Məhkəmə qərarları › İş №2(1-8)-719/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-719/2026

13.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-719/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki işə dair QƏRARI (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı2 (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsindəki 7 otaq 106,2 kv.m. yaşayış sahəsi, 147,9 kv.m. ümumi sahəsi olan ** saylı fərdi yaşayış evi 1 otaqdan 1/3 hissədə iddiaçı1, 1 otaqdan 1/3 hissədə iddiaçı2, 1 otaqdan 1/3 hissədə Sara Şirzad qızının, 1 otaq hissədə X2, 1 otaq hissədə X1, 1 otaq hissədə X8, 3 otaq hissədə X4 adına ##.##.2003-cü il tarixdə qeydiyyata alınmışdır.

2. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçı1 və iddiaçı2 arasında ##.##.2022-ci il tarixdə bağlanmış K/*** nömrəli əvəzləşmə müqaviləsinə əsasən, layihəçi Bakı şəhəri, Yasamal Rayonu, Cəlil Məmmədquluzadə 49 ünvanında yerləşən birgə mülkiyyətçilərə məxsus 1 otaqlı mənzilin bu Müqavilə müəyyən edilmiş müddətdə (24 ay ərzində) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək Layihəçi Birgə Mülkiyyətçilərin mənzilinin faktiki sahəsi olan 15 kv.m. sahəsinə 20% əlavə etməklə (cəmi 18 kv.m. olmaqla) və bu tikinti başa çatdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 200 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə birgə mülkiyyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmçinin Birgə Mülkiyyətçilər layihəçiyə 20.000 manat əlavə ödəniş etməklə ona veriləcək sahədən əlavə layihəçidən 10 kv.m. əlavə yaşayış sahəsi alır. Əlavə yaşayış sahəsi üçün nəzərdə tutulmuş 20.000 manat pulu Birgə Mülkiyyətçilər Layihəçiyə tikinti işləri başlayandan (katlavan qazılandan) 24 ay ərzində ayda ən azı 833,33 manat olmaqla ödəyir. Beləliklə tərəflərin razılaşmasına əsasən Layihəçi yekunda Birgə Mülkiyyətçilərə yaşayış binasında ümumi sahəsi 28 kv.m. olan mənzili təhvil verməyi Mülkiyyətçi isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürür.

3. “xxxx” MMC ilə iddiaçı2 arasında ##.##.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, satıcı iddiaçı2 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 147,9 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1 otaqdan 1/3 hissəni alıcı “xxxx” MMC-nin mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 20.000 manata almışdır.

4. “xxxx” MMC ilə iddiaçı1 arasında ##.##.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, satıcı iddiaçı1 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 147,9 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1 otaqdan 1/3 hissəni alıcı “xxxx” MMC-nin mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 30.000 manata almışdır.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 147,9 kv.m. olan fərdi yaşayış evi X11 3 otaq 54,8 kv.m. hissədə, X5 1 otaq 16,4 kv.m. hissədə, X1 1 otaq 10,8 kv.m. hissədə, X8 1 otaq hissədə, X9 1 otaqdan 1/3 hissədə, iddiaçı1 1 otaqdan 1/3 hissədə, iddiaçı2 1 otaqdan 1/3 hissədə payı müəyyən olunmaqla xüsusi mülkiyyət hüququ əsasında ##.##.2018ci il tarixdə iddiaçı2 adına qeydiyyata alınmışdır.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 147,9 kv.m. olan fərdi yaşayış evi X5 1 otaq 16,4 kv.m. hissədə, X3 3 otaq 54,8 kv.m. hissədə, “xxxx” MMC-nin 3 otaq hissədə müəyyən olunmaqla ##.##.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ əsasında “xxxx” MMCnin adına qeydiyyata alınmışdır.. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat (birinci iş üzrə):

7. İddiaçılar iddiaçı2 və iddiaçı1 (bundan sonra iddiaçılar, yaxud ad, soyadı) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra birinci cavabdeh, yaxud MMC) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən cavabdeh MMC-dən, psixoloji təzyiq vasitəsilə ilkin müqavilə öhdəliyini icra etməkdən yayınma məqsədilə, yeni, daha əlverişsiz “Daşınmaz Əmlakın alğı-satqısı Müqaviləsi” bağlamaq yolu ilə vurulmuş 50.000 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun onlara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

8. Daha sonra, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ikinci müqavilənin etibarsız hesab edilməsi və onların hər birinə çatası mənzilin dəyərinin 3/4 hissəsinin mövcud bazar qiyməti ilə dəyərinin əlavə olaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar uzun illərdir valideynləri ilə, sonra isə ailələri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Cəlil Məmmədquluzadə küçəsindəki fərdi yaşayış evi olan ** nömrəli evdə doğulub böyüyərək yaşamışlar. Yaşadıqları fərdi yaşayış evi dəbdəbəli olmasa da orda onların unudulmayan xatirələri qaldı. Hər gün məhəllə uşaqları ilə birlikdə məktəbə gedib gələrkən, valideynlərinin sevgisini bu evlərdə görmüşlər. Bu evlər beləcə onların kiçik bir dünyası və qalası idi. Qeyd olunmalıdır ki, evləri artıq yoxdur. Hərə bir tərəfə dağılıb. Onlara mülkiyyət hüququ əsasında məxsus olan mübahisəli, ünvan 5 ünvanı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının ##.##.2018-inci il tarixli, *** saylı və ##.##.2021-inci il tarixli, *** saylı Sərəncamlarına əsasən “xxxx” MMC tərəfindən yeni layihələşdirilən binaların inşası üçün söküntüsü həyata keçirilmişdir. Yaşayış binaları sökülməzdən öncə, tikinti inşaatını aparan “xxxx” MMC-nin əməkdaşları onlara böyük vədlər verərək ilkin müqaviləni ## ###### 2022-ci il tarixində müəyyən şərtlərlə razılığa gələrək bağlamışlar. Müqavilənin 3-cü bəndinin 3.1 yarımbəndində Layihəçi, ünvan 5 ünvanında yerləşən binanın onlara məxsus, 16 kv.m. sahəyə malik 1 otaqlı mənzilin sahəsinə 20% əlavə etməklə 18 kv.m.-dən ibarət mənzili, bina inşa edildikdən sonra bir otaqlı mənzil verməyi, bina inşa olunub təhvil verilənədək bütün yaşayış xərclərinin ödənilməsini öhdəlik olaraq üzərinə götürmüşdür. Binaların söküntüsü və yeni binanın inşası 24 ay müddətində başa çatdırılması nəzərdə tutulmuşdur. Lakin, aradan iki ildən çox zaman keçdikdən sonra, cavabdeh tərəf fikrini dəyişərək, 2024-cü ilin yayından başlayaraq, onlara məxsus evlərin dəyərinin aşağı salınması yolu ilə kompensasiya verməyi təklif edərək, onlarla yenidən başqa bir müqavilə - “Daşınmaz Əmlakın alğı-satqısı Müqaviləsi” bağlamağı təklif etdilər. Ona görə də, öncə onları ələ almaq istədilər ki, bazar qiymətindən aşağı kompensasiya ödəyərək, evi boşaldıb təhvil verək, bu baş tutmayanda, onlara hər cür psixoloji təzyiqlər göstərməyə, evi məhkəmə yolu ilə yıxacaqlarını, daha az vəsait ödəyəcəklərini, onlara qarşı heç nə edə bilməyəcəklərini bildirərək onlara psixoloji sarsıntı yaşatmağa başladılar. Qeyd olunmalıdır ki, həm razılaşmaq istəmir və həm də qorxu hissi keçirirdilər. İddiaçı Ələkbər qazi və müharibə veteranıdır. Döyüşlərdə sağlamlığını itirmişdir. Bundan başqa, sağlamlıqlarında müəyyən problemlər olduğuna görə həm müalicələri və həm də yaşamaqlarını təmin etməkdən ötrü borcları yaranmışdır. Ona görə də məcburiyyət və psixoloji təsir qarşısında qalıb cavabdehin təklifini qəbul etmişlər. Kompensasiya kimi onlara 50.000 AZN manat verdilər. Cavabdeh MMC-nin hərəkətləri və əməlləri qanunsuzdur, ədalətsiz və doğru deyildir. Onlara verilən məbləğ, real bazar qiymətindən iki dəfə az olmaqla, təhqiramiz məbləğdir. Evləri şəhərin mərkəzində yerləşir. Onun real bazar qiyməti nəzərə alınmamışdır. Həmçinin qeyd olunmalıdır ki, bu əlli min manata, evlərinin yerində inşa edilən yeni evdə onlara vəd edilən və müqavilədə nəzərdə tutulan bir otaqlı mənzili ödənilən həmin vəsaitə ala bilməzlər. Ona görə də mülki qanunvericiliyə uyğun olaraq kompensasiyalar təyin olunarkən sakinlərin fərdi maddi və sosial vəziyyəti, əmlakın xüsusiyyətləri, yerləşdiyi ərazi və bazar qiyməti ayrı-ayrılıqda nəzərə alınmalıdır. Layihəçi cavabdeh, onların psixoloji vəziyyətindən istifadə edərək ədalətsiz istəyinə nail oldu. Şəhərin mərkəzindəki torpaq sahəsi ilə şəhərin kənarındakı torpaq sahələrinin qiymətləri onların yerləşdiyi ərazi ilə müəyyən olunur. Bu reallıq, həm milli qanunvericilikdə və həm də Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında təsbit edilmişdir. Ona görə də düşünməsinlər ki, onları hər cür qanunsuz təzyiqlərlə aldada biliblər. 1 otaqlı mənzillərin qiyməti, şəhər mərkəzlərində həmişə çox yüksək olmuşdur. Ona görə də hesab edirlər ki, fərdi evlərinin mövcud real bazar qiyməti ən azı 100.000 manatdır. Əks halda, ## ###### 2022-ci il tarixli birinci müqavilənin şərtləri onlar üçün hələ öz qüvvəsini saxlayır. İlkin müqavilə bağlanarkən, onlara deyilmişdir ki, heç kimə kompensasiya vermirlər, ancaq 28 kv.metrlik tam təmirli mənzil tikərək verəcəklər. Eyni zamanda, onlara məxsus mənzilin sahəsinin 18 kv.m. kimi yazsalar da, faktiki ərazi 30 kv.m. olmuşdur. Belə ki, evin divarlarının qalınlığı 1 metrə yaxın olmuş, sahəsi ölçülərkən evin çöl divarından deyil, iç divarından hesablanmaqla qanunsuzluq edilmişdir. Bundan başqa, mənzil sahələri ilə bağlı həm cənab Prezident İlham Əliyevin Sərəncam və göstərişləri var və həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mənzil sahəsi az olan vətəndaşlara 20% əlavə mənzil sahəsinin verilməsi qərara alınmışdır. Sonradan ilkin müqavilə şərtlərini pozaraq və onlara müxtəlif hədə-qorxu gələrək, cəmi 50.000 manat verilərək, söküntü işlərini tamamlamışlar. Onların aldadıldıqları yox, yeni əlverişsiz şərtlərlə müqavilə bağlamağa məcbur edilməklərinin sübuta ehtiyacı yoxdur. Onlar hesab edirlər ki, “Daşınmaz Əmlakın Alğı-satqısı Müqaviləsi” əsasında verilən 50.000 manat məbləği reallığı əks etdirmir. Əmlakın real bazar qiyməti ilə dəyəri 100.000 manatdır. Ona görə də cavabdeh tərəf əlavə olaraq onlara vurduğu ziyanı tam şəkildə ödəməlidir.

10. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlu məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia tamamilə əsassızdır və buna görə təmin edilə bilməz. Tərəflərə məxsus olmuş ünvan 2 ünvanında yerləşmiş fərdi yaşayış evinin onlara aid hissəsində ##.##.2022-ci il tarixində K/*** saylı əvəzləşmə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçıların birgə mülkiyyətində olan 16 kv.m. sahəyə görə onlara kompensasiya olaraq ərazidə yeni tikiləcək binada sahəsi 18 kv.m. olan mənzil təqdim edilməli idi. Daha sonra tərəflərin qarşılıqlı razılaşmasına əsasən fərdi yaşayış evində onlara məxsus paylar notarial qaydada ##.##.2024-cü il tarixdə bağlanılmış müqavilələrə əsasən onlardan cəmi 50.000 manat pul kompensasiya ödənilməklə alınmışdır. Göründüyü kimi tərəflər ikinci müqaviləni bağlamaqla öhdəlikdə novasiyaya yol veriblər və buna görə də aralarında bağlanmış ilkin müqaviləyə xitam verilmişdir. Tərəflər arasında bağlanılmış ikinci müqavilədən göründüyü kimi, onlar bu cür əvəzetməni könüllü şəkildə notariusun iştirakı ilə edirlər və bu müqavilənin bağlanmasından 6 ay sonra məhkəməyə müraciət edirlər. Cavabdeh və iddiaçının hərəkətləri mülki hüquqla bağlı müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı hərəkətlərdir və bu hərəkətlərdə heç bir dələduzluq və ya aldatma halı yoxdur.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, sözügedən mübahisəli ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 147,9 kv.m. olan fərdi yaşayış evi X11 3 otaq 54,8 kv.m. hissədə, X5 1 otaq 16,4 kv.m. hissədə, X1 1 otaq 10,8 kv.m. hissədə, X8 1 otaq hissədə, X9 1 otaqdan 1/3 hissədə, iddiaçı1 1 otaqdan 1/3 hissədə, iddiaçı2 1 otaqdan 1/3 hissədə payı müəyyən olunmaqla Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ##.##.2018-ci il tarixdə iddiaçı2 adına qeydiyyata alınmışdır. Daha sonra cavabdeh MMC iddiaçılara məxsus paylara uyğun olaraq mənzillə bağlı həm əvəzləşmə müqaviləsini, daha sonra tərəflərə təklif edərək daşınmaz əmlakın alğı-satqı müqaviləsini daşınmaz əmlakın mülkiyyətçiləri ilə bağlamışdır. Tərəflər ilk öncə əvəzləşmə müqaviləsini bağlamaqla bağlı razılığa gəlmişlər və iddiaçılara məxsus olmuş ünvan 2 ünvanında yerləşmiş fərdi yaşayış evinin onlara aid hissəsində ##.##.2022-ci il tarixində K/*** saylı əvəzləşmə müqaviləsi bağlanılmışdır. ##.##.2022-ci il tarixdə həmin müqaviləni bağlayaraq hər iki tərəf öhdəlik götürmüşdür. Daha sonra cavabdeh tərəf “xxxx” MMC iddiaçılara kompensasiya verməyi təklif edərək, hər iki iddiaçı ilə ayrıayrılıqda alğı-satqı müqavilələri bağlamağı təklif etmişdir və tərəflər razılığa gələrək notarial qaydada bu müqavilələri bağlamışlar. Cavabdeh ümumilikdə fərdi yaşayış evində iddiaçılara məxsus paylar üçün 50.000 manat məbləğində ödəniş edərək, mənzili almışdır.

13. Belə ki, iddiaçılar iddia tələbində ## ###### 2022-ci il tarixli birinci müqavilənin şərtlərinin onlar üçün hələ öz qüvvəsini saxladığını və tərəflər arasında bağlanmış ikinci alğısatqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etmişlər. Lakin tərəflər ikinci müqaviləni, yəni alğı-satqı müqavilələrini könüllü surətdə, notariusun iştirakı ilə öz sərbəst iradə ifadəsi ilə bağlamışlar. Göründüyü kimi tərəflər ikinci müqaviləni bağlamaqla öhdəlikdə novasiyaya yol vermişlər və buna görə də aralarında bağlanmış ilkin müqaviləyə xitam verilmişdir. Eləcə də “xxxx” MMC ilə iddiaçı2 və iddiaçı1 arasında bağlanmış ##.##.2022-ci il tarixli, K/*** nömrəli əvəzləşmə müqaviləsi və ##.##.2024-cü il tarixli Alğı-satqı müqavilələri Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, həmin müqavilələrin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Həmçinin, iddiaçılar aldatma və təzyiqin olması hallarını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Yəni tərəflər arasında bağlanmış ikinci müqavilə aldatma yolu olmadan və psixoloji təzyiq olmadan bağlanılmışdır.

14. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçılar ilkin müqavilə üzrə öz üzərinə götürdükləri “əlavə yaşayış sahəsi üçün nəzərdə tutulmuş 20.000 manat pulu cavabdehə ödəmək” öhdəliyini də yerinə yetirməmişlər.

15. İddia tələbinin “50.000 manat maddi ziyanın “xxxx” MMC-dən tutularaq iddiaçılara ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur.

16. Bu baxımdan, məhkəmə hesab etmişdir ki, zərərlə bağlı tələb üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

17. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Belə ki, cavabdeh MMC iddiaçı2 və iddiaçı1 arasında ##.##.2024-cü il tarixdə bağladığı daşınmaz əmlakın alğı-satqı müqavilələrinə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 147,9 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə iddiaçılara məxsus payını 50.000 manat ödəyərək almış, iddiaçılar da öz növbəsində müvafiq əmlakı “xxxx” MMCnin mülkiyyətinə vermişdir. Bundan sonra müvafiq fərdi yaşayış evi sökülmüşdür. Belə olduğu təqdirdə, iddiaçılara ziyan vurulması faktı öz təsdiqini tapmır.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 339.1, 339.2, 339.3, 339.4, 531.1, 531.3, 21.1, 21.2, 1096.1, 1096.2ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Qətnamədən iddiaçı iddiaçı2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilib. Belə ki, məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi məhkəmə prosesi zamanı həmin mübahisəli ərazidə digər vətəndaşlara aid yaşayış sahələrinin sökülməsi və ödənişlərlə bağlı mötəbər sənəd gətirəcəyi barədə söz versə də o sənədləri məhkəməyə təqdim etməmiş və məhkəmə də bu halın üzərindən sükutla keçmişdir. Müqavilə öhdəliyinin pozulması və hüquqi vəziyyətinin pisləşməsi onunla izah olunur ki, “xxxx” MMC ilə o və qardaşı iddiaçı1 arasında ##.##.2022-ci il tarixli, K/*** nömrəli əvəzləşmə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən layihəçi Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə 49 ünvanında yerləşən birgə mülkiyyətçilərə - onlara məxsus 1 otaqlı mənzilin bu müqavilə ilə müəyyən edilmiş müddətdə (24 ay ərzində) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək layihəçi birgə mülkiyyətçilərin mənzilinin faktiki sahəsi olan 15 kv.m. sahəsinə 20% əlavə etməklə (cəmi 18 kv.m. olmaqla)və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq 200 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə birgə mülkiyyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin bu müqaviləyə əsasən birgə Mülkiyyətçilər layihəçiyə 20.000 manat əlavə ödəniş etməklə ona veriləcək sahədən əlavə layihəçidən 10 kv.m. əlavə yaşayış sahəsi alırdıq və əlavə yaşayış sahəsi üçün nəzərdə tutulmuş 20.000 manat pulu Birgə Mülkiyyətçilər Layihəçiyə tikinti işləri başlayandan (katlavan qazılandan) 24 ay ərzində ayda ən azı 833.33 manat olmaqla ödəyir. Beləliklə tərəflərin razılaşmasına əsasən layihəçi yekunda birgə mülkiyyətçilərə yaşayış binasında ümumi sahəsi 28 kv.m. olan mənzili təhvil verməyi, mülkiyyətçi isə müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Bildirir ki, qardaşı Ələkbər müharibə veteranı və qazi olduğuna görə 10 kv.m. kimi əlavə verilən sahəyə ödəniş aparılması qanunsuz idi. Göründüyü kimi ikinci müqavilənin bağlanması heç də onların razılaşması ilə yox, onlara qarşı təzyiqin nəticəsində baş vermişdir. Necə ola bilər ki, onlar bir otaqlı mənzili 50.000 min manata dəyişmişlər?! Onlar məhkəmə gedişatı zamanı iddia tələblərini dəqiqləşdirməklərinə baxmayaraq, məhkəmə işə bir tərəfin marağına uyğun qanunsuz qərar çıxarmışdır. Məhkəmə, bir qazinin, Vətən müharibəsi veteranının halını nəzərə almamışsa, şəhərin mərkəzində bir otaqlı mənzili 50.000 manatla əvəzləşdirilməsini, vəziyyətin ağırlaşdırılması kimi görməmiş və hüquqi qiymət verməmişsə və bu üsulla qanunsuz qətnamə çıxarmışsa, deməli qətnamə işin hallarına uyğun olmamışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin hazırkı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar ikinci müqavilə, yəni mənzildəki paylarının cavabdehə satılması barədə ##.##.2024-cü il tarixdə bağlanmış müqavilənin məcburetmə-hədə-qorxu nəticəsində bağlandığını iddia edir, hesab edir ki, əks halda onlar alacaqları bir otaqlı mənzili 50.000 manata qarşı tərəfə satmazdılar.

23. İddiaçılar izahatında həmin vaxt maddi vəziyyətlərinin ağırlığı ilə əlaqədar müqavilə ilə razılaşdıqlarını bildirmişlər. Bununla belə, cavabdeh tərəfindən onlara göstərilən təzyiq nəticəsində ##.##.2024-cü il tarixli müqaviləni bağladıqlarını iddia edən iddiaçılar təzyiq və hədə ilə bağlı hər hansı sübut təqdim etməyiblər.

24. İddiaçılar onlara müqaviləyə görə az məbləğ (50.000 manat) ödəndiyini, onlara daha 50.000 manat ödənilməli olmasını bildirmişlər. Həmçinin müqavilənin əvəzi kimi 50.000 manat iddiaçılar tərəfindən qəbul edilmişdir ki, bu hal mübahisələndirilmir.

25. Göründüyü kimi, iddiaçılar daha çox müqavilədə razılaşdırılan qiymətdən narazıdır.

26. Bununla bağlı kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

27. Mülki Məcəllənin 398.2-ci maddəsinə görə, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

28. Normadan da göründüyü kimi, qiymət dəyişdirilməsi - yalnız müqavilə və Məcəllədə nəzərdə tutulan hallarda mümkün olduğundan, tərəflərin bağladığı müqavilədə razılaşdırdıqları qiymətin hazırda başqa qiymətlə dəyişdirilməsi nə onlar arasında bağlanılan müqavilədə, nə də Məcəllədə nəzərdə tutulmamışdır. Odur ki, onlara əlavə 50.000 manat ödənilməsi barədə tələb də əsassız olduğundan təmin edilə bilməz.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 324.1, 337.1, 337.3, 337.4, 337.5, 339.4, 339.5, 339.6, 398.1, 398.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

30. Qətnamədən iddiaçı iddiaçı2 (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla yuxarıda qeyd edilmiş dəlillər irəli sürülmüş tələblərin əsaslı olduğunu təsdiq edir. Digər tərəfdən, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, “daşınmaz əmlakın alğısatqı 31. müqavilə”ləri üzrə notariat işləri tələb edilərək işə əlavə edilməmiş, həmçinin birinci instansiya məhkəməsində təzyiq hədə-qorxu faktlarının müəyyən edilməsindən ötrü telefon danışıqlarının əldə edilməsi ilə bağlı müvafiq mobil operatora sorğu verilməsi barədə vəsatətləri təmin edilməmişdir. Lakin qeyd olunan pozuntulara apellyasiya instansiyası məhkəməsi də hər hansı bir münasibət bildirməmiş, eləcə də tərəflərindən təqdim edilmiş sübutlara və irəli sürdükləri dəlillərə düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

32. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili İsmayılzadə Qulam Azər oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

33. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

38. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

39. Maddə 339.5. Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

40. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

42. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

43. Maddə 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

44. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

53. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

65. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar