Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-777/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları
1. Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında nisyə alğı-satqı münasibətləri mövcud olmuş və cavabdeh iddiaçıdan 2020-ci il ərzində müxtəlif tarixlərdə 436000 manat dəyərində məişət əşyaları almış, həmin məbləğin 226000 manat hissəsini ödəmiş, qalan 210000 manat hissəsini isə ##.##.2022-ci il tarixinədək ödəyəcəyinə dair Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 8I-6900 № ilə qeyd olunaraq təsdiq edilmiş ##.##.2021-ci il tarixli ərizə vermişdir. Iddiaçı hazırda ödənilməmiş hissənin 189300 manat təşkil etdiyini göstərir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 189300 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 479,3 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh Cavabdeh 2020-ci il ərzində müxtəlif tarixlərdə ondan 436000 manat dəyərində məişət əşyaları almışdır. Ümumi məbləğin 226000 manat hissəsini ##.##.2021-ci il tarixədək ödəmiş, qalan 210000 manat məbləğini isə ##.##.2022-ci il tarixədək ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh ödəməli olduğu 210000 manatdan ##.##.2022-ci il tarixdə 4300 manat, ##.##.2022-ci il tarixdə 1000 manat, ##.##.2022-ci il tarixdə 1000 manat, ##.##.2022-ci il tarixdə 2500 manat, ##.##.2022-ci il tarixdə 1000 manat, ##.##.2022-ci il tarixdə 3000 manat, ##.##.2023-cü il tarixdə 3000 manat, ##.##.2023-cü il tarixdə 1500, ##.##.2024-cü il tarixdə 2000 manat, ##.##.2024-cü il tarixdə 1400 manat olmaqla 20700 manatı ödəmiş, ümumilikdə isə 189300 manat məbləğində borcu bu günədək qaytarmamışdır. Dəfələrlə xəbərdar olmasına baxmayaraq borcu ödəməkdən yayınmışdır. Bakı şəhəri ** saylı notariat ofisində Cavabdeh ərizə (№ *************) ilə müraciət edərək 2020-ci il ərzində müxtəlif tarixlərdə İddiaçı 436000 manat dəyərində məişət əşyaları aldığını, ümumi məbləğin 226000 hissəsini ##.##.2021-ci il tarixinədək ödədiyini, qalan 210000 manat məbləğini isə ##.##.2022-ci il tarixinədək ödəyəcəyini bildirmişdir. Qeyd olunan ərizə reyestrdə 8I-6900 № ilə qeyd edilmişdir. Işin faktiki halarından göründüyü kimi, iş üzrə cavabdeh Cavabdeh iddiaçıya ödəməli olduğu 189300 manat pul vəsaitini ödəməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
4. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi vəkil1 iddianı qismən etiraf etmiş, hüquqlarını müdafiə etdiyi cavabdehin iddiaçıya iddia tələbində göstərdildiyi qədər deyil, təqribən 35-40 min manat civarında ödənilməmiş borcu olduğunu, bununla əlaqədar məhkəməyə müvafiq sübutların təqdim ediləcəyini bildirmişdir.
5. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddia təmin edilmiş, 189300 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 479,30 manat pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf ödənilməmiş hissənin 35-40 min manat civarında olduğunu və bu barədə sübutların məhkəməyə təqdim ediləcəyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
7. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları mötəbər sübut qismində qəbul edərək, hesab etmişdir ki, onlar iddianın əsaslılığını təsdiq etmək üçün kifayət edir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425,
442. 445.2.1, 448.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qismən ləğv edərək iddianın 30000 manat məbləğində təmin edilməsini, qalan hissədə isə rədd edilməsi ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamışdır. Məhkəmədə izahatında da bildirmişdir ki, 2021-ci ilin oktyabr-noyabr aylarında iddiaçı Cavabdeh onun barəsində dələduzluq etməsinə dair Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə şikayət ərizəsi vermiş və bununla bağlı Idarədə müvafiq araşdırmalar aparılmışdır. O, borcun böyük bir hissəsini qaytarmışdır və qalıq borc 30000 min manat civarında qalmışdır. Araşdırma materiallarında izahatlar vermişdir. Məhkəmə araşdırma zamanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə toplanmış materialın tələb edilməsi ilə bağlı vəkil sorğusu vermişdir və öz təşəbbüsü ilə də məhkəmə sorğu vermişdir. Baş Mütəşəkkil Mübarizə Idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə daxil olmuş müraciət eyni məsələ ilə bağlı araşdırması aparılan yoxlama materialına əlavə edilib baxılması üçün aidiyyəti üzrə DIN-in Kibercinayətkarlıqla Mübarizə Baş Idarəsinə göndərilmişdir. Araşdırmanın nəticəsi barədə DIN-in Kibercinayətkarlıqla Mübarizə Baş Idarəsindən əlavə məlumat veriləcəkdir. Lakin məhkəmə həmin materialın tələb edilməsi və mülki işdə ola sübutlarla yanaşı araşdırılması üçün hazırlıq iclasının vaxtını təxirə almamış və təxirə almaq barədə vəsatətinə də əhəmiyyət verməmişdir. Sübutun məhkəməyə təmin edilməsi bağlı da müvafiq tədbirlər görməmişdir. Bununla da ədalətli araşdırma hüququnu və çəkişmə prinsipini pozmuşdur.
11. Iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianı tam təmin etmişdir. Şikayət cavabdehin prosessual hüquqlardan sui-istifadə etməklə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini və icra olunmasını gecikdirmə cəhdi kimi qiymətləndirilməlidir. Cavabdeh tərəf ödənilməmiş hissənin 35-40 min manat civarında olduğunu və bu barədə sübutların məhkəməyə təqdim ediləcəyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əgər belə sübutlar mövcud olsa idi, cavabdeh onları məhkəməyə təqdim edərdi. Hətta apellyasiya şikayətinə də baxdıqda cavabdehin hər hansı sübut təqdim etmədiyini, prosessual hüquqlardan sui-istifadə etdiyi görülür. Dəfələrlə xəbərdar olmasına baxmayaraq borcu ödəməkdən yayınmışdır. Eyni zamanda, “WhatsApp” yazışmalarını müqayisəli təhlil etdikdə cavabdehin borcu ödəyəcəyi barədə vədlərini icra etmədiyi görülür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilkin məhkəmə instansiyasında araşdırılmış sübutlara zidd olmaqla, sadəcə qərardan narazılığı ifadə edir. Lakin mülki prosessual qanunvericiliyə əsasən apellyasiya şikayəti yalnız ilkin instansiyada hüququ pozulmuş halların mövcudluğu halında təmin oluna bilər. Belə hallar isə işdə yoxdur. Cavabdeh prosessual hüquq normalarının pozulması kimi MPM-in müxtəlif maddələrinə istinad etmiş, lakin müvafiq məsələləri tənzimləyən normaların pozulmasını qeyd etməmişdir. Apellyasiya şikayətinin verilməsində məqsəd prosessual hüquqlardan sui-istifadə etməklə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minmə vaxtının əsassız şəkildə uzadılmasıdır ki, bu iddiaçının hüquqlarını pozulması, eyni zamanda prosessual sui-istifasdə halı kimi qiymətləndirilməlidir. Cavabdehin apellyasiya şikayətinin tamamilə rədd edilməsini və Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
12. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş Idarəsinə eyniməzmunlu sorğular verilmiş, Cavabdeh barəsində hər hansı araşdırma aparılıb aparılmaması, müsbət halda həmin materialların təsdiq edilmiş surətlərinin Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur.
13. Sorğuya cavab olaraq Daxili Işlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş Idarəsi tərəfindən bildirilmişdir ki, Cavabdeh İddiaçı 436804 manat dəyərində məişət əşyaları alması, lakin aldığı məhsulların bir hissəsinin pulunu ödəməməsi ilə bağlı İddiaçı müraciəti əsasında Cavabdeh barəsində Baş Idarədə araşdırma aparılmış və qeyd olunan məsələyə mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olması barədə tərəflərə məlumat verilərək araşdırma başa çatdırılmışdır.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Mirlətif Sadıqov (sədrlik edən, məruzəçi), Mahir Əsədli və Aytən Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq gəldiyi nəticəni qanuni və əsaslı hesab etməklə qeyd etmişdir ki, cavabdeh Cavabdeh borcun böyük bir hissəsini qaytardığını və qalıq borcun 30000 min manat civarında qaldığını bildirsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün həmin məhkəmə instansiyasına qaytarılması haqqında müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmundan əsaslandırılmaqla qeyd edilmişdir ki, apellyasiya icraatı zamanı borcun məbləği müəyyən edilməsi üçün məhkəmədən Daxili Işlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş Idarəsindən araşdırma materiallarında olan izahatların tələb edilməsi ilə bağlı vəsatət qaldırmış, lakin məhkəmə formal cavab məktubu ilə işə nəticə verərək qətnamə qəbul etmiş, həmin materialın tələb edilməsi və mülki işdə olan sübutlarla yanaşı araşdırılması üçün tədbirlər görməmişdir. Bununla da ədalətli araşdırma hüququnu və çəkişmə prinsipini pozmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisnaq olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
36. Cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
37. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
38. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.