Məhkəmə qərarları › İş №2(1-8)-997/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-997/2026

19.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-997/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən 1.81 ha boş torpaq sahəsinə müəyyən olunmuş tariflərlə icarə müqaviləsi bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və cavabdeh1 cavabdeh qismində cəlb edilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən 1.81 ha boş torpaq sahəsinə müəyyən olunmuş tariflərlə iddiaçı İddiaçı ilə icarə müqaviləsi bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Xidmətin üzərinə qoyulması və icarə hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, iddiaçı İddiaçı aidiyyəti üzrə səlahiyyətli olan inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir (hakim-Nərgiz Tağıyeva).

4. Məhkəmə qeyd etmişdir ki, iddia tələbindən və iş materiallarından göründüyü kimi, iddiaçı cavabdeh cavabdeh2 dövlət mülkiyyətində olan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bu tələb mahiyyət etibarilə cavabdeh inzibati orqanın torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hakimiyyət səlahiyyətlərindən irəli gələn qərar qəbul etməsinə və ya hərəkətsizliyindən müdafiəyə yönəlmişdir.

5. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının ehtimal etdiyi hüquqlarının pozulmasına inzibati orqanın hərəkətsizliyi səbəb olduğundan məsələyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

6. Iddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, həmin ünvanda torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi ilə əlaqədar eyni tələblə, eyni cavabdehlərə qarşı Bakı Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, lakin Bakı Inzibati Məhkəməsinin 2-1(112)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmayaraq, həmin iddia tələbi ilə ümumi məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Bakı Inzibati Məhkəməsinin həmin qərardadı Bakı Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə (sədrlik edən C.Yusifov) dəyişdirilmədən saxlanılmışdır. Ona görə də göstərilənlərə əsaslanaraq ümumi məhkəməyə müraciət edilmişdir. Belə olan halda isə məhkəmə qanunsuz və əsassız qərardadını ləğv edərək, iddia ərizəsinin baxılmasına dair yeni qərardad qəbul etməlidir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Məhəmməd Rüstəmli-sərlik edən və məruzəçi, Fərrux Qasımov və Günay Axundova)

10. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, işdən göründüyü kimi, iddiaçı torpaq sahəsinə müəyyən olunmuş tariflərlə icarə müqaviləsi bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehlər inzibati orqanların üzərinə qoyulmasını tələb etmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli qərarına əsasən dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu tələblərə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.

13. Iddiaçı qonşuluğunda yerləşən torpaq sahəsi ilə əlaqədar oxşar tələb üzrə 2023-cü ildə qəbul edilmiş birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin iddianın mümkün sayılmaması barədə qərardadlara istinad etsə də, həmin qərardadların kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılması barədə məlumat göstərməmişdir.

14. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Iddiaçı (vəkil Vəkil) həmin qərardaddan kassasiya şikayəti vermiş, ##.##.2026-cı il tarixli qərardadını ləğv edərək, iddia ərizəsinin baxılması üçün işi birinci instansıya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında hüquqi münasibətlərin təbiətinə uyğun qeyd edilən mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Belə ki, işin mahiyyəti ondan ibarətdir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən 1.81 ha boş torpaq sahəsinə müəyyən olunmuş tariflərlə icarə müqaviləsi bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Xidmətin və icarə hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsini Idarənin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, iddiaçı İddiaçı aidiyyəti üzrə səlahiyyətli olan inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin, oxşar iddia ərizəsi ilə əlaqədar həmin ünvanda yerləşən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi ilə əlaqədar eyni tələblə, eyni cavabdehlərə qarşı Bakı Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, lakin, Bakı Inzibati Məhkəməsinin *-*(***)****/**** saylı, ##.##.2023cü il tarixli qərardadı ilə (hakim A.Almazova) iddia mümkün sayılmayaraq, həmin iddia tələbi ilə ümumi məhkəməyə müraciət edilməsi qərar alınmışdır. Bakı Inzibati Məhkəməsinin həmin qərardadı Bakı Apellyasiya Məhkəməsi Inzibati Kollegiyasının *-*(***)****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə (sədirlik edən C.Yusifov) dəyişdirilmədən saxlanılmışdır. Ona görə də göstərilənlərə əsaslanaraq ümumi məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə oxşar iddia ərizəsilə bağlı ümumi məhkəməyə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası isə *(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə inzibati məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Belə vəziyyətdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı qanuni və əsaslı sayıla bilməz.

17. Bundan başqa, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalı idi. Qeyd edilən mülki iş üzrə iş icraata qəbul edilən zaman aidiyyat məsələsi yoxlanılmış, aidiyyatla bağlı pozuntu olmamışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 261.0.1. Işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

20. Maddə 262.1. Iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

21. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Qərardaddan kassasiya şikayəti verən iddiaçı onu tam mübahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

28. Qeyd edilməlidir ki, iddia tələbindən və iş materiallarından göründüyü kimi, iddiaçı cavabdeh cavabdeh2 dövlət mülkiyyətində olan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bu tələb mahiyyət etibarilə cavabdeh inzibati orqanın torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hakimiyyət səlahiyyətlərindən irəli gələn qərar qəbul etməsinə və ya hərəkətsizliyindən müdafiəyə yönəlmişdir. Nəzərə alınmalıdır ki, icarə müqaviləsi bağlanmazdan əvvəl belə müqavilənin bağlanmasının mümkün edə biləcək inzibati aktın qəbul edilməsi mütləqdir

29. Belə olan halda apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli qərarına istinad edərək qənaətə gəlmişdir ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

30. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, inzibati orqanlara qarşı irəli sürülən iddialara baxmaq səlahiyyəti müvafiq inzibati məhkəmələrə aiddir.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticəsi işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

33. Qeyd olunanları nəzərə alaraq belə məhkəmə kollegiyası qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, # #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar