Məhkəmə qərarları › İş №2(1-8)-868/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-868/2026

10.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-868/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: podrat müqaviləsi, müqavilənin təfsiri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən X1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. ## #### 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 160.000 manat pulu Cavabdeh ##.##.2022-ci il tarixə kimi qaytarmaq şərti ilə borc olaraq vermişdir;

3. Iş materiallarında olan ## #### 2022-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı Muğanbank ASC-nin “Qərb” filialı vasitəsilə 160.000 manat pulu təhvil vermişdir;

4. Iş materiallarında olan ## #### 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 160.000 manatı təhvil almışdır;

5. Iş materiallarında olan ## #### 2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, müqavilə tərəfi olaraq «xxxx» MMC öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisini təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə təhvil veriləcək fərdi yaşayış evinin tikinti işlərinin ümumi dəyəri 135000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 30000 manatını müqavilə bağlandığı gün ödəyir. Qalan 105000 manatını isə 5 ay ərzində hər ay 21000 manat olmaqla ##.##.2019-cu il tarixədək ödəməyi öz üzərinə götürmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6. Ilkin iddia üzrə iddiaçı İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli, 3M-459 Reyestr nömrəli kredit müqaviləsi əsasında, əsas borc kimi 160 000 AZN, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu kimi 10.666,67 AZN, pulu qaytarmayaraq özündə saxlamaqla əsassız varlanmaya görə 44666,66 AZN və bu pulun cavabdehdə qaldığı dövr ərzində iddiaçının itirdiyi əldən çıxmış faydaya görə 44 666,66 AZN olmaqla, cəmi 259 999,99 pul vəsaitinin cavabdeh Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh borcun qaytarılmasından hər dəfə müxtəlif bəhanələrlə yayınır. Nəticədə məsələnin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Belə ki, həmin pul vaxtında ona qaytarılsaydı, o bu puldan səmərəli şəkildə istifadə edər, pulu gəlir gətirən digər işə qoyar və ondan daha çox fayda əldə edə bilərdi. Lakin, cavabdeh iddia edilən məbləği vaxtında geri qaytarmamaqla, bu puldan məhrum olmuş, onun pulu hesabına əsassız varlanmışdır.

8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə müraciət edərək, real olaraq görülmüş işə görə aparılmış hesablaşmalar nəticəsində borclu olduğu 138000 manat pulun cavabdeh İddiaçı alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh iddia ərizəsini belə əsaslandırmışdır ki, 2019-cu ilin mart ayında İddiaçı Bahadır qızı ilə tanış olmuş və ona məxsus xxxx MMC vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində bağ evinin tikintisi barədə ##.##.2019-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sahəsi 720 kv.m olan, zirzəmili 3 mərtəbəli fərdi yaşayış evi (1 kv.m-i 400 manat olmaqla) ümumilikdə 135.000 manata razılaşdırılmış və 30.000 manat ilkin ödənişdən sonra tikintiyə başlanmışdır. Sonradan cavabdeh layihəyə dəyişiklik edərək zirzəmini yaşayış sahəsinə çevirmiş, əlavə tikililər tələb etmiş və nəticədə ümumi sahə 950 kv.m-ə çatmış, bu isə əlavə xərc (təxminən 22.000 manat və digər artımlar) yaratmışdır. Tikinti prosesində cavabdeh mütəmadi olaraq obyektə baxmış, dəyişikliklər etmiş, müxtəlif şəxslərin (Sahil və bacısı Aynur) müdaxiləsi ilə əlavə tələblər irəli sürülmüş, dam örtüyünün dəyişdirilməsi kimi əlavə işlər görülmüş və bunlar əlavə xərclərə səbəb olmuşdur. Iddiaçı qeyd edir ki, tikinti keyfiyyətli materiallarla aparılmış, cavabdeh tərəfindən də yoxlanılmış və heç bir narazılıq olmamış, tikinti vaxtından əvvəl başa çatdırılmış və 2019cu ilin sonunda təmir işlərinə başlanmışdır. Bu müddət ərzində cavabdeh tərəfindən hissəhissə ümumilikdə 280.000 manat ödənilmiş, lakin bu ödənişlərin rəsmiləşdirilməsi məqsədilə ##.##.2022-ci il tarixdə formal xarakterli 160.000 manatlıq kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı 38.000 manat məbləği geri qaytarmış və nəticədə faktiki olaraq aldığı məbləğ 242.000 manat olmuşdur. Eyni zamanda, iddiaçı bildirir ki, bu geri ödəniş cavabdehin təhdidləri nəticəsində baş vermişdir. Iş üzrə mövcud ekspertiza rəylərinə görə tikinti xərcləri əvvəlcə təxminən 175.153 manat, daha sonra isə tam hesablanmanın mümkün olmaması qeyd edilməklə 388.774,76 manat müəyyən edilmiş, lakin bəzi işlərin qiymətləndirilmədiyi göstərilmişdir. Iddiaçı hesab edir ki, real xərclər 460.000 manatdan artıq olmuşdur və cavabdeh obyektə tam baxış keçirilməsinə imkan vermədiyi üçün dəqiq hesab aparmaq mümkün olmamışdır. Bütün bunlara əsasən, qarşılıqlı hesablaşma nəticəsində 388.774,76 manatdan 242.000 manat çıxıldıqda cavabdehin iddiaçıya təxminən 138.000 manat borcu qaldığı iddia olunur.

10. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, Cavabdeh 160.000 manatdan 27.000 manat pulu qaytarmışdır.

11. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/*** nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, cavabdeh Cavabdeh 133000 manat və bank uçot dərəcəsi nəzərə alınmaqla 8866 manat və ödənilmiş dövlət rüsumuna görə 423 manat pulun alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı qarşı iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Nüsrət Mirzəyev).

12. Məhkəmə müəyyən etmişdir ki, “xxxx” MMC-nin direktoru Cavabdeh ilə İddiaçı arasında ##.##.2019-cu il tarixli podrat müqaviləsi bağlanmış, sifarişçi olaraq İddiaçı ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisini sifariş etmiş, podratçı olaraq “xxxx” MMC həmin tikinti işinin görülməsini öz üzərinə götürmüşdür. Həmin müqavilə üzrə təhvil veriləcək fərdi yaşayış evinin tikinti işlərinin ümumi dəyəri 135000 manat qiymətləndirilərək, sifarişçi həmin məbləğin 30000 manatını müqavilə bağlandığı gün ödəməyi, qalan 105000 manatını isə 5 ay ərzində hər ay 21000 manat olmaqla ##.##.2019-cu il tarixədək ödəməyi öz üzərinə götürmüşdür. Bununla da tərəflər arasında podrat müqaviləsindən irəli gələn onların hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır.

13. Işin faktiki hallarından görünür ki, tərəflər müqavilədə yaşayış evinin tikintisi və onun dəyərinin ödənilməsi barədə razılaşma əldə etsələr də, qeyd olunan yaşayış evinin təmiri barədə də razılaşma əldə etmələrinə baxmayaraq bunu müqavilədə göstərməmişlər. Belə ki, Cavabdeh podratçı olaraq «xxxx» MMC-nin 2019-cu ilin sonundan başlayaraq sifariş olunan ünvan 1 ünvanında fərdi yaşayış evinin təmir işlərini aparmaqla, həmin işlərin görülməsi üçün İddiaçı müxtəlif məbləğlərdə pullar aldığını, lakin sifarişçi olaraq İddiaçı işin görülməsi zamanı tapşırıqları əsasında əlavə işlər görməsini, lakin həmin işlərin dəyərinin ödənilməməsi səbəbindən təmir işlərini başa çatdıra bilmədiyini göstərmişdir. İddiaçı ondan 160000 pul tələbinə gəlincə Cavabdeh izahatında ## #### 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 160000 manat pulu borc olaraq İddiaçı almadığını, həmin məbləğin İddiaçı yaşayış evinin tikinti və təmirinə görə ona verdiyi 288000 (iki yüz səksən səkkiz min) manata hesablandığını (135000+153000=288000) və bunun təsdiqi olaraq aralarında ##.##.2022-ci il tarixli «əlavə kredit müqaviləsi» bağlamaqla imzaladıqlarını göstərmişdir.

14. Görünən odur ki, notariusun depozit hesabına köçürülməklə İddiaçı tərəfindən Cavabdeh 160000 manat pulun verilməsi təsdiq olunsa da, tərəflər arasında mövcud münasibət borc müqaviləsi ilə pərdələnmişdir.

15. Məhkəmə belə hesab etmişdir ki, Cavabdeh İddiaçı 160000 manat pul almış, həmin puldan 27000 manat qaytarsa da, 133000 manatını müxtəlif əsaslar gətirməklə qaytarmaqdan imtina etmişdir.

16. Məhkəmə belə hesab etmişdir ki, Cavabdeh İddiaçı 138000 pul tələbi əsassızdır.

17. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisinin başa çatdırılmasından sonra əldə edilmiş razılaşmaya uyğun olaraq həmin yaşayış evinin təmiri başa çatdırılmamışdır. Bundan əlavə, Cavabdeh cavabdehdən evin təmir və tikintisi ilə bağlı 242000 manat pul aldığını və 160000 manat pulun da aralarında olan razılaşmaya əsasən həmin məbləğə hesablandığını göstərsə də, iş materiallarında olan yuxarıda qeyd olunan Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024- cü il tarixli */*** saylı ekspert rəyində ##.##.2022-ci il tarixli «Kredit müqaviləsinə əlavə»nin aşağı hissəsində «Birinci tərəf, borc verən» qrafasında «İddiaçı» yazılarının qarşısında olan imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, ## #### 2019-cu il tarixli podrat müqaviləsi hüquqi şəxs olaraq «xxxx» MMC ilə İddiaçı arasında bağlanmışdır. Belə ki, iddia tələb hüququ olmayan şəxs Cavabdeh tərəfindən verilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Mülki Məcəllənin 340.2, 385.1, 386.1, 449.1, 752, 753.1 753.2 753.3, 759.2, 1091.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 78.1, 89.1, 107, 119-cu maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, İddiaçı iddiasının rədd, öz iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Şikayət belə əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əlavə olunmuş 160.000 manatlıq qəbzdə Cavabdeh adına qoyulmuş imza ona məxsus deyil və bu halın müəyyən edilməsi üçün xəttşünaslıq ekspertizası təyin olunmalı idi, lakin birinci instansiya məhkəməsi bu vəsatəti təmin etməmiş, nəticədə iş üçün mühüm əhəmiyyət kəsb edən sübut araşdırılmamış və ədalətli məhkəmə baxışı prinsipi pozulmuşdur; eyni zamanda qeyd olunur ki, tikinti işlərinə ümumilikdə 285.000 manat vəsait xərclənmiş, ekspertiza rəylərində isə görülən işlərin dəyəri daha yüksək – ümumilikdə 388.000 manata qədər qiymətləndirilmiş, lakin bu ziddiyyətlər və kredit müqaviləsinin formal, real hüquqi nəticə doğurmayan əqd olması ehtimalı məhkəmə tərəfindən lazımi qaydada araşdırılmamışdır; əlavə olaraq, paralel icraatlar və digər sübutlar tam qiymətləndirilməmiş, işin faktiki halları ilə məhkəmə qətnaməsi arasında uyğunsuzluq yaranmışdır; bu səbəbdən şikayətçi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını və qarşılıqlı hesablaşma əsasında 138.000 manatın cavabdehdən tutulub Cavabdeh ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

21. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixli kredit müqaviləsi əsasında iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh 160.000 AZN məbləğində pulun borc verilməsi iş üzrə mübahisəsiz fakt kimi müəyyən olunmuşdur. Belə ki, notariat ofisinin məhkəmənin sorğusuna verdiyi cavabda həmin vəsaitin depozit qaydasında verilməsi və cavabdeh tərəfindən götürülməsi təsdiqlənmiş, cavabdehin 160.000 AZN borc alması, bunun 27.000 AZN hissəsini qaytarması, lakin qalan 133.000 AZN məbləği qaytarmaması məhkəmə tərəfindən sübuta yetirilmişdir; eyni zamanda cavabdehin borcdan yayınma cəhdlərinə baxmayaraq, birinci instansiya məhkəməsi işin faktiki hallarını və tətbiq edilən maddi-prosessual hüquq normalarını düzgün qiymətləndirərək iddianı qismən təmin etmiş, cavabdehdən 133.000 AZN və MM-in 449.1-ci maddəsinə əsasən hesablanmış 8.866 AZN faiz məbləğinin tutulmasına, həmçinin cavabdehin 138.000 AZN tələbinin rədd edilməsinə dair qanuni və əsaslı qətnamə çıxarmışdır.

22. “Məhkəmə Ekspertizası Mərkəzinin” ##.##.2025-ci il tarixli rəyində qeyd olunmuşdur ki, ##.##.2022-ci il tarixli çekin kötüyünün kserosurətində Cavabdeh adının qarşısındakı imza ona məxsusdur.

23. “xxxx” MMC tərəfindən verilmiş **** saylı qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 15-ci dalan 1571 K ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərin ümumilikdə 390700 manat dəyərində olduğu müəyyən edilmişdir.

24. “xxxx” MMC tərəfindən verilmiş ****/** saylı qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 15-ci dalan 1571 K ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərin ümumilikdə 183000 manat dəyərində olduğu müəyyən edilmişdir.

25. “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyində isə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 15-ci dalan 1571 K ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərin dəyəri 177215 manat dəyərində olduğu müəyyən edilmişdir.

26. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 133.000 manat və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu kimi 3879,12 manat pulun alınaraq İddiaçı verilməsi, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh iddiasının rədd edilməsi qət edilmişdir (hakimlər: Mahir Əsədli – məruzəçi, Pərviz Əhmədov, Aytən Novruzova).

27. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Məmmədov Afaq Bahadir qızının iddiasının əsasını ##.##.2022-ci il tarixli, 3M-459 Reyestr nömrəli “Kredit Müqaviləsi” təşkil etmişdir

28. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin həqiqi mahiyyətini, həmin münasibətlərdən doğan öhdəlikləri və müvafiq olaraq da tətbiq olunmalı olan maddi hüquq normasını düzgün müəyyən edə, eləcə də tətbiq etdiyi maddi hüquq normasını, tərəflərin öhdəliklərinin dairəsini tənzimləyən MM-nin müvafiq maddələrini hazırkı işin mübahisəsiz olan faktiki halları baxımından düzgün tətbiq edə bilməmişdir.

29. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış ##.##.2022- ci il tarixli, 3M-459 Reyestr nömrəli “Kredit Müqaviləsi”-ni yalan əqd hesab etməklə, həmçinin Mülki Məcəllənin əsassız varlanmadan bəhs edən normalarına istinad edərək yanlış nəticəyə gəlmişdir. Nəticə etibarilə, Cavabdeh tərəfindən hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halı mövcud olmadığından, əsassız varlanma institunun tətbiqi üçün qanuni əsas yoxdur.

30. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin yalan əqd və əsassız varlanmadan bəhs edən normalarına istinad etməklə səhvə yol vermişdir. Halbuki birinci instansiya məhkəməsi Mülki Məcəllənin borc müqaviləsindən bəhs edən normalarına istinad etməli idi.

31. Cavabdeh iddia tələbində qeyd etmişdir ki, 135.000 manatlıq müqavilədən sonra, ümumilikdə verdiyi 280.000 manatın təminatı üçün aralarında İddiaçı təkidi ilə əlavə 160.000 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. İddiaçı ilə ## #### 2022-ci il tarixdə 160.000 manat məbləğində real olmayan kredit müqaviləsinin bağlanmasının başlıca səbəbi podrat müqaviləsi üzrə hissə-hissə ödənilmiş 135.000 manat pulun və tikintinin gedişində 135.000 manatın üzərinə gəlməklə ona verilmiş 145000 manat, ümumilikdə isə 280.000 manat verdiyi pulun rəsmiləşdirilməsi məqsədi daşımışdır.

32. Təcrübədən bəlli olduğu kimi, mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu müxtəlif səbəblərdən irəli gələ bilər: tərəflərin şifahi razılaşmanı kifayət hesab etməsi, qarşı tərəfin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, borcun etirafı kimi əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. Bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin varlığını və icra vaxtını notarial qaydada təsdiqlənən “kredit müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir.

33. MM-in 340.2-ci maddəsinə görə əqdin yalan sayılması üçün üç əsas şərt eyni anda mövcud olmalıdır: 1) Əqd yalnız görünüş üçün bağlanmalıdır 2) Tərəflərin hər ikisinin ortaq qəsdi olmalıdır. 3) Üçüncü şəxsləri aldatmaq məqsədi güdülməlidir. Hazırkı mülki işə nəzər yetirsək görərik ki, kredit müqaviləsi notarial qaydada bağlanmış, pul real olaraq verilmişdir (notariusun depozit hesabı ilə sübut olunmuşdur). Yəni müqavilə icra olunaraq hüquqi nəticə doğurmuşdur. Həmçinin qeyd edilməlidir ki, müqavilə bağlanarkən və sonradan heç bir dövlət orqanı, kreditor, vergi orqanı və ya digər üçüncü şəxslə bağlı hüquqi nəticə yaratmaq və ya onları yanlış təsəvvürə salmaq məqsədi güdülməmiş, kredit müqaviləsi yalnız tərəflər arasında pul və öhdəliklərin rəsmiləşdirilməsi funksiyasını daşımışdır. Belə olan halda, üçüncü şəxslərin hüquq və qanuni mənafelərinə toxunan, onları aldada biləcək hər hansı davranış və ya hüquqi nəticə müəyyən edilməmişdir.

34. Ikincisi, praktika da göstərir ki, mülki dövriyyənin iştirakçıları bəzən faktiki mövcud hüquq münasibətlərini onların real məzmununa uyğun yazılı şəkildə rəsmiləşdirmirlər və ya bunu bir neçə hüquqi əməliyyat vasitəsilə edirlər. Bu səbəblərdən irəli gələn praktiki yanaşma və hüquqi təcrübə, kredit müqaviləsinin bağlanmasını yalan əqd kimi qiymətləndirmək üçün kifayət qədər əsasların olmadığını göstərir. Tərəflərin şifahi və ya rəsmi razılaşmaları arasındakı fərqlilik, müqavilənin real məqsədinə-verilmiş pul vəsaitinin rəsmiləşdirilməsinə xidmət etmişdir. Nəticə etibarilə, məhkəmə tərkibi hesab edir ki, ## #### 2022-ci il tarixli kredit müqaviləsi həm hüquqi, həm də faktiki baxımdan mötəbərdir, onun yalan əqd kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Tərəflərin qarşılıqlı öhdəlikləri, müqavilənin icrası və notarial təsdiq müqavilənin qanuni qüvvəsini təmin edir və kredit öhdəliyinin mövcudluğunu sübut edir.

35. Həmçinin tərəflər arasında Bakı şəhəri * saylı Notariat ofisində bağlanılmış ##.##.2022-ci il tarixli kredit müqaviləsi bağlanan zamanı notariat hərəkətlərinin aparılması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmuş, müqavilə bağlanan zaman Cavabdeh münasibətdə müqavilənin etibarsızlığına səbəb olacaq əsaslar aşkar edilməmişdir. Belə ki, Cavabdeh bildirdiyinin əskinə olaraq müqavilənin şərtləri ilə bağlı İddiaçı tərəfindən ona təzyiq göstərilməsi, iradə ifadəsinə zidd müqavilə şərtləri ilə razılaşma faktı, eləcə də müqavilənin formal olaraq bağlanılması, yəni tərəflər arasında fərqli qaydada, yəni podrat müqaviləsi üzrə hesablaşma qaydası iş materialları ilə öz təsdiqini tapmamış, məhkəmə araşdırması zamanı bunu təsdiq edən əsaslar müəyyən olunmamışdır.

36. Bu halda müqavilə üzrə öhdəliklərin icrasının qiymətləndirilməsi əsas məsələyə çevrilir: yəni, tərəflərin müqavilə ilə üzərlərinə götürdükləri öhdəlikləri qarşılıqlı şəkildə yerinə yetirib-yetirməməsi araşdırılmalıdır.

37. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsində bildirmişdir ki, Bakı şəhəri * saylı Notariat Ofisində ## #### 2022-ci il tarixdə İddiaçı ona 160000 (yüz altmış) manat borc verməsi barədə kredit müqaviləsi bağlamışlar. Lakin həmin vaxt İddiaçı ona 160000 manat pulu borc verməmişdir. Ona görə də həmin tarixdə, yəni ## #### 2022-ci il tarixdə “kredit müqaviləsinə əlavə” kimi müqavilə bağlamışlar.

38. Iş materiallarında olan ##.##.2022-ci il tarixli “Kredit müqaviləsinə əlavə” adlı müqavilənin 3-cü bəndinə görə Bakı şəhəri * saylı Notariat ofisində bağlanılmış ##.##.2022ci il tarixli kredit müqaviləsində rəsmiləşdirən 160000 manat borc məbləğinin, təmir-tikinti ilə bağlı ikinci tərəf-Cavabdeh ümümilikdə ödənilmiş 288000 manat (135000manat +153000 manat) məbləğə aid olduğu üçün, birinci tərəf-İddiaçı gələcəkdə kredit borcu olaraq ayrıca iddiası və tələbi olmayacağı tərəflərin şəxsi imzaları ilə təsdiq edilir və təminat verilir.

39. Həmin müqavilə İddiaçı və Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı isə həmin müqavilədəki imzanın onun tərəfindən imzalanmadığını bildirməklə bu halı mübahisələndirmişdir. Bu səbəblə birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmənin qərardadı ilə əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli, */*** saylı ekspert rəyində ##.##.2022-ci il tarixli «Kredit müqaviləsinə əlavə»nin aşağı hissəsində «Birinci tərəf, borc verən» qrafasında «İddiaçı» yazılarının qarşısında olan imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Bu hal sözügedən müqavilənin İddiaçı tərəfindən bağlanmadığını və onun iradəsini ifadə etmədiyini açıq şəkildə təsdiq edir.

40. Bundan başqa Cavabdeh İddiaçı ilə aralarında kredit müqaviləsi bağlansa da, tərəfindən hər hansı qəbzə imza etməklə, 160000 manat məbləğində pul alınmadığını, pulun onun tərəfindən alınması barədə Notariat qovluğunda olan qəbzdə onun adının qarşısında qoyulan imzanın onun tərəfindən imzalanmadığını bildirmişdir.

41. Cavabdeh mübahisələndirdiyi bu hissədə birinci instansiya məhkəməsi tərədindən məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməmiş, nəticədə bu hissədə obyektiv qiymətləndirilmə aparılmamışdır. Belə şəraitdə apellyasiya instansiyası məhkəməsi bu çatışmazlığı aradan qaldırmaq məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsini təmin etmişdir

42. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının müvafiq qərardadı ilə əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli, */*** nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh adından ## #### 2022-ci il tarixli, MUĞ seriyalı ****** nömrəli çekin kötüyünün kserosurətində “Çeki aldım” bəndində “Imza” qrafasında əks olunmuş imzaCavabdeh tərəfindən icra olunmuşdur.

43. Beləliklə, pulun alınması faktı təsdiqlənmiş və kredit müqaviləsinin mötəbərliyi şübhə altına alınmamışdır.

44. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iddiaçı İddiaçı Cavabdeh 160000 manat pul tələbi ilə bağlı izahatında bildirmişdir ki, Cavabdeh 160000 manat pulunun qaytarılmasını tələb etdikdə Cavabdeh ona 12000 (on iki min) manat pulu notariusun depozit hesabına köçürməklə qaytarmış, daha sonra isə ona 15000 manat dəyərində tikinti materialları göndərmiş, ümumilikdə isə cəmi 27000 (iyirmi yeddi min) manat pul qaytarmışdır.

45. Məhkəmə tərkibi hesab etmişdir ki, Cavabdeh İddiaçı 160.000 manat məbləğində pul almış, həmin məbləğin 27.000 manatını geri qaytarsa da, qalan 133.000 (yüz otuz üç min) manatını müxtəlif əsaslar göstərərək ödəməkdən imtina etmişdir. Bu səbəbdən həmin qaytarılmamış məbləğin Cavabdeh İddiaçı xeyrinə tutulması təmin edilməlidir.

46. Həmçinin İddiaçı iddia tələbində “Kredit müqaviləsi” üzrə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu kimi 10.666,67 AZN məbləğin Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir.

47. Birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə də qismən təmin edərək bank faizinin uçot dərəcəsi nəzərə alınmaqla 8866 manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsini qət etmişdir. Məhkəmə tərkibi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu hissədə də yanlışlığa yol vermişdir.

48. Belə ki, iddiaçı apellyasiya icraatı zamanı verdiyi izahatında Cavabdeh kredit müqaviləsi üzrə 27000 manatı 2023-cü ilin iyun ayının ortalarında qaytardığını bildirmişdir.

49. Ona görə də gecikdirilmiş faiz məbləği 160000 manata münasibətdə deyil, iddia tələbinin təmin edilmiş 133000 manat hissəsinə münasibətdə 5% məbləğ tutulmalıdır. Çünki Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Hazırkı mülki işdən də görünür ki, tərəflər arasında bağlanmış ## #### 2022-ci il tarixli “Kredit müqaviləsi”nin 8-ci bəndinə əsasən “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır.

50. Göründüyü kimi tərəflər arasında bağlanmış ## #### 2022-ci il tarixli “Kredit müqaviləsi”nin 8-ci bəndində də gecikdirilmiş faiz dərəcəsinin artırılmasını nəzərdə tutan xüsusi şərt müəyyən edilməmişdir. Ona görə də gecikdirilmiş faiz yalnız Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan 5 faiz dərəcəsi ilə və yalnız faktiki qalan borc məbləği üzrə hesablanmalı idi. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı faiz tələbi ilə bağlı iddia ərizəsini məhkəməyə ##.##.2024- cü il tarixdə təqdim etmişdir. Buna görə də gecikdirilmiş vaxta görə faiz hesablanarkən həmin tarixdən əvvəlki dövr əsas götürülməli, sonrakı aylar üzrə faiz hesablanmasına yol verilməməlidir. Hazırda Cavabdeh tərəfindən 133000 manat kredit müqaviləsi üzrə İddiaçı qaytarılmamışdır. Bu halda gecikdirilmiş 133000 manat məbləğin illik beş faizi 2023-cü ilin iyun ayının ortalarından 2024-cü ilin yanvar ayının 23-ü tarixinədək olan müddət üzrə hesablanmalıdır (133000x5%=6650; 6650:12=554,16; 554,16x7=3879,12).

51. Yuxarıda göstərilən hesablamalara əsasən məhkəmə tərkibi belə nəticəyə gəlmişdir ki, gecikdirilmiş vaxta görə tutulmalı olan faiz məbləği 3.879,12 manat təşkil edir və həmin məbləğ Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.

52. Məhkəmə tərkibi İddiaçı iddia tələbinin digər hissələrinə (kredit müqaviləsi üzrə pulu qaytarmayaraq özündə saxlamaqla əsassız varlanmaya görə 44 666,66 AZN və bu pulun cavabdehdə qaldığı dövr ərzində iddiaçının itirdiyi əldən çıxmış faydaya görə 44 666,66 AZN məbləğin Cavabdeh alınaraq ona verilməsi) münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi həmin hissədə təmin edilməmişdir. İddiaçı iddia tələbinin göstərilən hissələri üzrə birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirmədiyindən, həmin tələblərə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqe bildirməsinə ehtiyac yoxdur.

53. Apellyasiya məhkəməsi Cavabdeh iddia tələbi üzrə qeyd etmişdir ki, Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək, real olaraq görülmüş işə görə aparılmış hesablaşmalar nəticəsində borclu olduğu 138000 (yüz otuz səkkiz min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

54. Birinci instansiya məhkəməsi qeyd edilən iddia tələbini rədd edərkən göstərmişdir ki, iş materiallarından görünür ki, ## #### 2019-cu il tarixli podrat müqaviləsi hüquqi şəxs olaraq «xxxx» MMC ilə İddiaçı arasında bağlanmışdır. Iddia tələb hüququ olmayan şəxs Cavabdeh tərəfindən verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh iddiasını bu əsasla rədd edərkən yanlışlığa yol vermişdir. Belə ki, iş materiallarında olan (səhifə 51) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, “xxxx” MMC təsis edilmiş, Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Azərbaycan Respublikası vətəndaşı Cavabdeh təyin edilmişdir. Bu hal Cavabdeh “xxxx” MMC-ni məhkəmədə təmsil etmək və Cəmiyyət adından hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı iddia qaldırmaq səlahiyyətinə malik olduğunu təsdiq edir. Belə olan halda, iddia ərizəsinin hüquqi şəxs adından onun qanuni təmsilçisi tərəfindən verilməsi iddia hüququnun olmaması kimi qiymətləndirilə bilməz. Odur ki, Cavabdeh İddiaçı qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ mövcud olmuşdur.

55. Iş materiallarında olan ## #### 2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, müqavilə tərəfi olaraq «xxxx» MMC öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisini təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə təhvil veriləcək fərdi yaşayış evinin tikinti işlərinin ümumi dəyəri 135000 (yüz otuz beş min) manat təşkil edir. Sifarişçi həmin məbləğin 30000 (otuz min) manatını müqavilə bağlandığı gün ödəyir. Qalan 105000 (yüz beş min) manatını isə 5 ay ərzində hər ay 21000 (iyirmi bir min) manat olmaqla ##.##.2019-cu il tarixədək ödəməyi öz üzərinə götürmüşdür.

56. Bu mənada məhkəmə tərkibi hesab etmişdir ki, Cavabdeh iddiasının qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

57. Hazırkı mülki iş üzrə ## #### 2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, müqavilə tərəfi olaraq «xxxx» MMC öz materiallarından istifadə etməklə ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisini təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə təhvil veriləcək fərdi yaşayış evinin tikinti işlərinin ümumi dəyərinin 135000 (yüz otuz beş min) manat təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh iddia tələbində İddiaçı ## #### 2019-cu il tarixli podrat müqaviləsi üzrə hesablanmış 135000 manatdan əlavə 145000 manat aldığını qeyd edərək ümumilikdə 280000 manat pul aldığını, həmçinin bu məbləğdən 38000 manat qaytardığını, hal-hazırda borcunun 242000 manat olduğunu bildirmişdir. Iddia tələbini əsaslandırarkən Müstəqil Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli rəyinə istinad edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 15-ci dalan 1571 K saylı ünvanda 0.06 ha torrpaq sahəsində fərdi yaşayış evininin tikintisinə 388744,76 manat xərc çəkildiyini, Hesabların qarşılıqlı üzləşməsi əsası ilə İddiaçı ona 3887478-242000 manat=138000 manat ödəməli olduğunu qeyd etmişdir.

58. Məhkəmə tərkibi bildirmişdir ki, Mülki Məcəllənin 753.3-cü maddəsinə əsasən, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

59. Podrat müqaviləsi üzrə mübahisə sifarişçinin tələbi ilə görülmüş əlavə işlərin dəyərinin ödənilməsi ilə bağlı olduqda, məhkəmələr tərəfindən ilk olaraq müqavilə tərəflərinə aid sübutetmə yükü müəyyən edilməlidir. Mülki Məcəllənin 753.3-cü maddəsinin dispozisiya şərtlərinə görə podratçının üzərinə əlavə işlərin sifarişçinin tələbi ilə yerinə yetirməsi, əlavə işlərin yerinə yetirməyə görə ayrıca muzd almaq hüququndan istifadə etməsi və işə başlamazdan əvvəl sifarişçiyə bu barədə məlumat verməsi ilə bağlı halların sübut etməsi vəzifəsi düşür. Sifarişçi isə sübut etməlidir ki, əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etməmiş və bu barədə podratçıya məlumat vermişdir.

60. Qeyd edilməlidir ki, podrat müqaviləsi çərçivəsində alınan əlavə ödənişlər yalnız həmin işlərin faktiki yerinə yetirildiyi sübut edildikdə qanuni hesab oluna bilər.

61. Məhkəmə tərkibi əlavə etmişdir ki, Cavabdeh tərəfindən istinad edilən Müstəqil Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli rəyi iş üzrə sübut kimi qəbul edilə bilməz. Çünki sözügedən rəy Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin təyinatı əsasında deyil, tərəfin şəxsi təşəbbüsü ilə əldə edilmişdir. Bu isə həmin rəyin obyektivliyinə və tərəfsizliyinə ciddi şübhələr yaradır. Bundan əlavə, ekspert rəyində göstərilən hesablamaların hansı ilkin sənədlərə, faktiki görülmüş işlərin həcminə, istifadə edilmiş materialların növ və miqdarına əsaslandığı aydın şəkildə göstərilməmiş, müqavilə üzrə razılaşdırılmış iş həcmi ilə faktiki icra edilmiş işlər arasında müqayisəli təhlil aparılmamışdır. Rəydə podrat müqaviləsində nəzərdə tutulan 135.000 manatlıq iş həcmi ilə sonradan iddia edilən əlavə xərclər arasındakı hüquqi əsaslandırma da təqdim olunmamışdır.

62. Iş üzrə əldə edilmiş qiymətləndirmə hesabatlarının müqayisəli təhlili göstərir ki, “xxxx” MMC tərəfindən təqdim edilmiş 183.000 manatlıq qiymətləndirmə ilə “xxxx” MMC tərəfindən müəyyən edilmiş 177.215 manatlıq qiymətləndirmə bir-birinə məbləğ etibarilə yaxındır və mahiyyətcə eyni qiymət intervalını əhatə edir. Bu hal həmin iki rəyin faktiki görülmüş işlərin həcmi və bazar reallıqları baxımından bir-birini qarşılıqlı şəkildə təsdiqlədiyini göstərir. Eyni zamanda, “xxxx” MMC tərəfindən müəyyən edilmiş 390.700 manat məbləğ yuxarıda qeyd edilən iki rəy ilə müqayisədə kəskin şəkildə fərqlənir və ağlabatanlıq meyarı baxımından münasib hesab edilmir.

63. Bu səbəbdən, məhkəmə tərkibi belə qənaətə gəlmişdir ki, “xxxx” MMC və “xxxx” MMC tərəfindən təqdim edilmiş rəylər meyar etibarilə bir-birinə uyğun, real xərclərə yaxın və məntiqi baxımdan əsaslandırılmışdır. Bu əsasla, məhkəmə tərkibi sübutların məcmu qiymətləndirilməsi nəticəsində, məbləğ etibarilə bir-birinə yaxın olan və digər rəy ilə qarşılıqlı şəkildə möhkəmlənən “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatını daha mötəbər sübut kimi qəbul edir və iş üzrə hüquqi qiymətləndirməni həmin rəy əsasında aparır.

64. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh irəli sürdüyü iddia tələbini əsaslandırarkən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 15-ci dalan, 1571 K ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə çəkilən xərclərin 388.744,76 manat təşkil etdiyini iddia etsə də, bu məbləğ iş üzrə məhkəmənin təşəbbüsü ilə, prosessual qaydalara uyğun olaraq təyin edilmiş müstəqil qiymətləndiricilərin rəyləri ilə təsdiqini tapmamışdır. Əksinə, məhkəmə tərkibi tərəfindən əldə edilmiş və müqayisəli təhlil edilən qiymətləndirmə hesabatları göstərir ki, çəkilmiş xərclərin real dəyəri Cavabdeh göstərdiyi məbləğdən əhəmiyyətli dərəcədə aşağıdır və “xxxx” MMC ilə “xxxx” MMC tərəfindən müəyyən edilmiş bir-birinə yaxın göstəricilər bu iddianın ağlabatanlıq və obyektivlik meyarlarına cavab vermədiyini ortaya qoyur.

65. Bu səbəbdən, iddiaçının 388.744,76 manat məbləği əsas götürməklə apardığı hesablamalar hüquqi və faktiki baxımdan əsassız hesab edilir və məhkəmə tərəfindən qəbul edilmir.

66. Məhkəmə tərkibi hesab etmişdir ki, Cavabdeh iddia tələbi iş üzrə toplanmış sübutlarla, xüsusilə də məhkəmənin təşəbbüsü ilə təyin edilmiş müstəqil qiymətləndirmə rəylərinin nəticələri ilə təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz. Iddiaçı tərəfindən irəli sürülən tələbin əsasında dayanan xərclərin məbləği nə müqavilə şərtləri, nə də məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş ekspert rəyi ilə uzlaşır, ödənişlər və qarşılıqlı hesablaşmalar etibarlı sənədlərlə sübuta yetirilməmişdir. Bu səbəbdən, iddia tələbinin faktiki və hüquqi əsaslarının olmaması, eləcə də sübutetmə yükünün iddiaçı tərəfindən yerinə yetirilməməsi Cavabdeh iddiasının təmin edilməsini istisna edir.

67. Həmçinin vurğulanmalıdır ki, Cavabdeh İddiaçı ilkin bağlanmış podrat müqaviləsi üzrə 135000 manatdan əlavə 145000 manat, ümumilikdə 280000 manat pul aldığını etiraf etmiş, eyni zamanda İddiaçı məxsus fərdi yaşayış evinə 388744,76 manat məbləğində xərc çəkdiyini iddia etmişdir. Lakin podrat müqaviləsi üzrə Mülki Məcəllənin 753.3-cü maddəsinə əsasən müqavilənin şərtlərindən kənara çıxma barədə İddiaçı hər hansı bir məlumat verməmiş, eyni zamanda tərəflər arasında müqavilənin şərtlərindən kənara çıxma barədə razılaşma olmamışdır. Digər tərəfdən yuxarıda qeyd edilən “xxxx” MMC tərəfindən verilmiş rəylə də təsdiq olunur ki, 183000 manat məbləğ Cavabdeh tərəfindən göstərilən 388.744,76 manatlıq xərclərlə uzlaşmır. Bu isə göstərir ki, Cavabdeh iddia etdiyi əlavə ödənişlərin tam sübutu təmin edilməmiş və faktiki olaraq razılaşdırılmış iş həcmi ilə iddia edilən xərclər arasında uyğunsuzluq mövcud olmuşdur. Odur ki, Cavabdeh iddia tələbi təmin edilə bilməz.

68. Məhkəmə kollegiyası mövqeyini 385.1, 442, 445.7, 739.1, 739.2, 752.1, 752.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

69. Cavabdeh (vəkil: Vəkil) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

70. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materialları, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan tikinti və təmirə 400.000 manat xərcləndiyi, bunun 280.000 manatının isə Cavabdeh tərəfindən ödənildiyi görünsə də, apellyasiya instansiyası məhkəməsi bu faktlara prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsinə dair müddəalarına uyğun qiymət verməmişdir. Iş üzrə verilmiş 4 ekspert rəyi arasında kəskin fərqlər olsa da, apellyasiya məhkəməsi ortaya çıxan sualların cavablandırılması üçün mütəxəssis dəvət etməmiş, tərəflərin sual verməsi üçün şərait yaratmamışdır. Apellyasiya məhkəməsi borc müqaviləsinin formal bağlandığını, əslində isə pulun Cavabdeh tərəfindən əldə edilmədiyini işin faktiki halları baxımından düzgün qiymətləndirməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

71. Ilkin iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin formal əsaslarla verildiyindən təmin edilməməsini, apellyasiya instansiyası saxlanılmasını xahiş etmişdir.

72. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində borcun qaytarılmamasını müxtəlif bəhanələrlə əsaslandırmağa çalışmış, lakin onun istinad etdiyi hallar MPM-in 77-ci maddəsinin tələblərinə uyğun olaraq sübuta yetirilməmişdir. Sübutetmə yükü cavabdehin üzərinə düşsə də, o, bu prosessual vəzifəni yerinə yetirməmişdir. Kassasiya şikayətində cavabdeh tərəfindən irəli sürülən arqumentlər isə əsasən işin faktiki hallarının yenidən qiymətləndirilməsinə yönəlmişdir. iş üzrə mövcud 4 ekspert rəyi birmənalı olaraq, cavabdehin iddialarını təkzib edir. Beləliklə, borc münasibətlərinin mövcudluğu və real xarakter daşıması tam sübuta yetirilmişdir, cavabdeh borcu qismən ödəməklə həmin borcu faktiki olaraq etiraf etmişdir, qalan borc məbləği qanunsuz olaraq ödənilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

73. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Insan Hüquqlarının və X4 X6:

74. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

75. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

76. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

77. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

78. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

79. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

80. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

81. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

82. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

83. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

84. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

85. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

86. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

87. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

88. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

89. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

90. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

91. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

92. Ilkin iddiaçı İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində yalnız ##.##.2022-ci il tarixli kredit müqaviləsini qeyd edərək həmin əqddən irəli gələn öhdəliklərin borclu Cavabdeh tərəfindən pozulduğunu bildirmiş, borcun və gecikdirmə faizlərinin tutulmasını tələb etmişdir (§ 6-7).

93. Qarşılıqlı iddiaçı Cavabdeh bildirmişdir ki, sifarişçi İddiaçı ilə aralarında bağ evinin tikintisinə dair podrat razılaşması olmuşdur. O, tikinti işlərini başladıqdan sonra İddiaçı göstərişləri əsasında ilkin layihə və smetadan kənaraçıxmalar etməsi nəticəsində əlavə işlər görmüş, lakin həmin işlərin dəyərinin ödənilməməsi səbəbindən işləri başa çatdıra bilməmiş, aralarında mübahisəli vəziyyət yaranmışdır. Qarşılıqlı iddiaçının deməsinə görə gördüyü işin dəyəri 388.747 manat olmuş, İddiaçı yaşayış evinin tikinti və təmirinə görə ona ümumilikdə 288.000 manat pul vermiş, hesablaşmalar zamanı 38.000 manatı geri qaytarmışdır. Odur ki, 388.747 manatdan almış olduğu 242.000 manatı çıxmaqla, yerdə qalan 138.000 manat pulu İddiaçı tələb edir. Cavabdeh onu da iddia edir ki, İddiaçı istinad etdiyi 160.000 manatlıq kredit müqaviləsi podrat münasibətləri çərçivəsində aldığı pulun təsdiqi və təminatı olaraq rəsmiləşdirilmişdir (§ 8-9).

94. Işə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, “xxxx” MMC-nin direktoru Cavabdeh ilə İddiaçı arasında ##.##.2019-cu il tarixli podrat müqaviləsi bağlanmış, sifarişçi olaraq İddiaçı ünvan 1 ünvanında fərdi yaşayış evinin tikintisini sifariş etmiş, podratçı olaraq “xxxx” MMC həmin tikinti işinin görülməsini öz üzərinə götürmüşdür. Müqavilə üzrə təhvil veriləcək fərdi yaşayış evinin tikinti işlərinin ümumi dəyəri 135.000 manat qiymətləndirilmişdir. Sonradan adları çəkilən şəxslər arasında podrat və pul ödənişləri ilə bağlı mübahisə yaranmış, məsələni istinataq orqanı araşdırmışdır.

95. Işdə olan, Nərimanov rayon Polis idarəsinin Istintaq şöbəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ##.##.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı polisə etdiyi şikayət əsasında açılmış material üzrə ilkin yoxlama aparılmışdır. Araşdırma zamanı İddiaçı izahatında bildirmişdir ki, bağ evinin tikintisi üçün Cavabdeh 356.000 manat pul vermiş, lakin sonuncu keyfiyyətsiz və standartlara uyğun olmayan materiallarla, baxışı düzgün olmayan evin tikintisini yarımçıq aparmaqla onu aldatmışdır. Eyni zamanda Cavabdeh da mübahisəli münasibətlər haqqında izahat vermişdir.

96. Həmin şöbənin ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli qərarları ilə tərəflər arasındakı münasibətlərin mülki hüquq xarakterli olduğu nəzərə alınaraq cinayət işinin başlanılması rədd edilmişdir.

97. Göründüyü kimi, məhkəmələr müəyyən etmişlər ki, 2019-cu ilin mart ayından etibarən İddiaçı ilə xxxx” MMC-nin direktoru Cavabdeh arasında bağ evinin tikintisi ilə bağlı podrat hüquq münasibətləri meydana gəlmişdir. Sonuncu tərəfindən müəyyən işlər görüldükdən sonra yaranmış mübahisə ilə bağlı işin icrası tamamlanmadan dayanmış və ən azı 2021-ci ilin iyul ayından 2023-cü ilin noyabr ayınadək həmin mübahisə ilə əlaqədar İddiaçı polisə etdiyi şikayət əsasında araşdırmalar aparılmışdır.

98. Ilkin iddiaçının tələbinin əsası kimi istinad etdiyi, 160.000 manatlıq kredit müqaviləsinin rəsmiləşdirilmə tarixi isə ##.##.2022-ci ildir. Müqavilədə qeyd olunur ki, borc verən İddiaçı, borc alan Cavabdeh ##.##.2022-ci il tarixədək qaytarmaq şərtilə həmin vəsaiti borc verir.

99. Bu səbəbdən, yəni podrat münasibətlərindən doğan mübahisəli vəziyyətə görə artıq 2021-ci ilin iyul ayından Cavabdeh barəsində dələduzluq şikayəti ilə polisə müraciət etmiş İddiaçı istintaq orqanında araşdırmalar getdiyi dövrdə - 2022-ci ilin ####ın ##-də Cavabdeh 160.000 manat borc verməsi münasibətlərin həqiqi xarakterinə uyğun gəlmədiyi üçün birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, sözügedən kredit müqaviləsi tərəflər arasında müstəqil hüquq münasibəti olmayıb, əslində podrat hüquq münasibətindən yaranan borcun sənədləşdirilməsi idi. Ona görə də, məhkəmə ilkin və qarşılıqlı iddialara vahid mübahisəli hüquq münasibətindən doğan pul tələbləri kimi qiymət verərək yekunda bu nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh əsas borca görə 133000 manat, gecikdirmə faizinə görə isə 8866 manat alacağı var (§ 11-17). Apellyasiya məhkəməsi kredit razılaşmasının podrat münasibətindən yaranan borcu pərdələyən yalan əqd olması barədə birinci instansiya məhkəməsinin mövqeyini doğru saymamaqda haqlı olsa da, tərəflər arasında (yuxarıda qeyd edildiyi kimi) müəyyən edilmiş podrat müqaviləsindən irəli gələn vahid mübahisəli münasibətlər üzrə öhdəliklərin hüquqi sənədləşdirilməsi ola biləcəyini nəzərə almamış, kredit müqaviləsinin Mülki Məcəllənin 404cü100. maddəsinin tələblərinə uyğun təfsirini müzakirə etməmişdir.

101. Nəticə etibarilə, apellyasiya məhkəməsi tərəflər arasında iki ayrı və müstəqil hüquq münasibəti - ##.##.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn borc və ##.##.2019-cu il tarixli podrat müqaviləsindən yaranan podrat münasibətinin olduğu qənaətinə gəlmişdir. Bununla belə, məhkəmə, tərəflər arasında podratla mübahisələr olduğu ərəfədə İddiaçı Cavabdehla ayrı və müstəqil kredit münasibətinə girib ona 160.000 manat borc verməsinin inandırıcılığını əsaslandırmamışdır.

102. Belə olan halda məhkəmə bir tərəfdən ilkin iddianın qanuni əsası kimi Mülki Məcəllənin borc müqaviləsinə dair 739.1-ci maddəsini tətbiq edərək Cavabdeh İddiaçı qarşısında 133.000 manat əsas borc, 3879,12 manat faiz öhdəliyini tanımış və həmin məbləğləri tutmuşdur. Digər tərəfdən isə qarşılıqlı iddianın qanuni əsası kimi podrat müqaviləsinə dair 752.1 və 753.3-cü maddələrini tətbiq edərək görülmüş işin dəyərini 183.000 manat olduğunu qəbul edib İddiaçı Cavabdeh qarşısında pul öhdəliyi daşımadığı nəticəsinə gəlməklə qarşılıqlı iddianı rədd etmişdir.

103. Apellyasiya məhkəməsinin qətnaməsindən sonra meydana çıxan hüquqi vəziyyətdən belə görünür ki, 2019-cu ildən podrat münasibətlərinə girməklə 2021-ci ildən mübahisəyə düşmüş və Cavabdeh polisə şikayət etmiş İddiaçı 2022-ci ildə ona 160.000 manat borc vermiş, bu müqavilə üzrə 133.000 manat əsas borc, 3879,12 manat faiz alacağı qalmışdır. Cavabdeh isə cəmi 183.000 manat həcmində podrat işi gördüyü üçün İddiaçı alacağı yaranmamışdır. Üstəlik, Cavabdeh podrat üçün sifarişçi İddiaçı 280.000 manat aldığını etiraf etməsi də nəzərə alınsa, belə çıxır ki, sifarişçinin gələcəkdə podratçıya qarşı 97.000 manat həcmində pul tələbinə də hüquqi əsas yarana bilər. Başqa sözlə, qətnamə ilə Cavabdeh İddiaçı qarşısında kredit müqaviləsi üzrə ümumilikdə 136.879,12 manat borcu, habelə podrat müqaviləsi üzrə gələcəkdə tələb edilməsi imkanı istisna olunmayan 97.000 manat potensial pul öhdəliyi tanınmışdır.

104. Kollegiya hesab edir ki, aşağı məhkəmələrin tərəflər arasında məhz podrat müqaviləsindən irəli gələn mübahisəli hüquq münasibətlərinin mövcudluğuna dair təsbit etdikləri faktları nəzərə aldıqda, apellyasiya məhkəməsinin iki ayrı hüquq münasibətinə əsaslanan məzmunda çıxardığı qətnamə işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış ədalətli məhkəmə aktı kimi qəbul edilə bilməz.

105. Mövcud vəziyyət apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 14.1, 88, 217.1 və 217.3-cü maddələrinin pozulmasına dəlalət edir. Həmin normaların tələbinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (§ 84-88).

106. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

107. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X4 X6 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 73-74).

108. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

109. Kollegiya hazırkı mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələrin iş üzrə müəyyən etdikləri faktiki halları nəzərə alaraq onu da xatırladır ki, mülki hüquq subyektlərinin öz aralarında bağladıqları alqı-satqı, podrat və s. kimi müqavilələrdən irəli gələn borc öhdəliklərinin tamamını (və ya bir hissəsini) sonradan kredit müqaviləsi şəkilində rəsmiləşdirmələri hallarına adətən rast gəlinir. Əksər hallarda belə sənədləşmələr əmələ gəlmiş hüquq və öhdəliklərin daha etibarlı sübutlarla təsdiqlənməsinə xidmət edir. Bəzən mülki dövriyyənin iştirakçıları daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq rəsmiləşdirə bilmirlər. Bu müxtəlif səbəblərdən, o cümlədən, borcun etirafı kimi əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı praktiki çətinliklərdən irəli gələ bilər. Məlum olduğu kimi, bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin varlığını və icra vaxtını notarial qaydada təsdiqlənən “kredit müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir.

110. Apellyasiya kollegiyası bu məsələləri qətnamədə qeyd etsə də, düzgün araşdırmanın davamını gətirməmiş və nəzərə almamışdır ki, əqdə əsaslanan tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (§ 78, 80-81).

111. Odur ki, təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilibedilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

112. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar