Məhkəmə qərarları › İş №2(1-8)-851/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-851/2026

13.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-851/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Alieva Aidanın cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Alieva Aidanın cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Həmidov İlqar Mustafa oğlunun icraatında olan ********* nömrəli cinayət işi üzrə, ##.##.2022 – ##.##.2022-ci il tarixləri arasında tərtib edilmiş 7 ədəd “maddi ziyanın ödənilməsi haqqında” protokollara əsasən, X2 tərəfindən X1 vurulmuş maddi zərərin ödənilməsi məqsədilə ümumilikdə 10.500 manat məbləğində pul vəsaitinin qaytarılması təmin edilmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı X1 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış, X1 mülki iddianı sonradan mülki mühakimə icraatı qaydasında vermə hüququnun olması izah olunmuşdur. Həmin hökmdən verilmiş apellyasiya və kassasiya şikayəti və protesti müvafiq olaraq Bakı Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2023-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarları ilə təmin edilməmiş, hökm qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Alieva Aidanın (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil3 cavabdeh Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20.000 manat məbləğində pulun, ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin ortalarında iddiaçının oğlu X8 adlı qızla nişanlamışdır. Həmin ərəfədə qardaşı Nazim Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən ata mənzilini sataraq əldə olunmuş puldan iddiaçıya düşən payı - 40.000 manat məbləğində pulu ona vermişdir ki, oğlu ilə özünə ayrıca mənzil alıb yaşasın. İddiaçı həmin vaxt bilmişdir ki, oğlunun nişanlısı Fidanın adına olan mənzili atası Cavabdeh 48.000 manata satışa qoymuşdur. İddiaçı həmin mənzilə oğlu ilə birlikdə baxaraq bəyənmişlər. Birlikdə Fidangil ilə danışaraq belə bir qərara gəlmişlər ki, həmin mənzili 40.000 manata iddiaçının oğlu Samir üçün alsınlar. Elşən də bildirmişdir ki, qızı üçün 8.000 manatı keçər. Beləliklə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində adını xatırlamadığı MTK tərəfindən inşa olunmuş yeni tikili binanın birinci mərtəbəsində yerləşən 67 kv.m. sahəsi olan iki otaqlı mənzil üçün 2020-ci ilin fevral ayında Elşəngilin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Bakıxanov Residence” yaşayış kompleksindəki mənzildə Elşənin arvadı Gülşənin, qızı Fidanın, oğlu Elxanın, qayınanası Sədaqətin gözü qarşısında 7.000 manat və 33.000 manat olmaqla, 2 dəfəyə cəmi 40.000 manat məbləğində pulu iddiaçı oğlu Samirlə birlikdə sayaraq Elşənə vermişdir. Elşən pulu sayıb təhvil aldıqdan sonra mənzilin sənədlərini onlara göstərmiş, sənədlərin qızı Fidanın, yəni iddiaçının gələcək gəlininin adına olmasını, toydan sonra bir ailə olacaqlarını, mənzilə çıxarışı toydan sonra iddiaçının oğlunun adına alacağını razılaşdırdıqlarından, iddiaçı mənzilin sənədlərini oğlunun adına keçirməmişdir. Pulu aldıqdan bir müddət sonra Fidan iddiaçının oğlu Samiri bəyənmədiyini yalandan bəhanə gətirərək, iddiaçının oğlunun guya əvvəllər ailəli olması, həmin ailəsindən uşağının olması ilə şərləyərək, nişanı pozmuş, lakin nə vəd verdikləri mənzili, nə də ki pulu geri qaytarmamışlar. Hələ bu azmış kimi, nişanda Fidana pay apardıqları 5.000 manat dəyərində olan qızıl-zinət əşyalarını da qaytarmamışlar. İddiaçı hər dəfə pulu onlardan tələb etdikdə bildirmişlər ki, həmin mənzil satışa qoyulub, satılan kimi pulu qaytaracaqlar. Elşəngil ailəlikcə vətəndaşları aldatmaqla məşğul olurlar və iddiaçı kimi digər Aygün, Kamil, Ziba adlı şəxsləri də aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keçirmişlər. Cavabdeh iddiaçıdan aldadıb aldığı 40.000 manat pulu qaytarmadığına görə iddiaçı onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Sabunçu RPİ-nin İŞ-də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış, ittiham aktı təsdiq olunaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Cavabdeh verilmiş ittihamlar üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. Hökmdən şikayət və protest verilsə də, apellyasiya və kassasiya instansiya məhkəmələrində də hökm və qərar qüvvədə saxlanılmışdır. Qərarlarla Elşənə bəraət verilsə də, iddiaçıdan 40.000 manat pul vəsaitinin əsassız və qanuni əsaslar olmadan alınması cinayət işinin materialları ilə öz təsdiqini tapmışdır. Qərarlarla mülki qaydada məbləğin alınması üçün iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilmişdir. İşin ibtidai istintaq mərhələsində cavabdeh 40.000 manat məbləğində pulun 20.000 manatını iddiaçıya qaytarmış və hazırda 20.000 manatı qalmaqdadır.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2024cü il tarixli qiyabi qətnaməsi ilə, iddia təmin edilmiş, cavabdehdən 20.000 manat məbləğində pulun, 150 manat dövlət rüsumunun və 300 manat məbləğində hüquqi yardım xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. Bundan sonra cavabdehin ərizəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və mülki işə baxılması üçün icraat təzələnmişdir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili İsmayılov Azər Salman oğlu iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iş materiallarında olan hökmlə iddiaçı tərəfindən cavabdehə 40.000 manat məbləğində pul verilməsi müəyyən olunmur. Cavabdeh həmin hökmdə yalnız 33.000 manat məbləğində pul aldığını qəbul etmişdir ki, bu pulun 20.000 manatını qaytarmış olduğu mübahisəsizdir. Qalan 13.000 manat isə dolayı yolla hissə-hissə ödənilmişdir. Belə ki, bu pulun 5.200 manatı ilə iddiaçı Aida xanımın Sədrəddin adlı şəxsə verməli olduğu pul ödənilmişdir. 5.000 manatı ilə iddiaçının oğlunun diplomunun təsdiqi ilə bağlı məsələlər həll edilmişdir. Pulun bir hissəsini iddiaçının oğlu götürüb öz problemlərini həll etmişdir. Yəni hazırkı vəziyyətdə cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddianın qismən təmin edilməsi, cavabdehdən 13.000 manat məbləğində pulun, 129 manat dövlət rüsumunun və 300 manat məbləğində hüquqi yardım xərcinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sübutetmə vəzifəsinin bölüşdürülməsi prinsipi baxımından iddiaçının vəzifəsi cavabdeh Cavabdeh 40.000 manat məbləğində pul verdiyini sübut etməkdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli hökmündən görünür ki, məhkəmə tərəfindən iddiaçının cavabdehə məhz 40.000 manat məbləğində pul verdiyi nəticəsinə gəlinməmişdir. Hökmdə yer verilmiş təqsirləndirilən şəxs Cavabdeh ifadəsindən görünür ki, o, zərərçəkmiş şəxs Aidə Əliyevadan yalnız 33.000 manat məbləğində pul aldığını qəbul etmişdir. Cavabdeh ibtidai araşdırma dövründə tərtib edilmiş dindirilmə protokolundan onun 40.000 manat məbləğində pulu aldığını qəbul etdiyi görünsə də, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan cavabdeh Cavabdeh ibtidai istintaq gedişində verdiyi ifadəsinin hazırkı işə baxan məhkəmə üçün heç bir preyudisial əhəmiyyəti yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehin ondan məhz 40.000 manat məbləğində pul aldığını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçı öz sübut etmə vəzifəsini qismən - 33.000 manat həcmində yerinə yetirmiş hesab edilir.

10. Məhkəmə həmçinin, qeyd etmişdir ki, cavabdeh Cavabdeh bu pulu qaytardığını iddia edirsə, bu iddiasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Lakin o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) pulun dolaylı olaraq hissə-hissə qaytarıldığını iddia etməklə kifayətlənmişdir. Bununla belə nəzərə alınmalıdır ki, iddiaçı Aidə Əliyeva iddia ərizəsində cavabdehə verdiyi 40.000 manatın yarısının qaytarıldığını bildirərək, yalnız qalan yarısını cavabdehdən tələb etdiyindən cavabdehin pulun yarısını qaytarması iddiaçının bu faktı etiraf etməsi əsasında sübuta yetirilmiş hesab edilməlidir. Bütün bu qeyd edilənlərdən görünür ki, cavabdeh Cavabdeh və iddiaçı Aidə Əliyeva arasındakı münasibətlər mənzil alğı-satqısı ilə bağlı olmuşdur. Belə ki, cavabdeh Cavabdeh özünə məxsus mənzili iddiaçı Aidə Əliyevaya satmaq üçün ondan 33.000 manat pul almışdır. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə əsasən daşınmaz əmlaka sərəncam verilməsinə dair müqavilə olan alğısatqı müqaviləsi notariat qaydasında təsdiq edilmiş yazılı müqavilə formasında bağlanmalı idi. Hazırkı iş üzrə tərəflər arasında isə belə bir müqavilə bağlandığı müəyyən edilməmişdir. Belə olan halda qanunla müəyyən edilmiş imperativ forma tələbinə riayət edilmədən bağlanan bu əqd əhəmiyyətsiz olmuşdur. Bu halda isə Konstitusiya Məhkəməsi Plenumunun ortaya qoyulmuş hüquqi mövqeyinə uyğun olaraq, əhəmiyyətsiz əqd üzrə əvəz edilən əşya olan pulun cavabdehin əsassız varlanmasına səbəb olduğu müəyyən edilir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia əsaslı iddiadır və əhəmiyyətsiz alğı-satqı müqaviləsi üzrə əldə etdiyi 13.000 (33.000-20.000) manat məbləğində pul hesabına əsassız varlanmış cavabdeh Cavabdeh həmin pulu iddiaçı Aidə Əliyevaya qaytarmalıdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 144, 329, 337, 351, 386, 1091-1092-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 88, 107, 119, 217-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili vəkil3 və cavabdeh apellyasiya şikayətləri vermişlər.

13. İddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdə olan Cavabdeh ibtidai istintaq gedişində şübhəli şəxs və təqsirləndirilən şəxs kimi verdiyi ifadələr, dindirmə protokolları, zərərçəkmiş şəxslə üzləşmə protokolu, şahidlərin verdiyi ifadələrlə Cavabdeh ondan 40.000 manat pul aldığı aşkardır. Cavabdeh ibtidai istintaq vaxtı öz müdafiəçisi X5 iştirakı ilə sərbəst ifadə vermiş, ifadənin sonunda ifadənin ucadan oxunması, öz sözləri ilə düz yazılması, əlavəsinin olmamasını öz imzası ilə təsdiq etmişdir. Bu etiraf edici ifadə cinayət işinin materiallarından götürülməklə hazırkı işə əlavə edilmişdir. Məhkəmə təqdim edilmiş bu sübutları niyə nəzərə almamalı olduğunu əsaslandıra bilməmişdir. Məhkəmənin istinad etdiyi MPM-nin 82.4-cü maddəsi hazırkı işdə olan ibtidai istintaq dövründə Cavabdeh verdiyi etiraf yönümlü ifadələrin nəzərə alınmasını istisna etmir. Aydındır ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu o demək deyildir ki, Cavabdeh ifadəsi sübut kimi qiymətləndirilməməli və nəzərə alınmamalıdır. Həmin ifadələr və protokollar cinayət işinə baxan məhkəmə tərəfindən sübut qismində qiymətləndirilmiş, onların obyektiv və həqiqiliyini şübhə altına alacaq bir hal müəyyən edilməmiş, sübutlar siyahısından xaric edilməmişdir. İndiki halda isə birinci instansiya məhkəməsi qeyd olunan sübutların qəbuledilənliyini istisna edən halı müəyyən edə bilməmiş, qanunvericilik normaları ilə əsaslandırılmamışdır Bu səbəbdən, ibtidai istintaq dövründə Cavabdeh verdiyi ifadələrindəki sözləri etiraf kimi qəbul edilməli və iddia tələbi tam təmin edilməlidir. Bununla belə apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 75 manat dövlət rüsumu, apellyasiya instansiyası məhkəməsində hüquqi yardım üçün ödənilmiş 300 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

15. Cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

16. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ilin ortalarında qızı X6 adlı şəxslə nişanlandığından Samirin anası, hazırkı iş üzrə iddiaçı ilə aralarında münasibət yaranmışdır. Həmin ərəfədə Aida özlərinə almaq üçün ev axtarmış, lakin bunun üçün vəsaitləri çatışmadığından, iddiaçı xahiş etmişdir ki, onun qızı Fidanın adına olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, İ.İsmayılov küçəsi, ev 28 ünvanında yerləşən yeni tikili binada iki otaqlı mənzili 40.000 manata onlara satsın. O, öz növbəsində qızının da həmin evdə yaşayacağı üçün Aidaya bildirmişdir ki, bu təklifə etiraz etmir, hətta qızına görə evin dəyərindən 8.000 manat azaltmaqla yanaşı, hətta evin təmirini də edəcəyinə söz vermişdir. Bundan sonra 2020-ci ilin fevral ayında iddiaçı 33.000 manat məbləğində pulu cavabdehin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən “Bakıxanov Terras” yaşayış kompleksindəki mənzilində ona təqdim etmişdir. Daha sonra iddiaçı onlara verdiyi puldan 5.000 manat hissəsini oğlu Samirin diplomunun təsdiqi üçün Qurban Məmmədov adlı tanışına verməsini tələb etmiş, o, 5.000 manat vəsaiti Qurban Məmmədova vermişdir. Bununla da X9 diplomunu təsdiqlətməyə nail olmuşdur. Bir müddət sonra Aidanın oğlu Samir onunla əlaqə saxlayaraq polislə bağlı bir neçə probleminin olduğunu bildirmiş və anasının onlara ödədiyi vəsaitin 1.500 manat hissəsini qaytarmasını tələb etmiş, o, da öz növbəsində 1.500 manatı Samirə vermişdir. Daha sonra Aida pula ehtiyacı olduğunu bildirdiyindən onun arvadı Gülşən öz qızıllarını lombarda girov qoyaraq 1.500 manat məbləğində pul götürmüş və Aidaya vermişdir. Sonradan həmin lombarda olan borcunu Aida ödəmədiyindən o, məcbur olub həmin borcu da özü bağlamışdır. Cavabdeh Aidanın ödədiyi vəsaitdən 5.200 manatı isə məcbur olub Aidanın əvvəllər qeyrirəsmi ər-arvad münasibətlərində yaşadığı Sədrəddin adlı şəxsə vermişdir. Belə ki, həmin Sədrəddin adlı şəxs ona zəng vuraraq bildirmişdir ki, Aidanın verdiyi və Fidanın nişanında barmağına taxılan qızıl üzüyü Aida ondan oğurlamış və buna görə də aidiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət ərizəsi yazmışdır. Sədrəddin ondan tələb etmişdir ki, üzüyü ona qaytarsınlar. Həmçinin Sədrəddin əlavə olaraq bildirmişdir ki, Fidanın nişanı üçün Aida tərəfindən gətirilən xonçalarının hamısı Sədrəddinin pulu ilə alındığından, buna görə çəkilən xərclərin qaytarmasını ondan tələb etmişdir. Daha sonra aidiyyəti polis bölməsindən də zəng edilərək onun evində oğurluq qızıl olduğunu bildiriləndə qızının nişan üzüyünü barmağından çıxarıb qaytarmamaq üçün, eləcə də cəmiyyətdə biabır olmamaq üçün məcbur qalıb Sədrəddinin tələbləri ilə razılaşmış və ona ümumilikdə Aidanın ödədiyi vəsaitdən 5.200 manat pulu vermişdir. Beləliklə, Aidanın ona verdiyi 33.000 manat məbləğində puldan cəmi 20.000 manat pul qalmışdır ki, barəsində Aida tərəfindən olunan şikayətə görə aparılan istintaq dövründə Aidaya son borcu olan 20.000 manat vəsaiti ödəmiş və ona hər hansı borcu qalmamışdır. Belə ki, iddiaçı onda 13.000 manatının qaldığını təkzibolunmaz sübutlarla təsdiq edə bilməmişdir. Məhkəmə iddianı qismən təmin edərkən yalnız iddiaçının şifahi olaraq bildirdiyi məlumatlara istinad etmiş, onun dəlillərini isə nəzərə almamışdır. Belə ki, iddiaçı öz növbəsində onun pulun qaytarmasına dair gətirdiyi dəlilləri də təkzib edə bilməmişdir. Nəzərə alınmalıdır ki, onunla bağlı keçirilən cinayət işi üzrə məhkəmə iclaslarında X10 ifadəsində bildirmişdir ki, o, nişan üzüyünün dəyəri olaraq 4.000 manat və digər xərclərə görə 1.200 manat olmaqla, ümumilikdə 5.200 manat pulu ona ödəmişdir. Sədrəddin Əkbərovla o bir-birilərini yalnız bu hadisəyə görə tanımışlar və nə ondan əvvəl, nə də ondan sonra münasibətləri olmamışdır ki, Sədrəddinin məhkəmədə onun xeyrinə qeyri-obyektiv ifadə verməsi şübhəsi yaransın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında da iddiaçıya ünvanlanan suala cavab olaraq da təsdiq olunmuşdur ki, Sədrəddinlə onun münasibətləri əvvəllər olmamışdır. Bütün qeyd olunanları məhkəmə nəzərə almamış və pulun həmin hissədə qaytarılmasını təkzib edən hər hansı əsas qətnamədə vurğulanmamışdır. Bütün qeyd olunanlar qətnamənin düzgün əsaslandırılmadığını özündə ehtiva edir. Məhkəmə iclasında X10 şahid qismində dindirilməsinin zəruriliyi qeyd olunsa da məhkəmə həmin vəsatəti nəzərə almamışdır. Bu səbəbdən, Sədrəddin Əkbərov şahid qismində məhkəmə iclasına dəvət edilsə, mahiyyəti üzrə fərqli qərar çıxarıla bilərdi. Lakin məhkəmə tərəfindən həmin hal nəzərə alınmamış, onun mümkün iştirakı nəzərdə tutulan yalnız 1 baxış iclasını keçirməklə yekun qərar qəbul edilmişdir. Hətta vaxt verilməmişdir ki, X10 məhkəmə iclasında iştirakı onun tərəfindən təmin olunsun.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli (hakimlər Fuad Abdıyev (məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın rədd edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə təmin edilmiş, cavabdehdən 7.000 manat (cəmi 20.000 manat) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı istinad edilən münasibətlər çərçivəsində cavabdehə 40.000 manat məbləğində pulun verilməsini və həmin pulun 20.000 manat hissəsinin bu günədək ona qaytarılmadığını sübut etməli idi. İddiaçı bununla bağlı cavabdehin barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq dövründə sonuncunun ondan 40.000 manat məbləğində pulun alınmasını etiraf etdiyini bildirir və bunun təsdiqi kimi ##.##.2022-ci il tarixli üzləşmə protokollarına istinad edir. Belə ki, cavabdeh barəsində başlanmış cinayət işi çərçivəsində cavabdehlə iddiaçı və iddiaçının oğlu X11 arasında ##.##.2022-ci il tarixdə baş tutmuş üzləşdirmə nəticəsində cavabdeh hər iki halda iddiaçının 40.000 manat məbləğində pulu 2020-ci ilin fevral ayında onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Bakıxanov Terras” yaşayış kompleksindəki mənzilində onlara verdiyini bildirmiş və hər iki protokolun sonunda öz xətti ilə “ifadəmi oxudum mənim sözlərim düz yazılıb başqa əlavəm və sualım yoxdur. Doğruluğunu imzamla təsdiq edirəm” sözlərini yazmış və imzası ilə təsdiq etmişdir.

19. İstintaq orqanı tərəfindən cavabdehə verilmiş ittihamda da göstərilmişdir ki, cavabdeh iddiaçının 40.000 manat məbləğində pulunu ələ keçirmişdir. Lakin cavabdeh məhkəmə icraatı zamanı izahatını dəyişərək iddiaçıdan 33.000 manat pul aldığını bildirmişdir. Buna baxmayaraq, üzləşmə zamanı verilmiş izahatların sonradan dəyişdirilməsinin əsası ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh tərəfin bu halla bağlı yeganə arqumenti izahatların müstəntiq tərəfindən yazıldığı və onunla tanış olmadığı ilə bağlıdır ki, bu arqumentlərə də məhkəmə kollegiyası 29-cu bənddə göstərilənləri də nəzərə almaqla tənqidi yanaşaraq əsassız hesab edir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, aralarında yaranmış münasibətlər çərçivəsində iddiaçının cavabdehə 40.000 manat məbləğində pul verməsi öz təsdiqini tapır.

20. Həmin məbləğin 20.000 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması işin mübahisəsiz halıdır. Qalan 20.000 manat məbləğin qaytarılması halını isə cavabdeh sübut edə bilmir. Bu məbləğin 7.000 manat hissəsini ümumiyyətlə qəbul etmir (halbuki, 7.000 manatın da daxil olduğu 20.000 manat pulun iddiaçıya qaytarılmadığı artıq öz təsdiqini tapmışdır). Bu məbləğin qalan 13.000 manat hissəsinin isə qeyd etdiyi şəxslərə verilməsi, verildiyi təqdirdə isə bu məbləğlərin məhz iddiaçının tapşırığı üzrə, habelə onun iddiaçıya qaytarılmalı olduğu məbləğ hesabına verilməsi də öz təsdiqini tapmır.

21. Belə ki, cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə icraatı zamanı şahid kimi dindirilmiş X10 cavabdeh tərəfindən ona 5.200 manat (üzüyün dəyəri olan 4.000 manat və iddiaçının oğlunun borcunun əvəzi olaraq 1.200 manat) məbləğində pulun verildiyini bildirmişdir. Lakin bu məbləğin nəinki iddiaçının tapşırığı əsasında ödənildiyi, ümumiyyətlə iddiaçıya hər hansı aidiyyətinin olduğu öz təsdiqini tapmır. Ümumiyyətlə iddiaçının oğlunun borcunun cavabdeh tərəfindən bu şəxsə ödənilməsi anlaşılmazdır. Cavabdeh tərəfindən bu şəxsə belə bir ödəniş aparılmışdırsa da, həmin ödənişin onun iddiaçıya olan borcundan silinməsi üçün hər hansı əsas müəyyən edilmir.

22. Şahid qismində dindirilmiş X7 iddiaçının oğluna diplom düzəltməsini və bu işin görülməsi üçün cavabdeh tərəfindən ona 5.000 manat məbləğində pulun verilməsini qəbul etməmiş, lombarda sahiblik edən Hacıyev İlham Səttar oğlu isə şahid qismində verdiyi ifadəsində nəinki iddiaçının borcunu ödəmək üçün cavabdehin ona 1.500 manat pul vermədiyini, ümumiyyətlə iddiaçını tanımadığını bildirmişdir. İddiaçının oğlunun polis orqanlarında yaranmış problemini həll etmək məqsədi ilə cavabdehdən 1.500 manat məbləğində pul götürməsi də hər hansı sübutla öz təsdiqini tapmır və yalnız cavabdehin sözlərindən ibarətdir. Bütün bunlar da öz növbəsində cavabdehin dəlillərinin əsassız olduğunu, iddiaçının dəlillərinin isə əsaslı olduğunu göstərir və cavabdehin apellyasiya şikayətinin rədd, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməsini şərtləndirir. Bununla belə, iddiaçı ilə cavabdeh arasında daşınmaz əmlakın (mənzilin) alğısatqısından

23. irəli gələn münasibətlər yaranmış, lakin bu münasibətlər mülki qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilməmiş, bu növ münasibətlər üçün nəzərdə tutulmuş forma və məzmunda tərəflər arasında müqavilə bağlanmamışdır. Bu səbəbdən həmin münasibətlər çərçivəsində onların bağladığı əqd hüquqi nəticə etibarı ilə əhəmiyyətsizdir. Qeyd edilənlər öz növbəsində bu münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə verilmiş 40.000 manat pulun bugünədək qaytarılmayan hissəsinin, yəni 20.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını şərtləndirir.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 144.1, 324.1, 329.1, 337.1, 337.3, 337.4, 337.5-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1, 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 217.3, 217.1, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən cavabdeh (vəkili vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə iclasında Sədrəddin Əkbərovun şahid qismində dindirilməsinin zəruriliyi qeyd olunsa da məhkəmə həmin vəsatəti nəzərə almamışdır. Bu səbəbdən, Sədrəddin Əkbərov şahid qismində məhkəmə iclasına dəvət edilsə idi, mahiyyəti üzrə fərqli qərar çıxarıla bilərdi. Lakin məhkəmə tərəfindən həmin hal nəzərə alınmamış, onun iştirakını nəzərdə tutan yalnız 1 baxış iclasını keçirməklə yekun qərar qəbul edilmişdir.

27. Məhkəmə həqiqətdə cavabdehin iddiaçıya nə qədər pul qaytarmalı olmasını səhv müəyyən etmişdir. Bununla da cavabdehi əsassız həddən artıq borc ilə yükləmişdir. Bu hissədə məhkəmə iddiaçını əsassız şəkildə varlandırmışdır ki, bu hal aşkar qanunsuzdur. Cavabdehin xeyrinə olan sübutları və həqiqəti təhrif etmişdir.

28. Cavabdehin mənzili iddiaçıya satması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməyib, eyni zamanda borc müqabilində mənzilin satılmasını təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməyib. Mənzilə mülkiyyət hüququnun cavabdehə aid olmadığı müəyyən edilmişdir. Mənzilə mülkiyyət hüququnun iddiaçıya verərkən cavabdehin niyyətinin həmin mənzilin iddiaçıya satmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməyib. Eyni zamanda iddiaçı və cavabdeh arasında mənzilin alğı-satqı müqaviləsi bağlanması, hansı tarixdə, hansı tərəflər arasında, hansı şərtlər ilə müqavilə bağlanması, gələcəkdə mənzilin ümumi rejiminin dəyişməsi ilə bağlı, payların necə bölüşdürülməsi ilə bağlı heç bir hüquqi qiymətləndirmə verilməmişdir. Müqaviləyə istinad edilməmişdir. Yalnız o hala istinad edilib ki, mənzilin alğı-satqısı üçün müqavilə notarial qaydada təsdiq edilməyib. Aidiyyəti qurumda rəsmiləşdirilməyib, bunun real səbəbini qətnamədə təhrif etmişdir. Araşdırmadan heç bir əsaslı hüquqi səbəb gətirmədən rədd etmişdir. Həmçinin, qətnamədə cavabdehdən hansı səbəblərdən 20.000 manat pul tutulması tələbi aydın hüquqi əsaslandırılmamışdır, həm də apellyasiya instansiyası məhkəməsində iddiaçının vəkilə hüquqlarının müdafiəsi üçün ödədiyi pul tələbini qət etdi hissəsində cavabdehdən alınmalı olması hüquqi əsaslandırılmamışdır. Həm də yekunda cavabdehdən tutulmalı olan pul tələbi aydın deyil, qarışıq göstərilmişdir. İddiaçının sübutetmə vəzifəsini faktiki icra etmədiyi sübut edilir. Lakin, cavabdehin sübutetmə vəzifəsini qismən icra etməsi mötəbər sübutlar ilə təsdiq edilmişdir. Bununla belə məhkəmə cavabdehə bildirdiyi halları sübut etmək üçün hüquqi şərait, imkan yaratmamışdır. Vəsatətləri təmin etməmiş, xeyrinə olan sübutları təhrif etmişdir.

29. Qanuni qüvvəyə minmiş hökmlə təsdiq edilmişdir ki, əslində iddiaçıya cavabdeh tərəfindən iddia etdiyindən xeyli miqdarda ödəniş edilmişdir.

30. 13 ədəd protokollar əsasında Cavabdeh iddiaçıya azı 26.000 manat ödəniş etmişdir. Lakin bu həqiqəti məhkəmə təhrif etmişdir.

31. Həmçinin, (hökmün 12-ci səhifəsi) şahid ifadəsi vermiş X10 məhkəməyə verdiyi ifadəsində təsdiq etmişdir ki, iddiaçı onun avtomobilindən 1 ədəd dəyəri 3.000 ABŞ dollarında olan brilyant qaşlı qızıl üzüyü götürüb geri qaytarmadığından polis idarəsinə müraciət etmişdir. İddiaçı oğurluq faktını qəbul etməyərək həmin üzüyün Sədrəddinin ona hədiyyə etdiyini bildirmişdir. Həmin üzüyü oğlu Samir adlı şəxs üçün nişana qız evinə hədiyyə aparıblar. Polis bölməsindən cavabdehin ailəsinə zəng vurularaq üzüyün oğurluq olması bildirilmişdir. Cavabdeh Sədrəddindən və polisdən xahiş etmişdir ki, üzüyü geri alıb ailəni pərt eləməsinlər. Əvəzində üzüyün dəyəri – 4.000 manat və Samirin Sədrəddinə olan borcu 1.200 manat cəmi 5.200 manat pulu cavabdeh Əkbərov Sədrəddinə ödəmişdir. Yəni, şahid Əkbərov Sədrəddinin təsdiqinə əsasən iddiaçının cavabdehin qızına gətirdiyi nişan üzüyünün pulunu elə cavabdeh özü iddiaçının ona verdiyi puldan ödəniş edərək iddiaçının və oğlunun borcunu qaytarmışdır. Yəni, cavabdeh əlavə 5.200 manat ödəniş edərək iddiaçının borcunu qaytarmışdır. Nəticə odur ki, yekunda cavabdeh tərəfindən ödənilmiş pul vəsaitlərini toplayanda (26.000 AZN + 5.200 AZN) cəmi 31.200 manat pulun iddiaçıya qaytarıldığı mübahisəsizdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

32. Maddə 139-1.1.3. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr...... əsas hesab olunur.

33. Maddə144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

34. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

35. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

36. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından

38. asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

40. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

41. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

50. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

60. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

61. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

63. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar