Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-955/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh Kəbirulla qızına qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev Ispəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh Kəbirulla qızına qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. “xxxx” ASC (hazırda ləğv prosesində olan və bundan sonra “iddiaçı”) ilə Cavabdeh Kəbirulla qızı (bundan sonra “cavabdeh”) arasında bağlanmış ##.##.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan illik 25 % dərəcəsi ilə faiz hesablamaq və 24 ay müddətinə qaytarmaq şərti ilə 2.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. ********* saylı, ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə ** saylı, ##.##.2016-cı il tarixli Əlavə Sazişə əsasən tərəflər həmin kredit müqaviləsi üzrə verilmiş kreditin qalığının 1.313,03 ABŞ dolları təşkil etməsi, kreditin müddətinin ##.##.2017-ci il tarixinədək uzadılması və əlavə saziş imzalandığı tarixdən etibarən kredit üzrə illik 10% ödənilməsi barədə razılığa gəlmişlər. ********* saylı, ## ###### 2015-ci il tarixli kredit müqaviləsi üzrə *** saylı, ##.##.2017-ci il tarixli əlavə saziş üzrə əldə edilmiş razılığa əsasən cavabdehin iddiaçı qarşısında yaranmış 1) 892,92 ABŞ dolları əsas borc, 19,31 ABŞ dolları faiz məbləği; 2) 1.825,56 ABŞ dolları əsas borc, 112,84 ABŞ dolları faiz məbləği, cəmi 2.850,63 ABŞ dolları məbləğində kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1(bir) USD = 1,45 AZN) 4.564,06 manat təşkil edir, kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən ##.##.2020-ci il tarixədək uzadılır və həmin tarixdən etibarən kredit illik 25% ödənilir. KM***T********s** saylı, ##.##.2017-ci il tarixli kredit müqaviləsi üzrə ** saylı, ##.##.2017-ci il tarixli Əlavə Saziş üzrə əldə edilmiş razılığa əsasən cavabdehin iddiaçı qarşısında olan kredit öhdəliyinin qalığını təşkil edən 5.096,03 (4.564,06 əsas, 510,28 faiz və 21,69 cərimə) manat restrukturizasiya edilmiş və restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2020-ci il tarixədək müəyyən edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi kollegiyasının *-*(***)-****/** nömrəli, ##.##.2017-ci il tarixli qərarı ilə “xxxx” ASC müflis elan olunmuş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdır.
3. Iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ##.##.2023-ci il tarixli bildirişə əsasən cavabdehə kredit müqaviləsi üzrə ##.##.2023-cü il tarixə 3.806,23 manat əsas, 1.684,74 manat faiz, 1.936,14 manat cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 546,96 manat faiz borcunun, cəmi 7.974,07 manat borcun yarandığı bildirilmiş, gecikdirilmiş borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun və faizlərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdar edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Ləğv prosesində olan iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh Kəbirulla qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 7.987,85 manat olmaqla, 3.806,23 manat əsas, 1.684,74 manat faiz, 1.936,14 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 560,74 manat faiz borcunun və iş üzrə ödənilmiş 99,88 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və ************* saylı, ##.##.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
6. Cavabdeh Cavabdeh Kəbirulla qızı iddiaya qarşı etiraz (iddia müddətinin tətbiqi haqqında ərizə) təqdim edərək bildirmişdir ki, iş materiallarından da göründüyü kimi, ümumiyyətlə, iddiaçı tərəfindən aşağıdakı adda müqavilə və sazişlər əlavə olunub: iş materiallarında mövcud olmayan ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin əlavəsi olaraq bağlanıldığı iddia edilən ##.##.2017-ci il tarixli, *** saylı saziş; Tərəflər arasındakı mübahisənin predmeti olan ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və ona əlavə olaraq bağlanılan ##.##.2016-cı il tarixli ** saylı saziş; iş materiallarında mövcud olmayan ##.##.2017-ci il tarixli, KM***T********s** saylı kreditin müqaviləsinin əlavəsi olaraq bağlanılan ##.##.2017-ci il tarixli, ** saylı saziş. Eyni zamanda iddia ərizəsində adı çəkilən və həmçinin guya sonradan əlavə saziş kimi bağlanan müqavilələrdə istinad edilən (hansı ki, iddianın “əsasını” təşkil edir) aşağıdakı müqavilə və sazişlər ümumiyyətlə iş materiallarında mövcud deyil: ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi; ##.##.2017-ci il tarixli, KM***T********s** saylı kredit müqaviləsi. Lakin iş materiallarına əlavə edilmiş ##.##.2017-ci il tarixli, 002 N-li əlavə sazişin həm ad hissəsində, həm də preambulasında qara hərflərlə yazılıb ki, bu saziş tərəflər arasında bağlanmış ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə dəyişiklik barədədir. Lakin iddianın əsasını isə hələ də məhkəmənin və cavabdehin görmədiyi ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi deyil, tərəflər arasında bağlanmış ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi təşkil edir. Iddiaçının iddia ərizəsinin 1-ci səhifəsində sonuncu abzasda ##.##.2017-ci il tarixli, *** saylı əlavə saziş (bu da məqsədli olaraq səhv yazılıb, sazişin nömrəsi 002-dir) kimi qeyd edilib və həmin sazişin digər rekvizitləri, yəni hansı tarixli və nömrəli müqaviləyə dair əlavə saziş olduğu qeyd edilməyib. Pretenziya məktubunda tamamilə başqa bir müqaviləyə istinad edilir ki, onun da mövcud olub-olmadığı ümumiyyətlə ona məlum deyil. Pretenziya məktubunda qeyd olunan müqavilənin tərəflər arasında olan mübahisə ilə uzaqdan-yaxından əlaqəsi yoxdur. Tərəflər arasında ##.##.2017-ci il tarixdə kreditin verilməsi haqqında KM***T********s** saylı müqavilə bağlanmayıb (iddiaçı tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməyib); - tərəflər arasında 4.565 manat kreditin verilməsi haqqında müqavilə bağlanmayıb (iddiaçı tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməyib); - Tərəflər arasında ##.##.2017-ci il tarixdə illik 15 faiz ödənilməsi şərti ilə müəyyən edilməyib (iddiaçı tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməyib); - Tərəflər arasında ##.##.2017-ci il tarixdə kreditin müddətinin 41 ay olması şərti müəyyən edilməyib (iddiaçı tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməyib). Iddia ərizəsindən, həm də iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, tərəflər arasında ##.##.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanıb, mübahisə də yalnız həmin kredit müqaviləsi üzrədir. Əlbəttə, əsas müqavilədə nəzərdə tutulduğu və zərurət olduğu hallarda müqavilənin əlavəsi onun tərkib hissəsi hesab edilə bilər. Lakin hər bir halda nəzərə almaq lazımdır ki, öhdəlik, daha sonra isə “indiki mübahisə” qeyd edilən sazişlər əsasında deyil, iş materiallarına mövcud olunmayan və kiminlə bağlanması şübhə altında olan müqavilələrdən irəli gəlib. Işin qəribə və bir o qədər də gülməli tərəfi odur ki, iddiaçı iş materiallarına əlavə edilməyən, ümumiyyətlə bağlanılması şübhə altında olan müqavilələri təqdim edə bilməməsinin əsası kimi, onların itirilməsi, korlanması və məhv edilməsi fikrini irəli sürüb. Əlbəttə ki, bu, inandırıcı deyil. Çünki necə olur ki, tərəflərin həqiqi iradə ifadəsinin nəticəsi olan ##.##.2015-ci il tarixli kredit müqaviləsinin əsli iddia ərizəsinə əlavə edilir, amma ondan 2 il sonra bağlanıldığı iddia olunan müqaviləni məhkəməyə təqdim etmək mümkün olmur?! Bu məqamda bir haşiyə çıxaraq bildiririk ki, iddiaçı tərəfindən naməlum ##.##.2015-ci il tarixli müqavilə üzrə məhkəməyə kassa məxaric orderi təqdim olunub. Lakin bu sənədin mövcud olması ayrılıqda və özlüyündə hazırkı mübahisə üzrə iddiaçının iddiasının əsası kimi istinad etdiyi müqavilənin mövcud olmasını təsdiq etmir və onu əvəz edə bilməz, həmçinin onun təkbaşına olaraq qiymətləndirilməsi də düzgün deyil. Əgər kassa məxaric orderi varsa, demək ki, həmin orderin tərtib olunması üçün hər hansı bir hüquqi əsas olmalıdır. Həmin hüquqi əsas da, iş materiallarında olmayan müqavilədir. Beləliklə, bu iddia tələbləri sübutların olmaması və dolayısı ilə mahiyyəti əsassız olduğu üçün rədd edilməldir. Tərəflər arasında bu kredit münasibətlərinin xronologiyası aşağıdakı kimidir: 1) ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi bağlanıb və eyni tarixli kassa məxaric orderi əsasında cavabdehə 2.000 ABŞ dolları kredit verilib; 2) ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinı əlavə olaraq ##.##.2016-cı il tarixli, ** saylı saziş bağlanıb və borcalanın kreditor qarşısında kredit öhdəliyinin qalığı 1.313,03 ABŞ dolları müəyyən edilib. 3) Həmin bu əlavə saziş ##.##.2016-cı il – ##.##.2017-ci il ərzində qüvvədə olub; 4) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının ##.##.2017-ci il tarixli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ##.##.2017-ci il tarixdə ləğv edilib. 5) Ləğvetmədən sonra “xxxx” ASCnin ləğvedicisi olan AR Əmanətlərin Sığortalanması Fondu təyin edilib. 6) Bundan sonra “xxxx” ASC-nin ləğvedicisi olan AR Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə qarşı borc barədə hər hansı bildiriş və ya məhkəmə cəlbi olmayıb. Əksinə cavabdehə bildiriblər ki, bank bağlandığı üçün artıq heç bir şey ödəmək lazım deyil. Yuxarıda qeyd edilən faktlardan da açıq görünür ki, tərəflər arasındakı öhdəliyin icra olunmasının son tarixi ##.##.2017-ci il olub. Əgər cavabdeh öz öhdəliklərini pozmuşdusa, iddiaçı ən yaxşı halda ona qarşı ##.##.2020-ci ilədək iddia irəli sürə bilərdi.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim X1) ##.##.2025-ci il tarixli, e- 2(008)- **/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh Kəbirulla qızından 3.806, 23 manat əsas, 1.684,74 manat faiz, 300 manat cərimə, 560,74 manat illik 5 faiz olmaqla faiz, cəmi 6.351,71 manat məbləğində borc pulun və 99,88 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, ##.##.2015-ci kredit müqaviləsi məhkəməyə təqdim olunmasa da, bank ləğvetmə prosesində olduğuna görə kassa məxaric orderi cavabdehin bankdan pulu götürməyini təsdiq edən sübut kimi qəbul edilir. Cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişlər etməmiş, bununla da, iddiaçının müqavilədən irəli gələn kredit məbləğinin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də, əsas kredit və faiz borclarının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi qanuni və əsaslıdır.
9. Məhkəmə, iddia tələbinin öhdəliyin gecikdirməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hissəsi ilə əlaqədar hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti ##.##.2020-ci il tarixdə bitmişdir. Buna görə də, cavabdehdən müqavilə üzrə öhdəliyin vaxtında icra olunmaması nəticəsində cəmi 560,74 manat məbləğində dəymiş zərərin əvəzi tutularaq, iddiaçıya ödənilməlidir.
10. Məhkəmə əsas borcun 3.806,23 manat məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 1.936,14 manat məbləğində cərimə (dəbbə) pul məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab etmiş və həmin dəbbə pulunu azaldaraq 300 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlmişdir.
11. Məhkəmə xərclərinin bölüşdürülməsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 99,88 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4, 462.1, 465.2, 467, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 107, 119.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli qərara istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh Cavabdeh Kəbirulla qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin təkzibedilməz faktiki hallarından məlumdur ki, tərəflər arasındakı mübahisənin predmetini ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və ona əlavə olaraq bağlanılan ##.##.2016-cı il tarixli, ** saylı saziş təşkil edib. Lakin iddia ərizəsinə ona məlum olmayan, onun ümumiyyətlə, tərəfi olmadığı müqavilə və sazişlərin adları çəkilib. Belə ki, iddiaçı tərəfindən elektron məhkəmə sisteminə aşağıdakı adda müqavilə və sazişlər əlavə olunub: ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin əlavəsi olaraq bağlanıldığı iddia edilən iş materiallarında olmayan ##.##.2017-ci il tarixli, *** saylı saziş; Tərəflər arasındakı mübahisənin predmeti olan ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi və ona əlavə olaraq bağlanılan ##.##.2016-cı il tarixli, ** saylı saziş; Iş materiallarında mövcud olmayan ##.##.2017-ci il tarixli KM***T********s** saylı kredit müqaviləsinin əlavəsi olaraq bağlanılan ##.##.2017-ci il tarixli, ** saylı saziş. Eyni zamanda iddia ərizəsində adı çəkilən və həmçinin guya sonradan əlavə sazişlərin bağlanıldığı istinad edilən (hansı ki, iddianın “əsasını” təşkil edir) aşağıdakı müqavilələr ümumiyyətlə iş materiallarında mövcud deyil: ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi; ##.##.2017-ci il tarixli, KM***T********s** saylı kredit müqaviləsi. Lakin iş materiallarına əlavə edilmiş ##.##.2017-ci il tarixli, 002 N-li əlavə sazişin həm ad hissəsində, həm də preambulasında qara hərflərlə yazılıb ki, bu saziş tərəflər arasında bağlanmış ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə dəyişiklik barədədir. Bununla belə, iddianın əsasını isə hələ də nə işə baxan məhkəmənin, nə də cavabdehin görmədiyi ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi deyil, tərəflər arasında bağlanmış ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi təşkil edir. Iddiaçının iddia ərizəsinin 1-ci səhifəsində sonuncu abzasda ##.##.2017-ci il tarixli, *** saylı əlavə saziş (bu da məqsədli olaraq səhv yazılıb, sazişin nömrəsi 002-dir) kimi qeyd edilib və həmin sazişin digər rekvizitləri, yəni hansı tarixli və nömrəli müqaviləyə dair əlavə saziş olduğu qeyd edilməyib. Hələ bunlar az imiş kimi, göndərilən pretenziya məktubunda tamamilə başqa bir müqaviləyə istinad edilir ki, onun da mövcud olub-olmadığı ümumiyyətlə cavabdehə məlum deyil. Bu fakt artıq 1 il 8 aydır ki, davam edən bütün məhkəmə proseslərində dəfələrlə işə baxan məhkəmənin diqqətinə həm şifahi, həm də yazılı şəkildə çatdırılıb. Lakin məhkəmə bu faktı hər dəfə gözardı edib. Hətta belə bir müqavilə mövcud olduğu hesab edilsə belə, həmin müqavilə üzrə tələblərə iddia müddəti tətbiq edilməklə rədd edilməli idi. Belə ki, “xxxx” ASC-nin ləğvedicisi olan AR Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona qarşı borc barədə hər hansı bildiriş və ya məhkəmə olmayıb. Əgər o, öz öhdəliklərini pozmuşdusa, iddiaçı ən yaxşı halda ona qarşı ##.##.2020-ci il tarixədək iddia irəli sürə bilərdi. Bu barədə ##.##.2024-cü il tarixli “iddia tələbinə etiraz və iddia müddətinin tətbiq edilməsi” barədə ərizə də məhkəməyə təqdim edilib. Lakin görünən odur ki, işə baxan məhkəmə üçün nə həmin ərizənin, nə də qanunvericiliyin imperativ mövqeyinin heç bir önəmi olmayıb. Onun əsas borcu hələ faiz borcu ilə birlikdə 1.313,03 ABŞ dolları ikən, necə olur ki, 2017-ci ilin fevralında təkcə əsas borcu elə 1.825,56 ABŞ dolları təşkil edib?! Aydın məsələdir ki, kredit borcu məbləğində əsas borc sabit qalmalı, əgər borcda artım varsa, bu faiz məbləğində müşahidə olunmalıdır. Lakin hazırkı işin faktiki hallarından görünür ki, burada əsas borc məbləği dəyişkənlik göstərir və onda xeyli artım mövcuddur. Digər bir tərəfdən, ##.##.2017-ci il tarixli, *** nömrəli əlavə sazişdə cavabdehin borcu əsas borc - 1.825,56 ABŞ dolları, faiz borcu - 112.84 ABŞ dolları olmaqla, cəmi 2.850,63 ABŞ dolları qeyd edilib. Əsas və faiz borcunun sadə riyazı hesablaması üzrə yekun məbləğ 1.938,4 (1.825,56 + 112.84) ABŞ dolları təşkil etməli olduğu halda, necə olub ki, yekun məbləğ 2.850,63 ABŞ dolları müəyyən edilib?! ##.##.2017-ci il tarixli, ** nömrəli əlavə “saziş” ilə onun borcu ifrat dərəcədə şişirdilərək 4.564 manat, faiz borcu isə 510 manat məbləğində qeyd edilib. Buna əlavə olaraq da 21.69 manat da cərimə borcu hesablanıb. Bununla da cavabdehin cəmi 313 ABŞ dolları qalan borcu, bank tərəfindən külli miqdarda artırılaraq cəmi 5.096,03 manata çatdırılıb. Belə ki, ekspert rəyinin “tədqiqat prosesinin təsviri” bölümündə istinad edilən kredit müqavilələri üzrə məlumatlar həm tarix, həm nömrə, həm də məbləğ baxımından tamamilə fərqli məlumatlardır, istinad edilən sənədlər iş materilallarında mövcud deyil. Hesablamalar da həmin məlumatların üzərindən aparıldığı üçün qanuni sayıla bilməz. Bunlardan yalnız birini qeyd etmək kifayət edir: iş materiallarında ##.##.2017-ci il tarixli, ** saylı əlavə saziş yoxdur və həmin tarixli və nömrəli hər hansı sazişlə cavabdehin kredit məbləği 4.564,06 azn müəyyən edilməyib. Iş materiallarında ##.##.2017-ci il tarixli, ** saylı əlavə saziş adlanan sənəd var ki, o da ##.##.2017-ci il tarixli, KM***T********s** saylı kredit müqaviləsinin dəyişikliyidir. Rəydəki hesablamalar yalnız ##.##.2017-ci il tarixdən sonra ödənilmiş kredit borcuna dair aparılıb. Halbuki, cavabdeh 2015ci ilin mart ayından ödənişlər etməyə başlayıb. Çünki tərəflər arasındakı borc münasibətinin əsasını ##.##.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi təşkil edir. Işə baxan məhkəmə tərəfindən ümumiyyətlə nə ##.##.2023-cü il tarixli ekspretiza rəyinə istinad edilməyib, nə də təkrar ekspertiza barədə vəsatətə nə ayrıca bir qərardad şəklində, nə də ki, iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli, e-2(008)- **/**** saylı qətnamənin heç bir hissəsində hüquqi münasibət bildirilməyib. Iddiaçı tərəfindən naməlum ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə məhkəməyə kassa məxaric orderi təqdim olunub. Lakin bu sənədin mövcud olması ayrılıqda və özlüyündə hazırkI mübahisə üzrə iddiaçının iddiasının əsası kimi istinad etdiyi müqavilənin mövcud olmasını təsdiq etmir və onu əvəz edə bilməz, həmçinin onun təkbaşına olaraq qiymətləndirilməsi də düzgün deyil. Işə baxan məhkəmə hələ onun vəkili və nümayəndəsi olaraq işə cəlb edilmədiyi vaxt yalnız bir məhkəmə hazırlıq iclası (##.##.2023) keçirərək, tərəflərin heç birinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, müvafiq qərardadla “iş üzrə araşdırmanın yetərli olması” qənaətinə gəlmiş ##.##.2023-cü il tarixdə məhkəmə baxışı təyin etmişdi.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev)## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh Cavabdeh Kəbirulla qızının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin cavabdeh Cavabdeh Kəbirulla qızından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulan əsas, faiz, gecikdirilmiş müddət üçün faiz, habelə dövlət rüsumunun məbləği hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin çıxarılması, iddianın həmin hissədə qismən təmin edilməsi, cavabdeh Cavabdeh Kəbirulla qızından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3.699 (üç min altı yüz doxsan doqquz) manat məbləğində əsas, 766 (yeddi yüz altmış altı) manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 554,34 (beş yüz əlli dörd manat, otuz dörd qəpik) manat məbləğində faiz və ödənilmiş dövlət rüsumunun 73,20 (yetmiş üç manat, iyirmi qəpik) manat hissəsinin əvəzinin tutulması, qətnamənin cavabdeh Cavabdeh Kəbirulla qızından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulan ümumi borcun məbləği hissəsində dəyişdirilməsi, ümumi borcun 5.319,34 (beş min üç yüz on doqquz manat, otuz dörd qəpik) manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə aralarında ##.##.2015-ci il tarixli müqavilənin bağlanılmamasına, ümumiyyətlə belə bir müqavilənin olmamasına istinad etsə də, nəzərə alınmalıdır ki, cavabdehin bağlandığını qəbul etdiyi ##.##.2015-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən ona ümumilikdə 2.000 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqavilə üzrə ##.##.2016-cı il tarixdə bağlanmış əlavə sazişə əsasən müqavilə üzrə qalıq borc 1.313,03 ABŞ dolları məbləğində müəyyən edilmiş və həmin məbləğdə kreditin ödənilməsi müddəti ##.##.2017-ci il tarixədək uzadılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh bu məbləğin təxminən 1.000 ABŞ dolları hissəsini ödədiyini və qalıq borcunun təxminən 313 ABŞ dolları qaldığını bildirsə də, bu halı sübuta yetirə bilmir və öz mövqeyinin təsdiqi olaraq hər hansı sübut məhkəməyə təqdim etmir. Əksinə iddiaçı ilə aralarında bağlanmış ##.##.2017-ci il tarixli əlavə sazişin məzmunundan onun daha yüksək məbləğdə borcunun olduğu müəyyən edilir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh belə bir saziş bağlamadığını, banka başqa sənədlərin imzalanması məqsədi ilə çağırıldığını və nəticədə aldadılaraq həmin sazişi imzaladığını, həmin sazişin ##.##.2015-ci il tarixli müqaviləyə əlavə olduğunun qeyd edildiyini, lakin həmin tarixli belə bir kredit müqaviləsinin bağlanmadığını bildirir. Iddiaçı ##.##.2015-ci il tarixli kredit müqaviləsini təqdim edə bilmir, yalnız həmin tarixli kassa məxaric orderini təqdim edir. Cavabdeh tərəfindən imzalanmış bu orderə əsasən iddiaçı tərəfindən ##.##.2015-ci il tarixdə ona 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bu məbləğin də ona verilmədiyini vurğulayır, lakin həmin order üzərində imzasının olmasına, yəni hansı səbəbdən və hansı şəraitdə bu sənədi imzalamasına aydınlıq gətirə bilmir. Ümumi olaraq, yenə də hər hansı sübut təqdim etmədən ayrı-ayrı vaxtlarda iddiaçıdan kreditlər götürdüyünü və artıqlaması ilə ödədiyini söyləyir. Nəticə etibarı ilə ##.##.2015-ci il tarixli orderin onun tərəfindən imzalandığı öz təsdiqini tapır. Bu da həmin orderdə göstərilən məbləğin onun tərəfindən götürülməsinə dəlalət edir. Digər tərəfdən cavabdehin imzaladığı ##.##.2017-ci il tarixli, *** saylı əlavə sazişdə (ümumiyyətlə cavabdeh bu və sonrakı sazişin əslinin mövcud olmaması mövqeyindən də çıxış etmiş, lakin bu sənədlərin əslinin iddia ərizəsi ilə birlikdə elektron kabinetə yerləşdirildiyi kollegiya tərəfindən bir daha yoxlanılmış və həmin sənədlərin əsillərinin mövcud olması öz təsdiqini tapmışdır (elektron kabinetdə “digər sənədlər” qovluğu, 9cu bənd “kredit müqaviləsi və ödəniş cədvəli”) cavabdeh tərəf bir müddət həmin sənədlərin onun tərəfindən imzalanmaması mövqeyindən də çıxış etmiş, lakin bu hal vaxt etibarı ilə uzun çəkməmiş, iş üzrə xəttşünaslıq ekspertizasının təyin edilməsi təklif edildikdən sonra həmin mövqeyin üzərində dayanılmamışdır) sazişin məhz ##.##.2015-ci il tarixli müqavilə üzrə tərtb edildiyi göstərilmişdir. Həmin müqavilə iddiaçı tərəfindən təqdim edilməsə də, ##.##.2017-ci il tarixli əlavə sazişin məzmunu tam aydın şəkildə tərtib edilərək, orada nəticə etibarı ilə cavabdehin iddiaçı qarşısında iki ayrı-ayrı (nəticə etibarı ilə bu öhdəliklərin 2 kredit müqaviləsi üzrə yaranması qənaətinə gəlmək üçün xüsusi bilik tələb olunmur, sazişin “dəyişikliklərin məzmunu” bəndinin 1.1-ci yarımbəndində “1” və “2” rəqəmi ilə işarələnmişdir) öhdəliyinin olduğu və hər öhdəlik üzrə qalıq kredit borcunun məbləği (892,92 ABŞ dolları əsas, 19,31 ABŞ dolları faiz və 1825,56 ABŞ dolları əsas və 112,84 ABŞ dolları faiz, onların ümumi cəmi 2.850,63 ABŞ dolları) Azərbaycanda istifadə edilən rəqəmlərlə konkret qeyd edilmişdir. Bu saziş cəmi bir səhifədən ibarətdir və kifayət qədər oxunaqlı bir şriftlə tərtib edilmişdir. Sazişdə olan rəqəmləri görməmək və cavabdehin bildirdiyi kimi, bu sənədi borcun bağışlanması sazişi kimi qəbul edilməsi heç bir halda mümkün deyil. Məzmun etibarı ilə sazişin hər hansı bir hissəsində borcun bağışlanmasına işarə belə yoxdur. Sazişdə iddiaçının istinad etdiyi 1.313,03 və ya 313,03 rəqəmi umumiyyətlə mövcud deyil. Dəfələrlə bankdan kredit götürən və artıqlaması ilə krediti qaytaran şəxs olaraq cavabdeh borcun silinməsi prosedurundan və bunun nəticəsi olaraq hər hansı borcun qalmaması barədə maliyyə arayışının verilməsindən məlumatlı olmalı idi. Belə olan halda, cavabdehin hansı qaydada aldanılaraq, həmin sənədi imzalaması nəinki aydın deyil, ümumiyyətlə mümkün deyil. Cavabdeh eyni zamanda savadsızlığına da istinad edir. Halbuki, təqaüd yaşına çatması və artıq təqaüddə olması (təqaüd alması) ilə yanaşı, iddiaçı hazırda da əmək fəaliyyətini “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialında operator (idarəetmə pultu) vəzifəsində davam etdirir ki, bu da onun rəqəm tanımamaq və borcun silinməsi sənədinin borcun yeni qrafik üzrə müəyyən edilməsi sənədindən fərqləndirə bilməməsi səviyyəsində “savadsız” olmasını istisna edir.
19. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, ##.##.2017-ci il tarixli sazişi aldatma nəticəsində imzaladığını bildirən iddiaçı hələ bundan sonra ##.##.2017-ci il tarixli sazişi də imzalamış, bundan sonra isə bu saziş üzrə ümumilikdə 1.846,01 manat məbləğində kredit də ödəmişdir. Həmin saziş bağlandıqdan, yəni 2017-ci ilin iyul ayından sonra bu məbləğdə ödənişin aparılması məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023- cü il tarixli, */**** nömrəli ekspert rəyi ilə öz təsdiqini tapır.
20. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh tərəf (vəkil və nümayəndəsi nəzərdə tutulur) apellyasiya instansiya məhkəməsindəki icraat zamanı həmin məbləğin cavabdeh tərəfindən ödənilmədiyi, bu ödəniş barədə ümumiyyətlə məlumatlarının olmadığı mövqeyindən çıxış edir. Lakin maraqlısı ondan ibarətdir ki, hazırki iş üzrə cavabdehə hüquqi yardım göstərən vəkil və nümayəndə işə qoşulanadək, yəni ##.##.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh sədrlik edənin suallarına cavab olaraq sonuncu ödənişinin 2019-2020-ci illərdə olduğunu artıq etiraf etmiş və onun bu cavabı həmin iclasının protokolunda əks olunmuşdur (1-ci cild, i.v. 92). Hər bir halda, cavabdeh 2017-ci ildən ödənişləri dayandırması barədə hər hansı fikir söyləməmişdir (məhkəmə kollegiyası bu fikri cavabdeh tərəfindən bu məsələ ilə bağlı hər hansı yeni bir mövqeydən (illəri səhv salmış, işdən də görünür ki, 2020-ci ildə hər hansı ödəniş olmamışdır və sair) çıxış etməsinin qarşısını almaq məqsədi ilə qeyd edir). Cavabdehin şəxsən bu halı etiraf etməsi 1.846,01 manat pulun onun tərəfindən ödənilməsi məsələsinə hər hansı başqa qaydada qiymət verilməsini istisna edir və belə qənaətə gəlməyə əsas verir ki, bu məbləğ məhz cavabdeh tərəfindən kredit öhdəliyinin icrası qaydasında ödənilmişdir. Bu hal öz növbəsində cəmi 313,03 ABŞ dolları borcun qalması barədə cavabdehin mövqeyinin də əsassız olduğunu və həm 2017-ci ilin fevral, həm də iyul aylarında onun tərəfindən (məzmunu ona tam məlum olan bir şəraitdə) əlavə sazişlərin bağlanmasını təsdiq edir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ümumiyyətlə cavabdehin sərgilədiyi mövqeyin özü ziddiyyətlidir. Belə ki, 2017-ci ilin fevral ayında cavabdeh (özü bunu bildirir, 1-ci cild i.v. 75 - vəsatətin sonuncu abzası) həqiqətən də borcun silinməsi məqsədi ilə sənədlərin imzalanması üçün banka dəvət edilmişdirsə və nəticədə bu məqsədlə də sənədləri imzalamışdırsa sadə məntiqlə belə qənaətə gəlmək olar ki, onun həmin vaxt iddiaçıya artıq hər hansı borcu qalmamışdır. Belə olan halda, ##.##.2017-ci il tarixli əlavə sazişin (cavabdeh bu sazişdə olan imzanın da ona məxsus olmadığını bildirmir, imzasını təsdiq edir) cavabdeh tərəfindən hansı məqsədlə imzalaması və bu sazişi imzalamaq üçün hansı qaydada aldadılaraq banka dəvət edilməsi açıq qalır. Hər bir halda, 2017-ci ilin iyul ayında da cavabdeh hər hansı bir bəhanə ilə banka dəvət edilməli idi və bu zaman da sənədlərin imzalanması üçün aldadılmalı idi. Belə ki, cavabdehin mövqeyinə görə həmin vaxt artıq borc olmamışdır. Lakin cavabdeh bununla bağlı hər hansı fikir söyəməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin dəlilləri (##.##.2015-ci il tarixli kredit müqaviləsin olmaması, ##.##.2017-ci il tarixli əlavə sazişin başlığında mövcud olmayan və nömrəsi bəlli olmayan ##.##.2017-ci il tarixli kredit müqaviləsinə istinad edilməsi və sair) ##.##.2017-ci il tarixli və ##.##.2017-ci il tarixli əlavə sazişlərin etibarsız hesab edilməsi və nəticə etibarı ilə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh ##.##.2017-ci il tarixli sazişi imzaladıqdan sonra, ##.##.2017-ci il tarixli sazişi də imzalamış və onun icrası qaydasında hətta 1.846,01 manat məbləğində kredit də ödəmişdir. Bu hərəkətləri ilə də həmin sazişləri bəyənərək, iddiaçıya olan borcunu hüquqi nəticə etibarı ilə etiraf etmiş və borc məbləğinin qaytarılması üzrə ödəniş şəklində real addımlar atmışdır. Həmin sazişləri imzalayaraq onların icrasına yönəlmiş iradə ifadəsini bəyan etmişdir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin bu qəbildən olan dəlillərinin və həmin dəlillərə söykənən cavabehin mövqeyinin əsassız olduğunu təsdiq edir.
23. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli əlavə saziş üzrə kredit müddətinin ##.##.2020-ci il tarixədək müəyyən edilməsi, hazırki iş üzrə iddianın da ##.##.2023-cü il tarixdə qaldırılması iddia müddətinin tətbiq edilməsini də istisna edir. Nəticə etibarı ilə iddia müddəti ötürülməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçıdan borc alan cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Birinci instansiya məhkəməsi də göstərilənləri nəzərə alaraq, haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Bu səbəbdən cavabdeh həmin müqavilə üzrə iddiaçıya yaranmış borcunu ödəməlidir.
25. Apellyasiya instansiyası məhkəməsi iddia üzrə tələb edilən əsas və faiz borcu ilə bağlı iş materiallarında olan mühasibat sənədlərini ##.##.2023-cü il tarixli, */**** nömrəli ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edib və ekspert rəyini mötəbər sübut kimi qəbul edib, belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni ##.##.2020-ci il tarixə yaranmış borcun müəyyən edilməsi zamanı məhz ekspert rəy əsas götürməli, bu səbəbdən əsas borc 3.699 manat, faiz borcu isə 766 manat məbləğində müəyyən edilməlidir. Məhz bu məbləğdə əsas və faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcuna münasibətdə də ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, hesab etmişdir ki, bu tələb üzrə cavabdehdən iddiaçının xeyrinə 554,34 manat məbləğində faiz borcu tutulmalıdır.
27. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, kredit müqaviləsinə iddiaçı ilə cavabdeh arasında cərimə məbləğinin hesablanması haqqında yazılı formada razılaşma da olmuş, yəni cavabdeh ödənişlərin gecikdirilməsi nəticəsində cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış cərimə borcunun ödənilməsini tələb edir.
28. Apellyasiya instansiyası məhkəməsi işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kreditin, habelə aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, birinci instansiya məhkəməsinin bu hissədə mövqeyi ilə razılaşaraq, belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə məbləğinin azaldılması üçün hər hansı əsas yoxdur.
29. Eyni zamanda, məhkəmə kollegiyası tutulmalı olan borcun ümumi məbləğinin (3.699 manat əsas + 766 manat faiz + 300 manat cərimə + 554,34 gecikdirilmiş müddət üçün faiz borcu = 5.319,34) 5.319,34 manat olmasını nəzərə alıb belə qənaətə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun bu məbləğə uyğun olan, yəni 73,20 manat məbləğində hissəsinin əvəzi tutulmalı, qalan 26,68 manat hissəsi iddiaçıya aid edilməlidir.
30. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 357, 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 463.1, 465.2, 467-ci maddələrinə, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələblərinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi heç cür başa düşülən deyildir. Çünki işin vacib məqamı bundan ibarətdir ki, mülki prosessual qanunvericilik hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini müəyyən edib (MPM-nin 77.1-ci maddəsi). Hazırki situasiyada iddiaçının cavabdehlə bağlandığını iddia etdiyi ##.##.2015-ci il tarixli, ********* saylı və ##.##.2017-ci il tarixli, KM***T********s** saylı kreditin verilməsi haqqında müqavilələr məhkəməyə təqdim edilməmişdir. Lakin guya adıçəkilən bu naməlum müqavilələrin əlavəsi olaraq göstərdiyi “saziş”ləri məhkəməyə təqdim etməsi özlüyündə həmin müqavilələrin mövcudluğunu təsdiq etmir. Əlbəttə, əsas müqavilədə nəzərdə tutulduğu və zərurət olduğu hallarda müqavilənin əlavəsi onun tərkib hissəsi hesab edilə bilər. Lakin hər bir halda nəzərə almaq lazımdır ki, öhdəlik, daha sonra isə “hazırki mübahisə” qeyd edilən sazişlər əsasında deyil, iş materiallarına mövcud olmayan və kiminlə bağlanması şübhə altında olan müqavilələrdən irəli gəlib.
33. Işə baxan məhkəmə iddiaçı tərəfindən iş materiallarına əlavə edilməyən, ümumiyyətlə bağlanılması şübhə altında olan müqavilələrinin mövcudluğunu və öz mövqeyini sübuta yetirmək üçün cavabdehin gərgin və hüquqi dəstəyi olmayan zaman verdiyi izahatlarını araşdırmışdır. Halbuki iddiaçı tərəfindən rəsmi vəkil sorğusuna verilən ##.##.2025-ci il tarixli, **- */*-****/**** nömrəli məktubda bildirilir ki, “...Sorğunuza cavab olaraq bildiririk ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2015-ci il tarixli, ********* nömrəli və ##.##.2017-ci il tarixli, KM***T********S** nömrəli kredit müqavilələri bankın arxivində aşkar etmək mümkün olunmamışdır”. Bu məktub həm birinci instansiya, həm də apellyasiya instansiya mərhələsində icraat aparılan zaman elektron məhkəmə sisteminə yerləşdirilib. Lakin nə hikmətdirsə, bu dəfə iddiaçı sözügedən müqavilələri təqdim edə bilməməsinin əsası kimi, onların itirilməsi, korlanması və məhv edilməsi fikrini irəli sürməyib. Çox güman ki, iddiaçı bankın nümayəndələri belə özlərinin uydurma və həqiqəti əks etdirməyən yalanlarına inanmayıblar və nə qədər gülünc səsləndiyinin fərqinə varıblar. Əlbəttə ki, bu, inandırıcıda olmazdı. Çünki necə olur ki, tərəflərin həqiqi iradə ifadəsinin nəticəsi olan ##.##.2015-ci il tarixli kredit müqaviləsinin əsli 8 il sonra iddia ərizəsinə əlavə edilir, amma ondan 2 il sonra bağlanıldığı iddia olunan müqaviləni məhkəməyə təqdim etmək mümkün olmur?! Yeri gəlmişkən, bu tip məsələlərlə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi bir neçə dəfə öz mövqeyini ortaya qoyub. Belə ki, Ali Məhkəmənin ##.##.2023-cü il tarixli, 2-2(102)-575/2023 Qərarına əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir.
34. Həm Ali Məhkəmənin rəhbər mövqeyindən, həm də qanunvericiliyin məzmunundan hasil olan nəticə budur ki, kassa məxaric orderi həmin orderin verilməsinin əsası olan müqavilə mövcud olduğu təqdirdə sübut kimi qiymətləndirilə bilər. Digər tərəfdən işə baxan məhkəmə qətnaməsində bildirib ki, “...Cavabdeh eyni zamanda savadsızlığına da istinad edir. Halbuki, təqaüd yaşına çatması və artıq təqaüddə olması (təqaüd alması) ilə yanaşı, iddiaçı hazırda da əmək fəaliyyətini “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı filialında operator (idarəetmə pultu) vəzifəsində davam etdirir ki, bu da onun rəqəm tanımamaq və borcun silinməsi sənədinin borcun yeni qrafik üzrə müəyyən edilməsi sənədindən fərqləndirə bilməməsi səviyyəsində “savadsız” olmasını istisna edir” Lakin hər şeydən öncə cavabdehin əmək fəaliyyəti ilə məşğul olması onun hüquqi biliyinin mövcud olmasına dəlalət etmir. Hansı ki, bu mövqenin özü belə qanun mövqeyinin rəhbər tutulduğu hüquq sistemində qətnamənin əsaslandırılması üçün əsas deyil. Həmçinin cavabdehin gördüyü işlər hər hansı bir hüquq departamentinin deyil, hərhansı fəhlələrin gördüyü işlərə bərabərdir.
35. Məhkəmə tərəfindən işi üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədilə cavabdehin ödəməyini tələb etdiyi kredit borcunun real məbləği müəyyənləşdirilməli, iş üzrə mütləq şəkildə ilkin məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli, ixtisaslı ekspert tərəfindən həqiqi kredit borcu məbləğinin (cavabdehin əsas borcu, faiz borcu və s.) müəyyənləşdirilməsi son dərəcə zəruri idi. Beləliklə, cavabdeh tərəfindən ## ######## 2023-cü tarixli vəsatətlə “##.##.2015-ci il, 130012606 N-li kredit müqaviləsi üzrə real kredit borcu məbləğinin və borc tarixçəsinin (əsas borc, faiz borcu, cərimə, ödəniş tarixçəsi və s.) müəyyənləşdirilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi” birinci instasniya məhkəməsindən tələb edilib. Nə əcəbsə, işə baxan məhkəmə hələ ilk hazırlıq iclasından dərhal sonra “təcili baxış təyin etməsinə” baxmayaraq, heç olmazsa yenə insaflı davranıb və hansısa insaflı vəkilin yazdığı “ekspertizanın təyin edilməsi barədə” ərizəni təmin edib. Lakin həmin ekspert rəyi yenə də mövcud həqiqəti əks etdirməmişdir.Birincisi, rəyin “tədqiqat prosesinin təsviri” bölümündə istinad edilən kredit müqavilələri üzrə məlumatlar həm tarix, həm nömrə, həm də məbləğ baxımından tamamilə fərqli məlumatlardır, istinad edilən sənədlər iş materilallarında mövcud deyil. Hesablamalar da həmin məlumatların üzərindən aparıldığı üçün qanuni sayıla bilməz.Ikincisi, rəydəki hesablamalar yalnız ##.##.2017-ci ildən sonra ödənilmiş kredit borcuna dair aparılmışdır. Halbuki, cavabdeh 2015-ci ilin mart ayından ödənişlər etməyə başlayıb. Çünki tərəflər arasındakı borc münasibətinin əsası ## #### 2015-ci il, ********* saylı kredit müqaviləsidir. Buna görə də cavabdehin vəkili bununla razılaşmayaraq, ##.##.2024-cü ildə əsaslandırılmış yazılı vəsatətlə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini tələb edib. Tərəflərindən açıq-aydın hesablamalar şəklində dəfələrlə məhkəmənin diqqətinə çatdırılıb ki, cavabdehin ən yaxşı halda 313,0 ABŞ dolları borcu qalmış ehtimalı ola bildiyi halda iddiaçı bank tərəfindən dəfələrlə saxtakarlıq edilərək və cavabdehin savadsızlığından, naifliyindən istifadə edərək bu məbləği külli miqdarda artırılaraq 5.096,03 AZN-ə çatdırılıb.Mövcud həqiqəti əks etdirməyən, başdan-ayağa ziddiyyətli olan ekspert rəyi apellyasiya instansiya məhkəməsində işin obyektiv həlli üçün yetərli olub. Hansı ki, bu rəy də cavabdehdən iddiaçıya ödəniləcək məbləği formalaşdırıb.
36. Həmçinin apellyasiya instansiya məhkəməsində hazırki iş üzrə 7 dəfə şifahi məhkəmə baxış iclası təyin olunub (elektron məhkəmə sistemindən çıxarışın surəti əlavə edilir) MPM-nin 368.3-cü maddəsinə əsasən, qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir.
37. Bundan başqa, iddia tələbləri üzrə iddia müddətinin ötürüldüyü üçün cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim etmişdir. Lakin səbəbi hələ də cavabdeh tərəfə məlum olmayan səbəblərdən sözügedən ərizəyə birinci instansiya məhkəməsi, ümumiyyətlə, apellyasiya instansiya məhkəməsi isə işin hallarına uyğun hüquqi münasibət bildirməmişdir. Qeyd edilən arqumentlərdən və iş materiallarından da açıq görünür ki, birinci və apellyasiya instansiya məhkəməsi borcun əsası və məbləği barədə məhkəmə yalnız illuziyalara əsaslanıb. Bundan başqa, hər iki instansiya məhkəməsinin istinad etdiyi “əsas” iş materiallarında olmayan ümumiyyətlə mövcud olmayan müqavilələr və mötəbərliyi sual altında olan kassa məxaric orderi olmuşdur. Hətta işin qəribə tərəfi odur ki, işə baxan apellyasiya məhkəməsi iddiaçı tərəfindən iş materiallarına əlavə edilməyən, ümumiyyətlə, bağlanılması şübhə altında olan müqavilələrin mövcudluğunu və öz mövqeyini sübuta yetirmək üçün (hansı ki bu iddiaçının vəzifəsidir) cavabdehin gərgin və hüquqi dəstəyi olmayan zaman verdiyi izahatlarını araşdırmışdır. Halbuki iddiaçı tərəfindən rəsmi vəkil sorğusuna verilən ##.##.2025ci il tarixli, **-*/*-****/**** nömrəli məktubda bildirilir ki, “...Sorğunuza cavab olaraq bildiririk ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2015-ci il tarixli, ********* nömrəli və ##.##.2017-ci il tarixli, KM***T********S** nömrəli kredit müqavilələri bankın arxivində aşkar etmək mümkün olunmamışdır”. Yeri gəlmişkən bu məktub həm birinci instansiya, həm də apellyasiya instansiya mərhələsində icraat aparılan zaman elektron məhkəmə sisteminə yerləşdirilib.Lakin nə hikmətdirsə, bu dəfə iddiaçı sözügedən müqavilələri təqdim edə bilməməsinin əsası kimi, onların itirilməsi, korlanması və məhv edilməsi fikrini irəli sürməyib. Çox güman ki, iddiaçı bankın nümayəndələri belə özlərinin uydurma və həqiqəti əks etdirməyən yalanlarına inanmayıblar və nə qədər gülünc səsləndiyinin fərqinə varıblar. Əlbəttə ki, bu, inandırıcıda olmazdı. Çünki necə olur ki, tərəflərin həqiqi iradə ifadəsinin nəticəsi olan ##.##.2015-ci il tarixli kredit müqaviləsinin əsli 8 il sonra iddia ərizəsinə əlavə edilir, amma ondan 2 il sonra bağlanıldığı iddia olunan müqaviləni məhkəməyə təqdim etmək mümkün olmur?! Digər tərəfdən, apellyasiya şikayətində də qeyd etdikləri kimi, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamədə nə ##.##.2023-cü il tarixli ekspretiza rəyinə istinad edilməmişdir, nə də təkrar ekspertiza barədə vəsatətə nə ayrıca bir qərardad şəklində, nə də ki, iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnamənin heç bir hissəsində hüquqi münasibət bildirməmişdi. Təəssüflər olsun ki, işin daha qəribə tərəfləri özünü apellyasiya instansiya məhkəməsinin həm həqiqəti əks etdirməyən ekspert rəyini qətnamənin əsaslandırma hissəsində istifadə etməsi, həm təkrar ekspertizanın keçirilməsinə olan etinasızlığında büruzə verib. Belə ki, işə baxan məhkəmə qətnaməsində bildirib ki, “...məhkəmə kollegiyası cavabdeh tərəfindən bu istiqamətdə hər hansı sübutun təqdim edilmədiyini, habelə məhkəmə tərəfindən də bunun üçün hər hansı əsasın müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə təkrar məhkəməmühasibat ekspertizasının keçirilməsinə də hər hansı zərurət görmür”. Əfsuslar olsun ki, mövcud həqiqəti əks etdirməyən, başdan-ayağa ziddiyyətli olan ekspert rəyi apellyasiya instansiya məhkəməsidə işin obyektiv həlli üçün yetərli olub. Hansı ki, bu rəy də cavabdehdən iddiaçıya ödəniləcək məbləği formalaşdırıb. Belə ki, qətnamənin qət hissəsində bildirilib ki, “...Cavabdeh Cavabdeh Kəbirulla qızından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3.699 (üç min altı yüz doxsan doqquz) manat məbləğində əsas, 766 (yeddi yüz altmış altı) manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi tarixdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 554,34 (beş yüz əlli dörd manat, otuz dörd qəpik) manat məbləğində faiz və ödənilmiş dövlət rüsumunun 73,20 (yetmiş üç manat, iyirmi qəpik) manat hissəsinin əvəzi tutulsun”. Lakin işə baxan hakim də hesablama da yanlışlığa yol verib. Belə ki, ekspert rəyi və dövlət rüsumu üzrə qeyd olunan məbləğləri topladıqda məlum olur ki, qətnamə üzrə cavabdehdən iddiaçının xeyrinə – 5092,54 (beş min doxsan iki manat, əlli dörd qəpik) AZN pul tutulmalıdır. Lakin hazırki qətnamə üzrə cavabdehdən iddiaçının xeyrinə 227 (iki yüz iyirmi yeddi) AZN artıq, yəni 5.319,34 (beş min üç yüz on doqquz manat, otuz dörd qəpik) AZN pul məbləğinin tutulması müəyyən edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
40. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
42. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
43. Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
44. Maddə 448.1.Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
45. Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
46. Maddə 462.1.Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
47. Maddə 463.1.Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
48. Maddə 465.2.Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
49. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
50. Maddə 739.1 (##.##.2023-cü ilədək qüvvədə olan).Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
51. Maddə 739.2 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
52. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
58. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
63. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, cavabdehin apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi apelyasiya şikayətinin dəlillərinə və cavabdehin dəlillərinə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
65. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
67. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.