Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-934/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: “borcun ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; Öhdəliklərin icra edilməməsi; Sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. İddiaçı atası X1 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhər ** saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş ## ###### 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, Isa Məmmədov tərəfindən Cavabdeh ## ### 2024-cü il tarixədək qaytarılması şərti ilə 15.000 manat məbləğində kredit verilmiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. 2.
3. Pretenziya məktubuna əsasən, 15000 manat pulun qaytarılması üçün iddiaçı tərəfindən cavabdehə 3 gün vaxt verilmiş, borc verdiyi müddət ərzində qaytarılmasa məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.
4. Bərdə Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusunun ## ##### 2025-ci il tarixli ***/**** №-li məktubuna əsasən, ## ##### 2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, ## ###### 2023-cü il tarixdə vəfat etmiş X1 (FIN:1N3AMCP) irs qalmış miras əmlaka dair Bərdə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli 2V-1715, 2V-1716, 2V-1717 reyestrli və ## ####### 2024-cü il tarixli 2V-1964, 2V-1965, 2V-1966, 2V-1967, 2V-1968, 2V-1969 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən qanun üzrə İ növbədə vərəsələri kimi tanınmaq hüququna malik olmaqla atasının vərəsələri barədə məlumatlar şəhadətnamədə aşağıdakı qaydada qeyd edilmişdir: Qanun üzrə vərəsə: oğlu - İddiaçı (bundan sonra mətndə-iddiaçı) (ŞV: AZE 09300916; ##.##.2012, Bərdə RPŞ; FIN: *******; d/t: ##.##.1976), Bərdə rayonu, Xanərəb kəndi. Tel:(050) 591-94-25. Qanun üzrə vərəsə: qızı - X2 (ŞV: AA0735028; ##.##.2019, Asan- Bərdə; FIN: 3LGSR42; d/t: ##.##.1983), Bərdə rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndi. Qanun üzrə vərəsə: arvadı - X4 (ŞV: AA0574986; ##.##.2019, Asan- Bərdə; FIN: 1N3ANDS; d/t: ##.##.1954), Bərdə rayonu, Xanərəb ərazi dairəsi, Xanərəb kəndi.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı cavabdehə qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ## ###### 2023-cü il tarixli borc müqaviləsinə əsasən, 15.000 manat məbləğində pul vəsaitinin və ödədiyi 135 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum atası X1 ilə cavabdeh arasında ## ###### 2023-cü il tarixdə Bakı şəhəri ** saylı Notariat ofisində borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, atası X1 15.000 manat məbləğində pulu cavabdehə verməyi, o isə öz növbəsində ## ### 2024-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh borc müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bugünkü günədək 15.000 manat məbləğində olan borcunu geri qaytarmamışdır. Mərhum atası X1 ## ###### 2023-cü il tarixində vəfat etmişdir. X3 Xidmət Mərkəzində Notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən qanun üzrə birinci növbədə vərəsə kimi tanınmışdır (Notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsə olmağı ilə bağlı sənədi də iddia ərizəsinə əlavə edir). O, müqavilədə göstərilən müddət bitdikdən sonra qanun üzrə vərəsə kimi pulun qaytarılması ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, o borcunu qaytarmasında heç bir addım atmamışdır.
7. Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim M.S.Zeynalov) iddianın təmin edilməsi, iddiaçı İddiaçı xeyrinə cavabdeh Cavabdeh Mevlüd oğlundan ## ###### 2023-cü il tarixli borc müqaviləsinə əsasən 15.000 manat məbləğində pul və ödənilmiş 135 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı X1 ilə cavabdeh Cavabdeh arasında ## ###### 2023-cü il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Isa Məmmədov tərəfindən Cavabdeh ## ### 2024-cü il tarixədək qaytarılması şərti ilə 15.000 manat məbləğində kredit verilmiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Həmin müqavilə Bakı şəhər ** saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuşdur. X1 ## ###### 2023-cü ildə ölmüşdür. X1 qanun üzrə vərəsəsi olan İddiaçı tərəfindən (irs qalmış miras əmlaka dair Bərdə regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli 2V-1715, 2V-1716, 2V-1717 reyestrli və ## ####### 2024-cü il tarixli 2V-1964, 2V-1965, 2V-1966, 2V-1967, 2V-1968, 2V-1969 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən) hazırkı tələblə məhkəməyə müraciət olunmuşdur. X1 ilə cavabdeh Cavabdeh arasında bağlanmış və Bakı şəhər ** saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq olunmuş ## ###### 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Isa Məmmədov tərəfindən Cavabdeh ## ### 2024-cü il tarixədək qaytarılması şərti ilə 15.000 manat məbləğində kredit verilmiş, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Cavabdeh Cavabdeh 15.000 manat məbləğində borclu olması iddiaçının məhkəməyə təqdim etdiyi ## ###### 2023-cü il tarixli borc müqaviləsi ilə birbaşa sübuta yetirilmişdir. Məhkəmə həmin borc müqaviləsini mötəbər sübut kimi qiymətləndirərək iddia tələbinin tam sübuta yetirilməsi qənaətinə gəlir.
9. Məhkəmə hesab etmişdir ki, Cavabdeh öz riski ilə müqavilə bağladığından, həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, borclu yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə, kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.3, 385.1, 442, 448.1, 421, 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya), 739.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya), 740, 741-ci(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya) maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 6.6-cı bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 115.0.9, 119.1, 217.2, 217.3, 218.3, 222.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən 15 000 manat məbləğində borc puldan o, müəyyən hissəsini iddiaçıya ödəmişdir. Belə ki, onun haqqında iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 19-cu polis bölməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi zamanı da məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhəri, Nəsimi rayonu,19-cu PB-nə təhqiqat qərarının əldə edilməsi üçün sorğu ünvanlamasını xahiş etmişdir. Lakin onun ərizəsi təmin olunmamış və həmin qərarda onun iddiaçı tərəfə 15 000 manat məbləğində puldan hissə-hissə ödəniş etdiyi öz təsdiqini tapacaqdır. Belə ki, X7 iddiaçının atası Isa Məmmədova 8 000 manat məbləğində pulu qaytarmışdır. Həmin 8 000 manat pulun qaytarılması qeyd edilən qərarda da öz təsdiqini tapmışdır. Hazırda X7 həbsdədir. Isa Məmmədov isə vəfat etmişdir. İddiaçı 8000 manat məbləğində pulun ödənildiyini bilir, lakin məhkəmədən 15000 manat pulu tam şəkildə tələb edir. O, özü 19-cu PB-nin inzibati binasına yaxınlaşaraq qərarı əldə etmək istəmiş, lakin ona bildirilmişdir ki, hakim tərəfindən sorğu verilərsə, işi onlar məhkəməyə göndərə bilərlər. O, bir daha bildirib ki, birinci instansiya məhkəməsində ərizə ilə hakimə müraciət edib xahiş etmişdir ki, həmin qərarın əldə edilməsi üçün sorğu verilsin, lakin verilməmişdir. Onun yox X7un iddiaçının mərhum atası Isa Məmmədova 7000 manat məbləğində borcu qalmışdır. Iddiaçı tərəf bunu bildiyi halda həmin pulu onlardan tam şəkildə tələb edir. X7 da həbsdə olduğu üçün məhkəmələrdə iştirak edə bilmir. Düşünür ki, birinci instansiya məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi yalnız iddiaçı tərəfin maraqlarını təmin edir və ona görə də ləğv olunmalıdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş nəticədə qətnamə qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. O, həmçinin izahatında mərhum atası X1 ilə cavabdeh arasında ## ###### 2023-cü il tarixdə bağlanmış borc müqaviləsi üzrə atası X1 tərəfindən cavabdehə verilmiş 15000 manat borcdan borcalan cavabdeh tərəfindən heç bir məbləğin geri qaytarılmadığını göstərmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər E.M.Mehdiyev (sədrlik edən və məruzəçi), E.B.Isayev və T.V.Musayev) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
16. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçının mərhum atası X1 ilə cavabdeh arasında ## ###### 2023-cü il tarixdə bağlanmış, Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş borc müqaviləsinə əsasən X1 tərəfindən cavabdehə ## ### 2024-cü il tarixədək qaytarılması şərti ilə notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə 15000 manat məbləğində borc pul verilmişdir. X1 ## ###### 2023-cü il tarixdə vəfat etmiş, ondan qalmış miras iddiaçı tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini icra etməmişdir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, apellyasiya şikayəti əsassızdır.
18. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən 15000 manat məbləğində borc puldan onun tərəfindən müəyyən hissəsinin iddiaçıya ödənilməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
19. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçının mərhum atası Isa Məmmədov tərəfindən cavabdehə 15000 manat məbləğində pul vəsaitinin borc olaraq verilməsi iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi ## ###### 2023-cü il tarixli borc müqaviləsi ilə təsdiq edildiyi halda, cavabdeh tərəfindən həmin borcun hər hansı bir hissəsinin qaytarılmasına dair heç bir sübut təqdim edilməmişdir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Bakı şəhəri, Nəsimi rayonu, 19-cu PB-nə təhqiqat qərarının əldə edilməsi üçün sorğu ünvanlamasını xahiş etməsi, lakin onun ərizəsinin təmin olunmaması, həmin qərarda onun iddiaçı tərəfə 15000 manat məbləğində puldan hissə-hissə ödəniş etdiyinin öz təsdiqini tapacağı, X7un iddiaçının atası Isa Məmmədova 8000 manat məbləğində pulu qaytarması, 8000 manat pulun qaytarılmasının qeyd edilən qərarda da öz təsdiqini tapmasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya şikayətinin həmin dəlili üzrə dəqiqləşdirilmə aparılması məqsədi ilə, məhkəmə kollegiyası tərəfindən Bakı şəhəri Nəsimi rayonu 19cu Polis Şöbəsinə iddiaçının, cavabdehin təhqiqat araşdırması dövründə verdikləri izahatlarının təqdim edilməsi, həmçinin həmin təhqiqat araşdırmasının nəticəsi üzrə qəbul edilmiş qərarın surətinin göndərilməsinə dair sorğular göndərilmiş, sorğuların nəticəsi üzrə əldə edilmiş tərəflərin təhqiqat araşdırması dövründə verdikləri izahatları, həmçinin cinayət işinin başlanılmasının rədd edilməsinə dair Bakı şəhəri Nəsimi rayonu 19-cu Polis Şöbəsinin təhqiqatçısı tərəfindən ## ###### 2025-ci il tarixdə qəbul edilmiş qərar iş materiallarına əlavə edilmişdir.
21. Bakı şəhəri Nəsimi rayonu 19-cu Polis Şöbəsindən məhkəmə kollegiyasına göndərilmiş sənədlərdən cavabdeh, yaxud onun X7 tərəfindən iddiaçı tərəfə 15000 manat məbləğində puldan hissə-hissə ödəniş edilməsi, Yaşar Məmmədovun iddiaçının atası Isa Məmmədova 8000 manat məbləğində pulu qaytarması halları öz təsdiqini tapmamışlar.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun yox X7un iddiaçının mərhum atası Isa Məmmədova 7000 manat məbləğində borcunun qalmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edib ki, işdə olan iddiaçının mərhum atası X1 ilə cavabdeh arasında ## ###### 2023-cü il tarixdə bağlanmış, Bakı şəhəri ** saylı Notariat Ofisində təsdiq edilmiş borc müqaviləsinə əsasən, X1 tərəfindən cavabdehə ## ### 2024-cü il tarixədək qaytarılması şərti ilə notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə 15000 manat məbləğində borc pul verilmişdir.
23. Işdə olan Bakı şəhəri ** saylı Notariat Ofisinin Bank Respublika ASC-nin ** saylı şöbəsinə ünvanladığı ## ###### 2023-cü il tarixli məktubuna əsasən, müvafiq müqavilə onun tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında borc müqaviləsi üzrə Bərdə rayonu Xanərəb kəndində qeydiyyatda olan X1 tərəfindən ödəniləcək 15000 manat məbləğin Qax rayonu Qaşqaçay kəndində qeydiyyatda olan cavabdehə verilməsi üçün banklarında olan depozit hesabına qəbul olunması xahiş edilmişdir.
24. Işdə olan Bank Respublika ASC tərəfindən ## ###### 2023-cü il tarixdə verilmiş ödəniş qəbzinə əsasən, X1 tərəfindən borc müqaviləsi üzrə 15000 manat pul vəsaiti həmin bankdakı hesaba ödənilmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan halların düzgün müəyyən edilməməsi, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamənin qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, Azərbaycan Respublikası MPM-in 14, 76, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir.
27. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 390.1, 442, 448.1, 739.1, 742.1, 1145, 1146, 1151.1, 1159.1.1-ci maddələrinə, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininin 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1-217.4, 218.1, 372, 384-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) Kassasiya şikayətinin dəlilləri:
28. Cavabdeh (vəkil-Vəkil) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və işinin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, hesab edir ki, qətnamə qanunsuz və əsassızdlr. Belə ki, qeyd edilən 15000 manat məbləğində borc puldan cavabdeh müəyyən hissəsini iddiaçıya ödəmişdir. Belə ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 19-cu polis bölməsinə müraciət etmişdir. Iddiaçı tərəfə onun izahatında 15000 manat məbləğində puldan hissə-hissə ödəniş etdiyi öz təsdiqini tapacaqdır. Belə ki, X7 iddiaçının atası Isa Məmmədova 8000 manat məbləğində pulu qaytarmışdır. Həmin 8000 manat pulun qaytarılması qeyd edilən qərarda da öz təsdiqini tapmışdır. Hazırda X7 həbsdədir. Isa Məmmədov isə vəfat etmişdir. İddiaçı 8000 manat məbləğində pulun ödənildiyini bilir, lakin məhkəmədən 15000 manat pulu tam şəkildə tələb edir. Halbuki 15000 manat deyil, 7000 manat cavabdehin iddiaçıya borclu olması sübuta yetirilmişdir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd edilən faktı və Mülki Məcəllənin 742, 539-cu maddəsinin tələblərini pozmuşdur.
30. Məhkəmə kollegiyası iş materiallarına əlavə olunmuş sübutlara düzgün qiymət verməmiş, yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən qətnamənin ləğv edilməsi üçün əsasdır.
31. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 529.3, 739.1, 739.2, 742.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76,1, 76.2, 76.3, 87.1, 87.2, 88, 417.1.3 və 418.1-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
36. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
38. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
39. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Icranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
40. Maddə 739.1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
41. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
42. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
43. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
44. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
45. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
46. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
59. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri:
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
66. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.