Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-754/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh İsmayılov Elçin Adil oğluna və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:dəymiş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı arvadı X3 0,12 ha, oğulları X2 və X1 hər biri 0,09 ha olmaqla, torpaq sahəsini Abşeron rayonu, Hökməli bələdiyyəsi tərəfindən keçirilmiş müsabiqə (hərrac) yolu ilə almışlar. Bu torpaq sahələrinin alınması üçün İddiaçı tərəfindən 65.000 manat ödənilmişdir.
2. İddiaçı arvadı X3 adına alınmış 0,12 ha torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir.
3. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə ##.##.2014-cü il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə ##.##.2021-ci il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. X3 tərəfindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ##.##.2014-cü il tarixli ərizədən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin alınması ilə əlaqədar ödədiyi bütün vəsait, yəni torpaq sahəsinə görə ödədiyi 24.800 manat ona tam şəkildə qaytarlmışdır. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə əlaqədar heç bir iddiası və tələbi yoxdur, olmayacaq və bununla bağlı heç bir məhkəmə mübahisəsi qaldırmayacaq.
6. X2 etibarnamə üzrə nümayəndəsi İddiaçı tərəfindən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ##.##.2014-cü il tarixli ərizədən görünür ki, Reyestr Xidmətinin * saylı Ərazi İdarəsi tərəfindən ##.##.2014-cü il tarixdə verilmiş çıxarışa əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin alınması ilə əlaqədar ödədiyi bütün vəsait, yəni torpaq sahəsinə görə 20.100 manat və çıxarışın alınmasına görə ödədiyi 114 manat ona tam şəkildə qaytarılmışdır. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması ilə əlaqədar heç bir iddiası və tələbi yoxdur, olmayacaq və bununla əlaqədar heç bir məhkəmə mübahisəsi qaldırmayacaq.
7. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/** nömrəli, ##.##.2017-ci il tarixli hökmü ilə Zeynalov Aynur Şamil oğluna və digərlərinə AR Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə müvafiq cəzalar təyin edilmiş, zərərçəkmiş İddiaçı və digər şəxslərə vurulmuş zərərin ödənilməsi nəzərə alınaraq, bütün zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehlərin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.
8. Həmin cinayət işi üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən X3 məxsus torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin dəyərinin 97.109,06 manat, evdə istifadə olunmamış materialın dəyərinin 3.063,20 manat, hasarın dəyərinin isə 13.077,58 manat olması müəyyən edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/** nömrəli, ##.##.2017-ci il tarixli hökmü dəyişdirilmişdir.
10. AR Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, Zeynalov Aynur Şamil oğlunun və digərlərinin məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının ##.##.2020-ci il tarixli qərarının kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanması qərara alınmışdır.
11. Reyestr Xidmətinin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi Hökməli bələdiyyəsinin adına ##.##.2013-cü il tarixdə qeydiyyata alınmış və özgəninkiləşdirilməsi barədə məlumat yoxdur. Həmin qəsəbədə yerləşən 0,09 ha torpaq sahəsi X2 adına ##.##.2021-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən qəsəbədə yerləşən 0,09 ha torpaq sahəsi isə X1 adına ##.##.2021-ci il tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.
12. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə İddiaçı İsmayılov Elçin Adil oğluna və digərlərinə qarşı “cinayət əməli nəticəsində vurulmuş zərərin ödənilməsi (preyudisiya)” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
13. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Sözügedən məhkəmə hökmündən aydın görünür ki, məhkumlar zərərçəkmiş İddiaçı məxsus 65.000 manat pulu dələduzluq yolu ilə ələ keçirmişlər. Onlar zərərçəkmiş şəxsin tikdirdiyi fərdi yaşayış evinə və çəkdirdiyi daş hasara xərclədiyi 97.109,06 manat və 13.077,78 manatı dələduzluq yolu ilə ələ keçirməmişlər. Bu xərclərin çəkilməsi hökmdə məhkumların törətdiyi cinayətin ağır nəticəsi kimi müəyyən edilmişdir. Cinayət işi materiallarından eyni zamanda görünür ki, zərərçəkmiş İddiaçı qeyd edilən xərclərlə bağlı mülki iddia tələbi ilə nə ibtidai istintaq orqanına, nə də ki, məhkəməyə müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş İddiaçı qarşı törədilmiş dələduzluq cinayəti ilə dəymiş 65.000 manat ziyan ona tam məbləğdə ödənilmişdir. Buna görə də, məhkəmə tərəfindən düzgün olaraq hökmün nəticə hissəsində məhkumlar Zeynalov Aynur Şamil oğlu, İsmayılov Elçin Adil oğlu, cavabdeh5 İsmayıl oğlu, cavabdeh2 və cavabdeh3 alınaraq zərərçəkmiş İddiaçı vurulmuş zərərin ödənilməsi nəzərə alınaraq müvafiq qərar qəbul edilmişdir. Belə olan halda zərərçəkmiş İddiaçı çəkdiyi xərclərlə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər”.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər İsmayılov Elçin Adil oğlu, cavabdeh5 İsmayıl oğlu, cavabdeh3 və cavabdeh2 qarşı “cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən cinayət əməli nəticəsində vurmuş olduqları zərərə görə çəkdiyi xərc qismində fərdi yaşayış evinin dəyəri olan 97.109,06 manat, həmin evdə olan istifadə olunmamış materialın dəyəri olan 3.063,20 manat, hasarın dəyəri olan 13.077,58 manat, cəmi 113.249,84 manatın və ödənilmiş dövlət rüsumuna görə 404 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 2012-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən “xxxx” MMC-dən bir sotunun qiyməti 5.500 manat olmaqla, 65 000 manatın müqabilində iddiaçının arvadı X4 adına 0,12 ha, oğlu X1 adına 0,09 ha və digər oğlu X2 adına 0,09 ha olmaqla, cəmi sot torpaq sahəsinin alınması üçün cəmiyyətin direktoru ilə iddiaçı arasında 3 ədəd podrat müqaviləsi bağlanmışdır. 2014-cü ilin mart ayınadək MTK-nə 65.000 manat ödəniş etmiş və həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə “xxxx” MMC-nin təsisçisi 2022-ci ilin aprel ayında vəfat etmiş Zeynalov Aynur Şamil oğlu AR Cinayət Məcəlləsinin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələri, şirkətin direktoru, müavini və marketinq şöbəsinin müdiri vəzifələrində işləmiş cavabdeh5 İsmayıl oğlu AR Cinayət Məcəlləsinin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələri, şirkətin direktoru İsmayılov Elçin Adil oğlu AR Cinayət Məcəlləsinin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələri, Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri cavabdeh2 AR Cinayət Məcəlləsinin 308.2 və 311.3.3-cü maddələri və şirkətin satış meneceri cavabdeh3 AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə təqsirli bilinib həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalara məhkum edilməklə, onların cinayət əməli nəticəsində iddiaçıya maddi ziyan vurulması sübuta yetirilmişdir. Cavabdehlərin cinayət əməlləri nəticəsində iddiaçı əldə etdiyi əmlaklardan məhrum olmuşdur. Həmin cinayət işi üzrə hökmlə zərərçəkmiş şəxs qismində tanınaraq iddiaçıya dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işinin araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən “xxxxn”də həyat yoldaşı Pirəxanım Şirəliyevanın adına aldığı torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin dəyəri 97.109,06 manat, həmin evdə olan istifadə olunmamış materialın dəyəri 3.063,20 manat, torpaq sahəsində tikdiyi hasarın dəyəri 13.077,58 manat qiymətləndirilmişdir. Həmin əmlaklar cinayət işi araşdırılarkən iddiaçıdan alınmış, dəymiş ziyanın ödənilməsini cavabdehlərdən tələb etməsini bildirmişlər. AR Ali Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Zeynalov Aynur Şamil oğlunun, İsmayılov Elçin Adil oğlunun və cavabdeh5 İsmayıl oğlunun məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət kollegiyasının ## ###### 2020-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işinin araşdırması zamanı “xxxxn”də aldığı torpaq sahələrinə görə ödədiyi 65000 manat iddiaçıya geri qaytarılmışdır. Lakin həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin dəyəri olan 97.109,06 manat, həmin evdə olan istifadə olunmamış materialın dəyəri olan 3.063,20 manat, torpaq sahəsində tikdiyi hasarın dəyəri olan 13.077,58 manat maddi ziyan hal-hazıradək zərərvuran şəxslər tərəfindən ona ödənilməmişdir. ##.##.2022-ci il tarixdə eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, məhkəmənin gedişatında müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə ona dəymiş zərərin ödənilməsi ilə bağlı anlaşılmazlıq mövcuddur. Bu səbəbdən də həmin anlaşılmazlıq aradan qaldırılanadək iddia ərizəsi məhkəmənin ##.##.2023-cü il tarixli qərardadı ilə AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanıldı. İddiaçı ona dəymiş zərərin ödənilməsi ilə bağlı hökmdə olan anlaşılmazlığın aradan qaldırılması ilə bağlı ərizə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmiş və məhkəmənin ##.##.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Beləliklə, məhkəmə hökmündən aydın görünür ki, məhkumlar zərərçəkmiş İddiaçı məxsus 65.000 manatı dələduzluq yolu ilə ələ keçirmişlər. Onlar zərərçəkmiş şəxsin tikdirdiyi fərdi yaşayış evinə və çəkdirdiyi daş hasara xərclədiyi 97109,06 manat və 13077,78 manatı dələduzluq yolu ilə ələ keçirməmişlər. Bu xərclərin çəkilməsi hökmdə məhkumların törətdiyi cinayətin ağır nəticəsi kimi müəyyən edilmişdir. İş materiallarından eyni zamanda görünür ki, iddiaçı qeyd edilən xərclərlə bağlı mülki iddia tələbi ilə nə ibtidai istintaq orqanına, nə də ki, məhkəməyə müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı iddiaçıya qarşı törədilmiş dələduzluq cinayəti ilə ona dəymiş 65.000 mana ziyan tam məbləğdə ödənilmişdir. Buna görə də, məhkəmə tərəfindən düzgün olaraq hökmün nəticə hissəsində məhkumlar Zeynalov Aynur Şamil oğlu, İsmayılov Elçin Adil oğlu, cavabdeh5 İsmayıl oğlu, cavabdeh2 və cavabdeh3 alınaraq iddiaçıya vurulmuş zərərin ödənilməsinin nəzərə alınması qərara alınmışdır. Belə olan halda iddiaçı çəkdiyi xərclərlə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər”. Cavabdehlər cinayət əməli nəticəsində iddiaçıya vurmuş olduqları ziyanı ödəməlidirlər. Cavabdehlərin dələduzluq cinayət əməlləri nəticəsində ona maddi zərər vurmaları Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və AR MPM-nin 82.4-cü maddəsinə əsasən həmin hökmlə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir.
16. Cavabdeh İsmayılov Elçin Adil oğlu (vəkili vəkil3) iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iş üzrə iddiaçı qismində iştirak edə bilməz. Belə ki, hazırda zərərin ödənilməsi tələb edilən tikili X3 torpaq sahəsində tikilmişdir. Yəni 2017-ci ildə baxılmış cinayət işində zərərçəkmiş şəxs kimi tanınması iddiaçıya hələ belə bir hüquq vermir. Çünki iddiaçı hazırda torpaq sahəsi üçün ödənilmiş pulu deyil, özbaşına inşa etdikləri tikili ilə bağlı dəymiş zərəri tələb edir. Ümumiyyətlə onun bu işlə bağlı zərərçəkmiş şəxs kimi tanınması əsassızdır. Çünki torpaq sahəsi ona aid deyil. Lakin hazırda qanuni qüvvəsini almış hökmü mübahisələndirə bilmirlər. Bununla belə, hazırkı iddiada həmin torpaq sahəsində tikilini onun tikdirdiyinə dair işdə heç bir sübut yoxdur. Əksinə, torpaq sahəsinin Pərixanım Şirəliyevaya məxsus olmasına dair sübutlar mövcuddur. Bunu elə hökmdən görmək mümkündür. ##.##.2017-ci il tarixli hökmün 406-cı səhifəsində torpaq sahiblərinin siyahısında iddiaçının həyat yoldaşı X3 adı qeyd olunmuşdur. Nəticə etibarilə tikilinin də torpaq sahəsinin mülkiyyətçisi tərəfindən tikildiyini ehtimal etməyə haqqları vardır. Bu baxımdan, iddiaçının bu işdə iştirak etməyə subyektiv hüququ yoxdur. Bundan başqa, cavabdehə qarşı belə iddianın irəli sürülməsi tamamilə əsassızdır. Çünki qanunvericiliyin tələbinə əsasən, yalnız torpaq sahəsi ilə bağlı rəsmiləşdirmə işləri bitəndən sonra məlumatlandırma icraatı həyata keçirilərək həmin sahədə müvafiq tikinti işləri aparıla bilərdi. Lakin iddiaçı iddiasında bildirir ki, həmin torpaq sahəsinə dair rəsmiləşdirmə olmadan əvvəl, heç bir məlumatlandırma etmədən tikinti işləri aparmışdır. Torpaq sahələri 2014-cü ilin aprel ayında rəsmiləşdirilmiş, cavabdehlərə qarşı cinayət işi isə 2014-cü ilin iyun ayında başlanılmışdır. Yəni iddiaçının həyat yoldaşı həmin müddəti gözləmiş olsaydı, tikinti işlərini aparmayacaq və nəticə etibarilə hazırda ona dəymiş zərərlə bağlı mübahisə olmayacaqdı. Buradan aydın olur ki, tikinti ilə bağlı məsuliyyət elə qüvvədə olan tikinti qanunvericiliyinin tələblərini pozan iddiaçının həyat yoldaşıdır. Bundan başqa, iddiaçının həyat yoldaşının həmin torpaq sahəsinə dair çıxarışı vardır. Hazırda həmin çıxarış ləğv edilməmiş və hüquqi qüvvəsini saxlayır. İddiaçı bələdiyyə tərəfindən həmin torpaq sahəsindən istifadəyə maneələrin yaradıldığını qeyd edir. Ancaq bununla bağlı hüquqlarının müdafiəsi üçün heç bir addım atmır. İddiaçı müvafiq olaraq mülkiyyətində olan torpaq sahəsində yerləşən tikintini rəsmiləşdirməli və istifadəyə maneələrin aradan qaldırılması ilə bağlı iddia qaldırmalıdır. Əks təqdirdə, mülkiyyətində olan torpaqda aparılmış tikinti ilə bağlı cavabdehlərdən pul alaraq əsassız varlanmış olar. Bu da özlüyündə hüquqdan sui-istifadə ilə nəticələnər.
18. Cavabdeh Zeynalov İbrahim Aynur oğlu (vəkili-nümayəndəsi İskəndərov Eltac Firudin oğlu) iddiaya etiraz təqdim edərək, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh Zeynalov İbrahim Aynur oğlunun etirazı onunla əsaslandırılmışdır ki, o, iddianı qəbul etmir, qeyd olunan hallara və iddiaçının əsaslandırmasına etiraz edir. Belə ki, hazırki iş üzrə iddiaçının iddiası tamamilə əsassızdır və qanunvericiliyin müddəalarını isə öz xeyrinə təhrif etməklə iddia qaldırılmışdır. Belə ki, iddia ərizəsindən aydın olur ki, iddiaçı, “xxxxn”dən aldığı torpaq sahələrinə görə ödədiyi 65.000 manatı geri aldığı halda, həmin torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin dəyəri olan 97.109,06 manat, həmin evdə olan istifadə olunmamış materialın dəyəri olan 3.063,20 manat, torpaq sahəsində tikdiyi hasarın dəyəri olan 13.077,58 manat maddi ziyanın da ödənilməsini cavabdehlərdən tələb edir. Mövcud iş üzrə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2017-ci il tarixli hökmü ilə təqsirləndirilənlərin əmlaklarının müsadirə edilərək zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Yekun məhkəmə aktı isə AR Ali Məhkəməsində baxılmaqla Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıldıqdan sonra qanuna müvafiq olaraq ## ###### 2022ci il tarixdə hökm icraya yönəldilmişdir. İddiaçı ona dəymiş zərərin məbləğinin hökmdə düzgün qeyd edilməməsi, hökmdə səhvə yol verilməsi və həmin anlaşılmazlığın aradan qaldırılması ilə bağlı ərizə ilə müvafiq məhkəməyə müraciət etmiş və həmin ərizə əsassız olduğundan təmin edilməmişdir. İddiaçının iddiası əsassız olmaqla təmin edilməməlidir. İlk növbədə, iddiaçıya cinayət nəticəsində dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu hal işin mübahisəsiz halıdır. Bundan əlavə o, torpaq sahələrini öz mülkiyyətinə keçirməklə müvafiq dövlət reyestrindən çıxarışlar almışdır. Bu isə torpaq sahələrinə və üzərində yerləşən tikililərə istədiyi kimi sərəncam vermək hüququnu ona verir. Yəni inşa olunmuş tikililər onun mülkiyyətində yerləşir. Baş vermiş cinayət hadisəsi nəticəsində onun nə mülkiyyət hüququ məhdudlaşdırılıb, nə də ki həmin əmlaklar ondan geri alınıb. Onun iddiası hazırda yalnız əsassız varlanmaya yönəlmişdir. İddia təmin edildiyi halda iddiaçı torpaq sahəsi üçün ödədiyi 65.000 manatı geri aldığı və daha sonra torpaq sahələrini öz mülkiyyətinə keçirdiyi kimi, tikililər üçün də əlavə pul vəsaiti əldə edəcək və daha sonra mülkiyyətində olduğu torpaq sahəsində olan tikililərə istədiyi kimi sərəncam verəcəkdir. Bu isə yolverilməzdir. Buna görə də onun iddiası əsassız olmaqla təmin edilməməlidir.
20. Cavabdehlər İsmayılov Elçin Adil oğlu (vəkili-nümayəndəsi vəkil3), Zeynalov İbrahim Aynur oğlu (vəkili-nümayəndəsi İskəndərov Eltac Firudin oğlu) və cavabdeh5 İsmayıl oğlu ərizələr (vəsatət) təqdim edərək, iddia müddətini tətbiq edib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
21. Ərizələr (vəsatətlər) onunla əsaslandırılmışdır ki, 2014-cü ildə iddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış və həmin vaxtdan etibarən bu tələblə məhkəməyə müraciət etməmişdir. İddia yalnız 11 il sonra, 2025-ci ildə məhkəməyə ünvanlanmış və iddiaçının cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmasından artıq 10 ildən çox vaxt keçib. Odur ki, iddiaçı iddia üzrə ümumi iddia müddətini ötürmüşdür.
22. İddiaçı (vəkili-nümayəndəsi vəkil2) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən cinayət əməli nəticəsində iddiaçıya vurmuş olduqları zərərə görə çəkdiyi xərc qismində fərdi yaşayış evinin dəyəri olan 97.109,06 manat, həmin evdə olan istifadə olunmamış materialın dəyəri olan 3063,20 manat, hasarın dəyəri olan 13.077,58 manat, cəmi 113.249,84 manatın və dövlət rüsumuna görə ödənilmiş 404 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim- İlqar Qaralov) iddia təmin edilməmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, iddiaçının subyektiv hüququ olmadığından və iddia tələbi əsassız olduğundan, hazırkı iddia təmin edilməməlidir. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iddiaçının zərər kimi cavabdehlərdən tələb etdiyi məbləğin məhz iddiaçının özünə cavabdehlər tərəfindən vurulmuş zərər məbləği olması müəyyən edilmir.
25. Belə ki, iddiaçı müvafiq cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınsa da, iş materiallarından müəyyən edilir ki, torpaq sahəsi iddiaçının arvadı Pərixanım Şirəliyevanın adına rəsmiləşdirmək məqsədilə alınmışdır. Belə olan halda, həmin torpaq sahəsində tikilmiş ev, hasar və istifadə edilməmiş materiallarla bağlı iddia irəli sürməklə bağlı subyektiv hüquq da iddiaçıya deyil, məhz onun arvadı Pərixanım Şirəliyevaya məxsus olmuşdur. Lakin iddiaçı özünü əsl iddiaçı saymış və arvadının adından səlahiyyətli nümayəndə kimi iddia irəli sürmək hüququna malik olmasına dair etibarnaməni məhkəməyə təqdim etməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması torpağın pulunun onun özü tərəfindən ödənilməsinin həmin icraatda öz təsdiqini tapması ilə bağlı olsa da, hazırkı iddia üzrə onun iddiaçı qismində çıxış etməsi ona görə düzgün deyildir ki, alqı-satqı ilə bağlı sənədlərdə onun yox, arvadının adı qeyd olunmuşdur. Yəni əgər torpağa və evə çıxarış alınsaydı, bu zaman mülkiyyətçi arvadı olacaqdı. Deməli, mülkiyyətində olması niyyəti ilə alınan əmlakla bağlı tələb hüququ da onun arvadına məxsusdur. Göstərilənlərə əsasən cavabdeh tərəfin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı dəlilləri əsaslıdır.
26. Bundan başqa məhkəmə qeyd etmişdir ki, lap iddiaçının subyektiv hüququ olsaydı da belə, hazırkı iddia tələbinin özü əsassızdır. Çünki cinayət işi üzrə qanuni qüvvəsini almış məhkəmə aktı yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyətinin olubolmaması hissəsində məcburidir. Deməli, hazırkı iş üzrə iddiaçının istinad etdiyi müvafiq məhkəmə aktı yalnız hərracı (müsabiqəni) təşkil edənlərin əməllərində müvafiq cinayət tərkiblərinin olması və iddiaçıya məxsus 65.000 manatın torpaq sahəsinin alqı-satqısı məqsədilə dələduzluq yolu ilə keçirilməsi müəyyən edilsə də, ona qaytarılması faktlarını müəyyən edən hissələrdə preyudisial əhəmiyyət daşıyır. Yəni torpaq üzərində tikilmiş fərdi yaşayış evi və hasarla bağlı çəkilmiş xərclərin müvafiq hökmdə iddiaçıya dəymiş ziyan kimi göstərilməsi hazırkı iş üzrə heç bir preyudisial əhəmiyyət daşımır. Bununla yanaşı, həmin məhkəmə tərəfindən iddiaçı tərəfin ərizəsi əsasında sonradan hökmə verilmiş izahla bağlı da qeyd edilmişdir ki, torpaq üzərində tikilmiş fərdi yaşayış evi və hasarla bağlı çəkilmiş xərclər təqsirləndirilən şəxslər tərəfindən dələduzluq yolu ilə ələ keçirilməmişdir, bu xərclər yalnız cinayətin ağır nəticələri kimi qiymətləndirilmişdir.
27. Nəzərə alınsa ki, bu tikilinin yerləşdiyi torpaq sahəsi faktiki olaraq iddiaçının (arvadının) istifadəsindədir, deməli, burada iddiaçıya zərər dəyən hər hansı hal yoxdur. Tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, həmin torpağı bu günədək iddiaçıdan heç kim tələb etməmişdir. Hətta iddiaçı tərəfin çıxarışlar aldığı iki torpaq sahəsində deyil, digər torpaq sahəsində ev tikməsi onun göstəricisidir ki, onlar özü bilərəkdən bu tikintini aparmışdır ki, torpağı geri qaytarmasınlar. Yəni iddiaçı digər iki sahəyə görə çıxarış almış, bu sahəni isə özü dediyinə görə pulunu hissə-hissə ödəyəcəyi üçün çıxarış ala bilməyəcəyini bilmiş, lakin nədənsə evi də məhz bu sənədini ala bilmədiyi torpaqda tikmişdir.
28. Deməli, iddiaçının hüquqdan sui-istifadəsi öz təsdiqini tapır. İddiaçının hazırda orada yaşamağa marağının olmaması əsas vermir ki, özbaşına tikinti apardığı torpaq sahəsindəki evə və hasara görə cavabdehlərdən pul tələb etsin. Çünki cavabdeh tərəfin izahatından da müəyyən edilir ki, oraya yaşayış üçün zəruri müvafiq kommunikasiya (su, işıq, qaz, kanalizasiya) xətləri də çəkilmişdir.
29. İstifadə olunmamış materialın dəyəri ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, bu tələb də açıq-aşkar əsassız varlanma niyyəti ilə irəli sürülmüşdür. Çünki öz istifadəsində olan torpaq sahəsində istifadə edilməmiş materialın özünü gedib götürmək qədər əlçatan olan bir işi görmək əvəzinə, sırf hökmdə dəyəri göstərilib deyə həmin dəyəri cavabdehlərdən tələb etmək iddiaçının əsassız varlanması ilə nəticələnəcəkdir. Göstərilənlərə əsasən iddia tələbi tamamilə əsassızdır və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
30. Son olaraq məhkəmə onu da qeyd etmişdir ki, məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə versələr də, iddia əsassız olduğundan, hazırkı iş üzrə tələbə iddia müddətinin tətbiq edilməsinə zərurət qalmır.
31. Lakin qeyd edilməlidir ki, məhkəmənin mövqeyinə görə iddia müddəti ötürülməmişdir. Belə ki, ##.##.2014-cü il tarixdə iddiaçının arvadının pulunun qaytarılması ilə bağlı yazdığı ərizə ilə başlanmış 10 illik ümumi iddia müddətinin axımı ##.##.2022-ci il tarixdə iddiaçının ilk dəfə məhkəməyə müraciəti ilə dayandırılmış, ##.##.2023-cü il tarixdə iddianın baxılmamış saxlanması barədə məhkəmə qərardadının elan edildiyi andan isə axım davam etmişdir. Belə olan halda, 10 illik ümumi iddia müddəti həmin tələbə baxıldığı təxmini 7 aylıq dövr üçün dayandırıldığından, iddiaçının ##.##.2024-cü ilədək deyil, 2025-ci ilin mart ayınadək məhkəməyə müraciət etmək hüququ olmuşdur. İddiaçı isə hazırkı ərizə ilə ##.##.2025-ci ildə məhkəməyə müraciət etməklə bu tələbini ümumi iddia müddəti ərzində irəli sürmüşdür. Deməli, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Buna baxmayaraq, iddiaçının subyektiv hüququ olmadığından və tələbi əsassız olduğundan tələb təmin edilməməlidir.
32. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21, 373.1, 375, 381.1, 560.1, 560.2, 1097.1-ci, habelə MPM-nin 14.2, 77.1, 82.4, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
33. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
34. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə cavabdehlərin cinayət əməli nəticəsində iddiaçıya maddi ziyan vurulması sübuta yetirilmişdir. İddiaçı cavabdehlərin cinayət əməlləri nəticəsində əldə etdiyi əmlaklarından məhrum olmuşdur. Belə ki, iddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ona dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması hökmdə izah olunmuşdur. Yəni hökmdə qeyd edilmişdir ki, cavabdehlərin cinayət əməlləri nəticəsində iddiaçı öz pul vəsaiti hesabına əldə etdiyi əmlaklarından məhrum olmuşdur. Belə ki, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq iddiaçı ona dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması hökmdə izah olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işinin araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən “xxxxn”də iddiaçının həyat yoldaşı Pirəxanım Şirəliyevanın adına aldığı torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin dəyəri 97.109,06 manat, həmin evdə olan istifadə olunmamış materialın dəyəri 3.063,20 manat, torpaq sahəsində tikdiyi hasarın dəyəri 13.077,58 manat olmaqla, cəmi 113.249,84 manat qiymətləndirilmişdir. Həmin əmlaklar cinayət işi araşdırılarkən iddiaçıdan alınmış, dəymiş ziyanın ödənilməsini cavabdehlərdən tələb etməli olduğu ona izah edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində həmin cinayət işinin araşdırması zamanı “xxxxn”də aldığı torpaq sahələrinə görə ödədiyi 65.000 manat iddiaçıya geri qaytarılsa da, lakin həyat yoldaşına aldığı torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin dəyəri olan 97.109,06 manat, həmin evdə istifadə olunmamış materialın dəyəri olan 3.063,20 manat, torpaq sahəsində tikdiyi hasarın dəyəri olan 13.077,58 manat maddi ziyan hal-hazıradək zərərvuran şəxslər, yəni cavabdehlər tərəfindən zərərçəkmiş şəxsə, yəni iddiaçıya ödənilməmişdir. Həmçinin qeyd edilmişdir ki, əgər cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökündə məhz iddiaçı cinayətin ağır nəticəsi olaraq çəkilmiş xərclərə münasibətdə zərərçəkmiş şəxs kimi tanınıbsa, bu fakt mülki məhkəmə icraatı üçün məcburidir. Mülki məhkəmə icraatı artıq araşdıra bilməz ki, “iddiaçı əslində zərərçəkmiş deyil” — çünki cinayət işi üzrə bu məsələ artıq hüquqi qiymətini alıb. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır (AR Konstitusiya Məhkəməsi Plenumunun “AR CPM-nin 142-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2020-ci il tarixli Qərarı). Hazırkı işdə məhkəmə qeyd etmişdir ki, pulun xərcləndiyi və tikilinin olduğu torpaqla bağlı müqavilə iddiaçının arvadının adına rəsmiləşdirilib, bu səbəbdən maddi zərər arvada dəyib və buna görə iddia hüququ da ona məxsusdur. Lakin, bu məlumatlara baxmayaraq cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə zərərçəkmiş şəxs qismində ər, yəni iddiaçı tanınmışdır. Deməli, cinayət işində bu araşdırılıb və qiymətləndirilib ki, zərər əslində ərin özünə, yəni iddiaçıya dəyib, yəni cinayət hadisəsində aidiyyatı zərərçəkmiş şəxs iddiaçıdır (pulu o, verib, razılaşmanı o aparıb, müqavilə MTK tərəfdən səlahiyyətsiz şəxs tərəfindən cinayət yolu ilə bağlanıb, müqavilə üzrə əldə edilənlər geri qaytarılıb, mübahisəli 0,12 ha torpaq sahəsi hal-hazırda da mülkiyyət hüququna dair arayışa əsasən Hökməli bələdiyyəsinin adındadır). Hazırkı məhkəmənin bu qənaəti tamamilə qanunsuzdur. Belə ki, AR MPM-in 82.4-cü maddəsi məhz bu halda tətbiq olunur – hadisənin kimə, yəni iddiaçıya aid olduğu artıq cinayət hökmü ilə müəyyən edilib. Məhkəmə iddiaçının zərərçəkmiş olmadığı qənaətinə gəlməklə cinayət işi üzrə məhkəmə hökmünü faktiki olaraq şübhə altına almışdır, bu isə qanunla yolverilməzdir. Məhkəmə bu faktları nəzərə almadan və zərərçəkmişin kimliyi ilə bağlı fərqli nəticəyə gələrək maddi və prosessual hüquq normalarına zidd hərəkət etmişdir. Preyudisial əhəmiyyət daşıyan məhkəmə hökmündə hadisənin olub-olmaması hissəsində işə baxan məhkəmənin nəzərə almaması, AR MPM-nin 82.4-cü maddəsinin tələblərinin pozulması deməkdir və bu hal prosessual hüquq normalarının ciddi pozuntusu kimi apellyasiya instansiyası məhkəməsi üçün ləğvetmə əsaslarından biri hesab olunur. Məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Göründüyü kimi, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bundan başqa zərərçəkmiş şəxsin tikdirdiyi fərdi yaşayış evinə və çəkdirdiyi daş hasara xərclədiyi 97.109,06 manat və 13.077,78 manat xərclərin çəkilməsi məhkəmə hökmündə məhkumların törətdiyi cinayətin ağır nəticəsi kimi müəyyən edilmişdir. Belə olan halda zərərçəkmiş iddiaçının çəkdiyi xərclərlə bağlı mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilər. Yəni, cinayət mühakimə icraatında hazırkı iddia irəli sürülmüş olsaydı iddia təmin olunacaqdı. Belə olan halda işə baxan məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən edilmiş faktları sual altına almışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsində heç bir əsas olmadan mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin faktiki olaraq iddiaçının (arvadının) istifadəsində olduğunu qeyd etmişdir. Belə görünür ki, qətnaməni formal olaraq əsaslandırılmış kimi göstərmək üçün hətta əsassız olsa belə ona nəsə yazmaq lazımdır. Elə bu əsaslandırma kifayətdir ki, məhkəmənin qətnaməsinin qərəzli, ədalətsiz və əsassız olması sübuta yetirilsin. Halbuki, elə məhkəmənin sorğusu əsasında alınmış Reyestr Xidmətinin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 308013065038, 308013065037 və ************ reyestr nömrəli torpaq sahələrinin hazırda kimin mülkiyyətində olması barədə məlumat verilməsi və torpaq sahələrinə çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətə baxılmış və müraciətlə əlaqədar qeyd edilmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində Abşeron rayonu, Hökməli bələdiyyəsinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə ##.##.2013-cü il tarixdə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış Abşeron rayonu, Hökməli bələdiyyəsinin adına verilmişdir. Həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə İdarədə məlumat yoxdur. Həmçinin Reyestr Xidmətinin * saylı Abşeron Ərazi İdarəsinin ## ##### 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan torpaq sahələrinə dair sənədlərin və onların verilməsinə əsas olmuş sənədlərin surətlərinin təqdim edilməsi ilə bağlı müraciətə baxılmış və müəyyən edilmişdir ki, Pərixanım Şirəliyevanın * saylı Abşeron Ərazi İdarəsinə daxil olmuş müraciəti aşkarlanmamışdır. Yəni, işdəki sübutlarla torpaq sahəsinin nəinki iddiaçının sahibliyində olması təkzib olunur, hətta sübuta yetirilir ki, mübahisəli tikilinin yerləşdiyi 0.12 ha sahəsinə ##.##.2013-cü il tarixdə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış Abşeron rayonu Hökməli bələdiyyəsinin adına verilmiş və hazırda da bələdiyyənin sahibliyindədir. İşdəki sənədlərdən açıq-aşkar görünür ki, 0,12 ha torpaq sahəsinin pulu iddiaçıya geri qaytarılmış, torpaq üstündəki tikili ilə ondan alınmış, torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Sonra, iddiaçının cavabdehlərin icazəsi ilə cinayət faktı aşkar edilməmişdən, yəni cavabdehlər təqsirləndirilən şəxs kimi cinayət işinə cəlb edilməmişdən əvvəl öz vəsaiti ilə fərdi yaşayış evini həyat yoldaşının adına alınmış torpaq sahəsində tikdirməsindən normal hal ola bilməz. Çünki iddiaçının torpaq sahəsini özünə və həyat yoldaşına alanda məqsədi elə orada ev tikmək və orada yaşamaq olub. İddiaçı evi tikəndə heç vaxt ehtimal edə bilməzdi ki, nə vaxtsa cavabdehlərin hərəkəti cinayət hesab ediləcək və çəkdiyi xərcə görə ona zərər dəyəcək. Göründüyü kimi cinayətin qurbanı olan zərərçəkmiş iddiaçının haqlarını müdafiə etmək vəzifəsi olan məhkəmə elə bir qənaətə gəlmişdir ki, sanki cavabdehlər yox, iddiaçıdır məhkum olunan. Məhkəmə mübahisələndirilən hökmdə iddiaçı kimi yüzlərlə şəxsə zərər dəyidiyini milyonlarla manat mənimsənildiyini görməmişdir. Həmçinin işdə məhz iddiaçının digər iki sahəyə görə çıxarışı özünün aldığına dair heç bir sübut yoxdur. Halbuki, Reyestr Xidmətinin * saylı Abşeron Ərazi İdarəsinin ## ##### 2025-ci il tarixli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki, X1 və X2 hər biri öz adına ayrı-ayrılıqda 9 sot torpaq sahəsinə dair çıxarışlar almışlar. Məhkəmənin hökmü ilə iddiaçının tikintini özbaşına deyil, cavabdehlərin icazəsi ilə cinayət əməli nəticəsində aldadılmaqla tikməsi və nəticədə ona zərər dəyməsi sübuta yetirilmiş və cavabdehlər bu əmələ görə məhkum edilmişlər. Daha sonra, cavabdeh tərəfin “zəruri müvafiq kommunikasiya (su, işıq, qaz, kanalizasiya) xətləri də çəkilmişdir” məzmununda izahatı da hər hansı sübutlarla öz təsdiqini tapmamışdır. Hətta məhkəmə hökmündə cavabdehlərin kommunikasiya (su, işıq, qaz, kanalizasiya) xətləri çəkməsi yalan vəd kimi dəyərləndirilmişdir. Görünür məhkəmə hökmlə tam tanış olmamış, hökmlə müəyyən edilən halları dəqiqləşdirməmişdir ki, qətnamədə belə bir əsassız hüquqi mövqe qeyd etmişdir. Yəni məhkəmə preyudisial məhkəmə hökmündə qeyd olunanları deyil, hər vəchlə cavabdehlərin (zərər vurmağa görə məhkum edilənlərin) etirazını əsaslı saymağa çalışmışdır. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, istifadə olunmamış materialın dəyəri ilə bağlı tələb açıq-aşkar əsassız varlanma niyyəti ilə irəli sürülmüşdür. Çünki öz istifadəsində olan torpaq sahəsində istifadə edilməmiş materialın özünü gedib götürmək qədər əlçatan olan bir işi görmək əvəzinə, sırf hökmdə dəyəri göstərilib deyə həmin dəyəri cavabdehlərdən tələb etmək iddiaçının əsassız varlanması ilə nəticələnəcəkdir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini tamamilə əsassız sayır və hüquqdan sui-istifadə kimi qiymətləndirir”. Halbuki, elə məhkəmənin sorğusu əsasında alınmış Reyestr Xidmətinin * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2022-ci il tarixli məktubu ilə torpaq sahəsinin bələdiyyənin mülkiyyətində və sahibliyində olduğu sübuta yetirilmişdir. O da qeyd edilməlidir ki, cinayət mühakimə icraatının gedişatında istifadə edilməmiş material möhürlənərək maddi sübut qismində saxlanılmış, iddiaçıya təhvil verilməmişdir. Həmin materialın hazırda harada olması barədə iddiaçıda heç bir məlumat yoxdur. Məhkəmə materialın həmin evdə olubolmamasını, ümumiyyətlə mövcud olub-olmamasını və kimdə olmasını müəyyən etmədən belə bir əsassız qənaətə gəlmişdir
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi ilə (hakimlər- Fuad Talışinski (sədrlik edən, məruzəçi), Günel Abbasova və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 5.3, 14.2, 21.1, 21.2, 385.1, 386.1, 560.1, 1096.1, 1096.2, 1097.1-ci, habelə MPM-in 14.2, 77.1, 82.4, 88, 217.4, 385.2ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
38. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçının iddiası əsasında mülki işə baxarkən, Konstitusiyada və mülki-prosessual qanunvericilikdə təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərinə əməl etməmişdir. Məhkəmə preyudisial hökmlə müəyyən edilmiş zərər məbləğinin ona ödənilməli olması barədə iddiaçının apellyasiya şikayətinin dəlillərini müzakirə etmədən və heç bir əsaslandırma aparmadan birinci instansiya məhkəməsinin qətnaməsinə istinadla iddianı rədd etmişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hüquqi cəhətdən qənaətini əsaslandırmaq üçün ümumi xarakterli sözlərə istinad etmiş, hər hansı maddi hüquq normasını tətbiq etməmişdir. Əgər cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökmdə iddiaçının cinayətin ağır nəticəsi olaraq çəkilmiş xərclərə münasibətdə zərərçəkmiş şəxs kimi tanıyıbsa, bu fakt mülki məhkəmə icraatı üçün məcburidir. Mülki məhkəmə icraatı artıq araşdıra bilməz ki, “iddiaçı əslində zərərçəkmiş deyil” — çünki cinayət işi üzrə bu məsələ artıq hüquqi qiymət alıb.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Cavabdeh Zeynalov lbrahim Aynur oğlu kassasiya şikayətinə qarşı yazılı etiraz verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
43. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır
44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
46. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
47. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
48. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
49. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 53.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 54.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 55.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 56.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 57.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.
Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
60. Kassasiya məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Lakin, apellyasiya məhkəməsi işə baxarkən qətnamənin əsaslandırıcı hissəsində onun kassasiya qaydasında ləğv edilməsinə səbəb olmayan müəyyən pozuntulara yol verib.
61. Əvvəla, apellyasiya məhkəməsi iddiaçının hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını qeyd etsə də, kassasiya məhkəməsi bununla razılaşmır.
62. Belə ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31- 37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır.
63. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
64. Beləliklə, AR Mülki Məcəlləsinin 225.1-ci və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı özündə ehtiva edir.
65. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
66. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
67. Digər tərəfdən Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə cavabdehlərin cinayət əməli nəticəsində iddiaçıya maddi ziyan vurulması sübuta yetirilib və sonuncu həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq ona dəymiş ziyanın ödənilməsi barədə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunub.
68. Həmçinin, cinayət işinin araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq edilib ki, “xxxxn”də iddiaçının həyat yoldaşı Pirəxanım Şirəliyevanın adına aldığı torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin dəyəri 97.109,06 manat, evdə olan istifadə olunmamış materialın dəyəri 3.063,20 manat, torpaq sahəsində tikdiyi hasarın dəyəri isə 13.077,58 manat olmaqla, cəmi 113.249,84 manat təşkil edir.
69. Sözügedən cinayət işinin araşdırması zamanı iddiaçının “xxxxn”də aldığı torpaq sahələrinə görə ödədiyi 65.000 manat pul vəsaiti də məhz ona geri qaytarılıb.
70. Hazırda iddiaçı, cavabdehlərdən qeyd olunan torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin dəyərinə görə 97.109,06 manat, evdə istifadə olunmamış materialın dəyərinə görə 3.063,20 manat, torpaq sahəsində tikdiyi hasarın dəyərinə görə isə 13.077,58 manat tələb edir.
71. Nəzərə alınmalıdır ki, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökündə məhz iddiaçı cinayətin ağır nəticəsi olaraq çəkilmiş xərclərə münasibətdə zərərçəkmiş şəxs qismində tanınıb və belə olan halda bu fakt hazırkı mülki məhkəmə icraatı üçün məcburidir.
72. Hazırkı halda apellyasiya məhkəməsi qeyd edib ki, pulun xərcləndiyi və tikilinin olduğu torpaq sahəsi ilə bağlı müqavilə iddiaçının arvadı Pərixanım Şirəliyevanın adına rəsmiləşdirilib və bu səbəbdən də maddi zərər ona dəyib. Buna görə də iddia hüququ məhz ona məxsusdur.
73. Lakin, apellyasiya məhkəməsi nəzərə almayıb ki, qanuna görə ər-arvadın nikah dövründə əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır və ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün, nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Belə olan halda sözügedən tikililərin iddiaçı ilə arvadı Pərixanım Şirəliyevanın ümumi vəsaiti hesabına inşa olunması ehtimal edildiyindən və işdə, bunun əksini təsdiq edən başqa sübutlar olmadığından, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə müvafiq subyektiv hüquqa malik olub.
74. Göstərilənlərə əsasən kassasiya məhkəməsi qeyd olunanları apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün əsas hesab etmir və belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi aşağıdakılara görə iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib.
75. Belə ki, sözügedən torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi və.s tikililərlə bağlı iddiaçı tərəfindən çəkilmiş xərclər, məhz cavabdehlərin törətdikləri qeyd olunan cinayətin ağır nəticəsi kimi qiymətləndirilib.
76. Digər tərəfdən, hazırda sözügedən tikililərin yerləşdiyi 0,12 ha torpaq sahəsi iddiaçının və arvadı Pərixanım Şirəliyevanın faktiki sahibliyindədir və onlar ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsinin üzərində olan fərdi yaşayış evində yaşayırlar. Həmçinin mülki iş materiallarında iddiaçı və arvadı Pərixanım Şirəliyevaya 0,12 ha torpaq sahəsinin üzərində olan tikililərə görə hər hansı məbləğdə real zərərin dəyməsi müəyyən olunmur.
77. Əksinə, tərəflərin izahatları ilə təsdiq olunur ki, 0,12 ha torpaq sahəsi və onun üzərində olan tikililər bu gün də iddiaçının və arvadı Pərixanım Şirəliyevanın faktiki sahibliyindədir. Həmin əmlaklar onlardan geri tələb olunmayıb və 0,12 ha torpaq sahəsinin üzərində olan tikililərin sökülməsi barədə onlara qarşı hər hansı tələb irəli sürülməyib. Hətta, sözügedən torpaq sahələrinə görə iddiaçı tərəfindən ödənilən 65.000 manat pul vəsaiti cinayət nəticəsində dəymiş zərər kimi ona geri qaytarılıb və qeyd olunan torpaq sahəsinin 0,09 ha hissəsi mülkiyyət hüququ üzrə iddiaçının oğlu Hüseyn Şirəliyevin, 0,09 ha hissəsi isə digər oğlu Cavid Şirəliyevin adlarına qeydə alınıb və hazırda həmin torpaq sahələri onların mülkiyyətindədir.
78. Mülki qanunverciliyə görə real zərər- özündə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri, habelə əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi hallarını ehtiva edir.
79. Bu baxımdan hazırda iddiaçının 0,12 ha torpaq sahəsinin üzərində olan tikilidə yaşamağa marağının olmaması əsas vermir ki, o özbaşına tikinti apardığı torpaq sahəsindəki evə və hasara görə cavabdehlərdən pul tələb etsin. Çünki cavabdehlərin izahatları ilə də təsdiq olunur ki, sözügedən evə yaşayış üçün zəruri olan müvafiq kommunikasiya (su, işıq, qaz, kanalizasiya) xətləri çəkilib və iddiaçı ailə üzvləri ilə birlikdə həmin tikililərdən fərdi yaşayış evi və.s kimi istifadə edirlər.
80. Mübahisəli 0,12 ha torpaq sahəsində olan, istifadə olunmamış materialların dəyəri tələbinə gəlincə isə apellyasiya məhkəməsi haqlı olaraq qeyd edib ki, bu tələb də açıq-aşkar əsassızdır. Çünki öz istifadəsində olan torpaq sahəsində istifadə edilməmiş materialın özünü gedib götürmək qədər əlçatan olan bir işi görmək əvəzinə, sırf hökmdə dəyəri göstərilib deyə həmin əmlakların dəyərini cavabdehlərdən tələb etmək iddiaçının əsassız varlanması ilə nəticələnə bilər.
81. Apellyasiya məhkəməsi həmçinin qeyd edib ki, məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə versələr də, iddia əsassız olduğundan, hazırkı iş üzrə tələbə iddia müddətinin tətbiq edilməsinə zərurət qalmır. Lakin qeyd edilməlidir ki, məhkəmənin mövqeyinə görə iddia müddəti ötürülməyib. Belə ki, ## ###### 2014-cü il tarixdə iddiaçının tələbi ilə başlanmış 10 illik ümumi iddia müddətinin axımı ## ###### 2022-ci il tarixdə iddiaçının ilk dəfə məhkəməyə müraciəti ilə dayandırılıb, ## #### 2023-cü il tarixdə iddianın baxılmamış saxlanması barədə məhkəmə qərardadının elan edildiyi andan isə müddətin axımı davam edib. Belə olan halda, 10 illik ümumi iddia müddəti həmin tələbə baxıldığı təxmini 7 aylıq dövr üçün dayandırıldığından, iddiaçının ## ###### 2024-cü ilədək deyil, 2025-ci ilin mart ayınadək məhkəməyə müraciət etmək hüququ olub. İddiaçı isə hazırkı tələblə məhkəməyə ## ###### 2025ci il tarixdə müraciət etməklə, bu tələbi ümumi iddia müddəti ərzində irəli sürüb və iddiaçı tərəfindən iddia müddəti ötürülməyib.
82. Belə olan halda kassasiya məhkəməsi hesab edir ki, iddiaçının hazırda real zərərə məruz qalması mülki iş materialları ilə öz təsdiqini tapmadığı üçün, iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
83. Göstərilənlərə əsasən kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin digər dəlilləri ilə də razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlib, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməyib, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Qə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.