Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər X2 və X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail rayon məhkəməsinin 20 iyun 2018-ci il tarxili qətnaməsi ilə (hakim İ.Xəlilov, iş № 2(009)-135/18) iddiaçı “xxxx” ASC-nin cavabdehlə r Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilərək, Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə 32.533,42 manat əsas, 1.397,68 manat faiz və 650 manat cərimə borcu olmaqla, cəmi 34.581,10 (otuz dörd min beş yüz səksən bir manat, on qəpik) manat borcunvə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan, Cavabdeh2 məxsus, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Köhnə Bağlar küçəsində yerləşən 36 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 230.000 manat müəyyən edilməklə, tutmanın həmin evə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələblərin ödənilməsi, “xxxx” ASC-n in xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması qət edilmiş, ilkin iddia qalan hissədə, eləcə də Cavabdeh2 “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Hüseynov, iş № 2(103)-10094/18) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya ş ikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İlkin iddia üzrə iddiaçı “xxxx” ASC Cavabdeh1 1661-F-B saylı kredit müqaviləsi üzrə 32.533,42 manat əsas, 1.397,68 manat faiz və 6.496,79 manat cərimə borcu olmaqla, cəmi 40.427,89 manat məbləğində borcun, ipotekaya tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu və məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən gəlir hesabın a İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 20 sentyabr 2012-ci il tarixdə Cavabdeh1 ilə “xxxx” ASC arasında 60 ay müddətinə, illik 7%-lə 115.000 manat kredit verilməsinə dair müqavilə bağlanmışdır. Tərəflər müqavilədə öhdəliyin icrasının pozulduğu gündən illik 14% olmaqla cərimə hesablanmasını da razılaşdırmışlar. Bundan əlavə, eyni tarixdə bağlanmış ipoteka müqaviləsi ilə digər Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Köhnə Bağlar küçəsində yerləşən 36 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilərək, iddiaçının tələb hüququna təminat verilmişdir. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, 115.000 manat məbləğində krediti Cavabdeh1 vermiş və tərəflər ara sında ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq Cavabdeh1 öhdəliklərini pozaraq, borcu qrafik üzrə qaytarmamış və 04 oktyabr 2017-ci il tarixə sonuncu ərizəsində göstərilən məbləğlərdə borcu qalmışdır. İlkin iddia üzrə iddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Hazırda ilkin iddiaçı, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Cavabdeh2, 03 oktyabr 2017-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə onun arasında bağlanmış 20 sentyabr 2012ci il tarixli, 1661-F-B saylı ipoteka müqaviləs inin aldatma nəticəsində bağlandığını bildirməklə, əqdin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması və həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh2 vəkili N.İsayev məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının vəkili Z.Məmmədov kassasiya şikayətlərini qəbul etməyərək onun rədd olunmasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yer i haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən – kredit borcu üzrə tutmanın ipoteka predmetinə y önəldilməsi tələbinə dair ilk iddianın təmin olunması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd olunması hissələrində ləğv olunmalı, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamənin qalan hissəsi, o cümlədən Cavabdeh1 kredit müqaviləsi üzrə 32.533,42 manat əsas, 1.397,68 manat faiz və 650 manat cərimə borcu olmaqla, cəmi 34.581,10 (otuz dörd min beş yüz səksən bir manat, on qəpik) manat borcuntutulması hissəsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, 20 sentyabr 2012-ci il tarixdə Cavabdeh1 ilə “xxxx” ASC arasında 60 ay müddətinə, illik 7%-lə 115.000 manat kredit verilməsinə dair müqavilə bağla nmış və həmin kreditin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Köhnə Bağlar küçəsində yerləşən 36 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bank kredit müqaviləsi üzrə öhdəliyini icra edərək 115.000 manat məbləğində krediti Cavabdeh1 versə də, Cavabdeh1 müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və ona görə də Bank məhkəmədə hazırkı iş üzrə iddianı qaldırmışdır. Bankın tələbi iki hissədən ibarətdir: -kredit müqaviləsi üzrə borcun tutulması; -tutmanın ipoteka predmetinə yönəldilməsi. Cavabdeh2 qarşılıqlı iddiası isə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədədir. Qarşılıqlı iddia tələbi ipoteka müqaviləsinin aldatma yolu ilə bağlanması, müqavilə rəsmiləşdirilərkən nə mülkiyyətçi Cava bdeh2, nə də onun əri T.Quliyevin iştirak etməmələri, müqavilənin və digər sənədlərin onlar tərəfindən imzalanmaması ilə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən təmin edərək Cavabdeh1 kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunu tutmuş, tutmanı Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinə yönəltmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə ipoteka müqaviləsi bağlanarkən tərəflərin sərbəst iradə ifadəsinin təmin olunması öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 739.1, 741, 462.1, 467, 445.4, 317.1, 319.1-ci və “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması hissəsində gəldiyi nəticə ilə razılaşaraq məhkəmənin həmin hissədə gəldiyi nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə işin həqiqi hallarını düzgün müəyyən etmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, hər hansı pozuntuya yol verməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, qətnamənin həmin hissəsi borclu Cavabdeh1 tərəfindən nə apellyasiya, nə də kassasiya qaydasında mübahisələndirilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi nə dair ilk iddianın təmin olunması və ipoteka müqaviləsinin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddianın rədd edilməsi hissələrində gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, eləcə də işin müəyyən edilən hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də qətnamə həmin hissələrdə ləğv olunmalı və yeni apellyasiya baxışına qaytarılmalıdır. İşdən göründüyü kimi, Cavabdeh2 istər iddia tələbinin, istər apellyasiya şikayətinin, istərsə də kassasiya şikayətinin əsas dəlilləri ipoteka müqaviləsinin onun iştirakı olmadan bağlanması, müqavilənin və digər sənədlərin onun tərəfindən imzalanmaması barədə olsa da, apellyasiya instansiyası məhkəməsi həmin dəlil lər üzrə heç bir araşdırma aparmadan müqavilənin tərəflərin sərbəst iradə ifadəsinə əsaslandığı qənaətinə gəlmişdir. Halbuki, belə vəziyyətdə işə baxan məhkəmənin vəzifəsi işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək üçün ilk növbədə ipoteka müqaviləsi üzrə notariat işini və notariat əməliyyatlarının qeydiyyatı jurnalını (reyestr kitabını) tələb edib nəzərdən keçirməkdən, ipoteka müqaviləsinin və digər sənədlərin Cavabdeh2 tərəfindən imzalanıb-imzalanmadığını aydınlaşdırmaqdan ibarət idi. Məhkəmə kollegiyası Cavabdeh2 iş materiallarında olan sənədlərdəki imzaları ilə ipoteka müqaviləsindəki imzası arasında kəskin fərq olduğunu nəzərə alaraq hesab edir ki, notariat işi öyrənildikdən sonra ipoteka müqaviləsindəki imzanın həqiqiliyinin müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğu təqdirdə işə baxan məhkəmə Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə xətşünaslıq ekspertizasının təyin olunması məsələsini müzakirə etməlidir. Həmin maddənin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza keçirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən ipoteka predmeti olan daşınmaz əmlakın birgə nikah dövründə əldə olunubolunmadığı, əgər birgə nikah dövründə əldə olunmuş əmlakdırsa onun ipoteka qoyulmasına ərin razılığının alınıb-alınmaması, bir sözlə daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi nəticəsində digər şəxslərin hüquqlarına dair məsələnin həll olunubolunmadığı da a ydınlaşdırılmalı və qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Resp ublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olm amasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən – kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk iddianın təmin olunması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd olunması hissələrində ləğv olunmalı, iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamənin qalan hissəsi, o cümlədən Cavabdeh1 kredit müqaviləsi üzrə 32.533,42 manat əsas, 1.397,68 manat faiz və 650 manat cərimə borcu olmaqla, cəmi 34.581,10 (otuz dörd min beş yüz səksən bir manat, on qəpik) manat borcuntutulması hissəsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxan məhkəmə apellyasiya baxışının predmeti olan hissədə qeyd olunan pozuntuları aradan qaldırmaqla işin həmin hissədə hərtərəfli, tam və obyektiv tədqiq inə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin bununla bağlı dəlillərini ətraflı araşdırmalı, tərəflərin məhkəmə iclasında iştiraklarını təmin etməli, mübahisənin sülh yolu ilə həllinin mümkünlüyü məsələsini müzakirə etməli, işin həqiqi hallarının müəyyən edilməsi istiqamətində qanunla nəzərdə tutulan bütün tədbirləri görməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08 oktyabr 2018-ci il tarixli qətnaməsi qismən – kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk iddianın təmin olunması və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddianın rədd olunması hissələrində ləğv edilsin və iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamənin qalan hissəsi, o cüml ədən Cavabdeh1 kredit müqaviləsi üzrə 32.533,42 manat əsas, 1.397,68 manat faiz və 650 manat cərimə borcu olmaqla, cəmi 34.581,10 (otuz dörd min beş yüz səksən bir manat, on qəpik) manat borcuntutulması hissəsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver