Məhkəmə qərarları › İş №2(1-8)-786/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-786/2026

12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-786/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh (maraqlı şəxslər maraqlı şəxs1, maraqlı şəxs3, maraqlı şəxs2 Hacıbala qızı, maraqlı şəxs4, maraqlı şəxs6 və maraqlı şəxs5) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin icarə müqaviləsinin bağlanması, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh (maraqlı şəxslər maraqlı şəxs1, maraqlı şəxs3, maraqlı şəxs2 Hacıbala qızı, maraqlı şəxs4, maraqlı şəxs6 və maraqlı şəxs5) qarşı “yaşayış sahəsinin icarə müqaviləsinin bağlanması, mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən maraqlı şəxslər maraqlı şəxs1, maraqlı şəxs3, maraqlı şəxs2 Hacıbala qızı, maraqlı şəxs4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2000-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Sarabski küçəsindəki * saylı evin 44 kv.m yaşayış sahəsi heç kimin xüsusi mülkiyyətində deyil. Mübahisəli ev ##.##.1935-ci il tarixdən vergiləri ödənilmədiyi üçün Oktyabr Rayon Kommunal Təsərrüfatı Idarəsinə verilib.

2. X14 ##.##.1994-cü ildə vəfat etmişdir.

3. Iddiaçı İddiaçı icarədar hesab edilməsi ilə bağlı X9 ##.##.1999-cu il tarixli, maraqlı şəxs2 Hacıbala qızının ##.##.1999-cu il tarixli, maraqlı şəxs4 ##.##.1999-cu il tarixli, maraqlı şəxs3 ##.##.1999-cu il tarixli, X1 ##.##.1999-cu il tarixli, maraqlı şəxs1 ##.##.1999-cu il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizələri var.

4. Iş materiallarında olan AR Bakı şəhəri Nəsimi Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin ** saylı Mənzil Kommunal Istismar Sahəsinin ##.##.2026-cı il tarixli arayışından görünür ki, X18 1949-cu il, maraqlı şəxs3 1974-cü il, maraqlı şəxs4 1973-cü il, maraqlı şəxs5 1976-cı il, X10 2006-cı il, X7 2007-ci il, X11 2016-cı il, maraqlı şəxs2 Hacıbala qızı 1952-ci il, X12 1975-ci il, X3 1985-ci il, X2 1994-cü il, X4 1999-cu ildən Sarabski küçəsi * saylı evdə qeydiyyatda olmalarına baxmayaraq, bu günə qədər bu ünvanda yaşamırlar.

5. ünvan 1darəsinin ## ###### 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, vətəndaş maraqlı şəxs2 Hacıbala qızı kənd sakini X5 ilə nikaha daxil olmuş, Məmmədova (Əliyeva) Vüsalə Sədyar qızı isə doğulduğu vaxtdan (##.##.1975) Fatmayı kəndində yaşayırlar.

6. Xəzər RIHB-nın Zirə qəsəbə Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli cavab məktubundan bəlli olur ki, maraqlı şəxs1, maraqlı şəxs3 Xəzər rayonu, Zirə qəsəbəsi, M.Maqomayev küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar, digər vətəndaşlar maraqlı şəxs4 Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə ərazisində yerləşən fərdi yaşayış evində yaşayır, X1 isə ailə həyatı qurduğu üçün başqa bir ünvanda yaşayır.

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri Xəzər rayonu *** №-li tam orta məktəbinin arayışından məlum olur ki, 1976-ci il təvəllüdlü X1 1982-ci ildə Ziya Ağayev adına *** №-li tam orta məktəbin İ sinfinə qəbul olunmuş, 1993-cü ildə XI sinfini bitirmiş, 1974-ci il təvəllüdlü maraqlı şəxs3 1981-ci ildə həmin məktəbin İ sinfinə qəbul olunmuş, 1991-ci ildə həmin məktəbin X sinfini bitirmişdir.

8. Abşeron Rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, X3 fərdi yaşayış evinin tikilməsi üçün 800 kv.m torpaq sahəsinin alğı-satqı yolu ilə satılması barədə Abşeron Rayon Fatmayı Bələdiyyəsinin ***/** nömrəli, ##.##.2006-cı il tarixli qərarı mövcuddur.

9. AR Dövlət Neft Şirkətinin ##.##.2025-ci il tarixli, **-*/*-****/**** nömrəli məktubundan məlum olur ki, SOCAR-ın və Azərbaycan Neft və X13 Həmkarlar Ittifaqı Respublika Komitəsinin birgə iclasının ## ##### 2023-cü il tarixli * saylı protokoluna əsasən, maraqlı şəxs3 Bakı şəhəri, Səbail rayonu Bibi-heybət qəsəbəsində inşa edilmiş yaşayış kompleksində, 6 nəfər ailə tərkibi ilə bina 4, yaşayış sahəsi 60.0 kv.metr olan 3 otaqlı, ** nömrəli mənzillə təmin olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sarabski küçəsindəki * saylı evin 44 kv.m yaşayış sahəsinin icarədarı hesab edilməsi, İddiaçı ilə həmin yaşayış sahəsinin icarə müqaviləsinin bağlanmasının və Bakı şəhəri Sarabski küçəsindəki * saylı evdə qanuni əsas olmadan yaşayan şəxslərin çıxarılması üçün tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 nəfərdən ibarət ailə tərkibində Bakı şəhəri Sarabski küçəsi * saylı evdə yaşayır. Onun yaşadığı sahə yerli Icra Hakimiyyətinin balansındadır və icarədarı atası X14 olmuşdur. Atası 1994-cü ildə vəfat etmişdir. Bundan sonra o Cavabdeh müraciət edərək həddi büluğa çatmış ailə üzvlərinin razılığı ilə özünün icarədar hesab olunmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat onunla icarə müqaviləsinin bağlanmasından imtina etmişdir. Bundan başqa mübahisəli evin həyətində boşalmış yaşayış sahəsində qeyri-qanuni olaraq oğlu Asif və Vasiflə birlikdə X15 yaşayır. Həmin şəxslər Hövsan qəsəbəsində qeydiyyatdadırlar. Dəfələrlə müraciət etməsinə baxmayaraq Cavabdeh bu şəxslərin qeyri-qanuni yaşadıqları sahədən çıxarılması üçün heç bir tədbir görmür. Həmçinin yaşadıqları evdə boşalmış yaşayış sahələri olmuş və bu sahələri özbaşına olaraq F.X.Ismayılov zəbt etmişdir. Evin başqa yaşayış sahəsində qeydiyyatda olan bu şəxslərin çıxarılması üçün də cavabdeh təşkilat heç bir tədbir görmür. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

12. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin ## ##### 2002-ci il tarixli *-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri Sarabski küçəsindəki * saylı evin 44 kv.m-lik yaşayış sahəsinin icarədarı hesab edilməsi, Cavabdeh İddiaçı ilə həmin yaşayış sahəsinin icarə müqaviləsinin bağlanmasının və Bakı şəhəri Sarabski küçəsindəki * saylı evdə qanuni əsas olmadan yaşayan şəxslərin çıxarılması üçün tədbirlərin görülməsinin həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim -F.Nəsibov).

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, AR Mənzil Məcəlləsinin 85-ci maddəsinin tələbinə əsasən həddi-büluğa çatmış ailə üzvlərinin yazılı razılığı olduğuna görə iddiaçı İddiaçı Hacıbala oğlu özünün icarədar hesab edilməklə onunla yaşayış sahəsini icarə müqaviləsinin bağlanılmasını tələb etməkdə haqlıdır.

14. Birinci instansiya məhkəməsi nəticəyə gələrkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci (##.##.2009-cu ilədək qüvvədə olmuş), Mülki Prosessual Məcəlləsinin 82.2, 82.3-cü maddələrinə istinad etmişdir.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə maraqlı şəxs1, maraqlı şəxs3, maraqlı şəxs2 Hacıbala qızı, maraqlı şəxs4, maraqlı şəxs6 və maraqlı şəxs5 maraqlarına toxunan şəxslər qismində cəlb edilməsi; maraqlı şəxs1 və digərləri tərəfindən verilmiş müddətin bərpasına dair ərizənin (müddət ötürülmədiyi üçün) təmin edilməməsi qərara alınmışdır (hakim - G.Abidova).

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Maraqlı şəxslər maraqlı şəxs1, maraqlı şəxs3, maraqlı şəxs2 Hacıbala qızı, maraqlı şəxs4, maraqlı şəxs6 və maraqlı şəxs5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, onların Bakı şəhəri Sarabski küçəsindəki * saylı evdə pasport qeydiyyatında olmaqla yaşamaqlarını nəzərə almayaraq məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Eyni zamanda sözügedən evin icarə müqaviləsinin iddiaçının adına dəyişdirilməsinə razılıqlarının olmamasını da nəzərə almamışdır. Onların verdikləri razılıq ərizəsi yalnız kommunal ödənişlərin aparılması məqsədi daşımışdır. ##.##.2009-cu ilə qədər qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Icarədarın ailə üzvləri icarədarın arvadı onların uşaqları və valideynləri hesab olunur. 54-cü maddəyə əsasən isə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər sürətdə istifadə etmək hüququna malikdirlər. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qanunvericiliyin tələbindən göründüyü kimi, onlar Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, * saylı evin icarədarı ataları (baba) birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmışlar, bununla da evə dair iddiaçı ilə bərabər surətdə istifadə etmək hüququ əldə etmişlər. Odur ki, Nəsimi Rayon Məhkəməsinin ##.##.2002-ci il tarixli, *- ****/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

18. Məhkəmə iclasında iştirak edən maraqlı şəxslər maraqlı şəxs2 Hacıbala qızı, maraqlı şəxs4, maraqlı şəxs3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.

19. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2002ci il tarixli, *-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - hakimlər İ.Cəfərov (məruzəçi), M.Rüstəmli və G.Axundova).

20. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, notariat qaydasında təsdiq edilmiş sənədlər qanunvericiliyə əsasən yüksək sübut qüvvəsinə malikdir və bu cür sənədlərin etibarsız sayılması yalnız qanunla nəzərdə tutulmuş əsaslar olduqda və müvafiq qaydada mümkündür. Maraqlı şəxslər tərəfindən həmin razılıq ərizələrinin saxta olması, iradənin zorakılıq, aldatma və ya digər qanunsuz təsir altında ifadə edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin həmin sənədlərin etibarlılığını əlavə araşdırmaya ehtiyac görməməsi əsaslıdır.

21. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, “razılığın yalnız kommunal ödənişlərin aparılması məqsədilə verilməsi” barədə apellyasiya şikayətinin dəlili hüquqi əhəmiyyət daşımır. Belə ki, ##.##.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci maddəsi razılığın verilmə motivini deyil, onun hüquqi fakt kimi mövcudluğunu əsas götürür. Razılıq ərizələrində iddiaçının yaşayış sahəsi üzrə icarədar hesab edilməsinə etirazın olmaması açıq şəkildə ifadə edilmişdir və sonradan bu iradəyə fərqli məna verilməsi hüquqi nəticələri dəyişmir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, maraqlı şəxslərin ##.##.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etmələri də əsaslı hesab edilmir. Həmin maddələr icarədarla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququnu tənzimləyir və onlara icarədarın dəyişdirilməsi və ya dövlət mənzil fonduna dair icarə münasibətlərinə müdaxilə etmək hüququ vermir.

23. Apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə qərarlarının maraqlı şəxslərin maraqlarına toxunulduğu halda prosesə cəlb edilməmələri və məhkəmə iclaslarından xəbərdar edilməmələri səbəbindən qətnamənin ləğv edilməli olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, iş üzrə maraqlı şəxslərin digər yaşayış sahələrinə malik olmaları və ya yaşayış sahəsi ilə təmin edilmiş olmaları onların dövlət mənzil fonduna aid mübahisəli yaşayış sahəsi üzrə hüquqi iddialarını istisna edir. Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin məqsəd və prinsiplərinə görə dövlət mənzil fonduna daxil olan yaşayış sahələri yaşayış sahəsinə ehtiyacı olan şəxslərə verilir. Başqa yaşayış sahəsinə malik olan və ya yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olmayan şəxslərin dövlət mülkiyyətində olan yaşayış sahəsi üzrə icarə münasibətlərinin subyekti qismində çıxış etməsi mümkün deyildir. Bu baxımdan, dövlətə məxsus yaşayış sahəsi üzrə icarə müqaviləsinin iddiaçı İddiaçıla bağlanması maraqlı şəxslərin hüquq və qanuni mənafelərinə toxunan hal kimi qiymətləndirilə bilməz və apellyasiya şikayətində göstərilən dəlillər bu hissədə də əsassızdır.

24. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 85-ci (##.##.2009-cu ilədək qüvvədə olmuş), Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

25. Maraqlı şəxslər maraqlı şəxs1, maraqlı şəxs3, maraqlı şəxs2 Hacıbala qızı, maraqlı şəxs4 (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 54-cü maddəsinin tələbindən göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, * saylı evin icarədarı X14 olmuşdur, onlar da icarədar olan ata və babası ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmışlar. Bununla da, mübahisəli mənzildən iddiaçı ilə bərabər surətdə istifadə etmək hüququ əldə etmişlər. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

27. Mübahisəli evə dair İddiaçı adına icarə müqaviləsinin dəyişdirilməsi ilə əlaqədar heç vaxt notariusa getməmişlər, heç bir ərizə yazmamışlar və heç bir ərizəyə imza etməmişlər. Məhkəmə qanunvericiliyin tələblərini pozaraq, onların məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətlərini təmin etməyərək, iş üzrə ədalətli araşdırma aparmayaraq, məhkəmə xətşünaslıq ekspertizası təyin etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

28. Apelyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməyərək təqdim edilən sübutlara hüquqi qiymət verməmişdir. Bununla da məhkəmə prosessual hüquq normasının tələblərini pozmuşdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Iddiaçı (vəkil vəkil2) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, kassatorların məqsədi iş üzrə icraatı uzatmaq, lüzumsuz yerə işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına və ekspertiza keçirilərək, iş üzrə icraatın daha çox müddət ərzində hərəkətsiz qalmasını təmin etməkdən ibarətdir. Ona görə də kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, eyni zamanda açıq-aşkar işi uzatdıqları və əsassız vəsatətlər verdikləri üçün kassatorların cərimələnməsini də xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (##.##.2009-cu ilədək qüvvədə olmuş)

30. Maddə 85. Icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədarın əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində qətnamə maraqlı şəxslər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. Maraqlı şəxslərin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və məhkəmə iclaslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

41. Mübahisəli evə dair icarə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi ilə əlaqədar cavabdehlərin razılığının olmaması, onların notariusa getməməsi və heç bir ərizə yazmamaları ilə bağlı dəlilə münasibətdə kollegiya qeyd edir ki, bu dəlil apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı araşdırılaraq hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası bu qiymətləndirməni düzgün hesab edərək onunla razılaşır.

42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar