Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-829/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Abdulxalıq oğlunun cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4, Bazarova Günay Kamil qızı və Bazarova Gülnar Kamil qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əşyanın tərkib hissəsi, vicdanlı sahib, əşyanı yaxşılaşdırmaq üçün çəkilmiş məsrəflər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Abdulxalıq oğlunun cavabdehlər cavabdeh2, cavabdeh3, cavabdeh4, Bazarova Günay Kamil qızı və Bazarova Gülnar Kamil qızına qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bаlаkən Rаyоn Аqrаr Islаhаt Kоmissiyаsının 18 yаnvаr 2002-ci il tаrixli * nömrəli qərаrı ilə cavabdehlər Bаzаrоv Kamil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kamil оğlunun, Bаzаrоvа Günаy Kamil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətinə Balakən rayonu Meşəşambul kəndi ərazisindən 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsi ayrılmış və 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinə Аzərbаycаn Respublikаsı Dövlət Tоrpаq və Xəritəçəkmə Kоmitəsinin Bаlаkən rаyоn şöbəsi tərəfindən JN 228 KОD 40109018 оlаn tоrpаğа mülkiyyət hüququnа dаir dövlət aktı verilmişdir.
2. İddiaçı Abdulxalıq oğlu torpaq sahəsindən istifadə etmiş və istifadə etdiyi müddətdə həmin torpaq sahəsində ağaclar əkmişdir.
3. Iddiaçılar torpaq sahələrini daha sonra geri tələb etmiş və İddiaçı Abdulxalıq oğlu torpaq sahəsini qaytarmaqdan imtina etmişdir.
4. Bundan sonra cavabdeh2, cavabdeh3, cavabdeh4, Bazarova Günay Kamil qızı və Bazarova Gülnar Kamil qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyev Аbdurəhim Аbduxаlıq оğlunun onların mülkiyyətində olan, Bаlаkən rаyоnu Meşəşаmbul kəndində yerləşən 0.90 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsindən çıxаrılmаsı, оnlаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsini xahiş etmişlər.
5. Mübahisə ilə bağlı Bаlаkən Rаyоn Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh İddiaçı Abdulxalıq оğlunun iddiaçılаr Bаzаrоv Kamil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kamil оğlunun, Bаzаrоvа Günаy Kamil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının mülkiyyətində olan, Balakən rayonu Meşəşаmbul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddiаçılаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа olunması qət edilmişdir.
6. Cavabdeh İddiaçı Abdulxalıq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni Balakən rayonu Meşəşambul kəndində yerləşən, Balakən rayonu Aqrar Islahat Komissiyasının ## ###### 2002-ci il tarixli ** saylı qərarı əsasında verilmiş JN 228 KOD 40109018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçı cavabdeh2 və ailə üzvlərinə məxsus olan 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsinin 0.3 ha hissəsindən cavabdehin çıxarılması ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar аzаrоv Kamil Ömər оğlunun, Qаrаlоvа Züleyxа Hаcı qızının, Bаzаrоv Ömər Kamil оğlunun, Bаzаrоvа Günаy Kamil qızının və Bаzаrоvа Gülnаr Kаmil qızının cavabdeh İddiaçı Abdulxalıq oğluna qarşı Balakən rayonu Meşəşambul kəndində yerləşən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüququqlarının bərpa edilməsi tələbinin həmin hissədə - yuxarıda göstərilən torpaq sahəsinin 0.3 ha hissəsinə münasibətdə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2022-ci il tarixli **/**** №-li ekspert rəyi verilərkən istinad olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat Idarəsi tərəfindən tərtib edilmiş, ##.##.2021-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən ölçülərdə) rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı Abdulxalıq oğlu cavabdehlər Bcavabdeh2, cavabdeh3, cavabdeh4, Bazarova Günay Kamil qızı və Bazarova Gülnar Kamil qızına qarşı hazırki iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 29.880 manat məbləğində pulun və 180 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Balakən rayonu Meşəşambul kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Iddiaçının istifadə etdiyi ərazi 1995-ci ildən onun faktiki istifadəsindədir. Balakən rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli ** nömrəli qərarı ilə ona və ailə üzvlərinə 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə “Torpağa mülkiyyət hüququna dair” JN 0057 Kod 40109018 olan dövlət aktı hazırlanmışdır. 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iki konturda və müxtəlif ərazilərdən verilmişdir. 7459.60 kv.metr olan 0057 planşet nömrəli torpaq sahəsini islahat başa çatdıqdan sonra torpaq mütəxəssisləri əraziyə gələrək naturada göstərmişlər. Həmin vaxtdan sonra torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. cavabdeh2 Balakən rayon Meşəşambul kəndi X1 Komissiyasının sədri işləmişdir. Həmin vaxt o və ailə üzvləri iddiaçıya bildirmişlər ki, onlara məxsus olan torpaq sahəsi iddiaçının istifadəsindədir. Iddiaçı həmin vaxt onlarla razılaşaraq və torpağın dəyərini onlara ödəyərək, cavabdeh2 ona və onun ailə üzvlərinə “Torpağa mülkiyyət hüququna dair” JN 0228 Kod ******** saylı dövlət aktına əsasən 228 planşetdə verilmiş 9024.23 kv.m torpaq sahəsini istifadə etmişdir. Həmin torpaq sahəsi ona verilərkən çöllük ərazi idi. JN 0057 Kod 40109018 olan dövlət aktından, həm də JN 0228 Kod ******** saylı dövlət aktına əsasən 228 planşetdə göstərilmiş cizgi ilə bağlı torpağın xüsusiyyətlərini əks etdirən dövlət aktının məlumatlarından görünür ki, həmin torpaq sahəsində çoxillik əkmələr olmamışdır. 2000-ci ildə iddiaçı cavabdehlərin razılığı ilə həmin torpaq sahəsində fındıq ağacları əkərək oranı bağ formasına salmışdır. Iddiaçı həmin torpaq sahəsini istifadə etdiyi vaxtdan orada 163 ədəd fındıq ağacları əkmişdir. Bir neçə il əvvəl isə orada əkilən fındıq ağaclarının bəziləri qurumuş, bərpa etmək mümkün olmamışdır. Hazırda 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçının 2000-ci ildə əkdiyi 142 ədəd fındıq ağacları vardır. Cavabdehlərin razılığı ilə istifadə etdiyi torpaq sahəsində 2000-ci ildə əkdiyi 142 ədəd fındıq ağacının 22-24 illik hər fındığın əkilib yetişdirilməsinə, onun boya-başa çatdırılmasına, fındıq kollarının müəyyən edilmiş dərinlikdə basdırılmasından başlayaraq hər il fındıq kollarının diblərinin və ətraf sahələrin kol-kosdan təmizlənməsinə, fındıq ağaclarının diblərinə üzvi gübrənin verilməsi, ağacların vaxtı-vaxtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işlərinin aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluq göstərmişdir. Fındıq ağaclarına sadaladığı aqrotexniki qulluq göstərilməsinə bu müddət ərzində 142 ədəd ağacdan hər ağaca görə 140 manat xərc çəkmişdir. Eyni zamanda həmin torpaq sahəsində iddiaçı tərəfindən 376 ədəd çinar ağacları, 20-dən çox akasiya ağacları əkilmişdir. Həmin çinar ağaclarının 200 ədəddən çoxu diametri 30 sm-dən çoxdur. Diametri 30 sm-dən çox olan çinar ağaclarının bir ədədinin qiyməti 50 manat müəyyən edilir. Istifadəmdə olan torpağın keyfiyyətinin yaxşılaşdırılmasına, onun alaq otlarından, kolkosdan, orada olan daşlardan təmizlənməsinə və başqa ərazidən torpaq gətirərək oranı bağ formasına salınmasına, bağ salınacaq sahənin hamarlanmasına, torpaq sahəsinin kənarlarının hasarlanmasına əlavə xərc çəkmişdir. Beləliklə 0.90 ha torpaq sahəsinə çəkdiyi xərclər 142 ədəd fındıq ağacına görə 19880 manat, diametri 30 sm-dən çox olan 200 ədəd çinar ağaclarına görə 10000 manat, cəmi 29880 manat edir. Torpaq sahəsini iddiaçılara verəcəyi halda cavabdehlər çəkdiyi xərclərə görə əsassız varlanacaqlar. O, cavabdehlərə məxsus torpaq sahəsinə özbaşına olaraq sahiblənməyib. Hazırkı iş üzrə o, vicdanlı sahib hesab olunur.
9. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi - vəkili Vəkil iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsi hazırkı iş üzrə cavabdehlərin mülkiyyətindədir. Balakən Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlərin iddiaları təmin edilmiş, lakin iddiaçı işin icrasını uzadaraq, 2024-cü ilə qədər gətirib çıxartmışdır. Iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, real vəziyyəti əks etdirmir. Mütəxəssislər isə torpaq sahəsinin Balakən rayonun Meşəşambul kəndində olmasını iddiaçıya yox, cavabdehə göstərmişlər. Məhkəmənin qərarının icrasını yoxlatmaq məqsədi ilə iddiaçı dövlət aktının ləğvi ilə bağlı Şəki inzibati Məhkəməsinə müraciət etmiş, iddia əsassız olduğundan iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir.
10. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən ## ###### 2025-ci il tarixdə verilmiş *-**-*-**/*-***/**** nömrəli mütəxəssis rəyində göstərilmişdir ki; 1. JN-0228 kod ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu, Meşəşambul kəndi ərazisində yerləşən 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha hissəsində X3 tərəfindən əkilməsi göstərilən 142 ədəd fındıq ağaclarının növü, yaşı, qiyməti, barvermə qabliyyəti, il ərzində orta hesabla nə qədər bar verməsi, onun qiyməti, onlara aqrotexniki qaydada qulluq edilib-edilməməsi barədə məlumatların verilməsi onların səlahiyyətləri xaricindədir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli */****-*/**** nömrəli ekspert rəyindən göstərilir ki: Tədqiqata təqdim edilmiş JN-0228; kod******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Meşəşambul kəndi ərazisində yerləşən 2.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,90 ha hissəsində becərilmiş - 73 ədəd 24-25 illik akasiya ağacı (meyvə ağacı hesab edilmədiyindən məhsuldarlıq təyin edilmədi), -həmin sahədə bir-birindən 5-10 sm cərgədaxili məsafədə əkilmiş 336 ədəd 1- 20 illik çinar ağacı (meyvə ağacı hesab edilmədiyindlən məhsuldarlıq təyin edilmədi), -05 ədəd 15-17 illik qoz ağacı il ərzində 7-8 kq, -03 ədəd 20-23 illik qoz ağacı il ərzində 20-25 kq, -135 ədəd 21-22 illik fındıq kolu il ərzində - 11-12 kq, -01 ədəd 23-24 illia əzgil ağacı il ərzində 10-11 kq məhsul verə bilir və bağ sahəsində əkilmiş bütün növ ağac və kollara aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd edilir ki, ekspertiza qarşısında qoyulmuş sualda qeyd edilən JN-0228 kod ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Meşəşambul kəndi ərazisində yerləşən 2,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,90 ha hissəsində göstərilən fındıq kollarının və il ərzində orta hesabla onun məhsulunun və çinar ağaclarının qiyməti məhkəmə-əmtəşünaslıq ekspertizasının predmetinə aid olmadığından ekspertiza qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmadı. Qeyd edilən suallar həmin sahə üzrə ixtisasca mütəxəssis (aqronom) tərəfindən cavablandırıla bilər.
12. Daşınmaz Əmlakın və X5 barədə mütəxəssis rəyində göstərilmişdir ki; - JN 0228 Kod ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 228 planşet nömrəsində göstərilən koordinatlarda yerləşən Balakən rayonu Meşəşambul kəndi ərazisində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş ağac və kolların dəyəri aşağıdakı kimidir: -fındıq ağacının qiyməti təxminən 120-160 manat arasında müəyyənləşdirilir. 200 ədəd çinar ağacının hər birinin qiyməti 50 manat təşkil edir. -JN 0228 Kod ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 228 planşet nömrəsində göstərilən koordinatlarda yerləşən Balakən rayonu Meşəşambul kəndi ərazisində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (üzərindəkilərlə çoxillik əkililərlə birlikdə) ## ### 2025-ci il tarixinə tarixinə bazar dəyəri 39 000 manat təşkil edir. -JN 0228 Kod ******** saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 228 planşet nömrəsində göstərilən koordinatlarda yerləşən Balakən rayonu Meşəşambul kəndi ərazisində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində çoxillik əkmələr olmadan ## ### 2025-ci il tarixinə tarixinə bazar dəyəri 11 400 manat təşkil edir.
13. Balakən Rayon Məhkəməsinin (hakim H.Q.Səlimov) 2025-ci il ## ###### tarixli e- *(***)-**/**** nömrəli qətnaməsi ilə iddia ərizəsinin rədd edilməsi, ödənmiş 180 manat dövlət rüsumunun xərcinin iddiaçının özünə aid edilməsi, 70 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi mübahisə ilə bağlı mövqeyininin əsaslandırılması baxımından işin faktiki mübahisəsiz halı kimi müəyyən etmişdir ki, mübahisə predmeti olan ağacların əkildiyi Balakən rayonu Meşəşambul kəndində yerləşən 0,87 hektar torpaq sahəsi 2002-ci ildən hal-hazıra kimi cavabdehlərin mülkiyyətində olmaqla, iddiaçının həmin torpaq sahəsinə heç bir hüququ yoxdur və heç vaxt olmamışdır. Qüvvədə olan Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə təsdiq olunmuşdur ki, iddiaçı sözügedən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişdir və bu səbəbdən də onun həmin torpaq sahəsindən çıxarılması qət olunmuşdur.
15. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə isə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilməlidir (Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2 və 3-cü hissələri). Belə olan halda isə iddiaçının qanunsuz zəbt edib istifadə etdiyi torpaq sahəsində əkdiyi ağacların dəyərini tələb etməsi qanuni və əsaslı hesab oluna bilməz.
16. Məhkəmə bildirmişdir ki, iddiaçının nümayəndəsi – vəkili Nümayəndə İddiaçı torpaq sahəsini zəbt etmədiyini, torpaq sahəsindən mülkiyyətçilərin razılığı ilə istifadə etdiyini və ağacları da onların razılığı ilə əkdiyini göstərsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
17. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Knstitusiyasının 13 və 29-cu; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 21.1, 21.2, 144.1, 146.1, 157.2, 238.1, 239.2, 425.1, 1091.1, 1091.2 və 1092.1-ci; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsi, 111-ci maddəsinin 2-ci və 3-cü hissələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 80, 82.4, 88, 119 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
19. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, ekspert rəyində fındıq ağaclarının yaşının 21-22 il olması, qoz ağaclarının 20-23 il və s. olması həmin ağacların iddiaçı tərəfindən əkilməsinə dəlalət edir. Eyni zamanda torpaq sahəsində əkilmiş ağac və kolların dəyəri, eyni zamanda çoxillik əkmələrlə və çoxillik əkmələr olmadan qiymətləndirilməsi aparılmış və əmlakların bazar dəyəri müəyyən edilmiş və bu barədə iş materiallarına mütəxəssis rəyi əlavə edilmişdir. Iddiaçıya məxsus JN 0057 Kod 40109018 olan dövlət aktından, həm də cavabdehlərə məxsus JN 0228Kod ******** saylı dövlət aktına əsasən 228 planşetdə göstərilmiş cizgi ilə bağlı torpağın xüsusiyyətlərini əks etdirən dövlət aktının məlumatlarından görünür ki, torpaq sahələrinin verildiyi vaxt, yəni 2002-ci ildə həmin torpaq sahəsində çoxillik əkmələr olmamışdır. Balakən rayon Aqrar Islahat Komissiyasının ## ###### 2002-ci il tarixli ** nömrəli qərarı ilə cavabdeh2 оğluna və onun ailə üzvlərinə 2002-ci ildə torpaq sahəsi verildikdən sonra və 2024-cü ilədək fasiləsiz iddiaçı tərəfindən istifadə olunmuşdur. 2002-ci ildə həmin torpaq sahəsində fındıq və digər ağacların iddiaçı İddiaçı tərəfindən əkilməsi cavabdeh tərəfindən etiraf olunur. Torpaq sahəsi cavabdehlərə verilən zaman Balakən rayonu Meşəşambul kəndi keçmiş Nizami adına X1 Komissiyasının sədri hazırki iş üzrə cavabdeh cavabdeh2 olmuşdur. Iddiaçı və cavabdehlərə verilmiş torpaq sahələri bir birinə bitişik ərazidə yerləşir. Mütəxəssis rəyində torpaq sahələrinin bir-birinə bitişik olması, İddiaçı ona verilmiş torpaq sahəsini deyil, cavabdehlərin torpaq sahəsini istifadə etməsi, iddiaçıya məxsus olan torpaq sahəsini başqa şəxslər tərəfindən istifadə olunması görünür. Həmin torpaq sahələri də Balakən rayonu Meşəşambul kəndi keçmiş Nizami adına X1 Komissiyasının qərarları əsasında verilmişdir. Buradan belə məlum olur ki, cavabdeh2 Balakən rayonu Meşəşambul kəndi keçmiş Nizami adına X1 Komissiyasının sədri olmaqla özünə və ailə üzvlərinə torpaq sahəsi vermiş və həmin torpaq sahəsini verildiyi vaxtdan iddiaçının istifadəsinə vermişdir. 2002-ci ildən 2018-ci ilədək həmin torpaq sahəsini iddiaçı heç bir etirazsız və fasiləsiz istifadə etməsi, orada iddiaçının fındıq, çinar və s digər ağaclar əkməsi, eyni zamanda cavabdehlərin eyni kənddə yaşamaqla bundan xəbəri olmaması, buna narazılıq etmələri inandırıcı deyil və işin faktiki hallarına uyğun deyil. Bundan başqa iş üzrə verilmiş mütəxəssis rəyində və ekspert rəyində ağacların hansı tarixə əkilməsi, onların dəyəri, torpaq sahəsinin dəyəri, torpaq sahəsinin çoxillik bitkilərlə, eyni zamanda çoxillik bitkilər olmadan bazar dəyəri müəyyən edilmişdir. Eyni zamanda hazırkı iş üzrə cavabdeh cavabdeh2 torpaq sahəsinin yerləşdiyi keçmiş Nizami adına YAIK sədri olmaqla özünə və ailə üzvlərinə verilmiş torpaq sahəsini iddiaçı İddiaçı 2002-ci ildə verməsi, 2018-ci ilədək iddiaçının oradan fasiləsiz və etirazsız istifadə etməsi, torpaq sahəsinin çöl ərazisində yerləşməsi, iddiaçının orada bağ salması, əkilən ağaclardan cavabdehlərin məlumatının olmaması nə iş materillarında olan sübutlara, nə də işin həqiqi hallarına uyğun deyildir. cavabdeh2 keçmiş Nizami adına YAIK sədri olması apellyasiya şikayətinə əlavə edilmiş sənədlərlə təsdiq edilir.
20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.V.Musayev (sədrlik edən və məruzəçi), E.B.Isayev və E.M.Mehdiyev) 2025-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın rədd edilmiş 28.000 manat məbləğində maddi ziyan və 174 manat dövlət rüsumuna dair hissələrində ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilərək, cavabdehlərdən müştərək qaydada 28.000 manat məbləğində maddi ziyan və 174 manat dövlət rüsumu olmaqla, cəmi 28.174 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, qətnamənin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir
21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi öz mövqeyinin əsaslandırılması baxımından həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları tam düzgün müəyyən edilməmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
22. Birinci instansiya məhkəməsi Bаlаkən Rаyоn Аqrаr Islаhаt Kоmissiyаsının 18 yаnvаr 2002-ci il tаrixli ** nömrəli qərаrı ilə cavabdehlərə ayrılmış Balakən rayonu Meşəşambul kəndi ərazisində yerləşən 2.41 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin 0.87 hа hissəsinin 2002ci ildən iddiaçının istifadəsində olmaqla, ötən müddət ərzində iddiaçının həmin torpaq sahəsindən istifadə edərək orada çoxillik bitkilərin əkilməsi nəticəsində cavabdehlərə məxsus torpaq sahəsinin dəyərini əhəmiyyətli dərəcədə artırmasını diqqətə almamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının sözügedən 0,87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etməsini və qanunvericiliyin tələbinə görə isə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalısını əsas gətirərək iddianı rədd etsə də, iddiaçı və cavabdeh məhkəmə iclasında torpaq sahəsinin 2002ci ildən 23.iddiaçı tərəfin istifadəsində olduğunu göstərmiş, iddiaçı isə Bаlаkən Rаyоn Аqrаr Islаhаt Kоmissiyаsının 18 yаnvаr 2002-ci il tаrixli ** nömrəli qərаrı ilə cavabdehlərə ayrılmış 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 20 il bundan qabaq cavabdehlərlə razılaşma yolu ilə əldə etdiyini göstərmişdir.
24. Kollegiya vurğulamışdır ki, mübahisəli torpaq sahəsinin təxminən 20 il müddətində iddiaçı tərəfindən istifadə edilməsini, yaşadıqları ərazidə yerləşən həmin torpaq sahəsində yaxşılaşdırma işlərinin həyata keçirilməsini, müxtəlif növ ağacların əkilməsini cavabdeh tərəfin müşahidə etməməsi ağlabatan olmamaqla yanaşı, ötən müddət ərzində cavabdehlərin iddiaçı tərəfə qarşı torpaqdan çıxarılma və yaxud iddiaçı tərəfindən görülmüş tədbirlərin qarşısının alınması kimi iddia tələbləri də mövcud olmamışdır.
25. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsindən cavabdeh tərəfin razılığı ilə istifadə etməsi, torpaq sahəsi üzərində məhz iddiaçı tərəfindən öz vəsaiti hesabına çoxillik bitkilərin əkilməsi, cavabdeh tərəfin isə uzun müddət formalaşmış qaydaya etiraz etməməsi nəzərə alınaraq, iddiaçı tərəfindən çəkilmiş xərclərin ödənilməsi tələbinin ümumiyyətlə əsassız olması nəticəsinə gələrkən doğru mövqedən çıxış etməmişdir.
26. Kolegiya qeyd edib ki, qanunvericlikdə mülkiyyətçinin öz əşyasını özgəsinin qanunsuz sahibliyindən tələb etməsi imkanı ilə yanaşı əşyaya vicdanlı sahiblik edənin qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqları da təsbit edilmişdir. Bu baxımdan iddiaçı cavabdehlərə məxsus 087 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində çoxillik bitkilərin əkilməsi və digər yaxşılaşdırmalara sərf edilən vəsaitin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur.
27. Belə ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
28. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir.
29. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir.
30. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Yuxarıda şərh olunanlar nəzərə alınmaqla, qeyd edilən torpaq sahəsinin çoxillik əkililərlə birlikdə dəyəri olan 39400 (otuz doqquz min dörd yüz) manatdan, həmin torpaq sahəsinin çoxillik əkmələr olmadan hazırkı bazar dəyəri 11400 (on bir min dörd yüz) manat çıxılmaqla qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10, 157.7, 1091.1, 1091.2, 1092.1 və 1094-cü; Mülki Prossesual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 217, 218, 372 və 402.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
32. Qətnamədən cavabdeh cavabdeh2 (vəkil Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərin razılığı olmadan torpaq sahəsini zəbt etmiş, orda ağaclar əkərək onların məhsulundan faydalanmışdır (qazanc əldə etmişdir). Bununla bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mülki iş materiallarına əlavə olunmuşdur. Cavabdehlərə məxsus torpaq sahəsində ağaclar mövcud olmuşdur. Iddiaçının məhz hansı ağacları əkdiyi məlum deyil. Bundan başqa, iddiaçı cavabdehlərin mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt edərək ağaclar əkməsi nəticəsində cavabdehlərə zərər vurmuşdur. Belə ki, cavabdehlər həmin torpaq sahəsini başqa şəxslərə icarəyə verərək qazanc əldə edə bilərdilər ki, iddiaçının hərəkətləri nəticəsində bundan məhrum olmuşlar. Işə baxan məhkəmə kollegiyası yuxarıda göstərillənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Iddiaçının torpaq sahəsini zəbt etməsi nəticəsində hər hansı sahiblik və istifadə hüququ olmamasına məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilənlərə əsasən apellyasiya instansiya məhkəməsi eyni tərəflərə aid qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almamışdır. Halbuki, həmin qətnaməyə əsasən iddiaçını mövcud iddia tələbi ilə bağlı sübyektiv hüququ olmaması qənaətinə gəlinir. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
36. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
37. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: ... 14.2.7. Əsassız varlanma. ...
38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
40. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
41. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
42. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
43. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
46. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
47. Maddə 239.2. Fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
48. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
49. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
50. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
51. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
52. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
61. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
67. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə qiymət vermişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
68. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehin torpaq sahəsindən uzun müddət ərzində istifadə edib müxtəlif çoxillik meyvə ağacları əkməsi işin mübahisəsiz hal kimi müəyyən olunub. Iddiaçının bu hərəkətlərinin qarşısını almaq üçün cavabdehə hər hansı maneə törədilməsi də müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq vurğulamışdır ki, mübahisəli torpaq sahəsinin təxminən 20 il müddətində iddiaçı tərəfindən istifadə edilməsini, yaşadıqları ərazidə yerləşən həmin torpaq sahəsində yaxşılaşdırma işlərinin həyata keçirilməsini, müxtəlif növ ağacların əkilməsini cavabdeh tərəfin müşahidə etməməsi ağlabatan olmamaqla yanaşı, ötən müddət ərzində cavabdehlərin iddiaçı tərəfə qarşı torpaqdan çıxarılma və yaxud iddiaçı tərəfindən görülmüş tədbirlərin qarşısının alınması kimi iddia tələbləri də mövcud olmamışdır. Cavabdeh uzun müddət onun torpaq sahəsindən iddiaçının istifadə edib bağ salmasını müşahidə etməsinə baxmayaraq, dürüst davranıb vaxtında etiraz etməyib və nəticədə torpağın dəyərinin artmasına nail olmaqla əsassız varlanmışdır.
69. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
70. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.