtin tәyin edilmәsi vә ödәnilmәsi Azәrbaycan Respublikası Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinin yerli orqanları vә ya “DOST” mәrkәzlәri tәrәfindәn hәyata keçirilir.

40. Bәnd 5.5. Azәrbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti dövlәt müәssisәlәrinin özәllәşdirilmәsinin başa çatdığı tarixdә vә ya onları idarә etmәk hüququna dair bağlanılmış müqavilә qüvvәyә mindikdә, aylıq müavinәtin ödәnişinin dayandırılması mәqsәdi ilә bir hәftә müddәtindә Azәrbaycan Respublikasının Əmәk vә Əhalinin Sosial Müdafiәsi Nazirliyinә vә Azәrbaycan Respublikasının Maliyyә Nazirliyinә yazılı bildiriş göndәrir.

41. Bәnd 5.6. Dövlәt müәssisәlәrinin özәllәşdirilmәsinin başa çatması tarixindәn, elәcә dә onları idarә etmәk hüququna dair bağlanılmış müqavilә qüvvәyә mindikdәn sonra istehsalat qәzası vә yaxud peşә xәstәliyi nәticәsindә sağlamlığı pozulmuş işçisinә vә ya bu sәbәbdәn hәlak olmuş işçisinin ailә üzvlәrinә vә himayәsindә olan digәr şәxslәrә ödәnclәr Azәrbaycan Respublikasının Əmәk Mәcәllәsinin 239-cu maddәsinә uyğun olaraq Azәrbaycan Respublikasının Nazirlәr Kabineti tәrәfindәn müәyyәn edilmiş qaydada ödәnilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddә 14.2. Mәhkәmә yalnız tәrәflәrin tәqdim etdiklәri sübutları araşdırmalı vә onlardan istifadә etmәlidir.

43. Maddә 77.1. Hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir.

44. Maddә 88. Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Heç bir sübutun mәhkәmә üçün qabaqcadan müәyyәn edilmiş qüvvәsi yoxdur.

45. Maddә 407.2. Kassasiya şikayәtindә işin hallarının sübut olunmamasına, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmamasına vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmamasına istinad etmәyә yol verilmir.

46. Maddә 416.1. Kassasiya instansiyası mәhkәmәsi işә şikayәt hәddindә baxır vә kassasiya şikayәtindә irәli sürülmüş dәlillәr üzrә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır.

47. Maddә 416.2. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn bu Mәcәllәnin 418.4cü maddәsindә nәzәrdә tutulmuş prosessual hüquq pozuntusu hesab edilәn hallara yol verilmәsi şikayәtin hәdlәrindәn vә dәlillәrindәn asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddә 418.3. Prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması qәtnamәnin yaxud qәrardadın lәğv edilmәsi üçün o vaxt әsas ola bilәr ki, bu pozuntu düzgün qәtnamә qәbul edilmәmәsi ilә nәticәlәnsin vә ya nәticәlәnә bilsin.

Kassasiya baxışının hədləri

49. Qanunun tәlәbinә görә, kassasiya instansiyası mәhkәmәsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq olunub-olunmamasını yoxlamaq zәrurәtindәn irәli gәlәrәk, iş materiallarında olan, aşağı instansiya mәhkәmәlәri tәrәfindәn qәbul edilәrәk işә әlavә olunmuş, araşdırılmış vә (vә ya) müәyyәn edilmiş sübutlara vә hüquqi faktlara istinad edilmәsi kassasiya instansiyası mәhkәmәsinin faktiki halları araşdırması kimi qiymәtlәndirilmәmәlidir.

50. Hazırkı kassasiya şikayәtindә qәtnamә cavabdeh tәrәfindәn tam mübahisәlәndirildiyindәn apellyasiya instansiyası mәhkәmәsinin aktı bütövlükdә yoxlanılır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

51. Mәhkәmә kollegiyası aşağıdakılara әsasәn hesab edir ki, kassasiya şikayәti qismәn tәmin edilmәli, qәtnamә iddiaçıya ödәnilәn aylıq ödәncin indekslәşdirilәrәk 285 manat müәyyәn edilmәsi hissәsindә lәğv edilmәli, hәmin hissәdә iddia rәdd olunmalı, qәtnamә qalan hissәdә dәyişdirilmәdәn saxlanılmalıdır.

52. Işin mәhkәmәlәr tәrәfindәn müәyyәn edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh ASC-dә әmәk vәzifәsini yerinә yetirәrkәn istehsalatda baş vermiş bәdbәxt hadisә nәticәsindә xәsarәt almış, peşә әmәk qabiliyyәtinin 85 faizini, ümumi әmәk qabiliyyәtinin isә 75 faizini itirmәsi müәyyәn edilmiş, ona ikinci qrup әlillik tәyin edilmişdir. Istehsalatda bәdbәxt hadisә barәdә akt tәrtib edilmiş vә hәmin vaxtdan iddiaçıya sağlamlığına vurulmuş zәrәrin әvәzi olaraq aylıq ödәnc ödәnilmişdir.

53. Əmәk Mәcәllәsinin 239.1-ci maddәsinә әsasәn, istehsalatda baş vermiş bәdbәxt hadisәdә vә ya peşә xәstәliyindә tәqsirli olan işәgötürәn işçiyә xәsarәt yetirilmәsi vә ya sağlamlığının başqa şәkildә korlanması nәticәsindә dәymiş zәrәrin, habelә qanunvericiliklә müәyyәn edilmiş digәr әlavә xәrclәrin әvәzini bütövlükdә ödәmәlidir.

54. Hәmin Mәcәllәnin 239.2-ci maddәsinә görә işәgötürәnin tәqsiri üzündәn baş vermiş istehsalat qәzası nәticәsindә sağlamlığı pozulmuş işçilәrә qanunvericiliklә müәyyәn edilmiş qaydada dәymiş zәrәrә görә müvafiq ödәnclәr ödәnilmәlidir.

55. Əmәk Mәcәllәsinin 239.3-cü maddәsindә isә birbaşa müәyyәn edilmişdir ki, istehsalat qәzası nәticәsindә sağlamlığı pozulmuş işçiyә ödәnclәrin verilmәsi qaydaları, şәrtlәri vә mәblәği müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn tәsdiq olunmuş qaydalarla müәyyәn edilir.

56. Hәmin normanın icrası mәqsәdilә qәbul edilmiş Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 2003-cü il # ###### tarixli * nömrәli Qәrarı ilә tәsdiq edilmiş “Istehsalat qәzası vә yaxud peşә xәstәliyi nәticәsindә sağlamlığı pozulmuş işçiyә vә ya bu sәbәbdәn hәlak olmuş işçinin ailә üzvlәrinә vә himayәsindә olan digәr şәxslәrә ödәnclәrin verilmәsi qaydaları, şәrtlәri vә mәblәği haqqında” Qaydalarda zәrәrçәkәnә ödәnilәn aylıq ödәncin hesablanma mexanizmi, orta әmәk haqqının müәyyәn olunması qaydası vә digәr şәrtlәr müәyyәn edilsә dә, hәmin ödәnclәrin sonradan indekslәşdirilmәsi vә ya inflyasiya göstәricilәrinә uyğun artırılması mexanizmi nәzәrdә tutulmamışdır.

57. Birinci instansiya mәhkәmәsi iddia tәlәbini qismәn tәmin edәrәk iddiaçıya әvvәllәr ödәnilmiş 240 manat mәblәğindә aylıq ödәnci indekslәşdirib 285 manat müәyyәn etmiş vә bu nәticәyә gәlәrkәn Mülki Mәcәllәnin 1124.1-ci maddәsinә istinad etmişdir.

58. Mәhkәmә kollegiyası hәmin nәticә ilә razılaşmır.

59. Belә ki, Mülki Mәcәllәnin 1124.1-ci maddәsinә әsasәn dolanacaq xәrclәri artdıqda zәrәrçәkәnin hәyatına vә ya sağlamlığına vurulmuş zәrәrin әvәzinin ödәnilmәsi miqdarı qanunla müәyyәnlәşdirilmiş qaydada indekslәşdirilmәlidir.

60. Hәmin norma hәyat vә sağlamlığa vurulan zәrәrin әvәzinin ödәnilmәsi ilә bağlı ümumi mülki-hüquqi münasibәtlәri tәnzimlәyәn normadır.

61. Hazırkı mübahisә isә әmәk münasibәtlәrindәn irәli gәlәn, istehsalat qәzası nәticәsindә sağlamlığa vurulmuş zәrәrin әvәzinin ödәnilmәsi ilә bağlı xüsusi hüquqi münasibәtlәrdәn irәli gәlir vә bu münasibәtlәr Əmәk Mәcәllәsinin 239-cu maddәsi, habelә hәmin maddәnin tәtbiqi mәqsәdilә qәbul edilmiş Nazirlәr Kabinetinin 2003-cü il # ###### tarixli * nömrәli Qәrarı ilә xüsusi qaydada tәnzimlәnir.

62. Mәhkәmә kollegiyası qeyd edir ki, hüququn ümumi prinsiplәrinә әsasәn xüsusi norma ümumi normaya münasibәtdә üstün tәtbiq qüvvәsinә malikdir.

63. Əmәk Mәcәllәsinin 239.4-cü maddәsindә zәrәrçәkәn şәxslәrin ödәnclәrinin mәblәğlәrinin qanunvericiliklә müәyyәn edilmiş qaydada әmsallaşdırılmalı olduğu göstәrilsә dә, hәmin normada nәzәrdә tutulmuş әmsallaşdırmanın hәyata keçirilmәsi mexanizmi ayrıca normativ qayda ilә müәyyәn edilmәlidir. Hazırkı iş üzrә münasibәtlәri tәnzimlәyәn normativ aktlarda isә belә mexanizm müәyyәn edilmәmişdir.

64. Bu halda mәhkәmәnin normativ әsas vә hesablama metodu göstәrmәdәn aylıq ödәnci indekslәşdirmәsi qanuni hesab edilә bilmәz.

65. Bundan başqa, birinci instansiya mәhkәmәsi tәrәfindәn 240 manat mәblәğindә aylıq ödәncin hansı göstәricilәr әsasında, hansı indeks tәtbiq edilmәklә vә hansı hesablama qaydasına uyğun olaraq 285 manat müәyyәn edilmәsinin hüquqi vә riyazi әsaslandırılması qәtnamәdә göstәrilmәmişdir.

66. Mәhkәmә kollegiyası hesab edir ki, qanunvericilikdә nәzәrdә tutulmayan indeksasiya mexanizminin mәhkәmә tәrәfindәn müәyyәn edilmәsi yolverilmәzdir.

67. Bununla belә, iş materialları ilә müәyyәn edilir ki, iddiaçı uzun illәr әrzindә sağlamlığına vurulmuş zәrәrin әvәzi olaraq aylıq 240 manat mәblәğindә ödәnc almış, hәmin ödәnişin hüquqi әsası mövcud olmuş vә cavabdeh hüquqi varis qismindә bu öhdәliyi daşımaqda davam edir.

68. Bu sәbәbdәn birinci instansiya mәhkәmәsinin cavabdeh “xxxx” ASC-dәn iddiaçının xeyrinә aylıq 240 manat mәblәğindә ödәncin ##.##.2022-ci il tarixindәn tutulub ödәnilmәsi hissәsindә gәldiyi nәticә işin hallarına vә maddi hüquq normalarına uyğun olduğundan hәmin hissәdә qәtnamә dәyişdirilmәdәn saxlanılmalıdır.

69. Mәhkәmә kollegiyası yuxarıda göstәrilәnlәrә әsasәn vә MPM-in 416, 417 vә 419cu maddәlәrini rәhbәr tutaraq,

qərara aldı:

Kassasiya şikayәti qismәn tәmin edilsin. Şәki Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrәli qәtnamәsi qismәn – «cavabdeh “xxxx” ASC-dәn iddiaçı İddiaçı sağlamlığına vurulan zәrәrin әvәzi olaraq hәr ay üçün ödәnilәn 240 manat mәblәğindә pulun indekslәşdirilәrәk 285 manat müәyyәn edilmәsi» hissәsindә lәğv edilsin vә hәmin hissәdә iddia tәlәbi tәmin edilmәsin. Qәtnamә cavabdeh “xxxx” ASC-dәn iddiaçı İddiaçı sağlamlığına vurulan zәrәrin әvәzi olaraq hәr ay üçün ödәnilәn 240 manat mәblәğindә pulun ##.##.2022-ci il tarixindәn başlamaqla alınıb iddiaçıya ödәnilmәsi hissәsindә dәyişdirilmәdәn saxlanısın. Qәrar qәbul edildiyi andan qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar