Məhkəmə qərarları › İş №2(1-8)-832/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-832/2026

01.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-832/2026 01.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk, cavabdeh Cavabdeh iddiaçı İddiaçı oğluna qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər pul tələbi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə ilk iddiası, cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Cavabdeh Cavabdeh şikayəti əsasında Ağdam Rayon Polis Şöbəsində izahatı alınmış iddiaçı İddiaçı izahatında qeyd etmişdir ki, o, 2024-cü ilin əvvəllərində Cavabdeh ilə birlikdə Bərdə şəhərində yerləşən Unibank ASC Kommersiya Bankına gedərək öz adına 6850 manat pul götürmüş və götürdüyü pulu Cavabdeh təklifi üzərinə 3 ay müddətinə, hər ay 1500 manat, 3 ayın sonunda isə 6850 manatı tam almaq şərti ilə ona verdiyini, 3 ay krediti ödədikdən sonra Cavabdeh ona pul gələcəyini ona bildirdiyini, lakin hərbiçi olduğu üçün onun kart hesabının izləndiyini, ona görə də ona məxsus kartı ona verməyini ondan xahiş etdiyini, o, isə adına olan kartı Cavabdeh verdiyini, bundan sonra pul ehtiyacı olduğu üçün pulunu tam istədiyini, Cavabdeh pulu verdiyi adamın burada olmadığını, gələn kimi pulu alıb qaytaracağını bildirsə də, müxtəlif bəhanələr gətirərək pulu qaytarmadığını, belə olan halda atasını evə dəvət edərək olanları ona danışdığını, atası ilə aralarında olan razlaşmaya əsasən hər ay krediti ödəməyi üzərinə götürdüyünü və bunun üçün onun plastik kartına iki aylıq ödəniş üçün 730 manat pul yüklədiyini göstərmişdir.

2. Cavabdehin Ağdam rayon Polis Şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, o, İddiaçı ##.##.2024-cü il tarixdə 6000 manat pul istədiyini, İddiaçı ona 5200 manat pul verdiyini və pulu sələm olaraq verdiyini, özünün dörd ay müddətinə İddiaçı 1500 manat pulu onun evində əli ilə verdiyini, bundan başqa 730 manat və 400 manat məbləğində pulu isə ona məxsus karta köçürdüyünü, daha sonra 3000 manat sələmə götürdüyünü və buna görə 15 gündən bir 600 manat verdiyini, sonra isə 3000 manatı tam şəkildə qaytardığını, daha sonra 6000 manat sələmə pul götürdüyünü və qarşılığında öncə 1500 manat daha sonra isə 7500 manat ödəməklə qaytardığını, daha sonra həmişəki qaydada 8000 manat pul götürdüyünü və razılaşmalarına əsasən 15 gün ərzində 12000 manat qaytarmalı olduğunu, bundan sonra 10.000 manat götürdüyünü və üzərinə əlavə olaraq 2000 manat əlavə etməklə qaytardığını, daha sonra ehtiyacı olduğu üçün 300 manat aldığını və 10 gündən sonra 5000 manat olaraq qaytardığını, sonra 5000 manat aldığını və əvəzində 6500 manat olaraq qaytardığını və İddiaçı borcunun qalmadığını, bir həftə sonra 1800 manat aldığını və Rahibin dediyinə görə həmin pulu Vəfa adlı şəxsdən alaraq ona verdiyini və pulun üzərində hər həftə 500 manat sələm verəcəyini bildirdiyini, iki həftə 500 manat ödədikdən sonra üçüncü həftə 2000 manat qaytardığını və bundan sonra Rahibin onu mütəmadi olaraq hədələdiyini göstərmişdir.

3. “xxxx” ASC-dən götürülmüş iddiaçıya məxsus “4169 7388 **** 7526” nömrəli plastik kartdan ## #### 2024-cü il tarixdə pul çıxarılarkən aparılmış videogörüntüdən görünür ki, cavabdeh tərəfindən ## #### 2024-cü il tarixdə iddiaçıya məxsus “4169 7388 **** 7526” nömrəli plastik kartdan 10000 manat pul çıxarılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 10300 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 121 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh onunla qonşu kənddə yaşayır. O, N saylı hərbi Hissədə xidmət edir. Onu təqribən 2023-cü ilin sonlarında tanımışdır. Öyrənmişdir ki, cavabdehin atasının Yük maşınları var və həmin maşınla Bakı şəhərinə soğan aparmaq üçün sürücü axtarır. O da sürücü olduğu üçün ona müraciət etmişdir. Aqil Əhmədovla (cavabdehin atası) birgə işləməyə başlamış və bundan sonra münasibətləri yaranmış, ailəvi gediş gəliş də yaranmışdır. 2024-cü ildə özünə 07 markalı “Jiquli”xxxx“xxxx” ASC-nin Bərdə rayon Filialından 7000 manat kredit götürmüşdür. Kredit götürməyə cavabdehin “011” markalı Jiquli avtomobili ilə getmişlər. O krediti götürüb evə gələn zaman yolda Cavabdeh ona demişdir ki, əgər bu pulu 2 aylığına ona versə, o işğal olunmuş ərazilərdən metal və dəmir gətirib satmaqla yaxşı pul qazanar və Bankın aylıq ödənişlərini özü ödəyər. 2 ay müddətinə bankı bağlayar və əlavə olaraq qazancını da bölər. Məsləhətləşdikdən sonra o, cavabdehə 7000 manat vermişdir. Cavabdeh ondan pul aldığını atasına bildirməməyi xahiş etmişdir. O, 7000 manatı cavabdehə verərkən X16, X6 və X11 da yanlarında olmuşdur. Aradan 2 ay keçdikdən sonra Cavabdeh yenə ona müraciət edərək – “məni öldürürlər, təcili 3300 manat pul lazımdır, 10 günə verəcəm” deyə yalvarmağa başlamışdır. Yenə heç nədən şübhələnmədən gətirib ona 3300 manat vermişdir. Aradan bir ay da keçmiş, Cavabdeh heç bir xəbər çıxmamışdır. Bu arada atası ciddi xəstələnmişdir. Cavabdeh zəng etmişdir ki, onun borcunu gətirsin, atasını Bakı şəhrinə onkoloji xəstəxanaya aparmalıdır. Cavabdeh pulu olmadığını bildirmiş və bir az gözləməyini xahiş etmişdir. Təxminən 10 gündən sonra Cavabdeh ona zəng edərək ona küllü miqdarda pul göndərəcəklərini, ancaq hərbiçi olduğu üçün onun kart hesabının izləndiyini bildirərək ona göndəriləcək pulun onun kart hesabına köçürmək üçün kartını ona verməyini xahiş etmişdir. Heç nədən şübhələnmədən 4169 7388 3489 **** nömrəli kartını ona vermişdir. Təqribən 10-15 gün kartı onda qalmışdır. Nəhayət kartını gətirib özünə qaytarmışdır ki, hesaba pul keçmədi, artıq şübhələndiyi üçün kart hesabını yoxlatdırmışdır. Məlum olmuşdur ki, Cavabdeh kartını ondan aldıqdan sonra ## #### 2024-cü ildə onun kart hesabına 10.000 manat köçürüb və elə həmin gün də 10.000 manatı hesabından hissə-hissə çıxarıb ki, guya o çıxarmışdır. Daha sonra məlum olmuşdur ki, cavabdeh dələduzluq yolu ilə onun kimi bir neçə şəxsi aldatmışdır. Belə olduqda atasına məsələni bildirmişdir. Atası krediti özü ödəyəcəyini bildirib şikayət etməməsini xahiş etmişdir. O yenə də razılaşmışdır. Ancaq, Cavabdeh onu qabaqlayaraq ondan Ağdam rayon Polis Şöbəsinə müraciət edib ki, “guya iddiaçı ondan 80.000 manat borc almış və qaytarmamışdır”. O Polis Şöbəsində bildirmişdir ki, Cavabdeh bir nəfər Şəmsiyyə adlı şəhid ailəsini də aldadıb 20.000 manat pulunu ələ keçirib və həmin 20.000 manat pulu da ona verdiyini deyib. Polis Şöbəsində eyni ilə olduğu kimi izahat vermişdir. Artıq başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də cavabdeh Cavabdeh 10.300 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı 48.540 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. Işin faktiki halları ondan ibarətdir ki, o İddiaçı müxtəlif vaxtlarda 2023-cü ilin dekabr ayına kimi sələmə 3000, 6700, 8000, 10000, 3000 manat, cəmi 30.700 manat pul almışdır. 30.700 manat pula görə o 15.700 manat sələm ödəmiş və sələmin kökü olan 30.700 manatı da ona qaytarmışdır. Bir sözlə o aldığı sələmə görə cəmi 46.400 (qırx altı min dörd yüz) manat pul qaytarmışdır. O həmin məbləği 2024-cü ilin fevral ayının 2-nə kimi ödəyib başa çatdırmışdır. Bundan əlavə 2024-cü ilin fevral ayının təxminən 5-də ehtiyacı olduğu üçün 7000 manat borc istəmişdir. O da 5200 manat verə biləcəyini bildirmişdir. O da razılaşıb 5200 manat sələm götürmüşdür. 5200 manatı bir həftəyə qaytarmalı olan zaman əlavə 1500 manat sələm verməli olduğunu bildirmişdir. O da əlacsız olduğu üçün razılaşmışdır. O bir həftəyə 6700 manat qaytamalı idi. Həmin məbləği bütöv şəkildə qaytara bilməmişdir. Ancaq Rahibin adına olan bank kartlarına 2024-cü ilin fevral ayının 8-də 400 manat, 27-də 500 manat, mart ayının 1-də 30 manat, 6-da 100 manat, 12-də 1000 manat, may ayının 3-də 90 manat, 25-də 2500+2000 manat=4500 manat, 31-də 480 manat, iyun ayının 5-də 1100 manat, 14-də 800+300=1100 manat,16-da 10.000 manat, iyul ayının 2-də 5000 manat, cəmi 25.470 (iyirmi beş min dörd yüz yetmiş, on doqquz min doqquz yüz yetmiş) manat pul ödəmişdır. Bundan əlavə Rahibə taksi sürücüsü X3 vasitəsi ilə 2024-cü ilin may ayında 12.500 manat pul vermişdir. Həmin pulu atasına məxsus 7 baş erkək dana sataraq ona göndərmişlər. Bu faktı taksi sürücüsü X3 və atası X1 da təsdiq edə bilərlər. O, sələm kimi aldığı 5200 manata görə 32.770 sələm (faiz) manat, cəmi 37.970 (otuz yeddi min doqquz yüz yetmiş) manat pul ödəmişdir. Həmin məbləğlərin çox hissəsini Rahibin adına olan kart hesabına köçürmüşdür. O da həmin pulları öz adına olan kart hesabından çıxarmışdır. Onun pulları çıxarmasının video qeydi vardır (Video qeydlər Ağdam rayon polis şöbəsində onun müraciətilə bağlı aparılan materiala əlavə edilmişdir, əgər inkar edirsə məhkəmə tərəfindən tələb edilsin). Ona dəfələrlə hədə-qorxu gəlmişlər. O qanunları yaxşı bilmədiyi üçün onun hədələrindən qorxmuşdur. Artıq əlacsız qaldığından və atasının təkidi ilə ##.##.2024-cü ildə o, İddiaçı qanunsuz hərəkətləri ilə bağlı Ağdam rayon polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparılmış, onun və digər şəxslərin izahatları alınmış, kart hesablarından və pul köçürmələrindən çıxarışlar götürülmüşdür. O həmin sənədlərin bir hissəsinin surətlərini qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir. Ona sələmə pul verilməsi və ondan artıq pul alınması öz təsdiqini tapmışdır. Aralarında telefon danışıqları olmuş, o həmin səs yazılarını da iddia ərizəsinə əlavə etmişdir. Səs yazılarında ona hədə-qorxu gəlməsi əksini tapmışdır. Rahib iş polisdə araşdırılan zaman istintaqdan yayınmaq üçün məhkəməyə müraciət etmişdir. Göstərdiklərini Ağdam rayonu, Sarcalı kəndində yaşayan X1, X4, Bərdə rayonu, Lək kəndində yaşayan X3 təsdiq edə bilərlər. İddiaçı müxtəlif vaxtlarda cəmi 35.900 (otuz beş min doqquz yüz) manat sələmə pul almışdır. Həmin sələmlərə görə ona 15.700 +32.770= 48.540 manat sələm ödəmişdir. Onun heç bir borcu yoxdur. Bu iddia ərizəsinə əlavə edilmiş kart hesabından çıxarışlarla, izahatlarla, səsyazıları ilə və digər sübutlarla tam təsdiq edilir. Onun hər hansı məbləği almağı barədə heç bir sübut yoxdur. Ancaq pul qaytarmağını təsdiq edən kifayət qədər sübutlar vardır. Rahibdən o və digər şəxslər daimi sələmə pul götürürlər. Ancaq onun həmişə pulu olub, bankdan hansı məqsədlə pul götürməsini bilmir. Rahib heç bir vergi ödəmədən onun kimi vətəndaşları sələmlə yükləyir. Bank faizə pul verən zaman illik 5 faizlə verir. O isə həftəlik, aylıq, yəni özünün müxtəlif faiz dərəcələrindən istifadə etməklə əlacsız vəziyyətdə olan şəxslərin həyatını çıxılmaz hallara salır. O hərbi qulluqçu olmuş və ailə vəziyyətilə bağlı borc götürmək məcburiyyətində olmuşdur. Ona görə də ilkin iddia rədd olunmalı və qarşılıqlı iddia təmin olunaraq İddiaçı 48.540 (qırx səkkiz min beş yüz qirx) manat pul alınaraq ona verilməlidir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, təxminən bir il bundan əvvəl Cavabdeh ilə İddiaçı yaşadığı evə getmişlər. Avtomobildə olarkən Cavabdeh ona kağızın içində pul göstərmiş və həmin pulun 12.500 manat olduğunu ona demiş, lakin həmin pulu saymadığı üçün nə gədər olduğunu bilməmişdir. Cavabdeh İddiaçı evinə girmişdir, o isə avtomobildə gözləmişdir. Həmin pulun Hüseynin Rahibə verdiyini görməmişdir və pulun Hüseynin Rahibə nə üçün verilməli olduğunu maraqlanmamışdır. Sonra təxminən 5 dəqiqə sonra Hüseyn, Rahib və Hüseynin hərbiçi yoldaşı və o, Şırşır adlı restorana gedib yeyib içmişlər. Sonra Hüseyn ona zəng vuraraq ondan 1000 manat pulu Rahibin oğluna verməyini xahiş etmiş, o da 1000 manat pulu Rahibin azyaşlı uşağına vermişdir. Hüseyn ilə Rahibin arasında pul söhbətlərindən onun xəbəri yoxdur.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, İddiaçı və Cavabdeh tanımır. Təxminən 2024-cü ilin iyul ayında Ələsgərin oğlu Qabil ondan Ağcabədi rayonu, Hindarxı qəsəbəsinə getməyini orada yaşayan adını bilmədiyi bir şəxsə pul veriməyini xahiş etmişdir. Qabil ona pul vermiş və o, da Qabil dediyi ünvana Ağcabədi rayonu, Hindarxı qəsəbəsinə getmiş və Qabilin verdiyi 12500 manat pulu həmin qəsəbədə yaşayan tanımadığı bir şəxsə vermişdir. Lakin həmin şəxsin İddiaçı olduğunu xatırlamır.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, o, Cavabdeh atasıdır. Oğlu Cavabdeh İddiaçı sələmə pul almışdır və aldığı pulları artıqlaması ilə geri qaytarmışdır.

11. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə, ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Cavabdeh 9420 manat pul və ödənilmiş 114.2 manat dövlət rüsumunun alınaraq ilkin iddia üzrə iddiaçı İddiaçı verilməsi, ilkin iddia üzrə ödənilmiş 121 manat dövlət rüsumunun qalan 6.8 manat hissəsinin ilkin iddia üzrə iddiaçı İddiaçı aid edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia ərizəsi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı İddiaçı 48.540 manat pulun alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Rafiq Məmmədov).

12. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadına əsasən "xxxx" ASC-dən götürülmüş və tərəflərin iştirakı ilə məhkəmə iclasına tədqiq edilmiş İddiaçı məxsus “4169 7388 3489 7526” nömrəli plastik kartdan ## #### 2024-cü il tarixdə pul çıxarılarkən aparılmış videogörüntüdən görünür ki, cavabdeh Cavabdeh tərəfindən ## #### 2024-cü il tarixdə İddiaçı məxsus “4169 7388 3489 7526” nömrəli plastik kartdan 10.000 manat pul çıxarılmışdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 739.1, 1096.1 və 1096.2-ci maddələrinə, Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982ci il tarixli qərarı, “X2rşı” işüzrə ## ####### 1984-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216, 222, 224-226-cı və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. ilkin iddia üzrə cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı müxtəlif vaxtlarda cəmi 35.900 (otuz beş min doqquz yüz) manat sələmə pul almışdır. Həmin sələmlərə görə ona 15.700 +32.770 = 48.540 manat sələm ödəmişdir. Onun heç bir borcu yoxdur. Bu iddia ərizəsinə əlavə edilmiş 38 vərəqdən və flaşkartdan ibarət olan kart hesablarından çıxarışlarla, izahatlarla, səs-yazıları ilə və digər sübutlarla tam təsdiq edilir. Onun hər hansı məbləği almağı barədə heç bir sübut yoxdur. Ancaq pul qaytarmağını təsdiq edən kifayət qədər sübutlar vardır. O hərbi qulluqçu olmuş və ailə vəziyyətilə bağlı borc götürmək məcburiyyətində olmuşdur. Ancaq, İddiaçı sələmə pul verərək vergidən yayınması və hədə qorxu ilə pul tələb etməsinə görə polis və məhkəmə tərəfindən hər hansı bir tədbir görülməmişdir. Bir sözlə məhkəmə tərəfindən bu hallar barədə araşdırma aparılmamışdır. İddiaçı onun şikayəti ilə bağlı Ağdam rayon polis şöbəsinin istintaq bölməsində izahat verərkən 6800 manat kredit götürərək ona verdiyini, həmin vaxt onun 6800 manat pulun üzərindən 1500 manat pul götürərək ilk ayın sələm kimi Rahibə verdiyini, Rahib isə həmin 1500 manatı sələm olaraq qəbul etdiyini, Rahibin ikinci ay 1500 manat və üçüncü ay 1500 manat ondan sələm aldığını, sonra isə 730 manat ondan pul aldığını təsdiq etmişdir. Həmçinin, İddiaçı izahatında ondan pulunun qalığını, yəni 1800 manat pulu 2024-cü ilin iyul ayında istədiyi üçün guya Rahibə məxsus plastik karta pul vuraraq çeklər əldə etdiyini və onun kartının onda olan zaman onun çıxardığını göstərmişdir. İddiaçı polis şöbəsində araşdırma zamanı onunla arasında 1800 manat borc qalması barədə göstərsə də, məhkəmədə 10.300 manat pul tələbinə dair iddia qaldırmışdır. İddiaçı polis araşdırılması zamanı və məhkəmə araşdırılması zamanı verdiyi izahatlar arasında kəskin ziddiyətlər vardır. Birinci instansiya məhkəməsi tərəfindən həmin ziddiyyətlər araşdırılmamışdır. Polisdə aparılan araşdırma zamanı İddiaçı ona 6800 manat pul verdiyini və ondan 5.230 manat aldığını etiraf etmişdir. Bu fakt cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci tarixli (HK-*/**** nömrəli) qərarla təsdiq edilmişdir. Ağdam rayon polis şöbəsinin istintaq bölməsində izahat verən X5 Əhmədli ilə birlikdə 12.500 manat pulu İddiaçı evində ona verdiklərini, sonradan isə Hüseynin xahişi ilə 1000 manat pulu Rahibin oğluna verdiyini təsdiq etmişdir. Ağdam Rayon polis şöbəsinin istintaq bölməsində və məhkəmə baxışında izahat verən X3 izahatında 12.500 manat pulu İddiaçı verdiyini təsdiq etmişdir.

16. Məhkəmə iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, o, İddiaçı atasına görə tanımışdır. Atasının yanında sürücü kimi işləmişdir. Belə ki, müxtəlif vaxtlarda 2023-cü ilin dekabr ayına kimi sələmə 3000, 6700, 8000, 10000, 3000 manat, cəmi 30.700 manat pul almışdır. 30.700 manat pula görə o 15.700 manat sələm ödəmişdir və sələmin kökü olan 30.700 manatı da qaytarmışdır. Bir sözlə o aldığı sələmə görə cəmi 46.400 manat pul qaytarmışdır. O, həmin məbləği 2024-cü ilin fevral ayının 2-nə kimi ödəyib başa çatdırmışdır. Bundan əlavə 2024-cü ilin fevral ayının təxminən 5-də ehtiyacı olduğu üçün 7000 manat borc istəmişdir. Rahib ona 5200 manat verə biləcəyini bildirmişdir. O da razılaşıb ondan 5200 manat sələm götürmüşdür. Rahib 5200 manatı bir həftəyə qaytarmalı olan zaman əlavə 1500 manat sələm verməli olduğunu bildirmişdir. O da əlacsız olduğu üçün razılaşmışdır. O bir həftəyə 6700 manat qaytamalı idi. Həmin məbləği bütöv şəkildə qaytara bilməmişdir. Ancaq Rahibin adına olan bank kartlarına 2024-cü ilin fevral ayının 8-də 400 manat, 27-də 500 manat, mart ayının 1-də 30 manat, 6-da 100 manat, 12-də 1000 manat, may ayının 3-də 90 manat, 25-də 2500+2000 manat=4500 manat, 31-də 480 manat, iyun ayının 5-də 1100 manat, 14-də 800+300=1100 manat,16-da 10.000 manat, iyul ayının 2-də 5000 manat, cəmi 25.470 manat pul ödəmişdir. Bundan əlavə Rahibə taksi sürücüsü X3 vasitəsi ilə 2024-cü ilin may ayında 12.500 manat pul vermişdir. 12.500 manat pulun İddiaçı verilməsini Kərəm Həsənov həm polis araşdırması zamanı, həm də məhkəmə iclasında təsdiq etmişdir. O sələm kimi aldığı 5200 manata görə 32.770 sələm (faiz) manat, cəmi 37.970 manat pul ödəmişdir. Həmin məbləğlərin çox hissəsini Rahibin adına olan kart hesabına köçürmüşdür. O da həmin pulları öz adına olan kart hesabından çıxarmışdır. Rahibin pulları çıxarmasının video qeydi vardır. Tərəfindən köçürülən pulların video qeydləri Ağdam Rayon Polis Şöbəsində onun müraciəti ilə bağlı aparılan materiala əlavə edilmişdir. Belə ki, iddiaçı İddiaçı kart hesabına 15.000 manat məbləğində pul köçürməsi eləmişdir. Bununla bağlı ödəniş qəbzləri də vardır. Pulları Bakı şəhərində yaşayan qohumu göndərmişdir. Pullar iddiaçı tərəfindən çıxarılmışdır. Belə ki, həmin zaman iddiaçı avtomobildə oturmuş, iddiaçı kartdan istədə edə bilmədiyi üçün məcbur olaraq özü gedib nağlaşdırmanı etmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 9.420 (doqquz min dörd yüz iyirmi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 114,20 (yüz on dörd manat iyirmi qəpik) manat olmaqla, cəmi 9.534,20 (doqquz min beş yüz otuz dörd manat iyirmi qəpik) manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir (hakimlər Rüfət Məcidovsədrlik edən və məruzəçi, Şamil Rzaquliyev və Islam Həsənov).

18. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu kontekstdə, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 739.1, 1096.1 və 1096.2-ci maddələrinə istinad etsə də, mübahisəyə tətbiq edilməli olan maddi hüquqi əsas baxımından qətnaməsini əsaslandırmamış və iddia tələbini mahiyyəti üzrə araşdıraraq ilkin iddia tələbini qismən təmin etmişdir.

19. Belə ki, məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından məlum olmuşdur ki, ##.##.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə borc kimi 6850 manat və 2024-cü ilin may ayında isə 3300 manat verilmiş, cavabdeh tərəfindən borc məbləğindən 730 manat pul qaytarılsa da, qalan 9.420 manat pulu geri qaytarmamışdır.

20. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər deliktdən irəli gəlmədiyindən birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 739.1, 1096.1 və 1096.2-ci maddələrinə istinad edilməklə mübahisənin həll edilməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir.

21. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin ##.##.2023-cü il tarixdən qüvvədə olan 739.2-ci maddəsi ilə fiziki şəxslər arasında üç min manatdan çox məbləğli borc müqaviləsinin yazılı formada bağlanması tələb edilmişdir, habelə, eyni Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğunu təsbit etmişdir, o halda iddiaçı ilə cavabdeh arasında 2024-cü il tarixdə 10.300 manat məbləğində borcun verilməsinə dair müqavilənin bağlandığı anda etibarlı olmadığı (əhəmiyyətsiz olduğu) sual doğurmur. 10.300 manat məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi halında şifahi qaydada bağlanmış bu cür müqavilə qanunun müəyyən etdiyi formada bağlanmadığından etibarsız hesab olunur. Çünki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

22. Lakin, məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında 10.300 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsız sayılsa belə, cavabdehin ibtidai istintaq orqanında verdiyi izahatla, qarşılıqlı iddiada və məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir.

23. Belə ki, cavabdeh qeyd edilən sənədlərdə iddiaçıdan 30.700 manat borc aldığını və 48.540 manat pul qaytardığını bildirir ki, bu hal da cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmış hesab olunur.

24. Belə olan vəziyyətdə məhkəmə kollegiyası Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd etmişdir ki, tərəflər arasında 10300 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdehin qeyd edilən məbləğin iddiaçı tərəfindən verilməsini sübuta yetirildiyindən, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Mülki Məcəllənin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdehlər sübut etməlidir. Bu baxımdan hazırki mübahisə araşdırılan zaman iddiaçı iddiasının əsası kimi, ibtidai istintaq orqanında tərəflərin verdiyi izahatları və bank məlumatlarını birinci instansiya məhkəməsinə təqdim etmişdir. Eyni zamanda cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan 30.700 manat məbləğində pul aldığını etiraf edir. Iddiaçı cavabdehə 30.700 manat deyil, 10.300 manat pulun verdiyini iddia edir ki, cavabdeh 10.300 manat iddiaçıdan pulun alındığını etiraf edir. Cavabdeh alınmış pulların əvəzi olaraq iddiaçıya 48.540 manat pul qaytardığını iddia edir və bu halın təsdiqi kimi məhkəməyə şahidlər təqdim etmişdir.

27. Məhkəmə kollegiyası ilk olaraq qeyd etmişdir ki, şahid işin nəticəsində marağı olmayan və işin hallarından məlumatlı olan şəxsdir. Şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, cavabdeh ona pul göstərmiş, pulun 12.500 manat olduğunu bildirmiş, pulu saymadığından məbləğini bilməmiş və cavabdeh iddiaçının evinə girmişdir. Göründüyü kimi, şahidin izahatından pulun məbləği və pulun həqiqətən iddiaçıya verilməsi təsdiq olunmur ki, bu şahidin ifadəsi pulun qaytarılmasını təsdiq etmir.

28. Bundan başqa, şahid cavabdehin ona zəng etdiyini və iddiaçının oğluna 1000 manat verməyi xahiş etdiyini və onun tərəfindən iddiaçının oğluna 1000 manat pul verdiyini bildirir. Lakin bu pulun nə üçün və nəyin müqabilində verildiyini təsdiq edən iş materiallarında sübut mövcud deyidir və şahidin bu izahatı işin halları, iş materialları və tərəflərin izahatı ilə təsdiq olunmur.

29. Şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, iddiaçı və cavabdehi tanımır. Təxminən 2024-cü ilin iyul ayında Ələsgərin oğlu Qabil ondan Ağcabədi rayonu, Hindarxı qəsəbəsinə getməyini orada yaşayan adını bilmədiyi bir şəxsə pul verməyini xahiş etmişdir. Qabil ona pul vermiş və o, da Qabil dediyi ünvana Ağcabədi rayonu, Hindarxı qəsəbəsinə getmiş və Qabilin verdiyi 12500 manat pulu həmin qəsəbədə yaşayan tanımadığı bir şəxsə vermişdir. Lakin həmin şəxsin İddiaçı olduğunu xatırlamır.

30. Göründüyü kimi, şahidin ifadəsində pulu işə aid olmayan şəxsdən aldığını, tanımadığı şəxsə verdiyini və iddiaçını tanımadığını bildirir ki, bu şahidin ifadəsi də cavabdeh tərəfindən iddiaçıya 12500 manat pulun verilməsini təsdiq etmir.

31. Şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, o, Cavabdeh atasıdır. Oğlu İddiaçı sələmə pul almışdır və aldığı pulları artıqlaması ilə geri qaytarmışdır.

32. Bu şahid isə cavadehin atasıdır və işin nəticəsində bir başa maraqlıdır ki, onun ifadəsi sübut qismində qəbul edilə bilməz və onun ifadəsi iş materialları ilə də təsdiq olunmur.

33. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin ifadələri hazırki işin həllinə təsir edəcək sübut növü deyildir ki, şahidlərin ifadələri əsasında hazırki mübahisənin həll ediməsi də mümkün deyildir.

34. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş cavabdehin Ağdam rayon Polis Şöbəsində verdiyi izahatı mövcuddur. Göründüyü kimi, ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materialları zamanı cavabdeh ümumilikdə təqribən 35.430 manat pul aldığını və faizi ilə birlikdə artıqlaması ilə qaytardığını bildirmişdir. Lakin, iddiaçı tərəfindən tələb edilən məbləğin geri qaytarılması yalnız cavabdehin subyektiv izahatı ilə öz təsdiqini tapmışdır.

36. Məhkəmə kollegiyası eyni zamanda, cavabdehin iddiaçıya məxsus bank kartına guya 15.000 manat pul vəsaiti göndərilməsi barədə verdiyi izahatı da iş üzrə toplanmış sübutlarla müqayisəli qiymətləndirmişdir.

37. Belə ki, iş materiallarında mövcud olan “xxxx” ASC-dən əldə edilmiş videogörüntüdən aydın görünür ki, ## #### 2024-cü il tarixdə iddiaçı İddiaçı məxsus “4169 7388 **** 7526” nömrəli plastik kartdan pul çıxarılması əməliyyatı bilavasitə cavabdeh Cavabdeh tərəfindən həyata keçirilmişdir. Həmin video görüntüdə cavabdehin qeyd olunan tarixdə bankomatdan 10.000 manat məbləğində nağd pul çıxarması aydın şəkildə əks olunmuşdur.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddia etdiyi kimi iddiaçının kart hesabına 15.000 manat pul vəsaitinin göndərilməsi faktı nə müvafiq bank köçürmə sənədləri, nə hesab çıxarışları, nə də digər obyektiv sübutlarla təsdiq olunmuşdur. Əksinə, mövcud videogörüntü və bank sənədləri cavabdehin iddiaçının kartından faktiki olaraq 10.000 manat pul çıxardığını sübut edir. Bu baxımdan, cavabdehin pulun məbləği və əməliyyatın mahiyyəti ilə bağlı verdiyi izahatların real faktlarla uyğun gəlmədiyi, habelə cavabdehin məhkəməni çaşdırmağa yönəlmiş ziddiyyətli mövqe nümayiş etdirdiyi qənaətinə gəlinmişdir.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin iddia etdiyi 15.000 manat məbləğində pul köçürülməsi faktının sübuta yetirilməməsi və bunun əksinə olaraq 10.000 manat məbləğində pulun iddiaçının kartından çıxarılmasının videomaterialla təsdiqlənməsi cavabdehin izahatlarının etibarsızlığını daha da möhkəmləndirir.

40. Bununla paralel, iş materiallarında digər sübutlardan da görünür ki, ünvan 1 Ağdam 8 ünvanında yerləşən terminaldan ##.##.2024-cü il tarixli ***** nömrəli qəbzlə “eManat” ödəniş aparatından 4169 73********** saylı bank kartına 5.000 manat, həmçinin ##.##.2024-cü il tarixli ***** nömrəli qəbzlə həmin karta 10.000 manat pul vəsaiti köçürülmüşdür. Qeyd olunan bank kartı iddiaçı İddiaçı adına rəsmiləşdirilmişdir və bu hal bank çıxarışları ilə təsdiq edilir.

41. Cavabdeh göstərilən məbləğlərin mənşəyi ilə bağlı məhkəməyə verdiyi izahatlarda əvvəlcə həmin vəsaitləri şəxsən özünün karta yüklədiyini bildirmiş, sonrakı izahatlarında isə həmin pulların guya Bakı şəhərindən naməlum qohumu tərəfindən göndərildiyini iddia etmişdir. Cavabdehin bu ziddiyyətli mövqeyi nə müvafiq bank sənədləri, nə də digər mötəbər sübutlarla təsdiq olunmuşdur.

42. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd edilən kart hesabından pulun cavabdeh tərəfindən çıxarılması pulun kim tərəfindən hesaba köçürülməsini də əhəmiyyətsiz edir. Belə ki, iddiaçıya sahibliyində olan kart hesabında olan pul vəsaiti cavabdeh tərəfindən çıxarılmış və pulun sonrakı aqibəti ilə bağlı sübutlar mövcud deyildir.

43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, tərəflər iddia və etirazlarını əsaslandıran halları sübut etməyə borcludurlar. Cavabdeh isə iddia etdiyi kimi pul vəsaitlərinin ona məxsus olması və ya üçüncü şəxs tərəfindən göndərilməsi, habelə kart hesabından çıxarılmış vəsaitin iddiaçıya verilməsi faktını təsdiq edən hər hansı obyektiv, etibarlı və hüquqi əhəmiyyətli sübut təqdim etməmişdir. Əksinə, təqdim edilmiş bank çıxarışları, ödəniş qəbzləri və digər sübutlar həmin pul vəsaitlərinin iddiaçının adına olan karta köçürüldüyünü və sonradan hissə-hissə cavabdeh tərəfindən çıxarıldığını göstərir.

44. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin izahatlarının dəyişkənliyi, konkret tarix, məbləğ və şəxs adlarının göstərilməməsi, habelə hadisələrin ardıcıllığının məntiqi baxımdan əsaslandırılmaması məhkəmədə onun mövqeyinin inandırıcılıq dərəcəsini xeyli zəiflədir. Məhkəmə bu halları cavabdehin məsuliyyətdən yayınmaq və faktiki borc münasibətlərini gizlətmək cəhdi kimi qiymətləndirmişdir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin göstərilən pul köçürmələri ilə bağlı qeyri-müəyyən və ziddiyyətli izahatları etibarlı sübutlarla təsdiqlənmədiyindən, həmin izahatlar məhkəmə tərəfindən əsaslı və inandırıcı dəlil kimi qəbul edilə bilməz və bu hal ilkin iddianın qismən təmin edilməsinə dair nəticəni hüquqi baxımdan əsaslandırır.

46. Lakin, cavabdeh heç bir borcunun olmamasını israrlı olaraq bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür.

47. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ümumilikdə 10.300 manat məbləğində borcu cavabdehə vermiş, cavabdeh isə 730 manat borcu qaytarsa da, qalan borc məbləğini qaytarmamış, nəticədə iddiaçıya 9570 manat borcu qalmışdır.

48. Lakin birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulan məbləğ 9420 manat olmuş və iddiaçı həmin məbləği münahisələndirməmişdir.

49. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, hazırki iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq olunmaması əsası ilə ləğv olunmuş olsa da, cavabdehin şikayəti əsasında ondan daha artıq məbləğdə borcun tutulması mümkün deyildir.

50. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının mübahisələndirmədiyi 9.420 manat məbləğində pul məbləği tutulmalı, iddia qalan hissədə isə təmin edilməməlidir.

51. Həmçinin, məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı 48.540 manat pulun alınaraq ona verilməsi tələbinin əsaslı olub-olmadığını iş üzrə toplanmış sübutlar əsasında qiymətləndirmişdir.

52. Müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddiasını əsasən cavabdeh İddiaçı müxtəlif vaxtlarda sələm yolu ilə pul vəsaitləri alması və həmin məbləğləri artıq məbləğdə geri ödəməsi iddiası üzərində qurmuşdur. Lakin, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, iddia tələbinin əsasını təşkil edən hallar üzrə sübutetmə yükü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür.

53. Iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən iddia edilən sələm münasibətlərinin mövcudluğunu, həmin münasibətlər üzrə konkret borc məbləğlərini, faiz dərəcələrini, ödəniş müddətlərini, habelə ödənildiyi iddia edilən məbləğlərin məhz borcun qaytarılması məqsədilə verildiyini təsdiq edən yazılı müqavilə, qəbz, borc öhdəliyi və ya digər hüquqi qüvvəyə malik sənədlər məhkəməyə təqdim edilməmişdir.

54. Bundan əlavə, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən göstərilən bank köçürmələrinin və nağd pul verilmələrinin hansı hüquqi əsasla və hansı konkret borc münasibəti çərçivəsində həyata keçirildiyini müəyyən etməyə imkan verən sübutlar da təqdim olunmamışdır. Bank kartlarına edilmiş ödənişlər özlüyündə borc münasibətinin mövcudluğunu və ya artıq ödəniş faktını sübut etmir və bu ödənişlərin hüquqi mahiyyəti qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əsaslandırılmamışdır.

55. Məhkəmə, həmçinin nəzərə almışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələri də qarşılıqlı iddia tələbinin əsaslılığını təsdiq etmir və yuxarıda şahid ifadələrinin sübut əhəmiyyətinə ətraflı izah verilmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı 48.540 manat pulun alınaraq ona verilməsi tələbi mülki hüquq münasibətlərinin mövcudluğunu və artıq ödəniş faktını təsdiq edən mötəbər və yetərli sübutlarla əsaslandırılmadığından, qarşılıqlı iddia əsassız hesab edilməli və təmin edilməməlidir.

57. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.1, 14.2.1,14.2.7, 337.1, 337.2, 337.3, 337.5, 386.1, 425.1, 442, 448.1, 448.2, 560.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

58. Ilkin iddia üzrə cavabdeh Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəmə göndərilməsini xahiş etmişdir.

59. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, istər cavabdehin şikayəti əsasında polis şöbəsində aparılmış araşdırmada, istərsə də məhkəmə iclasında izahat vermiş cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan 35.900 (otuz beş min doqquz yüz) manat faizə (sələmə) pul adığını, faktiki olaraq ona 46400 (qırx altı min dörd yüz) manat qaytardığını bildirmişdir. Ödənişlər 2024-cü ilin fevral ayının 2-nə kimi həyata keçirilmişdir. Bundan sonra da aldığı borca görə ödəniş etmiş və ümumilikdə 48.540 (qırx səkkiz min beş yüz qırx) manat İddiaçı pul ödəmişdir. Məhkəmənin qətnamədə qeyd etdikləri ilə razı deyildir. Məhkəmə kollegiyası əsassız olaraq cavabdehin əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə pul məbləğinin ona qaytarmalı olması nəticəsinə gəlmişdir.

60. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətində göstərilən hallar hərtərəfli araşdırılmadığından və qeyd edilən hallarla bağlı əsaslandırma aparılmadığından işə tərəflərin hüquq bərabərliyinə və faktlara əsasən ədalətlə baxılmamasına dair vətəndaşda əsaslı şübhələr yaranır.

61. Işə baxan məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi sübutları nəzərə almadan ümumi qiymətləndirmə aparmaqla iddiaçının maraqlarını təmin edən qətnamə qəbul etmişdir. Mübahisələndirilən qətnamə ilə şəxs ədalətli məhkəmə müdafiəsindən məhrum edilmişdir. Belə ki, tətbiq edilən maddi hüquq normalarına düzgün hüquqi qiymət verilməmiş, obyektiv, hərtərəfli araşdırma aparılmamış və ədalətli qərar qəbul edilməmişdir. Qətnamədə göstərilən bir sıra hüquq normalarına və Konstitusiya Məhkəməsinin qərarlarının iş üzrə tətbiq edilməsinə dair düzgün hüquqi qiymət verilmədiyindən, nəticədə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə araşdırılmış hallara uyğun gəlməyən qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən yol verilmiş maddi və prosessual pozuntulara görə cavabdehin apellyasiya şikayətini qismən təmin edib birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə ləğv edib iş üzrə yeni qətnamə çıxararaq, ilk iddianı qismən təmin edərkən maddi hüquq normasını düzgün tətbiq etmədiyinə və sübutların qiymətləndirilməsində prosessual pozuntuya yol verdiyinə görə qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Hazırkı iş üzrə məhkəmə prosesində məhkəmə kollegiyası iş materiallarında olan yazılı sübutlara, Ağdam rayon Polis Şöbəsində şikayət üzrə aparılmış araşdırmada tərəflərdən və şahidlərdən alınmış izahatlara, həmçinin birinci instansiya məhkəməsində şahidlər tərəfindən verilmiş izahatlara birtərəfli qaydada hüquqi qiymət vermişdir. Borca alınmış pul vəsaiti ilə bağlı tərəflər arasında hər hansı bir yazılı müqavilə mövcud olmadığından məhkəmə müəyyən halların, o cümlədən pulun bank kartı vasitəsi ilə qaytarılması halını araşdırsa da, həmin hala düzgün hüquqi qiymət verməmişdir. Tərəflər arasında şifahi şəkildə faizə (sələmə) pul verilməsi ilə bağlı borc münasibətləri olmuş, ancaq həmin münasibətlər yazılı müqavilə ilə rəsmiləşdirilmədiyindən məhkəmə həmin münasibətləri borc münasibəti kimi qəbul etməmiş, ancaq iddiaçı tərəfindən cavabdehə pul verildiyini qəbul edərək iddiaçının tələb etdiyi borc məbləğini əsassız varlanma halı kimi qəbul etməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmadığından bu hissədə də qətnamə qanuni və əsaslı hesab edilməməlidir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan yazılı sübutlara düzgün hüquqi qiymət verilmədiyindən həmin sübutlara tətbiq edilməli maddi hüquq norması da düzgün tətbiq edilməmişdir. Ona görə də sübutlar obyektiv və hərtərəfli araşdırılaraq hüquqi qiymət verilmədiyindən Mülki Prosessual Məcəllənin tələbləri pozulmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

62. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

63. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

64. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

65. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

66. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

67. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

68. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

69. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

70. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

71. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

72. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

73. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

74. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

75. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

76. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

77. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

78. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: -1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya -1092.1.2. Əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

79. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

80. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

82. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

85. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

86. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

88. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş və nəticədə belə qənaətə gəlmişdir ki, cavabdeh təmin olunan tələb həddində iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Bu baxımdan tərəflər arasında yazılı müqavilənin olmaması etibarsız əqd əsasında əldə edilənlərin geri tələb edilməsini istisna etmir.

89. Kassator məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətində göstərilən halları hərtərəfli araşdırılmadığını qeyd etsə də, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi, kifayət qədər araşdırma aparmış və cavabdehin dəlilləri təsdiq olunmamışdır.

90. Cavabdehin kassasiya şikayətinin dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

91. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.

93. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermişdir.

94. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

95. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

96. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar