Məhkəmə qərarları › İş №2(1-8)-725/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-725/2026

23.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-725/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı X2 cavabdeh Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanılmış ## ###### 2021-ci il tarixli kredit müqaviləsinə əsasən X2 na faizsiz 100000 manat məbləğində borc vermiş, borc alan ## ### 2022-ci il tarixinədək borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

2. Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanılmış ## ###### 2021-ci il tarixli digər kredit müqaviləsinə əsasən X2 na faizsiz 100000 manat məbləğində borc vermiş, borc alan ## ### 2022-ci il tarixinədək borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

3. Azərbaycan Respublikasının DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə X2 tərəfindən ünvanlanmış ## ##### 2024-cü il tarixli ərizəyə əsasən müraciətindən sonra ona əlavə olaraq 5000 manat olmaqla ümumilikdə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən 145000 manat ödənilmişdir.

4. “M10” ödəniş sistemi vasitəsi ilə X2 məxsus 050-XXX-50-00 nömrəsinə ## ###### 2024-cü il tarixdə 6480 manat məbləğində, ## ###### 2024-cü il tarixdə 5000 manat məbləğində, ## ###### 2025-ci il tarixdə 3000 manat məbləğində və ## ###### 2025-ci il tarixdə 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı X2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödədiyi hər biri 100000 manat olmaqla, ümumilikdə, 200000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 490 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh yeni bir biznesə qoşulmaq adı ilə pula ehtiyacı olduğunu və bunun üçün müəyyən bir pul vəsaitinə ehtiyacı olduğunu iddiaçıya bildirmiş, aralarında olan münasibəti rəsmi qaydada reallaşdırmaq üçün ## ###### 2021-ci il tarixdə kredit müqavilələri bağlamışlar. ## ###### 2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc alan, yəni, cavabdeh hər müqavilədə 100000 olmaq şərti ilə iki ədəd ayrı-ayrılıqda kredit müqaviləsi bağlamış və kredit müqaviləsinə əsasən borc alan, yəni, cavabdeh iddiaçıya ## ### 2022-ci il tarixinə kimi 200000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, həmin müddət bitdiyindən ondan dəfələrlə pulunun qaytarılması barədə özünə məlumat verdikdə süni maneələr yaradaraq hər dəfəsində müxtəlif bəhanələr etmişdir. Cavabdeh bu günə kimi ona ödənilməli olan lakin ödənilməmiş 200000 manat puldan heç bir hissəsini ona qaytarmamışdır. Ona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Belə olduğu təqdirdə ilk öncə kredit müqaviləsində 9-cu bəndində qeyd edilən “tərəflər arasında müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunmasını” rəhbər tutaraq ilk öncə pretenziya qaydasında müraciəti olmuşdur. Həmin müqavilənin 9 və 10-cu maddəsinə əsasən tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr danışıqlar yolu ilə həll olunması qeyd edilmişdir. Cavabdeh ## ### 2022-ci il tarixədək öz üzərinə düşən öhdəliyi yerinə yetirmədikdə pretenziya qaydasında ## ##### 2025ci il tarixdə qeydiyyat ünvanına məktub göndərilmişdir. Həmin pretenziya məktubunda cavabdehə yazılı qaydada “## ###### 2024-cü il tarixli kredit müqaviləsinə əsasən üzərinizə götürdüyünüz öhdəlikləri yerinə yetirmədiyiniz halda məktub sizə çatdığı gündən etibarən 3 gün müddətinə qanunsuz hərəkətlər nəticəsində bu günə kimi ödənilməli olan hər biri 100000 olmaqla ümumilikdə 200000 manat pulun sizdən xeyrimizə tutulması barədə qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət ediləcəkdir” məzmunlu xəbərdarlıq edilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh heç birinə məhəl qoymamışdır.

7. Birinci instansiya məhkəməsi tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Cavabdehin və üçüncü şəxsin nümayəndəsi, vəkil vəkil2 iddia ərizəsinə etiraz verilmiş və etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə X2 Cavabdeh barəsində ünvanladığı ərizəsi əsasında aparılmış araşdırmaya dair materialdan çıxarılmış bəzi izahatlar məhkəməyə göndərilmiş və mülki işin materiallarına əlavə edilmişdir. Həmin materialda olan X5 ## #### 2022-ci il tarixli izahatında göstərmişdir ki, Cavabdehla Iddiaçı notariusa getmişlər, sonra, X3 a 200000 manat pul verdiyi ona məlum olmuşdur. Material üzrə izahatı alınmış X4 ## #### 2022-ci il tarixli izahatında göstərmişdir ki, X1 un onun torpağının sənədləşdirilməsi ilə məşğul olduğunu, 2021-ci ilin noyabr ayında notariusa gedib, torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Cavabdeh əlavə 150000 pul verməli olduğunu bildirmişdir. Iddiaçı bunu onunla izah etmişdir ki, böyük məbləğdə pul verdiyi üçün, əlində pulun verilməsinə dair sənədin olmasını istəyir. Açıq şəkildə sənəd düzəltmək üçün pul verilməsini təsdiq edən sənəd verilməsi mümkün olmadığı üçün, notariusda borc müqaviləsi bağlamaq istəyir. X1 la borc müqaviləsi bağlayaraq, onun yanında Iddiaçıə 150000 manat pul vermişdir. Göstərilən şəxslərin izahatlarından aydın olmuşdur ki, hazırkı iddia tələbində göstərilmiş 200000 manat borc məbləği ilə Azərbaycan Respublikası DIN BMCMI-nə ünvanladığı ərizədə göstərilmiş məbləğ eynilik təşkil edir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin ## #### 2025-ci il tarixli məktubu ilə Cavabdeh X2 olan borcundan 145000 manatın ödənilməsinin təmin edildiyi bildirilmişdir. Iddiaçıin baş idarəyə ünvanladığı ## ##### 2024-cü il tarixli ərizədə də, həmin tarixdə ona ödənilmiş 5000 manat vəsaitlə birlikdə, cəmi 145000 manat məbləğin Cavabdeh tərəfindən ona ödənildiyini bildirmişdir. Iddia tələbində göstərilmiş, Cavabdehla Iddiaçı arasında Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ## ###### 2021-ci il tarixli *M-**** nömrəli və eyni tarixli *M-**** nömrəli kredit müqavilələrinə əsasən ödənilməli olan 200000 manat borcun 145000 manat hissəsinin Cavabdeh tərəfindən ödənildiyi təsdiq olunur. Material üzrə cinayət işinin başlanılması rədd edildikdən sonra isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən “M10” ödəniş sistemi vasitəsilə 17480 manat və əlbəəl olaraq vəsaitlə birlikdə, cəmi 30000 manat ödənildiyi məlum olur. Qeyd olunanları nəzərə alaraq, X3 a qarşı 200000 manat pul tələbinin 175000 manat hissəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, vəkil vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, borc müqavilələri üzrə Azərbaycan Respublikası DIN BMCMI-nin məhkəməyə ünvanladığı məktubunda göstərilmiş istintaq zamanı 145000 manat ödəniş edilməsini, eləcə də, “M10” ödəniş sistemi və Iddiaçıin mobil telefon nömrəsi vasitəsi ilə iddiaçıya göndərilmiş ödənişlərin olmasını qəbul edirlər.

10. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Cavabdeh iddia ərizəsinə etirazda göstərilənləri təsdiq edərək bildirmişdir ki, pulu iddiaçıdan o, alsa da, pulu aldıqdan sonra Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs vermişdir. Həm istintaq vaxtı, həm də sonradan “M10” ödəniş vasitəsi ilə, eləcə də əlbəəl iddiaçının borcunun xeyli hissəsini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ödəmişdir. Məhkəmədən həmin ödənişlərin nəzərə alınmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs borc müqavilələrinin Cavabdehla bağlanmasına baxmayaraq 200000 manatın onun tərəfindən qəbul edildiyini, sonradan ödənişlərin də onun tərəfindən edildiyini bildirmiş və izahatında qeyd etmişdir ki, hazırda iddiaçıya 145000 manat istintaqda verildiyi təsdiq olunur. Bundan başqa “M10” ödəniş sistemi vasitəsi ilə də ödənişlər olmuşdur, hətta məhkəməyə təqdim edilənlərdən başqa əlavə 3000 manat da iddiaçının hesabına köçürülmüşdür ki, hazırda həmin qəbzi məhkəməyə təqdim edə bilmir. 10000 manatı isə əlbəəl Iddiaçıin özünə vermişdir. Lakin, həmin vaxt tək olduqlarından pulun verilməsinə heç kim şahidlik edə bilmir. Məhkəmədən həmin ödənişlərin nəzərə alınmasını xahiş etmişdir.

12. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin ## #### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2021-ci ilin noyabr ayında Iddiaçıdən 200000 manat borc pul alıb qaytara bilmədiyinə görə əvəzində ona məxsus torpaq sahəsinə və onun üzərində olan tikiliyə qanuni yolla çıxarış alması üçün köməklik göstərəcəyini vəd etmiş, lakin məsələni müsbət həll edə bilməyib borcunu qaytarmadığı üçün aralarında narazılıq yaranmış, Iddiaçı onun barəsində şikayət etmişdir, müraciətinin diqqət çəkməsi üçün pul vəsaitini Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona məxsus torpaq sahəsinə qanuni yolla Çıxarış alması üçün verdiyini bildirmişdir, araşdırma zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən 145000 manat pulun Iddiaçıə ödənilməsi təmin edilmiş, müraciət müəllifinə mübahisənin mülki xarakterli olması ilə bağlı mülki qaydada baxılması üçün məhkəməyə müraciət etməsi izah edilmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim L.Şövkətli-Mənsimli) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 37520 manat pulun tutularaq iddiaçı X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan notarial qaydada bağlanmış kredit müqavilələri ilə iddiaçı tərəfindən cavabdehə ## ### 2022-ci il tarixinədək qaytarılmaq şərti ilə 20000 manat məbləğində faizsiz borc verildiyi təsdiq olunmuşdur. Odur ki, həmin məbləğin qaytarılması ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür.

15. Azərbaycan Respublikası DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi tərəfindən məhkəməyə göndərilmiş X2 Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və qeyrilərinə qarşı şikayəti əsasında toplanmış araşdırma materialı, eləcə də tərəflərin izahatları ilə təsdiq olunmuşdur ki, BMCMI-də araşdırma zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Iddiaçıə ödənilmiş ümumilikdə 145000 manat pul məhz Iddiaçı ilə Cavabdeh arasında bağlanmış ## ###### 2021ci il tarixli kredit müqavilələri üzrə edilmiş ödənişlərdir.

16. Bundan başqa, cavabdeh və üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, borcun ödənilməsi məqsədi ilə “M10” ödəniş sistemi vasitəsi ilə Iddiaçıə məxsus 050-XXX-50-00 nömrəsinə ## ###### 2024-cü il tarixdə 6480 manat məbləğində, ## ###### 2024-cü il tarixdə 5000 manat məbləğində, ## ###### 2025-ci il tarixdə 3000 manat məbləğində və ## ###### 2025-ci il tarixdə 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

17. Iddiaçının vəkili-nümayəndəsi borc müqavilələri üzrə 145000 manatın istintaq zamanı ödənildiyini və “M10” ödəniş sistemi vasitəsi ilə Iddiaçıin mobil nömrəsi hesabına ödənişlər edildiyini təsdiq etmişdir.

18. Məhkəmə iclasında iştirak etmiş cavabdeh və üçüncü şəxs qeyd edilən ödənişlərdən başqa 10000 manat pulun əlbəəl Iddiaçıə verildiyini və əlavə olaraq 3000 manatın onun hesabına köçürüldüyünü qeyd etsə də, həmin ödənişlərlə bağlı heç bir sübut təqdim edilməmişdir.

19. Beləliklə, iş materialları ilə sübut olunmuşdur ki, ## ###### 2021-ci il tarixli kredit müqavilələri üzrə 200000 manat borc məbləğindən iddiaçıya 145000 manat istintaq zamanı, 6480+5000+3000+3000=17480 manat isə “M10” ödəniş sistemi vasitəsi ilə, ümumilikdə 145000+17480=162480 manat ödənilmişdir.

20. Qeyd edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, 200000 manat borc məbləğindən 162480 manatın qaytarıldığı sübut olunduğundan, iddia qismən təmin edilməli, 200000-162480=37520 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 443, 448, 529, 739, 740-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

22. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddianın 37520 manat borcun ödənilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın qismən, cavabdehdən iddiaçının xeyrinə 25000 manat vəsaitin tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ödənilmiş məbləğlərə düzgün qiymət verilməmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər K.Əkbərov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 200.000 manat borcdan 162.480 manat qaytarılmış, qalıq borc 37.250 manat təşkil edir (200.000 manat – 162.480 manat = 37.250 manat).

26. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qalıq borcun məbləği 37.250 manat deyil, 25.000 manat təşkil edir. 37.250 manatla 25.000 manatın arasında olan 12.250 manat fərqin (37.250 manat – 25.000 manat = 12.250 manat) iddiaçıya ödənildiyini sübutetmə yükü cavabdehin üzərində düşür. Cavabdeh birinci instansiya məhkəməsində bu barədə sübut təqdim edə bilməmişdir.

27. Ona görə də, məhkəmə Mülki Məcəllənin 385, 425 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 37.520 manat tutulmasını qət etməklə düzgün nəticəyə gəlmiş və gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

28. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385-ci, Mülki Prosessual Məcəllənin 69, 88-ci maddələrin tələbləri pozulmuşdur.

30. Belə ki, iş üzrə ifadə vermiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bildirmişdir ki, Azərbaycan Respublikası DIN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi tərəfindən təqdim edilmiş sənədlərə və “M10” ödəniş sistemi vasitəsilə ödənilmiş vəsaitdən başqa, 12.500 manat vəsait, onun tərəfindən iddiaçıya şəxsən, əlbəəl olaraq ödənilmiş, iddiaçı tərəfindən ona cəmi 25.000 manat borcun qaldığının bildirildiyini demişdir. Həmin hala nümayəndə, ya da vəkilin aydınlıq gətirməsi mümkün olmadığı üçün, cavabdeh tərəf iddiaçının məhkəmədə şəxsən iştirak etməsi barədə şifahi vəsatət vermişdir. Iddiaçının iclasda iştirakdan yayınması, onun sübutun araşdırılmasında iştirakdan boyun qaçırdığını təsdiq etmişdir.

31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

33. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

34. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.2-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıdan aldığı borcun mübahisələndirilən (12500 manat) hissəsində qaytarılması sübut edilməmişdir.

39. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmamasın dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar