Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-815/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb), müqavilənin etibarlılığının mübahisələndirməyə subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. ## ###### 2013-cü il tarixli mənzil tikintisinə dair müqaviləyə əsasən “xxxx” MTK inşa etdiyi ünvan 1 3202 ünvanındakı binada 29, 30, ** nömrəli mənzilləri payçı Iddiaçı verməyi öz öhdəsinə götürmüşdür.
2. “xxxx” MTK tərəfindən verilmiş ## ###### 2013-cü il tarixli arayışa əsasən Iddiaçı ünvan 1 3202 küçəsində yerləşən “xxxx” MTK-ya məxsus yaşayış binasının payçısıdır. Payçısı olduğu 2 otaqlı ** nömrəli mənzilin dəyərini tam ödəyib, borc qalığı yoxdur.
3. ## ###### 2013-cü il tarixli mənzil tikintisinə dair müqaviləyə əsasən “xxxx” MTK inşa etdiyi ünvan 1 3202, ** nömrəli mənzili payçı Iddiaçı verməyi öz öhdəsinə götürmüşdür.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Iddiaçı iddiası təmin edilərək, cavabdeh “xxxx” MTK-dan 14400 manat pulun və 30 manat dövlət rüsumunun, ümumilikdə 14430 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
5. Həmin iddia onunla əsaslandırılmışdır ki, cavabdeh X5 olduğu “xxxx” MTK ilə aralarında ## ###### 2013-cü il tarixdə müqavilə imzalanmış və müqaviləyə əsasən MTK tərəfindən inşa edilən ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yeni tikili yaşayış binasında olan 29, 30 və ** nömrəli mənzillərin ümumi dəyəri 119785 manat ödəməklə əldə etmişdir. Lakin, sonradan MTK və rəhbəri tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün, yəni binanın inşası başa çatdırılmadığından tərəfindən dəymiş zərərin əvəzi tələb edilmişdir. MTK tərəfindən 119785 manat pulun bir qismi qaytarılmış, ## ###### 2018-ci il tarixli arayışla 14400 manat borcu qaldığı bildirilmişdir. Iddiaçı tərəfindən dəfələrlə XXXya müraciət edilsə də, borc ödənilməmişdir. Beləliklə, iddia tələbinin 14400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə ödənilmiş pulun bir qismini qaytarmaqla iddiaçının müqavilədən imtinasını faktiki olaraq qəbul etmiş hesab olunur, bu baxımdan iddiaçı müqavilənin icra edilməməsi ilə bağlı ona dəymiş zərəri cavabdehdən tələb etməsində haqlıdır.
6. ## ###### 2020-ci il tarixli su sayğacı qəbulu haqqında “xxxx” ASC ilə “xxxx” MTK arasında tərtib edilmiş Akta əsasən Bakı şəhəri, Binəqədi rayonu, XXX ünvanda yerləşən binanın abonenti Iddiaçı tərəfindən ÇSS-20 markalı, ******** nömrəli su sayğacı qəbul edilmişdir.
7. ## ###### 2020-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən ünvan 1 3202, ev 26C-də yerləşən mənzil ilə bağlı müqavilə “xxxx” ASC ilə istehlakçı Iddiaçı arasında bağlanmışdır.
8. ## ###### 2021-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Akta əsasən ünvan 1 3202, ** nömrəli mənzilin sifarişçisi (istehlakçısı) qrafasında Iddiaçı qeyd olunmuşdur.
9. Cavabdeh MMMC tərəfindən ## ###### 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, Iddiaçı Cavabdeh MMMC-yə 3769 manat kommunal borcunun qaldığı, 15 gün müddətində qeyd olunan məbləğin ödənilməsi xahiş olunmuşdur.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMMC cavabdehlər X9, Iddiaçı, XXX, X6 və X1 qarşı “kommunal xidmətlərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 3177 manat, Iddiaçı 3769 manat, XXXndan 4842 manat, X6 4552 manat və X1 7810 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlərdən Iddiaçı mənzildən və mənzilə dair müqavilədən imtina etdiyindən onun cavabdehlər sırasından çıxarılmasını, cavabdeh X9 3177 manat, XXXndan 4842 manat, X6 4552 manat və X1 7810 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MTK tərəfindən inşa edilmiş ünvan 3-ci məhəllədə yerləşən 16+1 mərtəbəli mənzilli yaşayış binası üzrə “xxxx” MTK-nın idarəçilikdən kənarlaşdırılması, həmin çoxmənzilli yaşayış binası üzrə idarəçiliklə bağlı, o cümlədən, inzibati-təsərrüfat, binanın istismara təhvil verilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciət etmək, sənədlərin təqdim edilməsi, sahə mülkiyyətçilərinin mülkiyyət hüquqlarının dövlət orqanlarında qeydiyyata alınması üçün zəruri sənədlərin və arayışların verilməsi səlahiyyətlərinin iddiaçı Cavabdeh MMC-yə verilməsi qət edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı Iddiaçı cavabdeh ”xxxx” MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Iddiaçı məxsus ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasında olan ** nömrəli mənzilə giriş-çıxışa yaradılan maneələrin aradan qaldırılmasının cavabdeh Cavabdeh MMMC-yə həvalə edilməsi, hüquqi yardımın göstərilməsi üçün EM-****VK-****/** nömrəli, ## ###### 2025ci il tarixli müqavilə üzrə ** saylı Vəkil Bürosuna ödənilmiş 500 manat pulun, dövlət rüsumunun əvəzi kimi 600 manat pulun cavabdeh Cavabdeh MMMC-dən tutularaq Iddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Iddia onunla əsaslandırılmışdır ki, X5 olduğu “xxxx” MTK ilə aralarında ## ###### 2013-cü il tarixdə müqavilə imzalanmış və müqaviləyə əsasən “xxxx” MTK tərəfindən inşa edilən, ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasında olan 29, 30 və ** nömrəli mənzillərin ümumi dəyəri 119.785 manat ödəməklə əldə etmişdir. Lakin, daha sonra MTK tərəfindən öhdəliklər gecikdirildiyi üçün (mənzillər təhvil verilmədiyindən) iddiaçı ** nömrəli mənzili X3. ** nömrəli mənzil isə MTK-nın keçmiş rəhbəri X5 tərəfindən iddiaçıdan xəbərsiz digər şəxsə satıldığından bundan xəbəri olmamışdır. Daha sonra bununla bağlı məsələ ona məlum olduqda MTK sədrinə müraciət edib ödədiyi müqavilələr üzrə dəyəri tələb etmişdir. Həmin vaxt MTK tərəfindən ona ** nömrəli mənzilə ayrı müqavilə tərtib edilməklə mənzil ona təhvil verilmiş, 29 və ** nömrəli mənzillərin müqaviləsinə xitam verilmiş, 3 mənzil üçün ümumi ödənişi olan 119.785 manat pulun 42.075 manatı mənzil onda olduğu üçün ** nömrəli mənzilə hesablanmış və əvəzləşdirilmiş, müqaviləsi ## ###### 2013-cü il tarixə qeyd edilməklə maliyyə arayışı tərtib edilmişdir. ** nömrəli mənzili özü satdığı üçün maliyyə arayışında qeyd edilməklə 36.000 manat çıxılmış, ** nömrəli mənzilin satışından məlumatı və razılığı olmadığı üçün həmin mənzil üçün ödədiyi 41.710 manat pulun “xxxx” MTK tərəfindən ona geri qaytarılacağına dair razılaşma əldə edilmişdir. Lakin, MTK 2018-ci ilə kimi həmin məbləği tam qaytarmadığından 2018-ci ildə arayış verərək 14400 manat borcu olduğunu bildirmişdir. Bundan başqa, tərəfindən müvafiq ödənişlər edilməklə ** nömrəli mənzilə ## ###### 2020-ci ildə işıq sayğacı və ## ###### 2021-ci ildə qaz sayğacı quraşdırılmışdır. Eyni zamanda, mənzilin qapısı iddiaçı tərəfindən qoyulmuşdur. Lakin, 2024-cü ilin dekabr ayında mənzilə baxış keçirmək üçün gəldiyində qapının dəyişdirildiyini görmüş və bununla bağlı cavabdehə müraciət etmişdir. Mənzilə qapının kimin tərəfindən qoyulduğunu ona bildirməməklə, Cavabdeh MMMC tərəfindən öz mənzilinə və binaya girişi qanunsuz olaraq məhdudlaşdırılmışdır. Cavabdehə rəsmi şəkildə müraciət etməyinə baxmayaraq, öz qanunsuz hərəkətinə son qoymamışdır. Cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə ona məxsus mənzilə və binaya giriş-çıxışa maneə yaratmaq cavabdehə və onun nümayəndələrinə qadağan edilməlidir.
14. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, MMMC “xxxx” MTK-nın hüquqi varisi deyil. Mənzillərlə bağlı hüquqi sənədlər XXX tərəfindən təqdim edilmişdir. ** nömrəli mənzilin kimə satılması barədə məlumatı yoxdur. Iddiaçı tərəfindən həmin mənzilə qapı qoyulmamışdır. ** nömrəli mənzilə dair müqavilə hər hansı şəkildə mübahisələndirilmədiyindən etibarlı hesab edilir. Lakin ayrıca iddia qaydasında müqavilənin mübahisələndirilməməsi həmin əqdin etibarlı olmasına dəlalət etmir. Hazırkı iş üzrə iddiaçının hüquqi əsası kimi istinad etdiyi ## ###### 2013-cü il tarixli müqavilə sonradan tərtib edilməklə özlüyündə əhəmiyyətsiz bir sənəddir. Ilk olaraq, X5 olduğu “xxxx” MTK ilə iddiaçı arasında MTK tərəfindən inşa edilən ünvan 3 ünvanda yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasında olan 29, 30 və ** nömrəli mənzillərə dair ## ###### 2013-cü il tarixdə müqavilə bağlanmışdır. Iddiaçı ərizəsində bildirmişdir ki, “lakin sonradan MTK və rəhbəri tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün yəni binanın inşası başa çatdırılmadığından iddiaçı tərəfindən ödənilmiş pul geri tələb edilmişdir.” Hazırkı iş üzrə müqavilə isə ## ###### 2013-cü il tarixə aiddir. Yəni iddiaçının 12 avqustda müqavilə bağladıqdan 1 gün sonra MTK və rəhbəri tərəfindən öhdəlik yerinə yetirilmədiyi üçün binanın inşasının başa çatdırılmaması qənaətinə gəlməsi və ** nömrəli mənzil ilə problemin olduğunu dərhal anlayıb, ** nömrəli mənzilə dair ayrıca müqavilə bağlaması inandırıcı və ağlabatan deyil. Daha sonra iddiaçının istinad etdiyi müqavilə MTK-nın sədri X5 tərəfindən imzalanmamışdır. Yəni sədrin imzalı iradəsi müqavilə ilə müəyyən edilmir. Öhdəliyin əmələ gəlməsi əsası üçün müqavilə olmalıdır. Işgüzar adətlərə görə, qanunvericiliyə görə ilk olaraq müqavilə bağlanmalıdır ki, ona uyğun ödənişlər həyata keçirilsin. Lakin hazırkı halda iddiaçının müqaviləsi ## ###### 2013-cü il tarixə, maliyyə arayışı isə ## ###### 2013-cü il tarixə aiddir. Yəni heç bir müqavilə olmadan iddiaçı mənzilə dair 1 gün əvvələ maliyyə arayışı əldə etmiş, bundan sonra müqavilə bağlanmışdır. Maliyyə arayışı mənzilə dair ödənişlərin həyata keçirilməsini təsdiq edən yekun sənədləşmədir. Mövcud olmayan müqavilə üzrə maliyyə arayışının verilməsi həm mövcud təcrübəyə, həm də qanunvericiliyin müddəalarına birbaşa ziddir. Iddiaçı isə istinad etdiyi müqavilənin sonrakı tarixdə yəni, 2013-cü il ## ###### tarixindən sonra, 2018-2019-cu illərdə tərtib olunduğunu məhkəmə iclasında etiraf etmişdir, bu barədə protokolda qeyd aparılmışdır. Iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün 43-cü səhifəsində göstərilmişdir ki, X14 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il müddətə dövlət, kommersiya və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 1 il 6 ay sınaq müddəti təyin edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə dövlət və özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə 2 il sınaq müddəti təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2018-ci il tarixli hökmünün müstəqil icra olunması göstərilmişdir. Göründüyü kimi XXX 2018-ci il tarixdə bir sədr kimi rəhbər vəzifə tutma hüququndan məhrum edilmişdir. Məhz bu səbəbdən də həmin dövrdə iddiaçının müqaviləsində MTK sədri kimi XXXnın imzasının olmaması ağlabatan və anlaşılandır. Bununla belə, həmin hökmün nəticə hissəsində göstərilmişdir ki, cinayət işi üzrə maddi sübut kimi tanınan “xxxx” MTK-ya aid iki ədəd möhürlərin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin arxivində saxlanılması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Göründüyü kimi “xxxx” MTK-ya aid möhürlər götürülərək Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin arxivində saxlanılmışdır. Bu isə iddiaçının müqaviləsindəki möhürün 2018-2019-cu illərdə həqiqətən də XXX tərəfindən vurulması faktını sübhə altına alır. Bu mənada həm imzanın olmaması, vurulmuş möhürün nə vaxt və faktiki olaraq kim tərəfindən vurulması qeyri-müəyyəndir. Yəni iddiaçının müqaviləsinin özü bir sübut kimi qeyri-mötəbərdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı bildirmişdir ki, mənzilə pəncərə, qapı qoyulmuşdur, mənzilə görə kommunal haqlar ödəmiş və bu qeydiyyat dəftərlərində mövcuddur. Lakin iddiaçı tərəfindən mənzilə ümumiyyətlə qapı və pəncərə qoyulmamış, bu həqiqəti əks etdirmir, qeydiyyat dəftərlərində isə kommunal haqlarla bağlı hər hansı qeyd mövcud deyil, mənzil ona heç bir zaman təhvil verilməmişdir. Hazırkı iş üzrə müqavilə sonradan tərtib edilərək saxtalaşdırılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MTK-dan 14400 manat pul və 30 manat dövlət rüsumu, ümumilikdə 14430 manat pul vəsaiti tutularaq iddiaçı Iddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, “Beləliklə iddia tələbinin 14400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə ödənilmiş pulun bir qismini qaytarmaqla iddiaçının müqavilədən imtinasını faktiki olaraq qəbul etmiş hesab olunur, bu baxımdan iddiaçı müqavilənin icra edilməməsi ilə bağlı ona dəymiş zərəri cavabdehdən tələb etməsində haqlıdır. Odur ki, cavabdeh iddiaçıya 14400 manat qalıq borcunu ödəməlidir”. Əgər hazırkı vəziyyətdə iddiaçının mənzilə dair ödədiyi pul geri qaytarılmışdırsa (bunu iddiaçı özü etiraf edir və qətnamə ilə müəyyən edilmişdir) belə olan halda mənzilə dair hüququ da itirilmiş hesab olunur və burada hər hansı subyektiv hüquqdan söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçı 29, 30 və ** nömrəli mənzillərdən rəsmi olaraq imtina etmiş və hüquqi müəyyənlik prinsipi baxımından həmin imtina dövlətin adından çıxarılan, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Həmin qətnaməyə izah verilməsi barədə iddiaçı tərəfindən ərizə verilsə də, ərizə Binəqədi Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli qərardadı ilə rədd edilmişdir. Səlahiyyətli nümayəndə məhkəmədə bildirmişdir ki, iddiaçı həmin iş üzrə cavabdeh ola bilməz və iddiaçının həmin binada hər hansı mənzili yoxdur. Bunun davamı olaraq həmin qətnaməyə istinadən iddiaçı kommunal tələblərlə bağlı iş üzrə cavabdehlik sırasından çıxarılmışdır. Həmçinin hazırkı işin hazırlıq iclasında da iddiaçının vəkili və nümayəndəsi nümayəndə1 bildirmişdir ki, onun ** nömrəli mənzilə dair müqavilədən ümumiyyətlə xəbəri olmamışdır. Bu da onu göstərmişdir ki, əgər ** nömrəli mənzilə dair müqavilə həqiqətən də 2018-2019-cu illərdə mövcud olsa idi məhz ## #### 2020-ci il tarixli qətnamə üzrə müəyyən edilərdi və həmin işə əlavə edilmiş olardı. Bu isə imzasız müqavilənin nəinki MTK sədri vəfat etdikdən (## #### 2019-cu il) sonra, hətta 2020ci ildən sonrakı tarixlərdə tərtib olunmasına dəlalət edir. Hazırkı iş üzrə müqavilə sonradan tərtib edilərək saxtalaşdırılmışdır. Bu səbəbdən iş üzrə iddiaçı Iddiaçı qanunsuz əməlləri barədə xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. Məhkəməyə sorğu əsasında təqdim edilmiş “xxxx” MTK tərəfindən müqavilələrin qeydiyyatının aparıldığı kitaba tərəflərin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, kitabın 13-cü səhifəsində Iddiaçı adına səhifə açılmış, 14-cü səhifədə 42.7 və 76.5 kv.m mənzillərlə bağlı məlumatlar qeyd edilmiş: arayış 12.10.10-20.000=45560; arayış - ## ### 2023=20000=25560. Kitabın 29-cu səhifəsi 1 otaq sahəsi 42.7 qeydiyyat aparılmaqla məlumatın üstü xətlənmiş, 30-cu səhifə -76.5 kv.m 2 otaqla bağlı qeydiyyat açılsa da məlumat əks olunmamışdır. Kitabın 31-ci səhifəsi - 29+30+** nömrəli mənzillərlə bağlı ümumi məbləğ 119785 manat qeyd edilmiş, ## #### 2014-cü il tarixədək aylıq ödənişlər əks olunmaqla 54185 manat hesablanmış, 65600 ödənilməmiş qalmışdır. Səhifənin əvvəlində 72.3 kv.m 2 otaqla bağlı məlumat əks olunur.
16. Tərəflərin iştirakı ilə mübahisəli mənzilə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, yüksək mərtəbəli binanın komendantı tərəfindən lift xüsusi kod istifadə edilməklə mənzilin yerləşdiyi mərtəbəyə gedilmişdir. ** nömrəli mənzil təmirsiz şəraitdədir. Mənzilin eyvan qapısı açılmadığından pəncərədən baxış keçirilmiş və eyvanda qaz sayğacının olması öz təsdiqini tapmış, su sayğacı çəkilməsinə baxmayaraq yerində olmadığı, həmçinin mənzildə yararsız dəmir qapının olduğu aşkar edilmişdir. Həmçinin qonşuluqda yaşayan sakinlər X10 bildirmişdir ki, özü 2017-2018-ci il tarixdən ** nömrəli mənzildə yaşayır. ** nömrəli mənzildə kiminsə yaşadığını görməmiş, Iddiaçı adlı şəxsi tanımır. X8 kimi işlədiyini, Iddiaçının oğlunu tanımadığını, ** nömrəli mənzildə kiminsə yaşadığını bilmədiyini bildirmişdir. X4 – MMMC-nin rəhbəri olduğunu, XXX bəyi tanıdığını, ona zəng edərək evinin olmadığını bildirdiyini qeyd etmişdir. Hazırkı binada yerləşən mənzillərlə bağlı mübahisənin olduğunu, ** nömrəli mənzilə dair dəqiq kiminsə yaxınlaşması barədə məlumatının olmadığını bildirmişdir. X2 - 2020-21-ci ildən burada yaşadığını, tez-tez xaricə gedib gəldiyi üçün ** nömrəli mənzildə heç kəsi görmədiyini, həmçinin 2021-ci ildə yaşadığı evi təmir edən zaman XXX bəy ilə əlaqə saxlayaraq əşyalarının müvəqqəti ** nömrəli mənzilə yığmaq üçün icazə istədiyini, razılıq əsasında yığdığını, bundan başqa hazırkı mənzildə əvvəl qapı olsa da təmirsiz olduğu üçün yararsız vəziyyətə düşdüyündən yaranmış toz-torpaq yayıldığı üçün qapı qoymaq üçün XXX bəy ilə əlaqə saxladığını və təmir edən zaman qoyacağını bildirdiyindən qapının onlar tərəfindən qoyulduğunu bildirmişdir.
17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim E.Vəliyeva) iddia ərizəsi təmin edilərək, cavabdeh Cavabdeh MMMC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı Iddiaçı məxsus ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasında olan ** nömrəli mənzilə giriş-çıxışa yaradılan maneələrin aradan qaldırılmasının cavabdeh Cavabdeh MMMC-yə həvalə edilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi cavabdehin müqavilənin etibarsızlığına dair dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı ilə imzalanmış ## ###### 2013-cü il tarixli və ## ###### 2013-cü il tarixli müqavilələrin iddiaçı Iddiaçı il “xxxx” MTK-nın səlahiyyətli şəxsi, yəni rəhbəri olmuş X5 arasında bağlanmışdır. ## ###### 2023-cü il tarixli ** nömrəli mənzilə dair müqavilənin 2018-ci il tarixdə bağlanması və müqavilə tərəfi olan XXXnın imzasının olmaması tərəflər arasında ** nömrəli mənzilə dair əqdin olmaması mənasını vermir.
19. Belə ki, cavabdeh izahatında və etirazında həmin müddətdə möhürün olmadığını və hüquq mühafizə orqanları tərəfindən götürüldüyündən XXXnın səlahiyyətli şəxs olmadığını irəli sürsə də, məhkəməyə təqdim edilmiş hökmün 40-ci səhifəsinin sonuncu abzasından görünmüşdür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin istintaq Idarəsi tərəfindən tərtib edilmiş protokol əsasında ## ### 2019-cu il tarixdə XXXnın yaşadığı Binəqədi rayonu, Ə.ünvan 5 ünvanında aparılmış axtarış zamanı bütün xidməti sənədlər, o cümlədən “xxxx” MTK-ya məxsus möhürlər götürülmüşdür. Belə olan halda müqaviləyə möhürün vurulması imza olmadığı halda belə iddiaçı və həmin vaxt səlahiyyətli şəxs olan XXXnın əqdi faktiki olaraq bəyənilməsi, əqdin həmin dövrdə mübahisələndirilməməsi, onun ölümündən sonra da cavabdeh tərəfindən kommunal xərclərlə bağlı tələb zamanı məhkəməyə ** saylı mənzilin sahibi kimi müqavilənin təqdim edilməsi, həmin məhkəmə iclasında iddiaçının nümayəndəsinin mənzilə dair səsləndirdiyi qeyri-dəqiq məlumata qədər müqavilə ilə bağlı hər hansı bir etirazın olmaması, mübahisələndirilməməsi öz təsdiqini tapmışdır.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ## ###### 2013-cü il tarixli müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra edildiyi dövrdə heç bir məlumat verilmədən ona məxsus mənzil digər şəxsə satılmış, MTK tərəfindən öz üzərinə düşən öhdəliklər icra olunmamışdır, bu səbəbdən mübahisələndirilən ** saylı mənzilə giriş-çıxışa yaradılan maneələr aradan qaldırılmalı, buna yönələn hər hansı maneənin törədilməsi cavabdehə qadağan edilməlidir.
21. Bununla da məhkəmə yuxarıda göstərilənlərə və sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab etmişdir ki, cavabdeh Cavabdeh MMMC-nin hərəkətləri qanunsuz hesab edilməli, iddiaçı Iddiaçı məxsus ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasında olan ** nömrəli mənzilə giriş-çıxışa yaradılan maneələrin aradan qaldırılması cavabdeh Cavabdeh MMMC-yə həvalə edilməlidir.
22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 49, 139, 146, 152, 157, 164, 165, 178, 324, 385, 386, 389, 390, 397, 399, 421, 425, 427, 442, 448, 567-ci, Mənzil Məcəlləsinin 12, 13, 112, 113-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
23. Cavabdeh Cavabdeh MMMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Səmədov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx” MTK-dan 14.400 manat pul və 30 manat dövlət rüsumu, ümumilikdə 14.430 manat pul vəsaiti tutularaq iddiaçı Iddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçı 29, 30 və ** nömrəli mənzillərdən imtina etməklə, həmin mənzillərə görə ödənilmiş vəsaitin tam olaraq özünə qaytarılması barədə iddiası təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır.
26. Digər tərəfdən, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh MMMC cavabdehlər X9, Iddiaçı, XXXna, X6 və X1 qarşı “kommunal xidmətlərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 3.177 manat, Iddiaçı 3.769 manat, XXXndan 4.842 manat, X6 4.552 manat və X1 7.810 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdehlərdən Iddiaçı mənzildən və mənzilə dair müqavilədən imtina etdiyindən onun cavabdehlər sırasından çıxarılmasını, cavabdeh X9 3.177 manat, XXXndan 4.842 manat, X6 4.552 manat və X1 7.810 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
27. Qeyd olunan mülki iş materialları apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsindən tələb edilərək, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Iddiaçı nümayəndəsi-vəkili məhkəməyə bildirmişdir ki, iddiaçı həmin iş üzrə cavabdeh ola bilməz və iddiaçının həmin binada hər-hansı mənzili yoxdur. Bunun davamı olaraq birinci instansiya məhkəməsinə təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli qətnaməsinə istinadən iddiaçı kommunal tələblərlə bağlı iş üzrə cavabdehlik sırasından çıxarılmışdır.
28. Apellyasiya kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə bildirmişdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasında olan ** nömrəli mənzilə dair giriş-çıxışa yaradılan maneələrin aradan qaldırılmasını tələb etsə də, qanuni qüvvəsini almış qətnamələrlə həmin mənzilin iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir.
29. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını sadalasa da, nəticə etibarı ilə həmin halları düzgün qiymətləndirməyərək, səhv nəticəyə gəlmişdir.
30. Digər tərəfdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə imzalanmış ## ###### 2013-cü il tarixli və ## ###### 2013-cü il tarixli müqavilələrin iddiaçı Iddiaçı ilə “xxxx” MTK-nın səlahiyyətli şəxsi, yəni rəhbəri olmuş X5 arasında bağlanmışdır. ## ###### 2013-cü il tarixli ** nömrəli mənzilə dair müqavilənin 2018-ci il tarixdə bağlanması və müqavilə tərəfi olan XXXnın imzasının olmaması tərəflər arasında ** nömrəli mənzilə dair əqdin olmaması mənasını vermir.
31. Halbuki, qeyd edilən ## ###### 2013-cü il tarixli müqavilənin surəti iş materiallarına əlavə edilmiş, əsli iş materiallarında mövcud olmamış, eyni zamanda müqavilədə yalnız iddiaçının imzası olmuş, qarşı tərəfin hər hansı imzası olmamışdır.
32. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tərəfindən qeyd edilən ## ###### 2013-cü il tarixli müqavilənin əsli təqdim edilmiş və bildirilmişdir ki, əslində müqavilə 2018-ci ildə tərtib edilərək arxa tarixlə, yəni 2013-cü il göstərilmişdir.
33. Iddiaçının nümayəndəsi təqdim etdiyi müqavilədə MTK möhürünün olduğu halda müqavilə tərəfi kimi səlahiyyətli şəxsinin imzasının nəyə görə olmamasının səbəbini tam izah edə bilməmiş, möhürün vurulmasının kifayət etməsini bildirmişdir.
34. Iddiaçının əsaslandırması ondan ibarət olmuşdur ki, 2018-ci ilədək ** nömrəli mənzili özü satmış, ** nömrəli mənzili isə MTK sataraq pulunu tam olaraq ona vermədiyi üçün o, 2019-cu ildə məhz ** nömrəli mənzilin dəyərinin ödənilməyən hissəsinin (14.400 manat) MTK-dan tutulması barədə iddia qaldırmışdır. Bu səbəbdən də ** nömrəli mənzil barəsində 2018-ci ildə arxa tarixə yeni müqavilə rəsmiləşdirilmişdir.
35. Kollegiya göstərilənlərlə razılaşmamışdır, çünki həmin işdə iddiaçı yalnız hər üç mənzili ehtiva edən müqaviləyə istinad etmiş və 14.400 manatın da məhz həmin mənzillərin ümumi dəyərindən ona qaytarılmayan hissəsi kimi göstərmişdir. Həmin işdə iddiaçı ** nömrəli mənzilin özü, ** nömrəli mənzilin isə MTK tərəfindən satılması, ** nömrəli mənzilə dair yeni müqavilə bağlanması barədə heç nə bildirməmiş, 14.400 manatın da ** nömrəli mənzilin ödənilməmiş qalıq dəyəri kimi yox, hər üç mənzilin ödənilməmiş qalıq dəyəri kimi qeyd etmişdir.
36. Göründüyü kimi, 2018-ci ildə arxa tarixə tərtib olunması iddia olunan müqavilə olduğu halda, iddiaçının ## ###### 2019-cu ildə pul tələbinə dair qaldırdığı iddiada həmin müqavilədən heç bir söz açmaması anlaşılan deyil. Düzdür, Kollegiya razılaşmışdır ki, hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş əqd həmin hüquqi şəxs üçün hüquq və vəzifələrə yaratması üçün yetərli hesab olunur. Ancaq hazırkı işin halları baxımından müqavilənin nə vaxt, hansı məqsədlə tərtib olunması, yalnız hazırkı işin icraatı zamanı təqdim olunması və müqavilənin MTK-nın səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edilməməsi onun mötəbərliyini şübhə altına alır, belə ki, iddiaçının özünün də bildirdiyi kimi, müqavilə sonradan tərtib olunmuşdur. Bundan əlavə, kollegiya tərəfindən kommunal xidmət haqqı tələbinə dair *(***)- ****/****37.nömrəli işin ## ### 2024-cü il tarixli məhkəmə iclasının video çəkilişinə tərəflərin iştirakı ilə keçirilən baxış zamanı iddiaçının nümayəndəsi-vəkili “cavabdehin binada mənzili yoxdur”, yəni olmamasına dair izahat verməsi təsdiqini tapmışdır. Iddiaçının nümayəndəsivəkili video çəkilişdə əksini tapmış izahatla bağlı bunun qaldırılmış iddia üzrə müdafiə taktikası olduğunu bildirmişdir. Məhkəmə Kollegiyası iddiaçının nümayəndəsi-vəkilinin göstərilən hallar üzrə izahatlarına tənqidi yanaşaraq, onları qeyri-səmimi izahatlar kimi qiymətləndirmişdir.
38. Həmçinin iddiaçının nümayəndəsi mübahisəli mənzillərlə bağlı liftin quraşdırılması və kommunal xidmətləri ödəməsini bildirsə də, buna dair heç bir sübut təqdim etməmişdir.
39. Bununla əlaqədar cavabdehin nümayəndəsinin kollegiyanın iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsi-vəkilinin əvvəlki məhkəmə çəkişməsində binada onlara məxsus mənzillərin olmamasını etiraf etdikdən sonra kommunal xidmətlə bağlı binanın sakinlərinin “Whatsapp” qrupundan onun adı çıxarılmışdır.
40. Bundan başqa kollegiya vurğulamışdır ki, hazırkı mübahisəli mənzilə dair sayğacların iddiaçının adına olması həmin mənzilin iddiaçıya məxsus olması anlamına gəlmir, çünki iddiaçının qeyd edildiyi kimi həmin mənzilə dair ödədiyi vəsaitin tam olaraq qaytarılması barədə tələbi təmin edilməklə həmin mənzilə hər hansı bir bağlılığı qalmamışdır.
41. Məhkəmə Kollegiyası göstərilənləri ümumiləşdirərək hesab etmişdir ki, iddiaçının təqdim etdiyi ** nömrəli mənzilə dair müqavilə əhəmiyyətsiz əqd olmaqla tərəflər üçün hər hansı hüquq və vəzifələri yaratmamışdır. Müqavilənin 2018-ci ildə tərəflərin iradələrinə uyğun şəkildə tərtib edilməsi heç bir sübutla təsdiqini tapmır, ona görə də həmin sənəd mötəbər sübut növü kimi qiymətləndirilə bilməz (iddiaçının nümayəndəsinin tələbi ilə sözügedən müqavilənin əsli və ona əlavə edilmiş sənədlər ona qaytarılmışdır).
42. Beləliklə apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında üç mənzilin tikintisinə dair müqavilə bağlanmış, lakin sonradan həmin müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdir.
43. Iddiaçı mənzillərə görə ödədiyi pulun geri qaytarılmayan hissəsinin tutulması barədə iddia qaldırmış və iddiası təmin olunmuşdur. Həmin vaxtdan da tərəflərin bir-birinə qarşı hüquq və öhdəliklərinə xitam verilmişdir. Hazırda cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi qalmamışdır.
44. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Çünki iddiaçı iddiasını əsaslı olmasını təsdiq edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.
45. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edir ki, iddia tələbi “cavabdeh Cavabdeh MMC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi, Iddiaçı məxsus ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasına olan ** saylı mənzillə girişçıxışa yaradılan maneələrin aradan qaldırılmasının cavabdeh Cavabdeh MMC-nə həvalə edilməsi” hissəsində əsassız olduğundan həmin tələbdən törəyən - hüquqi yardımın göstərilməsi üçün EM-****VK-****/** saylı ## ###### 2025 tarixli müqavilə üzrə ** saylı Vəkil Bürosuna ödənilmiş 500 manat pulun cavabdeh Cavabdeh MMC-dən tutularaq Iddiaçı ödənilməsi hissəsində də təmin edilməsi üçün əsaslar olmamışdır.
46. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 49, 139, 146, 152, 157, 164, 165, 324, 337, 385, 386, 389, 390, 397, 399, 421, 425, 427, 442, 448, 567-ci, Mənzil Məcəlləsinin 12, 13, 112, 113-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
47. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti işin faktiki hallarına və iddia ərizəsinin dəlillərinə uyğun onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152-157, 324, 337, 425-ci, Mənzil Məcəlləsinin 112ci, Mülki Prosessual Məcəllənin 14, 217-ci maddələrin tələbləri pozulmuşdur.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “iddiaçı ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasında olan ** nömrəli mənzilə dair giriş-çıxışa yaradılan maneələrin aradan qaldırılmasını tələb etsə də, qanuni qüvvəsini almış qətnamələrlə həmin mənzilin iddiaçıya məxsus olmadığı müəyyən edilmişdir”. Bu mövqe ilə razılaşmayaraq qeyd edilmişdir ki, işin hallarından iş üzrə dindirilmiş şahid ifadələrindən və məhkəmə iclaslarında tədqiq edilmiş sənədlərdən müəyyən olmuşdur ki, Binəqədi rayonu, XXX küçəsi, 3202 ünvanında yerləşən çoxmərtəbəli yeni tikili olan yaşayış binasında olan ** nömrəli mənzilin iddiaçıya məxsus olması aydın olur. Eyni zamanda həmin mənzilə dair ayrı müqavilə mövcuddur. Həmin müqavilənin ləğv və ya etibarsız hesab edilməsinə dair hər hansı sənəd mövcud deyil.
50. Iddiaçı iş üzrə cavabdehin və apellyasiya instansiyası məhkəməsinin əqdin etibarsızlığı ilə bağlı gəlmiş olduğu qənaətlə də razılaşmamışdır. Sözügedən mənzilə dair əqd mövcuddur və hazırda qüvvədədir. Cavabdeh tərəfin həmin əqd barəsində mübahisə və iddia etmək üçün subyektiv hüququ olmamışdır.
51. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, “## ###### 2013-cü il tarixli müqavilənin surəti iş materiallarına əlavə edilmiş, əsli iş materiallarında mövcud olmamış, eyni zamanda müqavilədə yalnız iddiaçının imzası olmuş, qarşı tərəfin hər hansı imzası olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tərəfindən qeyd edilən ## ###### 2013-cü il tarixli müqavilənin əsli təqdim edilmiş və bildirilmişdir ki, əslində müqavilə 2018-ci ildə tərtib edilərək arxa tarixlə, yəni 2013-cü il göstərilmişdir. Iddiaçının nümayəndəsi təqdim etdiyi müqavilədə MTK möhürünün olduğu halda müqavilə tərəfi kimi səlahiyyətli şəxsinin imzasının nəyə görə olmamasının səbəbini tam izah edə bilməmiş, möhürün vurulmasının kifayət etməsini bildirmişdir”. Belə ki, “xxxx” MTK ilə Iddiaçı arasında ## ###### 2013-cü il tarixli mənzil tikintisinə dair müqavilə imzalanmış və “xxxx” MTK ünvan 1 3202 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında 29, 30, ** nömrəli mənzilləri payçı Iddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Lakin sonradan, yəni 2018-ci ildə “xxxx” MTK-nın sədri tərəfindən müqavilə öhdəliyi pozulmağa başlamış və müəyyən edilmişdir ki, binadakı mənzillərin bir hissəsi iki və daha çox vətəndaşa satılmışdır. Hətta hazırkı iş üzrə cavabdeh olan MMMC-nin sədri kimi fəaliyyət göstərən XXX adlı xanımın faktiki mənzili olan ** nömrəli mənzilə dair müqavilə ilkin olaraq 2013-cü ildə iddiaçı ilə bağlanmış sonradan iddiaçının xəbəri olmadan həmin mənzil digər şəxsə satılmışdır. Belə olan halda iddiaçı müqavilə üzrə ödəmiş olduğu maliyyə vəsaitini tələb etmiş, “xxxx” MTK tərəfindən ümumi ödənişdən bir qismi qaytarılmış, 14.400 manat borcun olmasına dair arayış təqdim edilmiş, ** nömrəli mənzil iddiaçının özü tərəfindən satılmış və 2018-ci ildə ** nömrəli mənzilə dair “xxxx” MTK-nın sədri tərəfindən yeni müqavilə tərtib edilərək təqdim edilmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş “xxxx” MTK-ya məxsus müqavilələrin qeydiyyatının aparıldığı kitaba tərəflərin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, kitabın 13-cü səhifəsində Iddiaçı adına səhifə açılmış, 14-cü səhifədə 42.7 və 76.5 kv.m mənzillərlə bağlı məlumatlar qeyd edilmişdir. Bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2020-ci il tarixli hökmündə qeyd edilmişdir ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin Istintaq Idarəsinin tərtib etdiyi protokoldan görünmüşdür ki, ## ### 2019-cu il tarixdə X14 yaşadığı ünvan 4 ünvanda aparılmış axtarış zamanı mənzildən pul və digər qiymətli əşya aşkar olunmamış, XXX ofisini bir müddət əvvəl həmin mənzilə köçürdüyünü bildirmişdir. Mənzildəki qonaq otağına baxış zamanı müəyyən olunmuşdur ki, bütün xidməti sənədlər həmin otaqda yerləşdirilib, otaqda olan şkafın siyirtməsindən “xxxx” MTK-ya aid zəruri sənədlər, həmçinin “xxxx” MTK-ya aid iki ədəd, “XXX”, “XXX”, “XXX” və “xxxx” MTK-lara aid möhürlər götürülmüş; disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Müqaviləyə hər hansı səbəbdən MTK sədrinin imza etməməsi məsələsi həmin müqavilənin etibarsız hesab edilməsinə əsas ola bilməzdi. ** nömrəli mənzilə dair müqavilədə və maliyyə arayışında möhür olmuş, eyni zamanda maliyyə arayışı MTK sədri tərəfindən imzalanmışdır. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, sözügedən mənzilin sahibi və alıcısı iddiaçıdır, həmin mənzil rəsmi qaydada iddiaçıya təhvil verilmiş, tərəfindən mənzildə təmir işləri (suvaq daxili bölünmə və s.) aparılmış, həmin mənzilə 2020-ci ildə qaz və su sayğacı verilmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli qətnaməsindən görünmüşdür ki, cavabdeh “xxxx” MTK-dan 14400 manat pul və 30 manat dövlət rüsumu, ümumilikdə 14430 manat pul vəsaiti tutularaq iddiaçı Iddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədə məhkəmə tərəfindən qeyd edilən “14400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə ödənilmiş pulun bir qismini qaytarmaqla iddiaçının müqavilədən imtinasını faktiki olaraq qəbul etmiş hesab olunur, (üç mənzil üçün ## ###### 2013-cü il tarixli mənzil tikintisinə dair müqavilə nəzərdə tutulur) bu baxımdan iddiaçı müqavilənin icra edilməməsi ilə bağlı ona dəymiş zərəri cavabdehdən tələb etməsində haqlıdır”. Lakin iş materiallarına əlavə edilmiş və məhz ** nömrəli mənzilə aid olan ## ###### 2013-cü il tarixli müqavilə və maliyyə arayışı mövcuddur. Eyni zamanda həmin qətnamədə konkret hansı mənzil üzrə ödənişin aparılması və ya borcun qalması məsələsi araşdırılmadığından hazırkı iş üzrə hüquq əhəmiyyətli qətnamə kimi qəbul edilə və həmin fakta istinad edilməklə iddia tələbinin rədd edilməsinə əsas ola bilməzdi.
52. Işi araşdıran apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin 2013-cü ildə iddiaçı tərəfindən tam qanuni əsaslarla əldə edilməsini, daha sonra iddiaçının müqaviləsinin dəyişdirilərək iki mənzilə münasibətdə ləğv edilməsini və 1 mənzilin ona verilməsini bununla bağlı MTK-nın ümumi yığıncağının qərarının olmamasını, əgər iddiaçı MTK-nın üzvlüyündən çıxarılmışdırsa belə bir qərarın olub-olmaması hissəsində araşdırma aparmamış, cavabdeh tərəfin formal istinadlarına və qanunvericiliyin düzgün tətbiq edilməməsi ilə nəticələnən hüquqi mövqedən yanaşmaqla iddianın rədd edilməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir.
53. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
54. Cavabdeh Cavabdeh Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
55. Etiraz belə əsaslandırılmışdır ki, kassatorun mübahisəli mənzil üzərində hər hansı subyektiv hüququ mövcud deyil. Iddiaçı mülki dövriyyədə vicdanlılıq prinsipini pozaraq eyni predmetlə bağlı ziddiyyətli mövqe nümayiş etdirmişdir. Iddiaçı ödənişin 14400 manat hissəsini geri tələb edib barəsində qanuni qüvvəyə minmiş qətnamə əldə etdiyi üçün, pay haqqı “tam ödənilmiş" hesab oluna bilməz. Ödənişin tamlığı pozulduğu üçün iddiaçının mübahisəli sahəyə dair mülkiyyət və ya qanuni sahiblik hüququ yaranmamışdır. Pul geri qaytarıldığı üçün mənzilə dair hüquq da (restitusiya) əvvəlki vəziyyətə qaytarılmış hesab olunur. Həmçinin, iddiaçı tərəfindən mənzilə ümumiyyətlə qapı və pəncərə qoyulmamış, qeydiyyat dəftərlərində isə kommunal haqlarla bağlı hər hansı qeyd mövcud deyil, mənzil ona heç bir zaman təhvil verilməmişdir. Kassatorun əsaslandığı ## ###### 2013-cü il tarixli müqavilə hüquqi baxımdan əhəmiyyətsiz sənəddir.
Kassasiya baxışının hədləri:
56. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
57. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
58. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
59. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. 119.7-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti öz öhdəlikləri üçün ona məxsus bütün əmlakı ilə cavabdehdir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti iştirakçılarının öhdəliklərinə görə məsuliyyət daşımır. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçıları iştirakçısı olduqları cəmiyyətin öhdəliklərinə görə məsuliyyət daşımırlar.
60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
62. Belə ki, iddiaçı Iddiaçı “xxxx” MTK ilə bağladığı ## ###### 2013-cü il tarixli müqavilə ilə həmin MTK-nın inşa etdiyi binada 3 mənzil əldə etməsini, sonradan əvəzini geri almaqla, həmin mənzillərdən ikisindən imtina etməsini, ** saylı mənzili sahibliyində saxlanılmasını, binada yaradılmış cavabdeh MMMC-nin isə həmin mənzildən istifadəyə, giriş-çıxışına maneə yaratmasını iddia etməklə, bu maneələrin aradan qaldırılmasını xahiş etmişdir.
63. Cavabdeh tərəf isə iddiaçının hər üç mənzildən imtina etdiyini, iddiaçının tələbinin əsası kimi təqdim etdiyi müqavilənin etibarsız olmasını qeyd etməklə iddiaya etiraz etmişdir.
64. Apellyasiya instansiyası iddianı rədd edərkən mübahisəli mənzilin iddiaçıya məxsus olmaması nəticəsinə gəlmişdir. Bu zaman məhkəmə iddiaçı ilə “xxxx” MTK arasında olan məhkəmə mübahisəsi üzrə ## #### 2020-ci il tarixli qətnaməsinə, Cavabdeh MMMC-nin iddiası üzrə Iddiaçı nümayəndəsinin göstərdikləri hallara istinad etmişdir.
65. Apellyasiya məhkəməsi həmçinin iddiaçının təqdim etdiyi müqavilənin mötəbərliyini şübhə altına almış, həmin müqaviləni əhəmiyyətsiz əqd olmaqla, tərəflər üçün hər hansı hüquq və vəzifələr yaratmaması nəticəsinə gəlmişdir.
66. Lakin, bu zaman apellyasiya instansiyası məhkəməsi cavabdeh hüquqi şəxsin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olmaqla, mübahisələndirilən mənzilə hər hansı hüququnun olub-olmamasına, onun bu mənzildən istifadəyə dair hər hansı şəxsə maneə yaratmağa hüququnun olub-olmaması, iddiaçıya yaradan maneələrin qanuna uyğun olubolmamasına hüquqi qiymət verməmişdir.
67. Belə ki, iş materiallarından mübahisəsiz olaraq müəyyən olunur ki, mübahisəli mənzillə bağlı iddiaçı ilə “xxxx” MMC arasında müqavilə ## ###### 2013-cü ildə bağlanmışdır. Mübahisəli məsələ isə, iddiaçının sonradan həmin mənzilə dair hüquqlarından (digər 2 mənzillə yanaşı) imtina edib-etməməsidir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin mənasına görə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsidir (Mənzil Məcəlləsinin 119.1-ci maddəsi).
69. Mənzil mülkiyyətçinin müştərək cəmiyyətinin hüquqlarını müəyyən edən Mənzil Məcəlləsinin 122-ci, habelə vəzifələrini müəyyən edən Məcəllənin 123-cü maddəsində ümumi əmlak olmayan sahəyə münasibətdə MMMC-nin hər hansı hüquq və vəzifələrin olması qeyd olunmamışdır.
70. Beləliklə, MMMC-nin çoxmənzilli binada yerləşən, ümumi mülkiyyətdə olmayan, ayrıca yaşayış sahələrə münasibətdə yalnız o halda tələblər irəli sürə bilər ki, həmin yaşayış sahəsi hər hansı qanuni əsasla MMMC-nin balansına verilsin. Əks halda, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ayrıca yaşayış sahələrinə dair sərəncam vermək, o cümlədən həmin sahəyə tələb irəli sürən şəxslərə maneələr yaratmaq, etirazlar vermək, barəsində bağlanmış müqavilələri mübahisələndirmək və s. qaydada istifadəyə əngəllər yaratmağa hüququ yoxdur.
71. Hazırkı halda da, iddiaçının tələb etdiyi mənzildən imtina etməsini və ya müqavilənin etibarsızlılığını müqavilənin tərəfi olmuş “xxxx” MTK və ya iddiaçının xeyrinə imtina etdiyi, mənzilə başqa əsasla üstün hüququ olan şəxs iddia edə bilər.
72. Lakin, apellyasiya məhkəməsi tərəfindən mübahisəli mənzilin üçüncü şəxslərin istifadə və sahibliyində olması müəyyən edilməmiş, iddiaçı ilə müqavilə münasibətlərində olan “xxxx” MTK isə işə cəlb edilməmiş, həmin MTK-nın və cavabdeh MMMC-nin təsis və balans sənədlərində ** saylı mənzilin kimin sahibliyində olması, həmin yaşayış sahəsinə münasibətdə payçı kimi kimlərin tanınması müəyyən olunmamışdır.
73. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün məhkəmənin ilk olaraq araşdırmalı olan məsələ iddiaçının tələb etdiyi mənzilin yerləşdiyi yaşayış binasının idarə edilməsi üçün yaradılan cavabdeh MMMC-nin iddiaçının mənzildən istifadəsinə maneələr yaratmağa hüququnun olub-olmaması təşkil etmişdir ki, bununla bağlı məhkəmə tərəfindən hər hansı qiymətləndirmə aparılmamışdır.
74. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmadığı üçün, Mülki Prosessual Məcəllənin 217.3, 218.1 və 372.7-ci maddələrinin tələblərini pozmuşdur.
75. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
76. Işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.