Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-787/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "Azəriqaz” İstehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr, təbii qazdan istifadəyə görə yaranmış borcun və ziyanın ödənilməsi, sübutetmə vasitələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “təbii qazdan sayğacdankənar istifadə nəticəsində vurulmuş zərərin əvəzinin və təbii qazdan sayğac üzrə istifadə nəticəsində yaranmış borcun” ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin kassasiya şikayətinə ## ##### 2026-cı il tarxidə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. *************** nömrəli kod cavabdeh Pistəxanım Babayevaya aiddir, həmin kod Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən evə təyin olunub.
2. *************** nömrəli digər kod isə başqa şəxsə - Rahib Babayevə aiddir, həmin kod ünvan 2-ə təyin olunub.
3. Təbii qazdansayğacdankənar istifadə barədəİddiaçı İB-nin aktları Rahib Babayevə aid olan**** nömrəli kod üzrə ünvan 2-ə münasibətdə tərtib edilmişdir. Həmin aktlar və hesablanmış zərər, yəni itirilmiş qazın dəyəri aşağıdakı kimidir: ##.##.2021-ci il tarixli ******* saylı akt üzrə 885,6 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt üzrə 504 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat; ##.##.2021-ci il tarixli ******* saylı akt üzrə 648 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt üzrə 2.008,80 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt üzrə 2.427,84 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt üzrə 1.088,64 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat; ##.##.2022-ci il tarixli ******* saylı akt üzrə 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 734,40 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 725,76 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 362,88 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 181,44 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 246,24 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 274,32 manat; ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt üzrə 306,72 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt üzrə 488,16 manat; 05.2024-cü il tarixli ******* saylı akt üzrə 181,44 manat; ##.##.2024-cü il tarixli ******* saylı akt üzrə 274,10 manat.
4. Aktlar üzrə ümumi məbləğ 16.271,78 manat təşkil edir.
5. Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X4 Agentliyi Bakı filialı rəisinin inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli MN №******* nömrəli qərarının surətindən görünür ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında sayğacdankənar qaz paylayıcı şəbəkəyə qoşulmaqla 274,1 manat məbləğində təbii qazı taladığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı İstehsalat Birliyi (bundan sonra “iddiaçı” və ya İddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Baba qızı (bundan sonra “cavabdeh”) tərəfindən iddiaçı İddiaçıa vurulmuş 16 271,78 manat məbləğində zərər və sayğac göstəricisi üzrə 277,69 manat sərfiyyat borcunun və iddiaçı tərəfindən ödənilmiş 139.65 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 16689,12 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən cavabdehin ünvan 1 ünvanında texniki müayinə və yoxlama işləri aparılan zaman ünvanda təbii qazdan sayğacdankənar7.istifadə edilmə faktları aşkar edilmişdir. Qeyd olunan ünvana İddiaçıın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən qeydə alınaraq müvəqqəti olaraq *************** nömrəli abonent kodu verilmişdir. Cavabdeh “Qazdan istifadə qaydaları”nın və “Qazdan İstifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçıın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən video çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş və ümumilikdə tərtib edilmiş aktlar üzrə 16271,78 manat məbləğində İddiaçıa maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (Azərbaycan Respublikası Energetika Nazirliyinin X4 Agentliyinin İnzibati tənbeh vermə haqqında qərarı iddia ərizəsinə əlavə edilir). Bununla bərabər cavabdeh 2021-ci ildən bu zamana kimi 277,69 manat məbləğində sayğac göstəricisi üzrə sərfiyyat borcunu ödəməmişdir. (Sərfiyyat borcunun hesablanması: (20,10+83,70+21,20+15+137,69=277,69) Beləliklə, cavabdehin İddiaçıa ümumi borcu 16.549,47 manat borcu mövcuddur. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçıa vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
8. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, İnzibati tənbeh vermə haqqında MN №******* saylı, ##.##.2025-ci il tarixli qərarla cavabdehin ##.##.2024-cü il tarixli ******* saylı akt üzrə qeyd edilmiş xətanı törətdiyi sübuta yetirilmişdir.
9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X1 göstərmişdir ki, onlar ünvanlarına sayğac qoyulması ilə bağlı müraciət etmiş, onlara həmin ünvanda artıq aktiv sayğac olduğu bildirilmişdir. Daha sonra idarə əməkdaşları gələrək həmin ünvana sayğac qoyulduğunu bildirmiş, qaz təchizatını dayandırmış və 2024-cü ildə sayğacı yenidən qoşmuşlar.
10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Zaur Tağıyev)
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, *************** nömrəli abonentin kodu Babayev Rahibin adına qeydə alınmış və sözügedən aktlar cavabdehin adına deyil, Babayev Rahib adlı istehlakçının adına tərtib edilmişdir.
12. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, borcun hesablandığı abonent kodu Cavabdeh məxsus deyildir. Bu faktlar sübut edir ki, aktla sənədləşdirilmiş pozuntu Babayev Rahibə aid edilmişdir, lakin inzibati məsuliyyətə Cavabdeh cəlb olunmuşdur. Bu isə sübutlarla məsuliyyətə cəlb edilən şəxsin şəxsiyyətində uyğunsuzluq olduğunu göstərir.
13. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, təqdim edilmiş ##.##.2025-ci il tarixli MN №******* saylı inzibati tənbeh qərarında cavabdehin adının keçməsi həmin sənədin mübahisələndirilən hüquqi münasibətə aidiyyəti olduğunu təkbaşına sübuta yetirmir. İnzibati tənbeh qərarı inzibati orqanın daxili araşdırması nəticəsində tərtib edilmiş sənəd olub, özlüyündə müstəqil və qəti sübut hesab edilə bilməz. Belə sənədlər yalnız digər sübutlarla (məsələn, şahid ifadələri, ekspert rəyi, texniki baxış aktı və s.) təsdiq olunduğu halda sübut kimi qəbul edilə bilər.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar olunduqda ziyanın məbləğindən asılı olaraq inzibati və ya cinayət məsuliyyəti yarana bilər. Belə halda qazpaylayıcı təşkilat yalnız faktın müvafiq dövlət orqanının və ya məhkəmənin qərarı ilə təsdiqlənməsindən sonra mülki qaydada vurulmuş zərərin əvəzini tələb edə bilər. Hazırkı işdə isə İddiaçı İB tərəfindən təqdim edilmiş aktların əksəriyyəti bu meyarları ödəmədiyindən onların əsasında dəymiş zərərin cavabdehdən tutulması hüquqi cəhətdən əsassızdır.
15. Digər tərəfdən abonent kodu ilə bağlı ziddiyyətlər də iddianın əsassızlığını göstərir. İş materiallarından göründüyü kimi *************** nömrəli abonent kodu Babayev Rahib adlı şəxsin adına qeydə alınmışdır və təqdim olunmuş aktlar məhz onun ünvanına aid edilmişdir. Cavabdeh Cavabdeh adı ilə aktlar arasında hüquqi əlaqə tam şəkildə sübuta yetirilməmişdir. Bu baxımdan, cavabdehin həmin borcun subyekti hesab olunması üçün tələb olunan əsaslı sübutlar mövcud deyil. Bu isə cavabdehin məsuliyyət daşımasını şübhə altına alır və inzibati qərarın sübut olaraq qəbul edilməsinə əngəl yaradır.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 5.3, 14.2, 21.1, 21.2, 385.1-ci, “Qaz təchizatı haqqında” Qanununun (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə) 6-2, 13.8, 13.8-1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1, 5.3, 5.4, 5.5, 6.5, 6.5-1, 6.5-1.1, 6.5-1.2, 6.5-1.3, 6.5-3, 6.5-4, 6.6 və 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov, Elşən Kazımov)
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, təbii qazdan sayğacdankənar istifadəyə görə İddiaçıın tərtib etdiyi aktların hamısı başqa şəxsin – Rahib Babayevin barəsində tərtib edilib, həmin aktlarda istehlakçı kimi Rahib Babayev göstərilib, habelə aktlarda göstərilən *************** nömrəli abonent kodu Rahib Babayevin adına qeydə alınıb. Bundan başqa, hazırkı işdə ünvan 2-də qazdan sayğacdankənar istifadəyə görə pul tələb olunur. Cavabdehin adına qeyd alınmış *************** nömrəli abonent kodu başqa ünvana - Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən evə aiddir (iş v. 28). Göründüyü kimi, başqa şəxsin adına tərtib edilmiş aktlara əsasən hesablanmış məbləğ (itirilmiş qazın dəyəri) cavabdehdən tələb olunur.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində bunun səbəbini açıqlamayıb, o cümlədən İddiaçıın nümayəndəsi birinci və apellyasiya instansiyası məhkəmələrində keçirilmiş məhkəmə iclaslarına gəlməyib, başqa şəxsin adına tərtib edilmiş aktlar əsasında Cavabdeh pul tələb edilməsinin səbəbi barədə məhkəməyə izahat verməyib.
21. Cavabdeh sayğacdankənar qazpaylayıcı şəbəkəyə qoşulmaqla təbii qazın talanmasına görə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar isə iddianın təmin edilməsinə əsas vermir. Belə ki, Cavabdeh başqa şəxsin barəsində tərtib edilmiş akta əsasən inzibati məsuliyyətə cəlb edilib. Həmin qərarın məzmunundan görünür ki, qərar ##.##.2024-cü il tarixdə aşkar olunmuş talama faktına əsaslanır (iş v. 191). İddiaçıın ##.##.2024-cü il tarixli ******* nömrəli aktından görünür ki, həmin akt cavabdeh Cavabdeh deyil, Rahib Babayevin barəsində tərtib olunub (iş v. 193). Göründüyü kimi, Cavabdeh təbii qazdan sayğacdankənar istifadə etdiyini təsdiq edən sübut təqdim edilməyib.
22. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, təbii qazdan sayğac üzrə istifadə nəticəsində yaranmış borc kimi 277,69 manat tutulması barədə iddia tələbinə aid hissədə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində bildirib ki, həmin borc 2021-ci ildən sonra sayğac üzrə sərfiyyatdır və bu məbləğin tərkibinə göstərilənlər aiddir: 20,10 manat + 83,70 manat + 21,20 manat + 15 manat + 137,69 manat = 277,69 manat. İş materiallarından görünür ki, qeyd edilən borcun əks olunduğu abonentin saldosu Rahib Babayevin adınadır (iş v. 177).
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21-ci, “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın göstərişlərinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat: a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməsi, işə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına və zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapmasına baxmayaraq, məhkəmələr iddianı təmin etməmişlər. Məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmiş, halbuki diqqət etməli olsa idi, cavabdehin təbii qazdan istifadə etmədiyini və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödənilmədiyini müəyyən edərdi. Həmçinin məhkəmə nəzərə almamışdır ki, abonent kodu Rahib Babayevin adına olsa da, cavabdeh Cavabdeh onun həyat yoldaşı və vərəsəsi kimi həmin əmlakdan istifadə etmiş və qanunsuz qaz istifadəsindən faydalanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayınadək tərtib olunmuş aktlara münasibətdə) 6-2-ci maddəsinə görə 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə) Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il ###ın #-dən qüvvəyə minmişdir)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 24. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5- 3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Bənd 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Bənd 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: Bənd 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; Bənd 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; Bənd 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bənd 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan Bənd 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir.
29. İddia tələbi 2021 və 2024-cü illər üzrə tərtib olunmuş 23 akt üzrə zərərin əvəzinin və sayğac borcunun ödənilməsi barədədir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməməsi barədə gəlinən nəticə əsaslı olmuşdur.
31. Belə ki, işin müəyyən edilən hallarına görə tərtib edilmiş aktlar cavabdeh barəsində və onun yaşadığı ünvan üzrə deyil, tamam başqa şəxs barəsində və başqa ünvan üzrə tərtib edilib. Həmçinin sayğac üzrə sərfiyyat borcu da başqa şəxsin adına olmaqla başqa ünvan üzrədir.
32. Buna görə də məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə gəldiyi nəticəni əsaslı sayır.
33. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər ona görə əsassızdır ki, bir halda ki, aktlar və sərfiyat borcu cavabdehin adına və yaşadığı ünvana aid deyil və iddia da məhz bu əsasla rədd edilib, cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi, bunun üçün saldo göstəricilərinə qiymət verilməməsi, bunlarla bağlı aktlar tərtib edilməsi və s. barədə kassasiya şikayətinin dəlillərinin hər hansı əhəmiyyəti qalmır.
34. Barəsində aktlar tərtib edilmiş Rahib Babayev adlı şəxsin cavabdehin əri olması və vərəsəlik qaydasında cavabdehin məsuliyyət daşıması barədə dəlil isə yeni dəlildir. Birinci instansiya məhkəməsi aktların Rahib Babayev adlı şəxsin adına tərbi edilməsi əsası ilə iddianı rədd etmiş, iddiaçı bunu bilsə də, qeyd edilən xüsusatla bağlı apellyasiya şikayətində hər hansı dəli irəli sürməmişdir.
35. Məhkəmə kollegiyası izah edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələrin araşdırma predmeti olmayan, üstəlik, işin faktiki hallarının müəyyənləşməsinə yönələn yeni dəlillər kassasiya instansiyasında irəli sürülə bilməz, sürüldüyü halda isə onlara baxılmır. Çünki kassasiya məhkəməsi fakt araşdırıcı məhkəmə deyil, apellyasiya məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.