Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-889/2026 04.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun zamindən tutulması, zaminin öhdəliyinin yaranması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ## ######## 2023-cü il tarixli, ******- ******/* nömrəli kredit müqaviləsindən və kassa məxaric orderinə əsasən cavabdeh1 36 ay müddətinə, illik 15% dərəcəsi ilə 37000.00 manat məbləğində kredit verilmiş və pul vəsaiti cavabdeh1 tərəfindən qəbul edilmişdir.
2. İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış ## ######## 2023-cü il tarixli, ******- ******/* nömrəli zaminlik müqaviləsinə əsasən cavabdeh2 ## ######## 2023-cü il tarixli, ******- ******/* nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə cavabdeh1 ilə birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 (bundan sonra “cavabdeh” və ya “Borclu”) və cavabdeh2 (bundan sonra “cavabdeh” və ya “zamin”) müştərək qaydada 28600.97 manat məbləğində əsas və 3282.82 manat faiz borcu olmaqla, cəmi 31883.79 manat borcun və 186.58 manat məbləğində dövlət rüsumunun tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, Borcluya ## ######## 2023-cü il tarixli, ******-******/* nömrəli istehlak krediti müqaviləsinə əsasən 36 ay müddətinə, illik 15 faizlə 37000.00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin də məsuliyyəi üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında (borcalan tərəfindən ## ######## 2023-cü il tarixli, ************/* nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər.
5. Birinci instansiya məhkəməsində cavabdeh-Borclu iddiaya etiraz olaraq bildirmişdir ki, kredit müqaviləsi onunla bağlansa da, lakin krediti digər cavabdeh-zamin götürmüşdür. Zamin krediti borcunu ödəmək üçün ondan və anasından pul istəmişdir.
6. Birinci instansiya məhkəməsində cavabdeh-Zamin bildirmişdir ki, kredit borcu onun deyildir. Təxminən 12-13 ay ərzində kreditə görə ödəniş etmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada 28600.97 manat əsas və 1470.40 manat faiz borcu olmaqla cəmi 30071.37 (otuz min yetmiş bir manat otuz yeddi qəpik) manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. (hakim Tural Məmmədov)
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh-borclu arasında kredit müqaviləsinin imzalanıb, həmin müqavilə əsasında kredit məbləği iddiaçı tərəfindən Borcluya təqdim edilib, digər cavabdeh-zaminlə Bank arasında Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zaminlik müqaviləsi bağlanıb. Iddiaçı kredit müqaviləsi əsasında Borcluya 37000 manat pul vəsaitini qeyd edilən şərtlər əsasında verməklə öz öhdəliyini icra etsə də, lakin Borclu öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtıvaxtında ödəniş etməmişdir. Eyni zamanda digər cavabdehlə də zaminlik müqaviləsi mülki qanunvericilik normalarına uyğun şəkildə bağlanmış və hazırda iddiaçının borcalan cavabdehlə yanaşı borc məbləğini zamindən də tələb etməsi qanuni və əsaslıdır.
9. Birinci instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, həmin müqavilələrin etibarsızlığına (əhəmiyyətsizliyinə) dəlalət edən hər hansı bir hal mövcud deyildir. Tərəflər arasında etibarlı müqavilə münasibətləri mövcuddur.
10. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 28600.97 manat məbləğində əsas və 3282.82 manat faiz borcu olmaqla, cəmi 31883.79 manat borcun tutulmasını tələb etsə də, lakin iddiaçı tərəfindən cavabdehlərə ünvanlanan xəbərdarlıqdan görünür ki, cavabdehlərə 29527.16 manat əsas və 1470.4 manat faiz borcu olmaqla cəmi 30997.56 manat borc vəsaitinin xəbərdarlıq alındığı gündən növbəti iş günündən başlayaraq 7 gün müddətində ödənilməsi, əks təqdirdə qanunvericiliyə uyğun surətdə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. Birinci instansiya məhkəməsi iddia tələbini əsas borca münasibətdə tam əsaslı, faiz borcuna münasibətdə qismən əsaslı olması qənaətinə gələrək, qeyd etmişdir ki, iddiaçı iradə ifadəsini qeyd olunan bildirişlə cavabdehlərə bildirmişdir.
12. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli Qərarın hüquqi mövqeyinə istinadən brinci instansiya məhkəməsi vurğulamışdır ki, müqavilə üzrə faiz borcu iddiaçının müqavilədən imtina etməsi barədə iradə ifadəsinin qarşı tərəfə bildirdiyi vaxta qədər hesablanmalıdır. Belə olan halda, iş materiallarında olan xəbərdarlıqdan göründüyü kimi, kreditor (iddiaçı) cavabdehlərə banka olan 1470.4 manat faiz borcunun xəbərdarlıq alındığı gündən növbəti iş günündən başlayaraq 7 gün müddətində ödənilməsini təklif etməklə artıq hazırkı müqaviləyə münasibətdə öz iradəsini ifadə etmişdir. Bu baxımdan iddia tələbi üzrə faiz borcu cavabdehlərdən (müştərək qaydada) iş materiallarında olan xəbərdarlıqda qeyd olunan formada –1470.4 manat həddində tutulmalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 422, 425.1, 443.1, 448.2, 470.1, 472, 477-ci, 739, 743-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli Qərarına stinadla əsaslandırmışdır.
b)Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh-Borclu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi iş üzrə cavabdeh olan Borclunun adına rəsmiləşdirilsə də, həmin pul vəsaitini digər cavabdeh – zamin əldə etmişdir. Bununla bağlı iş materiallarında dəlillər mövcuddur. Bundan başqa, borc məbləğinin müəyyən edilməsinə dair məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası da təyin edilməmişdir. Cavabdeh olan zaminin Bankla yaxın işgüzar münasibətləri vardır. O, Borclunun etibarından suiistifadə15. edərək kredit müqaviləsinin onun adına rəsmiləşdirilməsinə nail olmuşdur. Hazırda faktla bağlı cinayət işinin başlanması üçün ərizə ilə hüquq mühafizə orqanlarına müraciət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə mühasibatlıq ekspertizası təyin etmişdir.
17. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */**** saylı rəyinə əsasən ## ######## 2024-cü il tarixə borclunun 24916.47 manat əsas borcu var, faiz borcu yoxdur.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada 28600.97 manat əsas borcun tutulması hissəsində dəyişdirilmiş və əsas borcun məbləği 24916.47 (iyirmi dörd min doqquz yüz on altı) manat həddində müəyyən edilmiş, qətnamə cavabdehlərdən müştərək qaydada 1470.40 manat faiz borcunun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd olunmuş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif Isgəndərov (sədrlik edən və məruzəçi), Ikram Şirinov, Səadət Səlimova)
19. Apellyasiya instansiyası məhkəməsi ekspertizanın rəyinə istinadən göstərmişdir ki, əsas borcun məbləği ekspert rəyində qətnamədə göstəriləndən xeyli aşağı, faiz borcu isə yoxdur.
20. Apellyasiya instansiyası məhkəməsi kredit borcu ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən 28600.97 manat əsas borcun məbləği azaldılaraq 24916.47 manat həddində müəyyən edilməli, 1470.40 manat faiz borcunun tutulması hissəsində iddia rədd olunmalıdır.
21. Pulun digər cavabdeh olan zaminə çatması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh1 kredit müqaviləsini imzalamış, cavabdeh2 isə ona zamin durmuşdur. Pulun kimə çatmasından asılı olmayaraq qanunvericiliyin tələbinə əsasən onlar kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəlləinin 385.1, 422, 425.1, 443.1 ,448.2, 470.1, 472.1, 472.2, 477.0, 477.0.4, 739.1, 739.2, 739.3, 743.1 və 743.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh-Borclu (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 28600.97 manat əsas borc və 1470.40 manat faiz borcu olmaqla cəmi 30071.37 (otuz min yetmiş bir manat otuz yeddi qəpik) manat pul vəsaitinin cavabdeh cavabdeh1 tutulması hissəsində ləğv, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhdəliyə görə borclu kreditorun xeyrinə hərəkət etməlidir, lakin apellyasiya instansiyası bu normanı düzgün tətbiq etməmişdir. Iş materiallarına görə kredit vəsaitindən faktiki olaraq cavabdeh2 istifadə etdiyi halda, bu hal araşdırılmadan cavabdeh1 əsas borclu kimi müəyyən edilmişdir. Həmçinin, təqdim olunmuş sübutlara obyektiv və hərtərəfli qiymət verilməmişdir. Məhkəmə “birgə məsuliyyət” mövqeyi ilə kifayətlənərək bu nəticəni işin faktları ilə əsaslandırmamış, vəsaitdən istifadə etməyən cavabdehin məsuliyyətini izah etməmiş və faktiki istifadəçi olan H. Şahbazovu nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın ona qarşı təmin olunan hissəsində mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini də həmin hissə təşkil edir.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
31. Apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmişdir.
32. Iddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.
33. Işin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
34. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi və tətbiq etdiyi hüquq normaları ilə razılaşır.
35. Belə ki, apellyasiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
36. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir ki, bu dəlillər də iddia tələbinin kredit müqaviləsi üzrə borcluya qarşı təmin edilməməli olması ilə bağlıdır.
37. Qeyd edilməlidir ki, bu dəlil apellyasiya şikayətində də irəli sürülmüşdü və apellyasiya instansiyası məhkəməsi həmin dəlilə əsaslı şəkildə qiymət verib. (bax:bənd 21)
38. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşdığı üçün həmin dəlillə bağlı əlavə şərhə zərurət görmür.
39. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.